ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva


Qədim Çin dövlətinin iqtisadi fikrində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

Qədim Çin dövlətinin iqtisadi fikrində
Konfutsi (e.ə. 
552 - 479) və Kollektiv traktat olan "Quan-tsızı" (e.ə. IV- III) 
mühüm yer tutur.
Qədim Çin iqtisadi fikri üçün xarakterik olan tərəflər: 
- sərvətin artırılması; 
- sərvətin bərabər bölgüsü; 
- istehlakın nizamlaşdırılması; 
- vergilərin nizamlanması; 
-kənd təsərrüfatı məhsullarının qiymətlərinin tənzim-
lənməsi; 
- patriarxal-ailə münasibətlərinin nizamlanması; 
- insanların mənəvi zənginləşdirilməsi; 
- sosial-iqtisadi proseslərə təbii hüquq nəzəriyyəsi möv-
qeyindən baxılması. 
"Quan-tsızı" traktatında sərvətin bərabər bölgüsü yolu ilə 
"dövlətin varlı və xalqın razı olması" ideyası və iqtisadiyyatın 
əmtəə qiymətlərinin tənzimlənməsi vasitəsi ilə sabitləşdirməsi, 
natural təsərrüfatın özbaşınalığından qorunması problemi diq-
qət mərkəzində olmuşdur. Traktatda öz dövrü üçün iqtisadiy-
yatın dövlət tənzimlənməsinin bütöv bir sistemi işlənib hazır-
lanmışdır. 
Qədim Çin mütəfəkkirlərindən olan Konfutsinin (e.ə. 
552 - 479) fikirləri olduqca maraqlı və fərqli idi. O, əsərlərində 


16 
zehni əməyin “ali təbəqənin”, fiziki əməyin isə “ikinci təbəqə-
nin” qulların və ya qara camaatın qisməti olduğunu söyləyirdi.
Xüsusilə o dövrdə belə təhsilə olduqca böyük qiymət verilirdi.
Konfutsinin ictimai baxışlarında mükəmməl (ideal) insan 
və xalqın varlanması ideyası xüsusi yer tutmuşdu. Konfutsi 
dövlətin yüksək mənəvi prinsiplər əsasında idarə edilməsini 
tövsiyə edirdi. 
İqtisadi fikrin sonrakı inkişafı Qədim Yunanıstanla bağ-
lıdır. Qədim Yunan mütəfəkkirləri 
Ksenofontun, Platonun,
Aristotelin
baxışlarını müasir iqtisadi fikrin nəzəri müddəaları 
kimi səciyyələndirmək olar. 
Əmək bölgüsü ideyası Platonun əsərlərində daha geniş 
şərh edilmişdir. Platonun fikrincə qul danışan alətdir. O, fiziki 
əməyə nifrət edirdi. Onun ideal dövlətində idarə edənlər filo-
soflar və hərbiçilər fiziki əməklə məşğul olmamalıdırlar, bu 
fiziki əmək üçüncü təbəqənin qismətidir. Platonun şagirdi olan 
Aristotel müəlliminin idealist fəlsəfi baxışlarını tənqid etsə də, 
cəmiyyətin və onun təsirindən qurtara bilməmişdir. Aristotelə 
görə iqtisadiyyat ev təsərrüfatı, quldar malikanəsinin siyasəti 
isə dövlətin idarə edilməsi ilə məşğul olmalıdır. Aristotel 
əmtəə-pul münasibətlərini daha geniş tədqiq etmiş və ən bö-
yük xidməti isə əmtəənin ikili xarakterini istehlak dəyəri və 
mübadilə dəyərini fərqləndirməkdən ibarətdir.
Qədim Roma mütəfəkkirləri 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin