Toplayan HƏSƏn bəy hadi 2005-5



Yüklə 1,01 Mb.
səhifə1/9
tarix05.05.2017
ölçüsü1,01 Mb.
#16974
  1   2   3   4   5   6   7   8   9




toplayan
HƏSƏN BƏY HADİ

2005-5

TƏBRİZ


aban aban iş olmaz, bəsləməsən qız olmaz.

abaymadan söylür, ağrımadan ölur. (qorxmadan söyləyən, əriməz ölər).

ac eşiyə, lüt içəri qaçar.

ac gəzməkdənsə, tok ölmək yaxcıdır (yeğdir).

ac gözlülük heyvanı kökəldər, kişini çökərdər (dizə köçürdər, salar).

ac itin götün, tox it yalar.

ac ivək, tox dolaq. (ac iti, gəzəgən olur, tox oturan, oturqan olur)

ac nə yeməz, tox nə deməz.

ac oldun çobana qoşul, yoruldun karvana.

ac qazan assa, yeyəcək qoymaz. lüt odun yaxsa, yanacaq.

ac qudurğan olar, tox oynağan.

ac qurdlar, ağız ağıza yatarlar. (biri birinə yem olmaq qorxusundan).

ac toyuq özün taxıl bazarında görər.

ac yediyin bilməz, tox dediyin bilməz.

ac yiyər sıçar, lüt geyər vurar. (lüt qızsa vurar).

ac, acınan yatsa, dilənçi doğar.

ac, əlinə düşəni yeyər, tox ağzına gələni diyər.

ac, qılıncı çapar.

aca qazan asdırsan, yeyəcək qalmaz, lütə odun yaxdırsan, yanacaq qalmaz.

aca yaxınlaşma, toxu dindirmə, biri yiyər, biri sıçar.

acar, qılıncı çapar.

acgöz (gözü ac) yiyər, özüdə doysa, gözü doymaz.

acgöz, yalançı toruna düşər.

acı işlətmə, toxu tərpətmə.

acı qovusan, susuz gəlir.

acıda yesən şirin danış.

acıdı, utma, şirindi, atma !.

acığan çalar, quduran qalxar.

acığan yatmış, acıyan qalxmış.

acın evində, nə od olar, nə də ocaq.

acın imanı olmaz, toxun amanı, qanmazın dərmanı.

acın imanı olmaz, toxun gumanı.

acından gün orta durur, buğların, yağınan burur.

acından qarnı quruldayan, su içip tuluqlanar.

acındırsan arsız, acıqdırsan hırsız (oğru) olur.

acını atmayan, dadlını tutammaz.

acının dadın bilməyən, şirinlikdə dad bilməz.

acıqlı başda, ağıl olmaz, bəslənməsə, doğan olmaz.

acıqlı dilənçinin, torbası boş qalar.

acıqlı, başı neylər, ağıllı, daşı neylər ?. (acığlı hara, baş hara, ağıllı hara, daş hara ?. ).

acıyan eşşək, atdan keçər.

acla dosluq edsən, qarnıvı doyur.

aclığın əlin toxluğa sığın, ac qalmasan.

aclıq nə etdirməz, toxluq nə dedirtməz.

aclıq susuzluğla qardaşdır.

aclıq, adama oyun öyrədər.

açarın gücü, qıfıl basdı.

açılan solar, ağlayan gülər. (açıl sol, ağla gül).

açınan at yüyrək olur: tumar görmüş at yeyrək, yorqa olur.

açıq qapıdan min bir bəla gələr deyiblər, bağlı qapının min bir bəla içində.

açıqlı ər çabuq qarımaz: varlı kişi tez qocalmaz.

ad var adamı bəzir, adamda var adı bəzir.

adam olmaq asta- asta, heyvan olmaq bir anda.

adam var 'ər' dəyişir, adamda var 'əl' dəyişir.

adam var yaşır yeyir, adamda var yeyir yaşır.

adamdı adam, olmasun puluda, heyvandı heyvan, ətləs olsun çuluda.

adamı başdan tanı, ağacı yaşdan.

adamı qeyrət işlədər, dəyirmanı su.

adamın gözü bir dənizdiki su içməkdən doymaz. sudandanda doysa suya dolmaz.

adamın vayı, xocanın payı.

adət qanun deyil, qanun kimi zorludur.

adı başqa, dadı başqa.

adın nədir ? dərviş, pul ilə olur hər iş, pulun var giriş, pulun yox sürüş.

ağ dediyin alqışdır, qara dediyin qarqışdır.

ağa deyib sağallar, yava deyib yapallar.

ağac başına yel dəğir, gözəllərə söz gəlir.

ağac olan yerdə, budax sınar.

ağac qurur, devran dönür.

ağac tutan ağac vurandan artıq.

ağac, kökündən su içər.

ağacı ortasından tut, iki başdan vur.

ağacı qut yiyər, insanı dərd.

ağacın barı gərək, iyidin yarı gərək.

ağacın kökü yerdələr. adamın gözü yerdədir.

ağacın qurdu, öz dibindədir.

ağacın uzun olsun, qolun dinc.

ağalar sözə baxmır, qağalar söz başarmır.

ağanın bir gözü korsa, nökərin ikisi kordu.

ağaran baş, ağlayan göz, gizlənilməz.

ağası qul olanın, qulu quduran olur.

ağaşdan budaxdan, biridə gəldi bucaxdan.

ağdı qızıl bayraq, doğdu qara topraq.

ağı dağa gəlməz, başa gəlir.

ağıdan sağuq qəlməz, qəhbədən bağuq gəlməz. (- sağuq: dərman. - bağuq: bəfa. ).

ağıl ağıldan üstün olur, söz sözdən ötgün olur.

ağıl başdan çıxır, çörək daşdan.

ağıl ulusdan çıxar, dərman kol-kos dan.

ağıl üçün, yol birdir.

ağıl, ağıldan keçər, söz danışıqdan ötər.

ağıla paxıllıq olmaz, ağıldan artıq var olmaz.

ağılda oğlaq doğsa, arükdə otu önər.

ağıldan uca, var olmaz, ağıldan yaxın dost olmaz.

ağıldan yavansın, cibindən yağ damsın.

ağıldan yavası var, cibindən yağ damır.

ağılı evdə qoyub gedərik, axmağın qulluğuna yetərik.

ağıllı bildiyin söyləməz, dəli söylədiyin bilməz.

ağıllı ''bizi'' tapınca, dəli bacadan düşər.

ağıllı işinə baxar, dəli dişinə.

ağıllı olub dərd çəkincə, dəli ol, dərdivi çəksinlər.

ağıllı öyrənər, axmax öyrədər.

ağıllıdan, səfeh olmağın, qədir qiymətin öyrən.

ağıllının ağlı səfehdə olsaydı, dünya cənnətə dönərdi.

ağını çəkdin, balını çək.

ağır basar, yüngül (yeyni) qalxar.

ağır daş, batman döyər.

ağır daşı yel qoparmaz, sel aparmaz.

ağır daşı, nə yel alır, nə sel.

ağır gedən, yol alar, yeyin gedən, yolda qalar.

ağır qazan, gec qaynar.

ağırlıq qızıl qala, yüngüllük başa bəla.

ağız bəzəyi sözdür, üz bəzəyi, gözdür.

ağız bir, qulaq iki, söz bir, eşit iki.

ağız deyir, sol göz görür, sağ göz qıyır.

ağız yağlanar, mala baxsan, könül dincələr, pul qazansan.

ağız yandıran aşı, qaşıq tanıyar.

ağız yeyir, göz uyazır (utanır)

ağızdan çıxan söz, yanılmaz (qayıtmaz).

ağlaya - ağlaya quyu qaz, gülə - gülə suyun iç.

ağlı olan ərinməz, güclü olan sürünməz.

ağlı qısanın, dili uzun olar.

ağlı qıssada, dil uzun.

ağlın ilə gör, ürəklə eşit.

ağlıva bir ağıl qat, düşmanı gözdən qoyma.

ağlıva gəlməyənin, önündən keçmə.

ağrısız baş, qəbirdə olur.

ağza sığmayan, qarna sığmaz.

ağzı açığın malını, gözü açıx yeyər.

ağzı bağlı itinən, avdan gələr nəyinən. (- ağzın bağlayıb, gözün dağlayıb).

ağzı büzük bəy olsa, doğru çıxar söz ondan.

ağzı yağlanan, dili bağlanan.

ağzı yağlı, dili bağlı.

ağzı yanan, püflər içər.

ağzın aç, ''dişi'' olsa qaç.

ağzın dolu qan olsa, düşman gülər, tüpürmə.

ağzız dadlı çayız şirin olsun.

al əlivə yarağı, tanrı verər yararı (yardımı).

al geyən, alınır oğul.

al ilə aslan tutulur, zor ilə köçən tutulmaz.

al utanma, ver qorxma.

ala gəldi az sayma, verə geddi çox sayma. (- gedəni daşla, gələni haxla, qalanı saxla).

ala it çaqqalın dayısıdır.

ala qarqa suya düşsədə, qaz olmaz.

alan satandan umar.

alan satandan, satan alandan umar.

alana altısı az, verənə beşi çox. (alcıya altı azdı, vericiyə beşdə çox).

alanda hopur, verəndə qopur.

alanda qızsanır, satanda qırcanır.

alanın gözü olsa, satan acından ölər.

alanın gözü satanın əlində olar.

alat işin sonu onat olmaz.

alçağı ayaxdan yıx, böyügü başdan.

alçağı sel alar, yüksəyi yel alır.

alçaq eşşəyi, yükləməyə navar ki.

alçaq görüb daşlanma, yüksək görüb, alçalma.

alçaq yerdə yatma, sel alar, uca yerdə yatma, yel alar.

alçaq yerdə, təpəcik özün dağ sanır.

aldığın verməyən, axtardığın tapmaz.

alıb vermək, görüş qaydası, gedib gəlmək, elçi qaydası.

alıcı havada gərək, tutunmağı öz əlidə. (dolanıb avlamağı öz əlindədir).

alıcının ömrü az olar.

alım birlə (ilə) borc ödənməz.

alımlı arslan, berimli sıçan.
- alan arslan, verən sıçan kimidi.


alında yazılmış, əl ilə pozulmamış.

alış oğlu, verişdi.

alimin biliyindən, yalançının dilindən yapışarlar.

alimin sözündən de, iyidin özündən.

allah bilir, qul sezir (görür).

allah ona qıymasın, tanrısı var, saxlasın.

allah pisindən gözləsin.

allah səni iki qaşıqlı, min külüklü eləsin.

alma dalda durar, hər gələn daşını atar.

alma könül sevəni, algilən el sevəni.

alma, dibindən uzağa düşməz.

almaq öğrətmir, satmaq öğrətir.

alp çərikdə, bilgə dirikdə.

alpar birlə vuruşma, bəylər birlə duruşma.

alplar birlə vuruşma, bəylər birlə duruşma.

alqaçan su, dənizə çatmamış (çox oyan buyana qaçan su gor ba gor olar).

alqış, iki əldən (çıxar).

altı ola, ayrıq ola, altındakın aldırır, iki ola, birlik ola, təpədəkin endirir.

anadan doğmaq, ölmək üçündür.

anam elə çox bilirki, kündəni xırda salır, atam elə çox bilirki, ikisin birdən alır.

ananın aşı, ağzıvın dadı, təndirin başı, yedin yat.

ananın aşı, təndirin başı,.

anbar sıçanı, ac qalmaz.

anıq qılınsa, yoxa sanılmaz. əldə olan işlənirsə, yox deyilməz, etgilər.

anıya yaxın qızdan qorx, meşəyə yaxın qurddan qorx.

anlamazla yeyib - içiplər, danışmayıblar.

anlaqlıya sivri sinək saz gəlir, anlaqsıza, zurna - döğül az gəlir.

anqıran eşşək, öz tayın tapar.

araçıdan (vasitədən) yara əsgik olmaz.

arada yeyir, qırağda gəzir.

aranın dağı var olsun, qarlıda olar, qarsızda. iyidin başı sağ olsun, varlıda olar, varsızda.

arıdan arı, gündən duru.

arının ağına (zəhərinə, ağrısına) dözüb, balını süz.

arıq ata, qamçı düşman, yırtıq dama, damcı düşman.

arıq ata, qamçıda ağır (gəlir).

arpa pişər, işiniz düşər.

arpa yeyən, ipək geyən.

arpala ya buğdala, adam olsa bəlgürür, samanla ya yoncala, eşşək olsa bəlgürür.

arpasız at, aşumaz, arxasız alp, çərik sıyumaz. qoşun qırmaz.

arsıza üz verdik, ocağına köz verdik.

arslan kükrəsə, at ayağı tüşənər. (arslan böqürür, atın ayağı çalınır).

arslanı ac gəzdirən, tülkünü tox.

arşınla bez ölçülər, çuvalla qoz.

artıq aş, qabında dursun, artıq söz, içində dursun.

artıq mal, göz çıxarmaz.

artıq tamah daş yarar, daş qayıdıb baş yarar.

arvad alsan, ürəkdən, qonşu alsan dirəkdən.

arvad bir şeydi ki: alanda peşman, almıyanda.

arvad boşuna yalanlamasa, düz danışan çıxar.

arvad ilə at, iyidin bəxtinə bax.

arvad kimi düşman yox: gülər bildirməz. köpək kimi dost olmaz: ölər bildirməz.

arvad malı alçaq qapıdı, bir girəndə dəyər, bir çıxanda.

arvad malı, sapı mandalı.

arvad nədir: yersiz şikayətlənən, bilə bilə yalan diyən, görə görə ağlayıb, gizlində gülən.

arvad öz ixtiyarına olsa, çillə çağı keçi qırxar.

arvad üzlü kişidən, kişi üzlü arvad yeğdi.

arvad var qadan alar, ocaqıva kömür qalar.

arvadı sırdaş edən, dəllal aramaz.

arvadın ağzın, kişinin qolun güd (saxla, gözəddə).

arvadın koru, ərin karı.

arvadın nə olduğun subaydan sor. arvadın necə olduğun evlidən.

arvadın sözün inanan qıssa yolu uzun gedər.

arvadınan at, kişinin bəxdinə bax.

arxadan gələn düşman, üzə gəlincə dost olar.

arxadan kəsir, ətəyə yamır.

arxadır yurdumuza, eşq olsun ordumuza.

arxlar axar, çay olar.

arzu varıydı bucağa, süründü düşdü qucağa.

asdarı üzündən baha.

asılmamış qazanda, ovlanmamış dovşanla şorba pişməz.

aslan dişinə, kişi işinə güvənər.

astar bol olmayınca, üzə gəlməz.

aş atlının, toy donlunundu.

aş gəgirdir, tox səkirtir.

aş, hamıdan baş.

aşağı baxıb, yüksəkligin bilginən, yuxarı baxıb, alçaqlığın bil ginən.

aşamda gərəksiz bir şey yoxdu olabilməzdə, yaşamın özündədə gərək yoxdu. ölməkdən olmaqdan danışmaq ola bilər, amma gərək deyir, bəs bu gərək hardan doğdu.

aşı pişirən yağdır, gəlinin üzü ağdır.

aşıc deyür dibim altın, qamuc deyür, mən hardayam.

aşığın sazın al, gəlinin nazın al.

aşığın sözü qurtulanda, yaram yaram çağırır.

aşın az çoxun qazan bilməz, qab bilər. yolun az çoxun ər bilməz, at bilər.

aşın dadı duzdadı, duzun dadı ölçüdə.

aşıq oldur ki tapa tanrısın, yox o ki tapduğunu tanrı sana.

aşıran bilməz, doğrayan bilər.

aşırı qeyrət, axırı zillət. (aşırı: artıq).

aşırıb doymadı, yaladı nə doyar.

aşq ağladar, dərd söylədər. qanmaza çörək versən, çomaq görsədər.

aşq girdi başa, ağıl çıxdı qaça.

aşq öyrətəndi, qulağ asın, taxılın (qaqılın) ona.

aşqa - aşqa, bir məndən başqa.

aşqın gözü kor, qulağı kar (olur).

aşşağı baxıb, yüksəkliyin bilgilən, yoxuşa baxıb, alçaqlığın neynisən.

at arıq, yollar uzaq.

at aylığın, dəvə illigin düşünür.

at bəslənirkən, qız istənirkən.

at görəndə axsar, su görəndə susar.

at gücünü karvanda gör, mərd gücünü meydanda.

at ilə arvad, iyidin bəxdinə bax.

at minəndə, öz atıva minginən, özgə atı tez arır.

at minənindi, ev qonanındı, don geyənindi.

at olmasa, yol olmaz, dil olmasa, el olmaz.

at olsa ət tapılar, dad olsa ad tapılar.

at öldürməyən, baytar olmaz. (baytar: malotac: mal həkimi).

at ölənəcən otlar.

at ölümü, itə bayram.

at qaça qaça, quş uça uça, kişi çala çala yetişər.

at qanlı, igid canlı gərək. qadın sözə baxmır, saxlamaq nə gərək.

at qazığı (mıxtöğlə) gümüşdən, yol azığı yemişdən.

at sürüsün, qartal yuvasın güdər. (at sürüsün axtarar, qartal yuvasın).

at yemdən, yer kübrədən öğünər.

at, ər altında, ər, qeyrət altında.

ata ana acı alma yesə, oğul qızın dişi qamar (qamaşır).

ata babasın tanımıyan xanlıq iddiası edər.

ata dos kimi bax, düşman kimi min.

ata evində ügey ana, ər evində qaynana.

ata göylü balada, bala göylü havada.

ata güc, adama ağıl (gərək).

ata min, həq danış. həqqi, at üstə danış.

ata mindin, özüvü unutma, atdan düşdün, atıvı. (atdasan özünü, atdan endin atın unutma).

ata minər, atasın danar, atdan enər, atın danar. (ata mindi, atasını, atdan endi, atını tanımadı). (ata mindi, atasın tanımadı. atdan düşdü, atın tanımadı).

ata oğlu, ataç doğar.

ata qabağdan, itə daldan yanaş.

ata saplı ataş, ana saplı anaş. (ata səpir ataş olur, ana səpirsə anaş olur – səpmək: əkmək. böyütmək).

ata yəhəri, dilənçiyə torba, ağırlıq edməz.

ata yumaqlanar, oğul budaklanar.

atadan altı olunca, anadan iki ol.

atalar sözü bazarda satılmaz.

atalar sözü elin gözü.

atalar sözü qurana girməz, yanında gedər. (- atalar sözü qurana girməz, yanınca yelişir).

atalar sözü, ağlın gözü.

atalar sözü, söz bəzəyi, saqqal qoysan, üz bəzəyi.

atalar sözün saxla, könlüvü açar hər vax.

atalı söz, ağıla göz.

atam ilə atanı deyincə, özüm ilə özünü de.

atan balası olma, adam balası ol.

atası acı alma yesə, oğlanın dişi qamar.

atda qarın, itdə burun.

atdan düş, addan yox.

atdan düşən, yenə atlanar.

atdan düşüb, yəhərdən düşmür. (atdan düşüb, yəhərin buraxmır).

atdığın vurar, tutduğun qoparar.

atı olmayan, arpa nə gəzər. atı olmayan, ayaqla gəzər.

atı, yoluyla tanı, eli diliynən tanı.

atılan ox daşdan qayıtmaz, daş ilə qayıdar.

atılan ox daşdan qayıtmaz, elçisiz, el gurtaramaz.

atım yoxdu aranda, qayğım yox borandan. ( boran yoxdu atım vura, yolum yoxdu atım yora).

atın ayaqına bax, itin quyruğuna.

atın gücü yerişi, mərdin ərliyi işi (sayılır, hesaba gəlir).

atın qarnı itin burnu vardı.

atın sirrin gözündən, mərdin sirrin sözündən.

atın yaman sat, qardaşın yaman qaç, arvadın yaman at.

atına acıyan, yəhərin arxalar (daşıyar).

atışsan, söz çıxar, tutuşsan göz çıxar.

atla qadın, tumarsız qalmaz.

atlı ilə yayaq, savaşa qıldılar ayaq).

atsan nişana dəyər oxun doğrusu, bir mənzilə yetməz yükün əyrisi.

avçı avında, yolçu yolunda.

avçı girməyən qulaqda, geyik çox olur.

avçı neçə al bilir, ayı onca yol bilir.

axan arx, axmadan durmaz.

axan suya dayanma, hər deyənə inanma.

axıc, için bildirir.
-süzəyin gördün, için bil.


axırda yatanla, saman satan qardaşdır.

axırda, atda olur, eşşəkdə.

axmağ baş, ayağa daş.

axmağ elçidən umma.

axmağa yaxınlaşan, ağıllı olmalı, yamana yaxınlaşan, saxlı olmalı.

axmağın ağası olunca, ağıllının, nökəri ol.

axmağın atı, noxdasıyla sürünür.

axmaq elçi, dilənçi doğar.

axmaq elçi, iki xalqı pozar.

axmaq susanda, ağıllı görünər.

axmax bir söz deyər ağıllar inanar.

axmaxla aş işməkdən, ağıllıya daş daşı. (ağıllıya daş daşı, axmaqıla, yemə aşı).

axsaq yügürgən ölür.

axşam bazarı, dana yümdür.

axşam döz, yarın göz (gör).

axşam örtəni, dan bilir (bəlirir).

axşam qon, ertin köç.

axşamın sırrın, dan bilir.

axtar, axtaranıvı !.

axtaran tapar, yoğuran yapar.

axtaranda tapılmaz, gərəkməzsə (boş yerdə) guruldar.

ay doğuşundan, ər yerişindən bəllənir.

ay görününcə, ulduza minnət qalmaz.

ay ışığın aləmə salır, şəm ışığın dibinə.

ay qəmin bir kərə, el qəmin min kərə düşün.

ay qoca ivrən, köçən kimdi, köçürən kim.

ay var ili gözlər, il var ayı gözlər.

ay var, ili gözlər, iş var günü gözləməz.

ay yayana (piyadaya) gülən atlı.

ay, örtüklə qapanmaz. ayağı arın su, başda bulanmaz.

ayağ yalın, qanqal qalın.

ayağı qıssa, dayağı uzun.

ayağı qutsuz deyincə, utsuz desinlər.

ayağın yerdə süzür, xəyalın göydə üzür.

ayağın yükü, başdandır.

ayağını isti tut, başını sərin, yeməyinə fikir ver, düşünmə dərin.

ayağnı isti tut, başını sərin, yeməyinə fikir ver, düşünmə dərin.

ayaq ayaq nərdivənə çıxarlar.

ayaq bir olsada, min kərə atılar.

ayaq birdir, atdıqı min.

ayaq çiçilmək yox, böyümək güdər.

ayaq qabı dar olunca, dünya başa dar gəlir.

ayaq qabın dar olsa, dünyanın genliyindən, sənə nə asar (fayda).

ayaq üsdə, qırxı çıxıb.

ayaq yeriməzsə, iz düşməz.

ayaqdakın yığır, əlindəkin buraxır.
- yazdaki suvlın izləyib, evdəki toyuğu ıçqınma.


ayaqdaki bit, atdan düşürər, başdaki bit baş itirər.

ayaqdan çıxan toz, baş üsdə qonar.

ayaqıva daş bağlakı, başıva dən gəlsin.

ayaqla gələn qonağı, atla yola salarlar.

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin