Sədi Şirazi GÜLÜstan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə11/17
tarix31.01.2017
ölçüsü1,13 Mb.
#6772
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

10. Hekayət 
 
 
 Cavanlıq vaxtlarında, bildiyin üzrə hamının başına gəldiyi kimi, 
mən də bir gözələ  aşiq olmuş, and içib əhd–peyman bağlamışdım, 
özü xoşəxlaq, üzü isə ondörd gecəlik ay kimi parlaq idi. 
 
Beyt 
 
Yar üzünün nəbatı bax ab–həyat içib gülər, 
Kim ki, nabatə meyl edər şəkkərinə salar nəzər
*
 
 
 
Təsadüfən ondan xoşa gəlməyən bir hərəkət baş verdi, ürəyim 
sındı, sidqim siyrildi, məhəbbət daşını atıb dedim: 
 
Beyt 
 
Bir yol tap get sən də məqsədə asan, 
Barı bax özünə, bizə baxmırsan. 
 
 
Eşitdim ki, gedə–gedə deyirdi: 
 
Beyt 
 
Yarasa sevmirsə nurlu günəşi, 
Günəşin əksilməz bundan atəşi. 
 
 
Bundan sonra o, başqa  şəhərə getdi. Amma sözü mənə yaman 
yer etdi. 
 
Beyt 
 
Çıxdı əldən yar vəsli, getdi şadlıq neməti 
                                                           
*
 Бу Бейтдяки «Нябат» сизц биринъи мисрада от (сябзи), икинъи 
мисрада набат (гянд) мянасындадыр (мугяръим).  
 

 
166
Kim əzabdan əvvəl anlar var olan xoş ləzzəti? 
 
Beyt 
 
Qayıt, gəl,vur, öldür, bu ölüm, bilsən 
Xoşdur mənə, sənsiz ömür sürməkdən. 
 
 
 
Şükür olsun ki, bir müddətdən sonra geri qayıtdı, çənəsinin al-
macçığı heyva kimi zərif tüklərlə örtülmüş, rəngi solmuş,  əvvəlki 
gözəllikdən bir nişan qalmamışdı. Ümid edirdi ki, durub üzündən 
öpəcəyəm. Oturub üzümü kənara çevirdim və dedim: 
 
Şer 
 
O gün ki cəmalın xətti gözəldi, 
Qoymadın bir salam o xəttə nəzər. 
Bu gün sülh edərək gəlmişsən çünki, 
Qoyulub o xəttə indi zir-zəbər. 
 
Şer 
 
Tazə baharım, varağın soldu bax, 
Qoşa qazan, söndü, bu od, bu ocaq. 
Bunca çəkib sən özünü dartma gəl, 
Anla daha indi deyilsən gözəl. 
Get onu tap kim sənə pabənd ola,  
Bir kəsə naz et ki, sənə bənd ola. 
 
Şer 
 
Dedilər ki, bağda göyərti xoşdur, 
Sözün doğrusunu deyənlər bilər. 
Yəni gözəl üzdə tər səbzi bitsə, 
Aşiq məftun olub təmənna dilər. 
Lakin qanqal bitmiş sənin üzündə, 
Yolduqca daha çox artıb yüksələr. 
 
Şer 
 
167
 
Səbr etsən, etməsən bunu yaxşı bil, 
Gözəllik əyyamı keçib gedəcək. 
Sənin tək canımdan əl çəkməsəydim, 
Saqqalı qoymazdım çıxa həşrə dək. 
 
Şer 
 
Yarımdan sual etdim: hanı o hüsnü camal
Qaralmışdır ay üzün batmısan dərdə, ğəmə. 
Cavab verdi bilmirəm bu üzümə nə oldu 
Görünür hüsnüm üçün batmış belə matəmə. 
 
 11. 
Hekayət 
 
 Bağdad bədəvi  ərəblərinin birindən soruşdular: – Yeniyetmələr 
haqqında nə deyə bilərsən? 
 
Dedi: – Onlardan xeyir umma, nə qədər ki, gözəl və zərifdirlər 
kobudluq edərlər, elə ki, çirkinləşib kobudlaşdılar, məhəbbət göstərib 
dostluq edərlər 
 
Nəzm 
 
Yeniyetmə nə qədər ki, gözəldir, 
Dili acı olar, xisləti yaman. 
Elə ki, üzünün gülşəni soldu, 
Hamıya dil töküb olar mehriban. 
 
 12. 
Hekayət 
 
 
 Bir 
alimdən soruşdular: – Bir adam gözəl bir nigarla xəlvət otağa 
çəkilə, qapını daldan baqlaya, rəqiblər yuxlamış, şəhvət coşmuş ola, 
ərəblər demişkən: «Xurmalar dəymiş, bağban yatmıqa ola», insan öz 
nəfsini saxlayıb gözəllərin əlindən qurtara bilər, ya yox? 
 Alim 
dedi: 
 –Gözəllərin  əlindən qurtarsa da, söz gəzdirənlərin dilindən 
qurtara bilməz. 
 

 
168
Beyt 
 
İnsan qurtarsa da pis əməlindən. 
Qurtarmaz bədxahın tənələrindən. 
 
Beyt 
 
Bacararsan bir iş görüb salmayasan səsə sən, 
Bacarmazsan lakin xalqın dillərini kəsəsən. 
 
 13. 
Hekayət 
 
 Tutuquşu ilə qarğanı bir qəfəsə salmışdılar. Tutuquşu qarğanı
çirkin sifətini görməkdən xoşlanmayaraq, öz–özünə deyirdi: 
 –Bunun 
nə kifir, eybəcər və yöndəmsiz sir–sifəti vardır! Kaş 
aramızda məğriblə məşriq qədər məsafə olaydı
 
 
169
Şer 
 
Hər kəs səhər duranda görsə sənin üzünü, 
Onun parlaq gündüzü tutqun axşama dönər. 
Sənin kimi bir nacins sənə həmdəm olmalı
Təəssüf ki, dünyada sənə tay yox bir bəşər 
 
 Daha 
qəribəsi orasında idi ki, qarğa da tutuquşu ilə bir yerdə ol-
maqdan gədərlənərək təəssüflənir və həyatının gedişindən şikayətlə-
nib deyirdi: 
 –Baxtım qara, taleyim dönük, fələk vəfasız imiş! Mən gərək indi 
bir qarğa ilə bir bağda divar üstə nazlana–nazlana gəzə idim! 
 
Beyt 
 
Sıxar möminləri sanki bir zindan, 
Rindlərlə bir yerə düşdüyü zaman. 
 
 Görəsən nə günah işləmişəm ki, ruzigar məni cəzalandırıb belə 
xəbis, lovğa və nacins bir axmaqla həmsöhbət etmiş  və  fəlakətə 
salmışdır. 
 
Şer 
 
 
 
 
 
 
 
 
 
Şəklini çəksələr divara sənin, 
 
 
 
 
O evə heç yaxın gəlməz bir insan. 
 
 
 
 
Behiştdə sən olsan əgər, adamlar, 
 
 
 
 
Qaçıb cəhənnəmdə salarlar məkan. 
 
 Bu 
məsəli ona görə gətirdim başa düşəsən ki, alim adam cahilə 
nə  qədər nifrət edərsə, cahil yüz dəfə, min dəfə artıq ona nifrət 
bəsləyər. 
 
Şer 
 
Rindlər məclisində vardı bir zahid, 
Bəlxli bir cavan ona dedi: «Sus! 
Narazı olsan da qaşqabaq tökmə; 

 
170
Sən də biz deyən tək deyilsən, əfsus!» 
 
Şer 
 
Hamı birləşmişdir gül və lalə tək, 
Sən isə arada quru odunsan. 
Ey naxələf şeyx, müxalif külək, 
Qar kimi soyuqsan, buz kimi donsan. 
 
 14. 
Hekayət 
 
 
Bir dostum var idi, onunla çox səfər etmiş, çoxlu duz-çörək 
yemişdik, aramızda möhkəm bir səmimiyyət yaranmışdı. Bir dəfə 
cüzi bir mənafe üstündə könlümə toxundu, dostluğumuz pozuldu. 
Lakin buna baxmayaraq qəlbimizdə olan məhəbbət bağları  hələ 
qırılmamışdı. Eşitdim bir gün məclisdə mənim şerimdən bu iki beyt: 
 
 
Şer 
 
Duzluca gülərkən mənim nigarım, 
Bir az da duz səpər yarama aman. 
Dərvişin əlinə nola zülfündən 
Bircə tel düşərək olaydı dərman! 
 
oxunarkən dostlarım, bu sözlərin xatirinə yox, bəlkə  əxlaqlarını
təmizliyinə görə  şeri bəyənib afərin demişlər, o cümlədən haman 
adam da məni tərifləmiş, köhnə dostluğumuzun qırılmasına təəssüf 
etmiş, təqsirini boynuna almış, günahını etiraf etmişdir. Beləliklə, 
onun da barışmaq arzusunda olduğu meydana çıxdı, dərhal bu şeri 
yazıb göndərdim, sülh bərpa oldu. 
 
Şer 
 
Vəfayə söz verdik, peyman bağladıq, 
Sən cəfa edərək vəfanı atdın. 
Dünyada bir sənə könül vermişdim. 
Tezliklə sən onu vurdun, qanatdın. 
 
171
Barışmaq istəsən gəl şad et məni, 
Əzəldən daha çox sevərəm səni. 
 
 

 
172
 15. 
Hekayət 
 
 
 Bir 
adamın gözəl və cavan arvadı öldü, kəbini üzündən çox qo-
calmış qaynanası onun evində yaşamalı oldu
97
. Kişi qaynanasını
söhbətindən bezmiş, lakin arvadın kəbinini verə bilmədiyindən onun-
la bir evdə yaşamaq məcburiyyətində qalmışdı. Dostlarından bir 
neçəsi onu görməyə gəldilər. Onlardan biri soruşdu: 
 
–Əziz sevgilinin dərdinə dözmək çoxmu aqırdır? Kişi cavab 
verdi: 
 –Qaynana 
üzü 
görmək mənim üçün arvad dərdinə dözməkdən 
daha ağırdır. 
 
Şer 
 
Güllər tarac oldu, tikanlar qaldı
Xəzinə dağıldı, ilanlar qaldı
Gözümə batarsa zəhərli mismar, 
Düşməni görməkdən daha xoş olar. 
Kaş ki, mən itirim min dostu, yarı
Görməyim yanımda bircə əğyarı
 
16. Hekayət 
 
 Xatırımdadır, cavanlıq günlərindən birində bir küçədən keçərkən 
gözəl bir nigara rast gəldim. Təmuz
98
 ayı idi, istisi ağızları qurudur, 
səmum yeli beyinlari qaynadırdı; qızmar günorta günəşinə tab 
gətirməyib divar kölgəsinə pənah apardım, dedim bəlkə bir adam bir 
içim su verib Təmuz atəşini söndürə. Birdən bir evin qaranlıq dəh-
lizindən bir nur parladı, yəni elə bir camal göründü ki, qadir bir natiq 
onun nadir gözəlliyini təsvir etməkdən acizdir. Sanki qaranlıq bir 
gecədən səhər açıldı, ya zülmətdən həyat suyu tapıldı. Əlində qarlı su 
ilə dolu bir piyalə vardı, içinə qənd tökülmüş, müşk qarışdırılmışdı
Bilmirəm onu gülablamı belə  ətirləndirmiş, yoxsa gül yanağından 
ona bir neçə qətrə tər damcılatmışdı
 Xülasə, onun inçə əllərindən piyaləni alıb başıma çəkdim, dirilib 
cana gəldim. 
 
 
173
Beyt 
 
Qəlbimdə sonsuz bir atəş var inan, 
Dənizi içsəm də doymaram bir an. 
 
Şer . 
 
O xoşbəxtə eşq olsun ki, göz açanda hər səhər, 
Belə huri cəmalına baxıb edir iftixar. 
Şərab məsti gecə yarı ayılsa da, şübhəsiz, 
Bu saqidən məst olanlar qiyamətdə ayılar. 
 
 17. 
Hekayət 
 
 
Məhəmməd Xarəzmşah
99
 Çin ilə  əlverişli sülh bağladığı ildə 
mən Kaşğər
100
 şəhərinə gəlmişdim. Orada olduqca gözəl və yaraşıqlı 
bir oğlan uşağı gördüm. Onun kimilər haqqında belə deyirlər: 
 
Şer 
 
Müəllimin sənə hər bir ədanı öyrətdi, 
Bu nazü qəmzəni, zülmü cəfanı öyrətdi. 
Bu hüsndə, bu gözəllikdə görmədim insan, 
Mələkmi yoxsa sənə bu liqanı öyrətdi? 
 
 O, 
Zəməxşərinin
101
 «Müqəddimeyi-Nəhv» kitabını əlində tutaraq 
oxuyurdu: «Zeyd Əmri vurdu...». Dedim: – Ay oğlan, Xarəzm ilə Çin 
sülh bağladılar, Zeydlə Əmrin
102
 düşmənçiliyi hələ də davam edir. 
 Güldü, 
haralı olduqumu soruşdu. 
 Dedim: 
– 
Şiraz torpağındanam. 
 
Dedi: – Sədinin sözlərindən nə bilirsən? 
 
Ərəbcə dedim: 
 
Şer 
 
Dilçi bir alimə rast gəldim bu gün 
Zeyd Əmrə baxan tək baxdı üzümə. 
«Kəsrə» tək başını aşağı saldı

 
174
«Zəmmə» tək hücuma keçdi üstümə. 
 
Bir az fikrə getdikdən sonra dedi: – Sədinin  şerlərinin çoxunu 
burada farsca oxuyurlar, sən də bu dildə desən daha tez anlaşılar
*

Adamla onun biliyinə görə danışarlar. 
 Dedim: 
 
Şer 
 
Nəhvə qarışdı başın ey yar bu gün, 
Səbrimizi məhv elədin büsbütün. 
Aşiqinin qəlbi əsirin ikən, 
Zeyd ilə Əmr oldu sənin məşğələn. 
 
 Ertəsi gun səhər tezdən səfərə  çıxmağa hazırlaşarkən, ona 
dedilər ki, filankəs Sədidir. Qaça–qaça gəlib çox üzrxahlıq etdi və 
sonra gileylənib dedi: – Nə üçün demədiniz ki, Sədiyəm, lazım olan 
xidməti edəm?! 
 
Dedim: – Səni gerdükdə nitqim tutuldu. 
 
Dedi: – Nə olar bir neçə gün burada qalıb dincələsən, biz də 
sizin söhbətinizdən feyzyab olaq. 
 
Dedim: – Aşaqıdakı hekayətə görə qala bilmərəm. 
 
Şer 
 
Mən dağlarda rast gəldim bir alimə, 
Yaşayırdı mağarada yalqız, tək, 
Dedim: neçin gəlməyirsən şəhərə 
Ömr edəsən gözəl həyat sürərək? 
Dedi: axı, şəhərdə çox gözəl var, 
Fil sürüşər yerdə çox olsa çiçək! 
 
 
Bunu dedim, bir–birimizlə öpüşüb vidalaşdıq. 
 
Şer 
 
Belə öpüşmənin nə mənası var, 
                                                           
*
 Сяди йухарыдакы шери яряб дилиндя демишдир (мцтяръим). 
 
175
Ki öpüb tez yola salasan yarı
Elə bil alma da yardan ayrılmış, 
Bir üzü al olmuş, bir üzü sarı
 
Beyt 
 
Can verməsəm dostumla vidalaşan dəmdə mən, 
Xəbərsizəm deməli sədaqətdən, diləkdən. 
 
 18. 
Hekayət 
 
 Hiçaz 
karvanı ilə gedərkən bir dərviş  də bizə qoşuldu.  Ərəb 
əmirlərindən biri ona yüz dinar baqışladı ki, o da qurban kəsdirsin. 
Yolda Xəface
103
 yol kəsənləri tökülüb karvanı çapdılar, hər nə var 
idisə, sil–süpür edib apardılar. Tacirlər ahü–fəryad etməyə, nahaq 
yerə dadü–bidad qoparmağa başladılar. 
 
Beyt 
 
Ağlayıb sızlasan sən hər nə qədər, 
Geriyə qaytarmaz oğru bircə zər. 
 
 
Vəziyyətini dəyişməyib sakit oturan bir adam var idisə, o da 
haman dərviş idi. 
 
Dedim: – Məgər sənin pullarını oğrular aparmayıblar? Dedi: 
 –Nə üçun, aparıblar, ançaq mən pulun varlığında ona bağlı deyil-
dim ki, yoxluğunda ağlayam. 
 
Beyt 
 
Bir kəsə, bir şeyə könül vermə, bax, 
Çətindir, könülü geriyə almaq 
 
 Dedim: 
–Seylədiyin vəziyyət tanışdır, çünki mənim də cavanlıq-
da sevgilim olmuşdur. Mən o dilbərə elə bağlı idim ki, camalı 
gözümün qabləsi, vüsalı ömrümün sərmayəsi idi. 
 
Şer 

 
176
 
Səmadan nazil olmuş bir mələkdi sanki xilqətdə, 
Ki, yerdə bir bəşər mümkün deyildir bu lətafətdə  
Qəsəm ol dostluğa kim, ondan ayrı boşdur hər söhbət,  
Ki, olmaz insan övladı belə hüsnü vəcahatdə. 
 
 
Birdən ölüm yatağına yatdı, ayağı  əcəl torpağına batdı
evlərindən qalxan fəraq naləsi göyə dayandı, qəlbim od tutub yandı
Bir neçə gün qəbri üstdən ayrılmayıb, fəraqi haqqında bir şer yazdım. 
O cümlədən dedim: 
 
Şer 
 
Ayağına batan zaman əcəlin sərt tikanı
Kaş başımı öz əlilə qoparaydı bu fələk. 
Ta ki, gözüm görməyəydi sənsiz qalmış cahanı
Məzarına mənəm gələn başıma gül tökərək. 
 
Şer 
 
O gözəl ki, heç bir qərar tutmadan, 
Gül nəstərən bəsləyəydi hər zaman. 
Öz gülünü soldurdu bu zəmanə, 
Torpağında bitirdi vəhşi tikan. 
 
 Dilbərin fərağından sonra and içdim, nə  qədər sağam bir daha 
eyş fərşini açmayam, ömrümün sonuna qədər işrət məclisinə qədəm 
basmayam. 
 
Şer 
 
Dəniz fayda verərdi çox olmasaydı tufanı
Gül söhbəti xoş olardı olmasaydı tikanı
Tavus kimi nazlanırdım dünən vüsal bağında 
Bu gün isə qıvrılıram ilan tək fərağında 
 
19. Hekayət 
 
 
177
 
Ərəb  əmirlərindən birinə Leyli və  Məcnun  əhvalatını danışaraq 
dedilər: 
 –Məcnun elm–fəzilət sahibi olmasına baxmayaraq, əqlini itirib 
çöllərə düşmüşdür. 
 
Əmr etdi ki, Məcnunu tapıb onun hüzuruna gətirsinlər. Məcnunu 
gətirdilər. Əmir onu danlayaraq dedi: 
 
–Şərəfli insan sifətində nə nöqsan gördün ki, heyvan xasiyyətini 
qəbul edib, adamlarla ünsiyyətdən əl çəkdin? 
Məçnun ağlayaraq cavab verdi: 
 
Beyt 
 
 Onu  sevdiyimə gülənlər ki, var, 
 Kaş yarı bir dəfə görəydi onlar! 
Hər kəs axtarırsa mənim eybimi, 
 Kaş yarın hüsnünü görəydi bir an. 
 Onun  camalına olaraq heyran. 
Əlini kəsəydi bir turunc kimi. 
 
 
Məcnunun sözlərinin düzgün olub–olmadığını öyrənmək, bu 
qədər fitnəyə  səbəb olan bir gözəli görmək məqsədilə  əmir Leylini 
çağırtdırmağı  əmr etdi. Bütün ərəb tayfalarını gəzib Leylini tapdılar 
və onu əmirin sarayına gətirdilər.  Əmir Leylini gözdən keçirdi, 
qarayağız, arıq bir qız gördü, xoşuna gəlmədi, onun hərəmxanasında 
olan  ən axırıncı  kəniz gözəllikdə Leylidən qat–qat üstün idi. Ona 
görə  də artıq Leyliyə  əhəmiyyət vermədi. Məcnun bunu hiss edib 
dedi: 
 –Leylinin 
gözəlliyini dərk etmək üçün, ona Məcnunui gözü ilə 
baxmaq lazımdır. 
 
Şer 
 
Yar kuyindən gələn səsi göyərçinlər eşitsə, 
Mənim kimi fəğan edib inildəyər onlar da. 
Ey dostlarım, mənə tənə vuranlara deyiniz, 
Ki, dərdimi duymaq üçün duyğu yoxdur oilarda. 
 
Şer 

 
178
 
Sağlamlar nə bilir nədir dərdü ğəm, 
Dərdimi anlayar dərd çəkən həmdəm. 
Arı nəştərini dadmayana sən, 
Arıdan nə üçün söhbət edirsən? 
Olmasa əhvalın bizim tək əgər, 
Halımız sənə bir əfsanə gələr. 
Ağrımı özgəyə bənzətmə sən də, 
Duz onun əlində, yarasa məndə. 
Şer 
Sən bilməzsən məndə olan əhvalı
Mənim dostum öz həmdərdim olmalı
Ta söyləyim dərdimi o həmdərdə, 
İki odun yaxşı yanar bir yerdə. 
 
 20. 
Hekayət 
 
 
Həmədan qazısı haqqında danışırlar ki, o bir nalbənd oğluna 
bənd olmuş, qəlbinin nalını oda qoymuşdu, bir müddət dərdilə 
kədərlənmiş, bir müddət  ətrafında hərlənmiş, gah dalınca düşüb 
gedərmiş, gah haqqında danışıb, şer deyərmiş. 
 
Şer 
 
Gözümə göründü o sərv qamət, 
Qəlbimi qaparaq saldı ayağa. 
Ürəyi kəməndə salan bil, gözdür, 
Qəlbi qorumaqçın gözünü bağla. 
 
 Deyirlər ki, bir dəfə yoldan gecərkən oğlan qazının yolunu kəsdi, 
özü haqqında deyilən bəzi sözləri eşitdiyinə və bərk incidiyinə görə, 
qazını söyməyə başladı, ürəyi soyumadı, sonra onu daşladı, ağzına 
gələni dedi, olmazın hörmətsizliklər etdi. 
 Qazı əhvalatı müşahidə edən, onunla birlikdə gedən üləmalardan 
birinə demişdi: 
 
Beyt 
 
 
179
Gözəlin acığı nazə bərabər, 
Üzünü turşutsa şirin dad verər. 
 
 
Ərəb ölkələrində belə bir məsəl var, deyərlər: –«Sevgilinin söyü-
şü şirin kişmiş kimidir». 
 
Beyt 
 
Sənin gül əlindən yumruq yesəm mən, 
Xoşdur öz əlimlə çörək yeməkdən. 
 
 
 Qara–qışqırıq salır, demək razılıq iyi gəlir. 
 
Beyt 
 
Üzüm qora çağı turş olar yəqin, 
Üç-dörd gün səbr elə ki, olsun şirin. 
 
 Qazı bunu deyib geri döndü, gəlib qəzavət kürsüsündə oturdu. 
Onun xidmətində olan mənsəb sahiblərindən bir neçəsi baş  əyib 
təzim etdilər, yeri öpüb belə dedilər: 
 
–Ədəb xaricində olsa da, icazə verin sizə bir sual verək. 
Böyüklər deyiblər: 
 
Beyt 
 
Hər bir sözə irad tutmaq bil, deyildir, məsləhət, 
Böyüklərə qələt tutmaq özü sayılar qələt. 
 
 
Lakin bütün ömrümüz boyu sizdən mərhəmət görüb, ənam 
aldığımız üçün, bildiyimiz məsləhəti deməsək, xəyanət etmiş olarıq. 
Yaxşısı budur ki, sən bu nalbənd oğlundan əl çəkib öz ehtiras süfrəni 
yığışdırasan, pak qəzavət kürsüsünü belə çirkin işlərlə  kəsafətə 
bulaşdırmayasan. Hərifin kim olduğunu kördünüz, hərfin nə 
olduğunu eşitdiniz. 
 
 Şer 
 

 
180
Biri həyasızlığa etmişsə adət, 
Özgə həyasına verərmi qiymət? 
Çox olmuş əlli il yaxşı qalan ad 
Bir çirkin iş ilə olmuşdur bərbad! 
 
 Qazı dostlarının fikrini bəyəndi, onların xeyrxahlığına qarşı 
təşəkkür etdi, və dedi: – Mənim haqqımda əziz dosqlarımın dedikləri 
tamamilə düzdür, ona etiraz ola bilməz, çünki doğru sözdur, lakin: 
 
Beyt 
 
Nə qədər kefindir elə məzəmmət 
Zəncini yumaqla ağarmaz əlbət. 
 
181
Beyt 
Bu dünyada səni mənə unutduran iş varmı
Başı qopmuş bir ilanam, qıvrılmasam olarmı
 
 
Bunu deyib onu yola gətirmək üçün adam saldı, mal tökdü, pul 
xərclədi, hədiyyə aldı. Demişlər ki, kimin qızılı qovluğundadır, onun 
gücü də öz qolundadır; kimin dünyada kisəsi boşdur, onun da 
dünyada heç kəsi yoxdur. 
 
Beyt 
 
Qızılı kim görsə ona baş əyər 
Dəmirqol tərəzi olsa da əgər. 
 
 Müxtəsər, bir gecə aranı xəlvət eləmişdilər ki, darğaya da xəbər 
çatdı. Qazı bütün gecəni  şərab içir, sevgilisinin gah sağına, gah 
soluna keçir, məhəbbətin şiddətindən belə zümzümə edirdi: 
 
Şer 
 
Ey kaş xoruz banlamasın bu səhər erkən, 
Aşiqlər hələ doymadı məşuqələrindən 
Yatdıqda yarın sən oyaq ol, fürsəti vermə, 
Bu ömrü, amandır, belə bivayə keçirmə. 
Məsciddən azan səsləri yüksəlsə də hər an, 
Ya təbl sasi qalxsa Atabəy sarayından. 
Sən açma xoruz gözləri tək ləbləri zinhar, 
Əfsanə demə, etmə sən ez sirrini izhar. 
 
 Qazı bu vəziyyətdə idi ki, yaxın adamlarından biri gəlib dedi: – 
Nə oturmusan qalx, nə  qədər bacarırsan tez qaç! Paxılların sənə 
həsəd aparıb xəbərçilik etmişlər, bəlkə də haqq demişlər. Nə qədər ki, 
fitnə odu alovlanmayıb, bəlkə onu tədbir suyu ilə söndürək, sabaha 
qalsa güclənib yanğına çevrilər, yayılıb dünyanı bürüyər. 
 Qazı gülümsəyərək ona baxdı və dedi: 
 
Şer 
 

 
182
Şirlər ov üstünə pəncə açanda,  
Nə fayda itlərin hürüşməsindən. 
Yarınla üz–üzə söhbət elə, qoy 
Əlinin dalını çeynəsin düşmən. 
 
 O 
gecə  şaha da məlumat verdilər ki, sənin ölkəndə belə bir 
murdar hadisə baş vermişdir, əmrin nədir? 
 
Şah dedi: – Mən onu əsrimizin görkəmli alimi, misilsiz qazısı 
kimi tanıyıram, ola bilər düşmənləri bu hadisəni onun haqqında 
uydurmuş olalar, bu məsələni yoxlamayınca mən ona inana 
bilmərəm. Ağıllı adamlar deyiblər: 
 
Şer 
 
Hirslənib qılınca tezcə əl atsan, 
Sonra peşmançılıq baş verər inan. 
 
 Qazının yanına gəldi. Gördü şam yanır, oğlan oturub, şərab 
dağılıb, qədəh sındırılıb, qazı isə özündən getmiş, dünyadan bixəbər, 
məst, sərxoş, bihuş, mədhuş bir halda yatır.  Şah ehmalCa qazını 
oyadaraq ahəstə dedi: – Dur, günəş çıxmışdır. 
 Qazı işin nə yerdə olduğunu başa düşüb soruşdu: 
 – 
Hansı tərəfdən çıxmışdır? 
 Dedi: 
–Hər gün çıxdığı tərəfdən, məşriqdən. 
 Dedi: 
–Allaha 
şükür olsun ki, tövbə qapıları hələ açıqdır, hədisdə 
deyilib: «Tövbə qapıları o zaman bağlanar ki, günəş məğribdən çıx-
sın». İlahi tövbə edirəm, bağışlanmağımı istəyirəm. 
 
Şer 
 
Mənə iki şeyi tutdular nöqsan, 
Qarabəxt dedilər bir də ki, nadan. 
Sən məni həbs etsən, haqdır, yeri var, 
Əfv etsən cəzadan daha xoş olar. 
 
 
Şah dedi: – İndiki halda, öldürüləcəyini bildikdən sonra tövbənin 
faydası yoxdur, hətta bu barədə belə bir ayə də vardır: «Cinayətdən 
sonra tövbənin xeyri yoxdur». 
 
183
 
Şer 
 
O oğrunun tövbəsindən nə fayda, 
Ki, kəməndi ata bilmir saraya. 
Ucaboya «meyvə dərmə» deməli, 
Gödəklərin onsuz da çatmır əli 

 Belə bir iyrənc iş tutduqdan sonra bağışlanmağın qeyri-müm-
kündür. 
 
Şah bunu decək, çəza müvəkkilləri tökülüb qazının  əl-ayağını 
bağladılar. 
 Qazı dedi: – Şaha deyəcək mənim daha bir sözüm qalmışdır. Şah 
eşitdi və dedi: – O nə sözdür?  
 Qazı dedi: 
 
Şer 
 
Ətəyindən məlamət yağdıranda mənə sən. 
Zənn etmə ki, əlimi üzərəm ətəyindən. 
Bu günah ki, mənim var, xilas olmaq çətindir, 
Bircə ümid qalıbdır, o da kəramətindir. 
 
 
Şah dedi: – Bu şeri çox gözəl dedin, sözü qəribə bir məharətlə 
yerində işlətdin. Lakin əqlə müvafiq, şərə mütabiq olmaz ki, sənin bu 
günkü hazırcavablığın canını  mənim  əlimdən xilas etsin. Əmr 
edəcəyəm səni saray qülləsindən atsınlar ki, başqaları da görüb ibrət 
alsınlar. 
 
Dedi: –Ey yer üzünün allahı, mən sənin xanədanının yetişdirmə-
siyəm, özü də bu günahı  tək mən etməmişəm, çoxları etmişlər, 
başqaların at ki, mən ibrət alım. 
 
Şahı gülmək tutdu, təqsirindən keçdi, qətlini tələb edənə isə belə 
dedi: 
 
Beyt 
 
Sənin öz canında varikən nöqsan, 
Neçin başqasında eyb axtarırsan? 

 
184
Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin