Toplayan HƏSƏn bəy hadi 2005-5


ayaqla vurur, ağızla tutur



Yüklə 1,01 Mb.
səhifə2/9
tarix05.05.2017
ölçüsü1,01 Mb.
#16974
1   2   3   4   5   6   7   8   9

ayaqla vurur, ağızla tutur.

ayaqqabın dar olsa, evin genliyi nəyə kar.

ayasın (ələ baxan) güdən, ayaxdan olar.

ayaz günü unutma, gön çarığı qurutma.

ayda ışığın gündən alır. (ay ışığın, gündən alır).

aydan arı, gündən duri.

ayı biləyinə, insan ürəyinə güvənir.

ayı dayındı, köprü aşınca, dayça atındı, ata çatınca.

ayı ilə meymun, bir birinə uyğun.

ayı kim görmüş, kor qoca məmi.

ayı vurulmadan, dərisi satılmaz. söz deyilmədən iyid başı alınmaz.

ayı yuvasında, qoz axtarma.

ayıbsız, nə dost olar nədə arvad olur. ayıbsız dənq izləyən, dənqsiz qalır.

ayıdan qorxan, meşəyə girməz.

ayın başı, səndə bir, məndə bir.

ayın on beşi ışıq, on beşi qaranlıq ().

ayını öldürərlər, dərisinə qiymət qoyarlar. (ayını öldür ilkin, sonra dərisinə qiymət qoyqil).

ayının acı, oynamaz.

ayının özündəndə qorx, izindəndə (ləpirindəndə).

aynaya baxaraq yox, adama baxaraq düzəl.

ayqır görməyən qısraq, qulunlanmaz.

ayran tapmaz aşına, soxmalar soxar başına.

ayran ver ayransıza, qalmaz bu devran sizə, vaxt olar ayran olar, verməzlər ayran sizə.

ayranı içən qurtuldu, çəlik yalayan tutuldu.

ayranın iç, taxılın biç.

ayrılarsan elindən, quvat gedər belindən.

ayrılıq çatar, gizli sevgini bəllədər. dərdli gözü gizlətmə, yaşı axır bəllədər.

az aşım, ağrımaz başım.

az danışmaq, az yemək, insanı eylər mələk, çox danışmaq, çox yemək, insanı eylər hələk.

az getdi uz getdi, iynə yarım yol getdi, dərə təpə düz getdi.

az olsun uz olsun. (- uz: uyğun, münasib).

az tamah, çox azar gətirər.

az ver, çox yalvar, çox ver yalvarma.

az verib gəzdirmə, çox verib azdırma.

az yaşa çox yaşa, sonda gəlir başa.

az yırğanan, ac qalar.

az yiyərəm, həkim görmərəm, düz dolannam, hakim görmərəm.

az yiyir küsür, çox yiyir qusur.

az, çox yanına gedər. ac, tox yanına gedər.

aza dedilər: hara gedirsən, dedi: çoxun yanına.

azacıq aşım, ağrımaz başım.

azarlı tələsər, armud, vaxda yetişər.

azın aşda, çoxun işdə gör.

azın bəslə, çoxun qoru.

azın bəslə, çoxun səslə.

azın bəsləmisən, çoxdan quru qalmısan.

azına inan, çoxun tanrı yetirər.

azınan çoxun oyunu olmaz.

azıqlı at arımaz.

azıqlı at, arınmaz (yorulmaz).

azıqlı ər, ərməz.
- yol yarağı yeməkdir, el dayağı bilikdir.
- çöl yarağı suluqdur.


azıydı arıq-uruq, biri gəldi boynu buruq, o birsidə boynu yoluq.

azqın at dayçıya iyərər ( icəşər).

azqın olsan asarlar, yavaş olsan basarlar.

bağ alısan, qışda al, bağ satısan, yazda sat.

bağ belə bostan belə, nə istisən ged elə.

bağban qocalır tikən uzanır.

bağdan dağ olmaz, dağdan bağ olmaz.

bağdan ərik qurtuldu, gəliş gediş qurtuldu.

bağışlanmaq, kişiyə zülmün nə olduğun qandırır.

bağlı qapıya xətə girməz.

balaban çalanındı, at minənin.

balasız qadın, gəlincik, parasız igid, ərincik. (gəlincik: gəlin kimi şən\ ərincik: qaçağan. çəkingən)

balı, barmağı uzun yox, buyruqlu yeyər. (buyruqlu: qisməti olan).

balın təkini ye, sütün üzünü.

balıq suda, gözü dışda (: bilən nərsəni bilməzdən gəlmək).

balıx balığı tutmasaydı, balıx dənizi tutardı.

barmağından bal damır, çanağından yağ.

basıda balıq olmaz. (basıda: bostanda)

basmaq bir övüd verər, basılmaq ikisin.

basqısız taxtanı, yel alır, yel almazsa, sel alır.

baş - başa gəlməyincə, iş - iş olmaz.

baş açıqın qaçağı, börkçü tükanıdır.

baş baş olsa, səhvidə başa düşər.

baş daşa aşlandı, aşda qaldı, yaşlandı.

baş dedim papax gəldi, əy dedim, sınıq gəldi.

baş əkirsən, ək beşikdə: qızıl barın deşikdə, çətin güclük eşikdə.

baş gedməyincə, ayaq gəlməz.

baş gedsədə, börk qalar.

baş hara, ayağda ora.

baş olan yerdə, daş dəlinməz, baş dəlinər.

baş sağ olsun, börk tapılar.

baş sağlığı, dünya varlığı.

baş yazısın, əl yazısı pozamaz.

baş yoldaşı yoxdur, aş yoldaşı çoxdur.

baş, dililə asılar.

baş, dililə dartılar.

başa dəyən daşdı, tutulanda başdı.

başa düşəni göz görər.

başa gəlməz iş olmaz, ova gəlməz quş olmaz.

başağın için tuxumdan bil, cocuğun başın beşikdən bil.

başar dos qazan, düşman qapında.

başı dik igid, da'vaya düşər.

başı kal könlü kövrək.

başım unlu görünür, adım qalır dəyirmançı.

başın başı var, başında başı.

başına düşsə, başmaqçı olur.

başına gəlməyənin, xoşuna gəlir.

başında çatışmayan şeyləri bilmək üçün, bilənlərin biliklərin öyrən.

başıvı min dəfə vursanda daşa, yazında nə varsa, ol gəlir başa (başı min kərrə vurursan daşa, nə yazılıydısə ol gəlir başa).

başlar beşikdən çıxar.

başqa başın qılın görməkdənsə, öz başının bükün (poxun) gör.

başra qaqılmasın, verdiyin çörək.

başsız baş olunca, başlı, başın olsun.

başsız baş, ha vur, başdan başa vur.

başsız gələn mal batsın, vaxsız diyən (dinən) dil batsın.

başsıza baş olunca, başlı, başın olsun.

bax bu qaşa, bax bu közə, ciyər kabab oldu közə.

baxlı gör yaşın gör, baxsız gör yaşın gör. (baxlı gör'' yaşın'' (göylük. bolluq) gör, baxsız gör ''yaşın'' (göz yaşın) gör).

baxma qayasına, baxma daşına, yerisən, çıxarsan dağın başına.

baxt olmasa başda, nə quruda bitər, nə yaşda.

baxtın uğrundan (yolundan) çönməsin.

baxtsızın ağzı aşa, başı daşa.

bayram aşı, qara, qarşı.

bazarda badam tapmayanlar, qoz alarlar.

behişdən ummur, cəhənnəmdən qorxmur. (uçmakdan (cənnətdən) umusu yox, tamudan (cəhənnəmdən) qorxusu yox.

behişdin ləzzətin cəhənnəmdəkindən sor.

bəla, gəlirəm-gəldim deməz.

bəlası balına dəyməz.

bələdçisi qarğa olanın, ruzusu pox olar.

bəlli düşman, gizlin dosdan yaxşıdır.

bəslə qarğanı, oysun gözünü.

beş barmağdan, birində kəssən ağrıyar.

beş barmağın biri kəsilər, beşi ağrıyar.

beş barmaq, biləyə bağlı, biləkdə, ürəyə bağlı.

beşigi açsan, başı çıxar.

beşikdə qalan başın, əli aşa çatmaz.

beşiklər başsız, başlar beşiksiz qalmasın.

beşiksiz, baş olmaz, bəslənmədən aş olmaz.

beşin başı olunca, altının ayağı ol.

bəxdi ala, sel yarşı, bəxdi qara, el qarşı.

bəxdi alqa olanın, xoruzu belə yumurtur. (- alqa: uyğun. mubarək. – belə: daha).

bəxdi qaranın yeri olmaz! - yeri varsa qapısı yox! - qapısı varsa damı yox! - damı varsa tünü (bacası) yox! - tünü varsa odu yox! - odu varsa aşı yox! - aşı varsa dəni yox! - dəni varsa əti yox! - ətdə tapdı, pişməmiş pişik vurdu caladı.

bəy dövlətsiz olmaz, dövlət çomaqsız olmaz.

bəy olub sevinmə, yoxsul olub yerinmə.

bəy, istəyin geyər, yoxsul, tapdığın.

bəy, tanışa - qohuma, al - ver, dostluğa baxmaz.

bəy, toxluğundan acıyar, yoxsul, aclığından (acıyar).

bəyçə olan bəyliyə yetsin, bəyligi olan tanrıya yetsin.

bəyi atdan endir, bəy qalır, gədəni ata mindir, özün bəy sanır.

bəyin atın al, yoxsulun qızın.

bəylər çomaqla gəzər, qulların yazığın keçər.

biçilmiş taxıl, oraq pasladar, qurtulmuş döyüş, igid xamladar.

biçkəm (pərçəm) vurub atlara, uyğurdaki tatlara, oğru yavuz itlərə, quşlar kimi uçmalı.

bildiyin bir doqquz, bilmədiyin doqsan doqquz.

bildiyin sığsa çanağa, bilmədiyin sığmaz qazana.

biləkdəndə var, ürəkdəndə.

biləkli olduğundan, bilikli ol.

biləlik, elin gücüdü.

bilən işlir, dinən dişlir.

bilən olda, birindən sor.

bilən söyləmir, söyləyən bilmir.

bilərək yanan, ağlamasın.

biləyi zor, birini yıxar, bilimi olan, minini.

biləyin on olunca, biliyin bir olsun.

biləyin varsa, biliksiz qalma: gücün (çıxar. qabiləyət gücün) varsa bilik qazan.

bilik, kişi ara ülüklü.
- bilik, ilim, millət arasında bölünmüş.


bilikligin (bilikliklə) uluğluğa dəğdim (çatdım).

bilirəm dedin, dilləndin, bilməm dedin, dinləndin. (dillənmək: danışığa tutulmaq)

billəm bilmən) dedin tutuldun, bilməm dedin qurtuldun.

bilmədiyin işləyən bükə düşər (poxa: tələ).

bilməsədə, çox danışır, tox kimi.

bilməyib gedəndənsə, bilib duran yey(: yaxcı).

bilmirəm, baş ağrıdmaz.

bilmiyib gedəndənsə, bilib yıxılan yey (: yaxcı).

bilö tikanı ititməz. (bilö: bilö daşı).

bir ac ola öləsi, biri tox ola öləsi, qiyamətdə qözsüz qopa.

bir adam körpü salar, min adam keçər, bir adam quyu qazar, minlər suyun içər.

bir adamın qazdığı quyu, minlərin su ilə doyuyur.

bir ağac kölgəsində, yüz qoyun yatar.

bir ağızdan çıxar, min dilə yayılar.

bir almanın qurdu, bir anbar alma çürüdür.

bir baş min arçın (kaman) tutdu, bir arçın iki baş tutmadı.

bir başa, birdən artıq börk, baş ağrıdar.

bir başlamayınca, qurtulmaz.

bir bilənin bildiyi, min qanmazın, bildiyindən çoxdu.

bir bulaqdan umman yaranar.

bir çıraq ışığına yüzlər oturur.

bir çiçəklə yarmaz yaz.

bir çörək, doqquz ac, orda durma, ordan qaç.

bir çörəyin, həm acıyam, həm toxu.

bir daşdan duvar olmaz, bir qoyundan sürü.

bir əl əkər, iki əl biçər.

bir əlin gücü çöxdu, qalıb kim vura, hara vura, harda vura, necə vura.

bir əlində od olsa, bir əlində su olsun.

bir əllə vurur, bir əllə tutur.

bir görmək, min eşidi basar.

bir görüş, bir kor biliş.

bir il oğurluq edən, min il qazılıq edər.

bir it hürməgilən, bir kərvan geri dönməz.

bir kündəyə dözən, qalanına dözər.

bir mıx, bir nalı, bir nal, bir atı, bir at, bir əri, bir ər, bir eli qutarar.

bir olmadan, yoxdu millət. iş olmazsa, hər şey zillət.

bir qadının hiləsi, qırx eşşəyə yük olar.

bir qarğa ilə, qış gəlməz.

bir qarış yaxşılığı, bir çimdik yamanlıq pozar.

bir qorxaq, bir ordunu pozar.

bir salı yetər bilənə, çomaq nədir kürkü geyənə.

bir sürüyə, bir qud yetər (bəsdi).

bir yalıncağı, min kişi soyamaz.

birbirizə yağıqmayın, yaxının. (- yağıqaq: yaltanmaq. - yaxınmaq: yanmaq).

birəyə acıqlanıb, donun yaxma.

biri boşuna çənə çalar, biri söyləmədən işin yapar.

biri doğum, biri ölüm, bu iki dünyada qaçılmaz olur. adam səlamın verə-verməyəsən, köçüp gedər, sənə nə olur.

biri gəzir, biri yazır.

biri itdi, biri bitdi.

biri ortadı, sağda kəsir, solda.

biri var qılışdan qan silir, biri var qılışla qan selir (tökür)

biri yiyər, biri baxar, qiyamət onda qopar.

birinin adı var, birinin dadı.

birisi köprü salar, min biri keçər.

birisi toxmaq, birisi çüy, birisin alda birisin döğ.

bitə bitə bitən bitər: yaza - yaza yazıçı yazar olur.

bitikdə yazılan, qazılar bir gün.

bitməyincə, çıxmaz.

biz ondan, yoğurt umarız, o bizdən ayran.

boğaz gecə, açar səhər. (boğaz: hamilə).

borc alan ağlar gələr, gülər gedər.

borc gülə-gülə gedər, ağlaya-ağlaya gələr.

borc, verməklə. yol, yeriməklə bitər.

borclunun üzü qara, aclığın gözü qara.

boş boşuna yel olmaz, bəsləmədsən el olmaz.

boş çuval, ayaqda durmaz.

boş kəllənin yükün, ayağlar çəkər.

boş nəyin, izi olmaz.
- boş mal, başsız mal.
- başsız mal ortaya düşər.
- malıvı başsız qoyub, boşa buraxma.


boş qaşıq ağız yırtar, boş söz qulaq.

boş qazan, qaynamaz.

boy çatmayan yer olar, fikir çatmaz yer olmaz.

boyu hündür, boynu kürtül, donu qalba, əli balta, gövdə salta.

boyun olun, mən tanrıya.

boyunduruğu görüncə, öküz canlanır.

börü (: qurd) qonşusun yeməz.

börüdə tox olsun, qoyunda sağ qalsın. (börü: qurd).

böyük arzular kiçik şeylərə insanı həsrət qoyar.

böyük başlar var ki qıssa ömründə uzun izlər buraxır.

böyük dağa çıx, yekə yerlər gör.

böyük dağa qar yağmadıqca, çiçik dağa sıra gəlməz.

böyük olsan yerkimi, dərinolsan göl kimi ol.

böyük tanrım, yolda verdi, yolqada.

böyüklə böyü, başın göyə dəysin, kiçiklə kiçil, başın yerə dəysin.

bu beşikdən nə başlar çıxdı.

bu bir diyardıki – quş gəlir qanad tökür, qatır gəlir, dırnaq tökür.

bu dünya başsız bir dünyadı, buna baş qoymaq isdəsən, ayaqların yerdən üzülər.

bu dünya, uğraqiymiş, yol üzərində. (uğraq: duraq).

bu düzgünüdə bu düzənləri poz, ki durmaz günbəz üsdə atınca qoz.

bu günə qalıb necə ölməyədim, cihanda mən kaşki olmayadım, ki dürlü bəlalar mənim başıma, yazılmayaydı, dolmadan yaşıma.

bu günlərin qızları, kəbin kəsən özləri.

bu il izi, gələnil, özü.

bu məsəl eyqü məsəldir birligə, birikənlər girdi kirtü dirliğə.

budala qadının nallar, ağıllı atın.

buğa yoxdu, dana bəy.

buğda qatında, sarqaç sulanır.
- buğda suvandıqda, ot alağda onunla suvarılır.


buğda yanında otda sulanır.

bulara həq qoyuptur bu yasağı, ki yerli yerinə bassın ayağı.

bulmadığın, olmadığın nəyə sevinmə.

bulut ağlar, çimən gülər.

bulut görən bala, yağış umsunur. (umsunur: güdür).

bulut kimi axar yaşı, yonğulmaz bağrımın başı. (yonğulmaz: düzəlməz).

burun, sasıq iydən ötür kəsilməz.

buynuzlu olmaqdansa, başqalarına buynuz qoy.

buyruq olsa yonqar (onğsar) sənin işin. (yonqar: onğsar. düzələr).

buz üsdə bina salsan, günə gedər, dağ üstə bina salsan, yelə gedər.

buz üstə bina tutmaz.

buz üstə yaz, yazı yazar.

buza inanma, ona dayanma.

buza süyənmə (söykənmə). yağa (düşmana) sığınma.

buzdan dayağ olmaz.

buzdan su damlar.

büyünün qarı, yarının barı.

cahil dirilərin ölüsüdü.

cahil özü ilə düşmandır, başqası ilə necə dost olur.

cahildə söz əylənməz, günbəzdə qoz.

calanan dolu qayıdmaz,.

can ağrısa kor gözündən yaş çıxar.

can çıxmayınca, xuy çıxmaz.

candan qonşuya pay olmaz.

canı ölməz kimsəki, tapdi oni.

canım - canım dedilər, varım-yoxum yedilər.

canlı təbrizim, dumanlı dənizim.

cəhrə əğirər, hörəgə görər.

cəvizlə çınar, bir yaşadı, min yaşadı.

cib parasız ev dincsiz olmasın.

cihan xalqı səni görməyə aşıq, sanımda üzün göyçək yaraşıq.

cihanda hər kişi oyun utamaz, ata yerin hər kişi tutamaz.

cinə papaq tikir, şeytana başmaq.

cocuğun toxu qonağın acından yeğdir.

cütcü yağış isdər, yolçu quraqlıq.

çağırğan yerdən qalma, çağrılmayan yerdə qalma.

çağırğan yerə gedməyib ar etmə, çağırmağan yerə gedib yeri dar etmə.

çağrılan yerdə bit, çağrılmayan yerdən it.

çağrılan yerə ar etmə, çağrılmayan yeri dar etmə.

çağrılan yerə ərinmə, çağrılmayan yerdə görünmə.

çağrılan yerə getməyib ar etmə (çağırğan yergə barmayıb ar etmə).

çağrılan yerə var, çağrılmayan yerdə nəyin var.

çağrılmayan yerə, pişiklə it gedər.

çağsız çiçək açılmaz.

çalan çoxdu, oynayan yoxdu.

çalındıqca tikildi, dadındıqca bitindi, qırıldıqca düzüldü, düzən qalmır düzməyə, tabım yoxdur dözməyə.

çalınmasa tikilməz, dadınmasa bitilmək.

çalış istəyivi amacıvı görüb biləsən. oykuvu duyğuvu fikrivi ona tuşla, cala. görünməyib ki kişi özün görünmədiyi şeyə çatdıra, yada kişi tanımadığı şeyi isdiyə.

çalış qızı ucuz al.

çalışanın çörəyi dadlı, ərincəyin canı.

çalışma atadır, yer anadır.

çalışman ekiz olsa, bəyligin səkiz olar. (ikiyə çalışsan varın səkkiz olar).

çalışqanın biri iki olsa, ərincəyin ikisi bir olar.

çalqını çalana, sözü danışana, işi bilənə, yolu gedənə, atı sürənə, malı alana, qızı sevənə, biçini əkənə ver deyiplər.

çamurdan çıxdıq, palçığa batdıq.

çaqsa tutunur, çalsa bilinir.

çarıq tapan, dolağında tapar. (çarıq tapan, dolağın tapar).

çaşmayan atıcı olmaz, yanılmayan bilge.

çaşqın oldun bayıldın, daşqın oldun asıldın.

çatıq qaşın soyuq suyundan, öz ılıq suyun yeğdir (çatıq qaş: qaşqaxlı. - yeğ: yaxşı).

çatlaq olsa, su içindən bəlgürür.
- hər nəyin deşiyi, su içində bəllənir.


çaxmaq məndən, qov səndən.

çaxsa tütünür, çalsa bilinür.

çaxşaq üzrə ot bitməz, çağra (keçəl)ilə ut olmaz. (ut: üz. həya).

çay bir olar, çeşmə min.

çək iki aləm payından sən könül, keç ikidən bir üçü ol kirtü qul.

çəkinmək, əğri yolun, düzə olan borcudu.

çıxarsan gözündü, tüpürsən üzündü.

çin sözün deyən, qutulur, sözün çinin deyən, tutulur.

çinər, olduğun deyər. (çin ər: doğrukişi).

çinin sözü, sözün çini: gerçəyin sözü, sözün gerçəyi.

çirkin bürünər, gözəl görünər.

çirkin olsun qız olsun, əğri olsun yol olsun.

çirkin özün gizlədi, gözəl aşgara (açıqara) gəzir.

çiy unun yılpışması, çilindəndir (unun yapışması, şehindən, yaşındandır).

çoban baxdığın, kəndli əkdiyin yeyər.

çoban dayağı ilə, gəlin duvağı ilə.

çobana dayaq, gəlinə duvaq ver.

çobana vermə qızı, ya qoyun güddürər ya quzu.

çobana yanaş, acıqmısan, karvana qoşul, yorulmusan.

çobanı özündən olanın, qoyunu dişi doğar.

çobanın könlü olsa, təkədən süd sağar. (təkədən: ərkək).

çobansız qoyunu qurd yeyər.

çobansız sürü, yolu azar.

çolaq kora baxıb şükr edər.

çomaxsız, bəylik olmaz, bəylıq çomaqsız olmaz, daş, olmasa, dağ olmaz.

çovanın qudusudu, dağı dağ üsdən keçər.

çox arayandan, çox soran yeydir.

çox bilən çox yanılır.

çox danışıb iş görməməkdənsə, susup işləmək yaxşi.

çox danışma, ağzın böyüyər.

çox daşar, az dolar, az daşsa, çox dolabilməz.

çox daşıyan eşşəyin palanı, yırtıq olar.

çox əli işdə gör, az əli aşda gör.

çox eşidəndən, bir görən yaxşı.

çox gurlayan bulut, az verir yağış.

çox guruldayan bulutdan, yağış umma.

çox gurulduyan bulutlar, az verər barlar.

çox olsa qoz, kovsuz (çürüksüz) olmaz.

çox savaşan rüşvət verər.

çox töv edən, gerü sırar.

çox yaş olma – sıxılarsan, çoxda quru olma qırılarsan.

çox yeməkdə uğur yox, az yeməkdə ölüm yox.

çox yeyirsən uğru yox, az yeyirsən keyfi çox.

çox yeyirsən yaşatmır, az yeyirsən yaratmır.

çoxun uman azdan qalan.

çökəni basmaq olmaz, düşman oyaq, yatmaq olmaz.

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin