9. İSa şÜBHƏ edəN ŞAGİRDİ İLƏ GÖRÜŞÜR (Yəhya 20: 19-29) Ətrafli məlumat



Yüklə 9 Kb.
tarix17.04.2017
ölçüsü9 Kb.
9. İSA ŞÜBHƏ EDƏN ŞAGİRDİ İLƏ GÖRÜŞÜR (Yəhya 20:19-29)

ƏTRAFLI MƏLUMAT: Tomas İsanın on iki şagirdindən biri idi. Onun yəqin ki, əkiz qardaşı da var idi, çünki onun adının mənası “əkiz” deməkdir.
1. İnsan öz bədəninin son günlər qəbirdən diriləcəyinə inanmadan yer üzündə xoşbəxt həyat yaşaya bilər?

  • Tomas kimi insanın yaxşı cəhətləri nədir? Bəs pis cəhətləri nədir?

  • Sizcə İsa nəyə görə belə bir insanı şagridi seçib?


2. Şagirdlər Pasxa dirilmə günü səhər və həmin gün İsa barədə nə fikirləşirdilər?

  • Şagirdlər nəyə görə İsanın dirilməsinə inanmırdılar?

  • Tomasın dirilmə günündən bir gün əvvəl axşam, o biri on şagirdlə birgə olmadığı vaxt haraya getdiyi barədə müxtəlif şərhləri düşünün (24)?

  • Onda nəyə görə İsa şagridlərini bu sözlər ilə salamlayır: “Sizə salam olsun” (21, 26)?


3. Dirilmə Əhdi-Ətiq peyğəmbərləri tərəfindən və İsanın Özü tərəfindən artıq peyğəmbərlik olunmuşdu. İndi Tomasın on yaxın dostu onu əmin etdilər ki, onlar İsanın öz gözləri ilə görüblər. Tomas nəyə görə bütün şəhadətlikləri eşitsə də, İsanın dirilməsinə inanmamışdı (25 a)?

  • Əgər siz Tomasın yerində olsaydınız, siz dirilməyə inanardınızmı? Öz səbəblərinizi göstərin.


4. Sizcə Tomas növbəti həftə sevincək olan dostların arasında özünü necə hiss edirdi?

  • Toması nə vadar etdi ki, həmin həftə öz işlərini görməyib öz dostları ilə qaldı?

  • Əgər Tomas bu məqamda şagirdlərdən ayrılsaydı, onunla nə baş verərdi?

  • Əgər biz məsihçi təlimlərimizdə şübhələnəndə məsihçilər ilə ünsiyyətimizi tərk etsək, bizim başımıza nə gələr?

5. Tomas nəyə görə İsanın dirilməsinə inanmazdan əvvəl Ona toxunmaq istəyirdi (25b)?

  • Sizcə Tomas öz sözlərini İsanın ağzından eşidəndə özünü necə hiss etdi (25-27)?


6. İsanın nə ruh, nə də xəyal olmadığını bizə hansı xırdalıqlar göstərir (27)?

  • Sizcə Tomas həqiqətən barmaqlarını İsanın əllərində və böyründə olan yaralara qoydu?


7. Tomas Əhdi-Cədiddə İsanı sadəcə Allah Oğlu deyil, Allah adlandıran ilk insan idi (28). Nəyə görə dünyada olan bütün məsihçilər inanırlar ki, İsa Allahdır?
8. İsa 29-cu ayədə kimə müraciət edir?

  • Nəyə görə Allahın köməyinə onu hiss etməzdən əvvəl inanmaq vacibdir?


9. Bu mətnə əsasən İsa Ona inanmaq istəyən, amma inana bilməyən insan ilə necə rəftar edir?

  • Sənə belə deyən insana necə cavab verərdin: “Mən İsaya iman edirəm, amma Onun bədəndə dirilməsinə inanmıram”?

  • Əgər İsanın bədəni mağaradan dirilməyibsə, bütün məsihçi imanı nəyə görə dağılar?


10. XOŞ XƏBƏR SUALLARI: Tomas İsaya dedi: “Ya Rəbbim və Allahım!” Bu gün sən İsaya həmin etirafı edə bilərsənmi? (Sən öz ürəyində cavab verə bilərsən.)

  • (Hər bir kəs cavab versin): Bu Müqəddəs Kitab dərsi zamanı öyrəndiyiniz ən vacib şey nədir?



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə