Redaksiya heyəTİ: Baş redaktor: K. M. Tahirov



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə2/43
tarix05.03.2017
ölçüsü43,82 Kb.
#10117
1   2   3   4   5   6   7   8   9   ...   43

 
Ə d ə b i y y a t
Komediyalar [Mətn] /
Jan Batist Molyer.- Bakı: 
Gənclik, 1995.- 98 s.
Elçin. Bizimçin qalan sənət 
[Mətn]: (Molyer haqqında 
söz) /Elçin.- Bakı: Gənclik, 
1995.- 114 s.
İbrahimov, M. Ölməz 
komediya ustası [Mətn]: 
(Fransız yazıçısı Molyer 
haqqında) /M.İbrahimov 
//Azərbaycan.- 1987.- № 
1.- S.76.
Полное собрание 
сочинений [Текст]: в 3 
т. /Мольер; пер. с фран.; 
под rед. Н.М.Любимова.- 
Москва: Искусство, 1985.- 
Т.1 .- 458 с.
15
390 
illiyi
Fransız 
dramaturqu

11
Xarici ədəbiyyat
NAZİM HİKMƏT  
RAN 
1902-1963
YANV
AR
Nazim  Hikmət  (Nazim  Hikmət 
Ran)  1902-ci  il  yanvar  ayının  20-də 
zadəgan ailəsində anadan olmuşdur.
 “Sərvliklərdə” adlı ilk şeiri 1918-
ci  ildə  “Yeni  məcmuə”  jurnalında 
dərc  olunmuşdur.  1920-ci  ildə  o,  iş-
ğal  olmuş  İstanbuldan  milli  azadlıq 
uğrunda  vuruşan  Anadoluya  getmiş-
dir.  1921-ci  ildə  Sovet  Rusiyasına 
gəlmiş, 1922-1924-cü illərdə Moskva-
da Şərq Zəhmətkeşlərinin Kommunist 
Universitetində oxumuşdur. 
Nazim  Hikmət  1924-cü  ildə 
Türkiyəyə  qayıtmış,  inqilabi  “Oraq-
çəkic” qəzetində, “Aydınlıq” jurnalın-
da  Lenin  ideyalarını  tərənnüm  edən 
əsərlərlə çıxış etmişdir. 1925-ci ildə qi-
yabi surətdə 15 il həbsə  məhkum edilən 
Nazim  Hikmət  1927-ci  ildə  yenidən 
gizli olaraq SSRİ-yə gəlmişdir. 1928-
ci ildə Bakıda şairin “Günəşi içənlərin 
türküsü” adlı ilk şeirlər kitabı çapdan 
çıxmışdır. 
1936-cı ildə şairin Türkiyədə sağlı-
ğında son kitabı – “Şeyx Bədrəddinin 
dastanı”  nəşr  edilmişdir.  1938-ci  ildə 
sübut olunmamış ittiham əsasında 28 
il 4 ay həbs cəzasına məhkum edilən 
Nazim  Hikmət  həbcxanada  məşhur 
“İnsan  mənzərələri”  epopeyasını, 
“Həbsxanadan  məktublar”  silsiləsini, 
“Məhəbbət  əfsanəsi”,  “Yüsif  və  Zü-
leyxa” pyeslərini və s. əsərlərini yaz-
mışdır.  1950-ci  ildə  mütərəqqi  dün-
ya  ictimaiyyətinin  tələbi  ilə  Türkiyə 
hökuməti Nazim Hikməti azad etməyə 
məcbur  olmuşdur.  1951-ci  ildən  öm-
rünün  sonunadək  ikinci  vətəni  sayı-
lan  SSRİ-də  yaşayan  və  bu  dövrdə 
1952-ci  ildə  “Türkiyədə”,  1955-ci 
ildə  “Qərib  Adam”,  1956-cı  ildə 
“İvan  İvanoviç  vardımı,  yoxdumu”, 
1960-cı  ildə  “Domokl  qılıncı”  və  s. 
pyeslərini,  şeir  və  poema,  poeziyaya 
və  dramaturgiyaya  dair  məqalələrini 
yazmışdır.  SSRİ-də  Nazim  Hikmətin 
ssenariləri  və  əsərlərinin  süjetləri 
əsasında  kinofilmlər  “Bir  məhəllədən 
iki nəfər”, “Sevdalı bulud”, “Yaşamaq 
gözəldir,  qardaşım”,  “Məhəbbətim 
mənim, kədərim mənim” çəkilmişdir. 
1951-ci ildə Ümumdünya Sülh Şu-
rası Bürosunun və 1959-cu ildən sonra 
isə  onun  Rəyasət  Heyətinin  üzvü  ol-
muşdur.
Əsərləri  Azərbaycanda  dönə-dönə 
nəşr  olunmuş,  pyesləri  tamaşaya  qo-
yulmuşdur. Bəstəkar Arif Məlikov şai-
rin “Məhəbbət əfsanəsi” pyesi əsasında 
eyni  adlı  balet  yazmış, Azərbaycanın 
digər  bəstəkarları  şeirlərinə  romans-
lar  bəstələmişlər.  R.Babayev  “Kəllə” 
pyesinə 
illüstrasiyalar 
çəkmiş, 
M.Rzayeva  şairin  büstünü  yaratmış-
dır. Azərbaycan ədəbiyyatşünasları şa-
irin həyat və yaradıcılığına dair bir sıra 
sanballı əsərlər yazmışdır. 
Nazim Hikmət 1963-cü ildə Mosk-
vada (Salonikidə) vəfat etmişdir.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri [Mətn] /N. 
Hikmət; tərt. ed. A. Babayev 
.-Bakı: Şərq-Qərb, 2006. 
-496 s.
Yaşamaq gözəl şeydir
qardaşım [Mətn] /Nazim 
Hik-mət.- Bakı: Yazıçı, 
1983.- 180 s. 
Anar. Zəfərin mübarək, 
Nazım! [Mətn] /Anar //525-
ci qəzet.- 2009.-13 yanvar. 
- S.4.
Mustafa, A. Ayrılıq uzun 
sürdü... [Mətn] /Afaq Mus-
tafa //525-ci qəzet.- 2009.- 
31 yanvar. - S.19.
İ n t e r n e t d ə
www.altun.az 
www. az.wikipedia.orq
20
110  
illiyi
Türk şairi

12
Tarixdə bu gün
ÜMUMXALQ HÜZN GÜNÜ 
1990
YANV
AR
20 il öncə qorxunc günlər yaşandı. 
Bu xalq sovet hərb maşınının zorakı-
lığına məruz qaldı. Açıq və çox qaba 
bir  tərzdə  təcavüzə  məruz  qoyulmus 
insanlar küçələrdə gülləbaran edilmiş, 
milli  heysiyyətimiz  tankların  tırtılları 
altında tapdanmışdı.
Bu  kobud  zorakılıq  Azərbaycan 
xalqını qorxutmaq, onun milli oyanışı-
nı, torpaq (Qarabağ) uğrunda inadkar 
dəyanətini  sındırmaq  məqsədi  daşı-
yan mənfur planın tərkib hissəsi idi... 
Buna nail olacaqlarını düşünənlər səhv 
etdiklərini tez anladılar.
1990-cı  ilin  20  Yanvarından  bəri 
bu  ildönümləri  bir  qayda  olaraq  yal-
nız  hüzn  kimi  qeyd  etmişik,  o  günü 
bir  üzüntü  ilə  anmışıq.  Amma  bir 
şeyi  unutmamalıyıq  ki,  20  Yanvar 
Azərbaycan xalqının tarixində sadəcə 
üzüntü ilə xatırlanacaq gün deyil. Həm 
də  bizim  üçün  şan  və  şərəf  günüdür, 
mənlik günüdür.
Unutmamalıyıq  ki,  həmin  gün 
küçələri  boyamış  al  şəhid  qanları 
bir  anlamda  milli  heysiyyətimizdə 
doğan  günəşin  qızıl  şəfəqlərini 
simvolizə edirdi. Vətəndaşımız o gün 
üstünə  şığıyan  dəhşətli  kabusa,  so-
vet  hərbiyyəsinin  qorxunc  qaragüru-
huna  qarşı  sinə  gərməyi  və  deməli, 
öz  mənliyini  və  mətinliyini  nümayiş 
etdirməyi bacardı. O hadisələr açıqca 
göstərdi  ki,  azərbaycanlılar  özgürlük 
savaşına qalxmaq, pozulmuş hüquqla-
rının,  suverenliyinin  bərpası  uğrunda 
çarpışmaq əzminə sahibdir.
20  Yanvar  istiqlal  yolumuzda  ilk 
şəhidlik zirvəsi idi. Ötən illər ərzində 
“Qanlı  Yanvar”ın  siyasi,  mənəvi  və 
s.  aspektləri  analiz  edilib,  hadisəyə 
Azərbaycan dövləti tərəfindən hüquqi 
qiymət verilib.
...Həmin  gün  Azərbaycanın  o 
vaxtkı  rəhbərliyinin  istəyi  və  SSRİ 
rəhbərliyinin  əmri  ilə  Azərbaycanda 
kommunist  rejimini  hakimiyyətdə 
saxlamaq  və  güclü  milli-azadlıq 
hərəkatına  çevrilməkdə  olan  oyanışı 
boğmaq  məqsədilə  Bakıya  böyük  bir 
ordu  (rəsmi  rəqəm  35  min  göstərir) 
yeridilmişdi.  SSRİ  Müdafiə  Nazirli-
yi, DİN və DTK-nın hazırlayıb həyata 
keçirdiyi “Udar” adlı əməliyyatda əsas 
rolu xüsusi təyinatlı “ALFA” və SSRİ 
DTK-nın  “A”  təxribat  qrupları  oyna-
yırdı.
Bu açıq  təcavüz nəticəsində Bakı-
da  134  mülki  vətəndaş  öldürülmüş, 
600-dən  çox  adam  yaralanmışdı. 
Öldürülənlər arasında beş milliyyətdən 
olan vətən övladları, 20-dən çox qadın, 
uşaq vardı.
 Həmin dövrdə xalqımıza ən böyük 
mənəvi  dəstəyi  Moskvada  yaşayan 
və  M.Qorbaçovun  təqib  və  təzyiqləri 
ilə  üzləşən  ümummilli  lider  Heydər 
Əliyev  verdi.  Bu  görkəmli  şəxsiyyət 
hər  an  təhlükə  ilə  üzləşə  biləcəyinə 
baxmayaraq  1990-cı  il  yanvarın  21-
də  Azərbaycanın  Moskvadakı  dai-
mi  nümayəndəliyinin  binasına  gəldi 
20

13
və  törədilmiş  faciə  ilə  bağlı  bəyanat 
verdi.  20  Yanvar  faciəsində  əli  olan 
Azərbaycan və sovet rəhbərliyini ifşa 
etdi, onların xalqımız qarşısında tarixi 
məsuliyyət daşıdıqlarını vurğuladı.
Ümummilli  lider  Heydər  Əliyevin 
təşəbbüsü  və  təkidi  nəticəsində  20 
Yanvar  faciəsinə  dövlət  səviyyəsində 
hüquqi-siyasi qiymət verilmişdir.
 1993-cü ildən başlayaraq 20 Yanvar 
faciəsinin  xalqımızın  tarixindəki  yeri 
və rolu, bu faciənin əbədiləşdirilməsi 
və  bütün  dünya  ictimaiyyətinə  çat-
dırılması  yönündə  mühüm  işlər  gö-
rülmüşdür.  Bakı  şəhərinin  ən  hündür 
yerində  yerləşən  Şəhidlər  Xiyaba-
nında Azərbaycanın  azadlığı  uğrunda 
mübarizədə şəhid olanların xatirəsinə 
ucaldılmış  möhtəşəm  “Əbədi  məşəl” 
abidə  kompleksi  də  ümummilli  lider 
Heydər  Əliyevin  təşəbbüsü  ilə  tikil-
mişdir  və  2000-ci  il  yanvar  ayıınn 
17-də imzaladığı Fərmanla 1990-cı il 
Yanvar  faciəsi  zamanı  şəhid  olanlara 
“20 Yanvar Şəhidi” fəxri adı verilmiş-
dir. 20 Yanvar tarixini Azərbaycan xal-
qının Milli müstəqillik mübarizəsinin 
başlanması  və  xalq  hərəkatının 
qəhrəmanlıq səhifəsi kimi qəbul etmək 
lazımdır.

14
Milli Qəhrəmanlar
ŞİRİN MİRZƏYEV 
1947-1992
YANV
AR
  Şirin  Vəli  oğlu  Mirzəyev  1947-
ci  ildə  yanvar  ayının  5-də  Xankəndi 
şəhərində  anadan olmuşdur.   N.Gən-
cəvi  adına  4  saylı  orta  məktəbi  bitir-
dikdən  sonra  ordu  sıralarına  çağırıl-
mışdır. 
Bakıda  yerləşən  Daxili  Qoşunlar 
alayında  xidmətini  başa  vurduqdan 
sonra o, 1967-ci ildə Sankt-Peterburq 
şəhərində Ali Siyasi - Hərbi məktəbə 
daxil  olmuşdur.  1971-ci  ildə  təhsilini 
müvəffəqiyyətlə başa vurub, təyinatla 
İrəvana göndərilmişdir. Beş il burada 
xidmət  etdikdən  sonra,  işini  Bakıya 
dəyişmişdir. Daxili Qoşunlar alayında 
15 illik xidmət yolu keçmişdir.
Ş.Mirzəyev  1988-ci  ildə  Moskva 
Ali  Siyasi Akademiyasını  bitirmişdir. 
Xidmətlərinə  görə  dəfələrlə  medal-
lar  və  döş  nişanları  ilə  təltif  olunan 
Ş.Mirzəyev  rota  komandirinin  mü-
avini,  batalyon  komandirinin  müa-
vini,  diviziya  komandirinin  müavini 
vəzifəsinə qədər yüksəlmişdir. Yurdu-
muzun  başını  qara  buludlar  alandaöz 
ərizəsi ilə döyüş bölgəsinə göndərilir, 
1991-ci  il  oktyabr  ayınında  Ağdam 
rayon  ərazi  özünümüdafiə  taboruna 
komandir  təyin  edilir.  Qısa  müddət 
ərzində  ətrafına  güclü  döyüş  kontin-
genti toplayır. 
Polkovnik-leytenant 
rütbəsinə 
qədər  yüksələn  Ş.Mirzəyev  Qazançı 
kəndinin düşməndən azad edilməsində 
böyük  rəşadət  göstərir.  1992-ci  ildə 
Qaralar  kəndindən  geri  qayıdarkən 
minaya düşür və həlak olur.
Azərbaycanın  Milli  Qəhrəmanı 
Mirzəyev  Şirin  Vəli  oğlu  Bakı 
şəhərinin  Şəhidlər  Xiyabanında  dəfn 
edilmişdir. Bakının Nizami rayonunda 
adına küçə vardır. Xidmət etdiyi hərbi 
hissənin həyətində abidəsi qoyulmuş-
dur.
Azərbaycan  Respublikası  Prezi-
dentinin 16 sentyabr 1994-cü il tarix-
li  203  saylı  Fərmanı  ilə  polkovnik-
leytenant Mirzəyev Şirin Vəli oğluna 
ölümündən sonra “Azərbaycanın Milli 
Qəhrəmanı” fəxri adı verilmişdir.
Ə d ə b i y y a t
Abbasoğlu, B. Sərkərdə 
[Mətn] //Abbasoğlu, B. 
Ölərkən dünyaya gələn 
oğullar.- Bakı, 2004.- S.12-
34.
Əsgərov, V. Mirzəyev Şirin 
Vəli oğlu [Mətn] //Əsgərov, 
V. Azərbaycanın Milli 
Qəhrəmanları.- Bakı, 2005.- 
S.153-154.
İbadoğlu, İ. Sərkərdə 
[Mətn] /İ.İbadoğlu.- Bakı: 
İşıq, 1995.- 177 s. 
Quluzadə, Ə. Alay koman-
diri [Mətn] /Ə.Quluzadə.- 
Bakı: Ozan, 1999.- 80 s.
Şamiloğlu, S. Alay koman-
diri [Mətn] //Şamiloğlu, S. 
Şəhid şəhərin şəhid övladla-
rı.- Bakı, 1994.- S.35-35.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
5
65 
illiyi
Milli Qəhrəman
Vətəni qorumaq, milləti qorumaq  hər bir vətəndaşın şərəfli bor-
cudur. Əgər vətəndaş bu şərəfli borcu yerinə yetirirsə, demək, o, ən 
yüksək qiymətə layiq olan vətəndaşdır. 
Heydər Əliyev, ümummilli lider


15
Milli Qəhrəmanlar
CƏLİL SƏFƏROV
1962-1992
YANV
AR
 Cəlil Əziz oğlu Səfərov 1962-ci il 
yanvar  ayının  28-də  Gürcüstan  Res-
publikasının  Marneuli  rayonunda  do-
ğulmuşdur. Uşaq ikən ailəlikcə Sum-
qayıt  şəhərinə  köçmüşlər.  1969-77-ci 
illərdə  buradakı  orta  məktəbdə  təhsil 
almışdır.  1977-ci  ildə  C.Naxçıvanski 
adına  ali  Hərbi  Litseyə  qəbul  edil-
mişdir. 1980-cı ildə təhsilini başa vu-
raraq  Vladiqafqaz  Hərbi  Raket-Zenit 
Komandirlər  Məktəbinə  daxil  olmuş-
dur. 1984-cü ildən Qazaxıstanın Prio-
zorsk və Balxaş şəhərlərində işləyir, 8 
il sonra Azərbaycana qayıdır. Müdafiə 
Nazirliyinin təyinatı ilə Qarabağa ezam 
olunan  təcrübəli  zabit  xidməti  başa 
çatdıqdan sonra burada qalır. O, Şuşa 
cəbhəsində dəqiq atəşlərlə erməni ya-
raqlılarının və canlı qüvvələrinin məhv 
edilməsinə başçılıq edirdi. Cəlilin baş-
çılığı ilə dəqiq top atəşləri nəticəsində 
ermənilər ağır itkilər vermişdi. 15 may 
1992-ci il Şuşanın Turşsu-Zarıslı kəndi 
istiqamətində  gedən  döyüşlərdə  xey-
li  düşmən  yaraqlısı  məhv  edən  cəsur 
zabit qəhrəmancasına həlak olmuşdur. 
C.Səfərov Bakı şəhərinin Şəhidlər Xi-
yabanında dəfn edilmişdir.
  Azərbaycan  Respublikası  Prezi-
dentinin 7 iyun 1992-ci il tarixli 833 
saylı  Fərmanı  ilə  kapitan  Səfərov 
Cəlil  Əziz  oğluna  ölümündən  sonra 
“Azərbaycanın  Milli  Qəhrəmanı”  adı 
verilmişdir.
  Sumqayıt  şəhərindəki  10  saylı 
məktəb qəhrəmanımızın adını daşıyır.
  Gürcüstan  Respublikasının  Mar-
neuli rayonunun Leybəddin kəndində 
abidəsi ucaldılmışdır.
Ə d ə b i y y a t
Əliyev, T. Sonuncu 
uçuş [Mətn]: sənədli 
povestlər,oçerklər /T.Əliyev.- 
Bakı: Gənclik, 1998.-74 s.
Əsgərov, V. Səfərov Cəlil 
Əziz oğlu [Mətn] //Əsgərov, 
V. Azərbaycanın Milli 
Qəhrəmanları.-Bakı, 2005.- 
S.201.
Zeynalov, R. Səfərov Cəlil 
Əziz oğlu [Mətn] //Zeyna-
lov, R. Azərbaycanın Milli 
Qəhrəmanları.- Bakı, 1996.- 
S.40.
İ n t e r n e t d ə
www az.wikipedia.org
www.google.az
28
50 
illiyi
Milli Qəhrəman
Vətən,  torpaq  yolunda  özünü  qurban  verənlərin  xatirəsi 
qəlbimizdə daimi yaşayacaq, onların şücaəti Azərbaycan xal-
qının tarixinə qızıl hərflərlə yazılacaqdır!
Heydər Əliyev, ümummilli lider


16
Siyasət.Hərbi iş
600 
illiyi
JANNA D’ARK  
1412-1431
YANV
AR
Janna  d’Ark  1412-ci  il  yanvar  ayı-
nın  6-da  Fransanın  şimal-şərqində  Meze 
çayının  kənarında  yerləşən  Domeremi 
kəndində  anadan  olmuşdu.  Ortancıl  öv-
lad  olan  Janna  ailənin  adi  uşaqlarından 
biri idi. Onu o dövrdə həmyaşıdlarından 
fərqləndirən  tək  bir  amil  vardı.  Bu  da 
d’Arkın dinə böyük hörmət bəsləməsi və 
bu məsələdə özünü kilsənin qızğın tərəfdarı 
kimi göstərməsi idi. Sonralar kilsəyə olan 
bu  sevgisinə  görə  yaxın  yoldaşlarından 
biri  onu  “Tanrının  və  Həzrəti  Məryəmin 
xidmətçisi” adlandırmışdı. Janna d’Arkın 
uşaqlıq illəri Fransa ilə İngiltərə arasında 
davam edən 100 illik müharibənin ən qız-
ğın vaxtına təsadüf etmişdi. 1415-ci ildə 
İngiltərə  kralı  V  Henri  Fransa  ordusunu 
məğlub  edərək,  ölkəni  işğal  etdi.  Bun-
dan  sonra  ölkədə  ingilislərin  vassalları 
olan Dofinlərin və Burqon əsilzadələrinin 
hakimiyyəti dövrü başlamışdı.
  Yüzillik  müharibə  dövründə  fran-
sız  xalqının  ingilislərə  qarşı  azadlıq 
mübarizəsində  iştirak  etmişdir.  Dindar 
Jannaya  vəhy  gəlmişdir.  O,  Dofin  Karlı 
qəti  hərbi  əməliyyata  başlamağa  ruhlan-
dırmış, başçılıq etdiyi ordu isə mühasirədə 
olan Orlean şəhərini ingilislərdən azad et-
mişdi. Bundan sonra xalq arasında Orlean 
Qızı adlandırılmışdı. Bir sıra qələbə qaza-
nan Janna d’Ark Karlı taxt-taca sahib etdi 
(1427). 1430-cü ildə ingilislərin müttəfiqi 
burqundlara  əsir  düşmüş,  onlar  da  Jan-
na d’Arkı ingilislərə satmışdılar. Ruanda 
qurulmuş  kilsə  məhkəməsi  Janna  d’Arkı 
küfr və cadugərlikdə təqsirləndirmiş və o, 
tonqalda yandırılmışdı. 1456-cı ildə Fran-
sa  məhkəməsi  ona  bəraət  qazandırmış, 
lakin  yalnız  1420-ci  ildə  katolik  kilsəsi 
Janna  d’Arkı  müqəddəslər  sırasına  daxil 
etmişdir. Fransada mayın 2-ci bazar günü 
Janna d’Ark Günü kimi qeyd edilir (1979-
cu ildən). 
  Haqqında  ədəbi-bədii  əsərlər  yara-
dılmış  və  filmlər  (“Janna  d’Arkın  izti-
rabları”,  1927)  çəkilmişdir.  1965-ci  ildə 
Azərbaycan Dövlət Dram Teatrında “Or-
lean  qızı”  (F.  Şiller)  pyesi  tamaşaya  qo-
yulmuşdur 
Ə d ə b i y y a t
Levandovski. Janna d’Ark 
[Mətn] / Levandovski.- Bakı 
: Gənclik, 1988.- 278 s.
Orucov, T. Tarixdə iz qoyan-
lar [Mətn] /T.Orucov.- Bakı 
: Şərq-Qərb, 2000.- 384 s.
Гулиев, Д. Жанна! 
[Текст] : Неизвестная 
история /Д.Гулиев.- Баку: 
Мутарджим, 2009.- 299 с.
Левандовский А. 
Жанна д’Арк [Текст] 
/А.Левандовский.- Москва: 
Молодая гвардия, 1962.- 
25 с.
6
Fransanın Xalq Qəhrəmanı

17
Siyasət.Hərbi iş
XUDADAT BƏY  
RƏFİBƏYLİ 
1877-1920
YANV
AR
  Xudadat  bəy  Ələkbər  bəy  oğlu 
Rəfibəyli 1877-ci il yanvar ayının 12-
də Gəncədə anadan olmuşdur. 
Xudadat  bəy  Gəncənin  məşhur 
Rəfibəylilər 
nəslindəndir. 
Atası 
Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, 
maarifçi, Azərbaycanda ilk siyası par-
tiya olan “Difai” partiyasının yaradıcı-
larından olmuşdur. 
Xudadat bəy  Rəfibəyli    Azərbaycanın     
ilk  ali  təhsilli  cərrahlarındandır.  O, 
Xarkov Tibb Universitetini (Ukrayna) 
bitirdikdən sonra 1907-ci ildə təcrübəli 
həkim kimi Gəncəyə qayıtmış və Ye-
lizavetpol  şəhər  idarəsinin  təqdimatı 
ilə  6  nömrəli  şəhər  müalicəxanasının 
direktoru  vəzifəsinə  təyin  olunmuş-
du.  17  il  Gəncə  xəstəxanasının  baş 
həkimi kimi çalışmışdır. Xudadat bəy 
gənc  yaşlarında  “Yelizavetpol  Tibb 
Cəmiyyəti” ni yaratmış və  cəmiyyət 
üzvləri Gəncə yoxsullarına pulsuz tib-
bi yardım göstərirdi.
 1918-ci ildə Gəncədə ilk müstəqil 
Azərbaycan  Cümhuriyyəti  quru-
lan  zaman  Xudadat  bəy  Azərbaycan 
Cümhuriyyətinin  Səhiyyə  və  Sosial 
Təminat naziri təyin edilir. Bu zaman 
onun  bütün  diqqəti  Azərbaycanda 
səhiyyə 
ocaqlarının 
artırılması-
na,  epidemiya  və  digər  xəstəliklərlə 
mübarizəyə həsr edildi. Onun göstərişi 
ilə  ölkə  ərazisində  pulsuz  fəaliyyət 
göstərən  bir  neçə  xəstəxana  açıldı, 
kənd  yerlərində  yeni  müalicəxana  və 
feldşer məntəqələrinin tikintisinə baş-
landı,  ekspertizalar  üçün  laboratoriya 
təşkil  olundu.  Gəncə  yaxınlığında-
kı  Zurnabad  kəndində  taun  əleyhinə 
stansiya yaradıldı.
 1918-ci ilin dekabrında Azərbaycan 
Xalq  Cümhuriyyəti  hökümətinin  is-
tefasından sonra Xudadat bəy  Gəncə 
əhalisinin  ciddi  təkid  və  tələblərilə 
1919-cu ildə Xudadat bəy Gəncə qu-
berniyasının 
general-qubernatoru 
vəzifəsinə təyin edildi.
1920-ci  il  aprelin  28-də  Azərbay-
canda Sovet hakimiyyəti qurulduqdan 
sonra Xudadat bəy aprelin 30-da Gəncə 
qeneral-qubernatorluğu  vəzifəsindən 
də istefa verdi və 1920-ci il mayın 12-
də həbs edildi.
Xudadat  bəy  bir  neçə  maddə  ilə 
mühakimə  edildi.  Bunların  arasında 
298 saylı işə əsasən erməni kəndlərinin 
yandırılması və erməni əhalisinə divan 
tutulması da var idi.
Azərbaycan Xalq Cümhuriyyətinin 
görkəmli ictimai və siyasi xadimi Xu-
dadat  bəy  Rəfibəyli  1920-ci  il  iyun 
ayının 1-də tələsik, xəlvəti bir şəkildə 
Xəzərin kiçik bir adasında güllələndi.
Ə d ə b i y y a t
Hüseynov, R. Rəfibəylilər 
[Mətn] /R.Hüseynov //
Ülfət.- 1992.- 21 noyabr.
İsayev, Ə. Gəncənin mənəvi 
çıraqları [Mətn] /Ə.İsayev 
//Azərbaycan.-2010.- 3 
avqust.- S.6.
Rəfiyev, A. Ayrılıqdan betər 
dünyada nə var [Mətn] 
/A.Rəfiyev //7 gün.- 1996.- 
11 iyun.- S.2-3.
İ n t e r n e t d ə
www. az.wikipedia.org
www.google.az
12
135 
illiyi
Siyasi xadim

18
Siyasət.Hərbi iş
FRANKLİN DELANO  
RUZVELT  
1882-1945
YANV
AR
  Franklin  Delano  Ruzvelt  1882-
ci  il  yanvar  ayının  30-da  Nyu-York 
şəhərində  doğulmuşdur.  O,  ABŞ-ın 
Şimal-Şərqindəki Proton şəhərində ən 
yaxşı və bahalı xüsusi məktəbdə oxu-
muşdur.  1900-1904-cü  illərdə  Frank-
lin  Harvard  kollecində,  1905-1907-ci 
illəri  isə  Kolumbiya  Universitetinin 
hüquq fakültəsində təhsil almışdır.
Franklin Ruzvelt 1910-cu ildə De-
mokratlar  partiyasında  Nyu-York  se-
natı  seçilmişdir.  1913-1920-ci  illərdə 
Dəniz  nazirinin  müavini  işləmiş, 
1921-ci  ilin  avqustunda  poliomelit 
xəstəliyinə  tutulmuş  və  bundan  son-
ra  ayaqları  tam  işləmədiyi  üçün  öm-
rünün  qalan  hissəsini  əlil  arabasın-
da  keçirməli  olmuşdur.  Bu  onun  3  il 
ərzində  siyasətdən  uzaqlaşması  ilə 
nəticələnsə də, o özündə güc taparaq 
əvvəlcə  1928-ci  ildə  Nyu-York  ştatı-
nın qubernatoru, daha sonra isə prezi-
dent seçilmişdir .
O, 1933-1945-ci ildə 2 dəfədən ar-
tıq seçilmiş yeganə ABŞ prezidentidir. 
Franklin Ruzvelt 4 dəfə prezident seçil-
mişdir. Onun tarixi xidmətləri arasında 
“Böyük Depressiya”nın aradan qaldı-
rılması, SSRİ ilə münasibətlərin yax-
şılaşdırılması və II Dünya müharibəsi 
dövründə  Avropadakı  müttəfiqlərini 
yaxından  dəstəkləməsini  qeyd  etmək 
olar.
  Onun  4-cü  hakimiyyət  dövrünün 
başlamasından qısa müddət keçdikdən 
sonra  beyninə  qan  sızmışdır.  Elə 
bu  xəstəliklə  də  Amerika  Birləşmiş 
Ştatlarının  32-ci  prezidenti  Franklin 
Ruzvelt  12  aprel  1945-ci  ildə  Ame-
rika  Birləşmiş  Ştatlarının  Corciya 
şəhərində vəfat etmişdir.
Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin