Redaktor və rəyçilər: İlham Məmmədli


qarabağıN geNeral-quberNatoru



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə7/9
tarix31.01.2017
ölçüsü5,26 Mb.
#6976
1   2   3   4   5   6   7   8   9

qarabağıN geNeral-quberNatoru
Qarabağ  bütövlükdə,  xüsusən  də  dağlıq  əraziləri  dünyanın 
mö cüzəli  bölgələrindən  biridir.  Cənublu-Şimallı  Bütöv  Azər­
bay canın hər guşəsində olduğu kimi Qarabağda da insan yaşayı-
şının  bütün  dövrləri  yaşanmışdır.  Xosrov  bəy  də  belə  bir  torpa-
ğın yetişdirməsidir. Xosrov bəy çox kiçik yaşlarından evlərində-
ailələrində  gedən  söhbətlərdən  ən  azı  Zəngəzurda  olan  savadlı 
ailələr,  bəylər,  mülkədarlar  və  tanınmış  din  xadimləri  haqqında 
gedən söhbətləri eşitmişdi. Sonra, təhsil aldı, mütəxəssis oldu, si-
yasi səhnədə seçilən şəxslərdən birinə çevrildi.
Bir məqamı xatırlatmaq yerinə düşər. XX əsrin əvvəllərində 
bütün  Şərqdən,  bir  neçə  qitələrdən  öncə,  Şimali  Azərbaycanda 
qurulan Xalq Cümhuriyyətini quran insanlar əsilli-nəsilli insanlar 
olmaqla  yanaşı,  həm  də  yüksək  mənəviyyatlı  ziyalılar  olmuşlar. 
Bunlardan biri də Xosrov bəy idi. Eyni zamanda Xosrov bəyi bu 
vətənpərvər insanlardan fərqləndirən cəhətlər də mövcud idi. Çün-
ki o, Zəngəzurlu idi, onun bir guşəsi olan Hacısamlıdan idi. Bu in-
sanlar erməninin kimliyini, hansı xislətin sahibi olduqlarını yaxşı 
bilirdilər.
XX  əsrin  əvvəllərində  Zəngəzurda  Nəzər  Heydərovun  yazdığı 
kimi, həqiqətən də, daha çox tanınan üç Sultan bəy ailələri var idi.
Xosrov bəy Sultanovlar Əsəd Sultanlılar ilə həm qohum ol-
muşdular, həm də xoş münasibətdə idilər. əslində bu münasibəti 
Zəngəzurun  Araflı  bəyləri  yaramışdılar.  Fikri  Araflıdan  olan  və 
Qara  Murtuzanın  törəmələrindən  olan  Süleyman  bəy  XIX  əsrin 
sonlarında yazdığı “Bəyliyin tarixi” kitabında və yenə də həmin 
nəslin nümayəndəsi Alməmməd bəy Nəbibəyli “Dədəm Qorqud” 
(1991-ci  il,  4-cü  sayında)  və  “Azərbaycan”  (№13(76),  30  mart 

Qarabağın general-qubernatoru
117
1991-ci il) qəzetlərində çap etdirmişlər. Sonralar Elnaz Xəlil qızı 
“7 gün” (23(64)), 20iyun 1992-ci il) qəzetində Sultan bəyin qızı 
Bəyim xanımla müsahibəsində və digər yazılarında bu fikri xatır-
latmışdır. Təbii ki, Xosrov bəyin Murtuza bəyin törəmələri ilə də 
qohumluq  əlaqələri  olmasını  təkcə Alməmməd  bəy  deyil,  digər 
yazarlar  da  qələmə  almışlar.  Bu  yazının  müəllifi  də  (Z.N.)  dörd 
kitabında və bir neçə elmi yazılarında Xosrov bəyin, Sultan bəyin, 
Paşa  bəyin  haqlarında  və  nəsl  səcərləri  haqqında  xeyli  maraqlı 
məlumatlar vermişdir.
Xosrov bəy gənc yaşlarında Şuşada, Gəncədə oxuyarkən Qa-
rabağın ayrı-ayrı bölgələri, sərhədləri, adət-ənənələri, onun insan-
ları, tarixi keçmişi ilə mütəmadi maraqlanmışdı. O, tarixçi olmasa 
da Azərbaycan tarixini, milli xüsusiyyətlərimizi bir çox ziyalıları-
mızdan daha yaxşı bilən əsl vətəndaş idi.
Xosrov bəy 1879-cu il martın 10-da Zəngəzur qəzasının Hacı-
samlı bölgəsində işıqlı dünyaya göz açmışdır. Odessada – Cəbrayıl 
bəyin qurtardığı Tibbi Universitetini Paşa bəyin tövsiyəsi ilə bitir-
mişdir.
Günümüzdə hamıya bəlli olduğu kimi AXC-nin ilk müdafiə 
naziri-general, AXC-nin ikinci kabinetində əkinçilik naziri, 1919-
cu ilin 15 yanvarından 1920-ci ilin aprelin son günlərinə kimi Şu-
şada Qarabağın general-qubernatoru olmuşdur.
Xosrov bəyin Zəngəzuru, xüsusəndə Qarabağın ermənilərdən 
müdafiə edilməsində zəhməti heç də qardaşı Sultan bəydən az ol-
mamışdır.
Belə  ki,  o,  1919-cu  il  21­30  martında  Əsgəran  döyüşündə 
daşnak  generalı  Dronu  məğlub  edib.  Bu  işdə  Zəngəzurun Araflı 
bəyləri  ona  daha  çox  yardımçı  olmuşlar.  1919-cu  ilin  iyununda 
Azərbaycan  Elmlər  Akademiyasının  Xəbərlər  jurnalının  verdi-
yi arxiv sənədlərinə görə Şuşaya ermənilərin silah gətirənləri və 
erməni Milli Şurasının üzvlərini həbs elətdirib. Burada da Xosrov 
bəyə  Zəngəzurun  qəza  rəisi  Camal  bəy  Sultanov,  Laçının Araflı 
bəyləri, Haxnəzər kəndindən olanlar və müavini Çingiz İldırım eti-
barlı adamları kimi xeyli yardımçı olmuşlar.

Sultan bəy və Xosrov bəy qardaşları
118
Xosrov  bəy,  eyni  zamanda  müstəqilliyimizə,  xalqımıza  sə­
daqətli, hər kəsin dəyərini düzgün qiymətləndirməyi sevən bir şəxs 
olmuşdur.
Bütün  çətinliklərə  baxmayaraq  o,  vaxt  tapıb,  Əhməd  Cavad 
şəxsiyyətinə və yaradıcılığına hörmət əlaməti olaraq şairin şeirlər 
kitabını da çap etdirmişdir.
Tarixi sənədlərə görə, 1919-cu il yanvarın 15-də Azərbaycan 
Demokratik  Respublikası  Hökumətində  keçirilən  iclasında  əsas 
məsələ Zəngəzur və Qarabağda yaranmış ağır vəziyyət idi. Həm 
də hər iki bölgənin eyni qubernatorluğunun yaradılması məsələsi 
gündəmdə  dururdu.  Əsas  səbəb  Xosrov  bəyin  əslən  Qarabağın 
Zəngəzur  bölgəsindən  olması,  bölgələri  yaxşı  tanıması,  ən  əsası 
isə Xosrov bəyə dayaq dura biləcək qardaşı Sultan bəyin yuxarı 
Zəngəzurun  Hacısamlı  hissəsinin  səlahiyyətli  bəyi  olması,  onun 
xeyli  silahlı  dəstəsinin  olması  və  silah-sursat,  nizamlı-təcrübəli 
orduya  malik  daşnak-erməni  generalı Andranikin  qarşısında  da-
yana  bilməsi  idi.  İstər  Yuxarı  Qarabağdakı,  istərsə  də  nisbətən 
Aşağı  Qarabağdakı  ermənilər  havadarları  olan  ingilislərin,  rus-
ların, fransızların, ABŞ-ın və s. köməkliyi sayəsində azərbaycan 
hökumətinə tabe olmaq istəmirdilər. Ermənilər istəyirdilər ki, ilk 
növbədə Zəngəzurla Qarabağı, daha sonra Gəncəni ələ keçirməklə 
S.Şaumyan qüvvələri ilə birləşib ümumilikdə Şimali Azərbaycanın 
varlığına son qoymaqla “Dənizdən-dənizə” “Böyük Ermənistan” 
yaratsınlar. Zəngəzurda isə Zəngəzur qəzası üzrə orada ermənilərin 
törətdiyi faciələri araşdıran dövlət komisiyanın üzvü Mixaylovun 
yazdığı kimi Andranikin Türkiyədən, Rusiyadan, Ermənistandan, 
Zəngəzurdan,  İrandan  topladığı  təcrübəli  erməni  qoşunları  ilə 
Zəngəzurun 160 kəndini viran qoymuş, insanlara olmazın əzablar 
vermiş, insanların mal-mülkünü qamarlamışdı. Növbəti hədəf in-
diki Laçın bölgəsi idi.
AXC-i özünün həm 15, həm də 29 yanvar tarixli yığıncaqların­
da Qarabağ general-qubernatorluğunun yaradılmasını və bu vəzifə­
yə Xosrov bəyin təyin edilməsinə yekdilliklə qərar vermişdir. Bu 
qərarla Xosrov bəy Sultanov Zəngəzur, Cavanşir, Şuşa və Cəbrayıl 

Qarabağın general-qubernatoru
119
inzibati ərazisinin rəhbəri, Çingiz İldırım isə onun müavini olmuş-
dur. Hər iki şəxs 1919-cu il fevralın 12-də quberniyanın mərkəzi 
olan  Şuşa  şəhərinə  gəlmiş  və  özlərinin  ilk  müşavirəsini  fevralın 
15-də keçirmişlər. Bu yığıncaqda polis təşkilatlarının fəaliyyətinin 
gücləndirilməsi, qaçqınların öz torpaqlarında məskunlaşdırılması, 
əkin sahələrinin gücləndirilməsi, təhsil, tibbi işlər, poçt və teleqraf, 
hərbə çağrış və cari məsələlər diqqət mərkəzində olmuşdur.
Xosrov bəy öz fikrini bildirdikdən sonra müşavirədə Şuşanın 
qəza rəisi Abış bəy Qalabəyov, Zəngəzurun qəza rəisi Camal bəy 
Sultanov və Cavanşir qəzasının rəisi Bəhram bəy Məlik Abbasov 
və digərləri çıxış edərək mövcud vəziyyət, ondan çıxış yolları haq-
qında öz fikirlərini bildirdilər.
Zəngəzur qəzasının rəisi Camal bəy öz çıxışında qəzada olan 
ağır  vəziyyəti, ABŞ-ın,  İngiltərənin,  Rusiyanın  və  sair  ölkələrin 
Andranikə həm hərbi, həm pul, həm də ərzaq yardımlarından da-
nışdı.
Qeyd edək ki, Xosrov bəyin bu vəzifəyə təyinatını ermənilər 
istəmirdi.  Onun  qardaşının  da  ermənilərə  qarşı  mübarizə  etdiyi-
ni bilirdilər. Ona görə də erməni mətbuatı və xarici işlər nazirliyi 
bir çox dövlətlərə müraciət edib öz narahatçılıqlarını bildirirdilər. 
Hətta, onlar Qarabağ qubernatorluğunun ləğv olunması üçün xa-
rici havadarlarından kömək istəyirdilər. Ermənilər Qarabağda İn-
gilis  qubernatorluğunun  yaradılmasını  xahiş  edirdilər.  Bununla 
əlaqədar AXC-nin Xarici Işlər Nazirliyi bir neçə nota vermiş və 
Qarabağın, Zəngəzur qəzasının qədim Azərbaycan-türk torpağı ol-
duğunu bildirmişlər. Üç aprel 1919-cu il tarixində tarixi həqiqətlər 
qarşısında aciz qalan ingilis komandanlığı bəyanət verərək Andra-
nikin qoşunlarının buradan çıxarılmalı olduğunu və Xosrov bəyin 
Qarabağın general-qubernatorluğunu qəbul etdiklərini bildirmişlər. 
Lakin,  ingilislər  günümüzdə  olduğu  kimi  az  sonra  verdikləri  bu 
bə yanatdan üz döndərmiş, erməniləri müdafiə edərək hər vəchlə 
bölgədə hakimiyyətin Erməni Milli Şurasına verilməsini və Xosrov 
bəyin vəzifəsindən uzaqlaşdırılmasını istəmişlər. AXC-nin Xarici 
İşlər Nazirliyi 25 iyun 1919-cu il tarixində Ermənistana Ədilxan 

Sultan bəy və Xosrov bəy qardaşları
120
Ziyadxanovun imzası ilə 224 saylı nota vermişdir. Notada deyilir: 
– “Mən hökumətimiz adından, onun tapşırığı ilə sizə xəbərdarlıq 
edirəm ki, X.Sultanov Azərbaycan Respublikası hökumətinin 1919-
cu il 15 yanvarında Azərbaycan Respublikasının ayrılmaz hissəsi 
olan  Zəngəzur,  Şuşa,  Cavanşir  və  Cəbrail  qəzalarının  general-
qubernatoru  təyin  edilmiş  və  o,  aprel  ayının  3-də  rəsmən  tanın-
mışdır.  Ermənistan  Respublikasının  Hökumətinin  X.Sultanovun 
fəaliyyətinə  və  göstərilən  qəzalarda  Azərbaycan  qoşunlarının 
yerləşdirilməsinə qarşı etirazları, Azərbaycan Respublikasının da-
xili işlərinə qarışmaq sayılır. Qarabağ general-qubernatoru Xosrov 
bəy Sultanovun apardığı ciddi tədbirlər nəticəsində Şuşada qayda-
qanun yaradılmış və həyat qismən normal ahəng almışdır. Xosrov 
bəyin  rəhbərliyi  və  səlahiyyətində  olan  Zəngəzur  qəzasında  isə 
Andranik öz qoşunları ilə oturmuşdu, 160-dan artıq kəndi xaraba-
zarlığa çevirmişdi, xarici ölkələrdən gətirilən erməniləri bu torpaq-
da məskunlaşdırırdılar. Həmin dövrdəki prosesləri ermənilər ha-
zırda da eyni qaydalarla təkrarlayırlar. Xosrov bəyin elə bir silahlı 
qüvvəsi yox idi ki, Andraniki Zəngəzurdan çıxarsın. AXC-nin də 
belə bir imkanı yox idi ki, Xosrov bəyin tələbələrini yerinə yetirə 
bilsin.  Ölkədə  çox  acınacaqlı  vəziyyət  hökm  sürürdü.  Zəngəzur 
məsələsində ancaq qardaşı Sultan bəy onun karına gəlirdi.
Xosrov bəy 2 aprel 1919-cu il tarixində və başqa-başqa vaxt-
larda  Nazirlər  Şurasına  ünvanladığı  məktublarda  yazırdı  ki,  son 
dərəcə  ağır  şərait  yarandığı  bir  vaxtda  hərbi  hissələrin  ona  tabe 
olmaması daha ağır nəticələrə gətirib çıxaracaqdır. Səbəb isə zəruri 
məqamlarda o, hərbi qüvvələrə göstəriş verə bilmir və ya yaranmış 
vəziyyət barədə nazirlər şurası ilə, eləcə də müdafiə nazirliyi ilə 
ortaq məxrəcə gələ bilmirdi. Xosrov bəy hökumətdən tələb edir-
di ki, ordu üzərində onun səlahiyyətləri olmalıdır və qubernator-
luğun ərazisində olan hərbi qüvvələr onun göstərişləri ilə hərəkət 
etməlidirlər. Xosrov bəy onun tələbələri müsbət həll olunmadığı 
halda istefa verəcəyini də dilə gətirmişdi. O, “geciksək Zəngəzur 
və digər qəzaları itirə bilərik, Azərbaycanda hərc-mərclik yaranar” 
– demişdir.

Qarabağın general-qubernatoru
121
Xosrov bəy rəhbərlik etdiyi bölgələrdə gedən prosesləri yax-
şı dərk edir, ölkənin taleyini ermənilərdən və yadellilərdən xilas 
etmək üçün bütün mümkün vasitələrə əl atırdı.
Xosrov bəy çalışırdı ki, təxirə salınmadan hərbi hissələr Zən­
gəzura yeridilsin və İrəvandan Azərbaycan torpaqlarına ermənilə­
rin hərbi yürüşlərinin qarşısı alınsın.
Xosrov bəy istəyirdi ki, Dağlıq Qarabağda yaşayan ermənilərə 
Azərbaycan hakimiyyətini tanımaq barədə ultimatum verilsin və 
onlara  altı  gün  vaxt  qoyulsun.  Eyni  zamanda  bütün  ermənilərə 
Azərbaycan  bölgələrindən  getməyi  təklif  etmək  və  ultimatum 
müddətində  onlarla  bütün  əlaqələrin  kəsiləcəyini  bildirmək.  Ul-
timatumu yalnız Şuşa şəhəri üçün bir istisna olaraq qəbul etmək 
nəzərdə tutulurdu. Xosrov bəy tələb edirdi ki, Azərbaycan höku­
mə ti altı gün müddətində ermənilər tərəfindən tanınmazsa, yeddin-
ci gün hərbi əməliyyatlara başlamaq və bunun məsuliyyətinin tam 
olaraq  erməni  əhalisi  rəhbərlərinin  üzərinə  düşəcəyini  bildirmək 
gərəkdir.
X.Sultanov  general-qubernator  kimi  fəaliyyətə  başlayarkən 
yaranmış vəziyyətlə əlaqədar bildirmişdir ki, öz həyatını xalqının 
azadlığına, Azərbaycan torpaqlarının bütövlüyünə qurban verməyə 
hazır olan bir dövlət adam kimi, ancaq qanun və ədalətə xidmət 
edəcəkdir.  Bu  bölgədə  olan  hakimiyyət Azərbaycana  məxsusdur 
və  hər  kəs  milliyyətindən  asılı  olmayaraq  bərabərdir,  qanunlara 
tabe olmayanları isə ciddi cəza gözləyir.
Xosrov  bəyin  Baş  Nazir  N.Yusifbəyliyə  göndərdiyi  məktu­
bun da yazır: ­ “.... Ermənilərin hərəkətlərindən görünür ki, onlar  
hücum üçün hazırdırlar. Ona görə xahiş edirəm hərbi nazirə göstə­
riş verərsiniz ki, hərbi çağırışdan əvvəl əsgərlərin geyim hazırlığı 
olsun.  Yerli  batalyonda  ayaqqabı  və  geyim  çatışmamazlığından 
narazılıqlar olduğundan mən dünən işə qarışmalı oldum, əks halda 
bu ciddi xarakter alardı. Hələlik qəzaların dördündə də sakitlikdir. 
Onu da deyim ki, vəd olunmuş patronları da almamışam”. Xos-
rov bəy öz vəzifəsinə çox ciddi yanaşır, heç nədən geri çəkilmirdi. 
Şuşa şəhərinin özündə ermənilər atışmadan əl çəkmirdilər. Özləri 

Sultan bəy və Xosrov bəy qardaşları
122
də hamılıqla silahlı idilər. General-qubernatorun tapşırığına məhəl 
qoymayan  ermənilər  üçün  o,  demişdir:  “...Bundan  sonra  atışma 
bir daha təkrar olarsa, erməni Milli Şurasının üzvləri Şuşadan sür-
gün  edilsin,  əks  təqdirdə  zor  tətbiq  etmək  məcburiyyətində  ola-
cam” ... Xosrov bəyin bu fikrindən sonra ingilislər erməni Abe-
tisyanı, Tumanyansı və İşxanyanı nəinki Şuşadan, eyni zamanda 
Azərbaycandan sürgün etdilər. Bu məsələdən sonra da ermənilər 
Xosrov bəydən beynəlxalq təşkilatlara şikayət etməyə başlayırlar. 
Xosrov bəyin ciddi cəhdi, Andranikin silahlı qüvvələrinin Sultan 
bəy  tərəfindən  Laçın  bölgəsinin  zabux  dərəsində  məhvi  yuxarı 
Qarabağda nisbətən sakitlik yaratmağa imkan yaradır və erməni 
əhalisi Azərbaycan  hökumətini  tanımağa  qərar  verməyə  məcbur 
olurlar. Ümumilikdə erməni insanları ancaq güc qarşısında təslim 
olurlar.  1919-cu  ilin  avqust  ayında  Qarabağ  erməniləri  yığıncaq 
keçirir və Azərbaycan hökumətinə tabe olurlar. 23 noyabr 1919-cu 
ildə isə ABŞ nümayəndələrinin təşəbbüsü və vasitəçiliyi ilə mü­
naqişələrə son qoyulmasına dair Azərbaycan və Ermənistan ara-
sında müqavilə imzalanır. Müqavilə bağlamalarına baxmayaraq bu 
imza mərasimindən az sonra ermənilər Zəngəzurda və Qarabağda 
azərbaycanlılar  yaşayan  kəndlərə  hücumlar  edirlər.  Ona  görə  də 
Xosrov bəy 1919-cu ilin dekabr ayında bir neçə dəfə Azərbaycan 
hökumətinə, Azərbaycan Xarici İşlər Nazirliyinə bu barədə məlu­
mat  verməklə  yanaşı,  kömək  də  istəmişdir.  Hətta,  böyük  qüvvə 
mümkün olmasa, heç olmasa Zəngəzurda azərbaycanlıları müda fiə 
üçün onun sərəncamına Qaryagin (Füzuli) bölgəsində yerləşən 600 
türk əsgəri ilə birlikdə iki pilamyotla üç nəfər zabit verilsin. Bu 
müraciət yerinə yetirilmədiyindən Xosrov bəy 1919-cu il dekabrın 
sonlarında Azərbaycan  hökumətindən  tutduğu  vəzifəsindən  azad 
olunması haqqında xahiş etmişdir. 
Xosrov bəy çox böyük vətənsevər olaraq təkcə Qarabağın ona 
tabe olan torpaqlarında deyil, ermənilərə qarşı başqa bölgələrimiz­
də də mübarizə aparan insanlarımıza yardımçı olmuşdur. Bunun 
bariz  nümunəsi  olaraq  Göyçə,  Basarkeçər  və  Kəlbəcərdə  eyni  
zamanda baş verən və bir-biri ilə əlaqəli olan bir erməni vəhşiliyini 

Qarabağın general-qubernatoru
123
misal gətirmək olar. Məlum olduğu kimi ermənilər Birinci Dün-
ya müharibəsi illərində Osmanlı Türkiyəsində və Şimallı-Cənublu 
bütün Azərbaycanda, xüsusəndə Qərbi Azərbaycanda, Yuxarı Qa-
rabağda,  Zəngəzurda  daha  çox,  daha  uzunmüddətli  və  daha  çox 
fa ciəvi qırğınlar törətmişlər.
Xosrov  bəy  və  Sultan  bəy  qardaşlarının,  Araflı,  Alıqulu 
bəylərinin,  ümumiyyətlə  Laçın  bölgəsi  insanlarının  ermənilərlə 
mübarizə tariximizdə Azərbaycan dövləti qarşısındakı xidmətləri 
misilsizdir. 
Məlum  olduğu  kimi  Laçın,  Kəlbəcər,  Basarkeçər,  Göyçə 
mahalları  Qərbi  Azərbaycan  torpaqlarının  bir  hissəsi  olmaq-
la  bir-birlərinə  söykənən  vəziyyətdədirlər.  Sultan  bəy  də  təkcə 
Laçının  müdafiəsi  ilə  məşğul  deyildi.  Adı  çəkilən  bölgələrə  də 
yardımçı  olurdu. Andraniklə  yanaşı,  digər  erməni  generalı  Sili-
kov  Türkiyədə  döyüşmüş  erməni  hərbiçilərdən  ibarət  çoxsaylı 
erməni ordusu ilə Göyçəyə, Basarkeçərə, Kəlbəcərə, indiki Laçın 
bölgəsinin  şimal  hissəsinə  tez-tez  basqınlar  etməklə Aran  Qara-
bağa  girmək  istəyirdilər.  Sultan  bəy  də  imkanı  çərçivəsində  bu 
bölgələrə hərbi yardımlar edirdi. Ermənilərin növbəti basqılarının 
birində ermənilərin Göyçəni məhv edərək Basarkeçərə üz tutduq-
larını Sultan bəyə çatdırırlar. Kəlbəcərli Məşədi Cəmil ilə Sultan 
bəy  yaxın  idilər.  Məşədi  Cəmilin  məlumatı  əsasında  Sultan  bəy 
Kəlbəcəri müdafiə edərək, Basarkeçərə istiqamət götürür. Zimistan 
Həsənovun,  Məhəmməd  Nərimanoğlunun  və  Elburus  Şahmarın 
yazdıqlarına görə 5 aprel 1918-ci il tarixində ermənilərin deyilən 
bölgələrdəki hücumlarının qarşısını almaq üçün Sultan bəyin bir 
dəstəsi  Hacısamlıdan  Kəlbəcərə  doğru  hərəkətə  başladı.  Onu  da 
qeyd edək ki, bu tarixdə Xosrov bəy Qarabağa general-qubernator 
təyin  olunmamışdı,  Andranik  aşağı  Zəngəzurda  bütün  bölgəni 
məhv etmişdi, Şuşada, Əsgəranda, Füzulidə erməni silahlıları tüğ-
yan  edirdilər  və  Zəngəzurla  – Andraniklə  birləşmək  istəyirdilər. 
Bütün  bunlara  baxmayaraq  Sultan  bəy  ilk  olaraq  Kəlbəcərin 
Zar-Zəylik kəndinə gələrək yerli əhalini cəm etmiş, onları silah-
sursatla təchiz etmişdir. Sonra o, Göyçə tərəfə üz tutur, Basarkeçəri 

Sultan bəy və Xosrov bəy qardaşları
124
ermənilərdən təmizləmək istəyir. Sultan bəyin gəlişini ermənilərə 
xəbər verirlər. Zod kəndində ermənilərin çox olduğunu bilən Sul-
tan  bəy  onları  ilk  olaraq  məhv  etmək  istəsə  də  Zod  əhalisinin 
başbilənləri buna yol vermək istəmirlər, qantökmə tərəfdarları ol-
murlar. Sultan bəy onları başa salır ki, gələcəkdə basarkeçər erməni 
quldurlarının hücumuna məruz qala bilər. 4 may 1918-ci ildə bu 
bölgədəki  ermənilər  əlavə  olaraq  Andranikdən  yardım  almaqla 
bu bölgənin kəndlərinə eyni zamanda hücum etməklə müdafiəsiz 
kəndləri  yandırır,  əhalisini  məhv  edirlər.  Sultan  bəy  haqlı  olur. 
Bölgənin  Kəvər,  Bayazut,  Gözəldərə,  Haçalı,  Yarpızlı,  Əzizli, 
Tüsgülü, Yuxarı  Zağa, Aşağı  Zağa,  Kərkibaş,  Qanlı,  Qırxbulaq, 
Aşağı Məzrə, Yuxarı Məzrə, Daşkənd, Aşağı Sorca, Yuxarı Sorca, 
Sarıyaqub, Qayabaşı, Zərkənd, Ağkimsə, Tənbeh, Nərimanlı, Ağ-
yoxuş, Qaraqoyunlu, Göysu, Canəhməd, İnəkdağı, Şişqaya, Sorca-
su, Toxluca, Zod və s. qırxa yaxın kəndləri ermənilər darmadağın 
etdilər, əhalisi eybəcər üsullarla məhv edildi. 1918-ci ilin qışında 
isə ermənilər Kəlbəcərin şimal hissəsində yerləşən Göycənin 32 
kəndinin  əhalisini  qışın  çovğununda  öz  ev-eşiklərindən  qovaraq 
Kəlbəcər  tərəfə  istiqamətləndirməklə  kəlbəcərliləri  də  vahiməyə 
salmaq istədilər. Bu insanların əksəriyyəti sonralar sümüklü dərə 
adlanan və Dikyurd və Söyüdlü yaylaqlarına yaxın olan bir dərədə 
məhv edildi. Burada 20 minə yaxın Göyçəli həyatları ilə vidalaş-
malı oldular.
Yenidən bu bölgələri müdafiə üçün gələn Sultan bəy xeyli səy 
göstərsə də qardaşı Xosrov bəyin Məşədi Cəmilə yardımı məsələni 
bölgə insanlarının xeyrinə həll etdi.
Belə  ki,  Xosrov  bəyə  14  qatır  yükü  yağ-bal  gətirən  Məşədi 
Cəmilə o, xeyli silah-sursat verir və yağla-balın dəyərini isə pulla 
ödəyərək, bu pulları insanların özlərinə paylamağı tapşırır. Yardım 
alan Məşədi Cəmil Xosrov bəyin fikirlərinə əməl etməklə və Sul-
tan bəydən aldığı yardımla birləşdirməklə, yerli əhalinin gücünə 
ermənilərin hücumlarının qarşısını ala bilir.
Sağ qalan göyçəlilərin öz yerlərinə qaytarılması və ermənilərə 
layiq  olduqları  cavabı  alması  yolunda  XVIII  əsrin  ortalarında 

Qarabağın general-qubernatoru
125
Zəngəzurun Sultanı olmuş Qara Murtuza bəyin Laçın bölgəsindən 
gələrək  Kəlbəcərdə  məskunlaşan  törəmələrinin  də  zəhməti  çox 
olmuşdur. Onlar Laçında yaşadıqları kəndlərin adlarını da Kəlbə­
cərdə yaşadıqları yurdlarına vermişlər. Bunlardan Bəylik, Keştək,  
Qoturlu,  Qılınclı,  Kiş,  Qaraçənli,  Bağırbəyli  və  s.  yaşayış  mən­
təqələrini misal göstərə bilərik. Bu insanların vətənpərvərliyi nə­
ticəsində, Xosrov bəyin yardımı sayəsində həmin ildə də ermənilər 
Göyçənin bütün müsəlman kəndlərindən qovulur və erməni gene-
ralı Silikov Basarkeçər bölgəsinin Qumlu bulaq adlanan yerində 
keştəkli döyüşçüləri tərəfindən öldürülür və sağ qalan göyçəlilər 
öz kənd lərinə dönürlər. 
Xosrov bəyin Vətən qarşısındakı xidmətləri söylənilənlərlə bit­
mir. O, 1920-ci il 28 aprel bolşevik işğalından sonra da 1923-cü ilə  
kimi Azərbaycanda yaşamışdır. Xosrov bəy Azərbaycanlı bolşe vik­
lərdən xeylisi ilə tanış olsa da onun Azərbaycanda qalması mümkün 
olmur, yaxşı ki, bu belə də olur. Ermənilərin təşkilatçılığı ilə Qara-
bağdan 70 erməni qadını adından mərkəzə şikayət edilərək bildiririk 
ki, guya Xosrov bəy bu erməni qadınları ilə yaxın olmuşdur.
Təbii ki, Xosrov bəyə başqa bir nöqsan tapa bilmirdilər. Çün-
ki, Xosrov bəy Qarabağın erməni əhalisinə də çox humanistcəsinə 
yanaşmışdır və erməni qadınlarına salam verməyə nə onun vaxtı, 
nə həvəsi və nədə ki, mənəvi imkanı yox idi.
Xosrov  bəyi  həbs  edirlər,  Bakıya  gətirirlər.  Onun  azad  edil­
məsində qardaşı Sultan bəyin dostları, Xosrov bəyin öz dostları, 
qardaşı – neftçi Rüstəm bəyin, Rüstəm bəylə birlikdə Bakıda neft 
sənayesi  sayəsində  işləmiş,  ailənin  yaxını  və  qohumluq  əlaqəsi 
olan Cəlil bəyin böyük zəhməti olmuşdur. Xosrov bəyi Bakıdan 
müxtəlif  yollarla  Laçına  aparan  xeyli  insanlar  arasında  Kişdən  
olan  Mikayıl  oğlu  Rüstəm  bəy  onu  Bakıdan  Hacısamlıya  qədər 
müşayiət edənlərdəndir.
Xosrov bəy ixtisasca həkim olsa da, çox uzaqgörən siyasətçi, 
vətənpərvər,  dövlətini  və  xalqını  sevən  bir  şəxs  olmuşdur. 
Azərbaycan Xalq Cümhuriyyəti yerini bolşeviklərə verəndən son-
ra bir çox narahatçılıq məqamları olsa da, Sultan bəy vətəni tərk 

Sultan bəy və Xosrov bəy qardaşları
126
etmək fikrində olmamışdır. Onun əksinə olaraq Xosrov bəy Ba-
kının Bayıl türməsində yatdığı zaman qardaşı Sultan bəyə xəbər 
göndərmişdir  ki, Azərbaycanı  tərk  etsin.  Sultan  bəy  isə,  əlbəttə 
istəmiş olsaydı belə, Xosrov bəyi qoyub getməzdi. Belə də oldu. 
Lakin, Xosrov bəy Laçına gəldikdən sonra getməyin vacib oldu-
ğunu hər ikisi dərk etdi. Bununla yanaşı, qardaşların hər ikisi he-
sab edirdilər ki, bu hakimiyyət möhkəmlənə bilməyəcək və yerini 
təzədən AXC-nə verəcəkdir. Odur ki, Sultan bəy ailəsini özü ilə 
aparmadı.  Digər  tərəfdən  o  vaxtın  psixologiyası  belə  idi  ki,  heç 
kəs arvad-uşağa toxunmaz. Belə işlər kişiliyə sığmaz. Bu fikirlə 
Xosrov bəy Sultan bəylə Azərbaycanı tərk edərək, böyük bir ürək 
ağrısı ilə 1923-cü ildə Cənubi Azərbaycana keçdilər. Orada da hiss 
etdilər ki, qardaşları nə ermənilər, nədə ki, farslar rahat buraxma-
yacaqlar. Hər iki qardaş İrandan Türkiyəyə getmək məcburiyyəti  
qarşısında  qalırlar.  Cümhuriyyət  tarixindən  məlum  olduğu  kimi, 
Xosrov  bəy  “Itdihad”  partiyasının  rəhbərliyində  ikinci  şəxs  idi. 
Xosrov bəy Cümhuriyyətin bərpası yolunda bu partiya vasitəsi ilə 
siyasi fəaliyyətini İranda, Türkiyədə və Avropanın bir sıra ölkə­
lərində özəklər yaradaraq işini davam etdirməkdə idi.
İkinci  Dünya  müharibəsi  illərində  Xosrov  bəyin  siyasi  fəa­
liyyəti  daha  da  güclü  və  qələbənin  yaxın  olması  iddiasında  idi. 
Həqiqətən  də  Almaniyanın  Rusiyaya  qalib  gəlməsi  halında  bu 
daha da inandırıcı görünürdü. Almanların qələbələri bütün siyasi 
mühacirlərdə olduğu kimi, Xosrov bəyə də böyük ilhamlar verir-
di və o, fəaliyyətini daha da genişləndirmişdi. Bu fəaliyyətlərdən  
biri də bu yazının müəllifinin atası İsrafil bəyin Avropada, xüsu­
sən də Almaniyada SSRİ-ni təmsil edərkən Xosrov bəylə tanışlığı  
və  qarşılıqlı  fəaliyyətləri  olmuşdur.  Onu  da  qeyd  edim  ki,  İsra-
fil  bəyin  fəaliyyəti  haqqında  Dövlət  Təhlükəsizlik  Nazirliyinin 
“Sərhəd”  qəzetində  onun  xidmətləri  haqqında  iki  yazı  verilmiş-
dir. İsrafil bəyin Xosrov bəylə və M.Ə.Rəsulzadə ilə İkinci Dün-
ya müharibəsi getdiyi dövrdə tanış olmaları barəsində “Son Söz” 
qəzetində də (3­10 aprel 1999-cu il) yazı verilmişdir. Həmin dərci 
tam olmasa da burada vermək həm Xosrov bəy və həm də İsrafil 

Qarabağın general-qubernatoru
127
bəy ruhu qarşısında bir borc hesab edirəm. Yazı, sırf danışıq qay-
dasında danışıldığı tərzdə olduğu kimi qələmə alınmışdır.
Z.Nəbibəylinin “Xosrov bəy həmvətənlərimizin xilaskarı kimi” 
yazısında  Azərbaycan  Respublikası  öz  müstəqilliyini  2-ci  dəfə 
elan etmək ərəfəsində idi. Ermənilər Qazax və Laçın bölgələrində 
sərhədlərimizi  tez-tez  pozur,  atəş  açırdılar.  Laçın  dəhlizinə  rus 
əsgərləri nəzarət edirdi. Laçında yerli əhali ilə rus əsgərləri ara-
sında narazılıqlar əmələ gəlmiş, yerli özünümüdafiə dəstəsi yaran-
mış  və  get-gedə bu  dəstə  möhkəmlənməkdə  idi.  Mən  də  tez-tez 
Laçınla əlaqə saxlayır, get-gəl edirdim. Laçın əhalisi çox fəallıq 
göstərirdilərsə də, buna mərkəzdə o qədər də əhəmiyyət vermir­
dilər. Yerli özünümüdafiə batalyonu inkişaf edərək rus ordusun dan 
qabağa getmişdi. Dəstədə çox böyük ruh yüksəkliyi, vətənpərvər­
lik,  döyüşkənlik,  nizam-intizam,  səliqə-sahman  hökm  sürürdü. 
Amma, bununla yanaşı batalyonun silaha, paltara, bütövlükdə hər­
bi sursata böyük ehtiyacı var idi.
Belə çətinliklərin hökm sürdüyü günlərin birində Laçın özü­
nümüdafiə batalyonundan Bakıya xəbər gəldi ki, filan-filan şeylərə 
çox böyük ehtiyac var, Bakıdan kömək gəlməsə Laçında vəziyyət 
ağırlaşa  bilər.  Bakıdakı,  Sumqayıtdakı  əslən  Laçınlı  ziyalılar  və 
digər vətənpərvər insanlar imkanları daxilində kömək etməyə ça-
lışırdılar. Lakin, bu insanların maliyyə çətinliyi də kifayət qədər 
idi. Biz əlimizdən gələn hər cür köməkliyi edir, sən-mən, siz-biz 
söhbəti etmirdik. Kimin əlindən nə gəlirdisə onu da edirdi. Lakin, 
özünümüdafiə batalyonunun bu dəfəki çağırışına fəallıqla girişib 
xeyli iş görsək də aldığımız sursatlara pulumuz çatmırdı. Kimin 
üstündə, evində, dostunda, tanışında nəyi var idisə, hamısını bir 
yerə yığsaq da yenə də lazım olanı ödəmirdi. Birdən yadıma düşdü 
ki, atam İsrafil bəyin bir neçə aylıq təqaüdünü qabaqcadan almaq 
olar. Üz tutdum kişinin yanına, ondan da əvvəl poçtdakı tanışım-
la onun təqaüdünün verilməsinin mümkünlüyünü razılaşdıq, – bir 
şərtlə təqaüdü kişi özü qol çəkib almalı idi.
Məsələnin məğzini qısaca da olsa İsrafil bəyə çatdıra bildim. 
O,  cavabında  –  “ə,  bala,  nə  vaxtdan  mən  sənin  əlinin  üstünə  əl 

Sultan bəy və Xosrov bəy qardaşları
128
qoymuşam?”  belə  işlərə  lazım  gələrsə,  kişi  evini-malınıda  satıb 
ödəməlidir. Mənim o ayaqqabılarımı ver mənə, kömək elə gedək. 
Kişi nasaz idi, amma dinməz-söyləməz mənimlə getdi və pulu alıb 
verdi. Bu pulun məbləği bir şey olmasa da, çox karımıza gəldi və 
lazımi şeyləri alıb Laçına, Arif Paşayevə göndərə bildik.
İşimizdə  olduğu  kimi,  evimizdə  də  bütün  söhbətlər  erməni-
azərbaycan, rus-azərbaycan, yer-yurd, haqq-nahaq söhbətləri idi.
Evdə adamların az olduğu bir məqamda kişi dedi (mən onu 
beləcə çağırırdım) – “hə, bu xəmir hələ çox su aparacaqdır, dünya 
müharibəsi yadıma düşdü, Allah sənə rəhmət eləsin Xosrov”. Kişi, 
Xosrov kimdir, – dedim. Paşa bəyin oğlu Xosrov bəyi deyirəm. 
Kişi, o haradan sənin xəyalına gəldi. Qardaş (o, məni qardaş, balaca 
qardaş çağırardı) cavanlığım yardıma düşdü, mən onunla Avropa-
nın ayrı-ayrı ölkələrində, şəhərlərində görüşmüşəm, müharibənin 
qızğın  çağında,  almanların  fanat  vaxtında.  Kişi,  bu  söhbətləri 
heç mənə deməmisən. Necə deyəydim, ay bala, elə özümdən çox 
səndən qorxurdum, bir də kişinin ağzı nə qədər möhkəm olsa, bir 
o qədər yaxşıdır.
Beləcə söhbət uzandı və kişidən bilmədiyim bəzi məsələləri 
öyrəndim.
Söhbətin qısa məzmunu belə idi ki, İsrafil bəy tez erkən kom-
somola qəbul olunmuş, komsomol fəalı olduğundan da öz könlü 
ilə vaxtından əvvəl əsgərliyə getmiş, Leninqradda xidmət etmiş, 
yaxşı əsgəri xidmətə görə elə oradaca xüsusi təyinatlı məktəbə get-
miş,  elə  kursantlıqdan  Rus-Fin  müharibəsinə  göndərilmiş,  orada 
yaralandıqdan sonra öz oxuduğu məktəbə qaytarılmış, vaxtından 
əvvəl zabit çini almış və yoldaşlarından xeyli qabağa çıxa bilmişdi. 
Xüsusi məktəbdə xüsusi dil – alman dili də öyrədirdilər.
Boy-buxunum,  bayavoyluğum,  yaralanmağım  və  alman  dilini 
yaxşı öyrənməyim bir növ başıma bəla oldu. Məni xüsusi məktəbin 
xüsusi institutuna göndərdilər. Yorulmaq bilmirdim, fiziki normala-
rı, silahlardan istifadə və “Avropa qaydası”nı çox dəqiq yerinə yetirə 
bilirdim. Arada, elə oxuya-oxuya Ukraynaya hərbi təlim təcrübəsinə 
göndərildim və çox yaxşı zəmanətlə geri qayıtdım. Elə bu da mənim 

Qarabağın general-qubernatoru
129
Avropaya  göndərilməmin  axırıncı  etapı  imiş.  Xeyli  adam  idik, 
əksəriyyəti bir-birini tanımırdı. Elə bir nəqliyyat növü olmadı ki, bizi 
ona mindirməsinlər, hər bir adamla ayrıca məşğul olur, təlim keçirdilər. 
Biznən olan söhbətləri heç kimə açmamaq məqsədi ilə “xüsusi for-
maya” qol çəkmişdim. 25 il müddətində mənimlə olan söhbətləri hər 
kimə açsaydım, məhkəməyə ehtiyac yox idi, əlli-ayaqlı getməli idim, 
amma mən 50 ildir susmuşam və təbii ki, bundan sonra da demərəm. 
Bir məqamı isə deyəcəm, sən də bilsən yaxşıdır, lazım olar.
O dövrdə Avropada demək olar ki, hamı alman dilində danışır-
dı, hətta incə dilli fransızlar da.
Kişinin “dili” açılmışdı. Məəttəl qalmışdım. Fikirləşirdim ki, 
ayə, bu kişi nələrə qadir imiş, deməli “solaxay” İsrafilin solaxaylıq 
sirri bu imiş / o, çəngəli sol əli ilə tuturdu, məclislərdə isə çalışırdı 
sağ əlində tutsun, yaxud əli ilə yesin/.
Mənə ayrılmış marşurutların hamısına baş çəkmişdim, işlərim 
səhmanda  idi,  fədakarcasına  işləyirdim.  Xəbər  gəldi  ki,  alman 
düşərgələrindən, orada olan vəziyyətdən, “satqınlardan” məlumat 
toplayım. Bu minvalla doğma işimə bir işdə əlavə olundu. Bu gün 
alman düşərgələri haqqında məlumat dünyada bəllidi. Lakin, elə 
məqamlar  var  ki,  gərək  özün  şahidi  olasan. Almanlara  çox  bö-
yük hörmətim olsa da, faşistlər elə doğrudan da faşist idilər, bircə 
ermənilərdən geri qalırdılar. Düşərgələrdə hər cür əzablar verilsə 
də, alman səliqə­sahmanı hər yerdə hökm sürürdü, onu pozmaq heç 
bir almanın ağlına da gəlmirdi. Düşərgələrdə ruslardan çox digər 
millətlərin oğulları var idi, Orta Asiya, Qafqaz, Ukrayna. Nədənsə, 
almanlar ukraynalılara nisbətən diqqətli idilər. Amma, əvvəlcə onu 
sübut etmək gərəkdi. Elə bil bütün türkdilli xalqları Rusiyadan se-
çib bu düşərgələrə doldurmuşdular. Bu əhalinin əksəriyyəti dil bil-
mirdi və savadsız idilər, siyasətdən başları çıxmırdı.
Yəhudilər  özlərini  gizlətməyə  çalışsalar  da  mümkün  olmur-
du, onları “satırdılar”. Satqınlıq əsasən ruslara, ermənilərə aid idi, 
bəziləri də bilməməzlikdən “satqınlıq” edirdilər. 
Hətta,  ermənilər  erməni  olduqlarını  sübuta  yetirmək  üçün 
Amerikada, Fransada olan məşhur ermənilərin adlarını çəkər, bu 

Sultan bəy və Xosrov bəy qardaşları
130
kara gəlməyəndə şalvarlarını açıb sünnətsiz olduqlarını göstərməyə 
çalışırdılar.
Müsəlman əsgərlər də isə heç bir sübuta çalışqanlıq yox idi. 
Mənə məlum oldu ki, sünnətlə bağlı azərbaycanlıları və müsəlman 
əsgərləri  yəhudi  kimi  düşərgələrdən  seçib  aparıb  məhv  edirlər. 
Hətta,  əsir  düşmüş  sovet  əsgərlərinin  birinin  başqasından  xoşu 
gəlməyəndə, xüsusən qarabuğdayı insanları yəhudi kimi – alman 
zabitlərinə çatdırırdılar. Çoxlu miqdarda əsgərlər yəhudi millətinin 
nümayəndəsi kimi məhv edilirdi. Məlumatı aidiyyatı məntəqələrə 
ötürsək də nəticəsi olmamışdı, cavan-cavan insanlar məhv olurdu.
Adətən,  Türkiyə  ilə  bağlı  məsələlərdə  mən  iştirak  etmirdim. 
Səbəbini  bildirdim,  sadəcə  üstümə  götürmürdüm,  götürməkdə  ol-
mazdı. Buna baxmayaraq eşitmişdim ki, almanlar qalib gələrlərsə, 
Azərbaycana Rəsulzadə adlı bir nəfər rəhbər göndərilməlidi. Onun 
kimliyini, nəçiliyini aydınlaşdıranda bütün məsələlər gün kimi mənə 
aydın oldu. Mən onu axtarırdım, görüşməyə də ürək etmirdim.
Növbəti tapşırıqda bizə rəhbərlik edən və təlimat verən, bizlərə 
oxşayan bir şəxs idi və o, məni onunla qalmağı təklif etdi. Biz bir-
birimizlə yaxınlaşdıq. O, ukraynalı idi, səmimi adam olsa da tərsliyi 
vardı. Mənə əvvəlcədən heç bir məlumat vermədən bir qrup adamla 
görüşə aparmışdı. Söhbətdən məlum oldu ki, bu adamlar Sovetlərə 
qulluq edirlər və almanlardan, türklərdən məlumatlar toplayırlar. 
Görüşlərin  birində  bunlardan  bir-birilə  azərbaycanca  danı-
şığın şahidi oldum və ukraynalı söhbəti yazdığından, mən bir də 
diqqətlə sözlərə fikir verdim. Beləliklə, mən birbaşa bunlarla əlaqə 
saxladım.
Bir  çox  məlumatları  onlar  əvvəlcə  mənə  verir,  saf-çürük 
etdikdən sonra meydana çıxarırdıq. Bir-birimizə inam yaranmış-
dı.  Mən  onlara  azərbaycanlıların,  müsəlmanların  yəhudi  adı  ilə 
məhvi məsələsini söylədim. Onlar da çox təlaş keçirdilər. Elə o, 
gündən də bu yolda fəaliyyətə birgə başladıq. Çox canfəşanlıqdan, 
çətinlikdən sonra onlara – Məmməd Əmin Rəsulzadəni istiqamət 
verdim. Bu insanların fikirləri mənimki kimi tamam çevrilmişdi. 
İndi  biz  nə  olursa-olsun,  insanlarımızı  xilas  etməli  idik.  Dostlar 

Qarabağın general-qubernatoru
131
bütün Avropanı, Türkiyəni  bir-birinə  vurduqdan  sonra  Məmməd 
Əmin Rəsulzadəni tapıb mənim qoyduğum məsələni ona çatdır-
mışdılar. Məmməd Əmin Rəsulzadə ilə məni görüşdürmək fikrinə 
də gəlmiş və ondan razılıq almışdılar. Mən isə razılıq vermədim, 
zamana  ehtiyacı  var  dedim.  Bu  səbəbdən  də  Məmməd  əmin 
Rəsulzadə mənim Azərbaycanın hansı bölgəsindən olmağımı ara-
mış və mənə bəraət qazandırmışdı. Bir müddət keçdikdən sonra 
həmin əlaqələndiricilər mənə general qohumunu tapmışıq dedilər 
və bizi görüşdürdülər. Əlbəttə, görüşdük, amma generalı tanıma-
dım. Həmsöhbətim yerd-yurd adlarını, özünün və mənim adlı-sanlı 
qohumlarımın adını çəkdikdən sonra və gözünün birindəki şəkki 
gördükdən sonra onu tanıdım. İkimiz də ayağa durub qucaqlaşdıq 
və Xosrov bəy, sizi xoş gördük, – dedim. Yaşlı görünsə də sifətdən 
çox  təravətli  idi.  Azərbaycanca  təmiz  danışa  bilmirdi,  türk,  al-
man  və  fransız  dillərində  yaxşı  danışırdı,  xalq  aforizmlərindən 
istifadə edirdi. Alman dilini nə gözəl bilirsən, qardaşoğlu, o dağlar 
hara, alman hara – deyə mənə mürciət etdi. Kənd – kəsəklə, Ha-
cısamlı,  Şuşa, Azərbaycan,  Sovet  quruluşu  barədə,  xüsusən  Sta-
lin, M.Bağırov və ermənilər barəsində olan suallarının ardı-arası 
kəsilmirdi. Hər görüşdə də bu qəbildən olan suallar təkrar olurdu. 
Adımı çəkmirdi, “qardaşoğlu” çağırırdı məni.
Mən Almaniyada, onun hüdudlarından kənarda olan azərbayc­
anlı  və  Sovet  əsirləri  haqqında Xosrov  bəyə, onun  təsəvvür edə 
bilməyəcəyi  məlumatlar  verdim.  Amma,  bütövlükdə  birinci 
məsələ əsirlikdə olan Azərbaycan və islam əsgərlərinin taleyi, on-
ların yəhudi adı ilə məhv olunmalarından xilas olmalarını qoydum. 
Xosrov bəy Avropanı yaxşı tanısa da, çox dost və tanışları olsa da, 
ilk vaxtlar heç nə edə bilmirdi, çox əsəbiləşirdi. Mən onun fikrini 
Məmməd Əmin Rəsulzadəyə yönəltdim, almanlarla türklərin yaxşı 
münasibətdə olmalarını xatırlatdım. O, yuxudan ayılmış kimi oldu. 
Çox düz yoldasan, belə olan halda mən getməliyəm. Bu çox yerinə 
düşdü.  Bilirsən,  qardaşoğlu,  azərbaycanda  sənə  nazir  vəzifəsi 
məndən. Mən təəccüblənəndə – qardaşoğlu, Məmməd Əmin mənə 
iki  nazir  vəzifəsini  təklif  edib.  Deyib  seç  ya  səhiyyə  və  sosial 

Sultan bəy və Xosrov bəy qardaşları
132
təminat naziri, yaxud xarici işlər naziri vəzifəsini. Qəm yemə, gün 
o gün olsun ki, evlərimizdə üzbəüz oturaq, qalanları düzələr.
M.Rəsulzadənin müdaxiləsi ilə Türkiyə Xarici İşlər Nazirliyi 
Alman dövləti qarşısında müsəlmanların yəhudi kimi məhv edil-
diyi məsələsini qaldırdı. Türk və alman nümayəndələrinin iştira-
kı  ilə  xüsusi  qrup  yaradıldı  və  M.Rəsulzadə  Xosrov  bəy  Sulta-
novu gələcək Azərbaycan dövlətinin səhiyyə naziri və bir həkim 
–mütəxəssis kimi bu qrupda iştirakına nail oldu. 
İki  dövlətin  –  dövlət  nümayəndələri  ilə  yanaşı  Xosrov  bəy 
müsəlman və yəhudi sünnətinin fərqini sübuta yetirdi. Almaniya 
dövləti Türkiyə dövlətinə bu yardım üçün təşəkkürlərini bildirirlər 
və  Türkiyəyə  icazə  verdilər  ki,  öz  bayraqlarını  asmaqla  əsirlərə 
türkcə  müraciət  etsinlər,  öz  millətlərini  ölümün  pəncəsindən  xi-
las etsinlər. Bu belə də oldu. SSRİ dövləti də bu məsələni dünya 
səviyyəsində siyasi bir məqam kimi istifadə etməkdə idi. Almanlar 
da həqiqəti anlamışdılar.
Alman əsirliyində olan minlərlə soydaşlarımız faşist peçlərində 
yandırılmaqdan azad olsalar da, SSRİ-yə qayıdan kimi güllələndilər, 
yaxud Sibirə sürülərək məhv oldular. 
Xosrov bəylə İsrafil bəyin doğma xalqı qarşısındakı missiya-
ları öz humanistliyi ilə də qiymətli olsa da tale onların bu missiya-
nı axıra kimi yerinə yetirməyə imkan vermədi. Xosrov bəy vətən 
həsrəti ilə qardaş Türkiyə Respublikasının Bursa şəhərində torpağa 
gömüldü. İsrafil bəysə ali təhsildən, general çini almaq ərəfəsində 
polkovnik  çinindən,  sovetlərin  qəhrəmanı  adından  məhrum  edi­
lərək, hərbi tərcüməçi “tacı” ilə kifayətlənməli olub, əlli il elə sus-
malı oldu ki, ailəsinin də bu işlərdən xəbəri olmadı”.
İkinci Dünya müharibəsi qurtardıqdan sonra da Xosrov bəy si-
yasi fəaliyyətindən əl çəkməmişdi. Azərbaycan uğrunda mübarizə 
aparan Xosrov bəyin fəaliyyəti bir çox vətənsizlər kimi, çox geniş 
və ruhlu olmuşdur. Tarixi məlumatlarda onun ailə və uşaq sahibi ol-
ması haqqında heç bir yazılı mənbəyə təsadüf etməmişim. Amma, 
şifahi olaraq insanlardan eşitmişəm ki, o, azərbaycanda olarakən 
bir nəfər qarabağlı xanımı ilə evlənmiş və uşaqları olmadığından 

Qarabağın general-qubernatoru
133
həmin xanım onu tərk etmişdir. Atam, İsrafil bəyin dediyinə görə, 
Xosrov bəy bir müddət Polşada yaşamış və orada bir polşalı qadın-
la evlənsə də uşaqları yox idi. Polşanı tərk edib Türkiyəyə qayıdan 
Xosrov bəy tək qayıtmış və bir daha Polşaya dönməmişdir.
Elburus Şahmarın və digərlərinin yazdıqlarına görə Azərbay­
canın Laçın bölgəsini təmsil edən və əslən türk oğlu – türk olan 
bu qardaşlar Türkiyədə dünyalarını dəyişmişlər. Sultan bəy 1955-
ci ildə Türkiyənin Göçgöy kəndində, bəzi mənbələrdə isə sadəcə 
Ərzurum bölgəsində vəfat etdiyi bildirilir. Azərbaycan türklərinin 
böyük oğlu Xosrov bəy isə 1956-ci ildə Bursa şəhərində torpağa 
gömülmüşdür.
Xosrov bəy Azərbaycan türk xalqını təmsil edən bir şəxs kimi 
özünün şirin canını vətənə həsr edən alicənab fəaliyyəti bu günkü 
gəncliyə bir örnəkdir. Dərk edilməlidir ki, dağlı-aranlı Qarabağ tor-
paqlarının 1993-cü ilə kimi Azərbaycan dövlətinin əlində qalması 
bilavasitə Laçınlı Xosrov bəy və Sultan bəy qardaşlarının fəallığı 
sayəsində mümkün olmuşdur. Sultan bəyin oğlu-qızı və hazırda da 
onların törəmələri, davamçıları vardır. Onlardan tələb olunan isə 
ata və babalarının, əmiləri Xosrov bəyin yolunu davam etdirmək, 
nəsl səcərəsinə yeni-yeni qəhrəmanlıqlar imzası atmaqdır.
Xosrov  bəyin  isə  övladı  qalmamışdır,  vətən  qarşısında  xid-
mətləri isə yetərincədir. Qalan odur ki, Azərbaycan dövləti, Azər­
baycan xalqı onun adını əbədiləşdirsin, layiq olduğu bir məkanda 
heykəli  ucaldılsın,  adına  küçələr,  prospektlər  olsun,  hansısa  bir 
təşkilata  onun  adı  verilsin,  vətənpərvərliyi  lazımlı  səviyyədə 
dövlətimiz naminə təbliğ edilsin.

     
Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin