Redaktor və rəyçilər: İlham Məmmədli


SüleyMaN rəhiMov SultaN bəy haqqıNda



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə6/9
tarix31.01.2017
ölçüsü5,26 Mb.
#6976
1   2   3   4   5   6   7   8   9

SüleyMaN rəhiMov SultaN bəy haqqıNda
XX əsrin 60­cı illəri idi. Ali təhsilimin ilk illəri idi. Atam mənə 
Əli (Alməmmədi) müəllimi görməyi tapşırmışdı. Onların hər ikisi-
nin özləri də ailələri də bolşeviklərdən çox əziyyətlər çəkmişlər. Əli 
müəllim böyük tarixi şəxsiyyət olsa da, ailəni əsasən rəssamlıqla, 
fotoqraflıqla  dolandırırdı. Atamın  tapşırığını  heç  kim  bilməməli 
idi. O, tapşırmışdı ki, Əli müəllim bacarsa Xosrov bəy Sultanovun 
şəklini onun üçün tapsın. Atamla Xosrov bəy Almaniyada tapış-
mışdılar və hər ikisi eyni amal uğrunda mübarizlik etmişdilər. Ata-
mın cavan, Xosrov bəyin isə ağsaqqal vaxtı olub.
Mən, Əli müəllimin Muxtadir küçəsindəki evinə (o, əvvəllər 
içəri şəhərdə yaşayıb) gəlib həyət qapısını açanda onun özü ilə qar-
şılaşdım. Görüşdük, istədim atamın tapşırığını söyləyim. Elə bilir-
dim elə o dəqiqə şəkli alıb gedəcəm. Amma, belə olmadı. Sözün 
var, soruşdu. Əli müəllim demişdim ki, sözümü kəsdi. Darıxma, 
gedək bulvara, orda kişilər məni gözləyir, sözünü onlardan sonra 
deyərsən.  Mən  isə  şəkli  tez  alıb  getmək  istəyirdim.  Bilirdim  ki, 
Əli müəllimin görüşləri çox olacaq və bütün gün evə dönməyəcək. 
Bütün  şəhər  onu  tanıyırdı.  Çarəsiz  qalıb  onunla  bərabər  bulva-
ra yollandıq. Getdiyimiz yol boyu onu tez­tez saxlayır, müxtəlif 
sözlər soruşur, suallar verir, bəzən də zarafatlar edirdilər. Mənsə 
səbirsizliklə  hər  dəfə  söhbətlərin  sonluğunu  gözləməli  olurdum. 
Nəhayət ki, indiki Kukla teatrının yanına çatdıq. Əli müəllim ayaq 
saxlayıb əlini gözünün üstünə qoyub ətrafı seyr etməyə başladı. Bir 
müddətdən sonra mən tərəfə dönüb gəl dedi, kişilər gəlir. Kişilərin 
kimliyini bilmirdim, soruşmamışdım, mənim üçün tez getmək va-
cib idi. Odur ki, heç nəyə fikir vermirdim.

Sultan bəy və Xosrov bəy qardaşları
102
Birdən, Əli müəllim əl çantasını mənə uzadıb, bunu tut dedi. 
Özü  işə  Alman  istehsalı  olan  şəkilçəni  qarşı  tərəfə  tuşladı.  Bu 
məqamda əli arxasında çarpazlaşmış Süleyman Rəhimovu, solun-
da Alı dayını (Əli Vəliyevi) və Bayram Bayramovu cərgəylə da-
yandıqlarını gördüm. Əli müəllim onların şəklini çəkdikdən sonra 
onlarla görüşdü və mənə də onlarla görüşməyə işarə etdi. Əmim 
nəvəsidir, yaxşı oğlandı, tələbədi, başdı oğlandı – dedi.
Əlbəttə  mən  bu  böyük  şəxsiyyətlərin  üçünü  də  tanıyırdım, 
Süleyman Rəhimovun əsərlərini yaxşı bilirdim, elə Əli Vəliyevin 
əsərlərin  də,  Bayram  Bayramovu  tanısamda  əsərləri  haqqında 
müfəssəl  məlumatlı  deyildim.  Süleyman  Rəhimov  həmin  illərdə 
də  çox  məşhur  idi,  onu  və  əsərlərini  tanımayanlar  yox  idi.  Hər 
yerdə çox hörmətlə qarşılanardı. Zəhmli kişi idi, çox hündür və 
dolu  bədənli  insan  idi.  Çox  səliqəli  geyimi,  səliqəli  saçları,  heç 
kiminkinə bənzəməyən bığları var idi. 
Heç bir düşünülmüş, razılaşdırılmış mövzulardan söhbət get-
mirdi, zarafatlarından da qalmırdılar. Şuxluq yaradan bu növ söhbət 
xeyli çəkdi. Mən isə içimdə çəkirdim. Elə ki, bu görkəmli şəxslərin 
söhbətləri ciddiləşdi, onların özləridə ciddiləşdi. Hamı gözləyirdi 
ki,  mövzuya  münasibəti  birinci  olaraq  Süleyman  Rəhimov  bil-
dirsin.  Həm  də  Əli  Vəliyevlə  Bayram  Bayramov  az  danışardı-
lar. Əli müəllim isə onlardan da az danışardı. Bu söhbət tədricən 
siyasətləşdi, cəmiyyətdə olan əyər­əskikdən getdi, hamısı eyni fi-
kirli oldular, biri­digərini tamamladı. Partiya işçilərinin qeyri­etik 
davranışından, hədiyyə almalarından, qohumbazlıq­yerlibazlıqdan 
söhbət düşəndə Əli müəllim söhbətə zarafatyana müdaxilə etdi. 
O,  dedi:  –  “Süleyman  müəllim  mənim  işim  sizinlədi.  Bax, 
çox  görkəmli,  təmiz  əqidəli,  hökumətdə  işləmiş,  uzun  müddət 
cəmiyyətin əyrilikləri ilə barışmayan bir kommunist olmusunuz və 
elə də var. İndi isə kommunistlərin əleyhinə danışırsınız, üstəgəl 
bəyləri – mülkədarları o ki, var tənqid eləmisiniz. Bu Sultan bəyin 
günahı nə idi ki, onu o günə salmısınız”. Süleyman Rəhimov daha 
da ciddi görkəm alıb, bir addım qabağa çıxdı. Əli elə bilirsən özü-
mü, özümkiləri beynimdən keçirmirəm. Əli – sən öl, sən öl mən 

Süleyman Rəhimov Sultan bəy haqqında
103
“Şamo”nu yazanda bu günkü vəziyyət olsa idi, ömrümdə heylə bir 
əsər yarada bilməzdim. Əli biz bu işin dalınca gedəndə elə bilir-
dik ki, kommunistlər nə deyirlərsə heylədə olacaq. Düzdüyü hamı 
istəyir, hətta oğrular – əyrilərdə. Düz deyirsən, mən ömrümdə heç 
bir əyriliklə, pis əməllərlə barışmamışam. Elə indinin özündə də 
beləyəm, özün bilirsənki. Mən ömrümdə ağlıma gətirə bilməzdim 
ki,  cibində  kommunist  partiyasının  sənədini  gəzdirəsən,  özündə 
rüşvət  alasan,  yaxud  ayrı  yerdə  ikinci  arvad  saxlayasan,  bunla-
rı gördükcə dəli oluram. Əli, qaldı ki, Sultan bəyə – onun üçün 
qəm yemə. Bilirəm sən də bəysən istəmirəm ki, bəylərə toxunul-
sun. Amma, bil və agah ol. Əli Süleyman Rəhimov Sultan bəyə 
elə  bir  əzəmətli  heykəl  qoymuşdur  ki,  belə  bir  heykəli  heç  kim 
qoya bilməz. Bir də bil ki, Sultan bəyin bu heykəlini heç kim sökə 
bilməyəcək,  Şamonu  yaxşı  oxu,  bir  də  oxu!  Bil  ki,  Süleymanın 
Şamosu dünyanın 60 dilinə tərcümə olunub, sil gözüm bu tarixi 
necə  siləcəksən.  Süleymanı  çox  yaxşı  başa  düşməyib,  dalımca 
danışıblar. Üzbəüz gələndə isə boğazları quruyub. İki kəlmə sözü 
bir­birinin ardınca deyə bilməyiblər. Belə adamların arasında Sü-
leymanın boyu hamıdan uzun, üzü hamıdan ağdır. Bax belə işlər 
əmioğlu....
Əli Vəliyev (Alı dayı) söhbətə müdaxilə etdi. Süleyman, çox 
düz buyurursan. Sən öl, heç sən deyəni mən fikirləşməmişəm, doğ-
rudan da əzəmətli bir heykəldir. Beləliklə, Bayram Bayramov və 
Alməmməd bəy də Süleyman Rəhimovun fikirlərini təsdiqlədilər, 
bəyəndilər və bir daha kommunistlərin “əməlləri” haqqındakı söh­
bətlərini davam etdirdilər. 
Biz birlikdə bulvar boyu indiki Muğam evinə qədər gəldik. Sü-
leyman Rəhimov xeyli müddət Laçında işləmişdi. Gördüklərindən, 
bildiklərindən, kimin haqlı, kimin qərəzli olduqlarından xeyli da-
nışdı. Amma, heç kim onun sözünü kəsmirdi...

     
M.C.bağırov, S.SultaN bəy, ə.MüSeyib bəy 
və ya kiMdir güNahkar?!
Azərbaycan  tarixinin  müxtəlif  dövrlərində  müxtəlif  cür  ha­
disələr yetərincədir. Təəssüf ki, Azərbaycan dövlətinə, onun döv­
lətçiliyinə və Azərbaycanın kütlədən ayrılıb qabağa çıxmış insan-
larına bu kimi hallar çox baha başa gəlmiş, itkilərimiz heç də az 
olmamışdır. Belə bir namünasib hadisə Zəngəzur qəzasında da ol-
muşdu. Belə ki, XX əsrin birinci qərinəsində Zəngəzur qəzasının 
torpaqları əvvəlki sərhədləri çərçivəsində qalmamış, müəyyən hissə 
İrana,  müəyyən  hissə  Qarabağın  digər  bölgələrinin  tabeçiliyinə 
verilməklə,  bir  hissəsində  isə  erməni  vəhşilikləri  tüğyan  edirdi. 
Söyləyəcəyimiz hadisə isə bilavasitə Azərbaycanda Cümhuriyyətin 
iqtidardan  getməsi  və  Qırmızı  imperiyanın  Azərbaycanı  işğalı 
ərəfəsinə təsadüf edir. Tarixən Zəngəzurun tabeçiliyi Gəncədə, Şa-
maxıda, Bərdədə, Beyləqanda, Şuşada olmasından asılı olmayaraq, 
Zəngəzur bir növ öz “müstəqilliyini” saxlayırdı. Soltanlıq, Mahal, 
Qəza statusunda fəaliyyət göstərirdi, əsas mərkəzlərindən biri də 
Goruş yaşayış məntəqəsi olmuşdur. Bəzən Zəngəzur sultanlığı tam 
müstəqil  fəaliyyət  göstərsə  də,  əksərən  Qarabağ  torpağı  olmuş, 
və Qarabağ Bəylərbəylik, Vilayət, Sancaq, Xanlıq dövrlərində bu 
dövlətin paytaxtından idarə edilmişdir. Qarabağ xanlarının, Gəncə 
bəylərinin tarixən Zəngəzurda şəxsi torpaq sahələri və yaylaq yer­
ləri olmuşdur. Zəngəzur sultanlığının ən böyük torpaq sahəsi əsasən 
XVIII  əsrin  ortalarında  Qarabağ  xanlığının  yaranmasına  təsadüf 
edir. Qarabağ xanlığından əvvəl Zəngəzurun sultanı Murtuza bəy 
olmuş, Qarabağ xanlığının yaranmasında müstəsna zəhməti oldu-
ğundan, xanlığa tabe olsa da onun səlahiyyətlərinə xeyli torpaq ve-
rilmişdir. İran şahının yanından qaçan Pənahəli, bir il Zəngəzurda 

M.C.Bağırov, S.Sultan bəy, Ə.Müseyib bəy və ya kimdir günahkar?!
105
başının dəstəsi ilə birgə Murtuza bəyin qonağı qismində yaşamış, bu 
müddətdə Murtuza sultan silah­sürsat və canlı qüvvə təşkil etməklə 
müstəqil Qarabağ xanlığını yaratmağa nail olmuşlar. Pənahəli ilə 
Myrtuza  bəyin  dostluğu  Zəngəzur  sultanlığının  sərhədlərinin  in-
diki  İran  dövlətinin  Qaradağ,  şimalda  isə  Göyçə  mahalına  qədər 
genişləndirməyə imkan vermişdir. Nəbibəylilərin uzun müddət bu 
sultanlığa rəhbərlik etmələrinin çox dərin kökləri var, amma onla-
rın Qızılbaşlardan əvvəl və Pənahəli xanla isti münasibətlərindən 
sonra  da  XX  əsrin  əvvəllərinə  kimi  hakimiyyətlərini  qorumaq-
da  Ziyadoğulları  və  Qacarlarla  yaxın  qohumluq  əlaqələrinin  də 
əhəmiyyəti  az  olmamışdır.  Böyük  Zəngəzur  Nəbibəylilərdən 
son ra  parçalanmış,  yuxarı  hissə  Hacısamlı  (və  ya  Hacıxanlı)  adı 
ilə  fəaliyyətdə  olmuş  və  onun  hər  iki  hissəsi  yenə  də  Qarabağın 
tərkibində  olmuşdur.  Elə  həmin  illərdə  də Yuxarı  Qarabağa  yox, 
Yuxarı  Zəngəzura  siyasi  rəhbərliyi  Sultan  bəy  Sultanov  etmiş-
dir. Sultan bəyin demək olar ki, Azərbaycandakı ömrü at belində 
və keşməkeşli olmuşdur. Cümhuriyyət dövründə isə onun qarda-
şı xosrov bəy Qarabağın genera­qubernatoru olmuş, Zəngəzur isə 
şimallı­cənublu yenə də Qarabağ tabeçiliyində fəaliyyət göstərirdi. 
Bu  dövrlərdə  Nəbibəylilərin  Qarabağda,  Xankəndində,  Gorusda, 
Qafanda, Ağcabədidə(taxta körpü), Zəngilanda, Təbrizdə, Xoyda, 
Gəncədə,  Ərdəbildə  mülkləri,  qohum­qardaşları,  çoxlu  miqdarda 
torpaqları, mədənləri və s. olsa da, Murtuza bəyin öz övladlarının 
törəmələri Araflı və onun ətrafında bir­birinə yaxın 35­dən artıq ya-
şayış məskənlərində, Kəlbəcərin çox hissəsində yaşamaqda davam 
edirdilər. Bu yaşayış məntəqələrindən biri də Bülövlük kəndi idi. 
Bülövlük kəndi də XVIII əsrin sonları, XIX əsrin əvvəllərinə yurd 
yerindən daimi yaşayış məskəninə çevrilmişdir. XX əsrin əvvəllərinə 
isə bu kənddə yaşayan bəylər, qədim qaydalarına zidd olaraq ətraf 
kəndlərdən olan Ərikli, Piçənis, Qurdgəzi, Arduşlu, Ağcakənd, Qo-
şasu, Qaraçanlı, Alpoud, Kəlbəcərin bəzi kəndlərindən olan, amma 
əsilzadə olmayan insanlarla qohumluq əlaqələri qurmuş, qız verib, 
qız almışlar. Vəziyyət o yerə çatmışdır ki, bu bəylərdən XX əsrin 
əvvəlinə  əsilzadəliklərini  saxlayan,  bülövlükdə  Bərxudar  bəy  və 

Sultan bəy və Xosrov bəy qardaşları
106
onun  xanımı,  Alıquluda  isə  Böyük  Zəngəzurun  axırıncı  sultanı­
ixtisasca həkim Cəbrayıl bəyin kiçik oğlu Cəlil bəy və onun xanımı 
yaratdıqları iki ailə istisnalıq təşkil edirdilər.
Sultan  bəyə  gəldikdə  isə  babası  çalvadar  olmuş,  sonralar  isə 
bu kəndlərlə qohumluq yaratmış, bu qohumluqdan istifadə edərək 
Murtuza  bəyin  Araflıda  yaşayan  törəmələrinin  köməkliyi  ilə 
bəylik titulu qazanmışlar. Sultanlılar kəndindəki bəylərin kökü isə 
İrəvanqulu  xanının  və  Nəbibəylilər  səcərəsinin    (II  Alməmməd 
bəy) bir qolunun törəmələridir. Son fikirlərin mənbəyi Araflıda ya-
şamış, anası və arvadı Qurdgəzi kəndindən olan yüzbaşı və pristav 
işləmiş, Nəbibəylilərin səcərə tarixinin 4­cü kitabının bir hissəsini 
qeydə almış Süleyman bəy Nəbibəylidir. Belə məlumatı ikinci dəfə 
yazıya  alan  beynəlxalq  əlifbanın  müəllifi  Əli  (4­cü  Alməmməd 
bəy) Nəbibəylidir. Atası gözəl xəttat olub, “Quran” ı ərəb dilindən 
sətri tərcümə edib, yazılarından Əlyazmalar institutunda saxlanılır. 
Sultan bəyin atası Paşa bəy savadsız olsa da, çox ağıllı insan olub, 
oğlu Xosrov bəyi də Cəbrayıl bəy Nəbibəylinin Odessada oxudu-
ğu tibb institutuna da Cəbrayıl bəyin həyat və fəaliyyətindən xoşu 
gəldiyi üçün göndərmişdir. Xosrov bəy də Paşa bəyin ümidlərini 
doğrultmuş, nəinki Cəbrayıl bəy kimi Zəngəzurun sultanı və Qa-
rabağ  xanlığının  baş  sərkərdəsi,  o,  bütövlükdə  bütöv  Qarabağın 
general­qubernatoru  olmuş,  “İttihad”  partiyası  fraksiyası  kimi 
Müsavat hakimiyyətində təmsil olunmuş, sonralar türkiyədə artıq 
“İttihad”partiyasının sədri kimi Məmməd Əmin Rəsulzadə ilə sıx 
təmasda  olmuş,  Müsavatın  Azərbaycanda  yenidən  hakimiyyətə 
gələcəyi təqdirdə hakimiyyətdə təmsil olunacağını razılaşdırmışdır. 
İkinci Dünya Müharibəsinin əvvəllərində Cəbrayıl bəyin nəvəsi İs-
rafil bəylə Almaniyada bir neçə dəfə görüşmüş, öz tərəfdaşları ilə 
birlikdə  bir  çox  azərbaycanlıları,  Orta Asiya  və  digər  müsəlman 
SSRİ  əsgərlərini  Hitler  konslagerlərindən  azad  etmişlər.  Bu  haq-
da Milli Təhlükəsizlik Nazirliyinin qəzetində və digər qəzetlərdə 
məlumatlar  verilmişdir.  1915­20­ci  illərədə  Şuşa  şəhər  polisində 
fəaliyyət göstərən Müseyib bəyin ailəsi Laçın bölgəsinin Bülövlük 
kəndində məskunlaşmışdır və həm də Qurdgəzi kəndi insanları və 

M.C.Bağırov, S.Sultan bəy, Ə.Müseyib bəy və ya kimdir günahkar?!
107
Sultan bəylə qohumuqları var idi. Müseyib bəy çox yaraşıqlı, qoçaq, 
cəngavər, el­obanı istəyən, yeri gələndə əl tutan və sözübütöv ol-
maqla öz dövrünün məşhurlarından olmuşdur. Yaxşı at, yaxşı silah, 
xəncər həvəskarı olmuşdur. XX əsrin ilk on illiyində bəylik deyilən 
törəmədə və Laçın bölgəsində yaşayanlar arasında II Alməmməd 
Sultan və Cəbrayıl bəydən sobra qızıl alışqan, qızıl qəlyan ancaq Mü-
seyib bəydə olmuşdur. Elə vaxt olurmuş ki, “Aynalı” və “Beşaçılan”ı 
eyni vaxtda istifadə edə bilirmiş. Əliaçıq, qonaqpərvər, dost yolun-
da ölümə hazır adam imiş. Həm də, sadəlövh, hər şeyə tez inanan, 
tez qızışıb­tez də soyuyan adam olmuşdur. Bəzən kasıblar arasında 
bəy paltarının üstündən köhnə, nümdaş paltarlar geyər, özünü sadə 
apararmış ki, ətrafdakı insanlar narahatlıq keçirməsinlər. Bəzən də 
kasıbların  tərəfini  saxladıqda,  onları  müdafiə  etdikdə  “başağrısı” 
çəkərmiş.  Belə  bir  hadisəyə  görə  bir  dəfə  Pircan  kəndində  “otu-
ran” (o bina sonralar məktəb oldu) pristav nümayəndəliyi onu tutub 
cəzalandırmaq istəyirmiş. Bu məqəsdlə də Bülövlükdəki evini gecə 
ikən polislər mühasirəyə alırlar. Müseyib bəy polisləri inandırır ki, 
özü sərbəst gəlib rəislə danışacaqdır, hər məsələdə xətir­hörmətlə 
bitəcəkdir. O, elə də edir. O, hamıdan əvvəl Pircana çatır və çox 
zəhmli və cəld olduğundan onu qarşılayanlar da, rəisin özü də tu-
tulur, ona heç nə deyə bilmirlər. Müseyib bəy rəisə müraciət edir 
ki, məni görmək istəmirdiniz, mənlik nə qulluğunuz var, buyurun, 
mən sizin hüzurunuzda. Rəis bu gəlişin və müraciətin o dərəcədə 
gözlənilməz olduğundan, Müseyib bəyin zəhmindən­ancaq “yox­
yox,  bəy  heç  nə,  sizin  sağlığınız”  kəlmələrini  dil­dodağı  əsə­əsə 
deyə bilir. Müseib bəy isə sağollaşıb, cəld də otaqdan çıxır. Rəis 
özünə gələndə Müseyib bəy tək ağac deyilən yeri artıq keçmişdi. 
Ona nə atılan güllə, nə də at çata bilməzdi. Bu hadisədən sonra Mü-
seyib bəy onunla Gorusda görüşür və dostlaşırlar.
Müseyib bəyin ölümü ilə nəticələnən görüş isə Şuşada baş ver-
mişdir. Bolşeviklər çox böyük bir gizli təbliğata başlamışdılar, onun 
da  mərkəzi  Tiflis  şəhəri  idi.  Ən  çox  Azərbaycan  bolşeviklərinə 
göstəriş oradan gələrdi. Mir Cəfər Bağırov seyid olsa da, qatı bolşe-
vik idi. Kommunist ideyalarına inanırdı, Tiflisdə çoxlu gürcü bol-

Sultan bəy və Xosrov bəy qardaşları
108
şevik dostları da var idi. Çaparidze, Djerjinski, Beriya, Stalin və 
sairlər də bu sırada idilər və bu şəxslər bolşeviklər arasında böyük 
nüfuza malik idilər. M.C.Bağırov heç də onlardan geri qalmırdı, bir 
çox məsələlərdə isə hətta onlardan qabaqda idi. M.C.Bağırov bir 
dəstə bolşeviklərlə Qarabağın bir çox yerlərində, gizli təşkilatlarla 
görüşür,  tapşırıqlarını  verir.  Lakin,  o,  Şuşa  şəhərində  ələ  keçir. 
Bir müddət Şuşa həbsində yatdıqdan sonra və Qarabağın general­
qubernatoru (milliyətcə rus olub) Gəncədə oturduğundan göstərişlə 
onu qubernatora təhvil vermək zərurəti yaranır. Müseyib bəy haq-
qında yuxarıda dediyimiz xüsusiyyətləri nəzərə alınaraq, bu işi ona 
həvalə edirlər və tələb edirlər ki, M.C.Bağırovun cənab quberna-
tora təhvil verilməsi haqqında, onun imzası ilə sənəd gətirməlisən. 
Qazalaqlar  hazır  olur,  dörd  nəfər  də  polis  əməkdaşları  Müseyib 
bəyin rəhbərliyi ilə Gəncəyə üz tuturlar. Yolda imkan düşən kimi 
Bağırov Müseyib bəyin qoçaq adam olduğunu, bəy oğlu olduğu-
nu  eşidib,  xasiyyətindən  də  xəbərdar  idi,  proletariatı  müdafiə  et-
diyini  də  bilirdi.  Müseyib  bəyi  Bağırov  inandırır  ki,  bolşeviklər 
mütləq qalib gələcək və o halda Müseyb bəyə heç kim heç nə edə 
bilməyəcək, çünki Müseyib bəy bolşevikləri, Azərbaycan proletar-
larını  müdafiə  etmədə  öz  əməyi  və  zəhməti  olmuş  bir  şəxs  kimi 
təqdim  edilə  bilər  və  sənədli­sübutlu  faktda  vardır.  Müseyib  bəy 
isə ona bir qamçı çəkərək kəs səsini bolşevik köpək oğlu cavabı-
nı verir və sürücüyə Yoluğa (Yevlax) sür əmri verir. Onlar Yevlax 
dəmir yol məntəqəsinə kimi danışmırlar (Şuşada Müseyib bəyi başa 
salmışdılar ki, Bağırov çox böyük bolşeviklərdəndir, həm də o da 
qoçaq adamdır, ehtiyatlı ol yolda qaça bilər). Yevlaxda isə Müseyib 
bəy ətrafındakı polisləri yeməkxanaya aparıb, onlara çay­çörək alır 
və  qeyd  edir  ki,  çörəklərini  rahat­ayxayın  yesinlər.  O,  özü  Bağı-
rovun qarovulunda duracaqdır. Müseyib bəy Bağırovun əl­qolunu 
açır, bəyə layiq onu yedizdirir və Yevlax­Bakı qatarına bilet alıb 
onu yola salır. Bağırov isə bir kağız parçası taparaq yazır: “Bütün 
kommunistlərə  –  Müseyib  bəy  əsl  kommunist,  proletariatın  da-
yağıdır, Bağırovun xilaskarıdır. Mir.Cəfər .” Sonra Müseyib bəyə 
Bağırov bildirir ki, sən bu gündən bolşevik partiyasının üzvüsən, 

M.C.Bağırov, S.Sultan bəy, Ə.Müseyib bəy və ya kimdir günahkar?!
109
yerli bolşeviklərlə əlaqə qur, onlara dayaq dur, kim səni incidərsə, 
sənə verdiyim kağızı ona göstərərsən. Bu həm də sənin partiya bi-
letindir. Onlar ayrıldıqdan sonra Müseyib bəy adamlarını götürərək 
Gəncəyə üz tutur. Yevlax­Gəncə yolunda böyük bir sahədə biçilmiş 
taxıl zəmisinə rast gələndə qazalağı saxlatdırır və göstəriş verir ki, 
iki nəfər küləş toplasın, diğərlər isə zəminin içində bir xəndək qaz-
sınlar. Yığılmış küləşi qazılmış xəndəyə tökdürür və qızıl alışqanı 
ilə ona od vurur. Sonda küləş külünün üstü torpaqla basdırılır və 
baş daşı yerinə “burada qatı bir bolşevik əclafı basdırılıb” sözləri 
yazılmış  taxtanı  qoyurlar  və  o  ətrafındakı  adamlara  müraciətlə 
“gördünüz də, qaçmağa cəhd edən qatı bolşeviki öldürdük, yandır-
dıq və üstünü də torpaqladıq” deyir. Hamı Müseyib bəyin sözlərini 
təsdiqləyirlər. O, cibindən xeyli pul çıxarıb onları mükafatlandırır 
və  yollarını  davam  edirlər.  Gəncəyə  çatdıqda  isə  iki  nəfər  polisi 
yanında götürərək qubernatorun yanına girir və əhvalatı yuxarıda 
qeyd edildiyi tərzdə şərh edir, yanındakı polisləri də şahid qismində 
təqdim edir. Sonra Şuşadan gətirdiyi qubernator “töhvəsini” də ona 
təqdim edir və xahiş edir ki, ona bir sənəd verilsin ki, həqiqətən 
M.C.Bağırovu  Müseyib  bəydən  təhvil  almışdır.  Qubernator  Şuşa 
polis idarə rəisinə öz imzası ilə bir sənəd verir və həm də göstəriş 
verir ki, Müseyib bəyin yoldakı bu şücaətinə görə onu mükafatlan-
dırsınlar. Bu hadisə M.C.Bağırovla Müseyib bəyi çox yaxınlaşdırır. 
Yaxınlıq  əlaməti  olaraq  M.C.Bağırov  Müseyib  bəyə  bir  qızıl  cib 
saatı və bir ədəd də zərə tutulmuş gümüş qınlı xəncər bağışlayır. 
Deyilən dövrlərdə Azərbaycan hələ də gürcülər, farslar, ruslar və 
xüsusən də ermənilərlə ortaq məxrəcə tam gələ bilməmişdilər. Rus 
bolşeviklərlə erməni daşnak (üzdə bolşevik) qoşunları Azərbaycanı 
demək  olar  ki,  işğal  etmişdilər.  Zəngəzurda,  Şuşa  və  Şuşa  ətrafı 
kəndlərdə,  Laçının  Gorusla,  Qara  göl,  Minkənd,  Xankəndi  üstü 
Nərdivandağ erməni kəndləri ilə sərhəd torpaqlarda hələ də atışma 
davam edirdi. Digər tərəfədən də həm ermənilər və həm də rus-
lar  tərəfindən  bolşevikləri  Yuxarı  Qarabağa  buraxmayan  Sultan 
bəyə hər gün bir elçi, bir canlı və yazılı ultimatumlar göndərilirdi. 
Ermənilərin indiki Laçın şəhərinin aşağı hissəsində Zabux körpü-

Sultan bəy və Xosrov bəy qardaşları
110
sü deyilən yerdə ağır zərbə alması, Andranik silahlı qüvvələrinin 
məğlubiyyəti Sultan bəyə çox böyük şərəf və şöhrət gətirmişdi. Onu 
da qeyd edək ki, Azərbaycan insanlarının ermənilərlə döyüşündə 
ermənilərin bu miqyaslı 2­ci bir məğlubiyyəti olmamışdır. Bunun 
da  səbəbi  ermənilərin  müəyyən  məqamlardan  istifadə  ertmələri, 
xaricdən silah­sürsat, canlı qüvvə yardımları ilə bağlıdır. Yəni bi-
zim məğlubiyyətlərimizin heç də ermənilərin döyüşkənliyinə aidiy-
yatı yoxdur. Andraniklə bu döyüşdə bütün Laçın əhalisi çox böyük 
birlik və həmrəlyik, vətənpərvərlik, ən başlıcası isə əsl milli qeyrət 
nümayiş etdirmişlər.Təbii ki, burada Araflı (Alaflı), Yal kəndi, Alı-
qulu,  Bülövük,  Sultanlar, Yenqıca,  Beşbulaq,  Dündül,  Bağırbəyli 
və s. yaşayış məntəqəlrinin bəyləri daha çox öndə gedən olublar, 
hərəsi bir “əsgər” birliyinin başında dayanırdı. Bunun da səbəbi on-
ların hamısının silah sahibi, imkan sahibi və silahdan yaxşı istifadə 
etmə  qabiliyyətləri  olmuşdur.  Əhali  Sultan  bəyə  nəyə  gümanları 
gəlirdisə, onunla yardım etmişlər. Andranikə qarşı mübarizədə Paşa 
bəyin yanında məşvərət qrupunun səkkiz nəfərindən biri olan və 
hamıdan cavan olan Cəlil bəyin (Peterburqda təhsil almış) xanımı 
Qaratel xatunun 1958­ci ildə bir məclisdə dediyinə görə, o ailə Sul-
tan bəyə Türkiyədən top almaq üçün bir ətək qızıl­gümüş vermişdir. 
Yəni, əhali eyni hava ilə nəfəs almış, hamının nəbzi vətən üçün eyni 
cürə döyünmüşdür. Mən deyərdim ki, Laçında 1988­1992­ci illərdə 
də həmin ab­hava hökm sürürdü, heyif ki...
Başda rus şovinist bolşevikləri, bolşevik paltarı geymiş daş-
nak  ermənilər  və  bolşevik  ideyasına  inanmış  siyasi  savadsız 
Azərbaycan insanları birlikdə Yuxarı Qarabağda, Zəngəzurda, onun 
Laçın  bölgəsində  Sultan  bəyi  aradan  götürmək  qərarını  verirlər. 
Bu, dağlarda, bu eldə asan iş deyildi və Laçının bir neçə adam-
larını çıxmaq şərti ilə, digərləri bolşevizm nə olan bir məfkurədir 
bilmirdilər. Odur ki, həmişə olduğu kimi bizə qarşı hiyləyə əl atdı-
lar. M.C.Bağırov Müseyib bəylə əlaqə saxlayacağına qərar verdi, 
adam göndərdi, hər cür yardıma və digər məsələləri boynuna çəkdi. 
Əlbəttə bu vədlərin içində hədə qorxu da var idi. Müseyib bəy se-
çim  qarşısında  qalmışdı.  Hansı  tərəfə  üstünlük  versəydi  nəticəsi 

M.C.Bağırov, S.Sultan bəy, Ə.Müseyib bəy və ya kimdir günahkar?!
111
eyni cür alınmalı idi. Onu da xatırlatmaq vacibdir ki, bolşevik qo-
şun növlərinin tərkibində olan millətlərin, hətta, Azərbaycana olan 
münasibətindən asılı olmayaraq bolşeviklər artıq işğal qüdrətində 
idilər. Hər bir bölgəmizə müdaxilə edə bilir, istədiyinə böyük qır-
ğınlar bahasına olsa da, nail olurdu. Bu baxımdan Müseyib bəy 
ikibaşlı oyun oynamaq istədi və tərəddüdü uzun çəkdi, heç kimlə 
də məsləhətləşmədi, bir sözlə tək başına qərar verdi. O, fikirləşirdi 
ki,  Sultan  bəyi  yaralamaqla  bolşevikləri  neytrallaşdırar.  Sultan 
bəysə ya çıxıb gedər, yaxud ağsaqqal­qarasaqqalla barışıqlıq yara-
dar. Əlbəttə, bu çətin məsələ idi. Heç kimi güllə atandan sonra səni 
öldürmək  fikrim  olmayıb  deməyə  inam  yaratmaq  çətindir.  Yax-
şı olardı ki, Müseyib bəy elə Sultan bəyin özü ilə açıqdan­açığa 
danışıb,ikilikdə bir qərara gələydilər. Bu baş vermədi, Müseyib bəy 
Sultan bəyi yaraladı,həm də ağır yaraladı, baxmayaraq o, ürəyində 
bunu istəmirdi. Dərin yaralanmağın səbəbi isə Sultan bəyin otur-
duğu yerdə aşağı əyilməsi olmuşdur. O, çox əziyyət çəkdi, dağ-
da, mağarada yaşadı, yaxşı dostların sayəsində müalicə olundu, nə 
bolşeviklərin və nə də ki, ermənilərin əlinə keçdi. Sultan bəy Mü-
seyib bəyin bu hərəkətini və nə də ki, ermənilərin əlinə keçdi. Sul-
tan bəy Müseyib bəyin bu hərəkətini ona qəsd kimi qiymətləndirdi 
və tədbirini də gördü. Müseyib bəyin Alıyanlı kəndində yaşayan 
dostlarını ələ aldı, onun aradan götürülməsinə qərar verdi. Sultan 
bəy  qardaşı  Xosrov  bəylə  artıq  İrana  keçmişdi,  amma  hərdən­
hərdən  vətəninə  məxvi  yollarla  gəlirdi,  uzaq  səfərə­Türkiyəyə 
gedəcəyindən bir çox işlərini, o cümlədən Müseyib bəy məsələsini 
də “yoluna” qoymaq istəyirdi və etdi də. Alıyanlıdan olan Müseyib 
bəyin dostları onun yanına gəlmədilər, ardınca harasa getmədilər, 
pusqu  qurmadılar.  Sadə  bir  məktub  yazıb,  onun  içinə  bir  Quran 
ayəsi vərəqi qoyub, Müseyib bəyə bildirdilər ki, sən bu Quran dur-
ma tez bizə gəl səninlə bir vacib işimiz var. Əlbəttə, Müseyib bəy 
nə qədər sadəlöv insan olsa da məktubdan şübhələndi, çox ağıllı, 
təmkinli xalası oğlu olan Əvil bəylə məsləhətləşdi. Əvil (Evil) bəy 
o dəqiqə Müseyib bəyə bildirdi ki, səni çağırırlar öldürməyə, bax-
mayaraq ki, o, Müseyib bəyin Sultan bəyə güllə atdığını bilmirdi. 

Sultan bəy və Xosrov bəy qardaşları
112
Müseyib bəy onda Əvil bəyin onunla getməsini istədi. Əvil bəy 
heç kimin və ya Müseyib bəyin kiminlə getməsinə qəti etiraz etdi. 
Müseyib bəy onu qorxaq adlandırdı. Əvil bəy isə cavabında bildir-
di  ki,  “ağıllı  igid  külək  əsəndə,  ağacın  yarpaqlarının  xışıltısından 
da  diksinməli,  ehtiyat  etməlidir...”  Müseyib  bəy  bir  neçə  nəfərlə 
məsləhətləşsə də, hamı Əvil bəy dediyi qənaətdə idilər. Bərk əsəbiləşən 
Müseyib bəyə dəqiq atəş açma məsələsində heç kim çata bilmirdi, çox 
güclü və cəld idi, bir sözlə özünün gücünə, qüdrətinə özü də inanır-
dı, istənilən vəziyyətdə qorxu bilməz adam idi. Həm də onun ailəsi 
Quran oxuyan, oruc tutan, namaz qılan idilər, Allaha yetərincə sitayiş 
edirdilər. Müseyib bəy öz qüdrətinə inandığı kimi, getməməyi də Qu-
rana hörmətsizlik kimi dəyərləndirirdi. Yəni üzbəüz heç kim Müseyib 
bəyə əl qaldırmağa cürət edə bilməzdi, heç bacara da bilməzdi. Amma, 
yolda təsadüf etdiyi köhnə tanışlarından birini Müseyib bəy özü ilə 
götürə  bilir  və  onu  məlumatlandırır,  psixoloji  hazırlayır.  Qardaşlar 
Müseyib bəyi həmişəkindən daha da yaxşı qarşılayırlar, yeyib­içirlər, 
yatmaq məqamı gələndə Müseyib bəy yanındakı adamı başa salır ki, 
mənə bir saat yatmaq gərəkdir, silahımda yanımda olacaq. Bir saat 
sən yatma, silahın da əlində hazır olsun, bir saatdan sonra sən məni 
durğuzarsan, mən sənin qarovulunu çəkərəm, mən ayıq olanda heç ki-
min bizə əl qaldırmağa cürəti çata bilməz. Hərçənd ki, bu belə olmadı, 
qarovulda duranı yuxu tutdu və bunu izləyən qardaşlar öz adamları 
ilə birlikdə Müseyib bəyi, onun tanışını yatdıqları yerdə güllələdilər. 
Sonra gecə ikən meyitləri öz kəndlərindən kənarda – Şuşaya gedən 
yolun kənarında, hamının görə biləcəyi bir yerə atdılar.
Müseyib bəyin qətlə yetirilməsi çox böyük sürətlə hər yana, 
hətta Dağıstana, Gürcüstana, İrana, Qarabağa, Zəngəzura, Naxçı-
vana, İrəvana və s yerlərə yayılmışdı. Hadisəni İranda eşidən Sul-
tan bəy bir az rahatlansa da, vətənindən, ailə üzvlərindən çox böyük 
nigarançılıqla  Türkiyəyə  üz  tutdu.  Sultan  bəyin,  Müseyib  bəyin 
hər ikisinin vətənləri, ailələri, təsərrüfatları bolşeviklər tərəfindən 
min  bir  əzab­əziyyətə  düçar  oldu.  Sultan  bəyin  nəyi  var  idisə, 
hamısı  müsadirə  olundu,  məhv  edildi,  təhqir  olundu.  Bolşevizm 
eyfariyası çox güclü təbliğ edilir, doğma qardaşlar ayrı­ayrı ide-

M.C.Bağırov, S.Sultan bəy, Ə.Müseyib bəy və ya kimdir günahkar?!
113
oloji cəbhələrdə bir­birinə qarşı döyüşür, vuruşurdu. Sultan bəyin 
də  ailə  üzvləri  hətta  öz  yaşadıqları  yerdə  qohumları  tərəfindən 
təhqirlərə məruz qalırdı, ev­eşikləri dağıdılırdı. Sonralar Əvil bəy 
söyləyirmiş  ki,  Sultan  bəyin  Nağdalı  deyilən  (Sultan  bəyin  bu-
radakı  yaylaq  yaşayış  məskənləri,  “Sves”  adlı  çoxlu  mal­qarası 
əsasında  əvvəlcə  “Nağdalı”  heyvandarlıq  sovxozu  yaradılmış, 
daha sonra isə ona Kirovun adını verməklə­Kirov adına maldar-
lıq sovxozu demişlər və bu sovxoz sovetlər 1991­ci ildə dağılana 
qədər fəaliyyətdə olmuşdur.) mülkündə bolşeviklər, hətta onların 
arasında olan Sultan bəyin nökər­naibləri də burada özlərini yax-
şı aparmadığına və əndazələrini ötdüklərinə görə qeyrətim qəbul 
etmədi, oraya getməli oldum. Baxmayaraq ki, xalam oğlu Müseyib 
bəyi Sultan bəy öldürtmüşdür. Orada nə görsəm yaxşıdır, dünənki 
nökər­naiblər xəncərlərini yorğan­döşəyə, yastığa, mütəkkəyə so-
xaraq cırır və qu­quşunun tükləri aləmi bürümüşdü, ağız deyəni 
qulaq eşitmirdi, mənə də fikir verən yox idi. Çarəsiz qalıb havaya 
bir güllə atdım və dedim ki, ay bədbəxtlər, bu yastıqların günahı 
nədir?! Öz yastıqlarınızın içini samanla doldurursunuz, bundansa, 
bu yastıqları, yorğan­döşəkləri öz aranızda bölüşdürün. Bu sözdən 
sonra Sultan bəyin Nağdalıdakı ev əşyalarının üstündə dava­dalaş 
başlandı. Mən isə buradan uzaqlaşmağa üstünlük verdim.
Müseyib  bəyin  ölüm  əhvalatı  M.C.Bağırova  çatanda  o  artıq 
“ÇK” deyilən qurumun rəhbəri idi. Bağırovun həmin dəqiqələrdə 
keçirdiyi hisləri başa düşmək çətin olsa da bu məsələ ilə bağlı onun 
gördüyü tədbirlər nəyi isə dərk etməyə imkan yaradır. Belə ki, Bağı-
rov kifayət edəcək qədər “ÇK” silahlılarını seçdiyi gecələrin birində 
Alıyanlı kəndi ətrafında düzür. Onlara əmr edir ki, kəndə girənlərə 
və arvad­uşaqla işiniz olmasın. Amma, gözə görünən və kənddən 
çıxmaq istəyən hər bir kişi güllələnməlidir. Əmr verildiyi kimi icra 
edilir, Alıyanlıda xeyli kişi, günahı oldu­olmadı məhv edilir.
Mərkəz  qaşısında  məsələyə  şərh  verən  Bağırov  bəyin  əsl 
bolşevik  (biletsiz),  əsl  kommunist,  əsl  Leninçi  və  proletarların 
müdafiəçisi olduğunu bildirir, onun şəxsində çox böyük bir kom-
munisti itirdiklərini urək ağrısı ilə söyləyir. O, sözünün sonunda 

Sultan bəy və Xosrov bəy qardaşları
114
qeyd edir ki, gərək bu kəndi tam məhv edəydik, lakin, biz dədə­
babadan  arvad­uşağa  əl  qaldırmağı  özümüzə  rəva  bilməmişik. 
Hesab edirəm ki, elə burada oturanlar da mənimlə həmfikirdilər, 
baxmayaraq  ki,  Müseyib  bəy  kimi  kommunistə  də  əl  qaldıran, 
onunla  bir  süfrədə  çörək  yeyən,  dostluq  edən  bu  kişiləri  həmin 
əl  dəymədiyimiz  qadınlar  bu  dünyaya  gətirmişlər.  Amma,  La-
çında Müseyib bəylə M.C.Bağırovun bu münasibətlərini demək 
olar  ki,  heç  kim  bilmirdi.  Odur  ki  Müseyib  bəyin  ailəsi  də  bü-
tün qohum­övladaları kimi çox pis günə qalmışdı, yaşayış yerləri 
tam məhv edilmişdi. Hətta sirf əkin­səpinlə, yaxud cüzi mal­qara 
təsərrüfatı  ilə  məşğul  olan  və  bəy  adını  öz  soy  adının  sonunda 
eşitməkdən, yaxud xeyir­şərə gedəndə, yeganə bəy paltarını əyninə 
keçirməkdən başqa heç nəyin sahibi olmayan bəylər də hədəfdə 
idilər. Qaçanlar qaçmış, tutulanlar tutulmuş, öldürülənlər öldürül-
müş,  digərləri  bəyliyini  danmış,  hansının  digər  nəsillərlə  qohu-
muqları varsa­oralı olduğunu sorğu­sualda bildirmiş, soy adlarını 
danmış, bir sözlə nəsl səcərələrindən etiraz etmişlər. Bəzən də tor-
paqlarını, heyvanlarını, mülklərini könüllü olaraq hökümətə, kol-
xoza verəndə belə, onları kolxoza götürməmişlər. Bu əziyyətlərə 
dözməyən Müseyib bəyin xanımı (Sultan bəyin qohumu) Xurşud 
xanım  dünyasını  dəyişəndə,  iki  kiçik  yaşlı­Zeynəblə,  Kamran 
kiçik bir daxmada yiyəsiz qalırlar. Müseyib bəyin ata qohumla-
rından olan Əbdülkərim bəy “ÇK”nın sorğu sualından iflic olub, 
yorğan  döşək  xəstəsi  olmuşdur.  Ona  qulluq  etməyə  bir  insanın 
gücü çatmırdı. Amma, qohum­övladı sağ olsunlar. Gündüz gələ 
bilməyənlər,  gecə  gəlib  kişiyə  baş  çəkir,  əlindən  gələni  edirlər. 
Zeynəblə Kamran da buraya gələr, Allah verəndən dadar, bəzən də 
elə burada da gecələyərdilər. Belə gecələrin birində uşaqlara yazı-
ğı gələn Əbdülkərim bəy və xanımı Əsli xanım arasında Müseyib 
bəylə Bağırovun əlaqəsindən qorxa­qorxa olsa da, söhbət gedir. 
Zeynəb böyük uşaq idi, özü də atası kimi qorxu nədi bilməzdi. 
Səhərisi  gün  evlərindən  2­3  km  aralıda  “Kiş  pəyələri”adlanan 
yerdə  yaşayan  başqa  bir  qohumugilə  gedir  və  bildirir  ki,  məni 
aparın  M.C.Bağırovun  yanına,  mən  ona  bizim  günahsız  oldu-

M.C.Bağırov, S.Sultan bəy, Ə.Müseyib bəy və ya kimdir günahkar?!
115
ğumuzu  deyəcəyəm.  Qohumlar  pərişan  olsalar  da  Zeynəbə  söz 
verirlər,  havalar  işıqkən  qardaşının  yanına  qayıtmağı  tövsiyə 
edirlər.  Zeynəbdən  sonra  burada  qərara  alınır  ki,  M.C.Bağırova 
əhvalat haqda bir məktub yazsınlar və bəlkə də bu məktubu digər 
qohumlar üçün də xeyri oldu. Elə də edirlər. Araflıda qalan yeganə 
yazıb­oxumağı  bacaran  qohumun  yanına  gələrək  Zeynəbin  fik-
rini  ona  çatdırırlar.  Həmin  şəxs  Zeynəbin  adından  uşaq  xəttinə 
bənzər xətlə sadə bir məktub yazıb, Bağırovdan kömək istəyirlər 
və məktubu gecəynən gətirib Şuşadakı poçt məntəqəsinin qapı-
sından asılmış qutuya atırlar. Bir müddətdən sonra Laçın rayon 
partiya təşlikatının katibi, polisi, icarəyə komitəsinin sədri xeyli 
ərzaq, pal­paltar və s. ilə gəlirlər. Bülövlük kəndində, kolxozun 
sədrini,  komsomolu  da  oraya  çağıtdırırlar.  Yerindəcə  uşaqların 
vəziyyəti  ilə  tanış  olurlar,  digər  insanlarla  söhbət  aparırlar.  Bu-
radakı adamlar Laçının katibinə bildirirlər ki, bəylikdən heç kim 
və heç nə qalmayıb, burada qalanları da bir­bir yoxlaya bilərsiz. 
Yığışmış insanlar bir–bir özlərini təqdim edirlər ki, məsələn mən 
Piçənis kəndindənən, buraya gəlin gəlmişəm, özüm də yetimda-
ram, nə ərim qalıb, nə də ki, ərimin digər qohumları. Amma, bizi 
də bəy kimi tuturlar, incidirlər, heç bir əsas olmadan harasa uzaq-
lara  göndərirlər.  Kiçik  yaşlı  uşağın  təşəbbüsü  ilə  və  Bağırovun 
göstərişinə əsasən bu kənddə xeyli müddət əmin­amanlıq olur. La-
kin, bu da uzun çəkmir. Ətraf yaşayış yerindəki insanların siyasi 
savadsızlığı və ya səviyyəsizliyi ucbatından orda­burda gizlənmiş 
bəyzadələrin əməyə qayıdışı onlara baha başa gəlir. Biri kolxozda 
biçin biçdiyi yerdən, digəri xırman döydüyü yerdən, başqa biri-
si isə gecələdiyi evdən sorğu­sualsız aparılmış, xüsusəndə oxu-
muşlar və bir daha ev­eşiklərinə dönməmişlər. Onu da deməliyik 
ki, söylədiyimiz axırıncı hadisədən sonra Laçında Müseyib bəylə 
Bağırovun  münasibətləri  hər  yerə  yayılır  və  Laçına  yeni  katib 
gələndə də Müseyib bəyin oğlu Kamran bəyə və qızı Zeynəb xa-
nıma hər hansı qüsurlarına görə cəza verməkdən çəkinmişlər.
M.C.Bağırovu,  Sultan  bəyi  və  Müseyib  bəyi  ittiham  etməyi  
isə buraxırıq oxucunun və zamanın səlahiyyətinə...  

   
     
Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin