ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

Varron, Böyük Katon
Kolumella, Seneka
və s.-nin fikirləri Qədim Yunan iqtisadçı-
larının fikirlərinin davamı idi. Burada hər şey köləliyin zəruri-
liyi ilə əsaslandırılır, lakin bu fikirlərdə artıq quldarlığın tə-
nəzzülü və dağılması əks olunur. Bu iqtisadçılar arasında
köləliliyi daha çox tənqid edən və yazmış olduğu əsərlərlə bu-
nun qarşısını almağa çalışan Seneka olmuşdur. 
İqtisadi həyatın müxtəlif cəhətlərini əks etdirən iqtisadi 
fikirlərə nəinki dünyəvi şəxsiyyətlərin yaradıcılığında, həm-
çinin müxtəlif dini kitablarda da rast gəlmək mümkündür. 


17 
Xristianlığın əsas dini kitabı olan İncildə dövrün əsas 
istehsal sahəsi olan kənd təsərrüfatı ilə əlaqədar olan fikirlər 
daha çoxdur. "Az əkən az da bicəcək, çox əkən isə çox da bi-
çəcək", "Ədalətli qiymət prinsipi", məhsulların fərdi deyil, 
sosial qiymətləndirilməsi, mülkiyyət, sərvət, bir çox başqa
iqtisadi problemlərə xristian alimləri (Foma Akvinski, Uilyam 
Okkam) tərəfindən bu və ya digər dərəcədə toxunulmuşdur. 
İqtisad elminin bərqərar olması ilə bağlı olan məktəblər: 
Merkantalizm, Fiziokratlar, Klassik siyasi iqtisad, Sosialist - 
Utopistlər, Marksizm və Marjinalizmdir.
Merkantilizm cərəyanı
XV-XVIII əsrlərdə Qərbi 
Avropa ölkələrində iqtisadi siyasətin və iqtisadi fikrin əsas 
cərəyanı olmuşdur. Merkantilizm sözü italyan sözü olub tacir, 
ticarət deməkdir. Merkantilizm cərəyanının mahiyyəti əsasən 
əmtəə və pul tədavül dairəsini, sərvətin pul formasını və onun 
artırılması yollarını təhlil və tədqiq etməkdən ibarətdir. Nüma-
yəndələri: 
Antuan Monkretyen
(1575-1621), 
Tomas Man
(1571-1641), 
Vilyam Staffo
r (1554-1612), 
Qaspar Skaruffi
(1519-1584) və s. 
Merkantilist cərəyanı iki istiqamətdə formalaşmışdı:
1) Erkən merkantilizm (XV-XVI əsr); 2) İnkişaf etmiş merkan-
tilizm (XVII-XVIII əsr). Erkən merkantilizmin əsasında ixrac 
olunan əmtəələrə maksimum yüksək qiymət qoymaq, əmtəə-
lərin idxalını məhdudlaşdırmaq, qızıl və gümüşün ölkədən 
çıxarılmasına yol verməmək, pul balansı sistemi, pul sərvətinin 
yalnız qanunvericilik yolu ilə artırılması dayanırdı. İnkişaf et-
miş merkantilizmin əsasında isə aktiv ticarət balansı, nisbətən 
aşağı qiymətlə xarici bazarı cəlb etmək, ölkədə aktiv ticarət ba-
lansını saxlamaqla əmtəələrin (zinət əşyalarından başqa) ixra-
cına imkan verməmək, ixracın nisbətən üstünlüyü vasitəsilə 
ölkəyə pul toplamaq və pulun miqdar nəzəriyyəsi dayanırdı. 
Antuan Monkretyen 1615-ci ildə Fransa kralı XIII Lüdo-
viqə həsr etdiyi "Siyasi iqtisad" traktatı adı ilə məşhurdur. Bu 


18 
əsərdə ilk dəfə olaraq siyasi iqtisad terminindən istifadə 
edilmişdir. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin