Sədi Şirazi GÜLÜstan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə15/17
tarix31.01.2017
ölçüsü1,13 Mb.
#6772
1   ...   9   10   11   12   13   14   15   16   17

 
 
Nəsihət. Şeytan əməli heç kimə yaraşmaz, xüsusilə alimə! Çünki 
elm  şeytana qarşı bir silahdır, silah sahibi isə düşmənə  əsir düşsə, 
rüsvayçılıq bir neçə qat artıq olar. 
 
Şer 
 
Günü qara olan bir avam, nadan, 
Yaxşıdır xeyirsiz bir ağıllıdan 
O kordu, görmədi yolu, sürüşdü 
Bu iki göz ilə quyuya düşdü. 
 
 Hikmət. Can bir nəfəsə bağlıdır, dünya isə iki yoxluq arasında 
bir varlıqdır, dini dünyaya satanlar xamdırlar, Yusifi satanlar əvəzin-
də nə alacaqlar?! 
 
Beyt 
 
 
 
 
 
Düşmənin sözüylə dostunu satdın,  
 
 
 
 
Gör kimlə birləşdin, gör kimi atdın?! 
 
 
Lətifə. Şeytan düzdən qaçar, sultan pulsuzdan. 
 
Şer 
 
Namaz qılmayana borc vermə aman, 
Aclıqdan şikayət etsə də haman. 
O allah borcunu vermirsə, Əgər, 
Bəndənin borcunu neçə ödəyər? 
 
235
 
 
Nəsihət. Diriliyində adamın çörəyini yeməsələr, öləndən sonra 
adını  çəkməzlər! Üzümün dadın bağ sahibindən çox, onu yığan dul 
qadın bilər. Misirdə qəhətlik üz verdikdə Yusif peyğəmbər doyunca 
yeməzdi ki, acları unutmasın! 
 
Şer 
 
Bolluqda yaşayan toxlar nə bilir, 
Acların əhvalı neçə yamandır, 
Yazığın halını o kəs bilər ki,  
Aclığın dəhşəti ona əyandır. 
 
Şer 
 
Köhlənə minən ey səvari bil ki, 
Eşşəyi batanı atmaq günahdır. 
Sən kasıb qonşundan od da istəmə, 
Bacadan yüksələn tüstülər ahdır. 
 
 Hikmət. Qıtlıq ilində, vəziyyəti ağır olan dərvişə yalnız o şərtilə 
«Kefin necədir?» deyə bilərsən ki, yarasına məlhəm qoyasan, 
qabağına dirhəm. 
 
Şer 
 
Bir kişinin görsən batıb gilə yüklü eşşəyi, 
Ürəyində təəssüf et, lakin yaxın getmə sən, 
Əgər gedib soruşdunsa nə olmuşdur? Gərəkdir, 
Qol çırmayıb eşşəyinin quyruğundan çəkəsən. 
 
 
Hikmət. İki şey mümkün deyilir. Qismətdən artıq yemək və əcəl 
catmamış ölmək. 
 
Şer 
 
Qəza bir də təkrar etməz dad etsə də bir qarı
Min ah çəkib bir ağızdan qoparsa da min şivən. 

 
236
Nə vecinə küləklərə vəkil olan mələyin, 
Xəzan vaxtı bir qarının şamı söndü küləkdən. 
 
 
Nəsihət. Ey ruzisi qalmış getmə, yiyəcəksən, ey əcəli çatmış 
acma, öləcəksən. 
 
Şer 
 
Özün üçün çalışsan da, əgər çalışmasan da, 
Yetirəcək öz ruzunu sənə böyük yaradan. 
Sən ağzına girsən də lap qızmış şirin, pələngin, 
Bir şey olmaz əgər əcəl çatmamışsa bu zaman. 
 
 Hikmət. Qismətin deyilsə,  əlin çatmayacaqdır, qismətindirsə 
harda olsan, gəlib tapacaqdır. 
 
Beyt 
 
Ab–həyat
113
 tapmaq üçün İsgəndər çox yol keçdi, 
Zülmatə dək getdi, lakin onu təkcə Xızr içdi. 
 
 Hikmət. Qisməti olmayan ovçu Dəclədə balıq tuta bilməz, əcəli 
çatmamış balıq quruda ölməz. 
 
Beyt 
 
Yazıq xəsis dincəlməz gəzər hey yorulunca, 
O gəlirin dalınca, əcəl onun dalınca. 
 
 Hikmət. Fasiq varlı üstü qızılla suvanmış təzəkdir, sadiq yoxsul, 
üzü toza bulanmış  bəzəkdir, bu Musanın yamaqlı paltarıdır, o 
Fironun yaraqlı saqqalı. Yaxşıların möhnətinin axırı sevinc olacaq, 
pislərin dövlətinin sonu heç. 
 
Şer 
 
Hər kimin vardırsa dövləti, malı
Onun ürəyinə yol tapmaz kədər. 
 
237
Bir söylə heç dövlət, səadət, şadlıq, 
Başqa bir saraya girərmi məyər? 
 
 Hikmət. Paxıl, allahın başqasına verdiyi nemətindən paxıllı
edər və günahsız adamlardan da zəhləsi gedər. 
 

 
238
Şer 
 
Kütbeyin bir kişi gördüm ki, varlı
Bir şəxsin dalınca hey qeybət edir. 
Dedim ki, ey xacə, sən bədbəxt isən, 
Xoşbəxt bir adamın günahı nədir? 
 
Şer 
 
Paxıla istəmə bəla, o yazıq, 
Olmuşdur əbədi bəlayə düçar. 
Nə lazım olasan paxılla düşmən, 
Onun paxıllıqtək öz düşməni var. 
 
 
Həqiqət.  Həvəssiz  şagird pulsuz aşiqə, bələdçisiz səyyah 
qanadsız quşa,  əməlsiz alim barsız ağaca, elmsiz zahid qapısız evə 
oxşar. Quranın nüzulundan məqsəd yaxşı  əxlaq üçündür, surələri 
varaqlamaq üçün deyildir. İbadət edən avam yeriyən piyadəyə, riayət 
etməyən alim yatan süvariyə oxşar. Gözünü yuxarı dikən günahkar 
özünü yuxarı tutan dindardan yaxşıdır. 
 
Beyt 
 
Mərhəmət sahibi olan bir sərdar, 
Zülmkar qazıdan çox üstün olar. 
 
 
Nəsihət. Bir adamdan soruşdular: 
 –Barsız alim nəyə bənzər?  
 Dedi: 
 –Balsız arıya! 
 
Beyt 
 
Eşşək arısına deyək: «Ay arı 
Sən ki bal vermirsən, gəl sancma barı!» 
 
 Mürüvvətsiz kişi – arvad, tamahkar abid – quldurdur. 
 
 
239
Şer 
 
Ağ geyinib xalq gözündə özünü düz göstərən, 
Ey hər işi qəlbi kimi qara olan bişüur. 
Bu dünyadan öz əlini üzən zaman nə fərqi, 
Paltarının qolu qısa, ya da ki, çox uzundur. 
 
 Hikmət. İki adamın: gəmisi batmış tacirlə, qələndərə dost olmuş 
varisin qəlbi təəssüf dərdindən, ayağı  həsrət zəncirindən xilas ola 
bilməz. 
 
Şer 
 
Dərvişlər gözündə halaldır qanın, 
Onlara olmasa xeyrin, ehsanın. 
Ya yoldaş olmasın sənə göy köynək, 
Ya da ki, büsbütün evindən əl çək. 
Ya dostluq eyləmə filbanla əsla 
Ya fil kirə bilən bir həyət saxla. 
 
 
Nəsihət.  Şah verən xələt nə  qədər izzətli olsa da, öz paltarı
daha izzətlidir. Hökmdar süfrəsindəki xörək nə qədər ləzzətli olsa da
öz heybəndəki çörək daha ləzzətlidir. 
 
Beyt 
 
Yaxşıdır öz halal sirkənlə tərən, 
Kəndxuda verdiyi quzu ətindən. 
 
 Hikmət. Naməlum dərmanı  həkimsiz içmək, nabələd yolu 
karvansız getmək ağıllı adamların, işi deyil. İmam Məhəmməd 
Qəzalidən
114
 soruşdular: 
 –Elmdə bu dərəcəyə necə çatdın.  
 Dedi: 
 –Bilmədiyim şeyi soruşmaqdan utanmadım. 
 
Şer 
 

 
240
Sağlamlıq o zaman təmin olar ki, 
Təbibə verəsən sən öz nəbzini. 
Hər şeyi bilməsən soruş, utanma, 
Sənə bu öyrədər bilik rəmzini. 
 
 
Nəsihət. O şeyi ki, arxayınsan sənə deyəcəklər, soruşmağa 
tələsmə, çünki, hörmətə zərəri var. 
 
Şer 
 
Loğman görəndə ki Davud əlində, 
Bir dəmir parçası dönüb olur mum. 
Sirri soruşmadı, bildi sorğusuz, 
Olacaq az sonra məsələ məlum. 
 
 Hikmət. Qonşuluq  şərtlərindən biri budur ki, ya özünə ev 
tikəsən, ya ev sahibi ilə yola gedəsən. 
 
Şer 
 
Müsahib zövqüncə söz de hər zaman, 
Əgər onun sənə vardırsa meyli. 
Hər aqil Məcnunla oturub dursa, 
Sözü olmalıdır «Leyli və Leyli». 
 
 
Nəsihət. Yaramaz adamlara qoşulan, onların təbiətini qəbul 
etməsə  də, onların təriqətinə görə müttəhim edilər, xərabata namaz 
qılmağa getsə onu şərab içməkdə taqsırlandırarlar. 
 
Şer 
 
Anlamaz yerinə qoydun özünü, 
Nadanı özünə eylədin həmdəm. 
Alimdən istədim versin nəsihət, 
Dedi ki, nadanla oturma bir dəm, 
Əgər alim isən nadan olarsan, 
Nadansan olarsan nadan da kəm. 
 
 
241
 Hikmət. Dəvənin həlim olduqunu hamı bilir. Noxtasını bir uşaq 
tutub yüz ağac
115
 aparsa yenə itaətindən çıxmaz. Lakin təhlükəli bir 
uçuruma rast gəldikdə, uşaq nadanlıq ucundan keçmək istəsə, dəvə 
artıq itaətdən boyun qaçırar, dartıb noxtanı uşaqın əlindən alar, çünki 
belə vaxtda sərt olmaq əvəzinə həlim olmaq düzgün deyildir. Məsəl 
var deyərlər: Düşmən yumşaqlıqla dost olmaz, bəlkə bir az da tamahı 
artar. 
 
Şer 
 
Qulu ol, baxsa sənə kimsə məhəbbətlə əgər, 
Kim sənə əyri baxa, durma çıxar gözlərini 
Yumuşaq söyləmə sən qəlbi daşa sözlərini, 
Ki, pas atmış dəmirə incə yiyə etməz əsər. 
 
 
Nəsihət.  Hər kəs başqalarının sözünü kəssə ki, öz mərifətinin 
dərəcəsini bildirsin, tərbiyəsinin səviyyəsini göstərmiş olar. 
 
Şer 
 
ıllı ta ondan soruşmasalar, 
Dil açıb bir cavab verməz heç zaman. 
Boşboğaz haq söz də desə, şübhəsiz, 
Elə bilərlər ki, o, deyir yalan. 
 
Nəsihət. Paltarımın altında bir yaram var idi, hər gün şeyx 
soruşardı
 –Yaran 
necədir? Soruşmazdı ki, yaran haradadır? Başa düşdüm 
qəsdən belə edir, bilir ki, hər üzvün adını deməyi rəva görməzlər. 
ıllı adamlar deyiblər: «Ölçülməmiş suala, biçilməmiş çavab 
verərlər». 
 
 Şer 
 
Qəti bilmədikcə doğrudur sözün, 
Bir söz də deməyə ağzını açma. 
Düz deyib zindanda qalmaq yaxşıdır, 
Yalanla zindandan qurtarmaqdansa. 
 

 
242
 Hikmət. Yalan da xəncər yarası kimi bir şeydir, özü sağalsa da, 
izi qalar. Odur ki, Yusifin qardaşları yalançılıqda  şöhrət tapdıqdan 
sonra doqrularına da inanan olmadı... 
 
 
243
Şer 
 
Hər bir kəsi tanısalar daim doğru danışan, 
Bir xətayə yol versə də keçərlər günahından. 
Əgər adı şöhrət tapsa onun yalançılıqda, 
İnanmazlar şübhəsiz ki, doğru söz deyən zaman. 
 
 
 Hikmət. Bütün kainatın  ən  əzizi, zahirən insan, mövcudatın  ən 
rəzili itdir. Lakin ağıllı adamların hamısı bu fikirdədir ki, vəfalı it 
vəfasız insandan yaxşıdır. 
 
Şer 
 
Bir itə bir tikə çörək verəndə, 
Unutmaz yüz kərə bassan da daşa. 
Alcağa bir ömür çörək yedirsən, 
Bir dəfə tünd olsan başlar savaşa. 
 
 
 
Nəsihət. Öz hayına qalanda hünər olmaz, hünəri olmayandan 
rəhbər çıxmaz. 
 
Şer 
 
Yekə bir öküzə rəhm eyləmə sən, 
Ki çox yatan olar, həm də çox yeyən. 
Kökəlmək istəsən gər ögüz kimi 
Ulağtək insana xidməti öyrən. 
 
 Hikmət.  İncildə yazılıbdır: «Ey insan övladı, dövlət verirəm 
başın eyş-işrətə qarışır, məni unudursan, yoxsul edirəm mısmırığını 
salıb oturursan». 
 
Şer 
 
Gah nemət içində məğrursan ğafil, 
Gah da yoxsulluqla əlbəyaxasan. 
Yoxsulluq, bolluqda işin belədir, 
Vaxt hanı haqqa da bir az baxasan. 

 
244
 
 Hikmət. Qəza birini şahlıq taxtından yerə salır, birini balı
qarnında diri saxlayır. 
 
Şer 
 
Sənin zikrin munis olar hər yerdə, hər məkanda 
Lap Yunistək mümkün olsa bir balığın qarnında. 
 
 
 Hikmət. Qəza qəzəb qılıncına  əl atsa imamlar, peyğəmbərlər 
başların içəri çəkər, mərhəmət qaşını oynatsa, pislər vurub yaxşıları 
geçər. 
 
Şer 
 
Olarsa məhşərdə qəhrilə xitab, 
Üzrə dil açarmı heç bir peyğəmbər? 
Qoy lütfün üzündə pərdə olmasın, 
Axı əfv istəyir günahkar bəşər. 
 
 
Nəsihət. Kim bu dünyadan ibrət alıb doğru yola gəlməsə, o 
dünyada  əzab–əziyyətə mübtəla olacaqdır: «Biz bu dünyada onları 
yüngül imtahana çəkirik, axirətdə isə işgəncələr daha ağır olacaqdır». 
 
Beyt 
 
Əvvəlcə kiçiyə nəsihət olar, 
O təsir etməsə bəndə vurular. 
 
 
Nəsihət. Xoşbəxtlər özlərindən  əvvəlkilərin başına gələn 
əhvalatlardan ibrət alarlar, bəd əməlləri ilə sonrakılara ibrət olmazlar. 
 
Şer 
 
Quş–quşu görüncə torun içində, 
Dənə toxunmağa edərmi cürət, 
Özgə əzabından sən ibrət götür, 
Ta səndən almasın özgələr ibrət. 
 
245
 
 Hikmət. Bəxt qulağı kar yaradılan necə  eşidə bilər, səadət 
kəməndi ilə aparılan necə getməyə bilər?! 
 
Şer 
 
Qaranlıq gecədə allah dostları
Gündüztək aləmi işıqlandırar. 
Qol gücü yaratmaz bu səadəti, 
Əgər bəxş etməsə xudavəndkar. 
 
Şer 
 
Axı səndən kimə edim mən şikayət ey xuda, 
Səndən daha üstün olan varmı bütün dünyada. 
Kimə rəhbər sənsən onu heç kəs yoldan çıxarmaz, 
Sən hər kəsi rədd eyləsən bir kəs çatmaz imdada. 
 
 Hikmət. Aqibəti pis şah olmaqdansa, nəhayəti yaxşı gəda olmaq 
yaxşıdır! 
 
Şadlıqdan əzəlki kədər, qəm inan, 
Xoşdur qəmdən əvvəl gələn şadlıqdan. 
 
 Hikmət. Göydən yerə nemət yaqır, yerdən göyə torpaq qalxır. 
hər kəsin qabında nə varsa onu büruzə verir. 
 
Beyt 
 
Sənin nəzərində pis olsam da mən, 
Öz yaxşılığını vermə əlindən. 
 
 
O böyük çəlal sahibi həm görür, həm də üstünü örtür, qonşu isə 
heç nə görmür, amma ağzına gələni deyir. 
 
Beyt 
 
Xalq əgər qeybdən tutsaydı xəbər, 

 
246
Dünyada olmazdı rahat bir nəfər. 
 
 Hikmət. Qızılı, mədəndən–qazmaqla, xəsisdən isə–canını al-
maqla əldə etmək olar. 
Şer 
 
Alçaqlar yeməyib belə söyləyər, 
«Yaxşıdır yeməkdən ümid dünyada» 
Düşmənin kamınca bir gün görərsən. 
O ölmüş, dövləti qalmışdır yada. 
 
 
Nəsihət. Özündən gücsüzlərə rəhm etməyən, özündən güclülərin 
zülmünə rast gələr! 
 
Şer 
 
Qolunda zor varsa göstərmə barı
Sən basıb sındırma zəif qolları
Gücsüzə zülm edib ziyan vermə sən, 
Ki, daha güclüdən zərər görərsən. 
 
 Hikmət. Ağıllı adam dava–dalaş gördü qaçar, barış gördü ləngər 
salar. Orada salamatlıq kənardadır, burada rahatlıq ortada.  
Zər atana se–şeş lazımdır, lakin se–yek gəlir. 
 
Beyt 
 
Meydandan min dəfə xoşsa çəmənzar, 
Atın ki, əlində deyil ixtiyar. 
 
 
 Bir 
dərviş münacat çəkib deyirdi: 
 
–İlahi, pislərə  rəhmin gəlsin, yaxşılara rəhm edibsən ki, onları 
yaxşı yaradıbsan. 
 
İlk dəfə paltara naxış vuran, barmağa üzük taxan Cəmşid
116
 
olmuşdur. Ondan soruşdular: 
 –Nə üçün zinəti sola veribsiniz, halbuki, fəzilətdə sag ondan 
ustündür. 
 
Cəmşid dedi: 
 
247
 –Sağa sağlığın özü böyük zinətdir. 
 
Şer 
 
Çinli nəqqaşlara dedi Fridun, 
Yazılsın təxtinə zərlə bu sözlər: 
Ey aqil, pisləri yaxşı saxla ki, 
Yaxşılar özləri olar bəxtəvər. 
 
 Hikmət. Böyük bir şəxsdən soruşdular: 
 –Sağ  əl çox cəhətdən sol ələ üqtündür, buna baxmayaraq nə 
üçün üzüyü sol ələ taxırlar? 
 Dedi: 
 –Bilmirsən ki, fəzilətli adam həmişə məhrum olar! 
 
Beyt 
 
Ləzzəti, əzabı yaradan budur, 
Birinə bəxt vermiş, birinə şüur. 
 
 
Nəsihət.  Şahlara yalnız o adam öyüd verə bilər ki, başından 
qorxmasın, ya da bəxşiş ümidində olmasın! 
 
Şer 
 
Allaha bir deyənin ayağına pul töksən, 
Ya bir hindu qılıncı onun üstünə çəksən 
Aldanmaz və qorxmaz o, tohid buna deyirlər, 
Dindarlığın əsası belə olmuş mötəbər. 
 
 Hikmət.  Şah, adamları zülmkarlardan, darğa dələduzlardan 
qorumaq üçündür. Qazı isə  oğruları doğruya çıxarmaq üçün. Buna 
görə  də iki müddəm haqq işə razı olsa, qətiyyən qazının yanına 
getməz. 
 
Şer 
 
Bir həqqi ödəmək lazım gələndə, 

 
248
Xoşluqla ver onu, nə lazım hədə? 
Könüllü verməsə hər kəs borcunu. 
Zor ilə nəhayət alarlar onu. 
 
 
Lətifə. Hamının dişi turşdan qamaşar, qazınınkı şirnidən. 
 
 
249
Beyt 
 
Qazı rüşvət alsa səndən beş xiyar, 
Yüz qarpız xırını xeyrinə yazar. 
 
 
Hikmət.  İşdən düşmüş,  əxlaqsız bir qarı fahişəlikdən, işdən 
düşürülmüş insafsız bir darğa mərdümazarlıqdan  əl çəkib tövbə 
etməsin, bəs nə etsin?! 
 
Beyt 
 
Bənzər qoca abidə guşənişin bir cavan, 
Ki qocada onsuz da durmağa yox tab, təvan. 
 
Beyt 
 
Cavan gərək gözləsin özünü çox şəhvətdən, 
Ki süst qoca onsuz da bizardır yox şəhvətdən. 
 
 Hikmət. Bir filosofdan soruşdular: 
 
–Allah bu qədər hündür, qocaman ağaclar yaradıbdır, nə üçün 
meyvəsiz sərv ağacından başqa heç birinə «azad» demirlər? 
 Dedi: 
 –Ağaclardan hər birinin müəyyən vaxtda bəhrəsi olar, ona görə 
onlar gah açılar, gan solar. Sərv ağacının isə heç bir barı yoxdur, odur 
ki, həmişə təzədir. Bu isə azadələrin sifətidir. 
 
Şer 
 
Hər keçən hadisəyə qəlbi verib aldanma, 
Xəlfədən sonra da çox Dəclə axar Bağdadə. 
Bacarırsansa əgər nəxl
*
 kimi xurma yetir, 
Mümkün olmazsa yaşa sərv kimi azadə. 
 
 Hikmət. İki adam öldü və dünyadan həsrətlə getdi: biri odur ki, 
yığdı yemədi, digəri odur ki, bildi eləmədi! 
                                                           
*
 Няхл – хурма агаъы 

 
250
 
 
251
Şer 
 
Paxıl olsa əgər adlı bir fazil, 
Hər kəs tapacaqdır onda bir nöqsan. 
Kəramət sahibi yüz günah etsə, 
Kərəmi eybini örtəcək hər an. 

 
252
KİTABIN SONU 
 
 Allahın köməyi ilə bu «Gülüstan» kitabı bitdi və başqa 
müəlliflərdəki adətin  əksinə olaraq özgələrinin  şerindən istifadə 
edilmədi. 
 
Beyt 
 
Öz köhnə xirqəni geyməyin, inan. 
Yaxşıdır birovuz təzə çuxadan. 
 
 
Sədinin sözlərinin əksəriyyəti sevinc gətirən və məftun edəndir. 
Odur ki, gözü götürməyənlər öz tənəli dillərin işə salıb deyirlər ki, 
nahaq yerə beyni yormaq və faydasız olaraq çıraq tüstüsünü udmaq 
ıllı adamların işi deyil. Lakin arif adamlara aydındır ki, (bu sözlər 
də onlar üçün yazılmışdır)  şəfaverici nəsihət inciləri zərif ibarə 
sapına düzülmüş  və acı  məsləhət dərmanları  şirin zarafat balına 
qarışdırıdmışdır ki, insanın yorğunluğa mail olan təbiəti bu sərvəti 
qəbul etməkdən məhrum qalmasın. 
 
Şer 
 
Yaşadıq dünyada biz də bir müddət, 
Etdik bacardıqca neçə nəsihət, 
Onu dinləməsə bir kəs nə olar. 
Qoy bizdən dünyada qalsın yadigar. 
 
Ey oxucum müəllifə bəxşiş dilə allahdan, 
Katibə də istə onu bağışlasın girdikar, 
Özünə də dua elə istəklərin doğrulsun,  
Bu kitaba kim sahibsə o da olsun bəxtiyar! 
 
 
253
 
L Ü G Ə T 
Abid – ibadətkar 
Astana – kandar 
Ağuş – qucaq 
Avaz – səs 
Ağaz etmək – başlamaq 
Bak – qorxu 
Bəni-adəm – Adəm övladları 
Bəzzaz – toxuculuq məmuları 
satıcısı 
Bədəvi – çöllü, köçəri 
Bərbət – çalğı aləti 
Bişe – meşə 
Cil – qamışın həsir toxunan 
bir növü («lığ» da deyilir) 
Cani-pak təmiz ürək 
Darğa – keçmişdə bəy və 
mülgədarların mülkünə 
nəzarət edən vəkalətli 
şəxs 
Dərban – qapıçı 
Dinar – pul vahidi 
Dirəm – çəki və pul vahidi 
Əta – bəxşiş 
Fasiq – ikiüzlü, hiyləgər  
Fazil – bilikli, alim 
Fələk – göy, səma 
Fəqih – şəriət alimi 
Firavən – bol 
Hücrə – mollaxana və 
mədrəsədə dərs oxunan 
otaq 
Xanəqah – rindlərin 
toplandığı yer 
Xacə – ağa, sahib 
Xali – boş 
Xamuş – susmuş 
Xirqa – dərvişlərə məxsus 
paltar 
Xislət – xasiyyət 
Xuda – Allah 
İltimas – xahip 
Kan – mədən 
Kerdiğar – Allah, yaradan 
Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin