23. Hekayət
Bir şəxsin dövlət xadimləri içərisində bir dostu var idi, çoxdan
bəri onunla görüşə bilmirdi. Birisi soruşdu:
–Çoxdandır dostunla görüşmürsən?
Dedi:
–Görüşmək arzusunda da deyiləm.
Təsadüfən dostunun yaxın adamlarından biri orada idi, bu sözü
eşitcək soruşdu:
–Dostunun günahı nədir ki, onunla görüşməyi arzulamırsan?
Dedi:
–Dostumun günahı yoxdr, lakin dövlət xadiminin yalnız
vəzifədən azad edildikdən sonra görmək olar. Mən isə öz rahatlığım
üçün onun vəziyyətə düşməsinə razı deyiləm.
Qitə
Böyüyər, qarışar başım işlərə,
Çıxar xatirinən dostlar, tanışlar.
Elə ki, rütbədən salınar yerə,
Gələr dosta açar nə ki dərdi var.
24. Hekayət
Nağıl edirlər ki, bir abid hər axşam 10 batman ağırlığında xörək
yeyib səhərə qədər Quran oxuyarmış. Böyüklərdən biri bunu eşidib
demişdir:
–Gündə yarım çörək yeyib yatsa idi, ariflərin nəzərində daha
yaxşı olardı.
Şer
Qarnını doldurma yeməklə ta ki,
Özündə görəsən mərifət nuru.
Başın boşdur, çünki doludur qarnın,
Qarnı dolmuşların olmaz şüuru.
94
25. Hekayət
Bir yoldan azmışın qarşısına haqq nuru səpələndi, əyrilikdən əl
çəkib doğru yola gəldi, dərvişlərə qoşuldu, onların söhbətinin
gücündən; nəfəsinin təsirindən pis adətləri unutdu, yaxşı xasiyyətlərə
sahib oldu, əyyaşlıqdan əl çəkdi. Lakin ağzıgöyçək adamlar dili
uzunluq edərək onun haqqında şayiyə yaymağa başladılar ki, əvvəldə
olduğu kimidir, pəhriz saxladığına, ibadət etdiyinə də etibar yoxdur.
Beyt
Qurtarasan üzrlə allahın əzabından,
Xalqın dilindən ancaq qurtarmazsan bircə an.
Nəhayət dedi–qoduya davam gətirməyib təriqət başçısının
yanına şikayətə getdi. Mürşudləri dedi:
Getmək üçün bundan daha gözəl nə ola bilər ki, sən təsəvvür
etdiyindən daha yaxşısan.
Beyt
Çox demə ki, paxıl adamlar mənə
Eyib axtarırlar hey axşam, səhər.
Gah tökmək istərlər qanımı mənim,
Gah da «pisdir» – deyib yayırlar xəbər.
Yaxşı ol, qoy «pisdir» desinlər sənə,
Nə ki pis olasan «yaxşı» desinlər.
Lakin fikir çəkib qəm yemək, həqiqətdə qüsurlu olub zahirdə
nöqsansız hesab edilən mənim kimi adamlara lazımdır:
Beyt
Onlar tərif edən kimi olsaydım,
Yaxşılığa çəkilərdi bil adım.
Beyt
95
Yaxın qonşum bilə bilməz mənim heç bir əsrarımı,
Lakin yalnız allah bilir bütün gizli-aşkarımı.
Şer
Qapımızı xalq üzünə bağladıq,
Bilməyələr ta bizdə nə eyib var.
Nə fayda bu qapını bağlamaqdan
Ki hər sirri allah bilir aşikar.
26. Hekayət
Bir gün şeyxlərdən birinin yanına gedib şikayətləndim ki,
filankəs mənim pisliyimə danışır.
Dedi:
– Sən yaxşılığına danış, utandır!
Şer
Sən yaxşı işlər gör, ta ki pis gözlər,
Nə qədər axtarsa tapmasın nöqsan,
Əgər düz çıxarsa bərbətin səsi,
Çalğıçı qulağın burmaz heç zaman.
27. Hekayət
Şam
62
şeyxlərindən birindən soruşdular ki, sufiliyin mahiyyəti
nədən ibarətdir?
Dedi: – Əvvəllər dünyada bir qrup adamlara deyirdilər ki, zahi–
rən dağınıq idilər, daxilən mütəşəkkil; indi isə elə adamlara de–yirlər
ki, zahirdə mütəşəkkildirlər, daxildə dağınıq.
Qitə
Hər saat ürəyin bir yerdə olsa,
Təklikdə görməzsən rahatlıq, səfa.
Varsa çox dövlətin, əkinin, rütbən,
Qəlbin allahlasa, xəlvətnişinsən.
96
28. Hekayət
Əbu Hüreyrə
63
(allah ondan razı olsun)hər gün Məhəmməd
peyğəmbərin yanına gələrmiş və həmişə də peyğəmbər ona deyərmiş:
«Ya əba Hüreyrə, zurni ğibbən təzdid hübbən», yəni: Ya Əbu
Hüreyrə, hər gün gəlmə ki, məhəbbətimiz çox olsun.
Bir arifə dedilər: – Günəşin bu qədər gözəl olmasına baxma–
yaraq, birinin ona vurulduğunu və ya dost olduğunu indiyə qədər
eşitməmişik.
Dedi: – Çünki hər gün görürsünüz. Birçə qışda, o az görünür,
çox sevilir.
97
Şer
Xalq ilə görüşmək eyib deyildir,
Lakin o qədər ki, deməsinlər «bəs».
Əkər sən özünü məlamət etsən,
Töhmət eşitməzsən heç kəsdən əbəs.
29. Hekayət
Böyüklərdən birinin qarnında yel vardı. Birdən burulmağa
başlayıb dışarı çıxmaq istədi. O, nə qədər əlləşdisə, özünü saxlaya
bilmədi. Axırda naqafıl yel səslə dışarı çıxdı.
Dedi: – Dostlar, qəsdən etmədiyim üçün günahı mənə yetişməz,
lakin mənə böyük bir rahatlıq nəsib oldu, siz də kəramətiniz xatirinə
bunu üzürlü hesab edmn.
Şer
Ey aqil, qarındır yelə bir zindan,
Yeli bənddə qoymaz şüuru olan.
Qarında yel olsa saxlama zinhar,
Çünki o ürəyə ağır yük olar.
Beyt
Can sıxıcı həriflə bir məclisdə oturma,
O rədd olmaq istəsə sən heç üstünü vurma.
30. Hekayət
Dəməşq dostlarımın söhbətindən yorulduğuma görə, baş alıb
Beytül-müqəddəs
64
çölünə getmişdim. Orada heyvanlarla ünsiyyət
tapıb yaşamaqda idim ki, firəngilərə əsir düşdüm. Onlar məni
Trablis
65
xəndəyində yəhudilərlə birlikdə torpaq işində işləməyə
məcbur etdilər. Keçmişdə tanış olduğum hələb başçılarından biri
kecərkən məni tanıyıb dedi:
– Bu nə haldır?
98
Dedim:
Şer
Qaçırdım bu xalqdan dağa–daşa mən,
Allahla birləşmək istərdim həmən.
İnbi gör nə yazıq hala düşdüm ki,
Namərdlə tutmuşam töylədə məskən.
Beyt
Dostlar
ilə məhbus olmaq yaxşıdır, bir zindanda,
Nə ki, düşmən sənin ilə ömür sürə bostanda.
Mənə çox yazığı gəldi, on dinar verib əsirlikdən azad etdi və özü
ilə Hələb şəhərinə apardı. Orada qızını mənə verib, yüz dinar mehrlə
kəbinini kəsdirdi.
Demə bu qız bədxasiyyət, həyasız və dikbaş imiş. Bir müddət
keçdi. Qız diliuzunluğu ilə günümu qara etməyə başladı.
Şer
Yaxşı kişi, pis arvadla həyat sürərsə bahəm.
Bu dünya da olar ona bir dözülməz çəhənnəm.
Pis arvadın əllərindən dadü fəryad, əlaman,
Allah! Bizi xilas eylə bu çəhənnəm odundan
Axırda bir gün o tənə ilə üzümə qabarıb dedi:
–Sən o adam deyilsən ki, atam səni pul ilə firənglərin əsir-
liyindən azad etmişdir?
Dedim:
–Bəli, mən haman adamam ki, atan məni on dinara firənglərin
əlindən satın alıb, yüz dinara sənin çəngində əsir etdi.
Şer
Eşitdim ki, bir pəhləvan zavallı bir qoyunu
Xilas etdi bir yırtıcı canavarın əlindən.
99
Axşam çağı boğazına biçaq qoydu yazığın,
Dilə gəldi o qoyunun ruhu dedi: «Aman sən
Əgər məni canavardan qurtardınsa, nəhayət,
Əsil qurdum özün oldun, öldürdün uf demədən»
31. Hekayət
Padşahlardan biri oğul–uşağı çox olan bir abiddən soruşdu:
–Əziz vaxtını necə keçirirsən?
Dedi: –Gecə səhərə qədər münacat verirəm, səhərlər ehtiyacım
üçün dua edirəm, bütün günü xərclik üçün əlləşirəm. Şah abidin nə
demək istədiyini başa düşdü, əmr verdi ona maaş təyin etsinlər, ailə
yükünü onun üzərindən götürüb əhli–əyalın təmin etsinlər.
Şer
Ey ailə zəncirinə bağlı qalan binəva,
Rahatlıq və asudəlik xəyal etmə bir daha.
Övlad, çörək, paltar qəmi, dolanacaq kədəri,
Sənə imkan verməyəçək seyr edəsən göyləri.
Hər gün səhər əhd edirəm, mən verirəm iltizam,
Ki, rəbbimlə razu niyaz edəcəyam bu axşam.
Gecə olcaq mən hər şeyi unuduram nə ki var,
Dərd götürür ki, bəs sabah nə yeyəcək balalar?!
32. Hekayət
Şam abidlərindən biri meşədə yaşayır və ağac yarpağı ilə
dolanırdı. Bir padşah onun görüşünə gedib dedi:
–Məsləhət görsəniz sizdən ötrü şəhərdə bir saray tikdirərəm.
Orada həm siz asudə ibadət edərsiniz, həm də camaat sizin hikməta-
miz sözlərinizdən faydalanar, pak əməllərinizi görüb ədəb öyrənərlər.
Zahid hökmdarın təklifini rədd etdi. Vəzirlərdən biri ona dedi:
–Hökmdarın dediyi söz hörmətinə, yaxşı olar ki, şəhərə gəlib bir
neçə gün vəziyyəti öyrənəsiniz. Əgər yad adamlar vaxtınızı alıb,
söhbətlərilə sizi narahat etsələr, yenə qayıda bilərsiniz.
Nağıl edirlər ki, zahid şəhərə gəldi. Hökmdarın öz xüsusi bağ və
sarayında onun üçün çox səfalı və ürək açan bir yer verdilər.
100
Şer
Gözəllər hüsnünə bənzər bu gülşəndə qızıl güllər,
Nigapın zülfü tək xoşdur bu yerdə türfə sünbüllər
Qışın bərk şaxtası keçmiş, soyuqdan qalmamış qorxu,
Açıb sanki ağız tifli–gülüstan gözləyir qayğu.
Beyt
Yaşıl donlu budaqlarda düzülmüş nar gülü od tək,
Əcəbdir yarpaq üstündə belə qan rəngli od görmək!
Hökmdar dərhal göyçək bir kəniz də onun yanına göndərdi.
Şer
Abidlər aldadan ay üzlü canan,
Huri tək gözəldir, tavus tək əlvan.
Onun çəmalını mömin də görsə,
Bilməz harda qaldı din ilə iman.
Şah onun ardınca yaraşıqlı, gözəl bir qulam da zahidə bağışladı.
Şer
Xalq ölür ətəşdən suçu yanında,
Suçu görərsə də bir damcı qıymaz.
Gözlərim doymayır səndən, necə ki,
İstisqa içərsə fəratı doymaz.
Zahid ləzzətli xörəklər yeyib, təmiz paltarlar geydi, dadlı
meyvələrin, şirələrin ətrindən məst olub, gözəl kənizin və qulamın
gül camalından zövq almağa başladı.
Ağıllı adamlar demişlər:
–Gözəllərin zülfü ağlı əsir edən bir kəmənd, zirək quşu tora
salan bir bənddir.
101
Beyt
Imanımı, qəlbimi yar yolunda qoymuşam,
Sanki çox bildiyimdən tora düşən bir quşam.
Nəhayət bütün bu xoşbəçtliklər zahidi zavala gətirdi.
Şer
Mürşid də, mürid
66
də, qoça, çavan da
Xülasə hər kəs ki, qoca cahanda
Bu alçaq dünyaya bir həvəs saldı,
Milçək kimi bala yapışıb qaldı.
Hökmdar ikinci dəfə onu görməyə gəldikdə gördü ki, zahidin
əvvəlki solğun rənki dəyişmiş, ətə–qana dolub qıp–qırmızı qızar-
mışdır. İpək yastığa söykənmiş, mələk kimi gözəl qulam onun başı
üzərində tavus qanatı kimi bir çətir açmışdır. Xülasə, hökmdar,
zahidin səhhətinin sağalmağından sevindiyini bildirib, hər tərəfdən
söhbət açdı. Axırda söhbətinə yekun vuraraq dedi:
–Mən iki cür adama məhəbbət bəsləyirəm: bir alimə, bir də
zahidə. Dünyada mənim kimi onları sevən yoxdur.
Orada olan dünyagörmüş ağıllı bir vəzir dedi:
–Ey hökmdar, məhəbbətin şərti budur ki, bacardıqca hər ikisinə
yaxşılıq edəsən: alimlərə qızıl verəsən ki, daha artıq elm qazansınlar,
zahidlərə bir şey verməyəsən ki, zahid olaraq qalsınlar.
Şer
Gönül alan gözəl üzlü gözələ,
Üzük, sırğa, bəzək, düzək nə lazım?!
Xoş əxlaqlı, xoş məcazlı zahidə,
Qapı–qapı pay diləmək nə lazım?!...
33. Hekayət
Bu sözün qüvvəsi, bir padşaha böyük bir məsələ üz vermişdi.
Əhd etdi ki, əkər məsələ onun istədiyi kimi həll olsa, zahidlərə çoxlu
102
pul bağışlasın. İş o istədiyi kimi də həll olundu. Hökmdarın ürəyi
sakitləşdi, sonra öz əhdini yerinə yetirmək qərarına gəldi. Xüsusi
qullarından birinə bir kisə qızıl pul verdi ki, aparıb zahidlərə
paylasın.
Deyirlər ki, qul çox ağıllı və zəkalı idi, bütün günü şəhərdə
gəzib, axşam olduqda şahın hüzuruna qayıtdı, qızıl kisəsini öpüb
qarşısına qoydu və dedi:
–Nə qədər axtardımsa, bir zahid tapa bilmədim.
Padşah bundan hirslənib dedi:
–Mənim bildiyimə görə ölkədə 400 zahid vardır. Qul cavab
verdi:
–Ey böyük hökmdar, əsl zahid almaz, alan isə zahid olmaz.
Hökmdar güldü və nədimlərinə dedi:
– Nə qədər möminlərə rəğbət, bu arsıza ədavət bəsləsəm də,
onun haqq olduğunu etiraf etmək lazımdır.
Şer
Bir zahid alarsa dirəmlə dinar,
Ondan daha mömin bir zahid axtar.
Bir zahid göz tiksə özgə malına
Yaxşıdır heç zahid demə sən ona...
34. Hekayət
Etibarlı alimlərin birindən soruşdular: – Necə bilirsiniz, vəqf
çörəyi halaldır, ya yox?
Dedi: – Cəmiyyət üçün alırlarsa, halaldır, mənimsəmək üçün
cəm olurlarsa haram.
Beyt
İbadətçin çörək lazımdır, əlbət,
Çörək üçün etməmişlər ibadət.
35. Hekayət
Bir dərviş gəlib bir yerə çıxdı ki, oranın yeyəsi əliaçıq, qəlbi
103
geniş bir adam idi. Zövq əhli, fəzilət sahibləri onun evinə toplanır,
dərin hikmətlər zərif lətafələr söyləyirdilər. Dərviş ac-yalavac uzaq
yoldan gəlmiş, dilinə bir şey dəyməmişdi. Zarafatyana biri dedi: –
Sən də bir söz de!
Dedi: – Mən başqaları kimi gözəl danışmağı bilmirəm, savadım
da o qədər çox deyil, ançaq bir beyt ilə sözümü qurtaracağam.
Hamısı maraqlanıb dedi: – Söylə!
Dedi:
104
Beyt
Mən bir acam önümdə də süfrə dolu xoş təam,
Sanki arvad hamamının önündə bir subayam.
Dostlar onun çox ac olduğunu başa düşüb süfrə açdılar. Ev
yiyəsi dedi: - Əzizim, bir az gözlə, xidmətçilər sənə döyülmüş ət
hazırlasınlar. Dərviş başını qaldırıb küldü və edi:
Beyt
Döyülmüşə, döyülmüş ət nə gərək?!
Ac olana küftədir hər duz-çörək.
36. Hekayət
Bir mürid öz mürşüdünə dedi:
–Adamların əlindən zara gəlmişəm, O qədər görüşümə gəlirlər
ki, vaxtımı alır, narahatlığıma səbəb olurlar. Onlardan xilas olmaq
üçün mənə bir yol göstər.
Dedi:
–Yoxsullara borc ver, varlılardan borc istə. Bir daha ətrafına
dolanmazlar.
Beyt
Əgər islam ləşkərində gəda düşsə önə tək,
İstəməsin bir pay deyə, kafir qaçar Çinədək.
37. Hekayət
Fiqh elmini
67
öyrənən bir tələbə atasına dedi:
–Vaizlərin bu gurultulu və bəzəkli sözləri əsla mənə təsir etmir,
çünki onların sözləri əməllərilə düz gəlmir.
Şer
O, hamıya bu dünyanı at deyir,
Özü isə qızıl-gümüş cəm edir.
105
Hər alim ki, əməl etməz sözünə,
Heç vaxt onun inanmazlar özünə.
Alim odur pislik etməz heç kəsə,
Əməl edər özü, xalqa nə desə.
Beyt
Bir adam ki, hər zaman öz xeyrini axtara,
Özü yolu azmışdır, o hara, rəhbər hara?!
Atası dedi:
–Ey oğul, belə bir səhv mülahizəyə əsaslanıb xeyirxah adamların
tərbiyəsindən üz çevirmək, alimləri azğınlıqda taqsırlandıraraq,
məsum alim axtarıram – deyə elm öyrənməkdən məhrum olmaq
düzgün iş deyildir. Bu, palçığa batmış korun məsəlinə bənzəyir.
Nağıl edirlər ki, bir kor gecə qaranlıqda kedərkən palçığa batmışdı.
O, çığırıb deyirdi:
–Ey müsəlmanlar, heç olmazsa mənim yolumun üstünə bir çıraq
tutun.
Hazırcavab bir qadın korun sözünü eşidib dedi:
–Sən ki, çırağı görmürsən, çıraqla nə görəcəksən?
Həmçinin, moizə məclisi bəzzaz dükanı kimidir: orada pul ver-
məsən, mal ala bilməzsən; buraya rəğbət bəsləməsən, səadət əldə edə
bilməzsən.
Qitə
Alim hər nə söyləyərsə, canla-başla qulaq as,
Nəsihətçin onun dili bir söz tutana qədər.
O müddəi düz deməmiş, yanılmışdır sözündə,
«Bir yatmışı başqa yatmış necə oyada bilər?»
68
Mərd odur ki, deyiləni yaxşı yadda saxlasın,
Daş üstündə ğazılsa da öyüd, nəsihət əgər!
Şer
Xanəqahdan
69
mədrəsəyə gələrək,
Bir sahibdil atdı əhli-təriqi.
Dedim : «fərqi nədir alim, abidin
106
Ki alimi tutub, atdın rəfiqa?»
Dedi: «O, öz kilimini qoruyur,
Bu çalışır xilas etsin ğəriqi»
*
38. Hekayət
Bir sərxoş gənc yol kənarında yatmış, özündən bixəbər yerə
sərilib qalmışdı. Bir abid oradan keçərkən bu iyrənc mənzərəyə nəzər
saldı. Gənc məstlik yuxusundan baş qaldıraraq bu ayəni oxudu: –
Mömin adamlar iyrənc şeylərin yanından keçərkən, kəramət edib onu
görməməzliyə vurarlar...
Şer
Günahkar görəndə eybini açma,
Daima səbirli, mərdanə ol sən.
Bir nöqsan görsən də mənim işimdə,
Olmazmı lütfünlə onu örtəsən?
Şer
Hər günah edəndən sən üz döndərmə,
Ona əfv edənlər kimi sal nəzər,
Mən əgər cavanmərd deyiləm işdə.
Sən mərd ol, kərəmlə bir qayğu göstər.
39. Hekayət
Bir dəstə əyyaş bir dərvişlə sözə gəldilər, ağızlarına gələn
nalayiq söyüşlər söyüb onu əzişdirdilər. Dərviş şikayət üçün
mürşüdün yanına getdi, başına gələni nəql etdi.
Dedi: – Ey oğul dərviş xirqəsi razılıq, dözümlük libasıdır, onu
geyən hər zülmə qatlaşmalıdır, əks halda dərvişliyi tərk edib xirqəni
çıxartmalıdır.
Beyt
*
ьяриг – Суда боьулан
107
Ümman bir daş ilə heç dalğalanmaz,
Arif inciyərsə, dayazdır-dayaz.
Şer
Bir zərər dəyərsə sənə səbr elə,
Əfv ilə günahdan təmizlənərsən;
İndi ki, hər şeyin sonu torpaqdır,
Torpaq tək sakit qal, elə indidən.
40. Mənzum hekayət
Sənə bir hekayət söyləyim dinlə,
Bağdadda deyişdi bayraq pərdəylə
Bayraq öz alından edib şikayət
Pərdəyə acıqla dedi nəhayət
«Bizki, hər ikimiz mərdü mərdana,
Xidmət eləyirik eyni sultana.
Neçün dincəlmirəm xidmətdə bir -an,
Səfərdə puç olur ömrüm hər zaman.
Sən isə bilmirsən əziyyət, hasar,
Nə səhra görürsən, nə toz, nə qubar,
Belə ağır ikən mənim xidmətim,
Bəs neçün sən qədər yoxdur hörmətim?
Sən gözəl bəndələr qucağındasan,
Səninlə əl verir hər nazlı canan.
Mən isə gəzirəm hey əldən-ələ.
Çöllərdə sərkərdan qalmışam hələ»
Dedi: «Mənim başım asitandadır.
Lakin sənin başın asimandadır.
Kim biça boynunu dik tutsa hər an,
Gəzər boyunlarda belə sərkərdan».
41. Hekayət
Ariflərdən biri bir pəhlivanı hirslənmiş və ağzı köpüklənmiş
görüb soruşdu:
–Buna nə olubdur?
Dedilər:
108
–Filan adam onu söyübdür.
Arif adam dedi:
–Bu necə işdir ki, bu yaramaz min batmanl ıq daş ı götürə bilir,
lakin bircə sözü götürə bilmir?
Şer
Sən, gücündən dəm vurub, demə «cavanmərdəm mən»
Mərdlik deyil nəfsinə qul olub aciz durmaq.
Hünərin var şirin et bir ağ ız ı, yoxsa ki,
Cavanmərdlik deyildir ağ ıza zərbə vurmaq.
Şer
Birisi filə də qalib gəlirsə,
O, hələ qəhrəman cavan deyildir.
Torpaqdan yoğrulmuş insan ın zat ı,
Təmkini olmasa, insan deyildir.
42. Hekayət
Bir böyük adamdan Səfa qardaşlar ın ın
70
xasiyyətlərini soruşdum.
Dedi:
–Ən az ı odur ki, dostlar ın ın xeyrini öz şəxsi mənafelərindən üs-
tün tutarlar.
Alimlər deyiblər: «Yaln ız öz hay ına qalan qardaş, nə qardaşd ır,
nə yoldaş».
Beyt
Yol yoldaş ı tələsərsə, qoy o getsin, sən dincəl,
Sənlə dostluq etməyənə, sən də ürək vermə, gəl.
Beyt
Dəyanət görməsən əgər qohumdan,
Q ıs ırl ıq yaxş ıd ır belə doğumdan.
109
Yad ımdad ır, müddəilərdən birisi mənim bu beytimə etiraz edib
dedi ki, allah öz müqəddəs kitab ında rəhmsiz olmağ ı qadağan etmiş,
yax ın adamlar ı sevməyi buyurmuşdur, sənin dediklərin isə bunlara
ziddir. Dedim qələt edirsən, Quranda deyilmişdir:
«Əkər ata-anan çal ış ıb bir şeyi mənə şərik qoşmağa səni vadar
etsə, onlara itaət etmə!»
Beyt
Haqq ı yad etməyən min qohumdansa,
Xoşdur bir yad dosta ürək bağlansa.
Dostları ilə paylaş: |