Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə137/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   133   134   135   136   137   138   139   140   ...   147
 

 

 

 

HABILIN KAMANÇASI 

 

Habil Kaman kamançanı dizinin üstünə alıb çalmağa başlayır və bir azdan 



gözlərini yumur, çaldığı musiqinin hisslər aləminə gedir, o aləmin rəngləri, 

həyəcanları, görümləri ilə yaşayır. 

Hər dəfə səhnədə, yaxud televiziya ekranında Habilə baxdıqca, onun musiqisinə 

qulaq asdıqca, elə bil, o dəm onun qapalı gözlərinin qarşısından keçənləri mən də 

görürəm. 

Habilin kamançası  səslənir, dünyaya insanlar gəlir, yaşayır, sevir, sevilir, 

xoşbəxt olur, dərd çəkir və bir gün gəldiyi kimi də, köçüb gedir... Və dünyaya yeni 

insanlar gəlir... 

Habilin kamançası insanın, ömrün müvəqqətiliyindən, insanlığın, yaşayışın isə 

əbədiliyindən deyir... 

Habilin kamanı Azərbaycandan deyir... 

Qoca və müdrik Dədə Qorqudu görürəm, cavan, təmiz, çılğın Kərəmi görürəm, 

gözəl, ismətli, qeyrətli Nigarı görürəm... 

Habilin kamançası  səslənir, Koroğlu Qıratın belinə qalxır,  Şah Ismayıl qanlı 

döyüşlərdən sonra, öz zərif, həzin insani hisslərini ağ  vərəqə köçürür, Füzuli 

düşünür, Leyli çəməndə gül-çiçək dərir... 

Habilin kamançası  səslənir, Araz çayı axır və çayın  şırıltısı Habilin 

kamançasının dili ilə dünyanın dərdindən,  ələmindən deyir, Dərviş Mahmud sazı 

sinəsinə sıxır və mən onun yüz il bundan əvvəl dediyi misraları eşidirəm: 

 

Bu dünyanın çox olubdur cəfası, 



Cəfasına dəyməz zövqi-səfası. 

Guşumda səslənir getmək sədası, 

Ürəyim həsrətlə dolub, ağlaram... 

 

Habilin kamançası  səslənir, mən Qarabağı görürəm,  Şirvanı, Naxçıvanı, Mili, 



Muğanı, Lənkəranı, Abşeronu, ömrümdə heç vaxt getmədiyim, görmədiyim Təbrizi 

görürəm,  Ərdəbili görürəm, Sərabı görürəm,  Ərk qalasının önündə dayanıb 

babaların ucalığına baxıram... 

Habilin kamançası səslənir, Habilin qapalı gözlərinin qarşısından keçənləri mən 

də görürəm, o musiqiyə qulaq asa-asa həmin kamançanı da yaddan çıxarıram. 

Habilin özünü də yaddan çıxarıram, mən oluram, o musiqi olur, mənim Xalqım və 

mənim Vətənim olur... 

Bu – kamançanın da, Habilin də böyüklüyüdür. 



 

 


 

422


15 dekabr 1985. 

Bakı. 

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin