Seçilmiş əsərləri


ƏKRƏM ƏYLISLININ ANASI



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə139/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   135   136   137   138   139   140   141   142   ...   147
 


 

423


ƏKRƏM ƏYLISLININ ANASI 

 

Paris hara, o uzaq Ordubad, o gözəl Əylis kəndi hara? 



O gözəl Əylis kəndində o gözəl qarı indi nə eləyir görəsən? 

Kiçik, amma səssiz-küysüz, rahat və xudmani «Dupleks» otelinin beşinci 

mərtəbəsindəki səliqəli otağın pəncərəsindən Eyfel qülləsinin soyuq dəmirləri 

görünür, mən isə, sübh tezdən gözlərimi açıb birdən-birə o gözəl  Əylis kəndini, o 

gözəl Əylis kəndində Əkrəm Əylislinin qoca anasını yadıma salıram. 

Niyə? 


Bilmirəm... 

Təxminən on il bundan əvvəl idi, Naxçıvana getmişdik, oradan Ordubada 

qalxdıq, səhər-səhər də Əylisə baş çəkdik. 

Əkrəm Əylisligilin həyətində oturub səhər çörəyi yeyirdik və Əkrəm Əylislinin 

qoca anası qabağımıza balaca bir qabda ilıq yumurta qoydu və o ilıq yumurtanın 

dadı indiyə qədər mənim damağımdan çəkilməyib. 

Mən hərdənbir bu barədə fikirləşəndə gözlərimin qabağına  Əylisin o gözəl 

bağları yox, buz kimi suyu axan o kəhrizi yox, o dağlar, o çöllər yox, o qoca ananın 

əlləri gəlir, elə bil ki, o ağaclar da, o dağlar-dərələr, o su, o gül-çiçək də taxta kimi o 

quru barmaqların bərəkəti, istisi müqabilində susur və xatirəyə  gəlməyə ürək 

eləmir... 

O quru barmaqlarda gizlənmiş mehribançılıq, məhəbbət illər keçdikcə  hərdən 

yada düşəndə elə bil ki, daha artıq bir hərarətlə adamın içini qızdırır: adam elə bil ki, 

o quru barmaqların bərəkətini, nəsə, işıqlı bir varlıq kimi, gözləri ilə görür... 

Indi də  pəncərəmdən Eyfel qülləsinin o soyuq dəmirlərinə baxdıqça mənə elə 

gəlir ki, o quru barmaqlar nəsə tikəndə də, bişirəndə də, silib-süpürəndə də əslində 

həmişə bütün ətrafa gizli bir layla deyir. 

 

15 oktyabr 1988.  



Paris. 

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin