ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

Qədim Babilistan dövləti
e.ə. II minillikdə Mesopo-
tamiyada Larsa, İsin, Mari və Babil şəhər dövlətləri yaran-
mışdı. Bu şəhər dövlətlərində ən qüdrətlisi Babil idi. Qədim 
Babilistan dövlətinin qurucusu Sumuabum (e.ə. 1894 - 1881), 
ən qüdrətli hökmdarı isə Hammurapi (e.ə 1792- 1750) olmuş-
dur. Hammurapinin hakimiyyəti illərində kanalların və yolların 
çəkilməsi genişlənmişdi, yeni binaların inşası artmışdı, əkin 
sahələri və bağçılıq genişlənmişdi, sənətkarlıq və ticarət inki-
şaf etmişdi, qanunlar külliyyatı tərtib edilmişdi (282 bənddən, 
giriş və nəticədən ibarət bu qanunlar hökmdar hakimiyyətini 
möhkəmləndirməklə yanaşı ölkənin idarə olunmasında, təsərrü-
fat həyatının, insanların davranış qaydalarının müəyyən hüquqi 
sistemini, quldarların mənafeyini və mülkiyyətini qoruyurdu). 
Qədim Babilistanın iqtisadi fikri üçün xarakterik olan 
tərəflər: 
- dövlətin təsərrüfat həyatına nəzarət etməsi; 
- xüsusi mülkiyyətin qorunması; 
- sələmçiliyin həddinin müəyyən edilməsi; 
- borc ödənişlərinin yerinə yetirilməsi; 
- muzdlu əməkdən istifadə olunması ilə bağlı olmuşdur. 
Qədim Hindistanın iqtisadi fikri
öz əksini Kautilya 
(e.ə.IV) tərəfindən yazılmış "Artxaşastra" traktatında tapmışdır. 
"Artxaşastra" traktatında aşağıdakı məsələlərə geniş yer veril-
mişdir: 
- maddi qazancın əldə olunması; 
- dövlətin möhkəmləndirilməsi; 
- vergi yığmanın təkmilləşdirilməsi


15 
-ətraf ərazilərin yeni vergi verənlərə görə zəbt edilməsi; 
- gəlirlərin artırılması; 
- xərclərin azaldılması; 
- ticarətin aparılması; 
- hökmdarın xəzinəsinin doldurulması.
"Artxaşastra" traktatında hökmdara dörd elmin öyrənilməsi 
zəruri hesab edilir: 
1. dini təlim; 2. fəlsəfə; 3. idarəetmə; 4. iqtisadiyyat. 
Qədim Hind “Manu qanunları”ında (e.ə.IV –III əsrlər) 
ictimai əməyin, hökmranlıq və asılılıq münasibətlərinin möv-
cudluğu qeyd olunur.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin