Sədi Şirazi GÜLÜstan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə8/17
tarix31.01.2017
ölçüsü1,13 Mb.
#6772
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

43. Mənzum hekayət 
 
Bağdadda çox zərif bir qoca vardı,  
Qızını bir başmaq tikənə verdi.  
Qızın dodağını o kobud, nadan;  
Elə sordu ondan axdı qızıl qan  
Səhəri atası bu halı görçək,  
Damadın yanına yola düşdü tək.  
Soruşdu: «Ay alçaq, bu necə dişdir? 
Dodaq çeynəyirsən, bu necə işdir?»  
Bunu zarafatla deməyirəm mən.  
Şuxluğu ataraq ciddini al sən.  
Təbə hakim olsa pis xislət, inan,  
Ölüncə o şəxsin çıxmaz canından. 
 
44. Hekayət 
 
Bir fəqihin həddən artıq çirkin bir qızı vardı. Cehiz, var-dövlətə 
baxmayaraq, qızını alan olmurdu. 
 
Beyt 
 
İpək də, xara da çirkin görünər,  
Çirkin bir gəlinə örtülsə əgər. 
 
Nəhayət, qızını bir kora vermək məcburiyyətində qaldı. Nağı

 
110
edirlər ki, o zaman Sərəndibdən
71
 bir həkim gəlmişdi, o qədər 
məharətli idi ki, kor gözü də aça bilirdi. Bir gün adamlar alimdən 
soruşdular: 
–Nə üçün kürəkənini müalicə etdirmirsən? 
Alim dedi: 
–Qorxuram ki, gözü açılandan sonra qızımı boşasın! 
 
Misra! 
 
Çirkin arvadlara kor ər kərəkdir.  
 
45. Hekayət 
 
Bir padşah dərvişlərə alçaq nəzərlə baxırdı. Onlardan biri bunu 
sezib dedi: – Ey şah, bu dünyada doğrudur, ordumuz yoxdur, bunda 
səndən daldayıq, lakin güzəranımız xoşdur. Öləndə  bərabərik, 
qiyamətdə isə səndən irəlidə olacayıq. 
 
Şer 
 
Ölkə alan padişahlar qoysalar da qızıl tac.  
Dərvişlər də çörək üçün duysalar da ehtiyac,  
Hər ikisi ölən dəmdə olar bir cür natəvan.  
Aparmazlar bir kəfəndən başqa bir şey dünyadan.  
Can mülkündən bir gün köçmək lazım gələrsə əgər 
Gədalıq çox sultanlıqdan şərafətli körünər. 
 
46. Hekayət 
 
Dərvişliyin zahiri əlaməti köhnə paltar, qısa saçdır, lakin 
haqiqətdə nəfsini öldürüb, qəlbini diri saxlamaqdır. 
 
Şer 
 
Arif deyil qapılarda dolaşan,  
İddiası rədd olduqda savaşan.  
Arif odur, dağdan uçsa bir qaya,  
O qayanın qarşısından qaçmaya. 
 
111
 
Tərbiyət.  
 
Dərvişliyin yolu zikr, şükür, ibadət, itaət, sədəqə, qənaət, tohid, 
təvəkkül, hər çatinliyə qatlaşıb hər bəlayə dözməkdir. Bu sadalanan 
sifətlər kimdə varsa, qəba geymiş olsa da əsl dərvişdir. Lakin, hərzə-
hərzə danışan, binəmaz, xeyrə-şərə yaramaz, əyyaş, səhərdən axşama 
qədər  şəhvət hayına qalan, axşamdan səhərə  qədər qəflət yuxusuna 
dalan, qabağına gətiriləni yeyən, ağzına gələni deyən,  əba geymiş 
olsa da, dərviş deyil, lotudur. 
 
Batini təğvadan
72
 boş olan yazıq.  
Zahirdə geymisən riyadan paltar  
Qapından yeddi rəng pərdə, gəl, asma,  
Sənin ki evində bircə həsir var.
73
 
 
47. Mənzum hekayət 
 
Təzə gül gördüm mən, bir neçə dəstə,  
Bağlanıb ot ilə bir-biri üstə.  
Dedim: «Vəcsiz otun nə nisbəti var,  
Ki, tutsun gül ilə bir səfdə qərar?  
Ot həmən ağlayıb dedi: «Sus bir az,  
Kəramət əhlinə bu söz yaraşmaz.  
Yoxsa da ətirim, rəngim, camalım.  
Mənim də o bağda artmış kəmalım.  
O bağın otuyam vəfalı bəndə,  
Onun sayəsində boy atdım mən də.  
Hünərli, hünərsiz olsam da, həmən  
Allahın lütfündən yaranmışam mən.  
Yoxsa da zatımda bir qabiliyyət.  
Qüdrətim çatmırsa edim ibadət.  
O özü tapacaq bu dərdə çarə,  
Başqa yol qalmamış hər etibarə  
Qaydadır böyüklər fərman verəndə  
Əvvəl azad olar qocalmış bəndə».  
Dünyanı düzən ey böyük yaradan,  
Bu qoca bəndəni bağışla haman  

 
112
Ey Sədi, razılıq Kəbəsinə gir,  
Allahın qapısı sənin yerindir,  
Yazıqdır bu böyük qapıdan qaçan.  
O başqa bir qapı tapmaz heç zaman. 
 
48. Hekayət 
 
Bir filosofdan soruşdular: «Səxavət yaxşıdır, yoxsa şücaət?» 
Dedi: 
– Səxavəti olanın şücaətə nə ehtiyacı
 
Beyt 
 
Bəhrami-gur məzarında yazılmışdır aşikar,  
Kəramətdə zorlu qoldan daha artıq quvvət var. 
 
Şer 
 
Qalmadı dünyada Hatəmi-Tai
74
 
Onu yaxşılıqdır daim yaşadan  
Malından zəkat ver, çünki üzüm də  
Artar, meynələri kəsdikcə bağban. 
 
113
 
III FƏSİL 
 
QƏNAƏTİN FƏZİLƏTİ HAQQINDA 
 
 1. 
Hekayət 
 
 
Hələb
75
 şəhərinin bəzzazlar bazarında Qərb ölkələrindən gəlmiş 
bir dilənçiyə rast gəldim. O, xalqa müraçiətlə deyirdi:  
 –Ey 
varlılar, sizdə insaf, bizdə qənaət olsaydı, dünyada dilənçilik 
qalmazdı
 
 Şer 
 
Məni ey qənaət, dövlətli eylə, 
Dünyanın səndən xoş neməti yoxdur. 
Loğmanın hikməti səbrilə oldu, 
Kimdə səbr olmasa hikməti yoxdur. 
 
 2. 
Hekayət 
 
 
 Misirdə iki şahzadə var idi. Biri elm oxuyur, digəri mal toplayır-
dı. Nəhayət, biri əsrinin alimi, o biri Misirin hakimi oldu. Bir gün 
hakim qardaş alim qardaşa həqarətlə baxıb dedi: 
 –Mən səltənət aldım, sən isə yoxsulluqda qaldın. 
 Dedi: 
 –Mən öz taleyim üçün o böyük allaha daha çox şükür etmə–
liyəm, çünki peyğəmbərlər və alimlər mirası, yəni elm mənə; Firo–un 
və Haman
76
 mirası, yəni Misir hökmdarlığı isə sənə çatmışdır. 
 
Şer 
 
Qarınçayam, ayaq altda əzilləm, 
Mən deyiləm nəştər vuran bir arı
Bu nemətə neçə şükr etməyim ki, 
Guçüm yoxdur inçidəm insanları
 
 3. 
Hekayət 

 
114
 
 Nağıl edirlər ki, bir dərviş ehtiyacın alovu içində yanır, cındı
paltarını yamayır, öz küskün könlünə təskinlik verib deyirdi: 
 
Beyt 
 
Biz razıyıq sadə paltar, su və quru çörəkdən, 
Xoşdur çəkmək möhnət yükü xalq minnəti çəkməkdən. 
 
 Kimsə ona dedi: 
 – 
Nə oturubsan, dur, filan adamın yanına get! O, çox səxavət,  
kəramət sahibidir, dərvişlərə  rəğbət bəsləyir. Hamı onu ürəkdən 
sevir. Halından xəbərdar olsa, məmnuniyyətlə qarşılayıb, sənə 
hörmət edər. 
 
Dərviş dedi: 
 
– Sus, başqalarına əl açmaqdansa, aclıq içində ölmək yaxşıdır! 
 
Şer 
 
Yamaq tikib bir guşədə səbr eyləmək yaxşıdır, 
Nə, ki, gedib paltar üçün xanı tərif eləsən, 
Doğurdan da bir cəhənnəəm işgəncəsi kimidir. 
Öz qonşunun sayəsində sən cənnətə gedəsən 
 
4. Hekayət 
 
Əcəm  hökmdarlarından biri Məhəmməd peyğəmbərin yanına 
bilikli bir həkim göndərdi. Həkim bir neçə il Ərəbistan ölkələrində 
qaldı, lakin bu müddəət ərzində heç kim ona müalicə üçün müraciət 
etmədi. Nəhayət, o, Məhəmməd peyğəmbərin yanına gəlib 
şikayətləndi: 
–Məni sizin adamlarınızı müalicə etmək üçün buraya 
göndəriblər. Ancaq bu müddət ərzində heç kim yanıma gəlməyibdir 
ki, öhdmə düşən vəzifəni yerinə yetirəm. 
Peyğəmbər dedi: 
–Bu camaatın bir adəti var: acmamış yeməzlər, doymamış ye-
məkdən əl çəkərlər. 
Həkim dedi: 
 
115
–Demək onların sağlamlıqlarının səbəbi b imiş. 
Sonra təzim edib yeri öpdü və getdi. 
 

 
116
Şer 
Ariflər o zaman başlar kəlamə, 
Ya da əl uzadar o vaxt təamə, 
Ki, söz soyləməsə törəsin ziyan, 
Ya da ac qalarsa zəifləsin can. 
Mütləq dediyində bir hikmət olar 
Yeyib içdiyi də bir qüvvət olar. 
 
5. Hekayət 
 
Biri hey tövbə edər, sonra da həddən çox yeyərdi. Axırda bir şey 
ona dedi: –Görünür çox yeməyə adət edibsən, nəfsin asıldığı tövbə 
bağı isə tükdən də nazikdir, sən ki, bu nəfsini belə bəsləyirsən, o, tük 
nədir lap zənciri də  qırar. 
 
Beyt 
 
Birisi bəslərdi qurd balasını
Böyücək məhv etdi öz ağasını
 
6. Hekayət 
 
Ərdəşir Babəkan
77
 haqqında nağıl edirlər ki, bir gün o, bir ərəbə 
hakimindən soruşdu: 
–Gündə nə qədər yemək lazımdır? 
Dedi: 
–Yüz dirəm ağırlığıında. 
Dedi: 
–Bu qədərdən nə güc olar? 
Dedi: 
–Bunun gücü səni ayaq üstə saxlayır. Ondan çox isə artıq yük 
olar! 
 
Beyt 
 
Yemək lazım yaşamaqçün, deməkçün, 
Səncə həyat lazım ancaq yeməkçün?! 
 
 
117
7. Hekayət 
 
 
İki Xorasanlı dərviş yol yoldaşı olub səfərə çıxdılar. Biri arıq idi, 
iki gündən bir yeyərdi. Digəri kök idi, gündə üç dəfə nahar edərdi. 
Təsadüfən bir şəhərə girəndə onları casus güman edib tutdular və hər 
ikisini zindana saldılar. İki həftə sonra günahsız olduqları aşkar oldu. 
Onları azad etmək istərkən kögün öldüyünü, arığın isə salamat 
qaldığını gördülər. 
Camaat bu işə  təəççübləndi. Orada bir alim var idi, dedi: – 
Bunun əksi təəccüblü olardı; çünki kök çox yeyən idi, aclığa dözmə-
yib öldü, arıq az yeyən idi, aclığa tab gətirib, xilas oldu. 
 
Şer 
 
Adam az yeməyə edərsə adət, 
Çətinlik zamanı tab edə bilər. 
Qarınpa firavan yaşayar, amma, 
Darlığa düşəndə acından ölər. 
 
Beyt 
 
Qarın təndirini tez–tez qalayan, 
Dərd çəkər qıtlığa düşdüyü zaman. 
 
 8. 
Hekayət 
 
 Alimlərdən biri oğlunu çox yeməkdən çəkindirib dedi: 
«Doyunca yemək adamı xəstələndirər!». Oğlu dedi: 
 
–Ay ata, adamı açlıq öldürər! Məsəl var deyərlər: «Açından 
ölməkdənsə, toxluqdan ölmək yaxşıdır»! 
 Atası dedi: 
 – 
Oğul, hər şeyin dərəçəsi var, eşitməmisənmi demişlər: «Yeyin, 
için amma həddini bilin!» 
 
Beyt 
 
O qədər çox yemə ağırlıq etsin,  
O qədər aç qalma, can əldən getsin, 

 
118
 
 
Şer 
 
Yemək verməlidir vücuda ləzzət, 
Çox olsa, verəcək əzab, əziyyət 
Gülşəkar ziyandır, çox yesən əgər. 
Az yesən, küt çörək olar gülşəkər. 
 
Beyt 
 
Qarınpa olmaqdan əl çək kişisən, 
İt də çox yeməklə düşər hörmətdən. 
 
 
 9. 
Hekayət 
 
 
 Bir 
xəstəyə dedilər: – Ürəyin nə istəyir? Dedi: – Ürəyim «heçnə» 
istəyir. 
 
Beyt 
 
Bir mədə pozulub, ağrısa qarın, 
Nə xeyri dünyada dövlətin, varın? 
 
 10. 
Hekayət 
 
 
 Vasit
78
 şəhərində yaşayan bir baqqalın sufilərdə bir, qədər pulu 
vardı. O hər gün pulunu tələb edir, sufilərə  ağzına gələni deyirdi. 
Borclular isə onun təhqirli sözlərindən zara gəlir, lakin dözməkdən 
savayı çarə tapmırdılar. Gördüm, onların arasında olan ağıllı bir 
adam belə deyir: 
 –Baqqaldan 
dirəm almaqdansa, nəfsini öldürüb ac qalmaq 
yaxşıdır. 
Şer 
 
Dərbanların cəfasını çəkməkdənsə yəqin ki, 
Ağaların ehsanını rədd eyləmək yaxşıdır. 
Qəssabların pis üzünü görməkdənsə bir daha. 
 
119
Ürəyində ət arzusu qalıb elmək yaxşıdır. 
 

 
120
11. Hekayət 
 
 
 Tatar
79
 müharibəsində bir iyid ağır yaralanmışdı. Biri ona dedi: 
 –Filan 
tacirdə dərman var, istə, bəlkə verdi. 
 Deyirlər ki, o tacir xəsislik və paxıllıqda məşhur imiş. 
 
Beyt 
 
Süfrəsində çörək deyil, günəş olsaydı əgər, 
İşıqlı gün görməz idi bu dünyada bir nəfər 
 
 
İgid dedi. 
 –Dərman istəsəm, ya verəçək, ya verməyəcək; versə ya xeyir 
edəcək, ya etməyəcək. Demək, elə bir tacirdən dərman istəməyin özü 
mənim üçün zəhər içmək kimi bir şeydir. 
 
Beyt 
 
Minnətlə alınsa alçaqdan təam, 
Yeyib kökəlsə də alçalar adam. 
 
 Atalar 
demişlər: «Abırını alıb, dirilik suyu versələr, ağıllı adam 
onu almaz, çünki zillətlə yaşamaqdansa, izzətlə ölmək yaxşıdır». 
 
Beyt 
 
Xoş sifətli bir adamdan alıb qanqal da yesən 
Çox yaxşıdır bədsifətin verdiyi bal, şəkərdən. 
 
 
12. Hekayət 
 
 
Bir alimin yeyəni çox idi, gəliri az. Mənsəb sahiblərindən birinin 
alimə hörməti var idi, məsələni ona açdı. Mənsəb rahibi qaşqabağını 
tökdü, alimin dilənməsi ona iyrənc göründü.  
 
Şer 
 
 
121
Sən bəxtindən şikayət edib küsgün sifətlə 
Əziz dostun yanına getmə, qəmlətmə onu. 
Bir xahiş eyləyəndə gülər üzlü, şad görün, 
ıq alın istəyər iş sahibi dostunu. 
 
 Nağıl edirlər ki, o, alimin vəzifəsini balaca artırdı, lakin ona olan 
hörmətini xeyli azaltdı. Bir az keçdikdən sonra alim özünə qarşı 
əvvəlki hörmətin olmadığını hiss etdi və dedi:-- zəhirmar olsun o ye-
mək ki, rəzalətlə qazanacaqsan, qazan ocaqda qaynayacaq, sən isə 
rüsvay olacaqsan! 
 
Beyt   
 
 
 
 
 
 
 
Alçalmaq yoluyla kim tapsa çörək, 
Özünü alçaltmış o adam demək. 
 
Beyt   
 
 
 
 
 
 
 
Çörəyim artdıqça əksildim haman, 
Yoxsulluq yaxşıdır sail olmaqdan. 
 
 13. 
Hekayət 
 Bir 
dərvişin bir şeyə artıq dərəçədə ehtiyaçı var idi. Biri ona 
dedi: 
 
–Filan adam çoxlu mal-dövlət sahibidir, əgər möhtac olduğunu 
bilsə, mütləq sənə kömək edər. 
 
Dərviş dedi: 
 –Axı, mən onunla tanış deyiləm. 
 Dedi: 
 –Mən tanış edərəm. 
 
Dərvişin  əlindən tutub haman adamın evinə apardı. Dərviş evə 
daxil olduqda sallaqdodaq, qaraqabaq bir adamın oturduğunu gördü, 
dərhal dinməz-söyləməz geri döndü. 
 
Bələdçi soruşdu: 
 –Sən nə etdin? 
 Dedi: 
 –Onun 
xələtini sir–sifətinə bağışladım. 
 

 
122
 Şer 
 
Dərdini deyəndə o şəxsə de ki
Ən azı xoş dillə dindirər səni 
Nanəcib adamdan mətləb istəmə, 
Ki, acı dililə rədd edər səni. 
 
 14. 
Hekayət  
 
 Bir 
il 
İskəndəriyyədə
80
 quraqlıq oldu. Yoxsulların taqəti  əldən 
getmiş, səbri tükənmiş, göylərin qapısı yerin üzünə qapanmış, 
yerdəkilərin ahı göyə dayanmışdı
 
 Şer 
 
Dərd çəkir hər canlı balıq, quş, ilan. 
Yırtıçı vəhşilər, qarınca belə, 
Bəs neçün cəmlənib dönmür insanı
Ahları buluda, göz yaşı selə?! 
 
 Belə bir ildə  rəzil bir adam var idi ki (dostlardan uzaq olsun), 
onun pisliklərini təsvir etmək, xüsusi ilə böyüklər qarşısında, 
ədəbsizlik olar, lakin o haqda bir şey deməmək də  ədalətsizlikdir, 
bəziləri bunu yazıçının acizliyi kimi qəbul edə bilər. Ona görə bir-iki 
Beytlə kifayətlənmək istəyirəm, çünki, deyiblər: «azlıq çoxluğa 
dəlalət edir, bir ovuc – xarvar əlamətidir». 
 
 Şer 
 
Bir tatar öldürsə bu müxənnəsi, 
Tatardan alınmaz bir də intiqam. 
Bağdad görpüsünün neçə müddətdir, 
Altından su keçir, üstündən adam. 
 
 
Mərifətini bir balaca eşitdiyiniz bu adamın haman qıtlıq ilində 
bitməz-tükənməz sərvəti var idi, yoxsullara qızıl–gümüş paylayır, 
aç–yalavaclara süfrə açırdı
 
Dərvişlərin bəziləri aclıqdan taqətdən düşmüş, canlarından 
 
123
bezmişdilər. Onun qapısına getmək qərarına gəldilər, məsləhət üçün 
mənə müraciət etdilər. 
 
İzzəti–nəfsim yol vermədi, onların bu fikrinə razı olmadım və 
dedim: 
 
 
 Şer 
 
Şir yeməz heç zaman it artığını
Acından ölsə də bir mağarada. 
Biçarə, qarnı ac yaşasan belə, 
Alçağa əl açma, sakın dünyada. 
Hünərsiz bir adam Fridun olsa, 
Rədd eylə, baxma heç dövlətə, ada 
Naəhlin geydiyi o ipək paltar
Salar divardakı bəzəyi yada 
 
 15. 
Hekayət 
 
 Hatəmi–Taidən soruşdular ki, dünyada özündən səxavətli bir 
adam görüb, eşitmisənmi? 
 Dedi: 
 – 
Bəli, bir gün qırx dəvə qurban kəsib ərəb əmirləri ilə səhranı
bir guşəsinə çəkilmişdim. Meşədən  şələ bağlayıb aparan bir odunçu 
gördüm. 
 
Dedim: – Nə üçün hatəmin qonaqlığına getmirsən, bu saat bütün 
xalq onun süfrəsi başına toplanmışdır. 
 Dedi: 
 
Kim öz əməyilə dolansa əlbət, 
Hatəmi–Taidən götürməz minnət. 
 
 
İnsafla demək lazımdır ki, mən onu özümdən daha səxavətli və 
mərd gördüm 
 
16. Hekayət 
 
 Musa
81
  əle1hissəlam gördü ki, çıplaq bir dərviş utandığından 

 
124
özünü quma basdırıb. 
 
Dərviş dedi: – Ya Musa, dua et, allah mənə var versin, 
yoxsulluqdan çanım boğazıma yığılıb. 
Musa dua edib getdi. 
 Bir 
neçə gündən sonra münacatdan qayıtdıqda gördü ki, haman 
dərviş zəncirlənmiş və başına çoxlu adam toplanmışdır. Dedi: 
 –Buna 
nə olmuşdur? 
 Dedilər: 
 
–Şərab içib, dava salmışdır, adam öldürmüşdür. Edamını  əmr 
etmişlər. 
 
 Şer 
 
Mümkündür bir aciz güclənib gedə, 
Başqa acizləri qıra, məhv edə. 
 
 Musa 
əleyhissəlam Dünya yaradıcısının hikmətinə bir daha 
afərin dedi, belə bir duaya cürət etdiyi üçün üzr istədi... 
 
 Şer 
 
Bir namərdin artsa pulu, rütbəsi, 
Lazım gəlir ona sillə vurasan, 
Bilmirsənmi o filosof nə dedi: 
Qarıncaya pər verməsin yaradan. 
 
Beyt 
 
Bir kəs ki, var–dövlət sənə verməyir 
O sənin xeyrini səndən çox bilir. 
 
 Atasının çoxlu balı vardır, övladı isə qızdırmadan sayıqlayır. 
 
 
 
17. Hekayət 
 
 
Bəsrədə
82
  cəvahir satanlar içərisində bir dəvəçi  ərəb ilə tanış 
oldum. O, nağıl edirdi ki, vaxtilə çöldə yolu azmışdım, yeməyə bir 
 
125
şeyim olmadığı üçün ölümü gözümün qabağına almışdım. Bu anda 
bir kisə mirvarı tapdım. Güman etdim qorğadır, elə sevindim ki, o 
sevinc hələ indi də yadımdan çıxmayıbdır, mirvari olduğunu bildikdə 
isə elə  gədərləndim ki, hələ indi də o acınacaqlı halımı unuda 
bilmirəm. 
 
 Şer 
 
Susuz biyabanda, isti qumlarda, 
Təşnəyə mirvari, inci nə gərək? 
Acından yıxılıb qalançın nə fərq, 
Qurşaqda dürr olsun ya quru təzək. 
 
 
 18. 
Hekayət 
 
 Bir 
ərəb susuz bir səhrada təşnəlikdən dad çəkərək deyirdi: 
 
 Şer 
 
Nolardı ölümdən qabaq birçə gün. 
Çataydım arzuma mən də müxtəsər. 
Bir çaya düşəydim suyu dizədək, 
İçəydim tuluğum dolana qədər. 
 
 19.Hekayət 
 
 Bir 
müsafir 
Bəsit çölündə azmış, azuqəsi də qurtarmışdı
Qurşağındakı bir neçə dirəmdən səvayi heç bir şeyi qalmamışdı. O nə 
qədər gəzib, dolaşdısa yolu tapa bilmədi və  nəhayət açlıq və 
susuzluqdan həlak oldu. Bir neçə yoldan ötən onun başı üstə  gəlib 
gördülər ki, dirəmləri gözləri qarşısına qoyub, torpaq üstə bu sözləri 
yazmışdır: 
 
Şer 
 
Cibi saf qızılla dolu bir şəxsə, 
Çörəksiz yaşamaq mümkünmü bir an? 
Səhrada istidən yanan, bir kəsə 

 
126
Bişmiş şəlğəm xoşdur bir cib qızıldan. 
 
 20. 
Hekayət 
 
 
Mən heç vaxt zamananın gedişindən nalə etməmiş  və  fələyin 
gərdişindən  şikayətlənməmişəm, yalnız bir dəfədən başqa. Bir dəfə 
ayaqyalın qalmışdım, ayaqqabı almağa isə imkanım yox idi. Qanı 
qara halda Kufə məscidinə gəldim, ayaqsız bir adam gördüm: Allaha 
şükür edib ayaqqabısızlığa dözdüm. 
 
 
127
 Şer 
 
Qızardılmış cücələr tox adamın gözünə, 
Süfrə üstə qoyulmuş tərədən pis görünər. 
Pulsuz və ac adama bişmiş şəlğəm özü də, 
Qızardılmış cücədən daha nəfis görünər. 
 
Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin