Sədi Şirazi GÜLÜstan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə10/17
tarix31.01.2017
ölçüsü1,13 Mb.
#6772
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

30. Hekayət 
 

 
148
Nağıl edirlər ki, bir şeyx bir mağarada yurd salmış, qapısını 
camaatın üzünə bağlamışdı
 
Şer 
 
Dünyada tək xilas olar dünyadan 
Qapını üzünə bağlayıb qalan. 
 
Qənaətin bərəkətindən nə  şahlıq  şövkətinin  əhəmiyyəti və  nə 
varlıların dövlətinin qiyməti onun nəzərində deyildi: 
 
Şer 
 
Yolçuluğu kim öyrənsə dünyada, 
Ölənədək hər yetənə əl açar. 
Hərisliyi at bir yana şahlıq et, 
Tamahsızın başı daim ucalar. 
 
O tərəfdəki hökmdarlardan biri xəbər göndərdi ki, «mömin 
adamların kəraməti xatirinə xahiş edirik ki, bizimlə duz-çörək 
kəsməyə razılıq versin». 
Şeyx razılıq verdi, çünki rəvayətə görə peyğəmbər deyibdir ki, 
dəvəti qəbul edərlər, çağırılan yerə gedərlər. 
Sabahı gün şeyxin halından xəbər tutmaq üçün şah onun 
ziyarətinə getdi. Şeyx dərhal yerindən sıçrayıb onu qucaqladı
təşəkkür etdi, şahı mədh etməyə başladı
Şah getdikdən sonra müridlərdən biri ürək edib şeyxdən soruşdu: 
– Bu gün şaha göstərdiyiniz bu hörmət adətinizə düz gəlmirdi, indiyə 
qədər belə etdiyinizi görməmişdik, səbəbi nə idi? Dedi: 
– Eşitməmisinizmi deyiblər: 
 
Beyt 
 
Kimin süfrəsində bir loxma yesən, 
Kərəkdir durasan xidmətində sən. 
 
Lətifə 
 
 
149
Mümkündür ki, ömür boyu qulaqlar, 
Eşitməsin ]ənk nəğməsi, ney və tar. 
Göz bacarsa seyr etməsin çəməni, 
Görməsin bir laləni, yasəməni. 
Pərqü balınc olmasa da bir zaman, 
Daş üstündə yatar yuxusuz insan. 
Qucmaq üçün tapılmasa yar əgər, 
Özünü də qucaqlayar bu əllər. 
Lakin qarın, səbr etməz ac qalanda, 
«Yox» sözünü başa düşməz bir an da. 
 

 
150
IV FƏSİL 
 
SUSMAĞIN FAYDALARI HAQQINDA 
 
1. Hekayət 
 
Dostlarımdan birinə dedim: – «Danışmaqdan ona görə imtina 
edirəm ki, çox zaman sözün yaxşısı da olur, pisi də; düşmənlar isə 
yalnız pisini görürlər» 
Dedi: – Düşmən yaxşısını görməsə yaxşıdır. 
 
Beyt 
 
Bəllidir ki, xeyir işin şər görünər düşmənə 
Bilə–bilə yalandan o, böhtan düzəldər sənə. 
 
Beyt 
 
Bil ədavət gözündə eyibdir hər bir hünər, 
Sədi – güldür, lakin o, düşmənə xar görünər. 
 
Beyt 
Həyat verən bu günəşin özü də, 
Çirkin şeydir yarasanın gözündə. 
 
2. Hekayət 
 
Bir tacirə min dinar ziyan dəydi. Oğluna tapşırdı ki, bu haqda 
heç kimə bir söz deməsin.  
Oğlu dedi: 
–Ey ata, əmr sizindir, demərəm. Lakin bir başa sal görüm, giz-
lətməyin nə faydası
Dedi: 
–Ondan ötrü ki, müsibət ikiqat olmasın: biri sərmayənin  əldən 
getməsi, ikincisi qonşuların tənə etməsi. 
 
Beyt 
 
 
151
 
 
Dərdini düşmənə soyləmə aman, 
 
 
Qəlbində toy–bayram eləyər haman. 
 
3. Hekayət 
 
ıllı–kamallı, elmli məlumatlı bir gənc var idi, lakin təbiətən 
adamlara uyuşmaz, alimlər məclisində bir kəlmə də danışmazdı. Bir 
dəfə atası ona dedi: 
–Ey oğul, sən də görüb bildiklərindən bir şey danış!  
Dedi: 
–Qorxuram, bilmədiklərimdən soruşalar, xəcalət çəkəm. 
 
Şer 
 
Deyirlər ki, bir sufi
89
  
Mıx çalırmış başmağına  
Bir xan onu tutub deyir: 
«Nal vur atın ayağına». 
 
Beyt 
 
 
 
Kimsə bir söz deməz sən sussan əgər, 
 
 
Lakin söz dedinmi, dəlil də göstər. 
 
4. Hekayət 
 
Hörmətli bir alimin bir dinsizlə (allah ona lənət eləsin) 
mübahisəsi düşdü, lakin onunla höcətləşə bilmədi. Soz qalxanını yerə 
qoyub geri qayıtdı. Biri ona dedi: – Bu qədər bilik və  kəmal sahibi 
olmağına baxmayaraq bir dinsizin ehdəsindən gələ bilmədin. 
Dedi: –Mənim elmim Quran, hədis və şeyxlərin dediyinə əsasla-
nır, o isə bunların heç birinə inanmır, onun dedikləri də mənim işimə 
yaramır. 
 
Beyt 
 
Bir kəs ki, Qurana inanmayır heç 
Cavabı odur ki, çavab vermə keç! 

 
152
 
 
153
5. Hekayət 
 
Həkim Calinus
90
 gordü ki, bir nadai bir alimin yaxasından tutub 
onu təhqir eləyir. 
Dedi: 
– Əgər o, alim olsaydı, nadanla işi bu dərəcəyə çatdırmazdı
 
Şer 
 
ıllı olanlar heç vaxt vuruşmaz, 
Alim nadanlara heç də baş qoşmaz. 
Sözünü acıqla söyləsə nadan, 
ıllı dindirər onu mehriban. 
İki alim qoymaz bir tük qırılsın, 
İstəməzlər sülhə zəncir vurulsun. 
Hər iki sözləşən olarsa çahil, 
Ehtiram zəncirin tez qırarlar bil 
Birinə bir nadan çirkin söz dedi. 
O biri təmkinlə belə söylədi: 
Sən məndə çox eyib axtarma hədər. 
Bilməzsən eybimi mən bilən qədər! 
 
6. Hekayət 
 
 
Səhbani-Vail
91
 fəsahətlə danışmaqda misilsiz idi. Belə ki, bütün 
il boyu danışsaydı, onun sözlərində təkrar görməzdin. Əgər bir sözü 
ikinci dəfə deməyə  məçbur olsaydı, başqa ibarələrlə ifadə edərdi. 
Bunu da deyim ki, saray xadimlərinə layiq xasiyyətlərdən biri də 
məhz bundan ibarətdir. 
 
Şer 
 
Əgər söz olarsa incə və şirin, 
O sözü eşidən deyər afərin. 
Bir dəfə dedinmi, təkrar etmə sən, 
Xoş olar halvanı bir kərə yesən. 
 

 
154
7. Hekayət 
 
Eşitmişəm ki, alimlərdə demişdir:  
–Başqasının sözünü kəsib danıışmaq, öz qanmazlığını etiraf 
etmək deməkdir. 
 
Şer 
 
 
 
 
 
 
 
 
 
Hər sözün ey alim, baş–ayağı var, 
    Sözün 
arasına söz qatma zinhar.  
 
 
 
 
ıllı sakitlik görməsə bir an,  
 
 
 
 
Dil açıb bir söz də söyləməz inan. 
 
8. Hekayət 
 
Sültan Mahmudun xidmətçilərindən bir neçəsi Həsən Meymən-
didən
92
 soruşdu: 
Sultan hansı məsələ haqqıda səninlə məsləhət edirdi?  
Həsən Meyməndi cavab verdi: 
–Məncə o məsələdən sizin də xəbəriniz var.  
Dedilər: 
–Sultan sənə dediyini bizə demir.  
Dedi: 
–Ona görə ki, başqasına deməyəcəyimə arxayındır. Bəs nə üçün 
məndən soruşursunuz? 
 
Beyt 
 
Bildiyi hər sözü söyləməz insan, 
Verməz şah sirrinə başını qurban. 
 
9. Hekayət 
 
 
Bir evi almaq üçün beh verməkdə tərəddüd edirdim. Bu zaman 
bir cühüd dedi ki, mən bu məhəllənin böyüklərindənəm, o evi mən-
dən soruş, heç bir eybi yoxdur, al! 
Dedi: – Sənin qonşuluğundan başqa! 
 
 
155
Şer 
 
Bu evin ki, sənin kimi qonşusu var, şübhəsiz, 
O ev dəyməz onca dirəm sikkəsi qəlp pula həm. 
Ümid etmək olar ki, sən ölüb getsən dünyadan, 
O binanın qiyməti də bəlkə ola min dirəm. 
 
10. Hekayət 
 
 Bir 
şair oğrubaşının yanına gedib onu təriflədi. Oqrubaşı 
şairi soyundurub kənddən qovmağı  əmr etdi. Yazıq çılpaq halda 
şaxtada gedərkən itlər dalınca düşüb hürməyə başladılar.  İtləri 
qovmaq üçün yerdən bir daş götürmək istədi, yer don olduğuna görə 
daşı qopara bilmədi. Dedi: 
–Bu necə haramzada camaatdır ki, iti açıb, daşı bağlayıblar! 
Oğrubaşı eyvandan bunu görüb şairin sözünü eşitdikdə güldü, onu 
yanına çağırıb dedi: 
–Könlün nə istəyir, məndən tələb et!  
Dedi: 
–Öz paltarlarımı  mənə bağışla, səndən  ənam almaqdansa, baş 
götürüb qaçmaq yaxşıdır. 
 
Beyt 
 
Başqasının xeyrinə çalışar comərd olan, 
Səndən xeyir ummuram, ancaq yetirmə ziyan. 
 
Oğrubaşının ona yazığı  gəlib paltarlarını qaytardı, bir kürk, bir 
qədər pul verib sevindirdi və evinə razı yola saldı
 
11. Hekayət 
 
Bir münəccim evə gəldikdə arvadının yad bir kişi ilə oturduğunu 
gerdü. Söyüş söydü, təhqir etdi, hay–küy saldı, dava-dalaş başladı
Bu hadisənin şahidi olan arif bir adam dedi: 
 
Beyt 
 

 
156
Hardan bildin göylərin üst qatında nə vardır, 
Bilmirsən öz evində belə biganə vardır? 
 
12. Hekayət 
 
Pis səsli bir vaizin öz səsindən xoşu gəlirdi, elə boş-boş 
qışqırırdı ki, elə bil, qarğa qarıldayır, yaxud ulaq anqırırdı
 
Beyt 
 
Xətib Əbülfəvarisin
93
 kobud səsi çıxanda, 
Anqırtısı İstəxridə
94
 qala yıxar bir anda. 
 
Vaiz şan–şöhrət sahibi olduğundan qəsəbənin sakinləri onun pis 
səsinə dözür, könlünə dəyməyi məsləhət görmürdülər.  
Onunla gizli ədavəti olan başqa bir vaiz bir gün onun görüşünə 
gəlmişdi, dedi: 
–Xeyr olsun, səni yuxuda görmüşəm! 
Dedi: 
–Necə görmüsən? 
Dedi: 
–Yuxuda görmüşəm ki, sənin xoş  səsin var, camaat da sənin 
səsindən həzz alır. 
Vaiz bir qədər fikrə getdi, sonra dedi: 
–Yaxşı oldu ki, belə bir yuxu görüb eybimi mənə anlatdın. 
Məlum olur ki, mənim səsim pisdir, camaat ucadan oxumağımdan 
əziyyət çəkir. Söz verirəm ki, bu gündən etibarən uca səslə oxuma-
yım. 
 
Şer  
 
Dostlardan həmişə şikayətim var,  
Ki, yaxşı deyirlər pisimə onlar  
Eybimi görərlər bir hünər kimi,  
Gül hesab edərlər hər tikanəmi 
Hardadır həyasız, rəzil düşmənim 
Ki, açıb göstərsin eybimi mənim?! 
 
 
157
13. Hekayət 
 
Bir nəfər Sincar
95
 məscidində zöhlə tökən bir səslə azan verərdi. 
Məscidin sahibi ədalətli və xoş  təbiətli bir əmir idi, onun könlünü 
sındırmaq istəmirdi, ona görə dedi: 
–Ay kişi, bu məscidin qədimdən bəri xüsusi azancıları var, hər 
birisi məndən beş dinar alır. Sən on binar verərəm, bu şərtlə ki, gedib 
başqa məsciddə azan versən. 
Onlar razılaşdılar. O getdi, və bir müddət sonra buradan 
keçərkən əmirin yanına gəlib dedi: 
–Ey hökmdar, on dinar verib məsciddən çıxartmaqda mənə zülm 
edibsən; getdiyim yerdə başqa məscidə köçmək üçün 20 dinar verirlr, 
qəbul etmirəm. 
Əmir qəşş edincə güldü və dedi: 
–Ayıq ol, əlli dinara razı olmayınca getmə! 
 
Beyt 
Bıçaq ilə şüşə üstdən can sıxar gil qaşımaq; 
Kobud səsin daha bətər qaşıyar hər könlü bax 
 
14. Hekayət 
 
Pis səsli bir şəxs ucadan Quran oxuyurdu. Onun yanından keçən 
bir arif soruşdu: 
–Bu Quran oxumağın üçün sənə nə qədər verirlər? 
Dedi: 
–Heç nə qədər. 
Dedi: 
–Bəs nə üçün özünə əziyyət verirsən? 
Dedi: 
–Allah xatirinə oxuyuram. 
Dedi: 
–Allah xatirinə, oxuma! 
 
Şer  
 
Bu avazla oxusan Quran yəqin, 
Apararsan müsəlmanlıq rövnəqin. 

 
158
 
V FƏSİL 
 
EŞQ VƏ ÇAVANLIQ HAQQINDA 
 
 
 1. 
Hekayət 
 
 
Həsən Meyməndidən soruşdular: 
 
–Sultan Mahmudun hər biri dünya gözəli adlandırıla biləcək bu 
qədər qulamı olduğu halda, nə üçün Ayazı
96
 hamısından çox istəyir, 
halbuki, Ayaz o qədər də yaraşıqlı deyildir. 
Dedi: – Ürəyə yatan, gözə də xoş dəyər. 
 
Şer 
 
Padişah hər kəsə eləsə hörmət. 
Pis iş də tutsa, hey tərif olunar. 
Şah kimdən azacıq bədgüman olsa. 
Ən yaxın adamı çıxmaz havadar. 
 
Şer 
Kim nəyə baxarsa inkar gözüylə, 
Yusif hüsnünə də çirkindir deyər. 
Lakin məhəbbətlə o, divə baxsa, 
Gözünə misilsiz mələk görünər. 
 
 2. 
Hekayət 
 
 Deyirlər bir xacənin çox gözəl bir qulu var idi və xacə onunla 
dostluq büsatı qurmaq istəyirdi. Dostlarından birinə dedi: – heyif bu 
boy-buxundan, bu gözəllikdən ki, özü kobud, dili uzundur. 
 Dedi: 
– 
Qardaşım, eyş–işrət keçirdiyin adamdan hörmət 
gözləmə, aşiq–məşuqluq ortaya çıxanda, hakim–məhkumluq aradan 
qalxar 
 
Beyt 
 
 
 
Xacə bir nazənin bir pərisifət – 
   Qul 
ilə oynarkən gülərsə üzü, 
 
159
 
 
 
Təəccüb deyildir qulu naz etsə, 
 
 
 
Naz çəksə həvəslə xacənin özü... 
 
3. Hekayət 
 
 
Gördüm bir zahid eşq içində yanır, nə  səbr edə bilir, nə  dərdin 
ır. Çox əziyyət çəkir, çox məzəmmət eşidir, lakin fikirindən 
dönməyir və deyirdi: 
 
Şer 
 
Əlimi üzmərəm mən ətəyindən, 
Bir iti qılıncla vursan da məni. 
Axı səndən başqa ümidim yoxdur, 
Qaçsan bil taparam yenə də səni – 
 
 
 Bir 
dəfə onu danlayıb dedim: 
 –Səlis əqlinə nə olmuşdur ki, xəsis nəfsin ona üstün gəldi? Bir az 
fikrə getdi, sonra dedi: 
 
Şer 
Haraya girərsə eşqan sultanı
Alar iradədən tabü–təvanı
Çirkaba qərq olan biçarə məgər, 
Dünyada heç təmiz yaşaya bilər? 
 
 
 4. 
Hekayət 
 
 Birisi 
gönlünü 
vermiş, canından keçmişdi. Lakin göz dikdiyi yer 
qorxulu, getmək istədiyi yer təhlükəli idi: hazır kükə deyildi ki, əl 
atıb götürsün, xam cücə deyildi ki, tez tora düşsün. 
 
Beyt 
 
Puluna baxmazsa nazənin dilbər, 
Qızılın torpaqla olar bərabər. 
 
 Yenə nəsihət edərək ona dedilər: – Bu sevdadan əl çək, çoxları 
bu xam xəyala düşmüş, lakin gör necə olmuş, nə hala düşmüşlər?! 

 
160
 Nalə çəkib dedi: 
Şer 
A dostlar etməyin mənə nəsihət, 
Ki, mənim gözlərim ondadır fəqət, 
Cəngavər məhv edər zorla düşməni, 
Yar isə naz ilə öldürür məni. 
 
O necə məhəbbətdir ki, can qorxusundan canandan əl çəkəsən?! 
 
Şer 
 
Sən əgər özünü unutmamışsan, 
Sənin aşiqliyin yalandır demək. 
Dost ilə birləşmək mümkün deyilsə, 
Onun arzusuyla öləsən gərək. 
 
Beyt 
 
İmkan tapsam tutaram ətəyindən nigarın, 
Yoxsa gedib ölərəm, qapısında o yarın. 
 
 Onun 
işləri ilə maraqlanan, qayğı göstərib səhhətinin hayına 
qalan yaxın adamları çox səy göstərdilar, öyüd verdilər, yalvardılar, 
yaxardılar, xeyri olmadı
 
Beyt 
 
Təbibim deyir ki, səbr eylə, dayan, 
Bu həris nəfs isə dözməyir bir an. 
 
Şer 
 
Bilirsənmi nazlı dilbər bir gecə, 
Aşiqanə pıçıldadı gizlicə. 
Belə diqqət verirkən sən özünə, 
Heç qiymətim görünərmi gözünə? 
 
 Nağıl edirlər ki, onun aşiq olduğu şahzadəyə xəbər çatdırdılar ki, 
 
161
çoxdandır xoş  təbiətli,  şirindil bir cavan bu tərəflərə  gəlib–gedir, 
gözəl sözlər danışır, mənalı söhbətlər edir. Deyəsən qəlbində bir 
məhəbbət, başında bir sevda var. 
 
Şahzadə başa düşdü ki, cavanın gönlünü çalmış, onu öz bəla 
girdabına salmışdır. Tez ata minib o tərəfə getdi. Cavan uzaqdan 
şahzadənin gəldiyini gördükdə ağlayaraq dedi: 
 
Beyt 
 
Qatilim yenə də gəlib dayandı
Sanki qurbanına ürəyi yandı
 
 
Şahzadə cavanı xoş dindirdi, kefini soruşdu, adı, yeri, sənətilə 
maraqlandı, çavan dostluq dəryasına elə  qərq olmuşdu ki, nəfəs 
almağa taqəti, cavab verməyə qüdrəti olmadı
 
Beyt 
 
Əzbərdən bilsən də Quranı inan, 
Çaşsan əlif, bey də çıxar yadından. 
 
 
Şahzadə dedi: –Nə üçün mənimlə danışmırsan mən də dərvişəm, 
dərvişlərlə oturub–duranam, hətta onlara qulağı sırğalı bir qulam. Bu 
zaman məhbubunun nəvazişindən qüvvət alan cavan başını dostluq 
dəryasının dalğaları arasından çıxararaq dedi: 
 
Beyt 
 
Səninlə bir məkanda olmaq bir əmri–mahal, 
Sən sözə dil açanda olar mənim dilim lal. 
 
 
Bunu dedi, bərkdən bir nərə çəkdi və canını haqqa təslim etdi... 
 
 
5. Hekayət 
 
 Son 
dərəcə gözəl bir şagird var idi, insan taiəti gözəlliyə meyl 
etdiyi üçün müəllim də ona mail olmuşdu. 
 Ona 
görə başqa  şagirdlərə etdiyi əziyyət və  tənbehi ona rəva 

 
162
görməzdi. Təklikdə rast gələndə isə ona belə deyərdi: 
 
Şer 
 
Ey mələk, mən sənə elə valehəm, 
Ki, bütün varlığım çıxıb yadımdan. 
Kipriyin qəlbimə oxlar atsa da, 
Mən kiprik vurmayıb baxaram heyran. 
 
 Bir 
dəfə şagird ona dedi: –Dərsimə nəzər yetirdiyin kimi, tərbi-
yəmə də fikir ver ki, xoşuna gəlməyən şeyləri düzəltməyə çalışım. 
 
Dedi: – Ey oğlan, sən bunu başqalarından soruş, o gözlə ki, mən 
sənə baxıram, hünərdən başqa bir şey germürəm. 
 
Şer 
 
 
 
 
 
Bədxahın gözləri çıxsın dünyada, 
    Görür 
nöqsan 
kimi 
hər hünərini. 
 
 
 
 
Varsa yetmiş eybin bircə hünərin. 
    Dost 
ancaq 
görər o bir hünərini. 
 
 
 
6. Hekayət 
 
 Yadımdadır bir gecə sevimli dilbərim qapıdan girdi, onu görcək 
özümü itirib elə  tələsik ayaqa qalxdım ki, ətəyim yellənib çırağı 
söndürdü. 
 
Beyt 
 
Bu, yuxumu, gün çıxıb qatı zülməti boğdu. 
Bu xoşbəxtlik ülkəri əcəb haradan doğdu! 
 O 
oturdu 
və gileylənib dedi: 
 –Məni görcək çırağı söndürməyində nə məna var?  
 Dedim: 
 –Bunun 
iki 
mənası var, birinci budur ki, səni görüb günəş 
çıxdığını zənn etdim, ikincisi isə bu şeri xatırladım: 
 
Şer 
 
163
 
Şamın qabağını bir çirkin kəssə, 
Tut öldür o saat qoy görsün hamı
Yox, əgər şirindil bir nazəninsə, 
Yapış ətəyindən tez söndür şamı
 
 7. 
Hekayət 
 
 
Biri çoxdan idi ki, dostunu görmürdü soruşdu: 
 –Hardasan, 
nə vaxtdandır intizarını çəkirəm.  
 Dedi: 
 
–İntizar çəkmək tənkə gəlməkdən yaxşıdır. 
 
Şer 
 
Gec gəldin ey nazlı məstanə gözəl, 
Çəkmərəm yaxandan bu tezliklə əl. 
Xoş olmaz məşuqi görmək nüdrətən, 
Lazımdır yarını tez-tez görəsən. 
 
 
 
Hikmət.  Əgər sevgilin öz yoldaşları ilə  sənin yanına gələrsə 
demək incitmək üçün gəlmişdir, çünki bu halda ya qısqanclıq baş 
verəcəkdir, ya düşmənçilik. 
 
Beyt 
 
Dostlarla sən məni görməyə gəlsən, 
Dava axtarırsan, sülhə də gəlsən. 
 
Şer 
 
Yar əğyarla bir anlığa belə söhbət edərkən, 
Qeyrətimdən titrədim mən az qaldı ki, verəm çan. 
Gülüb dedi: mən məclislər çırağıyam, ey Sədi! 
Mənə nə var bir pərvanə özünü etsə qurban. 
 
 8. 
Hekayət. 
 

 
164
 Yadımdadır qədim zamanlarda bir dostum var idi, bir qabıqda iki 
badam içi kimi yaşayırdıq. Birdən başqa yerə getməli oldu. Bir 
müddətdən sonra qayıtdıqda şikayətlənməyə başladı və dedi: 
 –Bu 
müddət ərzində mənə bir qasid belə göndərməyibsən! 
 Dedim: 
 –Rəva görmədim ki, qasidin gözü sənin cəmalının nuru ilə 
ıqlansın, mən isə məhrum qalım. 
 
Şer 
Köhnə dostum, gəl sən mənə öz dilinlə tövbə vermə, 
Kəs məni qılınc ilə bu cür yola qoya bilməz. 
Paxıllığım tutur hər kim sənə baxsa doyunca yar, 
Sonra yenə deyirəm ki, heç kim səndən doya bilməz. 
 
 9. 
Hekayət 
 
Gördüm bir alim birinə  aşiq olmuş, pərdə də sirrinin üzərindən 
götürülmüşdü. Çox iztirab çəkir, aqır əziyyətlərə davam gətirirdi. Bir 
dəfə ona ürək–dirək verib dedim: – Bilirəm sənin bu dostluqdan 
məqsədin birino əziyyət vermək, bu məhəbbətdən istəyin birinin 
qəlbini incitmək deyildir. Belə olan halda alimə yaraşmaz ki, nahaq 
yerə günaha batsın, bir tərbiyəsizin üstdə özünü hörmətdən salsın. 
 Dedi: 
–Ey 
əziz dost, gəl məzəmmət  əlini bu dərdli yaxamdan 
çək, sənin etdiyin bu məsləhət haqqında mən dəfələrlə düşünmüşəm, 
görmüşəm ki, onun cəfasına dözmək, ayrılığına tab gətirməkdən 
yüngüldür, alimlər deyiblər ki: «Sözü ürəyə salıb dərd etmək, gözü 
gözəldən ayırmaqdan asandır» 
 
Şer 
 
Ayrı qalmaq müşkülsə bir dilbərdən, 
Zülm etsə də gərək zülmə dözəsən. 
Bir gün çəkdim əllərindən əlaman, 
Sonra oldum etdiyimdən peşiman. 
Yar gərəkdir yar yolunda can verə, 
Nə ki bir söz deyəndə o yan verə. 
Özü bilər ya çağırar, ya qovar, 
Məgər onda deyilmi hər ixtiyar?! 
 
165
 
 
 
Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin