ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

Tarixilik prinsipi 
- müəyyən tarixi müddətdə konsep-
siyalar, iqtisadi düşüncələr geniş miqyasda, ardıcıllıqla əhatə 


11 
edilir və onların mənbəyi və müəllifləri göstərilir. Bu prinsipdə 
müəyyən məktəblər, məsələn Avstriya məktəbi, yaxud görkəm-
li iqtisadçıların adı ilə bağlı marksizm, keynsçilik və s. tarixi 
aspektdə verilir.
Məntiqi prinsip
elmi nəzəriyyənin daxili logik inkişafını 
qeydə alır.
Müqayisəetmə prinsipində
nəzəriyyələr müqayisə edilir 
və nəticədə bu və ya digər nəzəryyənin üstünlüyü aydınlaşır.
Eklektikçilik adlanan prinsip
geniş yayılmışdır. Bu, 
müxtəlif nəzəriyyələrin sintezini yaratmaqdır, hazırda bir çox 
istifadə olunan iqtisadi-riyazi modelləşmə metodu ilə işlərin 
təhlil edilməsidir.
Nəhayət, 
monoqrafiya metodu
da var ki, burada müəy-
yən bir alimin iqtisadi fikirlərinin geniş şərhi verilir.
İqtisadi fikir tarixi öz başlanğııcını qədim dünyadan gö-
türmüş və o vaxtdan başlayaraq iqtisadi fikir və nəzəriyyələrin 
sistemləşdirilməsinə cəhd göstərilir. Məlumdur ki, iqtisadiyyat, 
elm, texnika, mədəniyyət inkişaf edikcə iqtisadi nəzəriyyədə 
yeniləşmiş və təkmilləşmişdir. Bu fənnin öyrənilməsi ilə biz 
dünyanın və öz ölkəmizin iqtisadi inkişafının obyektiv qanu-
nauyğunluğunu müəyyən edə bilərik. 
İqtisadi fikir tarixinin başlıca mərhələləri Azərbaycanın 
əvəzolunmaz iqtisadçı alimi 
M.X.Meybullayevin
ümumi elmi 
redaktəsi ilə çap olunmuş "İqtisadi təlimlər tarixi" dərsliyində 
aşağıdakı kimi verilmişdir: 
1) Qədim dövrün iqtisadi təlimi
2) Orta dövrdə Şərqdə və Orta Avropada iqtisadi təlimlər; 
3) Bazar sisteminin qərarlaşması dövründə iqtisadi təlim; 
4) Müxtəlif iqtisadi inkişaf modelləri şəraitində iqtisadi 
təlim; 
5) Müasir və ya yüksək sənayeləşmiş dövrün iqtisadi 
təlimi. 


12 
Bəzi xarici ədəbiyyatda iqtisadi fikrin inkişafının üç mər-
hələ üzrə öyrənilməsi də tövsiyə edilir:
3
1) Bazar iqtisadiyyatı mərhələsinə qədərki iqtisadi təlimlər 
(Qədim və Orta əsrlər); 
2) Tənzimlənməyən bazar iqtisadiyyatı mərhələsindəki iq-
tisadi təlimlər (mikroiqtisadiyyat - A.Smit və D.Rikardo); 
3) Tənzimlənən (sosial yönümlü) bazar iqtisadiyyatı mərhə-
ləsinin iqtisadi təlimi (makroiqtisadiyyat - C.M.Keyns). 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin