ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar


Hərbi nazir, tam artilleriya generalı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə29/33
tarix03.02.2017
ölçüsü2,52 Mb.
#7389
1   ...   25   26   27   28   29   30   31   32   33

Hərbi nazir, tam artilleriya generalı

Səməd bəy Mehmandarov.

Baş qərargah rəisi polkovnik Həbib bəy Səlimov”.

* * *


Görkəmli  sərkərdəmizin  Azərbaycana  gəlişini,  dar  gündə 

xalqın dayağı olmasını əsgərlər böyük sevinclə qarşılamışdır. İl-

yarım fəaliyyətdə olan milli ordumuzda iyirmi bir azərbaycanlı 

general xidmət etmişdir. Onlardan yalnız ikisinə – Teymur bəy 

Novruzova  və  Səməd  bəy  Mehmandarova  əsgərlər  şərqi  qoş-

muşlar: 


Şəmistan Nəzirli

437


Qafqaziyaya şan gəlir,

Dərdlərə dərman gəlir.

Aç köksünü, qarlı Qafqaz,

Sevdiyin Səməd gəlir.

* * *

Çoxdan bəri gözlədik,



Qafqaziyanı əfv et, yaşa.

Onun sizə salamı var,

Minlər yaşa, Səməd paşa.

* * *


Aslan ürəkli Səməd paşamız,

Şanlı komandan, sənsən babamız.

Sənə qurban olsun ata-anamız

Al bir düşməndən türkün qanını.

* * *

Yetmiş  il  əl  vurmadığımız  üzümüzə  “tamamilə  məxfidir” 



qrifilə bağlanan Respublika Yeni Tarix Mərkəzi Dövlət Arxivində 

generalımız haqqında belə şərqilər çoxdur. Bu şərqilərdən hiss 

olunur ki, xalq öz xilaskarını gözləyirmiş.

Səməd paşa sərdarımız,

Qan axıdar xəncərimiz.

Düşmənləri qəhr edərik,

Yurdlarını məhv edərik,

Biz bir tabor əsgərlərik,

Pək şanlıyıq.

* * *


Sağ ol, Səməd paşa, səni min yaşa,

Vətənin üstündə oldun tamaşa.

Səməd paşa əsgərlərin padəri,

Çağırır silah başına irəli.



General Əli ağa Şıxlinski və silahdaşları

438


Azərbaycanın taleyi həll olunduğu bir vaxtda müdafiə naziri 

kimi  məsul  vəzifəyə  gələn  Səməd  bəy  Mehmandarov  qarşıda 

duran çətinlikləri çox yaxşı dərk edirdi. Yüz illərlə əsgəri qüvvəsi 

olmayan bir xalqa qısa vaxtda nizami ordu yaratmaq ağır və mə-

suliyyətli iş idi. Bir tərəfdən də bu dar gündə Azərbaycanın ətrafı 

düşmənlərlə  əhatə  olunmuşdu.  Dağılan  imperiyadan  Azər -

baycana heç nə qalmamışdı. Nə silah, nə əsgəri qüvvə, nə də qış-

lalar vardı. Tərəddüd, şübhələr, bəzən də inamsızlıq altmış iki 

yaşlı ixtiyar generala əzab verirdi. Amma qəlbindəki inamı, güc-

lü vətənpərvərliyi hər şeydən üstün idi. Bu inam güclü dağ seli 

olub  tərəddüd  və  şübhələri  yuyub  aparırdı.  Ana  vətənə  olan 

sonsuz bir məhəbbətlə o, kürsüyə qalxmışdı. 

Səməd bəyin səlis danışığı, mərd siması, vətən təəssübkeşliyi 

ilə yana-yana danışması ziyalı qadınlarımızdan birinin – Məryəm 

xanım Bayraməlibəyovanın yaddaşında əbədi qalmışdır: 

– Kürsüdə, gözqamaşdırıcı şüaların düşdüyü yerdə general 

Səməd bəy Mehmandarov dayanmışdı. Ağarmış saçları, nurani 

sifəti daxili kamillikdən xəbər verirdi. Bu gün o, hərbi nazir vəzi-

fəsinə təyin edilməyinə razılıq verməli idi. Respublikanın fəaliy-

yətinin elə ilk günlərindən generala təkidlə müraciət etmiş dilər 

ki, belə bir məsuliyyətli vəzifəni öz üzərinə götürsün. O isə hər 

dəfə qətiyyətlə bu təklifi rədd etmişdi. Ona görə yox ki, çətin lik 

çəkəcəkdi.  Dərk  edirdi  ki,  indiyə  qədər  çarın  etibarsız  saydığı 

müsəlmanları, hərbi mükəlləfiyyətə layiq görmədiyi xalqı indi 

yeni sənətə hazırlamalı idi. Bu ona bənzəyirdi ki, yaşlı, ahıl bir 

adama  yazı  yazmağı  öyrədəsən.  Yox,  yox,  yüksək  təş kilatçılıq 

keyfiyyətinə  malik  olan  keçmiş  çar  generalını  belə  çətinliklər 

qorxuda bilməzdi. 



…Səməd bəy Mehmandarovu bu addımı atmağa vadar edən 

isə qarşısı alınmaz, çox qüvvətli bir hiss idi – Vətən məhəbbəti. 

Azca  həyəcanla  dediyi  “Üzərimə  götürdüyüm  bu  müqəddəs 

vəzifəni  yerinə  yetirməyim  üçün  bütün  gücümü  və  bacarığımı 

sərf edəcəyəm!” – sözləri yerdən alqışlarla qarşılandı. Onun yan-

yörəsində parıldayan günəş şəfəqləri bu günün bayram əhvali-

Şəmistan Nəzirli

439


ruhiyyəsini daha da artırırdı. “Generalın bu müdrikliyi təzimə 

layiqdir. Allah özü onu bizə xilaskar yollayıb”, – deyə hörmət 

əlaməti olaraq başımı endirdim.

* * *


Tapılan hər bir sənəd, fotoşəkil yenidən yazılacaq Azərbaycan 

tarixinin  sanballı  səhifəsi  olacaq.  Xüsusilə,  hərbi  tariximizdəki 

boşluğun  doldurulması  suveren  dövlətimizin  özülünü  qoyan 

gənclərimizdə  daha  çox  maraq  doğurur.  Çünki  bu  sahə  uzun 

illər araşdırılmamış, “tamamilə məxfi” qalmış və hətta lazımsız 

bir tarix kimi öyrənilməmişdir. Öyrənilən və öyrədilən isə yalnız 

“böyük qardaşımızla”, bir də nankor qonşumuzla “dostluq səhi-

fə lərimiz” olub.

Yetmiş il əl vurmadığımız 1918-1920-ci illərin arxiv qovluqla-

rı açıldıqca bizə məlum olur ki, il yarım fəaliyyətdə olan Milli 

Ordu tariximiz çox zəngin olmuşdur. O da məlum olur ki, hərb 

tariximizi zənginləşdirən general Səməd bəy Mehmandarov, Əli 

ağa Şıxlinski, Həbib bəy Səlimov, Məmməd bəy Sulkeviç, şah-

zadə  Əmir  Kazımxan  Qacar,  topoqraf-general  İbrahim  ağa 

Vəkilov… bir də Azərbaycanın əsgər və zabitləri idilər.

Şöhrətli generalımız Səməd bəy Mehmandarovun bu illərdəki 

(1918-1920)  fəaliyyəti  xüsusilə  böyükdür.  Onun  yeni  ordunun 

yaradılmasındakı  müstəsna  rolu,  1918-ci  il  dekabrın  25-də 

Azərbaycan xalqına müraciəti, əsgər, zabitlər qarşısında ata nəsi-

hətli çıxışları və nəhayət, güclü Vətən təəssübkeşliyi qırx minə 

yaxın əsgəri olan nizami ordu yaratmağa səbəb oldu. 

Həyatı və fəaliyyəti hələ də lazımınca tədqiq olunmamış ge-

neral Mehmandarovun haqqında araşdırmalar apardıqca təkcə o 

illərin  sənədlərində  yox,  qəzetlərin  də  səhifələrində  çıxış  və 

nitqlərinə rast gəlmək olar.

İlk  hərbiyyə  nazirimiz  Səməd  bəy  Mehmandarov  belə  bir 

nitqlərdən  birini  1919-cu  il  fevralın  25-də  Azərbaycan  Məclisi-

Məbusanında da söyləmişdir. Generalın nitqi həmin il martın 7-də 

“Azərbaycan” qəzetində (131-ci nömrəsində) dərc olunmuşdur.


General Əli ağa Şıxlinski və silahdaşları

440


Səməd bəy öz nitqində bugünkü ordumuzda da mənfi hal 

kimi qəbul edilən fərarilikdən söhbət açır və o vaxtlar orduda 

onun olmasını xüsusi qeyd edir: “…Gəncədə son zamanlar bir 

adam  qaçmışdır.  Əhali  özü  qaçanlara  nifrət  edir  və  hətta  çox 

vaxt olmuşdur ki, əsgərlikdən qaçanı döyüb geri gətirmişlərdir. 

Güman  var  ki,  müsəlmanlarda  olan  fitri  nizam  və  ədəbə  görə 

vaxtilə heç kəs qaçmayacaqdır”. 

Ümumi məzmunu vətənpərvərlik ruhi ilə dolu olan Səməd 

bəy Mehmandarovun nitqi bugünkü ağrı-acılarımızla tam səs-

ləşir: 


“Cəbhədə bulunmuş bütün zabitan ordu tərəfindən onlara ve-

rilmiş əşya, yer və başqa ləvazimatı hərbiyyə deyil, kəndi əşya-

larını  dəxi  tamamən  qeyb  etmişlər.  Bu  qisim  şeyləri  yenidən 

düzəltmək üçün birmanatlıq nəsnəyə 30-dan 100 manata qədər 

pul verilməlidir”.

Parlamentdə mülahizələrini sərt şəkildə bildirən nazir baha-

lığın  tüğyan  etdiyi  ölkədə  ordu  quruculuğuna  mane  olanları 

cəza landırmağı tələb edir. Axı, əlli ilə yaxın nizami orduya qul-

luq edən Mehmandarov heç vaxt görməmişdi ki, zabit əsgərin 

yeməyini, paltar və silahını satıb cibxərcliyi eləsin. İliyinə qədər 

təmiz  adam  olan  Səməd  bəy  indi  gördüklərinə  heyrət  edir  və 

dəhşətə gəlirdi. O, zabit adını, zabit şərəfini qorumağı hər şeydən 

üstün tuturdu. Ona görə də Məclisi-Məbusandakı nitqində xü-

susi vurğuyla qeyd edilir ki, əsgəri təlim və ölümə kimi varmağa 

hazırlıq tərbiyəsi üçün dəvət olunmuş zabitan əsgər nəzərində 

sahibi-nüfuz və şərəf olmalıdır. Bunun üçün zabitan yalnız məri-

fət cəhətincə deyil, zahiri dəxi əsgərə hüsni-təsir bəxş olmalıdır. 

Onun geyiminin daimi təmiz və faxir olması vacibdir.

Səməd bəy Mehmandarov Azərbaycana müharibə şəraitində 

gəlmişdi.  Hələ  imperiya  dağılmamış  ölkədə  anarxiya,  başıpo-

zuqluq  hökm  sürürdü.  Ayrı-ayrı  qəzalarda  qaçaq-quldur  dəs-

tələri yaranmışdı. Bakıda bolşevizm hökmranlıq iddiasında idi. 

İrandan və Qafqaz cəbhəsindən qayıdan rus əsgərləri, erməni-


Şəmistan Nəzirli

441


daşnak dəstələri ilə birləşib “Şura bayrağı” altında təkcə Bakıda 

on iki min nəfərə yaxın azərbaycanlını qanına qəltan eləmişdi. 

Bu  talan  və  qırğınlar  yalnız  Bakıda  deyil,  Quba,  Şamaxı, 

Gəncə,  Qarabağ,  Muğan  bölgələrində  də  olmuşdu.  İrəvan  və 

Zəngəzurda dağılan kəndlərin, öldürülən soydaşlarımızın sayı 

yüz mini keçmişdi. 

Azərbaycan  hökumətini  tanımaq  istəməyən  əldəqayırma 

Mu ğan  Respublikası,  ingilis  qoşunlarının  gəlişi,  ağqvardiyaçı 

general Denikin təhlükəsi, müxtəlif siyasi “Hümmət”, bitərəf so-

sialist,  daşnak  partiyaları,  portfelsiz  nazirlər  elə  hey  çoxalırdı. 

Sərhəd  bölgələrində  erməni  hücumları,  məhəlli  toqquşmaları 

yeni yaranan orduya dirçəlməyə imkan vermirdi. Belə şəraitdə 

hərb naziri və onun tabeliyində olanlar gərgin işləməli olurdu. 

Əsgəri qışlaları gəzib yoxlayan Səməd bəy Mehmandarov, hələ 

ki, könülaçan heç nə görmürdü. Nə nizam-intizam, nə geyim və 

silahlanma, nə də hərbi hazırlıq peşəkar hərbiçi olan naziri qane 

etmirdi. 

Parlamentdə “Türklər külli miqdarda ərzaq şeyləri qoyub 

getmişlərdir.  Onlardan  külli  miqdarda  taxıl,  heyvan  və  s. 

məkulat qalmışdır” – deyən hərb naziri din və dil qardaşımızın 

xeyirxahlığı ilə yanaşı qüsurlarını da söyləməkdən çəkinməmişdir.



“Əlbəttə, heç kəs inkar etməz ki, türklər bizim millətimizə 

nicat verməklə bizə böyük xidmət etmişlərdir. Amma burası 

onların hərəkətini tənqid etməyimizə də mane olmaz. Hərbiyyə 

nəzarəti  Gəncəyə  köçənədək  bizə  xəbər  verdilər  ki,  əsgəri 

işlərimiz yaxşıdır..., lazım olan kimi məşq verilir və ilaxır. Hər 

yeri  gəzdim,  qətaəti-əsgəriyyəmizə  baxdım.  Fəqət,  iş  heç  də 

yaxşı deyildi. Əsgərlərimiz əzgin, düşkün bir halda, yeməkləri 

pis, mənzilləri fəna bir halda, yorğan-döşək yox, onların çoxu 

xəstə  idi.  Xəstə  əsgərlərin  həpsini  sağlamları  ilə  dəyişməyə 

məcbur olduq. Qoşun yığmaq işləri yaxşı getmirdi. Rəislər və 

moqif  komandaları  öz  vəzifələrindən  sui-istifadə  edirlərdi. 

Çox bir külfətin yeganə çörək gətirəni əsgərə alırdılar. Bu iş də 

camaatı narazı salıb, qoşun yığmaqdan nifrətləndirirdi. Nuru 

General Əli ağa Şıxlinski və silahdaşları

442


paşa  Azərbaycandan  gedərkən  özü  mənim  yanıma  gəldikdə 

boynuna aldı ki, əsgərlik barəsində Azərbaycan fəna bir halda 

qoyulmuşdur”.

1918-ci il dekabrın 25-də Azərbaycan Respublikasının hərbi 

naziri  general  Səməd  bəy  Mehmandarov  öz  xalqına  yanıqlı 

dəyanətlə müraciət etmişdir. 

Bəyanatın  əsas  mövzusu  o  vaxtlar  milli  orduda  yaranan 

hərcmərclik və özbaşınalıq idi. Həmin illərdə nazir Səməd bəy 

Mehmandarovun  müavinləri  Əli  ağa  Şıxlinski,  Məmməd  bəy 

Sulkeviç  və  Həbib  bəy  Səlimov,  İbrahim  ağa  Vəkilov  kimi 

məşhur generallar olsalar da, yenə də orduda fərarilik və xoşa-

gəlməz hallar baş verirdi. Lakin onlar zəngin hərbi təcrübələrinin, 

biliklərinin və əsil hərbçi dəyanətlərinin sayəsində tam nizami 

ordu yaratmağa nail olmuşlar. 

Zaman, dövr dəyişib. Səksən beş ildən sonra tarix təkrar olu-

nur. O vaxtkı ümumi vəziyyət bu gün yeni yaranan ordumuzda 

qismən də olsa var: bəzi nadanların fərariliyi və min bir bəhanə 

ilə Vətənin müdafiəsindən yayınmaq…

Bəs o vaxtkı məşhur sərkərdələrimiz, xüsusilə nazir Səməd 

bəy  Mehmandarov  fərariliyin  qarşısını  necə  almışdır?  Məhz 

tələbkarlığı və sərt bəyanatı ilə 1918-ci ildə Səməd bəy Mehman-

darov orduda yaranan çatışmazlığın qarşısına keçilməz bir sədd 

çəkmişdir. 

Xalqımızın dar günündə hərbi nazir Səməd bəy Mehmanda-

rovun on səkkizinci ildə yazdığı “Azərbaycan vətəndaşları” adlı 

müraciəti bu günümüzlə tam səsləşir. Onu da xatırladım ki, aş-

karlığın işığı ilə açılan “tamamilə məxfidir” qrifli sənəd oxucula-

ra  ilk  dəfə  təqdim  olunur.  Bu  maraqlı  əlyazmasını  Respublika 

Yeni  Tarix  Mərkəzi  Dövlət  Arxivində  araşdırmalar  apararkən 

əldə etdik. 

“Cari  ilin  yazından  etibarən  Azərbaycan  müstəqil  dövlət 

oldu.  Bu  müddət  ərzində  cəmi  hökumət  adamlarının  bütün 

səyləri ölkədə anarxiyanın qarşısını almaq oldu və qanunçuluq 

pozulan  yerlərdə  onun  bərpasına  yönəldilmişdir.  Bu  məqsədə 



Şəmistan Nəzirli

443


nail  olmaqdan  ötrü  hökumətin  başqa  tədbirlərinin  arasında 

özümüzə məxsus hərbi qüvvələrin yaradılması, yəni Azərbaycan 

qoşunlarının təşkili haqqında qərar qəbul olunmuşdur.

…Hal-hazırda  qoşunlarımızın  təşkilini  öz  öhdəmə  götür-

müşəm.

İndi ölkəmizin bütün vətəndaşları – istər kasıb, istər dövlətli, 

eyni  şəkildə  hərbi  qulluğu  çəkəcəklər.  Və  əgər  haçansa,  kimsə 

döv lətliləri  hərbi  qulluqdan  azad  etsə,  günahkarlar  ağır  cəza-

lanacaqlar.

Hərbi  hissələrdə  əsgərlər  yaxşı  geyinəcək.  Onların  ərzaq-

larının keyfiyyətcə yaxşı olmasına xüsusi fikir verib, bu barədə 

ciddi  elan  etmişəm.  Göstəriş  verilib  ki,  otaqlar  təmir  olunsun, 

qızdırılsın, bütün əsgərlərin fərdi yorğan-döşəyi olacaqdır.

Mən tədbir görmüşəm ki, əsgərlərə qarşı bütün qeyri-qanuni 

hərəkətlər ciddi töhmətlənsin və xüsusi ilə əsgərlərin döyülməsi 

halları ciddi cəzalandırılsın.

…Bütün bu tədbirləri həyata keçirib, üzümü ilk növbədə sizə, 

hərbi hissələri tərk etmiş Azərbaycan vətəndaşlarına tuturam və 

bəyan edirəm ki, sizin böyük xətanızı, əsgərlikdən qaçmağınızı 

bağışlayıb öz hissələrinizə köhnə təqvimlə, yanvar ayının birin-

dən gec olmayaraq qayıtmağa çağırıram. Lakin, əlavə edirəm ki, 

bu  müddət  üçün  kim  öz  bölüyünə  qayıtmasa,  o  hərbi  dövrün 

qanunlarına görə ağır cəza alacaq.

Bundan  sonra,  ölkəmizin  bütün  əhalisinə  əziz  Vətənimiz 

adın dan müraciət edərək xahiş edirəm ki, gözəl Vətənimiz Azər-

baycan eşqinə, yüksək vətənpərvərlik hissimiz naminə mənə bi-

zim qoşunumuzun təşkili işində yardım göstərəsiniz, bu qoşun 

bizə ölkəmizdə qanunçuluğu qorumaqdan ötrü vacibdir və yenə 

də  xahiş  edirəm  ki,  bütün  o  şəxslər  ki,  çağırış  yaşları  çatıb, 

əsgərlik etməlidirlər. Torpaqlarımızı qorumaq üçün özlərini çat-

dırsınlar. Qoy Vətən qarşısında borcunu unudan hər kəs Vətən 

qarşısında böyük günah işlətdiyi üçün qohum-qardaş qınağı al-

tına düşsün və əlbəttə, qanun üzrə cəzalandırılsın.

Mənim bu bəyanatım ölkənin hər yerində yayılacaq və qoy 

savadlılar onu oxuyub mənasını savadsızlara çatdırsınlar”. 


General Əli ağa Şıxlinski və silahdaşları

444


 Sənədlərin izilə

Yalnız  azərbaycanlılardan  təşkil  olunmuş  hərbi 

qüvvələrimiz, dünya tarixinə yazılmış və bütün Av-

ropa  xalqlarının  bizə  nisbətən  daha  çox  bildikləri, 

danışdıqları qəhrəmanlıqlardan ibarət şanlı hərb ta-

riximizi  bilməlidir.  Yüzillik  rus  hakimiyyətindən 

azad olmuş türk xalqına xatırlatmaq lazımdır ki, biz 

həmişə boyunduruq altında olmamışıq. Hətta Avropa 

və Asiyaya öz tələblərimizi etmişik.

…Belə  zənn  edirəm  ki,  türk  tarixini  yaxşı  bilən 

kiməsə, bugünkü mühüm hadisələr də daxil olmaqla 

bizim  xalqın  tarixinə  dair  əsər  yazmağı  tapşırmaq 

lazımdır. Bu əsərdə xalqımızın keçmiş şöhrəti və yad 

hakimiyyəti  dövründəki  əzabları  güzgüdə  olduğu 

kimi öz əksini tapmalıdır.

Səməd bəy Mehmandarov

2 aprel 1919-cu il

İnciyənədək  arxivdə  generalın  imzaladığı  yüzlərlə  sənədə, 

raporta və müraciətə rast gəlmişəm. Onların hamısı makinada 

yazılıb, ya da mətbəədə nəşr olunub. Yalnız bu yaxınlarda əlyaz-

ması olan bir sənəd tapdım. O, hərb naziri Mehmandarovun öz 

dəst-xəttilə Azərbaycan hökumətinin ünvanına yazılıb. 1919-cu 

il aprelin ikisində yazılan ikisəhifəlik məruzə mənim üçün qeyri-

adi tapıntı oldu. Nə gizlədim, bu tapıntıma hədsiz dərəcədə se-

vindim. Ona görə sevindim ki, müharibə aparan ölkənin genera-

lının  xalqının  hərb  tarixini  yazdırmaq  təşəbbüsünü  vətənpər-

vərliyin zirvəsi kimi qiymətləndirdim. 

Yuxarıda epiqraf kimi istifadə etdiyimiz cümlələr də həmin 

məruzədəndir. Belə tarixi sənədlərdən bixəbər olduğumuza görə 

bəzi  “sapı  özümüzdən”  olan  nadanlar  keçmiş  sərkərdələrimiz 

barədə artıq-əskik danışırlar. Onlar hətta “hücuma” keçərək ya-


Şəmistan Nəzirli

445


zırlar  ki,  niyə  Mehmandarovun,  Şıxlinskinin  və  başqa  sərkər-

dələrimizin Napoleon, Kutuzov, Suvorov kimi müdrik fikirləri, 

hərbi elmi əsərləri qalmayıb. Bir sözlə, özümüzünkülərə qeyri-

vətənpərvər  damğası  vururlar.  Onda  belələrinə  cavab  vermək 

çox ağır və əzablı olur. Bu müasir “vətənpərvərlərə ” başa sal-

maq lazımdır ki, totalitar rejim yetmiş ildən çoxdu onların 1918-

1920-ci  illərədək  fəaliyyətinə  “tamamilə  məxfidir”  möhürünü 

vurub. İndi budur, aşkarlığın sayəsində səksən beş ildən sonra 

belələrinə Səməd bəy Mehmandarovun yazdığı tarixi sənəd ca-

vab verir: 



Düşmənə  qarşı  mübarizə  tədbirlərindən  biri  də  xalq  içəri-

sində sağlam milli hisslərin yaradılmasıdır. Bu vəziyyət Azər-

bay can  Respublikasının  yaranmaqda  olan  gənc  ordusu  üçün 

xüsusilə zəruridir. Yuxudan yenicə oyanmış xalqda sağlam, mil-

li hiss oyatmalıyıq. Biz müsəlmanlar ancaq indi şüurlu həyat və 

milli yaradıcılıq dövrünə ayaq basmışıq… Xalq arasında türk 

irsinin milli hisslərini və vüqarını qaldırmaq üçün xalqı, qoşun-

larımızı onun tarixi keçmişi ilə tanış etməliyik. 

Yazılacaq məşhur tarixi əsərlər xalq içərisində və qoşunlarda 

geniş yayılmalı, hər bir kənd müəllimi və hər bir azərbaycanlı 

zabiti ondan istifadə etməlidir. 

Gələcəkdə hökumətin köməkliyi ilə türk xalqının dahi xadim 

və rəhbərləri üçün müvafiq abidələr qoymaqla, onların xatirələri 

əbədiləşdirilməlidir”. 

Zənnimizcə, general Səməd bəy Mehmandarov belə sağlam, 

milli  düşüncəsi  ilə  heç  bir  publisistdən  geri  qalmır.  Sənətini, 

dövrünü nəzərə alsaq, bəlkə də o, müasiri olan ən yaxşı yazıçı-

publisisti bir neçə addım ötüb-keçir. 

Azərbaycan Dövlət Arxivində saxlanılan iki nömrəli qovluq-

da general Səməd bəy Mehmandarovun daha bir vətənpərvər-

liyinin milli qürurunun şahidi oluruq. Orada yazılır ki, 1918-ci 

ildə ingilis qoşunlarının

1

 Azərbaycanda öz ərazilərində olduqları 



1

  1918-ci il noyabrın 17-də general V.M.Tomsonun komandanlığı ilə 

Bakıya  gələn  ingilis  qoşunları  1919-cu  ilin  avqustunda  Azərbaycan 

ərazisindən çıxdı – Ş.N.



General Əli ağa Şıxlinski və silahdaşları

446


kimi  etinasız  ağalığı  hərb  naziri  Səməd  bəy  Mehmandarovu 

qəzəbləndirmişdir.  Nazir  onların  istilaçı  hərəkətlərinə  etiraz 

əlaməti  olaraq,  vaxtilə  (Birinci  Dünya  müharibəsi  illərində  – 

Ş.N.)  ingilis  komandanlığı  tərəfindən  təltif  olunmuş  ordenləri 

geri qaytararaq qəzəblə demişdir: 

  Torpağımı,  xalqımı  fəth  edən  ikiüzlü  bir  ölkənin  ordeni 

mənə lazım deyil. Xalqıma silah qaldıran bir ordunun ordenini 

gəzdirmək mənim üçün ən böyük təhqirdir. 

Azərbaycandan çıxan ingilis qoşunlarının komandanı gene-

ral Tomson şayiələr yayırdı ki, Azərbaycan bundan sonra özünü 

idarə edə bilməyəcək. 

Azərbaycan ordusu yox dərəcəsindədir. Orada qayda-qanun 

da  yoxdur.  Guya  Azərbaycanı  yağılardan  qoruyan,  onu  idarə 

edən  Tomsonun  min  ingilis  və  səkkiz  yüz  nəfərlik  balağıaçıq 

hind əsgəri olmuşdur. Bu şayiələrdən sonra Azərbaycanda olan 

ingilis hərbi jurnalisti Skotlend-Liddel İngiltərə qəzetləri üçün 

hazırladığı xəbərlərdə yazırdı ki, Transqafqaz şayiələr ocağıdır. 

Burada şayiələr külək təpələr arasında yayılan kimi yayılır. Bir 

çox şayiələr Moskvada quraşdırılır və dövriyyəyə buraxılır. Ba-

kıda  ingilis  ordusuna  ehtiyac  yoxdur.  Azərbaycan  özü  özünə 

qayğı göstərə bilər. Mən bura iki gün əvvəl gəlmişəm və açığını 

deyim  ki,  bütün  gördüklərim  məndə  dərin  təəssürat  yaradıb. 

Mənim  şəhərdə  olmadığım  dörd  həftə  ərzində  burada  çox 

təəccüblü  dəyişikliklər  olub.  Mən  buraya  gəldim  ki,  hamının 

mənə  dediyi  qarışıqlığı  görüm,  lakin  onu  tapa  bilmədim.  Tam 

qayda-qanun var. Mənə dedilər ki, mən ordu əvəzinə pozğunlaş-

mış  kütlə  görəcəyəm,  lakin  mən  yaxşı,  nümunəvi,  güclü,  odlu-

alovlu gənclər gördüm. Doğrudan da mən indi Bakıda elə qayda-

qanun gördüm ki, müharibə başlayan vaxtdan bugünədək Bakı-

da  olmamışdım…  Qayda-qanun  ancaq  Bakıda  hökm  sürmür, 

son dəyişikliklər bütün respublikada vəziyyəti aydınlaşdırmış-

dır.  Qarabağ  şuluqluğunu  sülh  əvəz  etmişdir.  Ermənilər  və 

azərbaycanlılar sazişə gəlmişlər. Lənkəranda bolşeviklər Azər-


Şəmistan Nəzirli

447


baycan ordusu tərəfindən məğlubiyyətə uğradıldılar. Onlar bü-

tün silah və sursatlarını Azərbaycan hökumətinə təhvil verdilər, 

adamlar  isə  xahiş  etdilər  ki,  onları  Azərbaycan  hökumətinin 

tabeliyinə  götürsünlər…  Bütün  bunlar  şübhəsiz  sübut  edir  ki, 

Azərbaycan  qarmaqarışıqlıqdan  qorxmur  və  bolşeviklərdən 

çəkinmir. Azərbaycan  dövləti  indi  Transqafqazın  bütün  qalan 

xalqları üçün nümunəyə çevrilmişdir

Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin