14. Hekayət
Keçmiş hökmdarlardan biri ölkəni idarə etmək işində bacarıqsız
olub, qoşuna yaxşı fikir vermirdi. Gunlərin birində ölkəyə güclü bir
düşmən basqın etdi. Əsgərlər hökmdardan üz döndərib, düşmənə
qarşı vuruşmaqdan boyun qaçırdılar.
Beyt
Əsgərə xəzinə qıymasa sultan,
O da əl qılınca atmaz heç zaman.
Hökmdara sədaqətskzlik göstərənlərdən birisi mənimlə dost idi.
Onu danlayıb dedim:
–İllər boyu xidmət etdiyin və nemətindən faydalandığın şəxsin
vəziyyəti azacıq dəyişəndə ondan üz çevirmək – sədaqətsizlik, nan-
44
korluq və alçaqlıqdır.
Dostum dedi;
–İnsaf etsən, üzrümü qəbul edərsən, çünki atım arpasızlıqdan
buxovda, çulu isə qonşu yanında girovda idi. Bir də ki, döyüşçüyə
pulunu əsirgəyön hökmdara canı fəda etmək olmaz!
Beyt
Sən əsgərə qızıl versən, o düşmənə meydan açar,
Son qızılı əsirgəsən, baş götürüb uzaq qaçar.
Beyt
Əgər qarnı tox olarsa, hücum edər pəhlivan,
Əgər qarnı boş olarsa, geri qaçar durmadan.
15. Hekayət
Bir vəzir işdən çıxarılıb, saraydan qovuldu. O, tərkidünya olub,
dərvişlərə qoşuldu. Az keçmədi ki, dərvişlərin söhbəti ona təsir etdi.
O da hər cür qayğını unutdu,
Bir gün hökmdar yenidən ona mərhəmət göstərib, xidmətə çağır-
dı. O isə hökmdarın çağırışını rədd edib dedi:
–Ağıllı adamların əqidəsincə, səhrada qul olmaq, saraya qulluq
etməkdən yaxşıdır.
Şer
Qənaət güncündə oturan kəslər,
Naəhlin və itin dilini kəsər.
Qələmi sındırıb kağız cıranlar,
Qeybətçi kəslərdən yaxa qurtarar.
Hökmdar israr etdi:
–Ölkənin işlərini layiqancə yerinə yetirmək üçün bizə ağıllı, iste-
dadlı adam lazımdır.
Vəzir dedi:
–Ey hökmdar, ağıllılığın elə əsl əlaməti olur ki, bu kimi işləri
45
öhdənə götürməyəsən.
Beyt
Şərəflidir hüma quşu bütun quşlardan əlbət,
Sümük yeyir, çünki vermir bir canlıya əziyyət.
Zərbülməsəl.
Çölpişiyinə dedilər:
–Nə üçun həmişə şirin dalınca gəzirsən? Cavab verdi:
–Ovladığı şikarın tör–toküntüsünü yeyib, ac qarnımı doyurur və
onun heybəti sayəsində özümü düşməndən qoruyuram.
Soruşdular:
–İndi ki, kölgəsində dolanır, nemətinə şükür edirsən, bəs nə üçün
çox yaxınlaşmırsan ki, onun sədaqətli xadimləri sırasına gecəsən?
Dedi:
–Axı qəzəbindən də arxayın deyiləm.
Beyt
Yüz il atəşpərəst tonqal yandırar,
İçinə bir dəfə düşən tək yanar.
Saray xadimi bəzən qızıl alarsa, bəzən də baş verər.
Filosoflar demişlər:
–Hökmdarların daima dəyişilən xasiyyətlərindən qorxmaq la-
zımdır, çünki bəzən salamdan hiddətlənər, bəzən söyüşdən xoşlanıb
xələt verərlər.
Bir də deyiblər ki, həddən artıq zarafat etmək nədimlər üçün
hünər, alimlər üçün qüsurdur.
Beyt
Öz qədrini sən yaxşı bil, vüqarını vurma yerə,
Qoy mənasız zarafatlar qismət olsun nədimlərə.
46
16. Hekayət
Bir gün dostlarımdan biri yanıma gəlib həyatının uğursuzluğun-
dan şikayətlənərək dedi:
– Ailəm çox, gəlirim yox, yoxsulluq dərdinə də tab gətirə bil-
mirəm. Dəfərlərə bu fikrə düşmüşəm ki, baş götürüb özgə vilayətə
gedim, orada necə yaşasam, nə yaxşımı bilən olar, nə pisimi.
Beyt
Çox ac yatmış, lakin onu bilməmişdir bir insan,
Çox ölənin başı üstə tapılmamış ağlayan.
Yenə düşmənin tənəsindən qorxub düşünmüşəm ki, məni dalda
lağa qoyarlar, ailəm haqqında göstərdiyim səyi namərdlik hesab edib
deyərlər:
Şer
Bircə sən o nanəcibə nəzər sal,
Gülməyəcək bəxti onun üzünə,
Tək özünə asudəlik düşünür,
Ailəni salır çölün düzünə.
Sənə məlumdur ki, mühasibat elmindən azacıq başım çıxır. Əgər
sənin hörmətin xatirinə mənə bir iş versələr, ürəyim rahat olar, nə
qədər ömrüm var sənə minnətdar olaram.
Dedim:
– Qardaşım, şah sarayında xidmət etqməyin iki başı var: ümid və
qorxu, yəni bir tərəfdən çörək, digər tərəfdən can qorxusu.
Çörək ümidilə canı qorxuya salmaq isə ağıllı adamdarın işi deyil.
Şer
Heç bir şeyi olmayana deməzlər,
«Torpaq və bağ vergisi ver darğaya»
Ya qüssəyə, qəmə, dərdə razı ol,
Ya da pay ver cigərini qarğaya.
47
Dostum israr etdi:
– Sözlərin istəyimə müvafiq, sualıma mütabiq olmadı. Yalnız
xəyanətkarlar sorğu–sualdan qorxar.
Beyt
Düzlüyü çox sevər talei yazan,
Görmədim düz yolda yolunu azan.
Filosoflar demişlər: «Dörd adamın dörd adamdan xoşu gəlməz:
quldurun – sultandan, oğrunun – qarovulçudan, əyyaşın – xəbərçidən
və fahişənin – darğadan. Haqq–hesabı düz olanın hesab verməkdən
nə qorxusu!».
Şer
Düşməni sən aciz etmək istəsən,
İşində heç israf eləmə zinhar.
Sən təmiz həyat sür, kimsədən qorxma,
Ki, daşa çırpılar natəmiz paltar.
Dedim:
–Sənin hekayətin tülkünün əhvalatına oxşayır. Bir gün gördülər
ki, tülkü özünü itirmiş halda qaçır, özünü ora–bura vurur, gan yıxılır,
gan durur. Bir nəfər soruşdu: «Nə olub ki, belə qorxuya düşübsən?»
Tülkü dedi:
– Eşitmişəm ki, dəvəni biyara aparırlar.
Soruşan dedi:
–Ay axmaq, dəvə ilə sənin nə əlaqən, heç sən dəvəyə oxşayırsan-
mı?
Dedi:
–Sus, əgər paxıllar qərəzlə desələr ki, dəvədir, məni də tutub
apararlar. Onda kim dərdimə qalıb, can yandıracaq və mənim tülkü-
lüyümü sübut edəcək? Eşitməmişsən ki, deyiblər: «Tülkü tülkülüyün
sübut edincə, dərisini boğazından çıxardarlar?!»
–Sən ağıllı, düz və etibarlı adamsan. Lakin paxıllar pusquda,
düşmənlər isə küncdə gizlənmişlər. Onlar gözləyirlər ki, imkan tap-
48
caq sənin yaxşı sifətlərini şahın qarşısında pis qələmə versinlər və
onun sənə qəzəbi tutsun. Belə bir hal baş verərsə, kimin danışmağa
cürəti çatar ki, səni müdafiə etsin? Məsləhət görürəm ki, aza qənaət
edib rəislik fikrindən daşınasan.
Beyt
Dənizdən çox xeyir olsa da hasil,
Şübhəsiz yaxşıdır yenə də sahil.
Dostum bu sözləri eşitcək hirsləndi, üzünü çevirib ağır sözlər
deməyə başladı və dedi:
–Sən nə danışırsan, ağıllı, düşüncəli adam belə sözlər deyərmi?
Atalar doğru demişlər: «Dost dar gündə bilinər, süfrə başında düşmən
də dost görünər».
Şer
Ona dost demə ki, süfrə başında,
Deyə: «Qardaşın da, dostun da mənəm»
Ona dost deyərəm ki, çətin gündə,
Dostun arxasında dayana möhkəm.
Dostumun açıqlandığını və nəsihətimi qərəz sandığını gördükdə
Sahib–divanın
29
yanına getdim. Çoxdan bəri yaxın olduğumuza görə
dostumun əhvalını ona nağıl etdim, ləyaqətli, və sədaqətli olduğunu
söylədim. Nəhayət, dostumu kiçik bir vəzifəyə təyin etdilər. Bir
müddət həmin vəzifədə işlədikdən sonra düz və bacarıqlı olduğunu
görüb bəyəndilər, daha yüksək bir vəzifəyə təyin etdilər. Beləliklə,
getdikcə onun tale ulduzu yüksəldi, nəhayət istədiyi ən yüksək mərtə-
bəyə çatdı, hökmdarın rəğbətini qazanaraq onun ən yaxın xidmətçi-
lərindən biri oldu. Kefinin köklüyündən xəbərdar olduqda sevinib
dedim:
Beyt
Darıxma iş görünsə bir qaranlıq quyuda
Çünki qaranlıqdadır o dirilik suyu
30
da,
49
Beyt
Qardaşım, qəm çəkib etmə ahü–zar,
Allahın çox gizli mərhəməti var
Beyt
Zəmanə dərdindən çəkmə qəm, kədər,
Səbr acı olsa da, şirin bar verər.
Təsadüfən mən bir necə dostumla səfərə getməli oldum. Məkkə-
dən qayıdanda həmin dostum məni qarşılamağa gəldi. Dərhal
duydum ki, işdən çıxarıblar, Çünki dövlət adamları ancaq işdən çıxa-
rıldıqları zaman dostu axtarmağa vaxt tapa bilərlər.
Şer
Vəzifə başında, baxt gülən zaman.
Dostların üzünə baxmaz bircə an.
Kasıblıq, çətinlik üz verən dəmdə.
Dostuna söyləyər dərdini haman.
Üzündə qəm nişanəsi qiyafəsində kədər ifadəsi görüb soruşdum
ki, bu nə haldır?
Dedi:
–Necə ki, demişdin, elə də oldu. Bəzi adamlar paxıllıq edib, mə-
ni xəyanətkarlıqda ittiham etdilər. Hökmdar isə işin nə yerdə olduğu-
nu aydınlaşdırmaq üçün səy köstərmədi. Qədimki dostlarım, səmimi
yoldaşlarım da keçmiş sədaqəti unudaraq həqiqəti deməkdən
çəkindilər.
Şer
Vəzifə başında olan kəslərə,
Hamı söyləyər: mərhəba, afərin,
50
Vəzifə başından salan tək fələk,
Başından basarlar, ürəklərdə kin,
Xülasə, cürbəcür işgəncələrə məruz qaldım. Nəhayət bu həftə
həccə gedənlərin sağ–salamat qayıtmaları münasibətilə məni həbsdən
azad etdilər və yalnız atadan qalan mirası geri verdilər.
Dedim:
–O zaman sözümü qəbul etmədin, hökmdarlara xidmət etmək
dəniz səfəri kimidir, həm qorxusu var, həm faydası, ya xəzinə tapar-
san, ya dənizdə batarsan,
Beyt
Ya xacə bağrına basar simü zər,
Ya dəniz xacəni
31
bir gün qərq edər.
Bundan artıq onu danlamağı, yaralı könlünə duz səpib yenidən
sızıldatmağı rəva germədim, sözümü bu iki beytlə müxtəsər etdim:
Şer
Bilmirdin, nəsihət dinləməyəndə,
Nəhayət ayağın düşəcək bəndə?
Əqrəb yuvasına barmaq uzatma,
Əgər ağrısına tab yoxsa səndə!
17. Hekayət
Dərvişlərdən bir neçəsi mənimlə dost idi. Onlar zahirən təmiz
adamlar idilər. Buna görə də böyük mənsəb sahiblərindən biri onlara
həddən artıq inanaraq, hərəsini bir vəzifəyə təyin etmişdi. Bir gün
onların birindən dərvişə yaraşmayan bir hərəkət baş verdi, mənsəb
sahibi hamımızdan şübhələnməyə başladı və beləliklə bazarımız
kasadlaşdı. Yoldaşların işini bir təhər yenidən bərqərar etmək üçün
mənsəb sahibinin yanına getdim. Qapıçı bəd üz göstörib əvvəlcə
məni içəri buraxmadı. Mən onda günah görmədim. Çünki məsəl var
deyərlər:
51
Şer
Əmirin, vəzirin və hökmdarın,
Səbəbsiz dolaşma ətrafında sən.
Dərban da, köpək də qəribi tutar.
Birisi yaxadan, biri ətəkdən.
Hökmdar mənim qapıda gözlədiyimi bilən kimi, dərhal məni içə-
ri apartdırıb hörmətlə yuxarı başda yer göstərdi, lakin mən tava-
zökarlıqla aşağı başa keçib dedim:
Beyt
Nə olar qoy olum sənə bir bəndə,
Bəndələr səfində oturum mən də.
Dedi:
– Allah eləməsin, bu nə sözdür?
Beyt
Otursan gözlərim üzərində sən
Nazını çəkərəm ki, nazəninsən.
Xülasə, oturub hər tərəfdən danışdıq, nəhayət yoldaşların ağır
yaşayışından söz açıb dedim.
Şer
Nə gördü bizdə ki, nemət verən beyük sultan,
Baxır qəzəblə bizə, dindirir məlamətlə.
Xuda uçün yaraşar lütfü mərhəmət daim,
Günah görəndə belə lütf edər kəramətlə.
Bu söz hökmdara çox xoş kəldi, dostlarımın maddi vəziyyətini
52
qabaqkı kimi bərpa etməyi, boş gecən günlərin də əmək haqqının
verilməyini əmr etdi. Minnətdarlığımı bildirdim, vaxtını almağa cəsa-
rət etdiyim üçün üzr istədim və təzim edərək çıxanda dedim:
Şer
Kəbə niyaz qibləsidir, ona görə əhali,
Ziyarətə gələr onu uzaq–uzaq yollardan
Sən də gərək çox dözəsən verdiyimiz zəhmətə,
Çünki barsız bir ağaca daş atmazlar heç zaman.
18. Hekayət
Bir şahzadəyə atasından çoxlu miras qaldı. O, əliaçıqlıq və səxa-
vət göstərərək, əsirgəmədən qoşuna və camaata bəxşışlər verməyə
başladı.
Beyt
İyləsən duymazsan ətrini udun,
Yananda ətrini duyarsan onun.
Böyüklük axtarsan, göstər səxavət,
Ki, toxum əkməsən almazsan nemət.
Bir gün nadan yoldaşlarından biri ona öyüd–nəsihət verib dedi:
–Keçmiş hökmdarlar bu qədər mal–dövləti səy, zəhmətlə topla-
yıb yaman gün üçün yığmışlar. Bilməlisən ki, qabaqda bir çox hadi-
sələr gözlənir, arxada isə düşmənlər gizləiir. Bu qədər israf düzgün
deyildir, çünki lazım olan vaxtda pula əl çatmaz.
Şer
Xəzinə bəxş etsən rəiyyətə sən,
Hər kəndə pay düşər bir düyü qədər.
Hər kəsdən bir arpa gümüş toplasan,
Payına hər gün bir xəzinə düşər.
Bu söz şahzadənin xoşuna gəlmədi, ona acıqlanıb dedi:
53
–Allah bu mal–dövləti ona görə mənə veribdir ki, həm özüm ye-
yəm, həm də başqalarına bağışlayam, nainki gözətçi olub qoruyam.
Beyt
Böyüklük istəsən xalqa bəxşiş ver,
Sən, toxum səpməsən nə bitirər yer?
Beyt
Qarun
32
belə qırx xəznədə verdi can,
Yaxşı adla yaşadı Nuşirəvan.
19. Hekayət
Nağıl edirlər ki, bir gün ədaləti Ənuşirəvan üçün ovlaqda kabab
bişirirdilər, lakin duz yox idi. Duz üçün kəndə bir adam göndərmək
lazım gəldi. Nuşirəvan ona dedi:
–Duzu zorla deyil, pulla al ki, kənd xaraba qalmasın.
Soruşdular:
–Azacıq duzla kənd neçə xaraba qalar?
Ənuşirəvan cavab verdi:
–Zülm dünyada əvvəlcə az idi, sonra hər gələn ona bir az artırdı,
nəhayət, indiki həddə gəlib çatdı.
Şer
Şah rəiyyət bağından bir alma dərsə həmən,
Nökərləri çıxarar ağacları kökündən.
Beş yumurta alıb şah zülm eyləyən zamanda,
Qoşunu min toyuğu şişə çəkər bir anda.
20. Hekayət
Eşitmişəm ki, nadan bir vəzir sultanın xəzinəsini doldurmaq
üçün camaatın var–dövlətini əlindən alarmış. Görünür o, ataların bu
54
sözündən xəbərsizmiş:
– Hər kim xalqa zülm edib böyük və əziz allaha asi olsa, allah da
həmin xalqı onun üzərinə qaldırıb, kökünü yer üzündən kəsər.
Beyt
Atəşdən daha da bətər yandırar,
Məzlumun ürəkdən çəkdiyi ahlar.
Deyirlər heyvanların ən əzəmətlisi şir, ən alçağı eşşəkdir, lakin
hamı təsdiq edər ki, yük daşıyan eşşək, adam öldürən şirdən yaxşıdır.
Şer
Eşşək ki, deyirlər çox natəmizdir,
Yük çəkir, bununçun xalqa əzizdir.
Zəhmətkeş öküzlə, yük çəkən eşşək,
Bədxah insanlardan yaxşıdır bişək.
Yenə nadan vəzirin nağılına qayıdaq. Təsadüfən sultan vəzirin
bəzi yaramaz işlərindən xəbərdar oldu. Elə bilmə ki, qan yerdə qalar.
Sultan vəziri cəzalandırıb cürbəcür əziyyətlərlə öldürtdü.
Şer
Soltanın istəyi yerinə yetməz,
Xalqının halına qalmasa əgər,
İstərsən ki allah səni ucaltsın,
Allahın xalqına mərhəmət göstər.
–Belə deyirlər ki, sitəmdidələrdən biri vəzirin başı üstünə gəlib,
ona neçə cəza verildiyini müşahidə edib deyirdi:
Şer
Bəzi arxalanıb öz qol gücünə,
Xalqın var–yoxunu əlindən alar.
Lakin udulsa da sivri bir sümük,
55
Göbəkdə bənd alıb, qarnı parçalar.
Beyt
Xalqına zülm edən zalım dünyada,
Həmişə lənətlə salınar yada.
21. Hekayət
Nağıl edirlər ki, bir mərdümazar hərbçi, rəhmdil bir dərvişin
başına daş vurdu. Dərviş intiqam ala bilmədiyi üçün daşı götürüb
saxladı. Bir gün hökmdar haman hərbçiyə qəzəblənərək onu quyuya
saldı. Dərviş quyunun başına gəlib saxladığı daşı onun başına çırpdı.
Hərbçi soruşdu:
–Sən kimsən, məni niyə daşla vurursan?
Dərviş dedi:
–Mən haman adamam ki, bu daşı sən filan tarixdə mənim başıma
vurmuşdun.
–İndiyə qədər bəs haradaydın?
–Xidmətdə olduğun zaman hiddətindən qorxurdum. İndi isə səni
quyuda görüb, acığımı çıxmağa fürsət tapdım.
Şer
Hər əclafa olsa əgər bəxti yar,
Fazil adam sükut edər ixtiyar.
Yoxundursa iti dırnaq və pəncən,
Vəhşilərlə heç vuruşa girmə sən.
Hər kim polad qola dursa müqabil,
O, öz lətif qollarını əzər, bil.
Gözlə, fələk onu yıxan zamanda,
Dost kamınça əz başını bir anda.
22. Hekayət
Keçmiş hökmdarlardan biri elə bir dərdə düşdü ki, adını
çəkməsək yaxşıdır. Bütün həkimlər belə nəticəyə gəldilər ki, bu
dərdin dərmanı ancaq filan xasiyyətlərə malik adamın ödü ola bilər.
56
Hökmdar belə adamı tapmağı əmr etdi. Bir kəndli oğlunu tapdılar ki,
həkimlərin dediyi xasiyyətlərin hamısı onda var idi. Hökmdar
oğlanın atasını cağırtdırdı. Çoxlu mal və pul verib onları razı saldı.
Qazı da şərən hökm verdi ki, hökmdarın sağlamlığını qorumaq üçün
bir kəndlini öldürmək olar. Nəhayət cəllad hazır olub oğlanın başını
kəsmək istədi. Oğlan gülümsəyərək başını göyə qaldırıb, nə isə
dodaqaltı danışmağa başladı. Hökmdar oğlandan nə üçün güldüyünü
soruşdu. Oğlan dedi:
–Ey hökmdar, övlad ata–anasına arxalanar, şikayətçi qazı yanına
gedər, hökmdardan aman dilərlər. İndi ata–anam məni dünya malına
satıb, cəllad əlinə verdi, qazı ölüm hökmünü yazdı, hökmdar isə öz
səlamətliyini mənim ölümümdə gördü. Əziz və böyük allahdan başqa
mənim heç bir pənahım yoxdur.
Beyt
Mən kimə eyləyim səndən şikayət,
Özün bax dərdimə, göstər ədalət.
Hökmdar oğlanın sözündən mütəəssir olub, gözü yaşardı, dedi:
–Bir günahsızın qanını tökməkdənsə, mənim həlak olmağım
yaxşıdır.
Sonra oğlanı bağrına basıb, üz–kozündən öpdü, saysız–hesabsız
bəxşiş verib azad etdi. Deyirlər ki, hökmdar haman həftə içərisində
xəstəlikdən şəfa tapdı.
Şer
Nil çayının sahiliidə bir filban,
Əhaliyə söyləyirdi bir zaman:
«Ayağının altda nəsə qarınca,
Sən də osan fid ayağı altında».
23. Hekayət
Əmr Leysin
33
qullarından biri qaçmışdı, dalınca adam saldılar.
Nəhayət, onu tapıb gətirdilər. Vəzirin ona qarşı ədavəti vardı. «Başqa
57
qullar ibrət alıb, qaçmasınlar» – deyə o, qulu öldürmək üçün göstəriş
verdi. Yazıq qul Əmr Leysə baş əyib dedi:
Beyt
Qəbuldur xoşuna gələn dərdü qəm,
Fərman səninkidir, aciz bəndənəm.
Sonra sözünə davam edib dedi:
–Lakin bu xanədanın çörəyi ilə böyüdüyümə görə, istəmirəm ki,
nahaq qanım boynunuzda qalsın. İcazə verin mən bu vəziri öldürüm,
siz də onun qanın almaq üçün məni öldürün. Beləliklə, tökdüyünüz
qan nahaq olmasın.
Qulun sözü hökmdarın xoşuna gəldi, gülüb vəzirə dedi:
–Necə məsləhət görürsən? Vəzir dedi:
.
–Ey böyük hökmdar, sizi and verirəm rəhmətlik atanızın qəb–
rinə, bu həyasızı azad edin, yoxsa məni də bəlayə salar.
Şer
Sapandlı adamla vuruşsan əgər,
Başına daima sənin daş gələr.
Düşmənə bircə ox atsan əgər sən,
Canını hədəf tək oxlayar düşmən.
24. Hekayət
Zəvzən
34
padşahının alicənab və xeyirxah bir xacəsi vardı,
zahirdə hamıya hörmət edər, arxada hamının xeyrinə danışardı. Bir
gün təsadüfən onun hansı hərəkətisə şahın xoşuna gəlmədi, əmr elədi
ki, malını müsadirə edib, özünə cəza versinlər. Lakin ona əzab verəsi
olan şah məmurları xacənin əvvəlki yaxşılığını unutmamış, çox şeydə
ona borclu olduqlarını yaddan çıxarmamışdılar. Ona görə zəmanət
müddətində döyüb əziyyət verməyi, incidib məşəqqət etməyi rəva
görmədilər. Xoş dindirib, mülayim rəftar etdilər.
Beyt
58
İstəsən düşmən ola sülhdə daim sən ilə.
Dalda da eyb desə, üzdə onu təhsin et.
Söz ki, ax ırda ağ ızdan ç ıxacaq əğyar ın,
Sözün ac ı diləməzsən dilini şirin et.
O, şah ın ittihamlar ın ın bəzisini rədd edə bildi, lakin yerdə qalan-
lar ı üçün həbsdə oturmal ı oldu. Qonşu şahlardan birisi ona gizli
məktub göndərdi ki, sizin ölkənin şah ı sənin kimi böyük bir
şəxsiyyətin qədrini bilməyib hörmətsizlik etdi, bu bizə çox ağ ır gəldi.
Əgər siz alicənab ın (allah aqabətinizi xeyr etsin) lütf edib bizim
tərəflərə gəlməyə rəyi olsa, xatiri hər nə istəsə yerinə yetiriləcəkdir.
Bizim ölkənin əyan və əşraf ı cavab ın ız ı gözləyir və sizi görməyi
qəlbdən arzu edirlər.
Xacə məktubu alcaq qorxuya düşdü, aqibəti düşündü və dərhal
elə bir cavab yazd ı ki, ələ keçsə ziyan ı dəyməsin.
Yax ın adamlardan biri bundan xəbər tutub şaha dedi ki, həbs
buyurduğun filan adam qonşu şahlarla yaz ış ır.
Şah qəzəblənib məktubu ələ keçirməyi əmr etdi. Qasidi tutub
məktubu oxudular. Yaz ılm ışd ı: «Ali zat ın ız ın bizə verdiyi qiymət
layiq olduğumuzdan çoxdur, buyurduqlar ı təklifə gəldikdə isə, onu
qəbul etmək bəndənizə müyəssər olmayacaqd ır, çünki, mən bu
xanədan ın nemətilə tərbiyə alm ışam, balaca bir məzəmmət üstündə
öz nemət sahibinə vəfas ızl ıq etmək olmaz, necə ki, deyiblər:
Beyt
Haqq ında kərəm etsə sənin əhli–nəcabət,
Bir ömr səni incidə məzur hesab et.
Xacənin haqşünasl ığ ı şah ın xoşuna, gəldi, ənam verdi, xələt
bağ ışlad ı, üzr istəyib dedi: «Səhv etmişəm, nahaq səni incitmişəm!»
Xacə dedi: – Ey yer üzünün şah ı, mən burada sizdə bir səhv gör–
mürəm, qəzan ın əmri belə imiş, gərək mənim baş ıma bu iş gələymiş
yaxş ı ki, bu sizin əlinizlə oldu, çünki sizin mənim boynumda haq-
q ın ız vard ır.
Şer
59
Xalqdan bilmə əgər zəhmətə düşdünsə bir az,
Çünki xalqdan nə əziyyət, nə fərağət olmaz.
Düşməni, dostu xilafda yaşadan allahd ır,
Onlar ın qəlbinə hakrm də haman allahd ır,
Doğrudur ki, hədəfə atsa kaman hər tiri,
Bilik əhli, ox atanda görəcək təqsiri.
Dostları ilə paylaş: |