Redaktor və rəyçilər: İlham Məmmədli



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə5/9
tarix31.01.2017
ölçüsü5,26 Mb.
#6976
1   2   3   4   5   6   7   8   9

Oxu, Məhəbbət 
Şuşa hayqır, Laçın çağır, harayla, 
Bu yaranı qoyma qaysaq bağlaya 
Bəlkə səsin sinəmizi dağlaya 
Bar səsinlə titrət bizi, Məhəbbət, 
Oyat bizi, inlət bizi, Məhəbbət! 
 
Yurd, yuvamız yağılara  qalıbdı 
Ağır ellər gözü  yolda qalıbdı, 
Dağ, qayalar bu səbrə mat qalıbdı, 
Yağılara girov qalan  qəbrimiz 
Bağışlamaz, oxu, daşsın səbrimiz. 
 
Gör nə vaxtdı qan ağlıyır Həkəri 
Perik düşdü   bu ellərin ərləri, 
Yurd dərdindən yoxdu dərdin betəri  

Sultan bəyin tərənnümü
89
İçimizə yanğı, ağrı, acı təp, 
Zəngulə vur, yaramıza sən duz səp.
 
Yollar bizə yol verərmi dönməyə, 
Ağuşunda yer verərmi ölməyə, 
Bir umuddu qoymur ömrü sönməyə, 
Nəfəsinlə titrət bizi, Məhəbbət 
Səksət, oyat, inlət bizi Məhəbbət. 
 
Qərib yetim təki sızlayır vətən 
“Laçınım” de, o dağları çağır sən 
Bəlkə sənin haray çəkən səsindən 
Tüstüləyən ocağımız od ala  
Mürgü döyən qeyrətimiz oyana.
Oxuculardan  rica  edərdim  ki,  bu  dəyərli  yazıçı-jurna lis-
timizin  şəxsi  hacinerimanoglu.azersayt.com  bloqunda  toplan-
mış yazıları oxusunlar. 

     
SultaN bəydəN bəZi dəqiqləMələr
Uzun  illərdir  qəlblərdə,  bir  neçə  aydır  Azərbaycanda,  Tür­
kiyədə, xüsusən Azərbaycan mətbuatında tez­tez haqqında yazılar 
verilən xalq qəhrəmanı Sultan bəy yad edilir, qürur hissləri yaşa-
dılır. Lakin, bu yazıların əksəriyyəti eyni cümləli, eyni sözlüdür. 
Yəqin  ki,  bunun  da  səbəbi  Sultan  bəy,  onun  kimliyi,  fəaliyyəti, 
keçmişi haqqında arxiv sənədlərinin azlığı, yaxud az araşdırıldığı 
və eyni fikirlərin əksər tərəfindən çeynənilməsidir. Burada tarixin 
özünün də “günah” var desək, fikrimizcə qəbahət etmərik.
Məlumdur  ki,  Qafqazda  Zakfederasiya  qurumu  dağıldıqdan 
sonra, Azərbaycan müstəqilliyini elan etsə də bir çox çətinliklərlə, 
çəkişmələrlə,  siyasi  oyunlarla,  müharibələrlə,  torpaq  itkiləri  ilə 
üzləşdi. Həmin dövrün öncül təbəqəsini təmsil edən Sultan bəy, 
Xosrov bəy, Cümhuriyyət öncülləri, eyni ilə bu təbəqənin yaxın 
silahdaşları və qohumları çox böyük iztirablarla qarşılaşmış oldu. 
Sultan  bəy  də  bunlardan  xali  deyildi.  O,  öz  vətənində  –  doğma 
Zəngəzurda, İranda və hətta Türkiyədə pünhan yaşamağa məcbur 
olmuşdu. Odur ki, onun öz dilindən izhar oluna biləcək və onun 
ermənilərə qarşı fəaliyyəti haqqında istər Azərbaycanda, istərsə də 
Türkiyədə məlumatlar verilmədi. O, özü də bunu lazım bilmirdi. 
Çünki, Türkiyədə də ermənilər yetərincə var idilər. Ermənilərin də 
xislətləri  cəmiyyətimizə  gün  kimi  aydın  olduğundan,  məsələnin 
xırdalıqlarına getməyə ehtiyac duymuruq.
Söylədiyimiz  və  söylənilməsini  bilmədiyimiz  səbəblərdən 
Sultan  bəy  haqqındaki  məlumatlarda  bir  çaşqınlıq,  qeyri  sə­
listlik,  hətta  xeyli  həqiqətlərə  uyğun  olmayan  fikirlər  mətbuata 
ayaq  açmışdır.  Həqiqətlərə  uyğun  gəlməyən,  dövlətimizə  və 
dövlətçiliyimizə gərəksiz olan, Sultan bəyin soyuna aid olmayan, 

Sultan bəydən bəzi dəqiqləmələr
91
dövrün  həqiqətlərini  özündə  düzgün  əks  etdirməyən  və  təbii  ki, 
bizə məlum olan bəzi məqamlara aydınlıq gətirmək istərdik.
Bunlardan  biri  2007­ci  ildə  Bakıda  çap  edilmiş Azərbaycan 
toponimlərinin  ensiklopediyası  2­cildlik  lüğətidir.  Onun  1­ci 
cildində Sultan bəy, onun yaşadığı yurd – onun qısa tarixi, coğ-
rafiyası, iqlimi, əhalisi, iqtisadiyyatı, mədəniyyəti haqqında xeyli 
məlumatlar  verilmişdir.  Məsələnin  qoyuluşu  özü­özlüyündə  çox 
yaxşıdır.  Bütövlükdə  bu  yazıdakı  məlumatları  alqışlayır  və  bəzi 
aydınlıqlar  gətirməyi  ozümüzə  vətəndaşlıq  borcu  hesab  etdik. 
Deyilən mənbədə Sultan bəyin kəndinin adına yanaşma istiqaməti 
pis  olmasa  da,  reallığı  tam  əks  etdirmir.  Əvvəla  onu  deyək  ki, 
Sovetlər  dönəmində  Qurdgəzi  kəndinin  adı  “Kürdhacı”  kimi 
göstərilmişdir. Z.Nəbibəyli özünün “Zəngəzurun altun tacı Laçın 
kitabında göstərir ki, “... heyvandarlıqla məşğul olan qədim türk 
tayfaları həm yaylağa gedəndə və həm də yaylaqdan qayıdanda bu-
rada müvəqqəti yurd salardılar. Yaylaq yolları üstündə çox əlverişli 
coğrafi məkanda yerləşdiyindən çalışardılarki Qurdgəziyə 1­ci çat-
sınlar, heyvanlarını buranın təbii yemi ilə 1­ci yedizdirsinlər, son-
ra yaylağa çıxsınlar. At yəhərinə oxşar dağlar arasındakı bu alçaq 
yerin ətəyində məskən salan maldarlar mütləq ocaq çatıb od yan-
dırmalı idilər. Bu yolla onlar qoyun­quzunu özlərindən yuxarıdaki 
gəzdə məskən salan qurdlardan (canavarlardan) xilas edə bilirdilər. 
Qaranlıq olsa idi qurdlar heyvanlara hücum edib boğub atardılar. 
Ocaq  yandırmağın  əsas  mənası  bu  idi. Təpənin,  dağın  ortası  iki 
tərəfdən  açıq,  digər  iki  tərəfi  hündür  olan  yerlərə  gəz  deyirlər, 
ağacı  gəzləmək,  kotanın  boyunduruğunda,  onun  samısında  və 
digər işlərdə belə gəzləmə əməliyyatı aparardılar. Qurdgəzidə isə 
dediyimiz  kimi  qurdlar  gəzdən  işıq  olanda  aşağı  düşüb  ov  edə 
bilmədiklərindən orada ulaşırdılar. Bu səbəbdən də buranı qurdgəzi 
deyə çağırmışlar. Burada ilk məskunlaşan ailə əslən indiki füzuli 
bölgəsindən olan türk mənşəlidir, XIX əsrin ortalarında daimi ya-
şayış  yerinə  çevrilmişdir.  Lakin  sonralar  buraya  Ərikli,  Büləvli, 
Qarasaqqal, Naxçıvan, Qarakilsə (Sisyan) bölgələrindən gələnlər 
də olmuş və hazırda hamısının adı Qurdgəzili çağrılır.”

Sultan bəy və Xosrov bəy qardaşları
92
Sultan  bəyin  babası  çalvadar  Murad  isə  Ərikli  kəndində 
məskunlaşan  Cənubi Azərbaycandan  gəlmiş  bir  türk  əsilli  səcə­
rədəndir. Pənahəli xanla bu nəslin heç bir yaxın ünsiyyəti olmayıb 
və ayrı­ayrı əsrin insanlarıdırlar. Qurgəzi kəndinin və onun ətraf 
kəndlərinin  əhalisi  bu  sözü  yerli  şivəyə  uyğun  səsləndirmişlər­
Qurdqaji.
Təbii ki, Qurdqaji şifahi səslənmə olduğu halda, yazılışda bu 
söz öz həqiqi adında – Qurdgəzi şəklində olmalıdır.
Ensiklopedik lüğətdə çox düzgün olaraq göstərilir ki, “ qədim 
dövrlərdə türkləri qurd adlandırmışlar. Əbülqasım Firdovsi isə öz 
dövründə türklərin yaşadığı ölkəni “Qurdlar ölkəsi” adlandırmış-
dır. Beləliklə, lap qədimdən qurd türk millətinin onqonu sayıl-
mışdır. Türkdilli xalqlar arasında qurd sözü bildiyimiz kimi igid, 
mərd,  qoçaq,  ərən  mənasında  işlənib.  Bu  söz  bizim  dilimizdə 
öz  mənasını  bu  günə  qədər  də  saxlamaqdadır.  Bu  kəndin  adı-
nın  Qurdqaji  (Qurdgəzi)  olduğunu  sübut  edən  sənəd  Respubli-
ka Dövlət tarix arxivində 123­cü fondun 7­saylı işin 155­169­cu 
səhifələrində özünü qoruyub saxlayır. Bu qeydiyyat 1848­ci ildə 
qeydə alınmışdır”.
Onu da qeyd edək ki, bütün Laçın, Zəngəzur bölgəsində oldu-
ğu kimi, Qurdgəzi kəndi ətrafında da Azərbaycanın Alban dövləti 
dövrünə aid qədim abidələr və kimsələr (kilsələr) mövcud idi. Bu-
rada  hətta  atəşpərəstlik  dövrünə,  orta  əsir  mədəniyyətinə  aid  də 
abidələr var idi. Sultan bəyin təmsil olunduğu Hacisamlı kəndinin 
adı isə qədim türk tayfalarından olan samlılarla əlaqəlidir. Sultan 
bəyin şəxsi mülkü (aran evi) isə Qurdgəzidən bir neçə kilometr aşa-
ğı Şəlvəçay axarındadır. Bütün fərqlərə baxmayaraq Sultan bəyin 
atası Paşa bəyin məzarı Qurdgəzi qəbiristanlığında idi. Sultan bəyin 
təhsili ilə əlaqədar qeydlərin bəziləri ayrı­ayrı müəlliflər tərəfindən 
fərqli mülahizələrlə yazılıb və reallıqdan kənarları xeylidir. 
Qafan mis mədənləri, Bərguşad çayının axarı boyu inkişaf etmiş 
kənd təsərrüfatının Sultan bəyə məxsusluğunun da heç bir tarixi kökləri 
yoxdur.  Deyilən  təsərrüfatlar  başqa­başqa  bəylərə,  mülkədarlara 
mənsubdur  və  bu  haqda  kifayət  qədər  tarixi  sənədlər  mövcuddur. 

Sultan bəydən bəzi dəqiqləmələr
93
Bəziləri bəy dedikdə ilk öncə dünyanın ona mənsubluğunu güman 
edirlər. Sultan bəyin ünvanına qeyri düzgün məlumatlar aid etmək, 
heç də ona xüsusi qayğının nəticəsi hesab edilməməlidir. Əksinə, ona 
xələl  gətirən  fikirlərdir.  Yaxud,  hansısa  yaylaqdakı  mülk  məsələsi 
də  bu  işlərin  mahiyyətini,  o  bölgəni  tanımamağın,  bilməməyin 
məhsuludur. Adəti üzrə heç bir yaylaqda mülk salınmır, xüsusəndə 
kiçik Qafqazda, onun Çalbayır yaylağında.
Bu yaylağında Sultan bəyə mənsubiyyəti yoxdur. Ora ancaq 
ən çoxu yayın üç isti aylarında heyvanatı təbii yemlə təmin etmək 
üçündür  və  maldarlar  da  alançıqlarda  yaşıyardılar.  Çünki  onlar 
yaylaqda  da  bir  hissəni  otardıqdan  sonra,  başqa  sahəyə  köçməli 
olduqlarından daimi yaşayış mülkləri salmağa ehtiyac qalmır. 
Minkənd, Sadınlar, Hacılar, Farmaştəpə bölgəsində ermənilərlə 
döyüşlər  əsasən  1902­1907­ci  illəri  əhatə  edir.  O  dövrdə Yuxarı 
Qarabağın,  Zəngəzurun,  indi  Laçın  bölgəsi  adlanan  torpaqların 
müdafiəsinə rəhbərliyi əsasən Şuşada şəhid olmuş İbrahim bəy et-
mişdir. Onun ətrafında çox da böyük olmayan, lakin hamısı bəyliyi 
təmsil edən insanlar olmuşlar. Bu insanlar gündəlik silah gəzdirən 
olmaqla,  silahdan  istifadəni  gözəl  bilirdilər.  Bu  insanlardan  Alı 
bəy,  Məhəmmədhəsən  bəy, Ağakişi  bəy,  Bağır  bəy,  Cabbar  bəy, 
Həsən bəy, Paşa bəy, Əbdülləzim bəy, Nəbi bəy, Rüstəm bəy, Ağa 
bəy, Şahverdi bəy, Əbil bəy, Cavad bəy, Əli bəy, Əvil bəy, Mikayıl 
bəy, Cəfərqulu bəy, və s. döyüşçülərin adı məlumdur.
Laçının qərbində sonralar 1914­1918­ci illər arasında ara­sıra 
erməni­müsəlman döyüşləri lokanik xarakterli olmuş və yerli əhali 
ermənilərin cavabını mərdliklə vermışlər. 1918­ci ilin yayın sonu 
və  payızda  Cənubi  Zəngəzurda  çox  dəhşətli  erməni  müsəlman 
döyüşləri olmuş, bu bölgənin bütün silahı olanlar döyüşə qoşul-
muşlar və Naxçıvanda, Qərbi Azərbaycanda, Qarabağ və Yuxarı 
Qarabağda böyük hünərlər göstərən insanlar olmuşlar. Bu haqda 
AXC hökməti komisiyasından geniş və dəqiq məlumatlar arxivdə 
saxlanılır. Sultan bəy isə daha tədbirli el ağsaqqallarının, qardaşı 
Xosrov bəyin fikirləri ilə uzlaşan siyasət yürütmüş, gücləri nəzərə 
alaraq özünü müdafiəyə daha çox üstünlük vermişdir.

Sultan bəy və Xosrov bəy qardaşları
94
Bu isə öz bəhrəsini vermiş, kiçik güclə böyük qüvvəyə və bö-
yük  məkrə  qalib  gəlməklə  nəticələnmişdir.  Burada,  artıq  Sultan 
bəy hamıdan qabaqdadır, hamıdan üstündür.
1920­ci ildən sonra Sultan bəy sovet hökümətini təmsil edən 
adi insanlarla deyil, hətta bəy səcərələri olan və sovetləri təmsil 
edən insanları ilə də öz hüquqlarını bərpa edə bilməmişdi. Əsas 
səbəb isə Sultan bəyin bəy olması və sovetlərin məqsədi isə bəyləri, 
seyidləri, mülkədarları və s. bir sinif kimi məhv etməsi zərurəti ol-
muşdu. Bolşeviklər Sultan bəyə qohum olan bir nəfəri ələ almaq-
la onu yaralamışlar. Bəzilərinin yazdığı Hacısamlının “Gorgahat” 
yox, Göykaha daxilində Sultan bəy üç gün qalmış, sonra onu La-
ladağda hər kəsin gedə və girə bilməyəcəyi kahaya aparmışlar. O, 
burada sağalana yaxın uzandığı yerin yanına kahanın daxili damın-
dan bir qaya düşdükdən sonra bu sözləri söyləmişdi:
Mən aşiqəm yarğana
Yar sözünü yar qana
Dünyaya sığmaz başım 
Sığınıbdır yarğana
Sultan  bəy  bu  hadisədən  çox  ruhlanmış  və  demişdir  ki, 
“... Allah  mənimlədir,  mənə  daha  ölüm  yoxdur,  hazırlaşın  –  biz 
burdan getməliyik.” Bu ifadəni onu yola salan və Arazdan keçirən, 
əslən Haxnəzərdən olan Sultan bəyin dostunun oğlu söyləmişdir.
Sultan  bəyin  məhvinin  əsas  təşkilatçıları  ermənilər  idi. 
Ermənilər bu işi Moskvadan təşkil edir və Moskva Bakıya göstəriş 
deyil, öz əmrlərini qətiyyətlə bildirirdilər.
Başqa  bir  məqam  isə  digər  qeyd  barəsindədir.  Yazırlar  ki,  
“Sultan bəy vətəndən, doğma yurddan ayrılarkən Qurdgəzi kəndi­
nin ərazisində ən uca zirvə, “Qarapalçıq” adlanan dağın zirvəsinə 
qalxır, oradan Qırxqız yaylaqlarını, dağları son dəfə seyr edir və 
bir neçə bayatı çağırır.
Qeyd edək ki, deyilənlər həqiqətə uyğun deyil və mümkün də 
deyildir. Sultan bəy Aran otağında yaralanandan sonra bir daha bu-

Sultan bəydən bəzi dəqiqləmələr
95
raya dönməmişdir. Burada deyilən dağın adı düz deyil və oradan 
da Qırxqız yaylaqları görünmür. Bayatıya gəldikdə isə o, həqiqətən 
bayatı demişdir. Lakin, o, aşağıdakı bayatını Araz çayını keçərkən 
arxa tərəfə göz gəzdirib demiş və Arazı keçmişdi.
Mən aşiq dolan gözüm,
Dol gözüm, dolan gözüm.
Gedərsən qayıtmazsan,
Vətəni dolan gözüm.
1923­ci ildə Qars Vilayətinin Köçqoy kəndində Sultan bəyə 
mülk və malikanə verilməsi də həqiqətləri əks etdirmir. Avropada 
Xosrov bəylə bir neçə dəfə görüşən və geniş söhbətlər aparan, həm 
də qohumluq əlaqələri olan İsrafil bəyin dediklərinə görə Sultan 
bəy Azərbaycanı tərk edərkən özü ilə xeyli qızıl da aparmışdı və 
Köçqoydakı bütün təsərrüfatları özü almış, kimliyini uzun müddət 
heç kimə bildirməmişdi.
Bir məsələni də xatırlatmaq gərəklidir. Belə ki, Qars vilayəti 
və onun Köçqoy kəndi Azərbaycan torpaqlarıdır, tarixin müxtəlif 
dönəmlərində ya Osmanlı türklərində, yaxud Azərbaycan türkləri 
dövlətinə tabe olmuşdur. Odur ki, bu yerlərdə Azərbaycanın müx­
tə lif  bölgələrindən,  xüsusən  də Yuxarı  Qarabağdan­Zəngəzurdan  
olanlar çox idi. Deyilən məsələ də Sultan bəyə məlum idi. Elə bu 
səbəbdən də Sultan bəy Qarsı seçmişdi. 
Həqiqət  və  ədalət  xatirinə  deməliyik  ki,  bəzi  yazılarda  Sul-
tan  bəyin  yağ­pendir  zavodu  tikdirməsini  yazırlar.  Əlbətdə  bu 
da  həqiqətləri  əks  etdirmir.  Sultan  bəy  bizim  günümüzdə  dərk 
etdiyimiz  uyğun  yağ­pendir  zavodunu  heç  yaxına  da  buraxmaz-
dı  və  həmin  yağ­pendiri  heç  kim  almazdı.  XIX  əsrin  sonu,  XX 
əsrin  əvvəllərində  bütün  Azərbaycanda,  onun  Yuxarı  Qarabağ 
bölgəsində islamın təsiri güclü idi və bu cür işlərdə Qarabağın ta-
rixi təcrübəsi də Avropadan çox­çox qədim və həm də yerli şəraitə 
uyğun idi. Sultan bəy istehsal etdiyi yağı, pendiri heç bir vasitə ilə 
heç bir yerə aparmırdı. Yuxarı Qarabağda, Zəngəzurda, onun Laçın 

Sultan bəy və Xosrov bəy qardaşları
96
bölgəsində, Qərbi Azərbaycanda, Dilican dərəsində, Borçalıda və 
s. yerlərimizdə belə bir qayda var idi. Aran bölgələrimizdən, ticarət 
daha çox inkişaf etmiş şəhərlərdən dağ yerlərində insanların tələb 
etdiyi mal­materialları aparıb satar, qalanlarını isə dost­tanışlarının 
evlərində qoyardılar. Mallar, materiallar puldan çox yağla, pendirlə, 
balla, yunla, keçə ilə və s. dəyişdirilərdi. Dağ yerlərindən əldə edil-
miş yağ, pendir, bal və s. şəhərlərə, aran bölgələrə gətirilərək, aldıq-
ları qiymətdən baha qiymətə satılar və ikiqat gəlir əldə edərdilər. 
Digər bir məsələ isə Paşa bəyin Alıqulu kəndini ermənilərdən 
azad etməsi məsələsidir. Əvvəla bu kəndin yaranması Alıməmməd 
bəyin adı ilə bağlıdır. Zəngəzur sultanı Murtuza bəyin nəvəsi olan 
Alıməmməd  bəy  bu  kəndin  yaradıcısıdır,  kəndətrafı  torpaqların 
xeylisi onun şəxsi mülkü olmuşdur. Alıməmməd bəy Zəngəzurun 
müxtəlif  yerlərində  çoxlu  torpaq,  mülk,  digər  təsərrüfat  sahi-
bi  olmuşdu.  Onun  özünün Alıqulu  kəndi  ilə  üzbəüz,  çox  yaxın-
dakı güneydə də mülki var idi. Özünü və ətrafdakı ailələrə yar-
dım  məqsədilə  özünün  iş  yeri  olan  Gorusdan  bir  nəfər  Stepan 
adında  dəmirçi  erməni  gətirmiş  və  həmin  erməniyə Alının  qulu 
deyərmişlər.  Bu  səbəbdən  də  bu  yurdun  əsl  adı Yalyeri  olsa  da 
Alıqulu adı formalaşmış və ermənilər burada bir neçə ailə yarada 
bilmişlər. Alməmməd bəy dünyasını dəyişdikdən sonra Zəngəzu­
run  rəhbərliyinə  onun  qardaşı  oğlu,  çox  təhsilli,  dünyagörüşlü, 
Şeyx  Şamillə  dostluq  etmiş  Cəbrayıl  bəy  gəlmişdir.  Ermənilər 
adəti  üzrə  bir  neçə  nəfər  bir  yerə  toplandıqda  çörək  verənlərinə 
qarşı xəyanət əməllərini burada da həyata keçirmək, yerli əhalini, 
torpaq sahiblərini buradan qovmaq istəmişlər. Xəyanətə dözməyən 
kənd  sahibləri  Cəbrayıl  bəyin  rəhbərliyi  ilə  erməniləri  Alıqulu 
kəndindən sıxışdırıb çıxarmışlar.
Bəzi müəlliflər isə 1918­ci ildə Sultan bəyin Andronikin silahlı 
döyüşçülərinin silahlı milis bölmələrinin köməyi ilə məhv etdiyini 
yazırlar. Bu fikir də səmadan götürülmədi. Əvvəla milis bölmələri 
ümumiyyətlə yox idi. Olan milislərdə qəza milis rəislərinə tabe idi lər. 
Laçında isə belə bir qurum ayrılıqda yox idi. Sultan bəy sırf laçınlı 
insanların hesabına Andranikin cavabını verməyə nail olmuşdu.

Sultan bəydən bəzi dəqiqləmələr
97
Sultan bəyin, Xosrov bəyin və digər vətənpərvər insanlarımızın 
növbəti çətinliyi Rusiya bolşeviklərinin 1920­ci ildə Azərbaycanı 
işğal etməsi və millətin öncüllərinin məhvi, cürbəcür ittihamların 
irəli sürülməsi idi. 
Həmin günlərdə də N.Nərimanovun sərt mövqeyinə və bəzi 
məqamlarda dirəniş göstərməsinə baxmayaraq Sovet Rusiyası Xalq 
Xarici İşlər Komissarlığı tərəfindən müəyyən edilən Azərbaycanın 
gözdən salınması siyasətinə üstünlük verdi. 1920­ci ilin 20 iyulun­
da  N.Nərimanova  göndərdiyi  təcili  diplomatik  teleqramda  Çiçe-
rin hikkəli formada yazırdı: “İndiyə qədər nə siz, nə də oradakı 
kommunistlər bizə izah edə bilirsiniz ki, nə üçün Rusiya qoşunla-
rının Qarabağı və Zəngəzuru tutmasının əleyhinə siz nə üçün bu 
ərazilərin Azərbaycana birləşdirilməsini dönmədən tələb edirsiniz. 
Biz Ermənistanla işlərimizi qaydaya qoymalıyıq. Türkiyə bizə qar-
şı çevrildiyi təqdirdə hətta daşnaq Ermənistanı belə türk hücumuna 
qarşı bizim ön istehkamımız, forpostumuz olacaq”.
Göründüyü kimi tarixin istənilən dönəmində ruslar ermənilə­
rin tərəfini saxlamış, onlara üstünlük vermiş və erməniləri Azər­
baycana,  Türkiyəyə  qarşı  qoymuşlar,  Azərbaycanın  adlı­sanlı 
adam larına qeyri türk adlarını peyvənd etməyə cəhd göstərmişlər, 
Azərbaycan türkü adını qəbul etməmişlər.
Sultan  bəyi  ruslar  və  ermənilər  XX  əsrin  əvvəllərində  bir 
xalq  düşməni  türk  kimi  qələmə  verdikləri  halda,  sonralar  tatar, 
müsəlman və nəhayət kürd deməklə nöqtə qoymuşlar. Bu təbliğata 
uyan bəzi insanlar isə Sultan bəylə yanaşı, digər, cəmiyyətdə nüfuz 
sahibi olanları da türk kimi görmək istəməmişlər, baxmayaraq ki, 
kürdlərin də qədim kökü Qurd türk tayfaları ilə bağlıdır.
Z.Nəbibəyli özünün “Zəngəzurun altun tacı Laçın” kitabında 
yazır: “Azərbaycanı istəməyən ermənilər və bəzi kürd əsilli lakin 
tarixi bilməyənlər ermənidən eşitdiyi fikirləri təkrar etmişlər. Bun-
lardan biri də rəhmətlik Şamil Əsgərovdur ki, Qurdgəzi kəndinin 
yaxınlığında  Sultan  bəy  Sultanovun  mülkü  olduğundan  onu  da 
kürd  kimi  başa  düşmüşdür.  Onun  bu  fikrinə  etirazını  bildirən 
Məcid bəy Bülövlüklü dostluq etdiyi Şamil Əsgərova şeirlə sərt 

Sultan bəy və Xosrov bəy qardaşları
98
cavab vermişdir və əslində Sultan bəy əslən Qurdgəzi kəndindən 
deyil. Həmin şeirdən qısa nümünə:
Zəngəzur qartalı o sultan bəydir,
Sultana kürd demək qəlblərə dəydi.
Səni doğru yoldan söylə, kim əydi?
Vallahi kürd deyil Sultan, ay Şamil,
Çox yaman bəladır böhtan, ay şamil.
Lənət olsun nifaqi ortalığa atana,
Lənət olsun yuxuda igidliyə çatana,
Lənət olsun ortalığa şər atıb, şər qatana,
Lənətə düçar olsun birdə Şeytan, ay Şamil!!
“Yaxşı” eksponatdı, qoy müzeyə qəzeti,
Azərbaycan öyrənsin belə bir “həqiqəti”,
Kimdir düşmən eyləyən iki qardaş milləti?
Görmürsənmi dağlarda belə tufan, ay şamil.
Türk dillidir, kürd deyil, bəydi Sultan, ay Şamil.
Sağalmaz bir yaradır açıq böhtan, ay Şamil!”
Bolşeviklərin Azərbaycanı işğalının ilk günlərində ermənilər 
Zəngəzur əhalisinin əsasən ermənilərdən və bir az da kürdlərdən 
ibarət olduğunu bəhanə edərək onun Ermənistana birləşdirilməsini 
tələb edirdilər.
N.Nərimanovun  Zəngəzurun  və  Naxçıvanın  Ermənistana 
verilməsini bəyan edəndən (1923­cü ildə N.Nərimanovun Leninə 
yazdığı məktubda öz səhvini etiraf etmişdi) iki gün sonra, 1920­
ci  ilin  2  dekabırında  Gümrü  müqaviləsinə  alternativ  kimi  imza-
lanan  Rusiya­Ermənistan  hərbi­siyasi  müqaviləsində  Zəngəzur 
qəzasının  Ermənistanın  tərkibinə  keçdiyi  tanınırdı.  Hansı  ki,  in-
qilab  astanasında  rusların  keçirdiyi  əhali  sayına  görə  Zəngəzur 
qəzasında 123095 nəfər müsəlman (yəni türk), 99257 nəfər erməni 
yaşayırdı.

Sultan bəydən bəzi dəqiqləmələr
99
Zəngəzurun  bir  hissəsinin  Ermənistana  verilməsindən  sonra 
Qarabağ və Zəngəzurun fövqəladə komissarı Şamil Mahmudbəyov 
24  dekabrda  Nərimanova  göndərdiyi  və  onun  tapşırığı  ilə  surəti 
Orconikidzeyə  (Azəzrbaycanın  qatı  düşmənlərindən  biri)  gön­
dərilən məruzəsində yazırdı: “4 sahədən ibarət olan Aşağı Zəngə­
zurun  nümayəndələri  mənim  yanıma  gələrək Azərbaycan  Sovet 
hakimiyyətinin  idarəçiliyində  qalmaq  istədiklərini  qəti  olaraq 
bildirirlər. Əgər onların təklifi nəzərə alınmazsa, onlar xahiş edirlər 
ki, bu əhalinin hara köçürüləcəyi yer müəyyənləşdirilsin”
Şamil Mahmudbəyov 1920­il 30 dekabrda N.Nərimanova və 
Həmid  Sultanova  göndərdiyi  növbəti  məktubunda  Zəngəzurda 
Sultan bəydən, Xosrov bəydən sonra erməni daşnakların dahada 
fəallaşdıqlarını  söyləyir  və  qeyd  edir  ki,  əgər  Mərkəz  (Moskva) 
siyasi mənada bu diyarda hər şeyin uğurlu olacağına əmin olub yüz 
verstlərlə  sahədən  orduları  çıxarırsa,  onda  bizim  özümüzə  icazə 
versin Qarabağ və Zəngəzuru gözlənilməz hücumlardan qorumaq 
üçün öz qüvvələrimizi səfərbər edək. O, əlavə edir ki, biz bunu 
mümkün və zəruri hesab edirik.
1921­ci ilin 15 fevralında Ş.Mahmudbəyov 24 dekabr məru­
zəsinə əlavə olaraq N.Nərimanov, Həmid Sultanov və Əliheydər 
Qarayevin  adına  məlumat  göndərir.  O,  daşnakların  daha  da  az-
ğınlaşdığını yazır, Qarabağın və Zəngəzurun müsəlman əhalisini 
erməni taranlarından qorumaq üçün Bakıdan yardım istəyirdi. O, 
təklif edir ki, Qarabağ və Zəngəzurda böyük nüfuzu olan Sultan 
bəyin  imkanlarından  istifadə  etmək  lazımdır.  Bunun  yeganə  yo-
lunu  isə  o,  əvvəl  Qarabağ  və  Zəngəzurun  general­qubernatoru 
olmuş,  azərbaycanlı  əhalinin  erməni  qırğınlarından  qorunmasın-
da müstəsna rol oynamış, ermənilərin təkidi ilə həbs edilmiş Xos-
rov  bəy  Sultanovun  həbsdən  azad  olunmasında  görürdü.  Hətta,  
Ş. Mahmudbəyov məlumatın sonuna öz əl yazısı ilə əlavə etmişdir 
ki, “Xosrov bəy Sultanov azad ediləcəyi təqdirdə onun loyallığı və 
etibarlığına şəxsən cavabdeh olacaq, onun bütün hərəkətləri üçün 
məsuliyyəti öz üzərinə götürəcək”

Sultan bəy və Xosrov bəy qardaşları
100
Göründüyü kimi, tarixən ermənilər ruslarla, digər xristianlar-
la, türk dünyasını istəməyən istənilən qüvvələrlə birləşərək Azər­
baycanı məhv etməyi qarşılarına məqsəd qoymuşlar və bu siyasət 
hazırda da davam etməkdədir. Azərbaycanın çıxışı sıx milli birlik 
yaratmaqla öz doğma torpaqlarını azad etməyə nail olmaqdır.
Gəlin payız buludları kimi boş­boş guruldamayaq....
         
        

     
Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin