Redaktor və rəyçilər: İlham Məmmədli


bəZi MəNbələr XoSrov bəy haqqıNda



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə8/9
tarix31.01.2017
ölçüsü5,26 Mb.
#6976
1   2   3   4   5   6   7   8   9

bəZi MəNbələr XoSrov bəy haqqıNda
Ermənilər istisna olmaqla, Xosrov bəy haqqındakı bizə məlum 
yazılı və şifahi məlumatlar xoş məramlıdır. Harada hansı vəzifədə, 
hansı dinə və millətə məxsus olmalarından asılı olmayaraq insanlar-
la Xosrov bəyin təmasları müsbət və xeyirxah istiqamətlidir. İstər 
o, İranda, istərsə də Türkiyədə və Avropanın bir çox şəhərlərində 
yaxınlıq etdiyi bütün insan təbəqələri ilə dil tapa bilmiş, heç kimlə 
münaqişəyə şərait yaratmamışdır. Onun Almaniyada İsrafil bəylə, 
M. Ə. Rəsulzadə və s. insanlarla işi haqqında söhbət açdığımız-
dan burada digər insanların yazıya düşmüş fikirlərinə az da olsa 
müraciət edəcəyik. 
Münhendə çıxan “Azərbaycan” jurnalının 2-ci sayında vaxtı 
ilə Azərbaycan  Xalq  Cümhuriyyətinin  aparıcı  insanlarından  biri 
olmuş  Əkbər  ağa  Şeyxülislamzadə  öz  xatirələrində  Xosrov  bəy 
Sultanov barədə yazır ki, “AXC-nin elan olunma aktına imza atan 
26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur.
1918-ci il may ayının 29-da Fətəlixan Xoyskinin təşkil etdiyi 
1-ci hökumətdə Xosrov bəy Sultanov hərbi nazir təyin olunmuş, 
həmin gün də Nəsib bəy Yusifbəyli (Nəsib bəyi Gəncəli kimi ta-
nısalar da onun Zəngəzur bəylərindən olan Mustafa bəy şəcərəsi 
ilə qohumluqları var və Zəngəzurda sovetlər gələnə qədər torpaq 
mülkləri də olmuşdur. Z.N.) və Şəfi bəy Rüstəmbəyli ilə Gəncəyə 
əmin-amanlıq yaratmağa göndərilmişdir”. 
Təbii  ki,  Azərbaycanda  Cümhuriyyət  tarixini  azdan-çoxdan 
bilənlərə deyilən məsələ çoxdan məlumdur. 
Hərbi jurnalist Xanlar Bayramov yazır: “Xosrov bəy Paşa bəy 
Sultanov 1919-cu il yanvarın 15-də Qarabağın general-qubernatoru 
təyin edilmiş, həmin ilin mart ayının 21-dən 30-dək olan Əsgəran 

Bəzi mənbələr Xosrov bəy haqqında
135
döyüşlərində  daşnak  generalı  Dronun  quldur  dəstələrini  darma-
dağın etmişdir. İyun ayının əvvəllərində gizli yolla Şuşaya silah 
gətirən erməni milli şurasının üzvlərini həbs edib onların Qarabağ 
hüdudlarından çıxarılmasına nail olmuşdur.
Xosrov bəy Zaqafqaziya seyminin və Azərbaycan parlamenti-
nin üzvi idi.
1918­1920-ci  illərdə  daşnakların  Qarabağ  və  Zəngəzurdan 
təmizlənməsində qardaşı Sultan bəylə birgə misilsiz xidmət gös­
tər mişdir”.
Şəmistan  Nəzərli  –  “Cümhuriyyət  generalları”  kitabında 
göstərir: “İttihad”ın siyasi lideri Xosrov bəy Sultanov partiyanın 
xarici ölkələr bürosunu formalaşdırmaq və bütün ittihadçıları bir 
təşkilat ətrafında cəmləşdirmək istəyirdi. 
O, 1926-cı ildə Parisdən İrana gedərək burada “İttihad”ın Teh-
ran Komitəsinə Aşur bəy Yusifbəylini, Təbriz Komitəsinə isə qar-
daşı İsgəndər bəyi rəhbər təyin etdi. (Burada bir az qeyri dəqiqlik 
var. İsgəndər bəy 1926-cı ildən xeyli əvvəl öldürülmüşdü. Z.N.)
Xaləddin İbrahimli – “Azərbaycan Siyasi Mühacirat” kitabında 
yazır: “1936-cı ildə Xosrov bəy Sultanov Türkiyənin Trabzon şə­
hərinə qısa müddətə dincəlməyə gəlir. Erməni kəşfiyyatı duyuq dü-
şür  ki,  Qarabağın  qubernatoru,  Xankəndi  ətrafında  erməni  quldur 
dəstələrini darmadağın edən Xosrov bəy Sultanov Trabzondadır”.
Ermənilər  Xosrov  bəyi  öldürmək  istəyirlər.  Otel  xidmətçisi 
məsələni  Xosrov  bəyə  çatdırır.  Xosrov  bəy  dostlarının  köməyi 
ilə vaxtsız ölümdən xilas ola bilir. Bunun da dəqiqliyi belədir ki, 
Xosrov  bəyin  Trabzonda  kifayət  qədər  yaxınları  var  idi  və  onu 
ermənilərin güddüyünü bilirlər. Xosrov bəyin qaldığı məkanı elan 
etdikləri  ünvandan  dəyişirlər.  Xosrov  bəy  Trabzonda  ömründə 
oteldə qalmamışdır. Olsa-olsa, ancaq müəyyən görüşlər, yığıncaq-
lar ola bilərdə.
İsrafil bəyin dediyinə görə, onlar Almaniyadan başqa Polşa-
da, Fransada və Finlandiyada da görüşmüşlər. Ancaq onlar lazı-
mı yerlərə ayrı-ayrılıqda gedərmişlər. Hər kəsində işi başqa-başqa 
olarmış.  Əlbətdə  onları  birləşdirən  xeyli  məsələlər  də  olmuşdur. 

Sultan bəy və Xosrov bəy qardaşları
136
Lakin, İsrafil bəy bu məsələlər haqqında açıqlama verməyi xoşla-
mazdı. Onların birgə əməliyyatları əsasən SSRİ tərəfindən vuru-
şaraq əsir düşmüş türk və müsəlman insanlarının fiziki məhvinin 
qarşısını almaq olmuşdur. 
SSRİ-ni təmsil edən İsrafil bəy bu işdə öz rəisindən və Mosk-
va rəhbərlərindən xeyli bəhrələnə bilmişdir. Bu məsələdə SSRİ-
nin də marağı olmuşdur. Berlin qurumunun sənədlərinin ermənilər 
tərəfindən İngiltərəyə və ABŞ-a ötürülməsinə qədər bu işlər çox 
ciddi aparılmışdır. Erməni satqınlığından sonra Berlin qrupu məhv 
edilməsə də, Moskva onlara çox da ciddi tapşırıqlar verməmişdir. 
Xosrov bəy bir çox dövlət xadimlərindən və siyasətçilərindən 
fərqli  olaraq  təmsil  olunduğu  “İttihad”  partiyasına,  Azərbaycan 
Xalq  Cümhuriyyətinə,  rəhbərlik  etdiyi  Qarabağ  general-quber­
natorluğuna öz sədaqətliliyi ilə seçilən insanlardandır.
Azərbaycanda və mühacirətdə olarkən bütün həyatını xalqının 
azadlığı və səadətinə həsr edən bu görkəmli sərkərdənin və ictimai-
siyasi xadimin məşəqqətli, keşməkeşli, çox mürəkkəb, əzablı, la-
kin şərəfli həyatının hərtərəfli öyrənilməsi və işıqlandırılması bizə 
qədər geniş tədqiqatını tapmamışdır. Bizim də onun keçdiyi yolun 
tam işıqlandırılmasına iddiamız yoxdur. 
Hamıya məlum olduğu kimi 70 il xalqımızın bu böyük oğlu-
nun və digərlərinin adının çəkilməsinə imkan verilməmişdir. 
Maraqlı məlumatlardan biri də Xosrov bəylə N.Nərimanovun 
yaxın  olması  məsələsidir.  Onların  hər  ikisi  tələbə  vaxtından  ta-
nış  olmuşlar  və  dostluq  etmişlər.  Lakin,  onların  siyasi  əqidəsi 
bir-birlərindən fərqli olmuşdur. Xosrov bəy cümhuriyyətə, N.Nə­
rimanov isə bolşeviklərə sadiq qalmışlar. Hər ikisi vətən yolunda 
öz canlarını qurban vermişlər. 
Bolşeviklər  Azərbaycanı  işğal  etdikdən  sonra  Xosrov  bəy 
vətənindən heç yerə getməmişdir. Bolşeviklər cümhuriyyətin se­
çilən bir şəxsiyyəti kimi Xosrov bəyi həbs edərək Bakıya gətirmişlər. 
Bununla ürəkləri soyumayan və sifətlərini tez-tez dəyişməyi baca-
ran  ermənilər  mərkəzə  nə  yazsalar  da,  Xosrov  bəyin  ermənilərə 
pis olması haqqında heç bir sənəd əldə edə bilməmişlər. Əlləri hər 

Bəzi mənbələr Xosrov bəy haqqında
137
yerdən kəsilən ermənilər digər bir alçaqlığa, 70 erməni qadınının 
adından ərizə yazaraq onların namusuna Xosrov bəyin toxunma-
sını bildirmişlər. Əlbətdə, bu bayağı ittihama heç kim inanmamış-
dır.  İstənilən  halda  bolşeviklərin  Xosrov  bəyi  buraxmaq  rəyləri 
olmamışdır. Bunu yaxşı başa düşən N.Nərimanov öz dostunu Ba-
yıl türməsindən qaçırda bilmişdir və bu haqda arxiv sənədləri də 
Azərbaycanda saxlanmaqdadır.
Diqqəti cəlb edən fikirlərdən biri də Xosrov bəyin öz dövründə 
“Azərbaycan”  qəzetinə  verdiyi  müsahibədir.  İstər-istəməz  onun 
fikirləri ilə tanışlıqdan, onun şəxsiyyəti və kimliyi haqqında oxu-
cuda müəyyən fikir formalaşır.
Xosrov bəy deyir: “­­­­­ hər halda belə bir fakt böyük təəssüf 
doğurur ki, Qarabağda milli qarşılıqlı münasibətlərin düzgün işıq-
landırılmaması, Qarabağda məskunlaşmış millətlər arasında yaran-
mış tamamilə əngəlsiz mehriban qarşılıqlı münasibətlərə nəticələri 
çox çətinliklə aradan qaldırıla biləcək zərər vura bilər. 
Qarabağ  əhalisindən  ötrü  ən  çox  arzu  olunan  hakimiyyət 
elə  bir  hakimiyyətdir  ki,  onların  ac-susuz  və  lüt-üryan  qalması-
na yol verməsin, onların həyat və əmlakları üçün qorxu yaradan 
təhlükələrdən qorusun.
Fəal siyasi mübarizədə iştirak etməkdən ötrü Qarabağ əhalisi 
həm  milli,  həm  də  sosial  xarakterli  müxtəlif  eksperimentlərdən 
çoxlu bəlalar çəkmişdir. 
Təəssüf ki, özlərini demokrat adlandıran, xalqın demokratiya 
anlayışları ilə nə ruhən, nə də mənən heç bir əlaqəsi olmayan si-
yasi partiyaların bəzi nümayəndələri hətta terorizm əməllərindən 
çəkinmədən  öz  məqsədlərinə  nail  olmaqdan  ötrü  özlərinin  düz-
gün hesab etdikləri yol ilə xalqı dönmədən, durmadan irəliləməyə 
məcbur etməyə çalışırlar. 
Əhali üzərində aparılan eksperimentlərin əsasını ən yaxşı hal-
da partiya xarakterli nəzəri mülahizələr, ən pis halda şəxsi maraq 
və mənafelər təşkil edir. Son iki ay ərzində ermənilər Qarabağın 
müsəlmanlar  yaşayan  bölgələrinə  tamamilə  təhlükəsiz  surətdə 
gəlirlər. Digər tərəfdən isə biz görürük ki, müsəlmanların erməni 

Sultan bəy və Xosrov bəy qardaşları
138
kəndlərinə getmələri heç də təhlükəsiz deyil və müsəlmanlar öz 
işləri ilə əlaqədar onlara baş çəkməyə çox nadir hallarda risk edirlər. 
Bunun təqsirini mən xalq kütlələrində deyil, kütləni öz terroru al-
tında saxlayan və onu öz proqramında həyata keçirməyə məcbur 
edən ayrı-ayrı şəxsiyyətlərdə görürəm.
Qarabağın erməni əhalisi iqtisadi baxımdan müstəsna dərəcədə 
ağır vəziyyətdədir. Əgər Qarabağın müsəlmanlar yaşayan düzənlik 
hissəsi erməniləri bolluca taxılla təmin etməsəydi, ermənilərin ya-
şadığı rayonu aclıq bürüyərdi.
İqtisadi baxımdan bölünməz bir vahid olan Qarabağ, siyasi ba-
xımdan da bölünə bilməz. Bütün Qarabağ bölünməz bir vahiddir, 
bədəni başdan, başı da bədəndən ayırmaq və bütün vücudun sağ-
salamat qalmasını arzulamaq olmaz.
Qarabağın ermənilər yaşayan dağlıq hissəsini müsəlmanlar ya-
şayan hissəsindən ayırmaq arzusunda olan adamlar ya utopist, ya 
da öz xalqının düşməni hesab edilə bilər. 
Qarabağ haqqında məsələni bütövlükdə iqtisadi və siyasi bir 
vahid kimi danılmaz bir həqiqət olaraq qəbul etməklə onun bu və 
ya digər dövlət vahidinə münasibəti barədə məsələni asanlıqla həll 
etmək olar.
Yevlaxdan başlayaraq biz müsəlman əhalisinin geniş zolağı-
nı müşahidə edirik. Dağətəyi zonaya yaxınlaşdıqca həmin zolağı 
müsəlman və erməni əhalisindən ibarət qarışıq zolaq əvəz edir.
Dağlara  qalxdıqca  biz  demək  olar  ki,  erməni  əhalisinə  daha 
çox rast gəlirik. Amma, bu Zəngəzura, Hacısamlıya, Kəlbəcərə və 
hətta Göyçəyə aid deyildir. Deyilən zolaqlardan sonra isə Naxçı-
van müsəlman zolaqları gəlir. Ermənistan dediyimiz yerlərdə də 
müsəlmanlar  əhalinin  əksəriyyətini  təşkil  edir  və  erməni  rayonu 
müsəlman rayonlarının əhatəsində qalır.
Bundan başqa üç qış ayı ərzində Naxçıvandan Zəngəzura, de­
mə li həm də Naxçıvandan Ermənistana gedən yol tamamilə bağ-
lanır.
Aydın məsələdir ki, Qarabağ rayonlarının belə bir topoqrafik 
vəziyyətində  erməni  rayonunu  Ermənistana  birləşdirmək  istəyi 

Bəzi mənbələr Xosrov bəy haqqında
139
ağılsızlıqdır (Elə bu səbəbdən də ermənilər Zəngəzuru, hazırda isə 
Qarabağı işğal etdilər. Z.N.).
Müstəqil Qarabağ yaratmaq axınının tərəfdarları ilə mübahisə­
yə  girişməyi  isə  özüm  üçün  yüngül  xasiyyətlilik  hesab  edirdim, 
cünki belə adamlar görünür dövlətçiliyin əsasları haqqında, hətta 
ən  elementar  anlayışlardan  belə  xəbərsizdirlər  və  öz  xalqlarının 
mənafelərini anlamadıqlarından dağıdıcılıq ruhu ilə həddən artıq 
zəhərləniblər.
Beləliklə,  əhalisinin  çox  böyük  əksəriyyəti  müsəlmanlardan 
ibarət olan və müsəlman rayonları ilə əhatə edilmiş erməni rayonu 
olan iqtisadi bir vahid kimi Qarabağın heç bir vəchlə Ermənistanla 
iqtisadi əlaqəsi və onunla ünsiyyətdən ötrü heç bir fiziki imkanı 
yoxdur.
Digər  tərəfdən  Qarabağ  Azərbaycanla  sıx  iqtisadi  və  həm 
də,  necə  deyərlər,  fizioloji  əlaqədədir  və  onun  bu  sonuncu  ilə 
(Azərbaycan) birləşməsini Qarabağda məskunlaşmış bu iki xalqın 
mənafeləri tələb edir.
Burada söhbət yalnız ədalətli və qərəzsiz idarəetmənin qurul-
masından gedə bilər, bu müddəaya dövlət quruculuğunun əsasını 
təşkil edən ciddi qanunçuluğa və hüquq mühafizəsinə dayaqlanan 
xalq  rifahını  əldə  etməyə  çalışan  hər  hansı  bir  dövlət  tərəfindən 
riayət olunmalıdır. 
Qarabağda aparılmış və aparılan işin əsasları aşağıdakılardan 
ibarətdir: Dünya siyasətinin əsasını təşkil edən iqtisadi mülahizələr 
baxımından Qarabağ əhalisi hamının rifahı naminə aparılmaz bir 
vahid olmalıdır.
Hamıya qarşı, xüsusən kasıblara qarşı eyni bərabərdə qərəzsiz 
və səmimi bir münasibət olmalıdır.
Gələcək rifahın dinc yanaşı yaşamaq prinsipinə əsaslanacağı 
bir təqdirdə hərbi xarakterli tədbirlərin görülməsi cinayətkarlıqdır 
və buna yol verilə bilməz.
Bu  kimi  təcavüzkar  tədbirlərin  müəllifləri  əgər  məsuliyyətli 
şəxs lərdirsə,  mütləq  Qarabağın  hüdudlarından  uzaqlaşdırılmalı-
dır”. 

Sultan bəy və Xosrov bəy qardaşları
140
“Azərbaycan” qəzeti 5 aprel 1919-cu il. Göründüyü kimi Xos-
rov bəy müsahibəsində çox mülayim, insani dəyərlərə uyğun və 
qəddar  düşmənə  də  xoş  məramla  yanaşması  onun  kimliyindən 
xəbər verir. Düşmən düşmənçiliyindən, pis əməllərindən çəkinmir, 
biz isə öz alicənablığımızdan.
Hər halda deyilənlər tarixi bir həqiqətdir, amma dünya hə qi­
qətlərlə yaşayırmı?..
İlham Tumas yazır: “Birinci Cümhuriyyətin Qarabağa general-
qubernator təyin elədiyi bu adam daşnak və bolşevik qüvvələrinə 
qarşı qeyri-bərabər döyüşlərdə qalib oldu, erməniyə bir qarış tor-
paq belə vermədi. Həmin ilin yayında əlinə silah alıb Qarabağ ha-
vasına havalanan ermənilər diz çökdürüldü, hamısı bir nəfər kimi 
Azərbaycan Hökumətini tanımağa məcbur oldular. Onun qətiyyəti 
və  hərbi  şücaəti  sayəsində  Şuşadakı  gizli  daşnak  komitəsinin 
üzvləri bir nəfər kimi qaçıb dağılmaqdan savayı yol görmədilər.
Ona  görə  də,  əllərindən  bir  iş  gəlməyən  daşnaklar  bolşe-
vik  əhval-ruhiyəli  müsəlmanların  köməyi  ilə  şayiə  yaymışdı-
lar  ki,  guya  Cümhuriyyətin  Hərbiyyə  Naziri  bu  adamı  general-
qubernatorluqdan geri çağırır. Bu məqsədlə Üzeyir bəy Hacıbəyov 
“Azərbaycan” qəzetinin 1919-cu il 24 iyun tarixli sayında yazır-
dı: “Həqiqətən, o, Qarabağ üçün ən münasib bir rəisdir. Qarabağ 
həyatına tamamilə aşina olan bu zat sağlam bir vücudə malik olan 
kimi sağlam və salamat politika yerindən və təht idarəsinə tapşırıl-
mış olan yerin ümumi mənafeyini xüsusi surətdə nəzərdə tutan bir 
zatdır. Ermənilər Qarabağda qəsdən süni iğtişaşlar çıxarmaqla Qa-
rabağ general-qubernatorunu baş komandanlıq gözündə ləkələmək 
istəyirlər. Əgər Qarabağ müsəlmanları arasında böyük və layiqli 
bir nüfuza malik olan və erməni cəmaəti tərəfindən dəxi möhtərəm 
sayılan  bu  zat  Qarabağın  höküməti  başında  olmasa  idi,  burası–
Azərbaycanın cənnəti hesab olunan bu yer çoxdan bəri cəhənnəmə 
dönüb qətli-qital olmuşdu”.
Unudulmaz Üzeyir bəyin barəsində yazdığı bu qəhrəman in-
san Qarabağın general-qubernatoru Xosrov bəy Paşa bəy oğlu Sul-
tanov idi....

Bəzi mənbələr Xosrov bəy haqqında
141
1923-cü  ildən  general  Xosrov  bəy  Sultanovun  həyatında 
mühacirət dövrü başlanmışdır. O, Türkiyədə, İranda, daha sonra 
Fransa və Almaniyada Tibb Universitetində professor vəzifəsində 
çalışmışdır. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov 
bəy SultanovTrabzonda məskunlaşmış, 1947-ci ildə vəfat etmişdir. 
Xosrov bəyin ölüm tarixi 1941-ci, bəzi mənbələrdə isə 1956-cı il 
kimi göstərilir.
Xosrov bəy adı və qəhrəmanlıqları dillərdə əzbər, Zəngəzurda 
erməni  quldur  dəstələrinə  qarşı  mərdliklə  vuruşmuş,  xalq  ara-
sında “laçınlı Sultan bəy” kimi çağrılan məşhur Sultan bəy Sul-
tanovun kiçik qardaşıdır. Bu qardaşlar ümumi işin xeyrinə hətta 
illərlə  qan  düşməni  olduqları  bəylərin  ayağına  gedərək,  onları 
bütün  gücləri  birləşdirməyə,  birgə  mübarizəyə  səsləyiblər.  Sul-
tanovlar  var-dövlətlərini Türkiyə  və  İrandan  silah-sursat  almağa 
sərf eləmiş, Zəngəzur qazısı Bəhlul Behcət tərəfindən yazılmış Ci-
had  Bəyannaməsi  ilə  xalqı  düşmənə  qarşı  cihada  qaldırmışdılar. 
Ümumiyyətlə, onların Azərbaycan Xalq Cümhuriyyətinin qorun-
ması yolunda müstəsna xidmətləri var. 
Xosrov  bəy  doğrudan  da,  Qarabağda  həm  müsəlman,  həm 
də sadə erməni əhalisi arasında böyük nüfuza malik idi. Əksinə, 
o  dövrün  və  indinin  xəstə  milliyətçi  erməniləri  isə  Xosrov  bəyi 
nifrət və hikkəylə, ermənilərin ən qəti düşməni kimi xatırlayırlar. 
Məsələn, 1919-cu ildə Şuşada erməni qoşununda döyüşmüş Zare 
Məlik-Şahnəzərov adlı bir erməni əsgərin “Şuşanın süqutu” adlı 
xatirəsindən oxuyuruq. “Şüşanın süqutundan əvvəl mənim yadda-
şıma daha bir hadisə həkk olunub. Mən Müsavatçı qubernatorla 
təsadüfən üz-üzə gəldim. Ermənilərə düşmən olan bu qəddar adam 
Xosrov bəy Sultanov idi. Məhz bu adam Qarabağda erməni qırğın-
ları təşkil eləmişdi”.
Hər işdə olduğu kimi ermənilər Xosrov bəyə münasibətdə də 
tarixi faktları təhrif edirlər.
Xosrov bəy Qarabağa general-qubernator təyin olunanda onun 
vəzifə  borclarına  “erməni  hərəkatı  ilə  mübarizə  və  bu  hərəkatın 
tamamilə məhv edilməsi, qayda-qanunun bərpa olunması, məcburi 

Sultan bəy və Xosrov bəy qardaşları
142
köçkünlər  arasında  gəzən  epidemiyalarla  mübarizə,  onlara  yar-
dım”  kimi  məsələlər  daxil  idi.  Sultanovun  vətənpərvərliyindən 
və qətiyyətindən xəbərdar olan Qarabağın erməni milli yığıncağı 
Xosrov bəyin təyinatına etiraz olaraq tərtib elədikləri məktubda ya-
zılmışdı: “Qarabağın erməni milli yığıncağı Azərbaycan hökuməti 
tərəfindən təyin olunan general-qubernatorla bağlı bildirir ki, onlar 
heç vaxt bu faktla barışmayacaqlar”. 
Ancaq Xosrov bəy də öz hüquqlarını və vəzifə səlahiyyətlərini 
yaxşı bilirdi. O, da öz növbəsində erməni milli yığıncağından tələb 
etmişdi ki, nəzarətində olan silahlı dəstələri buraxsın və Qarabağda 
əmin-amanlığın təmin olunmasına maneçilik törətməsin. 
Maraqlıdır  ki,  həmin  illərin  arxiv  materiallarını  və  mətbuatı 
izlədikcə ermənilərin eynən ötən əsrin 80-ci illərin sonlarında tətbiq 
elədikləri üsullara əl atdıqlarının şahidi oluruq. Məsələn, 1919-cu 
il fevralın 28-dən martın 4-ə qədər Qarabağ ermənilərinin 8-ci qu-
rultayı  adlandırılan  qeyri-legitim  bir  qurum  general-qubernatoru 
Şuşada,  Xankəndində  və  Əsgəranda  “günahsız  erməniləri”  qır-
maqda ittiham edirdi.
Ermənilər  bu  yalançı  bəyənatı  əlləri  çatdıqları  yerlərə  və 
dövlətlərə,  həmçinin  Azərbaycan  hökumətinə  göndərmişdilər. 
Həmin ilin martın 8-də isə Azərbaycanın güzəştə getdiyi torpaq-
lar hesabına dövlət qurmuş Ermənistan Azərbaycan Cümhuriyyət 
rəhbərliyinə  nota  göndərir:  “Xankəndi  və Ağdamda Azərbaycan 
hərbi hissələri tərəfindən 400-ə yaxın dinc əhali qətlə yetirilmişdir. 
Ağdam,  Şuşa  yolu  erməni  əhalisinin  üzünə  bağlıdır  və  bu  əhali 
iqtisadi təcridə məruz qalıb”.
Ancaq Fətəli Xan Xoyskinin bu notaya cavabından görürük ki, 
ermənilər baş vermiş olayları özlərinin əbədi və əzəli xislətlərinə 
xas şəkildə şərh etmişlər.
Xosrov  bəy  Sultanov  həm  də  Bakı  müsəlman  Xeyriyyə 
Cəmiyyətinin Qafqaz cəbhəsində qaçqınların yerləşdirilməsi üzrə 
baş müvəkkil idi. “Qafqaz cəbhəsində qaçqınların yerləşdirilməsi 
üzrə baş müvəkkillik” adlı bu təşkilatın baş müvəkkillik vəzifəsi 
isə general-mayor Tamamşevə tapşırılmışdı.

Bəzi mənbələr Xosrov bəy haqqında
143
Bu təşkilatların müharibə dövründəki fəaliyyətləri barədə xey-
li sənədlər, teleqram və məktublar mövcuddur. Məsələn, general 
Tamamşevin  4  iyun  1916-cı  ildə  Xosrov  bəy  Sultanovun  adına 
göndərdiyi teleqramda deyilirdi: “Rəhbərlik etdiyiniz Cəmiyyətin 
nəzdində  neçə  yetimxananın  mövcudluğu  və  onlara  nə  qədər 
kimsəsizin  yerləşməsi,  habelə  onların  hökumət  tərəfindən  tam 
təmin olunması və ya cəmiyyətinizin də köməyinə ehtiyac olması 
haqqında mənə məlumat verməyinizi xahiş edirəm”. 
Azərbaycan  Sovet  hakimiyyəti  qurulduqdan  sonra  general 
Xosrov  bəy  Sultanov  əvvəlcə  Türkiyədə,  İranda,  sonra  Fransa, 
Almaniyada və Polşada yaşayıb. Türkiyəyə qayıdan Xosrov bəy 
Sultanov yenidən Trabzonda məskunlaşıb”.
Böyük iftixar hissi ilə deməliyik ki, Xosrov bəylə yanaşı Laçın 
torpağının yetişdirmələri olan general Nurməmməd bəy Şahsuva-
rov, türk ordusunda orgeneral rütbəsi qazanan Firidun bəy Daryalı 
da öz sücaətləri ilə təkcə Laçının deyil, bütöv Azərbaycanın fəxri 
sayılan insanlarıdırlar.

     
Paşa bəy ZəNgəZuruN fəXr edəCəyi 
ağSaqqaldır
Azərbaycan  Respublikası  öz  müstəqilliyini  elan  edəndən 
sonra, Azərbaycanda unudulmuş, yaxud Sovetlər birliyində araş-
dırma qadağası qoyulmuş mövzulardan biri də bəy nəsillərinin, 
onların  elinə-obasına  fəxarət  gətirə  biləcək  fəaliyyətləri  sahəsi 
olmuşdur.
Müstəqilliyimizin  ilk  illərində  insanlarımızın  əsas  qayğı  və 
fikirlərinin Qarabağ müsibətləri, erməni vəhşilikləri ilə daha çox 
çulğalanması  bu  növ  araşdırmaları,  müəyyən  mənada  “kölgə”də 
qoymuşdu.  Müharibə  gedişatının  “dondurulma”sı,  insanlarımızı 
qəhrəman  axtarışına  istiqamətləndirdi.  Odur  ki,  son  illər  Azər­
baycanın bütün bölgələrində dövlətinə, millətinə, insanlığa və hət­
ta nəsl səcərəsinə hörmət qoymuş kişilər yad edilir, onlar haqqında 
hərə öz bacardığını qələmə alır.
Mənim  isə  hörmətli  oxucularıma  təqdim  edəcəyim  mövzu, 
mənim özüm üçün yeni deyil, illərdir ki, Sultanovlar nəsli ilə əlaqəli 
hər  bir  məlumatı,  xüsusəndə  bir  yazılı  mənbəyə  əsaslananlarını 
toplamışam.  Kiçik  vaxtlarımda  da  bu  səcərə  ilə  bağlı  söhbətlər 
ailəmizdə də, yaşlı nəsl insanlarının bir-birlərinə söhbətlərinə də 
çox təsadüf etmişəm. Bu mənada XIX əsrin ikinci yarısı, XX əsrin 
əvvəllərində Zəngəzur qəzasında daha çox sayılıb-seçilən üç Sulta-
novlardan biri olan Yuxarı Zəngəzurun Hacısamlı bölgəsindən, ha-
zırda Laçın rayon ərazisi kimi tanınan sahəsində yaşamış və el ara-
sında bütün Zəngəzurda, Aran Qarabağda və Qərbi Azərbaycanda 
ağsaqqal  kimi  tanınmış  Paşa  bəydən  söhbət  açacağam.  Əslində 
onun adı sənədlərdə Əlipaşa kimi gedir. Amma, el arasında hamı 
onu Paşa bəy kimi çağırırdı.

Paşa bəy Zəngəzurun fəxr edəcəyi ağsaqqaldır
145
Paşa  bəyin  nəsl  səcərəsi  ilə  tanışlıq  göstərir  ki,  bizdə  olan 
mənbələrin  hamısı  eyniyyət  təşkil  etmir.  Lakin,  bununla  yana-
şı mənbələrin əksəriyyətində bu və ya digər tərzdə uyğun gələn 
məqamlarda az deyildir. Onlardan bir neçəsini olduğu kimi verməyi 
daha doğru yol kimi seçdim.
K.Alməmməd  – “Sultan bəy kimdir?” yazısında (“Azərbaycan” 
qəzeti, №13(76), 30 mart 1991-ci il) göstərilir: “Azərbaycan tor-
pağının  dünyaya  bəlli  görkəmli  oğulları  çoxdur.  Babək  qeyrətli, 
Koroğlu  cürətli  ərənlərdən  biri  də  Sultan  bəylər  nəslindən  olan 
Sultan bəy Laçınlıdır. Bu nəslə bəylik rütbəsi çar imperatorluğu 
tərəfindən XVIII əsrin sonu – XIX əsrin əvvəllərində verilmişdir. 
Azərbaycanın  Yelizavetopol  quberniyasına  daxil  olan  Zəngəzur 
mahalı  iki  sultanlıqdan  ibarət  idi.  Birinci  Hacısamlı,  ikinci  Qa-
raçorlu  sultanlığı  adlanırdı.  Hacısamlı  sultanlığı  indiki  Laçın 
və  qismən  Kəlbəcər  rayonunu  əhatə  edirdi.  Burada  1-ci  və  2-ci 
Alməmməd Sultan hakimlik edirdi. Qaraçorlu Sultanlığı isə indi-
ki Gorus, Qafan (Mədən) rayon ərazilərini, qismən Laçın rayonu-
nun qərb hissəsini əhatə edirdi. Orada isə Həmzə Sultan və onun 
oğlu  Əsəd  Sultan  hakimlik  edirdi.  Bu  iki  sultanlıq  arasında  qo-
humluq əlaqələri də vardı. O zamanlar Alməmməd Sultanın kiçik 
oğlu Qara Murtuza bəy hər iki Sultanlığın ordusuna başçılıq edirdi. 
Onun sərkərdələrindən biri də Sultan bəyin babası Xanmurad ol-
muşdur. (Əslində isə bu belə deyildi. Z.N.) Xanmurad Əsəd Sulta-
nın qızına elçi göndərib onunla evlənmək istəmiş, Əsəd Sultan isə 
elçiləri geri qaytarmış, əsilzadə və bəylik rütbəsi olmayan adama 
qız  verməkdən  imtina  etmişdir.  Bunu  özünə  sığışdıra  bilməyən 
Xanmurad Əsəd Sultanın razılığı olmadan qızı qaçırmış və onunla 
evlənmişdir. Uzun müddət qəzəblənmiş Əsəd Sultan onunla barışı-
ğa razılıq verməmişdir. Minnətə gəlmiş hörmətli el ağsaqqallarına 
da yox cavabı vermişdi. Xanmuradın Paşa və Əmir adlı iki oğlu ol-
muşdur. Əsəd Sultanın bu nəvələrini də tanımaması II Alməmməd 
Sultanı da narahat etmiş, öz sarayında Xanmurada bəylik rütbəsi 
vermək  qərarına  gəlmiş,  lazım  olan  sənədləri  düzəltdirmişdi.  O 
vaxtın qanunlarına görə xalq arasında xüsusi hörməti olan şəxslərə 

Sultan bəy və Xosrov bəy qardaşları
146
üç  nəfər  köklü  (“yazılma”  bəy  olmazdı)  əsilzadənin  zəmanəti 
və  əsilzadələrin  birinə  qohumluq  sənədi  tələb  olunurdu.  Bəylik 
komissiyası  Tiflisdə  yerləşirdi.  II  Alməmməd  Sultan  hazırlan-
mış sənədləri bəylik komissiyasına təqdim edir və oradan təsdiq 
üçün Peterburqa-imperatorun sərəncamına göndərir. İmperatorluq 
sənədlərlə tanış olur, lakin Xanmurada yox, onun – əsilzadə qızın-
dan doğulmuş oğlanlarına bəylik rütbəsi verilməsi haqda fərman 
verir. 
II Alməmməd Sultan bir neçə kərə Əsəd Sultanla bu barədə 
söhbət edir. Sonuncu söhbətlərin birində Əsəd Sultanın sarayında 
böyük bir məclisdə süfrə arxasında Əsəd Sultanla çəkişir. Şərt də 
bundan ibarət olur ki, hər kim uduzsa, mərci ödəsin. İki il çəkişmə 
davam edir, çox qüvvətli hafizəyə malik olan bu iki hakimin heç 
biri mərci udmağa nail ola bilmir. Bir gün çoxlu qar yağır, yollar 
kəsilir. Xüsusilə dağ keçidlərindən aşmağa imkan olmur. Bu çov-
ğunlu gündən istifadə edən II Alməmməd Sultan yaxşı bəslənmiş 
köhlən  atına  güvənərək Ağoğlan  dağ  keçidini  aşır,  Əsəd  Sultan 
yaşayan kəndə yaxınlaşır. Yolunu qəsdən dəyişdirib, yol olmayan 
yamacla atını sürür və haray çəkir: “borana düşmüşəm”, “kömək 
edin”, “yolu azmışam”. Uzaqdan səsi eşidib, borana düşmüş atlı-
nı görənlər Əsəd Sultana xəbər verirlər, ora kömək üçün adamlar 
göndərilir. Borana düşmüş adamı xilas edirlər, üzü-gözü sarılmış 
adam özünü Əsəd Sultana yetirir. Sarıqlar açılarkən bu adamın II 
Alməmməd Sultan olduğunu bilirlər, çox böyük heyrətlə “a kişi, nə 
olub”, “bu nə gündür” soruşmağa macal vermədən “bəs bilmirsən 
başıma nə gəlib?!” deyə atın cilovunu Əsəd Sultana verir. Özünü 
itirmiş  Əsəd  Sultan  atın  cilovunu  onun  əlindən  alır. Alməmməd 
Sultan hündürdən “apardım” deyir. Məsələ aydın olur, saray adam-
ları hamısı gülüşür, evə daxil olurlar. II Alməmməd Sultan arxa-
yınca Xanmurad və onun uşaqlarına, Əsəd Sultanın nəvələri Paşa-
ya və Əmirə bəylik verilmə sənədlərinə Əsəd Sultana imza etdirir. 
Fərman imzalanır və barışıq da başa çatır....”
Paşayev Rüstəm Kamal oğlu özünü Paşa bəyin qohumlarından 
sayır və bu yazının müəllifi ilə görüşündə bildirmişdir ki, “... Paşa 

Paşa bəy Zəngəzurun fəxr edəcəyi ağsaqqaldır
147
bəyin  atasıgil  üç  qardaş  olublar –  Xanmurad  (Paşa  bəyin  atası), 
Şahmurad və Gülmurad Xanmuradın oğlanları Paşa bəy birinci ar-
vaddan, Əmir bəy 2-ci arvaddan olan övladıdır və Əmir bəyin ana-
sı Əsəd Sultanın qızıdır. Paşa bəyin 7 oğlu, 3 qızı olub. İkiarvadlı 
olur. Birinci xanımı Bəyim xanım Qarabağın (hazırda Ağcəvədi ra-
yonu) Pəroğulları bəylərinin qızlarındandır. Bəyim xanımdan olan 
övladlar – Sultan, İsgəndər, Xosrov, Rüstəm və bacıları Avtabdır. 
Paşa bəyin ikinci xanımının adı Ağaxanım olub və Seyid Mirəzizin 
(Qarabağın bütün bölgələrində məşhur olan bütün seyidlər də bu 
səcərədən olmaqla Cənubi Azərbaycandan Murtuza bəy tərəfindən 
Laçın bölgəsinə gətirilmiş, özünün Aşağı yurd deyilən torpağında 
yerləşdirilmiş və sonralar bu yurd “Böyük Seyidlər” adlanmışdır. 
(Z.Nəbibəyli­“Laçın-85”, 2009-cu il, s. 73­84)) qızıdır”.
Paşa  bəyin  Seyid  Mirəzizin  qızı Ağaxanımdan  dünyaya  göz 
açan  övladları  –  Zülfüqar,  İsrafil,  Bahadur,  Ziba  və  Məhbub  ol-
muşdur.
Z.Nəbibəyli  özünün  “Laçın-85”  kitabında  Paşa  bəy,  Sultan 
bəy və Xosrov bəy haqqında qısa da olsa məlumat vermişdir. O, 
yazır: “...Paşa bəy özü çox ağıllı, tədbirli bir el ağsaqqalı olmuşdur. 
Müəyyən bir məsələni həll edəndə tanınmış insanların ağsaqqal-
lığı və ya, fikirlərini öyrənməklə qərar verərmiş. Ədalət naminə, 
yeri gəldikdə oğlanlarını da danlayar və ya tutduqları qeyri ciddi 
mövqedən çəkindirərmiş. Laçında Paşa bəyin adı həmişə yaxşılıq-
da çəkilən bir insan olmuşdur”.
Z.Nəbibəyli “Zəngəzurun qısa tarixi və coğrafiyası” haqqında 
ilk elmi kitab yazan bir araşdırıcı kimi – Qarabağa, Zəngəzura və 
onların bir parçası olan Laçın bölgəsinə aid yazdığı elmi yazıların 
xeyli hissəsində, xüsusən də Xosrov bəyə, Sultan bəyə həsr edilmiş 
iri həcmli yazılarında Paşa bəy haqqında da yeni-yeni məlumatlar 
vermişdir.
Laçın rayonu Şamkənd Sovetliyinin Çorman kəndində yaşa-
mış Məhərrəmov Məhərrəm özünü Paşa bəy nəslindən sayır və soy 
adının əslində Muradov olmalı olduğunu bildirir. Onun söylədiyinə 
görə Paşabəylər və onun qardaşları Muradov, yaxud Muradlı olma-

Sultan bəy və Xosrov bəy qardaşları
148
lıdır. Məhərrəmə görə Laçının Çorman kəndi Paşa bəyin dədə-baba 
kəndidir,  onların  Qurdgəzi  (Qurdqajı)  kəndinə  heç  bir  aidiyyatı 
yoxdur. Hazırda 72 yaşı olan Məhərrəm kişi bildirir ki, Paşa bəyin 
dağ otağı Çorman kəndindən yuxarı, Qırxqız dağının ətəyində Sa-
rımsaqlı  ilə  üzbəüz  Qətl  ağacında  olmuşdur.  Oğlu  Sultan  bəyin 
dağ otağı da atası Paşa bəyin evinin qarşı tərəfində – Sarımsaqlıda 
olmuşdur. Əslində isə bu torpaqlar və yurdlar qabaqlar Qarabağ 
xanlığının sərkərdəsi Nəbinin olmuşdur. 
Paşa  bəy  aşıq  musiqisini  çox  sevərmiş.  Bu  mənada  Laçının 
Peçeneq (Piçənis) bölgəsinin Subad yaşayış məntəqəsindən olan 
Aşıq Abbası tez-tez evinə dəvət edərmiş. Aşıq Abbas həm də çox 
hazırcavab  bir  aşıq  olmuşdur. Aşıq Abbasın  nəvəsi  Cənnət  Paşa 
bəyin oğlu Xosrov bəylə yaxın olmuşdur. Bu fikir də Məhərrəmin 
dediklərindəndir.  Məhərrəm  kişi  onu  da  qeyd  etdi  ki,  Əmir  bəy 
Paşa bəyin ögey oğludur, Əsəd Sultanın qız nəvəsidir. 
“Soy”  adlı  elmi-kütləvi  dərginin  Baş  Redaktoru  Ənvər  Çin­
gizoğlunun araşdırmalarına görə Paşa bəyin atası Xanmurad Qa­
sımuşağı obasında doğulmuşdur, onun Əlipaşa, Mehralı, Şahmu-
rad, Əmirmurad adlı oğlanları və Mehriban adlı qızı olmuşdur.
Əlipaşa (Paşa bəy) bəy1837-ci ildə Qasımuşağı obasında dün-
yaya göz açmışdı, mədrəsə təhsili alıb, əsas məşğuliyyəti maldar-
lıq olmuşdur. 
Bəzi  mənbələrə  görə  isə  Qasımuşağı  nəslinin  babalarının 
cənubi  Azərbaycandan  bu  yerlərə  gəlmələrini  göstərir.  Bu  fikir 
XIX əsrdə yaşamış, Bağdadda təhsil almış, anası və arvadı Paşa 
bəyin  nəslindən  olan,  Araflıda  yaşamış  Süleyman  bəy  özünün 
“Bəyliyin tarixi” kitabında vermişdir. Z.Nəbibəyli Süleyman bəyə 
və Mir Mövsün Nəvvabın “1905­1906-cı illərdə erməni-müsəlman 
davası” adlı kitabına istinadan yazır ki, Laçınlılardan (XX əsrin 
əvvəllərində) Şuşa, onun kəndlərini, Zəngəzurun bir çox kəndlərini, 
Laçının  özünə  mənsub  kəndlərini  ermənilərdən  müdafiə  edən, 
erməniləri cəzalandıran əsasən İbrahim bəy Alməmməd bəy oğlu 
olmuşdur. Sonralar bu işə Paşa bəy və oğlu Sultan bəy də qoşul-
muşlar, torpaq uğrunda böyük mübarizlik göstərmişlər... 1906-cı 

Paşa bəy Zəngəzurun fəxr edəcəyi ağsaqqaldır
149
ilin iyul ayında Şuşa şəhərində baş vermiş erməni-müsəlman da-
vası zamanı Şuşanın müdafiəsini 1-ci yaran İbrahim bəy olmuşdur. 
Onun ardınca Sultan bəy şəhərə girmiş, erməni quldurlarına lazımi 
cavablar  vermişlər.  Lakin,  bu  davada  İbraim  bəy  qəhrəmanlıqla 
həlak olmuşdur.....”
Qurdgəzili  Sona  xanımın  söylədiyinə  görə,  Paşa  bəy  keçəl 
Xanmuradın (el arasında belə deyərdilər) oğludur. Paşa bəyi Mun-
cuqlu çayının ətrafına ova aparırlar və bu dövrdə Paşa bəy hələ bəy 
adı almamışdı. Paşa bəy Muncuqlu çayının ətrafındakı qayadan qı-
zıl tapır və o, bir az da sərbəstləşir. Paşanın anası öləndə atası keçəl 
Xanmurada Əsəd Sultanlılardan bir bəyin qızını gəlin gətirirlər və 
qadının yanında Əmir adlı oğlu olur. Laçının Arduşlu kəndindən 
olan Paşa bəyin bir dostu ilə Qarabağın mərkəzi şəhəri, quberni-
yanın mərkəzi olan Gəncəyə təşrif buyuran dostlar Qubernatorun 
(rus) iki kiçik oğlunun hər birinə bir yüzlük verirlər və Əmir bəyin 
(Paşa bəyin ögey qardaşı) sənədlərindən istifadə etməklə – bəyal­
ma sənədlərini Qubernatorun vasitəsi ilə Tiflisə göndərərək Paşa 
bəy bəylik alır.
Sona  xanımın  dediyinə  görə  Paşa  bəyin  anası  Hətəmlər 
kəndindən, atası isə Qurdgəzi kəndindəndirlər. Sona xanımın özü 
isə Araflı bəyləri səcərəsinin bir qolundan olmaqla, Hətəm bəyin 
oğlu Paşa bəyin qızıdır. Hətəm bəyin atası 2-ci Bərxudar bəydir, 
1-ci Bərxudar bəy isə hazırda dünya şöhrəti tapmış böyük sərkərdə, 
Qarabağ xanlığını yaradanlardan biri, Zəngəzur mahalının Sultanı 
Murtuza bəydir. Sonra xanımın ərinin və qaynatasının da anaları 
bu səcərədəndirlər və Qurdgəzi kəndində yaşamışlar.
Paşa bəyin özü də gəncliyində atası Xanmurad kimi çodarlıq 
(çarvadarlıq) etmişdir. İstənilən halda, Paşa bəy öz ətrafı arasında 
– yəni bəylik adı almamışdan əvvəllərdə də və istərsə də bəylik 
aldıqdan sonra da yüksək hörmət sahibi olmuşdur. 
Paşa bəy, oğlu Sultan bəyi evləndirəndə gəlini Aran Qarabağ-
dan gətirəndə göstəriş vermişdir ki, gəlini birinci olaraq Cəbrayıl 
bəyin qapısına gətirsinlər və bəyin xanımı Qızyetər xanımın xeyir-
duasını alsınlar. Qızyetər xanım çox cəsarətli, mərd, kişi xasiyyət  

Sultan bəy və Xosrov bəy qardaşları
150
bir qadın olmuş, heç nədən çəkinməzmiş. Bununla yanaşı əri Cəb­
rayıl bəy kimi xeyirxah, əlidüşərli olmuşdur. Böyük Zəngəzur par-
çalandıqdan sonra ailə Alıqulu kəndindəki mülklərində yaşamışdır. 
Digər tərəfdən Cəbrayıl bəyin keçdiyi yol, aldığı təhsil Paşa bəy 
üçün bir örnək idi. Dostluq və qohumluq əlaqələri var idi. Qızyetər 
xanım gəlini və onu gətirənləri çox yaxşı qarşılayır, bəyə bir kəhər 
at, gəlinə isə biriliant qaşlı bir qolbağı və el adətinə görə kəlağayi 
bağışlayır. Bu həyətdə xeyli çal-çağır məclisi keçir, cavanlar isə 
baş üstə at çapırlar, at kəlləsinə güllə atmaqla şənlənirlər.
Cəbrayıl bəy öz dövrünün çox böyük ziyalısı, dövlət xadimi, 
sərkərdəsi olmaqla insanlar arasında çox böyük nüfuz sahibi idi. O, 
Tatef və Zəngəzur mahalının başçısı olarkən kəndləri bir-bir gəzər, 
kasıb insanlara əl tutar, toxum verər, öküz, cüt verər və tapşırar-
mış ki, yaxşı çalışsın, çörək üçün heç kimə əl açmasınlar. Kənd ağ-
saqqallarına və varlılarına isə tapşırarmış ki, gələn payız gələcəm, 
elə edin ki, kəndinizdə çörəyə möhtac olan adam olmasın. O, 16 il 
Bağdadda ali dini-ruhani təhsili almış, Odessa Tibb Universitetini 
bitirmişdi. İnsanların özləri ilə yanaşı, at və öküzlərini də müalicə 
edərmiş,  özünü  xalq  arasında  çox  sadə  apararmış.  Cəbrayıl  bəy 
Azərbaycandan yeganə şəxsdir ki, 25 il ruslara qarşı, vətəninin azad-
lığı uğrunda çarpışan Şeyx Şamilə silah-sursatla, atla, pulla yardım 
göstərmişdir. Şeyx Şamillə ikinci görüşündə – təsadüfən qolundan 
yaralanmışdır.  Bu  haqda  Şeyx  Şamilin  mirzəsi,  “Yeni  Musavat” 
qəzeti, Süleyman bəy Nəbibəyli “Bəyliyin tarixi” kitabında və Da-
ğıstanın bir çox qəzetlərində müxtəlif illərdə yazılar vermişlər.
Zəngəzurun təbiəti, insanları, oranın yaşayış tərzi, tarixi şəx­
siyyətləri, bəyləri, ağaları haqqında xeyli elmi və publisistik yazı-
lar yazılmışdır.
Bu sətrlərin müəllifi isə Zəngəzurun keçmiş tarixi və coğrafi-
yasına aid ilk elmi kitab yazmışdır (Z.N. – “Zəngəzurun qısa tarixi 
və coğrafiyası”. Bakı – 2000-il).
Paşa bəyin yaşadığı dövr isə XIX əsrin 2-ci yarısı və XX əsrin 
birinci  yarısına  təsadüf  edir.  XX  əsrin  1905­1906—ci  illərindən 
başlayaraq Rusiyanı, o cümlədən onun əsarətində olan Azərbaycanı 

Paşa bəy Zəngəzurun fəxr edəcəyi ağsaqqaldır
151
bolşevik üsyanları çuğlamışdı. Bu dövrün bolşevik yazarları əsa­
sən  sovetləri  təriflər,  onun  siyasi  tələbinə  uyğun  yazılar  yazar, 
məlumatlat verərdilər. Çox hallarda da başqa çıxış yolu olmurdu. 
Belə yazarlardan biri də Nəzər Heydərovdur. O, özünün “Zəngəzur 
dağlarında” kitabında (əsər rus dilində 1968-ci ildə, 1972-ci ildə isə 
Azərbaycan türkcəsində Bakıda Azərbaycan Dövlət nəsriyyatında 
çap edilmişdir) yazır: – “Zəngəzurun ucsuz-bucaqsız yaylaqları çox 
qədimdən nəinki bu yerlərin aşağı hissəsinin köçəri-maldarlarını, 
hətta Qaryağın (Füzuli), Şuşa, Salyan və Cavad mahallarının mal-
darlarını özünə cəzb edirdi. Köçəriləri öz sürüləri ilə indiki Sisyan, 
Laçın, Qafan və Gorus rayonlarının otu bol olan, sərin dağlarında 
yaylaqdan yaylağa köçər, üç ay bu yerlərdən qoyun-quzu mələrtisi, 
çobanların hay-harayı kəsilməzdi. Cənubi Zəngəzurda qışın müla-
yim keçməsi Bərgüşad, Həkəri dərələrindəki qışlaqlarda, Araz boyu 
dərələrdə mal-qara və qoyun saxlamağa imkan verirdi. Zəngəzur 
mahalının  əhalisi  əsasən  azərbaycanlılardan  və  ermənilərdən 
(İran dan  və Türkiyədən  köçürülmələr  hesabına)  ibarət  idi.  Bura-
da kürdlər (Qurdlar) və ruslar da yaşayırdı, lakin onlar çox az idi. 
Azərbaycanlılar və ermənilər əsasən oturaq həyat sürürdülər. 
İnqilaba qədər məhsuldar torpağı, yaxşı qışlağı olmayan Laçın 
rayonunun əhalisinin xeyli hissəsi adətən payızda öz heyvanları ilə 
Qarabağın aran yerlərinə köçərdilər. Qışlağa köçən kürdlər Şuşaya 
Zəngəzur (İrəvan) darvazasından girər, şəhərin içərisindən keçərək 
Gəncə darvazasından çıxardılar. O zaman şəhərin kənarından yol 
yox idi, yalnız cığırlar var idi. Köçərilər Şuşadan bir-birinin arxa-
sınca  ailə-ailə  köçərdilər.  Görürdün  ki,  5­6  nəfərdən  ibarət  kürd 
ailəsi şəhərin içərisi ilə gedir. Onlar 4­5 baş qaramalı və 5­6 qoyun-
quzunu qabaqlarına qatıb aparırlar. Evin bütün avadanlığı ulağa, 
öküzə  və  inəyə  yüklənərdi.  Ana,  körpə  uşağını  dalına  şəllərdi, 
ondan böyük uşaqları isə yüklü öküzün, ulağın, yaxud da inəyin 
üstünə mindirərdilər.
Cavan, orta yaşlı yoxsul kürdlər Qarabağda xanların, bəylərin 
və qolçomaqların qapısında işlərdilər. Əvəzində ağalar onları və 
ailələrini yedirərdilər.

Sultan bəy və Xosrov bəy qardaşları
152
Laçın  və  Qubadlı  rayonlarında  kürdlərin  torpaqları  olmadı-
ğına, zootexnika çox aşağı olduğuna görə, babat yaşamaq üçün, 
kifayət qədər mal-qara saxlaya bilmirdilər. Kənd təsərrüfatının bu 
vəziyyətə  düşməsinə  uzun  əsrlərdən  bəri  davam  edən  köçərilik 
səbəb  olmuşdu.  Bütün  bu  səbəblərə  görə  kürdlər  oturaq  həyata 
keçmir və əkinçiliklə məşğul olmurdu. 
Keçmiş Zəngəzur qəzasında üç Sultanovlar nəsli yaşayırdı.
İndiki Laçın rayonuna daxil olan Qurdgəzi (Qurdqajı) kəndin­
dən olan Sultanovlar nəslən, ata-babadan mülkədar deyildilər. Qa-
rabağın general-qubernatoru Xosrov bəyin babası çarvadar olmuş-
du. O zaman xalq arasında deyərdilər: “hər oxuyan Molla Pənah, 
hər qatırçı Murad olmaz”. Bax, həmin bu qatırçı Murad, Sultanov-
ların babası idi. Murad varlanıb, Əsəd Sultanlı bəyinin qohumunu 
almışdı. Öz doğma oğlu Paşanı isə Əsəd Sultanlı bəyinin oğlu kimi 
qələmə vermişdi, güya uşaq yetimdi, dul anası yanınca gətirmişdi.
Sultanovlar çox böyük maldar idilər. Yüzlərlə inəkləri var idi. 
Bunlar Zəngəzurda və Qarabağda Hacısamlı cinsi adı ilə məşhur 
damazlıq inəklər idi.
Sultanovlar qiymətli Hacısamlı meşələrini muzdurlara qırdırıb 
xaricə, Fransaya göndərirdilər. Bu cür onlar varlanıb, bütün qəzaya 
meydan  oxuyur,  kəndliləri  meşə  işində  amansızcasına  istismar 
edirdilər.
Sultan bəy Sultanov və Zəngəzurun başqa mülkədarları, yox-
sullaşmış bəylərdən seçdikləri yüzbaşılara arxalanaraq, kəndliləri 
vicdansızcasına və acgözlüklə çapıb talayır, istismar edirdilər. Çar 
hökuməti dövründə Laçın rayonunda şöhrəti Zəngəzurdan uzaq-
lara  yayılmış,  çoxlu  mal-qarası  və  böyük  meşə  təsərrüfatı  olan 
Sultan bəy müsavat hakimiyyəti dövründə o qədər varlanmışdı ki, 
(Əslində Sultan bəy müsavata qədər varlı idi. O, müsavatdan heç nə 
görməyib Z.N) təpədən dırnağadək silahlanmış qoçular saxlamaq-
la  kifayətlənmir,  quldur  dəstələri  saxlayırdı.  Zəngəzur  qəzasının 
Azərbaycan hissəsində hamıya yaxşı məlum idi ki, Sultan bəyin 
sərəncamında həmişə bir neçə yüz atlı quldur var və bu yerlərdə 
hakimi-mütləq olan bəy onların köməyi ilə kəndliləri həmişə qorxu 

Paşa bəy Zəngəzurun fəxr edəcəyi ağsaqqaldır
153
altında saxlayır. Hətta, inqilaba (bolşevik inqilabı nəzərdə tutulur) 
qədər onun ixtiyarında olmayan bir çox kəndlərin sakinləri Sultan 
bəyin və onun azğınlaşmış qohumlarının haqsız tələblərini sözsüz 
yerinə yetirməyə məsbur idi”.
Əlbətdə,  bu  fikirlərin  əksəriyyəti  həqiqətə  uyğun  deyildir.  
Bu  nu tarixi və elmi araşdırmalarımız sübut edir. Yüzbaşıların bəy­
lər dən seçilməsi sırf təhsillə, savadla bağlı olmuşdur. Digər tərəf dən  
müsavat hökumətinə qədər də Sultan bəy Paşa bəy oğlu varlı idi. 
Sultan bəy müsavat hökumətinin Zəngəzura, o cümlədən onun La-
çın bölgəsinə gəlişinə qədər səlahiyyətinə aid olan kəndlərdən qoçu, 
quldur  deyil,  ilk  növbədə  sırf  silahdan  istifadə  qaydalarını  yaxşı 
bilən və kasıb, varlı olmağından asılı olmayaraq bəyləri cəmləmişdi. 
Həm  də  bu  bəylər  silahdan  istifadəni  bacarmayan  insanlara  si-
lahdan  istifadəni,  döyüşün  qaydalarını  öyrədirdilər  –  imkanları 
çərçivəsində malları, pulları, atları, silahları və canları ilə vətənin 
daşnaklardan  mühafizəsi  yolunda  Sultan  bəyin,  sonralar  Xosrov 
bəyin, Paşa bəyin və digər seçilən bəylərin göstərişlərini könüllü 
olaraq  yerinə  yetirirdilər.  Məlumatlar  göstərir  ki,  bu  döyüşlərdə 
ölənlərin əksəriyyəti bəy səcərəsi olan insanlardır. Buna misal ola-
raq Andraniklə döyüşlərdə XVIII əsrin ikinci yarısında Zəngəzur 
Sultanı olmuş Murtuza bəyin 35-dən çox yaşayış məntəqələrində 
yaşayan nəticə və kötücələrinin Sultan bəylə çiyin-çiyinə döyüşərək 
şəhid olduqlarını əyani dəlillərlə göstərmək kifayətdir.
Sultan  bəyin  qohumlarının  isə  ayrıca  təsərrüfatları  yox  idi, 
onlar sadəcə onun təsərrüfatlarında icraçı idilər. Vətən qarşısında 
çox böyük tarixi xidməti olan Xosrov bəyin isə heç bir şəxsi var-
dövləti olmamışdır. Çəkdiyi xərclər və yaşayışı isə atası Paşa bəyin 
hesabına idi.
Hətta, “Qızıl Ordunun” 32-ci diviziyası Qarabağda onlara qarşı 
qiyam qaldırmış xalqı əzdikdən sonra, Laçın bölgəsinə gəlsələr də 
Sultan bəyin qorxusundan indiki Laçın (Abdallar) şəhərindən Ha-
cısamlıya tərəf getməyə cürət etməmişlər. Bolşeviklər o bolşeviklər 
idilər  ki,  ermənilərin  xahişini  yerinə  yetirmək  üçün  Zəngəzurun 
Azərbaycan hissəsindən məcburən taxılı alıb ermənilərə – Xınzirək 

Sultan bəy və Xosrov bəy qardaşları
154
ermənilərinə göndərirdilər. Bu işlərin təşkilatçılarından biri – adı 
bolşevik özü isə daşnak olan Şmavon Şahnazaryan idi. Bu o Şah-
nazaryanlardan idi ki, Qarabağ xanı İbrahimxəlil xan erməni üs-
yançılarını  cəzalandıranda  babaları  Şahnazaryan  (Əslində  bu  ad 
Azərbaycan adı olmaqla Şahnəzər olmuşdur) doğma qızını xana 
bəxşiş gətirməklə özünü və ailəsini xanın cəzasından xilas edə bil-
mişdi.  Xanın  qohumu  olmaqla,  sonralar  Qarabağda  geniş  əl-qol 
açmış, böyük var dövlət toplamışdı. İbrahimxəlil xanın Şahnəzərin 
qızından olan oğlunu İran Şahının sarayında xanzadə kimi – bir 
növ girov qoymuşdu. Lakin, erməni qızından olan xanın oğlu İran-
dakı  ermənilərlə  əlbir  olmaqla  İran  şahının  ordusunun  qabağına 
düşərək  atasının  üstünə  gətirərək,  Qarabağ  xanlığının  farsların 
əlinə keçməsinə yardımçı olmuşdur. Odur ki, birdəfəlik bilməliyik 
– “ilanın ağına da lənət qarasına da”.
Paşa bəyin oğlanları Xosrov bəy Qarabağın general-quberna­
toru olaraq, Sultan bəy isə Zəngəzurun Hacısamlı bölgəsinin rəh­
bəri olaraq bolşevikləri Qarabağa və Zəngəzura buraxmırdılar və 
bu yolda hər iki qardaş xeyli işlər görmüşlər.
Bu işlərdə də daşnak ermənilər cildlərini dəyişərək rus qoşun-
larını bu bölgələrə dəvət etmişlər, ruslarla birlikdə Azərbaycan xal-
qına qarşı müharibənin ön sıralarında getmişlər. 
N.Heydərov  yazır:  –  “İngiltərə  və ABŞ  tərəfindən  qızışdırılan 
daşnaklar 1920-ci il sentyabrın 24-də Bardiz və Ketekə yaxınlığında-
kı türk qoşunlarına hücum etdilər. Səfərbərliyi qurtarmış türk qoşunu 
daşnakların hücumunu dəf edərək, əks hücuma keçdi. Sentyabrın axı-
rında türklər Sarıqamışı, Mərdələki tutdular və indiki Ermənistanın 
(Qərbi Azərbaycanın) içərilərinə doğru irəliləməyə başladılar.
İngilis-Amerika imperalistlərinin hesabına görə türk ordusu bir 
qədər də irəliləyib, o zaman Azərbaycanda olan Qızıl Ordu hissələri 
ilə toqquşmalı idi. Türk qoşunu çətinlik çəkmədən, oktyabrın 20- 
də Kars qalasını, noyabrın 7-də isə Aleksandropol şəhərini tutdu.
Türk qoşununun indiki Ermənistanı tamam tutacağını görüb, 
Sovet  hökuməti  noyabrın  11-də  yenidən  ermənilərə  və  Türkiyə 
hökumətinə öz vasitəçiliyini təklif etdi.

Paşa bəy Zəngəzurun fəxr edəcəyi ağsaqqaldır
155
Noyabrın 18-də on günlük sülh müqaviləsi bağlandı”.
Bu illərdə Zəngəzurda hələ də bolşeviklər qələbə çalmamışdı 
və Paşa bəyin oğlanları onlara qarşı mübarizəni davam etdirirdilər. 
Xosrov bəy Sultanovun müavini artıq bolşeviklər tərəfə işləyirdi, 
bəziləri də ona qoşulmuşdular. 
Özləri  üçün  müstəqil  dövlət  yaratmaq  fürsəti  əllərinə  düşən 
daşnaklar bu imkandan yararlana bildilər. Onlar bolşeviklər tərəfə 
keçməklə  1920-ci  il  noyabrın  28-də  Dilicanda  Ermənistan  fəhlə 
və zəhmətkeş kəndliləri inqilabi komitə yaratdı. Ertəsi gün komitə 
Ermənistan Sovet Sosialist Respublikası yaradılması haqqında dek-
larasiya verdi. İki gün sonra, 1920-ci il iki dekabrda, Ermənistan 
SSR-in suverenliyi haqqında RSFSR ilə Ermənistan SSR arasın-
da müqavilə bağlandı. Beləliklə, Qərbi Azərbaycan Azərbaycanın 
əlindən yenidən çıxdı.
Lakin, imperialist dövlətlər hələ də daşnaklara bu gün oldu-
ğu kimi yardım etməkdə davam edirdi. Xosrov bəy və Sultan bəy 
qardaşlarının isə heç yerdən yardımları yox idi. Onlarsa əllərindən 
gələnləri etməkdə israrlı idilər.
M.B.Traskunov  “Qafqazskaya  Krasnoznamennaya”  kitabı-
na  arxiv  sənədlərinə  əsasən  yazmışdır:  “Daşnak  ordusu  Ameri-
ka çörəyi yeyirdi. Yalnız 1920-ci ilin iyulunda ABŞ Ermənistana  
50 min əsgər üçün ərzaq, silah və hərbi sursat göndərmişdi.
ABŞ-ın daşnaqlara belə yaxınlıq etməsi İngiltərəyə, Fransaya, 
İtaliyaya və digər imperalist hökumətlərə Yaxın Şərqdə və Zaqaf-
qaziyada ərazi zəbt etməyə mane olmurdu. Lloyd-Corc hökuməti 
daşnak ordusunun döyüş qabiliyyətini yüksəltmək qayğısına qala-
raq, 1920-ci ildə ona 40 min əsgər üçün silah və paltar göndərmişdi, 
Fransa isə 10 min tüfəng və 10 milyon patron vermişdi”. General 
Njde (erməni) və onun ən yaxınları istisna olmaqla bütün daşnak 
ermənilər bolşeviklərlə birləşərək hər tərəfdən Zəngəzura, Yuxarı 
Qarabağa və onun bir bölgəsi olan Laçına hücuma keçdilər. 
“Böyük  Oktyabr  Sosialist  inqilabı  və  Ermənistanda  Sovet 
hakimiyyətinin  qələbəsi”.  Sənədlər  məcmyəsi.  Erevan. Aypetrat, 
1957-ci il, səhifə 567-də göstərilir: ­ “Sovet qoşunları Ermənistan 

Sultan bəy və Xosrov bəy qardaşları
156
tərəfdən Zəngəzura üç istiqamətdə gedirdi. Ermənistan Qızıl Or-
dusunun (daşnakların) 1-ci, 2-ci və 3-cü polku Verdi-Daralagöz-
Sisyan  tərəfdən;  184-cü,  4-cü  süvari  polku  Naxçıvan-Biçənək-
Sisyan  tərəfdən;  177-ci  və  178-ci  polklar  Naxçıvan-Ordubad-
Mığrı tərəfdən;1-ci Qafqaz korpusu isə Qarabağ tərəfdən Zəngəzur 
üzərinə hücuma keçdi.
İyulun 2-də 1-ci Qafqaz korpusu Gorusa daxil oldu. Onların 
arxasınca sisyan tərəfdən gələn hissələr də şəhərə girdi.
Daşnak “hökuməti”, başda general Njde olmaqla Qafan dağla-
rına çəkildi və Mığridən İrana adladı”.
Yazılanlardan məlum olduğu kimi Sultan bəyin belə bir qoşu-
nu yox idi ki, bu boyda bolşevik-daşnak ordusunun qarşısında da-
yansın. Onun yeganə ümid yeri Laçın əhalisi idi. Xosrov bəyin isə 
yanında bir nəfərdə olsun insan yox idi. Bütün bunlara baxmaya-
raq qardaşlar 1923-cü ilə kimi bu bölgədə qala bilmişdilər. Hətta, 
bolşeviklərin həbs etdikləri Xosrov bəy türmədən çıxmağa nail ol-
muşdu. Xosrov bəylə N.Nərimanov dost idilər, hər ikisi həkim idi. 
Müxtəlif fikirlər olsa da, əslində Xosrov bəyi Bayil türməsindən 
N.Nərimanov qaçırda bilmişdir və bu haqda Azərbaycan arxivində 
sənəd də mövcüddur.
N.Heydərov  yazır:  –  “Keçmiş  Hacısamlı  mülkədarları  Xos-
rov bəy və Sultan bəy Sultanovlar böyük bir antisovet bandanın 
fəaliyyətinə başçılıq edirdilər. Digər Sultanovlar Qubadlı sahəsində 
Lətifin və Kərimin bandasına başçılıq edirdilər. Zəngilan rayonun-
da,  İran  sərhəddində  Mincivan  bəyləri  Bəhmən  bəyin  bandasını 
təşkil etmişdilər”. (N.Heydərov – “Zəngəzur dağlarında” – Bakı 
– 1972-ci il. səh.131) Həqiqət isə başqadır. Xosrov bəy öz silah-
daşları  vasitəsi  ilə  öz  adından  ayrıca,  atası  Paşa  bəyin  adından 
ayrıca  həm  yazılı  və  həm  də  şifahi  olaraq  çekanın  rəisi  işləyən, 
şəxsən tanıdığı M.C.Bağırova bu insanların dövlət qarşısında gü-
nahsız olduqlarını, daşnak-vəhşi ermənilərdən doğma torpaqlarını 
müdafiə etməsində Sultan bəyin qəhrəmanlıq göstərdiyini nəzərə 
çatdırmışdır. Xosrov bəyin bu sifarişinə Sultan bəy özünə mənsub 
münasibət  bəsləmiş  və  bolşeviklərə  inanmadığını  bildirmişdir. 

Paşa bəy Zəngəzurun fəxr edəcəyi ağsaqqaldır
157
M.C.Bağırov isə qatı kommunist idi, bəylərə mülkədarlara inan-
mırdı, ermənilər kimi millətçi də deyildi. Mərkəzi Komitənin də 
tapşırığı burjua təbəqəsini bir sinif olaraq məhv etmək idi. Digər 
tərəfdən  Azərbaycanda  hakimiyyətdə  əsasən  ermənilər,  ruslar, 
gürcülər və yəhudilər idi. M.C.Bağırov istəsə idi belə, bu mümkün 
deyildi. Ermənilər isə həmişə olduğu kimi “fürsəti fövtə vermir”, 
Sultan  bəy  və  Xosrov  bəyin  öldürülməsini  təkidlə  tələb  edirlər. 
Qa rabağ və Zəngəzur ermənilərinin adından cürbəcür tələblər irəli 
sürürlər. M.C.Bağırov dostluq etdiyi Sultan bəyin qohumu vasitəsi 
ilə onu öldürməyə qərar verir. Lakin, iki yol ayrıcında qalan Sultan 
bəyin  qohumu  onu  yaralamaqla  bu  oyundan  yaxasını  qurtarmaq 
istəyir. Nəticəsi isə ona baha başa gəlir. Sultan bəy də elə ona güllə 
atanı onun dostunun əli ilə aradan götürür.
Bir çox erməni, rus, azərbaycan arxivlərində olan məlumatlar 
göstərir  ki,  1920­1921-ci  illərdə  Zəngəzur  bölgəsində  qanlı  qır-
ğınlar davam etməkdə idi. Zəngəzurda bu qırğınları törədən təkcə 
Andranik  deyildi.  Laçından  Qarabağa  keçə  bilməyən  ermənilər 
1919-cu ilin ikinci yarısından başlayaraq erməni daşnak hökuməti 
Zəngəzuru  hər  vasitə  ilə  möhkəmləndirirdi.  Zəngəzura  arası 
kəsilmədən bir-birinin ardənca silahlı dəstələr göndərməkdə davam 
etdirməkdə idi. 1919-cu ilin dekabr ayında hərbi nazir Dro özü bö-
yük hərbi hissə ilə Zəngəzura gəlir. Bundan əvvəl Dro Zəngəzura 
gətirəcəyi qoşununu nəyə qadir olduğunu İrəvanda paradda nüma-
yiş etdirir.
Tarixi məlumatlara görə 1919-cu ilin dekabr ayında, 1920-ci 
ilin yanvar və mart aylarında Dro və Njde bir-birinin ardınca üç dəfə 
hərbi yürüş edərək, Zəngəzurun azərbaycanlılar yaşayan kəndlərini 
talan edib, qoşunlarının bir hissəsi ilə Dağlıq Qarabağa girmişlər. 
N.Heydərovun  yazdığına  görə  –  “Daşnaqlar  müsavat  qoşunları 
üzərində qələbədən (Qarabağ nəzərdə tutulur) ruhlanaraq, 1919-cu 
ilin oktyabr ayında “qardaş ermənilərə kömək” bəhanəsi ilə, əslində 
isə müsavat hökuməti əleyhinə üsyan hazırlamaq üçün öz emissar-
ları – Arsen Ter-Mikaelyanı (başçı), polkovnik Dəli-Qazarı və pot-
mistr  Martirosyanı  qabaqcadan  Dağlıq  Qarabağa  göndərmişdilər. 

Sultan bəy və Xosrov bəy qardaşları
158
Emissarlara siyasi işçilərdən Artyom Tumanyanı və Astasatur Ave-
tisyanı  da  qoşmuşdular.  Bütün  bu  dəstə  Qarabağa  gəldiyi  zaman 
daşnaqlar  Zəngəzurda  müsavat  qoşunlarının  hücumunun  qarşısı-
nı dəf edirdilər və bütün Qarabağı tutmağa hazırlaşırdılar. Müsa-
vat  hökuməti  də  (Xosrov  bəyin  təşkilatçılığı  ilə)  öz  növbəsində, 
Zəngəzuru tutmaq üçün Qarabağda hazırlıq işləri görürdü.
Daşnaqlar  Zəngəzuru  və  Qarabağı  Kür  çayına,  Gürcüstanın 
sərhəddinə  qədər  sağ  sahili  tamam  tutmaq  istəyirdilər.  Bu  onla-
rı nəinki Bakını, hətta Tiflisi də qorxu altında saxlamağa imkan 
verərdi.  Onlar  söz  yox  ki,  Amerika  imperalistlərinin  köməyi 
ilə,  özlərinin  çoxdankı  planlarının  birinci  hissəsini  –  “dənizdən 
dənizə qədər olan Ermənistan” yaratmaq planlarını bu cür həyata 
keçirməyə hazırlaşırdılar. Amerikalılar isə Bakının neft sərvətlərinə 
daşnaqların əli ilə çatmaq istəyirdilər”.
Digər  mənbə,  “SSRİ-də  vətəndaş  müharibəsi  tarixi”  cild 
3,  Moskva,  1957-ci  il,  səhifə  333-də  isə  göstərir  ki,  “...daşnaq-
lar  Zaqafqaziyaya  Ermənistandan  girməyə  başlayan  Amerika 
imperialistlərinin agenti idi. Amerika imperialistləri Ermənistanın 
Türkiyə, Rusiya və İran hissələrini birləşdirib, Ermənistan üzərində 
ABŞ-ın “dost” protektoratını qurmaq fikrində idilər. Amerika dip-
lomatlarının hesabına görə, “Böyük Ermənistan” bütün Zaqafqazi-
yanı tutmaq üçün ABŞ-ın işini asanlaşdırmalı idi”.
Ondan yüz ilə yaxın vaxt keçsə də erməni də həmin ermənidir, 
ABŞ-da həmin ABŞ-dır və digərləri də eyni qayda ilə Azərbayca­
nın yeganə ümidi Türkiyə və özüdür. Amma, bununla yanaşı ətraf 
ölkələrlə – xüsusən də türk dövlətləri, gürcülər və farslarla “dil” 
tapmaq çox gərəklidir. 
İndi olduğu kimi, daşnaklar xarici qüvvələrdən dəstək, silah-
sursat, pul, siyasi dəstək almaq üçün Ermənistan respublikası oldu-
ğu halda belə, Zəngəzurda “Yeni Ermənistan hökuməti”, “Dağlıq 
Ermənistan hökuməti”, “Azad syunik hökuməti” adı altında erməni 
dövlətinin  mövcudluğu  haqqında  cürbəcür  bəyanatlar  verirdilər. 
Əslində isə hökumət kimi daşnaklar nə Zəngəzurda, nə də başqa 
bir yerdə fəaliyyət göstərmirdilər.

Paşa bəy Zəngəzurun fəxr edəcəyi ağsaqqaldır
159
Tarixi  vərəqlədikcə  məlum  olar  ki,  keçmiş  SSRİ  məkanında, 
xüsusən də Azərbaycanda guya bir nəfər də olsa yaxşı bəy, mülkədar, 
din xadimi, ziyalı olmamışdır. Düzdür, Sovet hakimiyyəti bu tə bə­
qələrin insanlarının hamısının bir sinif olaraq ləğv olması, məhv ol­
ması haqqında qərar vermişdi. Lakin, istənilən təbəqə insanlarının 
hamısına eyni damğanın vurulması öz-özlüyündə bu quruluşun nə 
dərəcədə bəsit, düşüncəsiz və mənəvi dəyərlərə söykənmədiyinə əya­
ni bir sübutdur. Çox qəribədir ki, uzun müddət bu quruluş çərçivə­
sində formalaşan ziyalılarımızın, tarixçilərimizin, alimlərimizin xey li 
hissəsi bolşeviklərin nöqsanlarını bir həqiqət kimi qəbul etmişlər.
N.Heydərov yazır – “Yuxarıda dediyim kimi Hacısamlı bəyləri 
– Xosrov, Sultan və İsgəndər Sultanovlar bütün camaatı qorxu al-
tında saxlayan ən qəddar istismarçı və ən zalım müstəbidlər idilər. 
Çar hökuməti zamanı nə nahiyə pristavı, nə qəza rəisi yerli kəndlə­
ri  onların  özbaşınalığından  qorumaq  belə  istəmirdi.  Zəngəzurun 
zəngin təbii sərvətləri – meşə sahələri, yaylaqlar varlı sultanovla-
rın əlində idi. Ehtiyatsızlıq edib sultanovların dalınca bircə kəlmə 
pis danışan adamı Sultan bəy cəzasız qoymazdı”. Qeyd edək ki, 
Sultan bəy Hacısamlı bölgəsinin bəyi idi və bir çox məsələlərdə 
bölgəyə cavabdeh şəxs idi. Bu mənada onu başa düşmək olar. La-
kin, qardaşı Xosrov bəy çox gənc yaşlarından təkcə Hacısamlıdan 
deyil, bütün Qarabağdan getmişdi və bu bölgəyə ancaq general-
qubernator kimi gəlmişdi. Onun da mərkəzi Şuşa idi. Xosrov bəy 
ancaq  Cümhuriyyət  məhv  olduqdan,  bolşeviklər  hakimiyyətə 
gəldikdən  sonra,  Bakı  türməsindən  azad  olduqdan  sonra  Laçına 
gəlmiş,  öz  ata-baba  yurdunda  yaşamamış,  Hacısamlıda  onu  heç 
kim görməmişdir. Çünki o, Sultan və İsgəndər bəy qardaşları ilə 
birlikdə  Cənubi  Azərbaycana  getməli  olmuşdur.  İsgəndər  bəyə 
gəldikdə isə o, ancaq və ancaq Sultan bəyin təsərrüfatlarında icraçı 
bir  şəxs  olmuşdur.  O,  dövlət  qarşısında  məsul  şəxs  deyildi,  heç 
bir vəzifə sahibi də deyildi. Digər tərəfdən bu bölgədə Sultanov-
lardan da başqa bəylər var idi. Amma, hakimiyyət sahibi olmayan 
bu bəylər də, çox kiçik təsərrüfatı olan bəylər, mollalar, heç nəyi 
olmayan ziyalılar da bolşevik quruluşunun qurbanı olmuşlar.

Sultan bəy və Xosrov bəy qardaşları
160
Erməni daşnakların ardınca bolşeviklər bu və ya digər yollarla 
Zəngəzurda, Yuxarı Qarabağda, Laçında olan bəyləri ilk növbədə 
aradan  götürməkdə  qərarlı  idilər.  Bu  yolda  əsasən  ermənilər  can­
fəşanlıq  edir,  bölgənin  bolşevik  özəklərinin  fəallarından  istifadə 
edirdilər. Ermənilər istənilən şəraitdə cildlərini dəyişərək, indidə bol-
şevik adı ilə Sultan bəyi, Xosrov bəyi, qardaşlarını və digər məlum 
bəyləri aradan götürmək üçün böyük səylər göstərir, fikir yaradır, bu 
insanların hətta gizləndikləri yerləri ruslara xəbər verirdilər.
Sultan  bəy  də  heç  cürə  bolşeviklərə  qarşı  mübarizəsindən 
ya yınmaq istəmirdi. O, inanırdı ki, Azərbaycan müstəqil olacaq, 
Azərbaycan  Demokratik  Cümhuriyyəti  yenidən  hakimiyyətə 
gələcək.  Hətta,  qardaşı  Xosrov  bəyin  onun  yolunu  tutmasını 
istəyirdi. Xosrov bəy isə uzun müddət siyasi yol keçmiş bir şəxs 
kimi həqiqətləri görməkdə daha uzaqgörən idi.
Laçınlı İsmayıl Mirzəyev bolşevik idi. O, inqilabdan əvvəl Ba-
kıya işləməyə getmiş, 1914-cü ildə bolşeviklərin cərgəsinə qatıl-
mış və Rusiyada vətəndaş müharibəsi illərində Saritsin yaxınlığın-
da bolşevik olaraq Çara qarşı döyüşmüşdü. Digər bolşevik Laçınlı 
Ocaqqulu Musayev 1919-cu ildən bolşevik partiyasının üzvü idi 
və 1922-ci ildə erməni daşnaqları tərəfindən qətlə yetirilmişdi. Hər 
iki şəxs, hətta Zəngəzurda məşhur bolşevik idilər. Lakin, onlar Sul-
tan bəyə qarşı heç bir pis əməllərdə iştirak etməmişlər.
Bununla  yanaşı  Ocaqqulu  Musayevin  şəxsində  Laçının 
Mollaəhmədli kommunist özəyi xeyli güclü idi. Bundan istifadə 
edən  bolşeviklər  buraya,  Sultan  bəyin  və  digər  bəylərin  ələ 
keçirilməsi məqsədi ilə 1920-ci ilin may ayından Bakıdan bolşe-
vik Abbas  Sultanovu  Laçına  ezam  etmişdilər.  Əslən  Zəngəzurlu 
olan Abbas da qatı kommunist idi, yazılanlara görə çox cəsarətli 
adam  olmuş,  bolşevik  ideyasının  təbliğlərinə  inanmış,  özü  əsilli 
ailədən  olsa  da  Çingiz  İldırım  sayağı  “kommunist  yükü”  daşı-
mışdır. Abbasın Laçına gəlişini Sultan bəyə çatdırdıqda, o, Araf-
lıdan Mirzə Həmid bəy Nəbibəylini və Teymur Qulu oğlu Allah-
verdiyevi Minkəndə göndərmiş və Abbas Sultanovu öz hüzuruna 
gətizdirmişdi  (Qeyd  edək  ki,  Mirzə  Həmid  bəyə  bolşeviklərin 

Paşa bəy Zəngəzurun fəxr edəcəyi ağsaqqaldır
161
iddialarının  çoxu  onun  Sultan  bəylə  birlikdəki  fəaliyyəti  olmuş 
və 1935-ci ildə həbs etməklə məhv etmişlər. Araflı Nəbibəyliləri 
əvvəllər də Sultan bəylə bir olmuşlar və qohumluq əlaqələri də var 
idi). Sultan bəy Abbas Sultanovu yaxşı qarşılamış, birlikdə süfrə 
arxasında oturub çörək kəsmişlər, hər tərəfli söhbət etmişlər. Sul-
tan bəy Abbası şəxsən tanımasa da kommunist kimi kimliyini və 
Zəngəzurun Qubadlı bölgəsində məlum nəsldən olma məlumatına 
malik idi. Onlar ikilikdə çox söhbət etsələr də, biri digərini yola 
gətirə bilməmişdi. Axırda hər ikisi əsəbi vəziyyətdə bir-birlərinə 
cavab vermişlər. Sultan bəy daha çox təcrübəli və yaşcada böyük 
olduğundan,  “qonağı”  öz  evində  qarşıladığından  özünü  nisbətən 
ələ ala bilirdi. Abbas isə hesab edirdi ki, onun son anlarıdı, Sul-
tan  bəy  onu  sağ-salamat  buraxmayacaq,  onsuzda  ölürəmsə,  heç 
olmazsa bildiyimin hamısını üzünə deyim. Əsl həqiqət isə siya-
si düşüncə tərzi idi. Sultan bəy keçdiyi yola, yaşadığı cəmiyyətə 
istinad  edirdisə,  Abbas  kommunistlərdən  eşitdiyinə  və  onların 
yazdıqlarını oxuduğu mənbələrə inanırdı. Elə burada da yollar ay-
rılırdı. Abbas, Sultan bəyə onun var-dövlətinin alınaraq xalqa pay-
lanmasından,  ayrı-ayrı  kəndlərdə  insanları  cəzalandırmasından, 
qohum-qardaşlarının türmələrə salınacağından və sair bir çox ol-
muş, yaxud olmamış söhbətləri onun üzünə öz evində dedi. Bütün 
bunlara baxmayaraq Sultan bəyin yekun hərəkəti, onun çox böyük 
duyğulu insan olmasına əyani sübutdur. Belə ki, Sultan bəy Abba-
sı yaxşı başa düşdüyündən, bütün məqamları yaxşı qiymətləndirə 
bilməsinə rəğmən onu Seyid Həmidin yola salması ilə sağ-salamat 
buraxmışdır. Seyid Həmid də dolayısı ilə olsa da Sultan bəyə qo-
humluğu çatırdı. Həm atası və həm də anası tərəfdən. Seyid Həmid 
Sultan bəyin bir çox tapşırıqlarını yerinə yetirmiş insan olmaqla, 
onun xasiyyətini də gözəl bilirdi.
Onun  ata  tərəfi  “Böyük  seyidlər”  adlanan  yaşayış  məntəqə­
sin dən  olmaqla  XVIII  əsrin  ortalarında  Murtuza  bəyin  Cənubi 
Azərbaycandan  gətirdiyi  təhsilli  bir  ağanın  törəmələrindəndir. 
Adlı-sanlı, nəfəsli nəsldir, Qarabağın ad çıxarmış seyidlərinin ha-
mısı bu nəsldən olmaqla Laçından getmədirlər. Seyid Həmidin ana 

Sultan bəy və Xosrov bəy qardaşları
162
tərəfi  Murtuza  bəyin  malikanəsındə  boya-başa  çatmış  və Araflı-
da yaşamış Hüseyinqulu bəyin qızı İpək xanım olmuşdur. Seyid 
Həmid 1918-ci il erməni-müsəlman müharibəsində dayıları hesab 
edilən Araflı, Alıqulu, Bülövlü, Yenqıca, Bağırbəyli və s. Bəyləri 
ilə çiyin-çiyinə fədakarlıq göstərmişdir. Paşa bəyin ikinci xanımı 
“Böyük seyidlər” kəndindən olan Seyid Mirəzizin qızı Ağaxanım 
xanım olmuşdur.
  Seyid  Həmidi  Sultan  bəylə  birləşdirən  təkcə  dayıları Araf-
lı  bəyləri,  yaxud  Ağaxanım  xanım  deyildi.  Mirzə  Həmid  bəy 
Nəbibəylinin də xanımı həmin seyidlərdən idi və Seyid Həmidin 
atası ilə qohum idilər.
Zəngəzurun Hacısamlı hissəsində təkcə Seyid Həmidlə Sultan 
bəy deyil, Araflı bəylərinin törəmələrinin 35 bir-birlərinə çox yaxın 
yaşayış məskənləri, Sultan bəyin özünün yaşadığı məskən və Böyük 
seyidlər kəndi əhalisi bir-birlərinin çevrələrində məskunlaşmışdılar 
və bu insanlar bir-birləri ilə qaynayıb qarışmışdılar.
Sultan bəy Hacısamlını tərk edənə qədər Seyid Həmid onunla 
təmasda olmuşdur. Lakın, bununla yanaşı Seyid Həmid bolşevik­
lər lə də yaxınlıq etmişdir. Laçında bolşeviklər hakimiyyət başına 
gəldikdə burada məsul vəzifədə çalışanlardan biri də Seyid Həmid 
olmuşdur. Sultan bəyin, Araflı bəylərinin, Seyid Həmidin ana baba sı 
Hüseyinqulu bəyin, Alıqulu yaşayış məskənində yaşayan Cəbra yıl 
bəyin, Paşa bəyin, Mikayıl bəyin, Alı bəyin törəmələrinin torpaq­
larının,  mal-qaralarının  əllərindən  alınaraq  ev-eşiklərindən  didər­
gin edilməsindən sonra hələ də vəzifədə olan Seyid Həmid Böyük 
seyidlər kəndindən bir neçə seyid ailəsini Alıqulu kəndinə köçür-
müşdür. Amma, bunu o, dayılarından icazə almaqla etmişdir. Kəndi 
ilk saldıran, 100 başı, 1000 başı, Zəngəzurun sultanı olmuş 3-cü 
Alməmmədin Alıqulu kəndi ilə üzbəüz Yalkənd kəndini tam məhv 
etmişlər və bəyin sağ qalmış törəmələri Kəlbəcərdəki, Tərtərdəki, 
Xankəndindəki qohumlarının yanına getməyə məcbur olmuşlar. Bu 
sətirlərin müəllifinin babasının da Alıquluda yaxşı imarəti və xeyli 
torpaqları, meşələri, bağları olmuşdur. Bolşeviklər imarəti uçurdur-
lar, salamat qalmış yeganə tikili Ağ dama (ağdaşdan divarları olan 

Paşa bəy Zəngəzurun fəxr edəcəyi ağsaqqaldır
163
yeganə tikili olmuşdur) isə Böyük Seyidlərdən köçürülmüş Seyid 
Əsgərin ailəsi yığışmışdır. Seyid Əsgər kişi bu işləri ürək ağrısı ilə 
xatırlayardı.  Cəbrayıl  bəyin  Ağ  damı  1970-ci  illərin  əvvəllərinə 
qədər salamat idi. Seyid Əsgər kişi heç kimə dama toxunmağa icazə 
verməzdi və həmin damda ömrünün axırınacan yaşadı.
Seyid Həmid bolşeviklərlə axıra kimi əməkdaşlıq edə bilmə­
miş, onlar Seyid Həmidin əvvəki fəaliyyətindən xəbər tutduqdan  
sonra onun da yaşamasına xitam vermişlər. Hadisədən sonra Seyid 
Həmidin  xanımı  hamilə  olaraq  öz  evində  yaşaya  bilməmiş,  onu 
müxtəlif yerlərdə gizli saxlamışlar. Seyidlər kəndi, Alıqulu, Araflı 
gənc  xanımı  müdafiə  edə  bilməmişlər  (qorxularından).  İpək  xa-
nım hər gecəni başqa-başqa ailələrdə keçirməli olur. Bu hadisədən 
xəbər tutan görkəmli şəxsiyyət olmuş Cəbrayıl bəyin özü ilə ya-
şamış oğlu Cəlil bəyin xanımı Qaratel xanım böyük qardaşı Əbil 
bəyi öz evinə dəvət edir. Çox qeyrətli xanım olan Qaratel xanım 
hadisəni qardaşına danışır. Əbil bəy hamilə xanımı bacısının evinə 
gətirir. Əslində bu insanların hamısı yaşayış üçün yararlı olmayan, 
heyvanat saxlanılan ayrı-ayrı əlçatmaz yerlərdə gizlənirdilər. Qa-
ratel xanımın da olduğu yer Biləvlidən qərbə meşə içərisində olan 
Kişpəyələri adlanan heyvanat saxlanan yerdə idi. Bu meşələrdən 
çay axarına düşdükdə Cəbrayıl bəyin malikanəsi, dəyirmanı və üz­
bəüz Sultan bəyin qış evi adlanan iki mərtəbəli mülkü qarşıya çı-
xırdı. Bu insanlar hamısı eyni dərdli idilər. Seyid Həmidin anası bir 
müddət burada qaldıqdan sonra məsələnin üstü açılır. Əbil bəy Paşa 
bəy oğlu Hətəmbəyli bacısının tövsiyəsi ilə İpək xanımı əvvəlcə 
Haxnəzər kəndinə, sonra isə Ağcayazı kəndində yaşayan və Mika-
yıl adlı birisi ilə evlənmiş Mürvət adlı bacısının evində yerləşdirir. 
Mikayıl bəy, seyid, molla olmadığından o, nəzarətdə deyildi. Onun 
ardınca Qaratel xanım və qardaşı Əbil bəy bacıları Mürvət xanıma 
bacardıqları yardımı etdilər və İpək xanımın körpəsi işıqlı dünyaya 
göz açdı. Bu körpə oxudu, Sumqayıt şəhərində yaşadı, alim oldu. 
Bu alim Miriş müəllimdir və hazırda Bakı şəhərində yaşayır.
Abbas Sultanov həqiqətən qatı kommunist olmuş, Bakı bol­
şevikləri  arasında  formalaşmışdı.  Bolşeviklərə  tam  varlığı  ilə 

Sultan bəy və Xosrov bəy qardaşları
164
ina nan Abbas,  nə  bəyin  ona  yaxşı  münasibətinə,  nədə  ki,  bəyin 
onu  məhv  edəcəyindən  çəkinmədən  onun  haqqında  eşitdiyi  və 
bildiyini  birbaşa  dilə  gətirirdi.  O,  çalışırdı  ki,  Gürcüstanda  və 
Ermənistanda da bolşeviklərin qələbə çalacağına bəyi inandırsın, 
onun tabeçiliyində olan silahlı insanları ətrafından kənarlaşdırsın. 
Sultan bəy isə hələ də ümidlə yaşayırdı, özünün, müsavatın qələbə 
çalacağına inanırdı.
Kommunistlər  Seyid  Həmid  vasitəsi  ilə  Sultan  bəyə  tezliklə 
təslim  olmağa, Abbasa  isə  toxunmamağa  çağrış  etməklə  məktub 
da göndərmişdilər, bəzi yerli kəndlilərin bolşeviklərə şikayətlərini 
də unutmamışdılar. Məktubun hikkəli yazılışı ilə Abbasın danışıq-
larının ümumi tonu uyğun gəlirdi. Kommunistlərin Zəngəzurdakı 
rəhbəri isə dünənki erməni daşnak Qaragözov idi. O, Sultan bəyə 
hədə-qorxu gələrək – “Abbas üçün, indi bizdə olan Xosrov bəy baş-
da olmaqla, bütün qohum-əqrabanızla cavab verəcəksiniz!” yazırdı. 
Armenak Qaragözov sonra Sultan bəyə əslən Bayandur kəndindən 
olub,  Hoçaz  kəndində  yaşayan  Molla  Məhəmmədi  (o,  molla  ol-
mayıb,  sadəcə  təhsilli  adam  olub)  öldürdüyünü,  Biləvli  Mahmu-
du tonqalda yandırdığını, 16 yaşlı Novrəstə adlı qızın əhvalatını, 
Cabbar  bəyin,  Talıb  bəyin  öldürülməsini,  Qoturlu  Firidun  bəyin 
İbraih bəyə ərə getmiş qızının Sultan bəyin qardaşı İsgəndər bəyin 
almaq istəməsi əhvalatını və sair öz məktubunda xatırlatmaqla onu 
hədələmiş və Abbası azad etməyi tələb etmişdir.
N.Heydərov isə Sultan bəyə, onun qohumlarına olan bu iradla-
rı təsdiqləmiş və belə yazmışdır: – “Burada mən mülkədar Sultan 
bəyin etdiyi cinayətləri bədii formada təsvir etməyə çalışmıram, 
baş  vermiş  hadisələri  həqiqətən  olduğu  kimi  danışıram.  Partiya 
arxivində cənab Sultan bəyin bu cür bir çox cinayətləri barədə kür-
düstan nümayəndələrinin müfəssəl məlumat verən ərizələri saxla-
nılır. Bax fond 74, cild I, iş 123, səh. 56 və s.”
Qeyd edək ki, Azərbaycanda bolşeviklər hakimiyyətə gəldik­
dən  sonra,  ermənilərin  fitvası  əsasında  mərkəzi  Laçın  şəhəri  ol-
maqla  Kürdüstan  qəzası  yaradılmışdı.  Lakin,  üç  gündən  sonra 
Azərbaycan KP MK-nə məlum olmuşdur ki, səhvə yol verilmiş-

Paşa bəy Zəngəzurun fəxr edəcəyi ağsaqqaldır
165
dir,  burada  kürdləri  barmaqla  saymaq  olar.  Odur  ki,  bu  bölgədə 
məktəblər, idarələr əvvəllər olduğu kimi türkcə fəaliyyətini davam 
etdirmiş, qəzalar isə bir müddətdən sonra ayrı-ayrı bölgələrə (ra-
yonlara) ayrılmışdır.
Armenak  Qaragözovun  bu  məktubu  və  Əliyanlı  Ədil  bəyin 
Hacısamlıya gələrək bolşeviklərin 28-ci diviziyasının süvari, piya-
da və topçu hissələrinin Lısaqoru keçərək Abdallara (Laçına) ya-
xınlaşdıqlarını Sultan bəyə xəbər verdikdən sonra xeyli mübarizə 
aparsa da, Hacısamlını tərk etməyə qərar vermişdi. Qalmışdı, vacib 
saydığı bir neçə işi yoluna qoymaq. Bu isə 1923-cü ilin ortalarına 
kimi çəkdi...
Paşa bəy – bir bəy, bir ağsaqqal olaraq övladlarının uzun müd­
dətə – uzun müddətli siyasətə sahib olması yolunda da fəaliyyət 
göstərmişdir. Paşa bəyi, onun övladlarını istəməyənləri də özü neyt-
rallaşdıra bilmiş, övladlarını “yoldan çıxmağa” imkan verməmiş, 
yeri gələndə lazım bildiklərini cəzalandırmağı da bacarmışdır. Paşa 
bəy bir çox məsələləri siyasətçi dövlət xadimləri qədər dərin təhlil 
edib, düzgün nəticə çıxarmağı bacarırdı. Amma, elə olurdu ki, onun 
bu  qabiliyyətini  hamı,  hətta  yaxın  qohumları  belə  tələb  olunan 
səviyyədə dərk edə bilmirdilər. Paşa bəy, lazım gəldikdə el arasın-
da nüfuz sahibi olmayan ayrı-ayrı insanlarla da əlaqə yaradardı. Bu 
işlərdə onun nə qədər haqlı olduğunu isə zaman – vaxt təsdiq edib, 
möhürünü vurardı. Paşa bəyin xasiyyətini, qabiliyyətini bilən hər 
kəs onun sözünü kəsməz, bir sözünü iki etməzdilər. Səbəbi isə ona 
böyük inamın olması idi. Bütün bu hörmətin bünövrəsində isə Paşa 
bəyin ədalətin, düzgünlüyün yanında dayanması olmuşdur.

     

Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin