21.
Hekayət
Hökmdarlardan
biri
qış fəslində bir dəstə yaxın adamları ilə
birlikdə ova çıxıb, şəhərdən xeyli uzaqlaşmışdı. Qaranlıq düşdükdə
hökmdar yaxınlıqda bir kəndli daxması görüb soyuqdan qorunmaq
üçün orada gecələməyi məsləhət bildi. Vəzirlərindən biri etiraz
edərək dedi:
–Yüksək mənsəbli hökmdara yaraşmaz ki, çirkli bir kəndlinin
daxmasına pənah gətirsin. Əmr et elə burada çadır qurub, od
yandırsınlar.
Kəndli bu məsələdən xəbərdar olcaq yemək hazırlayıb, çadıra
gətirdi və təzim edərək dedi:
–Kəndli daxmasına gəlməklə hökmdarın qədr–qiyməti azal-
mazdı, lakin görünür ki, kəndlinin qədr–qiymətinin artmasına razı
olmamışlar.
Kəndlinin sözü hökmdarın xoşuna gəldi və gecə ikən köçüb
onun evinə getdi. Səhər kəndliyə çoxlu pul və bəxşiş verilməsini əmr
etdi. Hökmdarı müşayiət edərkən kəndli ondan bir neçə addım geridə
gedir və deyirdi:
Şer
Sultanın şöhrəti aşağı düşməz,
Olarsa bir gecə kəndliyə mehman.
Kəndlinin yüksələr fələyə başı,
Qonağı olarsa qüdrətli sultan.
22.
Hekayət
Nağıl edirlər ki, nankor bir dilənçi, çoxlu mal yığmış, hədsiz
dövlət toplamışdı.
128
129
Beyt
Geçə–gündüz həris idi qızıl–gümüş yığmağa,
Qızıl–gümüş düşmüş idi bir namərddə dustağa.
Padşahlardan biri ona dedi: – Danışırlar ki, sənin sərvətin həddi-
ni aşıbdır, bizim isə pula böyük ehtiyacımız vardır. Əgər ondan bir az
əlborcu versən, məhsul yığıldıqda, vergi toplandıqda qaytarılıb sənə
təşəkkür edilər. Dedi: – Ey yer üzünün allahı, şahın şəninə yaraşmaz
ki, əlini mənim kimi bir dilənçinin murdar malı ilə çirkaba bulasın.
Çünki mən onları dilənçilik yolu ilə dənə–dənə toplamışam, xırda–
xırda yığmışam. Şah dedi: – Eybi yoxdur, düşmənə verəcəyəm.
Beyt
Nəsrani quyusu pak olmasa gər,
Cuhud meyyidini yumağa dəyər.
Beyt
Dedilər ki, əhəgin xəmiridir natəmiz,
Dedik ayaqyoluna suvayarıq onu biz.
Deyirlər ki, şahın təklifini rədd etdi, höcətə başladı, min bir
bəhanəyə əl atdı. Şah əmr etdi lazım olan pulu ondan zorla döyədöyə
alsınlar.
Şer
Bir iş ki, lütf ilə yerinə yetməz,
Axır hörmətsizlik baş verər əbəs.
Hər kəs başqasına xeyir verməsə
Düz olar, ona xeyr verməsə bir kəs.
23. Hekayət
Bir taçirin yüz əlli dəvə yükü malı, qırx qulu və xidmətçisi var
idi. Bir axşam o Giş adasında
83
məni öz yanına çağırdı, bütün gecəni
130
sakit olmayıb boş–boş danışmağa başladı ki, Türküstanda filan
anbarım var, Hindistanda filan malım, bu filan yerin qəbaləsidir, bu
filan şeyin zəmanəti. Gah deyirdi: İskəndəriyyənin havası xoşdur,
oraya gedəcəyəm, gah da əvvəl dediyinin əksinə danışırdı. Yox,
Məğrib dənizi qorxuludur, ora gedə bilmərəm. Sonra dedi: – Ey Sədi,
bir səfərim də qalmışdır, əgər o, baş tutsa, qalan ömrümü bir guşədə
oturub dinc yaşayacağam.
Soruşdum:
– O hansı səfərdir?
Dedi:
–Farsdan
Çinə kükürt aparacağam, eşitdiyimə görə çox bahadır.
Oradan Çin kasası alıb, Ruma
84
Rumdan ipək alıb, Hindistana,
Hindistandan polad alıb Hələbə, hələbdən şüşə alıb Yamənə,
Yəməndən də paltar alıb vətənə qayıdacağam. Ondan sonra artıq
ticarət daşını atıb bir dükanda oturacağam.
Xülasə, o qədər belə hədərən–pədarən danışdı ki, axırda taqətdən
düşdü. Sonra mənə müraciət edərək dedi:
–
Sədi, sən də gördüklərindən, eşitdiklərindən bir şey danış!
Dedim:
Şer
Eşitdinmi biyabanda bir tacir,
Atdan düşüb söylədi son sözünü:
«Doydurar ya qəbir, ya da qənaət
O dünyagir xəsisin ac gözünü».
24.
Hekayat
Nağıl edirlər ki, Hatəmi–Tai səxavətdə məşhur olduğu kimi, bir
varlı da xəsislikdə şöhrət tapmışdı. O, zahirini dünya malı ilə
bəzəmiş, lakin batinində elə bir xəsislik kök salmışdı ki, nə Əbu
Hüreyrənin pişiyinə bir tikə ət verər, nə də Əshabi–Kəhfin itinə bir
parça sümük atardı. Çan bahası olsaydı da heç kimə bir tikə çörək
verməzdi. Xülasə, onun qapısını və süfrəsini açıq görən olmamışdı.
Beyt
131
Yoxsul onun qapısında iy çəkərdi xörəkdən,
Quşlar belə həyətində tapmazdı bir dənə dən
Bir gün o varlanmaq məqsədilə Məğrib dənizi ilə Misrə doğru
səfərə çıxdı. Qarşı tərəfdən güçlü külək əsməyə başladı, o, gəminin
qərq olacağını başa düşdü.
Beyt
Mümkündür
səndəki xislətə dözmək,
Düz gəlməz çox zaman gəmilə külək.
O,
əllərini qaldıraraq faydasız yerə qışqırmağa və dua oxumağa
başladı. Adamlar gəmiyə minəndə qorxularından allaha əl açıb dua
edir və dinə sadiq olduqlarını inandırmağa çalışırlar.
Beyt
Möhtac bəndə dua vaxtı allahına əl açar,
Kərəm çağı əllərini qoynuna qoyub qaçar.
Şer
Qızıla, gümüşə etmə qənaət,
Onları sərf edib ömür sür rahət.
Bu ev ki, yadigar qalacaq səndən,
Düzəlt kərpicini qızıl–gümüşdən.
Həmin adam tufanda qərq oldu. Onun Misirdəki yoxsul qohum-
ları bu ölüm münasibəti ilə cındır paltarlarını yırtıb, varlıdan miras
qalmış ipək və xəzdən təzə paltar tikdirdilər. Hələ bir həftə keçməmiş
gördüm ki, varislərindən biri yorğa bir ata minib, bir qulun müşayiəti
ilə hara isə gedir.
Şer
Əgər ölən dirilərək gəlsəydi,
Qohumları içinə şad, üzü şən.
132
Mərhumun ölümü yüngül olardı,
Onun mirasını geri verməkdən.
Onunla qabaqcadan tanış olduğuma görə ətəyindən tutub dedim:
133
Şer
Ye, ey xoşbəxt, heç nəyə uf demədən,
Bədbəxt öldü yığdığını yemədən.
25. Hekayət
Bir
zəif balıqçının torüna bir güclü balıq düşdü. Nə qədər əlləşdi
onu saxlaya bilmədi, balıq zor gəlib, toru balıqçının əlindən aldı,
dartıb özü ilə apardı.
Şer
Nökər getdi çaya ki, su gətirsin,
Çay daşaraq aldı onu apardı
Tor həmişə balıq dolu gələrdi,
Bu dəfə də balıq toru apardı
Camaat
balıqçını danlamağa başlayıb dedilər: – Adam da elə
balığı əldən buraxarmı?! Dedi: – Ay qardaş nə edim, görünür, mənə
qismət deyilmiş, ya əcəli çatmamışmış.
Hikmət
Ruzusu olmasa, ovçu Dəclədə balıq tuta bilməz,
Əcəli çatmasa, balıq quru yerdə də ölməz.
26.
Hekayət
Əli–ayağı olmayan bir adam bir qırxayağı öldurdü. Yoldan ötən
bir arif onu görüb dedi:
–Çox
təəccüblüdür! Gorünür ki, bu qırxayağın əcəli çatmışdı ki,
qırx ayağı ola–ola bir əlsiz–ayaqsızın əlindən qaçıb qurtara bilmədi.
Şer
Quduz düşmən gələn zaman sürətlə dal tərəfdən,
Qaçan atın ayağını əcəl tutub bağlayar.
134
Düşmən saysız qoşun çəkib keçən zaman hücuma
Çəksən, Kəyan
85
kamanını fələk tutub saxlayar.
27. Hekayət
Qarnıyoğun bir əbləh əynində bahalı paltar, başında Misirsayağı
çalma bir ərəb atına minib hara isə gedirdi.
Bir
adam
məndən soruşdu:
–Sədi, belə naxışlı ipək paltarı belə qanmaz bir heyvanın əynində
necə görürsən?
Dedim:
Beyt
Eşşəkdir deyirəm mən bu nadana,
Səsindən öküzdür, yerişdə dana.
Bir
gözəl xilqət min ipək xələtdən yaxşıdır.
Şer
Bənzədir insana kim bu heyvanı?
Paltarı andırır azca insanı,
Hər şeyi haramdır bu nanəcibin,
Halaldır təkcə bir tökülsə qanı.
Şer
Nəcibyoxsul olsa, yəqin bil, onun,
Azalmaz el içrə qədri, qiyməti.
Qızıl mıx vursalar gümüş təxtinə,
Yenə nanəcibin artmaz qiyməti.
28. Hekayət
Bir
oğru bir dilənçiyə dedi: – heç utanmırsan ki, bir quruşdan
ötrü hər kəsə əl açırsan?
135
Dedi:
136
Beyt
Əlim açılsa da hər kəsə bil sən
Yaxşıdır kəsilən bir oğru əldən.
29. Hekayət
Nağıl edirlər ki, bir yumruqvuran (boksçu), yoxsulluqdan və ağır
yaşayışdan zara gəlmişdi. Öz vəziyyətindən atasına şikayət edərək
dedi ki, səyahətə çıxmaq fikrindəyəm, bəlkə qolumun gücü ilə özümə
bir gün qazana biləm.
Beyt
Söylə, nəyə lazımdır görsənməyən bir hünər?
Ud yananda, mişk isə əziləndə iy verər!
Atası dedi:
–Oğul, bu boş xəyalı başından çıxar, rahatlıq istəyirsənsə qənaət
et. Böyük adamlar demişlər–: Dövlət təkcə çalışmaqla deyil, çətinliyə
alışmaqla da mümkündür.
Beyt
Zor ilə kimsə mal toplaya bilməz,
Korun qaşlarına vəsmə çəkilməz.
Beyt
Başının hər tükündə yüz hünər olsa əgər,
Baxtın yoxsa bu hünər bir iş görməz tük qadər.
Oğlan dedi:
–Ey ata, səyahətin bir çox faydaları var: adamın könlünü açır və
mənfəət gətirir. Səyahət edən adam dünyanın əcaib və qəraib
şeylərini görüb eşidir, şəhərləri gəzib, xeyirxah adamlarla görüşür;
məlumatı artır, yar–yoldaş tapır, şöhrət qazanır, var–dövlət sahibi
olur, təcrübə əldə edir. Necə ki, təriqətçilər demişlər:
137
138
Şer
Evə və dükana bağlansan əgər,
Ey naşı, dünyada avam qalarsan.
Fürsətin var ikən get dünyanı gəz,
Köçməmiş bu qoca, köhnə dünyadan.
Atası dedi:
–Ey
oğul, doğrudur, səyahətin mənfəəti çoxdur, ançaq beş qrup
adam üçün: Birinçi – çoxlu malı, gözəl kəniz və qulamı, bacarıqlı
xidmətçiləri olan tacir üçün: çünki hər gün bir şəhərə gedib, hər
axşam bir yerdə gecələr, hər an təbiətin nemətlərindən faydalanıb,
hikmətli sözlər eşidər.
Şer
Dövlətli dağda da qərib deyildir,
O hara gedərsə hörmət qoyular.
Hər kəs ki, məhrumdur dünya malındn,
Doğma evində də qəriblik duyar.
İkinci – şirin söhbəti, qüvvətli fəsahəti, qüdrətli bəlağəti
sayəsində hər yerdə hermət, izzət qazanan alim üçün:
Şer
Ağıllı adamlar qızıl kimidir,
Haraya getsələr olar hörməti.
Böyük adamınsa səfeh övladı,
Saxta pul kimidir, olmaz qiyməti.
Üçüncü – aşiqlərin hüsn–rəğbətini cəlb edən nazənin dilbər
üçün: çünki böyük adamlar demişlər: azca gözəllik dünyaca var-
dövlətdən yaxşıdır! Gözəl dilbər xəstə qəlblərin dərmanı, bağlı
qapıların açarıdır. Kim onunla müsahib olsa, özünü bəxtiyar sanar,
ona xidmət göstərən minnətdar olar.
Şer
139
Gözəl hara getsə hörmət qazanar,
Valideyni onu evdən qovsa da.
Tavus lələyini quranda gördüm,
Dedim: «Layiqmisən belə busata?»
Dedi: «Sus, hər kəsin olsa Cçamalı,
Rədd olmaz haraya getsə dünyada».
Şer
Övladın kamalı, camalı olsa,
Ata da rədd etsə qorxusu yoxdur.
Mirvarı sədəfdə qalmasın gərək.
Ki, dürri–yetimi sevənlər çoxdur.
DördünCü – xoş avazı ilə çayda axan suyu, göydə uçan quşu
saxlayan xanəndə üçün, çünki o, bu məlahətli səsi ilə musiqi
aşiqlərinin gönlünü alar, məhəbbət əhli hər yerdə onunla dost olmağa
çalışıb xidmət göstərməyə can atar.
Beyt
Bir gözəl nəğməni eşidirəm mən,
Kim çalıb oxuyur belə ürəkdən?
Şer
Gözəldir hər səsdə olsa məlahət,
O səhər məstinə verər təravət.
Gözəl səs yaxşıdır gözəl camaldan,
Bu, ruha güc verər, o, nəfsə ləzzət.
Beşinçi – bir parça çörəkdən ötrü biabır olmamaq üçün öz əmə-
yinin gücü ilə pul qazanan peşəkar üçün; çünki ağıllı adamlar demiş-
lər:
Şer
Qürbətə getsə pinəçi şübhəsiz,
140
Duymaz həmən yerdə ağır möhnəti.
Ölkəsini tərk eləsə padişah,
Ac yataraq hiss eləyər qürbəti.
– Ey oğul, bu dediyim sifətlər səyahət zamanı xatircəmliyə və
gözəl istirahətə səbəb olar. Bu sifətlərdən məhrum olan adamlar xam
xəyala düşüb dünyanı gəzərlərsə, heç kəs onlardan bir xəbər tutub,
adını belə çəkməz.
Şer
Hər bir kəsə kinlə baxsa ruzigar,
Nə istəsə, istədiyi əks olar.
Yuvasına dönməməli bir quşu,
Qəza sərrast tora tərəf aparar.
Oğlan dedi:
–Ata,
alimlərin dediklərinə necə zidd ola bilərəm ki, demişlər: –
Doğrudur hər kəsin bir ruzusu var, lakin ona çatmaq üçün insan
bütün imkanlardan istifadə etmədidir, hərçənd olacağa çarə yoxdur,
amma buna baxmayaraq fəlakətə səbəb olan hadisələrdən qaçmaq
lazımdır.
Şer
Şübhəsiz ki, ruzi verir yaradan,
Lakin gərək özün çarə tapasan.
Hər adamı aparsa da bir əcəl,
Əjdahanın ağzına sən girmə gəl.
Bir
də mən elə güclüyəm ki, qızmış fili yıxar, qəzəblənmiş şirlə
pəncələşə bilərəm. Ey ata, yaxşısı budur ki, səyahətə çıxım, yoxsa
bundan artıq yoxsulluğa taqətim yoxdur:
Şer
Kim itirsə var–dövləti, nə qəmi
Sərbəst gəzsin qoy o bütün aləmi.
141
Varlı yatar saraylarda gecələr,
Yoxsul isə harda olsa geçələr.
Oğlan bunu deyib atasından xeyir–dua aldı. Vidalaşıb yola
düşərkən o, öz–özünə deyirdi:
Beyt
Hünər sahibi olsa bəxtsiz adam,
Gedər bir yerə ki, tanınmaz tamam.
Oğlan bir qədər getdikdən sonra böyük bir çayın sahilinə çatdı.
Çay elə güclü idi ki, iri qayaları bir–birinə çırpır, gurultusu bir ağac
məsafədən eşidilirdi.
Beyt
Elə bir çay ki, ördəyi qorxudurdu hər zaman,
Xırdaca dalğasına dözmürdü daş–dəyirman.
Gördü ki, çayın kənarında bir dəstə adam səfər yügünü bağlayıb
oturmuşdur. Pulsuz gəncin ehsan əli bağlı olduğuna görə, sədəqə
əlini açmalı oldu. Lakin, nə qədər yalvardısa yardım göstərən olmadı.
Hətta rəhmsiz gəmiçi də istehza ilə ondan üz çevirib dedi:
Beyt
Pulsuz keçə bilərsənmi zorla dəniz yolunu,
On dirinin zorundansa ver bir ölü pulunu!
Gənc, gəmiçinin tənəsindən hiddətlənib ondan intiqam almaq is-
tədi. Lakin, bu zaman gəmi hərəkət etməyə başladı. Gənc sevinərək
gəmiçiyə dedi:
–
Əynimdəki paltara razı olsan, verərəm!
Gəmiçi tamahkarlığına görə gəmini qaytardı.
Beyt
142
Hərislik ağılı salar kəməndə,
Tamahsa quşları, balığı bəndə.
Elə ki, gəncin əli gəmiyə çatdı, gəmiçinin yaxasından tutub onu
möhkəmcə döydü.
143
Beyt
Əlinə keçərsə məhv et əğyarı,
Ki, qısas ürəkdən silər qubarı.
Gəmiçinin yoldaşı gəmidən çıxıb ona kömək etmək istədi. Lakin
o da bacara bilmədi. Nəhayət, bu qərara gəldilər ki, gənclə barışıb,
onu pulsuz aparsınlar.
Şer
Acıq, hirs görəndə sus dayan zinhar,
Bəlanın qarşısın müdara alar.
Hər kimin olarsa bir şirin dili,
Tük ilə o çəkər dalınca fili.
Bərkliyə rast gəlsən yumşaqlıq göstər,
Ki, yumşaq ipəyi doğramaz xəncər.
Onlar gəncin ayaqlarına düşüb üzr istədilər və öpüşüb gəmiyə
götürdülər. Gəmi yola düşdü. Bir qədər getdikdən sonra suyun
ortasında yunanlılardan qalmış təmir sütununa rast gəldilər. Gəmiçi
sərnişinlərə müraciət edərək dedi:
–Gəmi xarab olubdur, onu təmir etmək lazımdır. Bir nəfər güclü,
igid adam sütuna çıxmalı və gəminin kəndirini ona bağlamalıdır.
İgidliyinə qürrələnən gənc, incidilmiş ürəkdəki kini unutdu, halbuki,
atalar demişlər: könlünü bir dəfə sındırdığın adama yüz dəfə yaxşılıq
etsən də, yenə o bir pisliyin intiqamından ehtiyat etməlisən. Çünki
süngü yarası sağalar, söz yarası sağalmaz!
Beyt
Xilbaşa verirdi Bəktaş nəsihət
86
Düşməni döydünsə oturma rahət.
Şer
İncitsən bir qəlbi arxayın olma,
Ki, sənin öz qəlbin asudə qalar.
144
Hasarın bürçünə daş atsan bil ki,
Bir daş da hasardan sənə atılar.
Gənc gəminin kəndirini qoluna sarıyıb sütuna çıxan kimi, gəmiçi
kəndiri dartıb onun əlindən aldı və gəmini sürüb getdi, yazıq gənc
heyran qaldı. O, suyun ortasında iki gün əziyyət və əzab çəkdi,
üçüncü gün yuxu onun yaxasından tutub suya saldı. Bir gecə–gündüz
suda əl–ayaq çalıb əlləşdikdən sonra, nəhayət ölümcül bir halda
sahilə çıxdı, ağaç yarpaqlarından, ot köklərindən yeyərək azacıq cana
gəldi, sonra baş alıb çöllərə yollandı. Xeyli yol getdikdən sonra o,
ac–susuz taqətdən düşmüş halda bir quyu başına çatdı. Bura
toplanmış: camaat hərəsi bir qara pul verib su içirdi. Gəncin isə pulu
yox idi. O, zorla məqsədə çatmaq istədisə, yenə mümkün olmadı.
Ümidi kəsildi, bir neçə adamı gotürüb yerə vurdu. Camaat birləşib
onun üstünə düşdülər, döyüb möhkəm əzişdirdilər.
Şer
Fildə çox olsa da qüvvət, cəsamət,
hünülər birləşsə yıxarlar yəqin.
İttifaq bağlasa qarıncalar da,
Dərisin deşərlər qızmış şirlərin.
Gənc çarəsiz qalıb, nəhayət karvanın dalınca yola düşdü. Karvan
axşam vaxtı elə bir düşərgəyə çatdı ki, orada hər an oğruların basqın
etməsi ehtimalı var idi. Karvan əhlinin qorxudan əsdiyini və ölümü
gözləri qabağına gətirdiyini gördükdə gənc dedi:
–Mən tək başıma əlli adamın cavabını verə bilərəm. Əgər o biri
gənclər də kömək etsələr, heç kim bizə bata bilməz.
Karvan əhli bu gopa inanıb ürəkləndilər, gənclə yoldaş
olmaqdan sevinərək, onu su və yeməklə təmin etməyi lazım bildilər.
Oğlanın acından az qalmışdı canı çıxsın. O, lap taqətdən düşmüşdü.
Buna görə də onların verdiyi çörəkdən bir neçə tikə acgözlüklə yeyib,
üstündən su içdi, toxdayıb şirin yuxuya getdi. Karvanda qoca bir kişi
vardı. O, yoldaşlarına müraciət edib dedi:
–Ay yoldaşlar, mən oğrulardan çox sizin yanınızdakı bu adam-
dan qorxuram. Deyirlər ki, bir ərəb bir qədər pul toplamışdı. O, oğru-
ların qorxusundan gecələr evində tək yata bilmirdi, buna görə
145
dostlarından birini evinə gətirdi ki, ona ürək–dirək olsun. Dostu bir
neçə gün evdə qaldıqdan sonra pulların yerini öyrəndi və oğurlayıb
şəhərdən qaçdı. Sabahısı gün camaat ərəbin gözündə yaş, cibini boş
görüb soruşdu:
–Sənə nə olub? Yoxsa pullarını oğru aparıbdır?
Dedi:
–Pullarımı oğru yox, gözətçi apardı.
Qitə
İlandan arxayın yaşamadım mən,
Bilirəm çalmaqdır onun xisləti.
İlanın dişindən daha bətərdir,
Dostcildli düşmənin qafil zərbəti.
Nə bilirsiniz, bəlkə bu gənc də oğrudur. O yəqan karvana
qoşulubdur ki, fürsət tapıb yoldaşlarına xəbər elsin. Məsləhət
görürəm ki, onu yuxuda qoyub yola düşək.
Karvandakı gənclər qocanın məsləhətani qəbul etdilər.
Pəhləvanın qorxusu qəlblərinə çökdü, onu yuxuda qoyub yola
çıxdılar. O bir vaxt yuxudan ayıldı ki, günəş xeyli qalxmış,
karvandan isə heç bir əsər qalmamışdı. Yazıq nə qədər dolanıb
axtardısa, yolu tapa bilmədi. Ac–susuz üzüquylu yıxıldı, ölümünü
gözünün qabağına gətirərək dedi:
Beyt
Dəvələr yollandı, artdı qəm–gədər,
Qəribin həmdəmi olar qəriblər.
Beyt
Qəribə o adam verər əziyyət,
Ki, özü görməmiş ömründə qürbət.
Yazıq bu halda ikən ova çıxıb, qoşunlarından ayrı düşmüş bir
şahzadə gəlib onun yanına çıxdı və oxuduqu bu şerləri eşitdi.
Şahzadə gənci diqqətlə gözdər keçirdi, görkəmini sadə, əhvalını
146
isə pərişan görüb soruşdu:
–Haral ısan, necə olub gəlib bura ç ıxm ısan?
Gənc baş ına gələn hadisələrin bəzilərini nağ ıl etdi. Şahzadənin
qəlbi riqqətə gəldi, ona bəxşiş, xələt verdi, öz şəhəriiə salamat
çatmas ı üçün etibarl ı bir adamla yola sald ı.
Atas ı onu gördükdə, çox sevindi, sağ–salamat qay ıqd ığ ı üçün şü-
kür etdi. Axşam olduqda gənc atas ına gəmidə gəmiçinin verdiyi
əziyyətdən, quyu baş ında çəkdiyi məşəqqətdən, səhrada karvan
əhlinin ona rəva gördüyü xəyanətdən dan ışd ı. Atas ı dedi:
–Oğul, gedəndə sənə demədimmi ki, yoxsullar ın güclü əlləri
s ınd ır ılm ış, pəhləvan qollar ı q ır ılm ışd ır.
Beyt
Nə gözəl söylədi yoxsul pəhlivan,
«Bir q ız ıl yaxş ıd ır, dağ qədər zordan»
Oğlan dedi:
–Lakin xəzinə tapmaq üçün zəhmətə qatlaşmaq, qələbə çalmaq
üçün ölümlə çarp ışmaq, tax ıl əldə etmək üçün dən səpib,
yerşumlamaq laz ımd ır. Görmürsənmi ki, azac ıq əziyyət çəkməklə
necə xoş rahatl ığa çatd ım, balaca ac ıl ıq dadmaqla necə şirin həyat
tapd ım?
Beyt
Art ıq yeməsə də insan ruzidən,
Laz ımd ır yenə də bir iş görəsən.
Beyt
Nəhəngdən qorxarsa dənizdə qəvvas,
Heç zaman qiymətli incilər tapmaz.
Dəyirman ın alt daş ı hərəkət etmədiyi üçün bütün ağ ırl ıq onun
üzərinə düşür.
Şer
147
Mağara içində nə tapar aslan?
Uçmayan qartala ovmu gələcək!
Kim evdə oturub ruzi gözləsə,
Ax ırda o dönüb olar hörümçək.
Atas ı dedi:
– Ey oğul, bu dəfə fələk sənə yar, taleyin huşyar olmuşdur. Bir
dövlət sahibi sənə rast gəlmiş, əli-aç ıql ıq göstərərək həyata
qaytarm ışd ır. Belə hadisə nadir hallarda olar. Nadir hadisələrə isə bel
bağlamaq olmaz. Amand ır ay ıq ol, tamaha düşüb bir də belə boş
xəyallara aldanma!
Beyt
Ovlamaz həmişə ovçu ahunu,
Bəzən də, parçalar pələng ovçunu.
Neçə ki, nağ ıl edirlər: Fars hökmdarlar ından birinin barmağ ında
qiymətli qaş ı olan bir üzük varm ış. Bir gün o bir neçə yax ın adamlar ı
ilə birlikdə Şirazda Müsəllayə
87
gəzməyə ç ıx ır və əmr edir ki, həmin
üzüyü Əzüdüddövlə məqbərəsinin
88
günbəzinin üstünə sancs ınlar.
Kim nişan al ıb oxu üzüyün halqas ından keçirsə, üzük onun olsun.
Hökmdar ın yan ında derd yüz məharətli ox atan varm ış. Onlar ın
ham ıs ı üzüyü nişan al ıb at ırlar, lakin heç birinvn oxu üzüyə dəymir.
Təsadüfən orada oynay ıb, oyan-buyana havay ı ox atan bir uşağ ın
oxunu külək gətirib üzüyün halqas ından keçirir. Beləliklə uşaq üzüyə
sahib olub varlan ır. Bundan sonra o uşaq ox atmağ ı tərk edib
kaman ın ı yand ır ır. Camaat bunun səbəbini soruşduqda deyir:
Ona görə ki, əldə etdiyim şöhrəti saxlaya bilim.
Qitə
Mümkündür gah qoca, müdrik bir alim,
Səhv etsin, işində olsun nöqsan ı.
Gah da bir anlamaz, hünərsiz uşaq,
Səhvən sərrast at ıb vursun nişan ı.
Dostları ilə paylaş: |