Corni (Bouche.) və onun entomofaqları



Yüklə 22,66 Kb.
Pdf görüntüsü
tarix13.04.2017
ölçüsü22,66 Kb.
#13918

Akasiya yalançı çanaqlı yastıcası Parthenolecanium  

corni (Bouche.) və onun entomofaqları 

       


Akasiya yalançı çanaqlı yastıcası - polifaqdır, əsasən budaq, gövdə və 

yarpaqların  üzərində,  bəzən  meyvə  üzərində  yaşayır.  Akasiyanın, 

çəyirdəkli  və  tumlu  meyvə  ağaclarının,  tutun,  itburnunun,  narın,  palıdın, 

qarağacın, üzümün üzərində yaşayır,  olduqca böyük zərər vurur. Xüsusən 

gavalıya,  üzümə,  ağ  akasiyaya  daha  çox  zərər  vurur.  Yetkin  dişi  fərdlər 

oval,  yaxud  geniş  oval,  qabarıq  formadadır,  tünd  sarı  yaxud  qırmızımtıl 

qəhvəyi  rəngli,  parlaqdır,  tünd  qəhvəyi,  yaxud  qara  rəngli  xətlər  vardır. 

Uzunluqu 3,0 mm-dən 7,0 mm-ə qədərdir, eni 2- 4 mm-dir. 

       Yem  bitkisindən  asılı  olaraq,  ildə  1,  yaxud  2  nəsil  verə  bilir.  Bu 

yalançı  çanaqlı  yastıca  akasiya  ağacı  üzərində  ildə  2  nəsil  verir,    digər 

bitkilər  üzərində,  məsələn  gavalı  üzərində  ildə  1  nəsil  verir.  Erkəklər 

mayda uçur, yumurtaqoyma mayda – avqustda baş verir.  

       Entomofaqları  aşağıdakılardır  -  Parazitlər  -  Coccophagus  lycimnia 

Walker.,  Blastotrix  longipennis  Howard.,  Metaphycus  insidiosus  Mercet., 



Micropterys  sylvius  Dalman.  Yırtıcılar  -  Chilocorus  bipustulatus, 

Exochomus quadripustulatus L. 

       Blastotrix  longipennis  Howard.  Parazitinin  yumurtası  ağımtıl  şəffaf, 

uzunsov  formadadır.  Daxili  parazitdir.  Yumurtadan  çıxmış  sürfə  4  yaş 

dövrünə  malik  olur:  1-ci  yaşlı  sürfələr  yarımşəffaf  olub,  uzunsov  oval 

formadadırlar.  2-ci  yaşlı  sürfələr  I  yaşlı  sürfələrdən  daha  böyük  ölçülü 

olub, daxili orqanların formalaşması daha aydın görünür. 3-cü yaşlı və 4-

cü yaşlı sürfələrin bədənləri iriləşir, ağımtıl rəngli olur, puponu dövrdə bu 

sürfələr şəffaf ağ rəngli olur. 



       Pup  mərhələsində  puplar  tünd  qəhvəyi  rəngli  olurlar.  Bu  parazitin 

yumurta mərhələsi 4-5 gün: sürfə mərhələsi - 8-10 gün, pup mərhələsi 7-8 

gün olur. Bütövlükdə bu parazitin inkişafı 22-24 günə başa çatır. Təbiətdə 

yay nəslinin inkişafı 27- 28 gündür. 

       Parazitlər  xüsusi  gözçüklərdə  -  kameralarda  puplaşır.  Bu  kameralar 

parazitlərin  anal  dəliyindən  ifraz  olunmuş  maddələr-ifrazatlar  hesabına 

yaranır.  Artıq  parazitlər  puplaşdıqda  zərərvericinin  bütün  daxili  orqanları 

məhv olur, onların bədəni qəhvəyımtıl sarı rəng alır, divarları yarım şəffaf 



olur  ki,  bu  da  sahibin  mumiyası  adlanır.  II  yaşlı  sürfələrdə  yalnız  1  ədəd 

parazit inkişaf edir, yetkin fərdlərdə isə 3-6 ədəd parazit inkişaf edir. 

       Parazitlər (akasiya yalançı çanaqlı yastıcasının) 2-ci yaşlı sürfələrində 

qışlayır. Bu parazitlərin uçuşu təxminən 2 həftə, 20 gün davam edir. Əksər 

parazitlər  uçuş  müddətinin  birinci  yarısında  və  ortalarda  uçur.  Parazit  

vegetasiya müddətində 3-4 nəsil verir. 

       Qışlamış nəsildə erkəklərlə dişilərin nisbəti təxminən eyni olur. Uçuş 

müddətində əvvəlcə erkəklər uçur, sonrakı günlərdə erkək və dişi fərdlərin 

uçuşu üstüstə düşür. Dişi fərdlərdə erkəklərin yaşama müddəti müxtəlifdir. 

Dişi  fərdlər  əlavə  qida  aldıqda  (şəkər  şirəsi)  30-35  gün,  erkəklər  isə 

cəmi15-20  gün  yaşayırlar.  Lakin  yay  nəslində  dişi  fərdlərin  yaşayış 

müddəti  daha  uzunmüddətli  olur,  bu  dişilər  2-3  ay  yaşayırlar.  İyulun 

sonunda  və  avqustun  əvvəllərində  bu  parazitlər  zərərvericilərin  II  yaşlı 

sürfələrini yoluxdururlar. 



       Metaphycus insidiosus Mercet parazitinin yumurtası oval formadadır. 

Yumurtanın  embrional  inkişafı  2-3  gündür,  sürfənin  inkişafı  10-12  gün 

çəkir,  pup  mərhələsi  6-7  gündür.  Bütövlükdə  bu  parazitin  inkişafı  18-21 

günə yekunlaşır, 4 dəfə qabıq dəyişir və 5 yaş dövrü keçir. Puplar sarımtıl 

rənglidir, bel hissəsi tünd rənglidir. Bu parazit əsasən 2-ci yaşlı sürfələrdə 

və  cavan  dişi  fərdlərdə  parazitlik  edir,  yay  nəslində  isə  həm  də  yaşlı 

sürfələri  yoluxdura  bilir.  Parazitlə  yoluxmuş  akasiya  yalançı  çanaqlı 

yastıcası  yaşımtıl  sarı  rəngli  olur,  bu  parazitlərin  çıxış  diametri  Blastotrix  



longipennisə  nisbətən balaca olur. Çıxış dəliklərinin sayı 8-12 ədəd, bəzən 

hətta 16 ədəd olur. 

       Parazitlərinin uçuşu mayda olur. Akasiya  yalançı çanaqlı yastıcasının 

2-ci  yaşlı  sürfələrində  qışlamış  parazitlərin  uçuşu  mayın  I  ongünlüyündə 

baş  verir.  Bu  parazitlər  laboratoriya  şəraitində  şəkərlə  qidalandırıldıqda 

təxminən  20-25  gün  yaşayır.  Yalnız  sahibin  cavan  dişi  fərdlərində 

parazitlər yumurta qoyurlar. 1 dişi fərdin bədənində 10-12, bəzən hətta 20 

ədəd  yumurta  qoyulur.  Məhz  buna  görə  də  bu  dişi  fərdlərdən  çıxan 

parazitlər çoxlu sayda olur.  

     Yay  nəslində  uçun  parazitlər  yalnız  sahibin  I  və  II  yaşlı  sürfələrini 

yoluxdurur. Parazitlər II  yaşlı sürfələrə daha çox üstünlük verirlər.  I  və  II 

yaşlı  sürfələrin  yoluxma  %  aşağıdakı  kimi  olmuşdur:  I  yaşlı  sürfələr  - 



16%, II yaşlı sürfələr - 31% (2002), I yaşlı sürfələr - 11%, II yaşlı sürfələr 

37%  (2003).  Parazitlər  I  və  II  yaşlı  sürfələrə  yalnız  1  ədəd  yumurta 

qoyurlar,  məhz  buna  görə  də  sahibin  hər  fərdindən  yalnız  1  ədəd  parazit 

uçur.


  

Micropterys sylvius Dalman. Mayalanmış dişi fərdlər qışlayırlar. Yetkin 

mayalanmış  dişi  fərdlər  sahiblərin  yaxınlığında  deyil,  onlardan  uzaqda 

qışlayırlar.  Bu  parazitlərin  I  nəslinin  uçuşu  iyunun  II-III  dekadasında  baş 

verir. 


     Parazitlərin    yumurtası  oval  formada  olur.  Sürfələr  ağımtıl  rəngli  olur, 

seqmentlər  aydın  seçilmir.  Sürfələr  inkişaf  etdikcə  ölçüləri  böyüyür, 

bədənin  seqmentləri  aydın  görünür,  lakin  açıq  sarı  rəngli  olur.  Sürfələr 

puplaşana  yaxın  rəngi  tündləşməyə  başlayır.  Puplar  iri  ölçülü  olub, 

qəhvəyi  rənglidir.  Sürfə  mərhələsi  təxminən  12-14  gün  davam  edir.  Pup 

mərhələsi  8-10  gün  çəkir.  Bufovlikdə  parazit  inkişafını  28-30  günə  başa 

çatdırır.  Bu  parazitin  puplaşması  akasiya  çanaqlı  yastıcasının  sürfələrinin 

çıxışı  dövründə  təsadüf  edir.  parazitlər  üçüş  dövründə  ölmüş  yalançı 

çanaqlı  yastıcanın  bədənində  üçüş  dəliyi  açır  və  parazitlər  buradan  cölə 

çıxırlar. Bir üçüş dəliyindən bütün parazitlər çıxırlar.

        

 

          



 

 

Yüklə 22,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin