Redaksiya heyəTİ: Baş redaktor: K. M. Tahirov



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə28/43
tarix05.03.2017
ölçüsü43,82 Kb.
#10117
1   ...   24   25   26   27   28   29   30   31   ...   43

28 
29
30
31 
®
Haqqında  onlarla  məqalələr,  poemalar,  dram  əsərləri,  mo-
noqrafiyalar  yazılmışdır.  Azərbaycanın  bir  çox  şəhərlərində  küçə, 
məktəb və mədəniyyət ocaqlarına onun adı verilmişdir. Tiflisdə qəbri 
üstündə abidəsi qoyulmuş, ev muzeyi açılmışdır. Bakı kinostudiyasın-
da haqqında “Səbuhi” (1941), Azərbaycanfilm”in istehsalı olan M. F. 
Axundov  (1962)  kinooçerk,  “Mirzə  Fətəli Axundov”  (1972),  “Mirzə 
Fətəli Axundov” (1982), sənədli filmləri, “Sabahın elçisi. Mirzə Fətəli 
Axundzadə”, (2010) “Sübhün səfiri”, (2011 çəkilir) adlı bədii filmlər 
çəkilmişdir. Əsərləri dəfələrlə səhnəyə qoyulmuş, filmə çəkilmişdir.
Bеynəlxalq Ahıllar Günü (01.10.1992)
• 
Xocavənd rayonunun işğalının 20-ci 
• 
ildönümü (02.10.1992)
 Beynəlxalq Müəllimlər Günü (05.10.1966)
• 
Milli Televiziya və Radio Şurası yaradılmışdır 
• 
(05.10.2002)
Dövlət Müstəqilliyi Günü (18.10.1991)
• 
Yeni Azərbaycan Partiyası (YAP) yaradılmışdır 
• 
(21.10.1992)
 Zəngilan rayonunun işğalı günü (30.10. 
• 
1993)
1 oktyabr
Gün çıxır 06:47  
Gün batır 19:24
31 oktyabr 
Gün çıxır 06:38  
Gün batır 17:40
24 sentyabr-  
23 oktyabr
Tərəzi bürcü 
Nişanı havadır. 
Veneranın 
himayəsindədir. 
Günəşin Tərəzi 
bürcündən keçdiyi 
dövrdə? doğulanlar 
yumşaq xasiyyətli, 
parlaq zəkalı 
olurlar. 
200 il
1812-1878
M.F.Axundzadə

208
Milli Ədəbiyyat
Şair Baxışov Hafiz Həbib oğlunun (Hafiz Baxış) (15.10.1932-04.09.1989) 
аnаdаn оlmаsının 80 illiyi
Xalq şairi, Əməkdar incəsənət xadimi Xəlilov Xəlil Rza oğlunun (Xəlil Rza 
Ulutürk) (21.10.1932-22.06.1994) аnаdаn оlmаsının 80 illiyi
Şair Rasizadə Hüseyn Abdulla oğlunun (Hüseyn Cavid) (24.10.1882-
5.12.1941) аnаdаn оlmаsının 130 illiyi 
Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Quluzadə Mirzəağa 
Yüzbaşı oğlunun (25.10.1907) аnаdаn оlmаsının 105 illiyi
Əməkdar mədəniyyət işçisi Əfəndiyev Adil Ələddin oğlunun (29.10.1907-
08.02.1973) аnаdаn оlmаsının 105 illiyi
Xarici ədəbiyyat
Fransız yazıçısı Araqon Luinin (03.10.1897-24.12.1982) аnаdаn оlmаsının 
115 illiyi
İspan yazıçısı Servantes Saavedra Migel denin (09.10.1547-23.04.1616) 
аnаdаn оlmаsının 465 illiyi
Tarixdə bu gün
Prоkurоrluq İşçiləri Günü (01.10.1998)
 Bеynəlxalq Ahıllar Günü (01.10.1992)
 Xocavənd rayonunun işğalının 20-ci ildönümü (02.10.1992)
 Beynəlxalq Müəllimlər Günü (05.10.1966)
Milli Televiziya və Radio Şurası yaradılmışdır (05.10.2002)
Ümumdünya Poçt Günü (09.10.1970)
Bakı şəhərində “Azadlıq” meydanında Azərbaycan Milli Ordusunun ilk 
hərbi paradı keçirilib (09.10.1992)
Dövlət Müstəqilliyi Günü (18.10.1991)
Yeni Azərbaycan Partiyası (YAP) yaradılmışdır (21.10.1992)
Birləşmiş Millətlər Təşkilatı Günü (24.10.1945)
Qurban bayramı (27-28.10)
Zəngilan rayonunun işğalı günü (30.10. 1993)
Аzərbаycаn Rеspublikаsının Prеzidеnti İlhаm Hеydər оğlu Əliyеvin 
аndiçmə günü (31.10.2003)
2012
OKTYABR

209
Milli Qəhrəmanlar
Azərbaycanın Milli Qəhrəmanı Allahverdiyev Namiq Müslüm oğlunun 
(05.10.1967-09.07.1992) аnаdаn оlmаsının 45 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Əsədov Rəfael Əvəz oğlunun (27.10.1952-
12.11.1992) аnаdаn оlmаsının 60 illiyi
Siyasət. Hərbi iş
Dövlət xadimi Qayıbov İsmət İsmayıl oğlunun (08.10.1942-20.11.1991) 
аnаdаn оlmаsının 70 illiyi
Türkiyə Respublikasının 8-ci Prezidenti Turqut Özalın (Halil Turgut Özal) 
(13.10.1927-17.04.1993) anadan olmasının 85 illiyi
Görkəmli hərbi хаdim, аrtillеriyа gеnеrаlı Mеhmаndаrоv Səmədbəy 
Sadıqbəy oğlunun (16.10.1857-12.02.1931) аnаdаn оlmаsının 155 illiyi
İctimai xadim, 1-ci dərəcəli müşavir-diplomat Abutalıbov Ramiz Abutalıb 
oğlunun (27.10.1937) аnаdаn оlmаsının 75 illiyi
Riyaziyyat. Fizika.Astranomiya
Riyaziyyatçı, professor Əhmədov Qoşqar Teymur oğlunun (24.10.1917-
13.02.1975) аnаdаn оlmаsının 95 illiyi
Kimya. Biologiya. Tibb
Azərbaycanın Əməkdar elm xadimi, oftalmoloq Musabəyova Umnisə 
Süleyman qızının (09.10.1902-15.11.1974) аnаdаn оlmаsının 110 illiyi
Musiqi. Opera. Balet 
Хаlq аrtisti, müğənni Ələkbərоvа Şövkət Feyzulla qızının (20.10.1922-
07.02.1993) аnаdаn оlmаsının 90 illiyi
Xalq artisti, opera müğənnisi Ağalarov İdris Fərhad oğlunun (20.10.1917- 
04.05.1975) аnаdаn оlmаsının 95 illiyi 
İtalyan skripkaçısı, bəstəkar Paqanini Nikkolonun (27.10.1782-27.05.1840) 
аnаdаn оlmаsının 230 illiyi
Xalq artisti, dirijor Abdullayev Rauf Cahanbaxış oğlunun (29.10.1937) 
аnаdаn оlmаsının 75 illiyi
Rəssamlıq. Heykəltəraşlıq.Arxitektura
Əməkdar incəsənət xadimi, heykəltəraş Abdullayeva Həyat Həmdulla 
qızının (14.10.1912) аnаdаn оlmаsının 100 illiyi
Хаlq rəssаmı, Əməkdаr incəsənət хаdimi Əfqаnlı Bədurə Məlikağa qızının 
(25.10.1912-06.05.2002) аnаdаn оlmаsının 100 illiyi
 Rus rəssamı Veraşşaqin Vasili Vasilyeviçin (26.10.1842-13.04.1904) аnаdаn 
оlmаsının 170 illiyi
Holland boyakarı Vermer van Delft Yanın (31.10.1632-15.12.1675) аnаdаn 
оlmаsının 380 illiyi

210
Milli ədəbiyyat 
80 
illiyi
HAFİZ BAXIŞ 
1932-1989
OKTY
ABR
Hafiz Həbib oğlu Baxışov 1932-ci 
il oktyabr ayının 15-də Zəngəzur ma-
halı  Qafan  bölgəsinin  yuxarı  Kirətağ 
kəndində  müəllim  ailəsində  ana-
dan  olmuşdur.  Orta  məktəbi  Qafan 
bölgəsinin Şəhərcir kəndində bitirmiş-
dir (1950). Sonra Azərbaycan Dövlət 
Teatr  İnstitutunun  Teatr  və  kino  akt-
yorluğu fakültəsinidə təhsil almışdır.
Sumqayıt  şəhərində tərbiyəçi, Pio-
nerlər evinin və Mədəniyyət sarayının 
direktoru  vəzifəsində,  Azərbaycan 
Dövlət Radio və Televiziya Verilişləri 
Komitəsində rejissor köməkçisi, rejis-
sor vəzifələrini tutmuşdur.
İlk  qələm  təcrübələri,  “Sosialist 
Sumqayıtı”  qəzetində  dərc  olunmuş-
dur. “Samur-Dəvəçi kanalına” adlı ilk 
şeiri də həmin qəzetin 1957-ci il 9 fev-
ral tarixli sayında dərc olunmuşdur.
Hafiz Baxış lirik şair idi, nəğməkar 
yazar  kimi  tanınmışdır.  Ələkbər  Ta-
ğıyev,  Cahangir  Cahangirov,  Emin 
Sabitoğlu,  Cavanşir  Quliyev  və  b. 
onlarla  populyar  mahnıları  şair  Ha-
fiz  Baxışın  nəğmə  mətnləri  əsasında 
bəstələnmişdir.  Onun  bu  günə  qədər 
dörd poeziya toplusu işıq üzü görmüş-
dür:  “Azərbaycan  oğluyam”  (1980), 
“Sona  bülbüllər”  (1983),  “Eşqimi 
sönməyə qoymaram” (1989), “Dağlar 
üçün darıxmışam” (2001).
O,  mənfur  ermənilərin  Bərgüşad 
dağlarını, Yuxarı Girətağ kəndini zəbt 
etdikdən sonra bu dərdə dözmədi. Ha-
fiz Baxış 1989-cu ildə sentyabrın 4-də 
ürək tutmasından qəflətən vəfat etmiş-
dir.
Ə d ə b i y y a t
Bu torpağa bağlıyam [Mətn]: (nəğmələr, şeirlər və poemalar) /
Hafiz Baxış.- Bakı: İqtisad Universiteti, 2002.- 218 s.
Hafiz Baxış [Mətn]  //Əhmə dov. T. XX əsr Azərbaycan yazıçıla-
rı /T.Əhmədov.- Bakı, Nəşriyyat-poliqrafiya mərkəzi, 2004.- S. 
349-350.
Musağolu, C. Bircə haqsızlığa dözümdən başqa!.. [Mətn] : Ha-
fiz Baxış-65 /C.Musağolu, R.Təhməzoğlu //Yeni Azərbaycan.- 
1997.- 15 noyabr.- S.3.
15
Şair

211
Milli ədəbiyyat 
80 
illiyi
XƏLİL RZA 
1932-1994
OKTY
ABR
Xəlil  Rza  oğlu  Xəlilov  1932-ci  il 
oktyabr  ayının  21-də  Salyan  rayonunun 
Pirəbbə kəndində dünyaya gəlmişdir. 
İlk  mətbu  şeiri  “Kitab”  1948-ci 
ildə  “Azərbaycan  pioneri”  qəzetində 
dərc  olunmuşdur.  1949-cu  ildə  Xəlil 
Azərbaycan  Dövlət  Universitetinin  Filo-
logiya  fakültəsinin  jurnalistika  şöbəsinə 
daxil olmuşdur. 
1954-cü  ildə  Azərbaycan  Dövlət 
Universitetini  bitirən  Xəlil  Rza  əmək 
fəaliyyətinə  “Azərbaycan  qadını”  jurna-
lı  redaksiyasında  başlamışdır.  O,  burada 
ədəbi  işçi  vəzifəsində  çalışdığı  iki  ildə 
(1955-1957) dövri mətbuatda çap etdirdi-
yi məqalə və şeirlərlə ədəbi ictimaiyyətin 
diqqətini  cəlb  etmişdir.  1957-ci  ildə  ilk 
şeirlər toplusu – “Bahar gəlir” kitabı nəşr 
olunmuşdur. Azərbaycan Yazıçılar İttifaqı 
tərəfindən 1957-ci ilin avqust ayında Xəlil 
Rza  Moskvaya,  M.Qorki  adına  Dünya 
Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik 
Ali ədəbiyyat kurslarına göndərilmişdir. 
1959-cu  ildə  Xəlil  Rza  Bakıya  qayıt-
dıqdan sonra Azərbaycan Dövlət Pedaqo-
ji  İnstitutunun  aspiranturasında  təhsilini 
davam  etdirmişdir.  O,  1963-cü  ildə 
“Müharibədən  sonrakı Azərbaycan  sovet 
ədəbiyyatında  poema  janrı  (1945-1950)” 
mövzusunda yazdığı dissertasiyanı uğurla 
müdafiə etmiş, fılologiya elmləri namizədi 
elmi dərəcəsinə layiq görülmüşdür. 
O,  Azərbaycan  Elmlər  Akademiyası-
nın  Nizami  adına  Ədəbiyyat  İnstitutuna 
dəvət olunmuş və burada bütün qüvvəsini 
elmi-tədqiqat  işinə  və  bədii  yaradıcı-
lığa  həsr  etmişdir.  1985-ci  ildə  “Maq-
sud  Şeyxzadənin  bədii  yaradıcılığı”  və 
“Azərbaycan-özbək ədəbi əlaqələrinin ak-
tual  problemləri”  mövzusunda  doktorluq 
dissertasiyası müdafiə etmiş, 1986-cı ildə 
Azərbaycan  ədəbiyyatnın  inkişafındakı 
xidmətlərinə görə ona Əməkdar incəsənət 
xadimi fəxri adı verilmişdir. 40 illik ədəbi-
bədii  yaradıcılığı  dövründə  öz  əsərlərini 
“Xəlil Xəlilov”, “Xəlil Xəlilbəyli”,“Xəlil 
Odsevər”, “Xəlil Rza” təxəllüsləri ilə çap 
etdirmişdi. “Xəlil Rza Ulutürk” təxəllüsü 
isə  şairin  keçdiyi  mübarizə  yolunun, 
ədəbi-mənəvi  axtarışlarının  məntiqi 
nəticəsi idi. 80-ci illərin axırlarında xalq 
azadlıq  hərəkatı  genişləndiyi  zaman 
Xəlil  Rzanın  gur  səsi  Azərbaycanın  bü-
tün  regionlarında  eşidilmişdi.  O,  bütün 
varlığı ilə xalq hərəkatına qoşulmuş, hər 
yerdə rus şovinist siyasətini, Dağlıq Qa-
rabağ  torpağına  təcavüz  edən  erməni 
daşnaklarını  odlu-alovlu  çıxışları  ilə  ifşa 
etmişdir.  Xəlil  Rza  “şübhəli  şəxs”  kimi 
təqib olunmuş, 1990-cı il yanvarın 26-da 
SSRİ  Dövlət  Təhlükəsizliyi  əməkdaşları 
tərəfindən həbs edilərək Moskvaya – Le-
fortovo  həbsxanasına  göndərilmişdir. 
1990-cı  il  oktyabrın  9-da  Moskvadan 
Bakıya gətirilən Xəlil Rza, bir ay davam 
edən  məhkəmə  prosesindən  sonra  azad-
lığa  buraxılmışdı.  1991-ci  il  mayın  6-da 
şair “Türk milləti mükafatı laureatı” fəxri 
adına layiq görülmüşdür. Bir ildən sonra, 
1992-ci ildə ona Azərbaycan Respublika-
sının Xalq şairi fəxri adı verilmişdir. 
1994-cü  il  iyunun  22-də  Xəlil  Rza 
Ulutürk  vəfat  etmiş,  Fəxri  Xiyabanda 
dəfn olunmuşdur.
Azərbaycan  xalqının  milli  mübarizə 
sində xüsusi xidmətlərinə görə Xalq şairi 
Xəlil Rza Ulutürk (ölümündən sonra) “İs-
tiqlal” ordeni ilə təltif edilmişdir.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri [Mətn] /
Xəlil Rza Ulutürk; toplayan
tərt. ed. F.Ulutürk; red. Z. 
Şahsevənli.-Bakı: Gənclik, 
2001.-621 s. 
Seçilmiş əsərləri [Mətn]: 2 
cilddə /X.R.Ulutürk; tərt.ed. 
F. Ulutürk; ön sözün müəl. 
B.Nəbiyev .- Bakı : Şərq-
Qərb , 2005.- C.I  .- 296 s.; 
Bakı: Şərq-Qərb, 2005.-C. II 
c .- 248 s.
21
Şair

212
Milli ədəbiyyat 
130 
illiyi
HÜSEYN CAVİD
1882-1941
OKTY
ABR
Hüseyn Molla Abdulla oğlu Rasizadə 
1882-ci  il  oktyabr  ayının  24-də  Naxçı-
vanın  Şahtaxtı  kəndində  dünyaya  göz 
açdı.  İlk  təhsilini  mollaxanada  alan,  5 
il  ərzində  ilahiyyatı,  fars,  ərəb  dillərini 
öyrənən  Hüseyn,  14  yaşında  ikən  XIX 
yüzilliyin görkəmli maarifçilərindən olan 
Məhəmmədtağı  Sidqinin  təşkil  etdiyi 
“Məktəbi-tərbiyə”yə  daxil  olur.  1898-ci 
ildə  isə  burada  təhsilini  başa  vurduqdan 
sonra Təbrizə gedərək oradakı “Talibiyyə” 
mədrəsəsində  oxuyur. Yaradıcılığa  erkən 
başlayan  Hüseyn  ilk  şeirlərini  “Gülçin”, 
“Arif”, “Salik” təxəllüsü ilə qələmə alır. 
Cavid  İstanbul  Universitetinin  Ədə 
biyyat  şöbəsini  bitirmiş  (1909),  Naxçı-
vanda, sonra isə Gəncə və Tiflisdə, 1915-
ci ildən isə Bakıda müəllimlik etmişdir.
Hüseyn  Cavid  klassik  Azərbaycan 
ədəbiyyatının  ən  yaxşı  ənənələrini  inki-
şaf  etdirən  sənətkarlardandır.  O,  XX  əsr 
Azərbaycan  mütərəqqi  romantizminin 
banilərindən biri olmuşdur. Hüseyn Cavid 
sənəti  janr  və  forma  cəhətdən  zəngindir. 
O,  lirik  şeirlərin,  lirik-epik,  epik  poe-
maların,  Azərbaycan  ədəbiyyatında  ilk 
mənzum  faciə  və  dramların  müəllifidir. 
“Keçmiş günlər” adlı ilk şeir kitabı 1913-
cü ildə çap olunmuşdur.
Onun  fəlsəfi  və  tarixi  faciələri,  ailə-
məişət  dramları  üslub,  yazı  ədası,  forma 
yeniliyi  baxımından  Azərbaycan  drama-
turgiyasında  yeni  bir  mərhələ  yaratdığı 
kimi, milli teatr mədəniyyətinin inkişafına 
da qüvvətli təsir göstərmiş, “Cavid teatrı” 
kimi  səciyyələndirilmişdir.  Azərbaycan 
ədəbiyyatında  ilk  mənzum  faciə  olan 
“Şeyx  Sənan”  (1914)  əsərində  xalqları 
bir-birinə qovuşdurmaq üçün ümumbəşəri 
din ideyasını ortaya atmışdır. 
Yaradıcılığında  mühüm  yer  tutan 
“İblis”  (1918)  mənzum  faciəsində  döv-
rün bütün mürtəce qüvvələri - “insan in-
sana  qurddur”  fəlsəfəsinin  tərəfdarları, 
“iyirminci  əsrin  mədəni  vəhşiləri”  olan 
dairələri İblis surətində ümumiləşdirilmiş, 
işğalçı müharibələrə lənət yağdırmışdır.
20-30-cu 
illərdə 
Hüseyn 
Ca-
vid  bir  sıra  tarixi  dramlar  yazmışdır. 
“Peyğəmbər”  (1922)  və  “Topal  Tey-
mur”  (1925)  əsərlərindən  sonra  yazdığı 
“Səyavuş”  (1933),  “Xəyyam”  (1935)  ta-
rixi dramları Hüseyn Cavidin tarixə, tarixi 
şəxsiyyətlərə baxışında ciddi dönüş oldu. 
Cənubi  Azərbaycandakı  soydaşlarımızın 
“şahənşahlıq” üsuli-idarəsi əsarəti altında 
əzab  çəkməsi,  ən  adi  insan  hüquqların-
dan məhrum edilməsi də vətənpərvər şair 
kimi Hüseyn Cavidi düşündürürdü (“Telli 
saz” dramı, 1930; “Kor Neyzən” poeması, 
1930). 
1937-ci ilin repressiyalar dalğası baş-
layanda Cavid ilk həbs olunanlar sırasında 
idi. O, Sibir buzlaqlarına sürgün edilmiş 
və  1941-ci  il  dekabr  ayının  5-də  İrkutsk 
vilayətində vəfat etmişdir. 
Şairin  xatirəsi  xalqımız  tərəfindən 
həmişə  əziz  tutulub.  Hüseyn  Cavidin 
100  illik  yubileyilə  əlaqədar  1982-ci 
ildə  ümummilli  lider  Heydər  Əliyevin 
təşşəbbüsü  və  himayəsi  ilə  cənazəsinin 
qalıqları  İrkutskdan  Naxçıvana  gətirildi 
və  ev-muzeyinin  yaxınlığında  dəfn 
edildi.  1996-cı  ildə  Naxçıvanda  böyük 
Azərbaycan  şairi  və  dramaturqu  Hü-
seyn  Cavidin  qəbri  üzərində  möhtəşəm 
memarlıq-xatirə  kompleksi  “Hüseyn  Ca-
vid məqbərəsi” ucaldıldı.
Ə d ə b i y y a t
Cavid, H. Əsərləri [Mətn]: 
5 cilddə /H. Cavid; tərt. ed. 
T. Cavid; red. T. Kərimli .- 
Bakı : Lider , 2005. 
Axundov, B. Əzablı yolların 
fədakar yolçusu [Mətn] 
/B.Axundov //Xalq qəzeti.- 
2009.- 4 iyun.- S.5.
Əliyev, H. Yaxın keçmişdən 
uzaq gələcəyə [Mətn] 
/H.Əliyev //Mədəniyyət.-
2009.-10 iyun.-S.7.
Əliyev, K. Hüseyn Cavid 
[Mətn]: həyatı və yaradıcı-
lığı /K.Əliyev.- Bakı: Elm, 
2008.- 322 s.
Hüseyn Cavid taleyi və 
sənəti [Mətn] : (məqalələr).- 
Bakı: Nurlan, 2007.- 140 s.
Джафаров Мамед 
Джафар [Текст]: [ 
о Гусейн Джавиде] : 
Гусейн Джавид-поет 
и драматург /Мамед 
Джафар Джафаров.- 
Баку: Язычы, 1982.- С.21.
24
Şair

213
Tarixdə bu gün 
1992
XOCAVƏNDİN İŞĞALININ 
20-Cİ İLDÖNÜMÜ
OKTY
ABR
Ərazisi – 1,46 min kv.km
Əhalinin sayı – 41,8 min nəfər
İşğal tarixi - 02.10.1992-ci il
Xocavənd  rayonu  1992-ci  il  oktyabr  ayının  2-də 
Ermənistan Respublikası tərəfindən işğal olunub. 
Ümumi  sahəsi  25,5  min  hektar  olan  Xocavənd 
meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən 
daşınıb, Xocaşın çayının kənarlarında bitən təbii meşə 
məhv edilib.
Azərbaycan  Respublikası  Ekologiya  və  Təbii 
Sərvətlər  Nazirliyinin  “İşğal  olunmuş  Azərbaycan 
ərazilərində  ətraf  mühitə  və  təbii  sərvətlərə  dağıdıcı 
təsiri  müəyyənləşdirən  (izləyən)  operativ  mərkəz”in 
əldə etdiyi məlumatlara əsasən, rayon ərazisində əkilib-
becərilən  narkotik  vasitələr  müxtəlif  ölkələrə  satılır, 
ərazilər mütəmadi yandırılaraq fauna və flora tamamən 
məhv edilir, içlik materialına yararlı ağaclar qırılaraq 
Ermənistana aparılır və digər ölkələrə satılır.
Rayon  Ağdam-Füzuli  avtomobil  yolu  kənarında, 
dağətəyi düzənlikdədir. Relyefi əsasən dağlıqdır. Hün-
dürlüyü təqribən 500 metrdən 2725 metrə (Böyük Kirs 
dağı) qədərdir.
Ərazisi  alçaq  dağlıq  və  düzənlikdən  ibarət  olan 
Xocavənd rayonunun ümumi sahəsi 145647 hektardır. 
Rayon  2  şəhər  tipli  qəsəbə  və  38  kənddən  ibarətdir: 
Qaradağlı, Xocavənd, Ömrallar, Muğanlı, Kuropatkin, 
Tuğ,  Haxulu,  Salaketin,  Günəşli,  Xətai.  Dağ  yamac-
larına səpələnmiş beş-on Qarabağ obası. Məşhur Tuğ 
kəndi...
Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin 
ərazisi təbii sərvətlərlə - tikinti materialları və fayda-
lı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyatları ilə 
zəngindir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 
verilən  məlumata  görə,  Xocavənd  rayonunun  Qırmı-
zıbazar  qəsəbəsində  diametri  600  sm,  hündürlüyü  25 
m olan 1 ədəd 1000 və 1 ədəd 2000 il yaşlı Şərq çi-
narları qədim təbiət abidəsi kimi qorunurdu. Rayonun 
Qarakənd  kəndində  “Qırmızı  kitab”a  düşən,  üçüncü 
dövrün relikt növü olan, orta diametri 24 sm, hündür-
lüyü 12 metr, yaşı 100 illik azat ağacları da mühafizə 
edilirdi.
Azərbaycanı  qədim  yaşayış  məskəni  kimi  dünya-
da  tanıdan  abidələrdən  biri,  dəniz  səviyyəsindən  900 
metr hündürlükdə yerləşən, uzunluğu 190 metr, əhəng 
daşları oksfordkimeric dövrünə aid olan Azıx mağara-
sı Xocavəndin Füzuli rayonuna yaxın, Azıx kəndinin 
1  kilometr  cənubi-şərqində  yerləşir.  Həmin  rayonun 
Mets-Tağlar kəndindən cənubda, dəniz səviyyəsindən 
850 m hündürlükdə yerləşən, uzunluğu 22 metr, əhəng 
daşları  oksfordkimeric  dövrünə  aid  olan  Tağlar  ma-
ğarası da tarixi abidə kimi xüsusi əhəmiyyətə malik-
dir.  Xocavənd  ərazisində  istifadəyə  yararlı  yeraltı  su 
ehtiyatlarını  qiymətləndirmək  məqsədilə  bir  vaxtlar 
kompleks hidrogeoloji tədqiqatlar aparılıb. Nəticədə 9 
perspektiv sahə seçilib və həmin sahələr üzrə IV dövr, 
Təbaşir və Yura sulu komplekslərinin 83 min kubmetr/
gün həcmində yeraltı su ehtiyatları aşkarlanıb. Bundan 
başqa bulaq axımı moduluna əsasən 7,34 min kubmetr/
gün həcmdə yeraltı su ehtiyatları hesablanıb. Beləliklə, 
rayonun ərazisində istifadəyə yararlı yeraltı sular 90,34 
min kubmetr/gün təşkil edir.
İşğal  altında  olan  Xocavəndin  ərazisi  bütövlükdə 
ekoloji terrora məruz qalıb. Azıx mağarasını ermənilər 
silah anbarına çeviriblər. Rayonun ərazisində yerləşən 
və ümumi sahəsi 25,5 min hektar olan meşədəki palıd 
ağacları qırılaraq daşınıb, Xonaşen çayının kənarlarında 
bitən təbii meşə isə tamamilə məhv edilib. Xocavəndin 
Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol 
tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə 
əkilən ağaclar da kəsilib.
Ermənilər  beynəlxalq  konvensiyaların  tələblərinə 
məhəl qoymadan ümumdünya əhəmiyyətli təbiət və ta-
rixi abidələrimizi məhv etməkdə davam edirlər.
2

214
Tarixdə bu gün 
BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜ
1996
OKTY
ABR
5 oktyabr - Bu tarixin qeyd edilməsinə dair qərarı 
ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO ve-
rib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun 
artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul 
edilib. İndi dünyanın 100-dən çox ölkəsində okt-
yabrın 5-də müəllimlər peşə bayramını qeyd edir. 
Hər il oktyabrın 5-i bütün dünyada Müəllim Günü 
kimi qeyd olunur. Bu gün müəllimlər öz peşə bay-
ramlarını keçirirlər.
Məhz  Azərbaycan  müstəqillik  əldə  etdikdən 
sonra da bu peşə bayramı hər il oktyabr ayının birin-
ci bazar günündə ölkə ictimaiyyəti tərəfindən qeyd 
olunur. Xüsusilə, həmin bayram günü şagirdlər və 
tələbələr öz sevimli müəllimlərini təbrik edirlər.
  Hər  kəs  özünün  ibtidai  məktəbdə,  birinci 
sinifdə oxuduğu illəri xoş xatirə kimi anır və bu 
xatirələrdə  ən  əziz  yeri,  əlbəttə  ki,  ona  sevgi  və 
qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxu-
mağı öyrədən müəllim tutur. 
Müəllimlik dünyada ən çətin, eyni zamanda ən 
şərəfli və ən ğözəl peşədir. 
Bu  gözəl  və  şərəfli  işin  dəyərini  bilən 
əcdadlarımız  həmişə  müəllimə  hörmətlə  yanaş-
mışlar. 
Müəllimlər  şagirdlərin  dərin  və  hər  tərəfli  bi-
lik  almaları,  yaşadıqları  dövrün  problemlərindən 
baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını 
sərf  edirlər.  Valideynlə  bərabər,  bəlkə  də,  ondan 
daha  çox,  uşağın  hər  cür  şıltaqlığına,  əziyyətinə 
dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək 
müəllimlərin üzərinə düşən ağır yükdür. 
Müəllim  əməyinin  nəticəsində  cəmiyyət  for-
malaşır,  savadlı,  bilikli,  geniş  dünyagörüşlü, 
nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insan-
lar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda 
dövlətimizin  müstəqilliyinin  möhkəmlənməsində 
fəal iştirak edən insanlar məhz müəllim əməyinin 
yetirmələridir. 
Müəllimlər yeni cəmiyyət quruculuğunun me-
marlarıdır.  Hər  birimizin  layiqli  vətəndaş  kimi 
yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri 
olmuşdur. 
Ümummilli  liderimiz  Heydər  Əliyev  həmişə 
müəllim  əməyini  yüksək  qiymətləndirmiş, 
müəllim  haqqında  xoş  sözlər  söyləmişdir.  O,  öz 
müəllimlərini  minnətdarlıqla  xatırlayar,  onların 
xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər 
Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə 
həmişə  müəllimə  hörmət  və  ehtiramla  yanaşmış, 
onların  maddi  vəziyyətinin,  rifah  halının  yax-
şılaşdırılması  qayğısına  qalmışdır.  O,  deyirdi: 
“Hər  birimizdə  müəllimin  hərarətli  qəlbinin  bir 
zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu 
sevməyi, hamının rifahı namınə vicdanla işləməyi 
müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir”. 
Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin