Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri



Yüklə 191,07 Kb.
səhifə8/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   4   5   6   7   8   9   10   11   ...   71
musiqi1 kopyası kopyası

Sonata-alleqro forması. Sonata alleqro forması mürəkkəb klassik musiqi formalarından biridir. Bu formada əsasən instrumental musiqi əsərləri yazılır. Sonata-alleqro forması bir-biri ilə ziddiyyət təşkil edən 2 mövzu əsasında (əsas və köməkçi) və bu mövzuların bir-birinə qarşı qoyulması və inkişaf etdirilməsi nəticəsində yaranır. Quruluşu 3 şöbədən ibarətdir:
1.Ekspozisiya (əsas, köməkçi və s. mövzularla tanışlıq)
2.İşlənmə (hər bir mövzu işlənir, xırdalanır)
3. Repriza (əsasən I şöbə təkrarlanır)
Silsilə mahiyyətli formalar. Ümumi məzmuna əsaslanan, bir neçə müstəqil hissələrin toplusundan yaranır. Bu formada vahid bir fikir və məzmun olur. Silsilə forması müxtəlif olur:
- sonata silsiləsi forması – bu formada sonata, simfoniya, konsert, trio, kvartet, kvintet və s., əsasən instrumental əsərlər yazılır.
- Süita forması – bu forma müstəqil hissələrin ümumi məzmunla birləşməsi nəticəsində yaranır.



  1. Azərbaycan Xalq Musiqisi, Azərbaycan Xalq Mahnıları



Azərbaycan musiqisi – Azərbaycan mədəniyyətinin bir qolu olub, Azərbaycan milli folklorunu təmsil edən, xalq və ya ayrı-ayrı azərbaycanlı bəstəkarlar tərəfindən yaradılmış müxtəlif janrlı musiqidir. Azərbaycan musiqisi çoxəsrlik inkişaf yolu keçmişdir. Onun kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Çox qədim zamanlarda Qobustan qayaüstü rəsmlərdən başlayaraq Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çoxlu sayda mahnılar və rəqslər səslənir.

Azərbaycan xalq mahnıları. Azərbaycan xalq musiqisinin böyük bir hissəsi xalq mahnılarıdır. Bu irs müxtəlif tarixi şəraitlərdə öz şəklini bu və ya digər şəkildə dəyişmiş və inkişaf etmişdir. Xalq mahnıları çox qədim zamanlarda yaranmışdır və şifahi xalq ədəbiyyatının bir növüdür. Bu mahnılar uzun müddət Azərbaycan xalqı arasında ağızdan-ağıza gəzən, kollektiv yaradıcılıq məhsulu olan, müəllifləri məlum olmayan mahnılardır. Xalq mahnıları qədimlikdən, tarixdən xəbər verməklə yanaşı, Azərbaycan xalqının ruhundan süzülən mədəniyyətin bir parçasıdır. Azərbaycan xalq mahnıları rəngarəng mövzu və məzmuna, aydın və konkret xüsusiyyətlərinə, eləcə də ictimai motivlərə görə bir-birindən fərqlənir. Xalq arasında ilk yayılan əmək nəğmələri olmuşdu. Nəğmələr özü bir neçə yerə bölünür: əmək, məişət, mərasim, mövzum və qəhrəmanlıq nəğmələri.
Xalq mahnıları gözəllik, azadlıq, vətənpərvərlik ideyalarını təbliğ edir. Məhəbbətin tərənnümünə həsr olunmuş “Ahu kimi”, “Üçtelli durna”, “Bülbüllər oxur”, “Gül açdı” və s. kimi mahnılarda sevgi duyğuları təbiət ilə əlaqələndirilir. İctimai-siyasi məzmunlu “Sona bülbüllər”, “Qadan alım”, “Çal papaq” və s. kimi mahnılarda sevgisinə qovuşa bilməyən aşiqin daxili böhranları, zorla vətənindən didərgin salınan, əsir düşənlərin ah-naləsi ifadə olunur. “Apardı sellər Saranı”, “Samavara od salmışam”, “Laçın”, “Qalanın dibində” və s. bu kimi mahnılar isə həcmi, poetik quruluşu və kompozisiyasına görə bir-birindən fərqlənirlər. Onlar 4 (5,6) misralıq 2,3,4 (hətta bir qədər çox), bənd və nəqarətlərdən ibarətdir.




  1. Yüklə 191,07 Kb.

    Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin