Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə138/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   134   135   136   137   138   139   140   141   ...   147
 

 

 

AĞABƏYIM AĞA 

 

Axır vaxtlar tez-tez Ağabəyim ağanın iki yüz il bundan əvvəl söylədiyi o iki 

misra yadıma düşür: 

 

Əfsus ki, yarım gecə gəldi, gecə getdi, 



Heç bilmədim ömrüm necə gəldi, necə getdi... 

 

Niyə tez-tez yadıma düşür bu iki misra? 



Yəni yalnız ona görə ki, haçansa bir vaxt ayılırıq və görürük ki, heç bilməmişik 

ömür necə gəlib, necə gedib? 

Buradakı həsrətə görə? 

Ağabəyim ağa Qarabağ xanı Ibrahimxəlil xanın qızı idi, Şuşada anadan 

olmuşdu, Irana, Fətəli  şaha  ərə verilmişdi, amma həmişə  də  qəribçilik içində 

olmuşdu. 

Düzdü, qəribçilik səni yalnız qürbətdə basmır, bəzən öz evinin içində də qərib 

olursan, amma Ağabəyim ağanın ürəyi Qarabağda,  Şuşada qalmışdı  və  Ağabəyim 

ağa dərdli bir «ah» çəkmişdi: 

 

Mən aşığam, qara bağ



Qara salxım, qara bağ, 

Tehran cənnətə dönsə, 

Yaddan çıxmır Qarabağ... 

 

Əslində hər bir adamın içində öz Şuşası var, bəzən heç bundan özünün də xəbəri 



olmur, amma ürəyi o şüşənin içindədi, öz Şuşasındadı. O Şuşa kiminçünsə bir 

həyətdi, kiminçünsə bir tut ağacıdı, bir böyürtkən koludu, kiminçünsə bir məhəllədi, 

amma o həyət də, o tut ağacı, böyürtkən kolu da, əlbəttə, öz-özlüyündə Şuşa deyil, 

oradakı  təbəssümdü, hissdi, oranın həmişəlik keçmişdə qalmağından doğan 

təəssüfdü, həsrətdi; hər birimizin bir-birinə bənzəməyən, amma elə bil ki, əbədi olan 

bir həzinlik içində eyni təəssüflə, eyni həsrət, eyni yanğı ilə illər keçdikcə  rəngini 

itirən, cizgiləri əriyən öz Şuşası. 

Bu nə müdriklik dərsidi belə, mən verirəm? 

Bu nə nəsihətdi belə? 

Ağabəyim ağa iki misra da demişdi: 

 

Ey naseh, nəsihətin mənə əbəsdir, əbəs, 



Ətəkləyər sözlərin atəşimi – söndürməz. 

 

3 dekabr 1987.  

Mərdəkan. 

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin