ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

Keynsçilik cərəyanının
əsasını 
Con Meynard Keyns
(1883-1946) qoymuşdur. Keynsçilik məktəbi XX əsrin 30-cu 
illərində formalaşmışdı. 1936-cı ildə "Məşğulluğun, faizin və 
pulun ümumi nəzəriyyəsi" kitabını çap etdirmişdi. Keynsçilik 
iqtisadiyyatın bazar mexanizmi vasitəsilə özünü tənzim etməsi 
haqqında neoklassik nəzəriyyəni qəbul etmir və göstərir ki
təbii inkişaf edən bazar iqtisadiyyatlı sistem ideal sistem deyil, 
bu sistemə iqtisadi sarsıntılar xasdır. C.M.Keyns bazar iqtisa-
diyyatını saxlayıb, yalnız onu dövlət tənzimlənməsi ilə idarə 
olunmasını təklif edirdi. Keynsçilik dövlət tənzimlənməsi siste-
minə əsaslanan makroiqtisadi nəzəriyyədir. 
İnstitusional-sosiaoloji istiqamət
XX əsrin 20-30-cu 
illərində ABŞ-da formalaşmışdı. İnstitusional-sosioloji məktə-
bin ilk nümayəndələri bunlardır: 
Torsteyn Veblen
(1857-
1929), 
Con R.Kommons
(1862-1945), 
Uesli Mitçell
(1874-
1948) və s.
İnstitusionalizm sözü latın sözü olub “İnstitut” sözündən 
əmələ gəlmişdir. Bu kateqoriyanın mahiyyəti həm hüquqi 
normalar, həm də onlar arasındakı əlaqələrin qurulması qayda-
larını təşkil edir. Bu əlaqələrin qurulması, hüquq subyektləri 
arasındakı münasibətlərə dayanıqlı xarakter vermək məqsədi 
ilə müvafiq təşkilatı strukturların və nəzarət orqanlarının 
yaradılmasına təkan verir. “İnstitut” anlayışı dedikdə: dövlət, 
həmkarlar ittifaqı, həm rəqabət, inhisar, vergilər, hüquqi 
normalar və s. başa düşülür.
İnstitusionalizmin tərkibində bir-birindən fərqlənən üç 
istiqamət mövcuddur: 
1) Sosial- psixoloji - T.Veblen; 
2) Sosial- hüquqi - R.Kommons; 
3) Empirik və ya konyunktur – statistik- K.Mitçell. 


22 
Müasir iqtisadi fikirlərin istiqamətləri, cərəyanları, mək-
təbləri və başqa müxtəlif düşüncələr sosial istiqamətli bazar 
iqtisadiyyatının problemlərinin nəzəri və praktiki həllinə yönəl-
mişdir. 
Kembric Universitetinin professoru C.Robinsonun sözlə-
rinə görə "İqtisadi fikir tarixini öyrənməkdə məqsəd ondan 
ibarət deyil ki, iqtisadi suallara hazır cavablar alasan, məqsəd 
odur ki, bəzi iqtisadçıların nəzəri tələsinə düşməməyi öy-
rənəsən". 
Nobel mükafatı laureatı, Fransa iqtisadçısı M.Alle deyir: 
"Öz fikrinə tənqidi, başqalarının fikrinə hörmətlə yanaşmaq 
elmin tərəqqisinin real çıxış nöqtəsidir". 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin