ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva


İqtisadi fikir tarixinin strukturu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

 İqtisadi fikir tarixinin strukturu
və qədim dövrün iqtisadi təlimləri 
 
İqtisadi fikrin kökləri Qədim Şərq, Qədim Yunanıstan, 
Qədim Roma, İlkin xristianlıqla bağlı iqtisadi ideyalardır. 
İqtisadi fikrin köklərini Qədim dünya, ilk növbədə dünya sivili-
zasiyasınının beşiyi Qədim Şərq ölkələri mütəfəkkirlərinin 
təlimlərində axtarmaq lazımdır. 
Qədim Misir:
Misir Afrikanın şimal-şərqində yerləşir. 
Ölkənin ən mühüm su mənbəyi Nil çayıdır. Misirlilər Nil çayı-
na böyük çay deyirdilər. Nilin gətirdiyi lilli torpaq asanlıqla 
şumlanırdı. Misirlilər öz ölkələrini "Qara torpaq" adlandırırdı-
lar. Nil sahili boyunca damba adlanan bəndlər tikirdilər. 
Misirdə hökmdar firon adlanırdı. Ölkədə həyata keçirilən bütün 
tədbirlər fironun adı ilə bağlı idi. Fironu yer üzünün allahı və 
yaxud da "Günəş oğlu" adlandırırdılar. Fironların ən yaxın 
köməkçisi çati adlanan ali məmur idi. Çatilər ölkənin təsərrüfat 
həyatını idarə edirdilər, məhkəməyə rəhbərliyi, firon dəftərxa-
nasına və dövlət xəzinəsinə nəzarəti həyata keçirirdilər. Misir 
sənətkarları mis və tuncdan çox çeşidli bəzək əşyaları və 
silahlar düzəldirdilər; daşdan müxtəlif bəzək əşyaları, kətandan 
müxtəlif növ parçalar hazırlayırdılar; qamış və papirusdan həsir 
və səbət hörürdülər; şüşə istehsal edir və dəridən çoxlu mə-
3
Bax: M.X.Meybullayevin ümumi elmi redaktəsi ilə, "İqtisadi təlimlər 
tarixi" (dərslik). Bakı, 2002. səh. 15.


13 
mulatlar hazırlayırdılar. Misirlilər Mesopotamiya və Nubiya ilə 
geniş ticarət əlaqələri saxlayırdılar. Şərq ölkələrindən Misirə 
sidr ağacı, gümüş, qalay və qullar gətirilirdi. Qədim Misir cə-
miyyətində üç əsas sinif formalaşmışdı: 1) quldarlar; 2) kənd-
lilər; 3) qullar. Quldarlar torpaq və qullara sahib idilər. Onlar 
kəndliləri, sənətkarları və qulları istismar edirdilər. Kəndlilər 
kişik torpaq sahələrinə malik idilər. Onlar dövlətə vergi verir 
və hərbi xidmətə gedirdilər. Xırda əkinçilər və maldarlar 
"kiçiklər", qullar isə "canlı ölülər" adlanırdılar. Onlar dövlət və 
məbəd təsərrüfatının əsas işçi qüvvəsini təşkil edirdilər. Qullar 
zəbt olunmuş ölkələrdən Misirə gətirilirdi.
Misir mədəniyyətinə aşağıdakılar aid idi: 
- Heroqliflərin meydana gəlməsi (e.ə. IV minillik); 
- Əfsanələrin meydana gəlməsi
- Onluq hesablanma sistemindən istifadə edilməsi; 
-Düzbucaqlı, üçbucaq, trapesiya və dairənin səthinin müəy-
yənləşdirilməsi; 
- Planetlərin ulduzlardan fərqləndirilməsi; 
- Ulduzların xəritəsinin çəkilməsi; 
- İlin on iki aya bölünməsi
- Gecə və gündüzün 24 saata bölünməsi; 
- Hər ayın 30 günə bölünməsi; 
- Heykəltaraşlığın inkişaf etdirilməsi; 
- Sarkofaqın ( qədim xalqlarda daş tabut) düzəldilməsi; 
- Təbabətin inkişaf etdirilməsi
- Rəssamlığın inkişaf etdirilməsi. 
Qədim Misirin iqtisadi fikrində dövlət təsərrüfatının 
təşkili və idarə olunması sahəsində bir çox məsələlər öz əksini 
tapmışdır: Əhalinin yaşına, işinə görə siyahıya alınması; məh-
suldar torpaq sahələrinin hesabatının aparılması; torpaqların 
kadastrının müəyyən edilməsi; iriqasiya işlərinin aparılması; 
çoxsaylı mədəni abidələrin tikilməsi; mürəkkəb suvarma sis-
temlərinin aparılması; bəşəriyyətə möcüzə kimi görünən müx-
təlif təyinatlı qurğuların hazırlanması; piramidaların, ehkam-


14 
ların tikilməsi; əmək resurslarından məqsədyönlü istifadə 
edilməsi; vəzifəyə görə əmlaka sahib olma; xüsusi mülkiyyətin 
əmələ gəlməsi və ona nəzarət qaydalarının müəyyən olunması 
dövlət təsərrüfatının inkişafında mühüm rol oynamışdır. Eyni 
zamanda dövlət təsərrüfatının yüksək səviyyədə mərkəzləş-
məsi, nəinki xüsusi mülkiyyəti, eləcə də əmtəə-pul münasi-
bətlərinin inkişafını ləngitmişdir. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin