Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə136/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   132   133   134   135   136   137   138   139   ...   147
 

 

 

IKI QIZ VƏ SƏRÇƏ 

 

Maşınımda işdən evə qayıdırdım və tinlərdən birinin qabağında qırmızı işıq bizi 



saxladı. 

Qarşıdakı  səki ilə bizə  tərəf iki qız gəlirdi: ozündən razı, həddən artıq dəblə 

geyinmiş, ding-ding dingildəyən və bütün görkəmləri ilə, yerişləri, gülüşləri ilə 

aləmə meydan oxuyan iki qız. 

Küçə ilə o tərəf-bu tərəfə gedib-gələn adamlar elə bil ki, bu qızlar üçün sıfır idi, 

elə bil ki, bu qızlar dağın zirvəsində, adamlar isə dərənin dibində idi və dünya açıq-

aşkar bu qızların vecinə deyildi. 

Bu vaxt qəribə bir hadisə baş verdi: bir sərçə hoppana-hoppana qızların cinsin 

içində tarım sıxılmış dolu qıçlarına dolaşa-dolaşa küçənin ortasına qondu və yerə 

düşmüş bir çörək qırıntısını acgözlüklə dimdikləməyə başladı. 

Qızlar  əvvəlcə gülümsədi, sonra səkidə ayaq saxlayıb təəccüblə  əl-ayağa 

dolaşan o sərçəyə baxdı. 

Sarı işıq yandı və irəlidəki maşınlar yavaş-yavaş tərpənməyə başladı, sərçə isə 

küçənin ortasından uçmurdu. 

Mən aləmə meydan oxuyan bu qızların rəng çəkilmiş, uzun kirpik yapışdırılmış 

gözlərində bir təlaş oxudum və əvvəlcə mənə elə gəldi ki, o uzun yalançı kirpiklərlə 

o təlaş hissi bir-birinə heç cürə uyuşmur. 

Ac sərçə yəqin xəstə idi, ya zədəli idi, uça bilmirdi. 

Maşınlar yavaş-yavaş sürətini artırırdı. 

Şaşırıb qalmış o iki qız küçənin ortasında çörək qırıntısını dimdikləyən o 

sərçəyə baxa-baxa bir-birinə  tələsik nəsə deyirdi və  mən onların nə dediyini 

eşitmirdim, amma bir şey tamam aydın idi ki, qızlar bərk həyəcanlanmışdı  və o 

həyəcan daha o uzun yalançı kirpiklər üçün yad, yabançı bir şey deyildi. 

Onların həyəcanı mənə də sirayət etdi və mən də maşını pəncərəsindən boylanıb 

ətrafında maşınlar ötüşən o sərçəyə baxdım. 

Yaşıl işıq yanmışdı. 

Qabaqdakı ağ maşın sərçənin lap yanından ötdü. 

Qızlardan biri cəld səkidən düşüb küçənin ortasında çörək qırıntısını təpişdirən o 

sərçəyə  tərəf qaçdı  və bir əlini maşınların qabağında yelləyə-yelləyə – yəni ki, bir 

dəqiqə gözləyin! – o biri əlini aşağı uzadıb sərçəni götürmək istədi və bu zaman... 

həmin ac sərçə «pır-r-r» eləyib qızın əlinin altından havaya qalxdı və sürətlə göyə 

baş vurub gözdən itdi. 

Qız əvvəlcə məəttəl qaldı, sonra gülə-gülə rəfiqəsinin yanına qayıtdı və ikisi də 

yoluna davam etdi. 

Bizim maşın da yerindən tərpəndi. 

Mən geri çevrilib arxa şüşədən bu iki qızın ardınca baxdım. 




 

421


Onlar gedirdi və bütün görkəmləri ilə, yerişləri, gülüşləri, o yalançı uzun 

kirpikləriylə yenə aləmə meydan oxuyurdu və heç kimin ağlına gəlməzdi ki, o 

gözlərdə o cürə sərçə nigarançılığı ola bilər və o qızlar eləcə həyəcanlana bilər... 

 

18 may 1984.  

Bakı. 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin