Redaksiya heyəTİ: Baş redaktor: K. M. Tahirov



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə25/43
tarix05.03.2017
ölçüsü43,82 Kb.
#10117
1   ...   21   22   23   24   25   26   27   28   ...   43

16
Siyasi xadim

185
Tarix.Din
70 
illiyi
ŞƏMİSTAN NƏZİRLİ  
1942
AVQUST
Şəmistan  Əmiraslan  oğlu  Nəzirli 
1942-ci  il  avqust  ayının  12-də  Qərbi 
Azərbaycanın Lori nahiyəsinin Yuxarı 
Körpülü  kəndində  anadan  olmuşdur. 
Burada  kənd  məktəbinin  8-ci  sinfini 
bitirdikdən sonra o, ailəsi ilə birlikdə 
Azərbaycana  köçmüşdür.  Dəvəçidə 
orta məktəbi bitirdikdən sonra 5 saylı 
Bakı texniki-peşə məktəbinə daxil ol-
muşdur. 
1962-1965-ci  illərdə  sovet  ordu-
su sıralarında xidməti borcunu yerinə 
yetirdikdən sonra 1967-1972-ci illərdə 
ADU-nun (indiki BDU-nun) Jurnalis-
tika fakültəsində təhsilini davam etdir-
mişdir. 
Ədəbi fəaliyyətə 1958-ci ildə “So-
vet Ermənistanı” qəzetində çıxan kiçik 
bir məqaləsilə başlamışdır. Lakin 60-cı 
illərdən dövri mətbuatda oçerk, hekayə 
və  publisist  məqalələri  ilə  müntəzəm 
çıxış  edir.  Səməd  Vurğun  dünyası 
və  azərbaycanlı  sərkərdələrin  tale-
yi  onun  ədəbi-publisist  fəaliyyətinin 
əsas  mövzusudur.  Onun  tərtib  etdiyi 
general-leytenant  Əliağa  Şıxlinski-
nin “Xatirələrim” kitabı 1984-cü ildə 
Azərbaycan dilində kütləvi tirajla bu-
raxılmışdır.
Şəmistan Nəzirli əmək fəaliyyətinə 
Azərbaycan  Pedaqoji  İnstitutunun 
“Gənc leninçi” qəzetinin redaksiyasın-
da ədəbi işçi kimi başlamışdır. 1973-
1990-cı illərdə Azərbaycan Dövlət Te-
leviziya və Radio Verilişləri şirkətində 
hərbi  vətənpərvərlik  redaksiyasında 
redaktor,  şöbə  müdiri,  Azərbaycan 
Dövlət  Ensiklopediyasında  “Xatirə” 
redaksiyasının  şöbə  müdiri  (1991-
1992), Respublika Müdafiə Nazirliyi-
nin  Hərbi-Elmi  Tədqiqatlar  və  Tarix 
İdarəetmə  şöbəsinin  müdiri  (1992-
1996),  Dövlət  Radio  və  Televiziya 
Verilişləri şirkətində “Hərbi proqram-
lar və salnamə” baş redaksiyasının baş 
redaktoru  (1996-1998)  vəzifələrində 
işləmişdir. 
Hazırda  Azərbaycan  Respublika-
sı  Müdafiə  Nazirliyində  Hərbi  Elmi 
Mərkəzin  Hərb  Tarixi  şöbəsinin  baş 
elmi işçisidir. 
Şəmistan Nəzirli Xalq şairi Səməd 
Vurğun haqqında silsilə əsərlərinə görə 
Jurnalistlər  İttifaqının  “Səməd  Vur-
ğun”  fəxri  xatirə  diplomuna  (1996), 
“Qacarlar”  əsərinə  görə  İran  dostluq 
cəmiyyətinin birinci dərəcəli mükafa-
tına (1955), Hərbi vətənpərvərlik möv-
zusunda  tarixi  publisistik  əsərlərinə 
görə “General Həzi Aslanov” və Qa-
zax xeyriyyə cəmiyyətinin təsis etdiyi 
“General  Əliağa  Şıxlinski”  mükafatı-
na (1995) layiq görülmüşdür.
 
Ə d ə b i y y a t
General Yadigarov qar-
daşları [Mətn] /Şəmistan 
Nəzirli .- Bakı : Şirvannəşr, 
2004.- 87 s. 
Vurğun keçib bu yerlərdən 
[Mətn] /Şəmistan Nəzirli.- 
Bakı : Gənclik, 1978.- 120 s.
Bayramov, Ə. Hərb tarixi-
mizin yorulmaz tədqiqatçısı 
[Mətn] /Ə.Bayramov //
Azərbaycan.- 2007.- 26 
avqust.- S.5.
Şəmistan Nəzirli [Mətn] //
XX əsr Azərbaycan yazıçı-
ları: ensiklopedik məlumat 
kitabı.- Bakı : Nurlar, 2004.- 
S. 840.
12
Publisist

186
Tarix.Din
90 
illiyi
ƏLÖVSƏT QULİYEV 
1922-1969
AVQUST
Əlövsət    Nəcəfqulu  oğlu  Quliyev  
1922-ci il avqust ayının 23-də Salyan 
rayonunun Qızılağac kəndində anadan 
olmuşdur. 
1930-cu ildə Əlövsət Quliyev kənd 
məktəbini vaxtından əvvəl bitirir. Elə 
həmin  il  Salyan  Pedaqoji  məktəbinin 
hazırlıq  kursuna  daxil  olur.  O,  1939-
cu  ildə  pedaqoji  məktəbi  bitirdikdən 
sonra ADU-nun (indiki BDU-nun) Ta-
rix fakültəsinə daxil olmuş və 1944-cü 
ildə fərqlənmə diplomu ilə bitirmişdir. 
Azərbbaycan  tarixi  kafedrası-
nın  tövsiyyəsi  ilə  həmin  kafedrada 
müəllim kimi saxlanılmış, eyni zaman-
da Azərbaycan tarixi üzrə universitetin 
aspiranturasına daxil olmuşdur.
 1945-ci ilin dekabrında Respubli-
ka Ali məktəb və elmi idarə işçilərinin 
Həmkarlar  ittifaqına  sədr  seçilmiş  və 
1950-ci  ilin  iyul  ayınadək  fasiləsiz 
olaraq bu vəzifədə çalışmışdır. 
ADU-nun Azərbaycan tarixi, SSRİ 
tarixi  kafedralarında  müəllim,  baş 
müəllim,  dosent,  1948,  1950-1952-ci 
illərdə isə yenə orada Tarix fakültəsinin 
dekanı vəzifəsində çalışmışdır. 
1952-ci ildə Tarix və Fəlsəfə İnsti-
tutunun  direktoru  kimi Az.  SSR  EA-
na işə göndərilir.
1958-1965-ci illərdə baş elmi işçi, 
1965-1967-ci  illərdə  Azərbaycan 
SSR  Elmlər  Akademiyasının  Tarix 
İnstitutunun  direktoru  vəzifələrində 
işləmişdir. 
Alim  Azərbaycan  tarixini  uzun 
müddət  tədqiq  etmişdir.  1961-ci  ildə 
“Azərbaycan  XIX  əsrin  II  yarısında 
XX  əsrin  əvvəllərində”  mövzusun-
da  doktorluq  dissertasiyasını  müdafiə 
edib. 
1962-ci ildə alimə “Azərbaycan ta-
rixi”  ixtisası  üzrə  professor  elmi  adı 
verilir. 
1968-ci  ildə  isə  Elmlər  Akademi-
yasının  müxbir  üzvü  seçilib.  Onun 
əsərləri  başlıca  olaraq  Azərbaycanın 
sosial-iqtisadi  tarixinə,  Bakı  pro-
letariatının  inqilabi  mübarizəsinin 
tədqiqinə  həsr  olunmuşdur.  Bu  gün 
də  tarixin  bir  sıra  problemlərinin 
araşdırılmasında  tutarlı  mənbə  sayı-
lan “Azərbaycan tarixi (1958-1963)”, 
Dünya  xalqları  seriyasından  “Qafqaz 
xalqları”  (1962),  SSRİ  tarixi  (1966-
1968), “Rusiya neft sənayesində inhi-
sarçı kapital (1984-1914)” (1961), iki 
cildlik  “Azərbaycanda  fəhlə  hərəkatı 
(1910-1914)”  (1967)  və  s.  əsərlərin 
müəllifindən, 
redaksiya 
heyəti 
üzvlərindən  və  redaktorlarından  biri 
olmuşdur. 
Əlövsət  Quliyev  elmdə  və  icti-
mai  həyatdakı  fəaliyyətinə  görə  or-
den  və  medallarla  təltif  olunmuşdur. 
1969-ci ildə 47 yaşında kəskin leykoz 
xəstəliyindən vəfat emiş və Fəxri Xi-
yabanda dəfn edilmişdir. 
Ə d ə b i y y a t
Axundova, E. Əlövsət 
Quliyev [Mətn]: O, tarix 
yazırdı / E.Axundova, 
H.Hüseynzadə.- Bakı: 
Azərnəşr, 2003.- 348 s. 
Cavadov, S. Tarixdə iz 
qoyan alimi unutsaq unu-
dularıq [Mətn] /S.Cavadov 
//Azərbaycan.- 2009.- 12 
dekabr.-S. 15.
Kərimov, M. Görkəmli 
tarixçi alim və elm fədaisi 
Əlövsət Quliyev – 80 [Mətn] 
/M.Kərimov //Azərbaycan.-
2002.- 12 noyabr.- S.3.
Maqsudov, F. Böyük 
tədqiqatçı alim [Mətn] /F. 
Maqsudov //Azərbaycan.- 
1997.- 23 avqust.- S. 3.
23
Tarixçi

187
Tarix.Din
70 
illiyi
VASİM MƏMMƏDƏLİYEV 
1942
AVQUST
Vasim    Məmmədəli  oğlu    Məm-
mədəliyev  1942-ci  il  avqust  ayının 
27-də  Bakı  şəhərində  anadan  olmuş-
dur.  Azərbaycan  Dövlət  Universi-
tetinin  (indiki  BDU)  Şərqşünaslıq 
fakültəsini  (1964)  və  aspiranturasını 
(Tiflisə  ezam  olunmaqla,  1967)  bitir-
mişdir.  1968-ci  ildən  BDU-nun  Ərəb 
filologiyası kafedrasında müəllim, do-
sent (1979-1991, institutun humanitar 
fakültələr üzrə prorektoru (1991-1992) 
vəzifələrində çalışmışdır. 
1991-ci ildən Ərəb filologiyası ka-
fedrasının müdiri, 1993-cü ildən, eyni 
zamanda, İlahiyyat fakültəsinin deka-
nıdır. Azərbaycan Respublikası Təhsil 
Nazirliyi  Şərqşünaslıq  üzrə  elmi-
metodik  şürasının  sədri  (1983-1997), 
“Bakı Universiteti Xəbərləri” jurnalı-
nın  redaktoru  olmuşdur  (1992-1997). 
1997-ci  ildən  Qafqaz  Müsəlmanları 
İdarəsi Elmi-dini şürasının sədridir.
Vasim  Məmmədəliyev  ərəb  filo-
logiyası  və  islamşünaslıq  sahəsində 
görkəmli  mütəxəssisdir.  İlk  dəfə  ola-
raq  ərəb  qrammatika  məktəblərinin 
təşəkkül  və  inkişaf  mərhələlərinə, 
nəzəri  əsaslarına,  feil  kateqoriya-
larına,  onların  Azərbaycan  və  ərəb 
dillərində müqayisəli-filoloji təhlilinə, 
ərəb  ədəbiyyatına  dair  sanballı 
tədqiqatların, o cümlədən 10-dan çox 
monoqrafiya, dərslik və kitabın, 250-
dən  çox  elmi  məqalənin  müəllifidir. 
Akademik  Ziya  Bünyadovla  birlikdə 
“Qurani-Kərim”i  ilk  dəfə  müasir 
Azərbaycan dilinə çevirmiş, onun ilk 
nəşrinə (1991) geniş ön söz yazmışdır. 
Cəlil  Məmmədquluzadənin  “Saqqallı 
uşaq”  hekayələr  toplusunu  və  digər 
əsərləri  ərəb  dilinə  tərcümə  etmişdir. 
Əsərləri Misir, İraq, Suriya, Səudiyyə 
Ərəbistanı,  Mərakeş  kimi  ərəb 
ölkələrininin dillərinə tərcümə edilmiş, 
Türkiyədə, İranda, Pakistanda, Rusiya-
da, Gürcüstanda da nəşr olunmuşdur. 
Misir,  İran,  İraq,  Türkiyə,  Səudiyyə 
Ərəbistanı, ABŞ, Rusiya, Polşa, İndo-
neziya və s. ölkələrdə beynəlxalq elmi 
məclislərdə  məruzələr  etmişdir.  Elmi 
kadrların  hazırlanmasında  da  Vasim 
Məmməmdəliyevin  böyük  xidmətləri 
var. 
Şərqşünas, dilçi, ilahiyyatçı, filolo-
giya  elmləri  doktoru  (1974),  profes-
sor  (1979), Azərbaycan  Milli  Elmlər 
Akademiyasının müxbir üzvü (2001), 
Azərbaycan Respublikasının Əməkdar 
elm xadimi (1992), İraq Elmlər Aka-
demiyasının  müxbir  üzvü  (1989),  İs-
lam Konftansı Təşkilatının Müsəlman 
Hüququ Akademiyasının  həqiqi  üzvü 
(1994), Suriyanın Ərəb Filologiyası və 
İslam Elmləri Akademiyasının həqiqi 
üzvüdür (1995).
 
Ə d ə b i y y a t
Azərbaycan dilinin ərəb 
qrafikası ilə ifadəsi [Mətn] 
/Vasim Məmmədəliyev .- 
Rabbat, 2000.
Ərəb dilçiliyi [Mətn] /Vasim 
Məmmədəliyev .- Bakı : 
Maarif, 1985.- 288 s.
Ərəb ədəbi dilində feilin 
zaman şəxs və şəkil kate-
qoriyaları [Mətn] /Vasim 
Məmmədəliyev .- Bakı , 
1992.
Kufə qrammatika 
məktəbi [Mətn] /Vasim 
Məmmədəliyev.- Bakı , 
1988.
Əzizov, E. Mənalı ömrün an-
ları [Mətn] /E.Əzizov.- Bakı 
: BDU nəşr.- 2002.- 78 s
27
Akademik

188
Teatr.Kino.Estrada.Sirk 
65 
illiyi
AZƏRPAŞA NEMƏTOV 
1947
AVQUST
Azərpaşa Nemət oğlu Nemətov  1947-
ci il avqust ayının 13-də anadan olmuşdur. 
O,  Gənc Tamaşaçılar Teatrında  fəaliyyət 
göstərmiş, yüzdən artıq tamaşaya quruluş 
vermiş,  ad-san  qazanmış  rejissor  Zəfər 
Nemətovun ailəsində dünyaya göz açıb. 
Azərpaşa  Nemətovun  uşaq  çağların-
dan musiqiyə güclü duyumu, marağı olub. 
Valideynləri onu Bülbül adına orta musiqi 
məktəbinə  aparıblar.  Sonra  Azərbaycan 
Dövlət  Konservatoriyasında,  dünya 
şöhrətli bəstəkar Qara Qarayevin sinfində 
təhsil  alıb.  Tələbəlik  illərində  mahnı-
lar  da  bəstələyib,  amma  gözlənilmədən 
qənaətini dəyişib. 
1965-ci ildə Teatr İnstitutunun Rejissor-
luq fakültəsinə daxil olub. Məşhur rejissor 
Mehdi Məmmədovun kursunu bitirərək iki 
il  sonra  onun  yanında  assistent-müəllim 
işləyib. Diplom işi “Qardaşım klarnet ça-
lır”” (A.Aleksin, Robert Rojdestvenski və 
Oleq Feltsman) Gənc Tamaşaçılar Teatrı-
nın rus bölməsində göstərilib.
1972-ci ildə GTT-də əvvəl rejissor as-
sistenti,  sonra  quruluşçu  rejissor  işləyib. 
1974-1977-ci  illərdə  Sankt-Peterburq  te-
atrında,  1977-ci  ildə  Bakıya  qayıdaraq 
GTT-də  rejissor  və  baş  rejissor  (1983-
1990) işləyib. 
1990-cı  il  aprel  ayının  20-dən  Azər-
baycan Dövlət Akademik Milli Dram Te-
atrının quruluşçu rejissorudur. 
1991  və  1996-cı  illərdə  isə  Teatr 
Xadimləri  İttifaqı  İdarə  Heyətinin  sədri 
seçilib. 
Andrey Popov adına SSRİ Ümumittifaq 
müsabiqəsinin  laureatıdır  (1985).  Onun 
tamaşaları İstanbulda, Aşqabadda, Mosk-
vada keçirilmiş festival və müsabiqələrdə 
uğur  qazanıb.  Rejissor  Akademik  Milli 
Dram Teatrında “Biganələr oteli” (1984) 
(Rüstəm  İbrahimbəyov),  “Tufandan 
əvvəl”  (1987)  (Arif  Süleymanov),  “Ah, 
Paris,  Paris!..”  (1997)  (Elçin),  “Mənim 
sevimli dəlim” (1998) (Elçin), “Diaqnoz 
D” (1999) (Elçin), “Mənim ərim dəlidir” 
(1999) (Elçin), “Hamlet” (2002) (Uilyam 
Şekspir) kimi əsərləri tamaşaya qoymuş-
dur.
O, bir çox festivalların, müsabiqələrin 
laureatıdır.  Elə  həmin  ildə  YUNESKO-
nun  tərkibində  Beynəlxalq  Teatr  İnstitu-
tunun müxbir üzvü seçilmişdir. Azərpaşa 
Nemətov Azərbaycan rejissorları arasında 
yeganə şəxsdir ki, Popov adına mükafata 
layiq  görülmüşdür.  A.Nemətov  1987-ci 
ildə  Əməkdar  incəsənət  xadimi,  2002-ci 
ildə  Xalq Artisti  fəxri  adlarına  layiq  gö-
rülmüşdür.
 
Ə d ə b i y y a t
Azərpaşa Nemətov [Mətn] 
//Həbiboğlu, V. Azərbaycan 
Milli Ensiklopediyası.-
Bakı,2003.- S.578-580.
Şöhrət və yaxud işgüzar 
adam [Mətn] //Mədəniyyət 
dünyası.- №1.- 2008.- S. 
112-115.
13
Rejissor

189
Musiqi.Opera.Balet 
55 
illiyi
ALİM QASIMOV 
1957
AVQUST
Alim Həmzə oğlu Qasımov 1957-ci il 
avqust ayının 14-də Şamaxı rayonu Nabur 
kəndində anadan olmuşdur. 
Alim Qasımov musiqi təhsilini 1978-
80-ci  illərdə A.Zeynallı  adına  Bakı  Mu-
siqi  məktəbində  xanəndə  Ağaxan  Ab-
dullayevin  muğam  sinfində  almışdır. 
O,  eyni  zamanda  Seyid  Şuşinski,  Hacı-
baba  Hüseynov  və  Azərbaycanın  digər 
görkəmli xanəndələrinin muğam ifaçılığı 
ənənələrini  mənimsəyərək  özünəməxsus 
dəst-xəttini  yarada  bilmişdir.  Tarzən 
Bəhram  Mansurovla  birgə  çıxışları  da 
onun üçün əsl sənət məktəbi olmuşdur. 
1983-1989-cu  illərdə  M.Əliyev  adına 
Azərbaycan Dövlət İncəsənət İnstitutunda 
(indiki ADMİU) təhsil almışdı.
1989-2001-ci illərdə Avropada 10 dis-
ki buraxılıb.
Geniş diapozona malik, səsinə və  ifa 
manerasına  görə  bir  çox  xanəndələrdən 
fərqlənən  Alim  Qasımov  Cabbar  Qar-
yağdıoğlu adına Xanəndələrin I Respub-
lika  müsabiqəsinin  (1986)  ilk  qalibidir. 
Xanəndə həmçinin bir çox beynəlxalq mu-
siqi festivallarının iştirakçısı və qalibi ol-
muş, dünyanın nüfuzlu musiqi təşkilatları 
tərəfindən bir sıra medallarla və fəxri ad-
larla təltif olunmuşdur. 
Alim  Qasımovun  səhnə  fəaliyyətində 
ən  dəyərli  uğurlardan  biri  onun  1989-cu 
ildə Opera və Balet Teatrının səhnəsindəki 
çıxışı ilə bağlıdır. Həmin il o, dahi Üzeyir 
Hacıbəylinin  “Leyli  və  Məcnun”  opera-
sında  Məcnun  rolunu  məharətlə  ifa  edir. 
1990-cı  ildə  böyük  qəzəlxan  Əliağa  Va-
hid haqqında çəkilən filmdə xanəndə rolu 
Alim  Qasımova  həvalə  olunur.  1997-ci 
ildə  sənətkar  Avropa  Türk  İslam  Birliyi 
mükafatına  layiq  görülür.  1998-ci  ildə 
Almaniyada  kompakt  disk  buraxılır  və 
sənətkar  bu  ölkədə  beynəlxalq  folklor 
festivalında iştirak edir. Alim Qasımovun 
dünyanın  müxtəlif  ölkələrində  qazandı-
ğı bu uğurların ən yüksək mərhələsi ona 
1999-cu ildə YUNESKO Musiqi Şurası-
nın  ali  mükafatının  təqdim  olunmasıdır. 
Xanəndə, Xalq artisti (1993), “Şöhrət or-
deni” (2007) ilə təltif olunmuşdur.
Muğam  sənətini  böyük  məharətlə 
təbliğ edən Alim Qasımov həm də gözəl 
müəllimdir.  Azərbaycan  Milli  Konser-
vatoriyasında  muğam  sinfində  gənc 
xanəndələr nəslinin yetişməsində xidməti 
olan xanəndənin həm tələbəsi, həm də qızı 
Fərqanə xanımı xüsusi qeyd etmək olar.
 
Ə d ə b i y y a t
Sayılov, Ə. Alim de-
yil, aləmdi bu [Mətn] 
/Ə.Sayılov.- Bakı , 2002.- 
160 s.
Təhmirazqızı, S. Alimin 
muğam aləmi [Mətn] 
/S.Təhmirazqızı //
Mədəniyyət.- 2010.- 27 
avqust.- S. 7.
Натаван, Ф. Алим [Текст] 
.- Баку, 2007.- 112 с.
Имя Алима Касумова 
вкючено в список 
номинантов конкурса “50 
великих голосов” [Текст] 
//Эхо.- 2009.- 27 ноября.- 
С. 12.
Алим Касумов [Текст] 
//Каспий.- 2008.- 12 
августа.- С.8.
14
Xanəndə

190
Musiqi.Opera.Balet 
70 
illiyi
MÜSLÜM MAQOMAYEV 
1942-2008
AVQUST
Müslüm  Məhəmməd  oğlu  Maqo-
mayev  1942-ci  il  avqust  ayının  17-
də  Bakıda  anadan  olmuşdur.  O, 
bəstəkar  M.Maqomayevin  nəvəsidir. 
M.Maqomayev  Azərbaycan  Dövlət 
Konservatoriyasını bitirmişdir. 
1963-cü  ildən  Azərbaycan  Opera 
və Balet Teatrının solistidir. 
1964-1965-ci  illərdə  Milanın  “La 
Skala”  teatrında  təcrübə  keçmişdir. 
Milanın  opera  səhnəsində  ifa  etdiyi 
Fiqaro  (“Sevilya  bərbəri”,  C.  Rossi-
ni)  ona  geniş  şöhrət  qazandırmışdır. 
Müğənninin  repertuarında  həmçinin 
“Koroğlu”  (Ü.  Hacıbəyov),  “Şah  İs-
mayıl” (M. Maqomayev), “Toska” (C. 
Puççini), “Aleko” (S. Raxmaninov) və 
s. operalardan ariyalar mühüm yer tu-
tur. 
Gözəl  və  yumşaq  tembrli  gur 
səsə  malik  olan  Maqomayevin  ifası 
təsirliliyi, ruh yüksəkliyi və ifadəliliyi 
ilə  seçilir.  Haqqında  “Oxuyur  Müs-
lüm  Maqomayev”  (1971)  adlı  film 
çəkilmişdir.
Bir  çox  Sovet  bəstəkarlarının,  o 
cümlədən A.Paxmutova, P.Bülbüloğlu, 
T.Xrennikov və başqalarının mahnıla-
rının populyarlaşmasında Maqomaye-
vin xidmətləri böyükdür. Onun reper-
tuarında italyan mahnıları da geniş yer 
tutur.
Dünya şöhrətli Azərbaycan müğən-
nisi  M.Maqomayev  1969-cu  ildə  So-
pot  və  Kannda  keçirilən  Beynəlxalq 
mahnı  müsabiqələrinin  laureatıdır. 
Eyni zamanda o, estrada mahnılarının 
müəllifi kimi də tanınmışdır.
Bəstəkar-müğənni  dünyanın  bir 
çox  ölkələrində  konsert  proqramla-
rı  ilə  müvəffəqiyyətlə  çıxış  etmiş-
dir.  M.Maqomayev  10-cu  çağırış 
Azərbaycan SSR Ali Sovetinin depu-
tatı  olmuşdur.  “Xalqlar  dostluğu”  və 
“Qırmızı  Əmək  Bayrağı”  ordenləri 
ilə  təltif  edilmişdir.  Onun  iştirakı  ilə 
“Nizami”  adlı  bədii  film  çəkilmişdir. 
İllərlə  dinləyicilərin  sevgisini  qoru-
mağı  bacarmış  Müslüm  Maqomayev 
SSRİ Qırmızı Əmək Bayrağı və Xalq-
lar  Dostluğu  ordenləri  ilə  təltif  edil-
miş, SSRİ-nin Xalq artisti adına layiq 
görülmüşdür.
Ümummilli  liderimiz  Heydər 
Əliyevin  2002-ci  il  17  avqust  tarixli 
sərəncamı ilə o, anadan olmasının 60 
illiyi  münasibətilə  “İstiqlal”  ordeni, 
Rusiya  Prezidenti  Vladimir  Putinin 
fərmanına  əsasən  “Şərəf”  ordeni  ilə 
təltif olunmuşdur.
Müslüm  Maqomayev  25  oktyabr 
2008-ci  ildə  vəfat  edib,  Bakıdakı  bi-
rinci Fəxri Xiyabanda dəfn olunub.
Ə d ə b i y y a t
Əliyev, H. Görkəmli 
müğənni və bəstəkar 
M.Maqomayevin 60 illiyi 
münasibətilə keçirilən rəsmi 
qəbulda  : Azərbaycan Pre-
zidenti Heydər Əliyevin nitqi  
[Mətn]//Azərbaycan.- 2002.- 
10 sentyabr.-S.6. 
Müslüm Maqomayevin 
“İstiqlal” ordeni ilə təltif 
edilməsi haqqında  : 
Azəbaycan Respublikası 
Prezidentinin Sərəncamı  
[Mətn]//Azərbaycan.- 2002.-
18 avqust.-S.1.
Nə demişdir doğma ölkəm 
[Mətn] //Mədəni-maarif.- 
2002.- № 8.-9.- S.8-14.
Великий Ланца [Текст] 
.- Москва: Музыка,1993.- 
208 с.
Любовь моя – мелодия 
[Текст] .- Москва: 
Вагриус, 1999.- 316 с.
17
Müğənni

191
Musiqi.Opera.Balet 
100 
illiyi
NİYAZİ
1912-1984
AVQUST
Niyazi  Zülfüqar  oğlu  Tağızadə-
Hacıbəyov 1912-ci il avqust ayının 20-də 
Tiflisdə dünyaya göz açmışdır. 
Orta təhsilini başa vuran Niyazi 1926-
cı ildə Moskvada Qnesinlər adına Musiqi 
texnikumuna  daxil  olur.  1931-ci  ildə  bu 
texnikumu bitirdikdən sonra o Azərbaycan 
Dövlət  Kovservatoriyasının  aspirantura-
sında oxumuşdur. Niyazinin musiqiçi kimi 
formalaşmasında  Üzeyir  Hacıbəylinin, 
P.B.Ryazanovun, A.M.Rudolfun, M.F.Qne 
sin və başqalarının böyük rolu olmuşdur. 
Niyazi  Azərbaycan  Dövlət  Simfonik 
Orkestrinin  təşkilində  fəal  iştirak  etmiş, 
1938-ci  ildən  fasilələrlə  orkestrin  bədii 
rəhbəri və baş direktoru olmuşdur. O, Ope-
ra və Balet Teatrının dirijoru (1937-1948), 
(1951-1952) direktoru, bədii rəhbəri və baş 
dirijoru (1958-1959); (1961-1965), 1961-
ci ildə Leninqrad Opera və Balet Teatrının 
baş direktoru, 1979-cu ildə isə Azərbaycan 
Dövlət Filarmoniyasının direktoru olmuş-
dur. Niyazinin repertuarında Qərbi Avro-
pa, rus və digər xarici ölkə bəsrəkarlarının 
əsərləri mühüm yer tutur. Azərbaycan ifa-
çılıq sənətinin inkişafında, milli musiqinin 
təbliğində  Niyazinin  xidmətləri  böyük-
dür. Azərbaycan musiqisində ilk simfonik 
əsərlərin müəlliflərindən olan Niyazi milli 
simfoniyamızın  təşəkkülü  və  inkişafında 
əhəmiyyətli rol oynamışdır. Onun “Rast” 
simfonik muğamı (1949) güclü emosional 
təsiri,  zəngin  melodiyası,  xüsusilə  har-
monik  dilinin  əlvanlığı  və  ifadəliliyi  ilə 
fərqlənir.  Nizaminin  “Xosrov  və  Şirin” 
poemasının  motivləri  əsasında  yazdığı 
eyni  adlı  operası  musiqi  dramaturgiyası-
nın çoxplanlı olması, psixoloji gərginliyi, 
xor  səhnələri  və  orkestr  epizodlarının 
ifadəliliyi  ilə  fərqlənir.  R. Taqorun  “Çit-
raqonda” fəlsəfi dramı üzrə yazdığı “Çit-
ra”  baletində  hind  xalq  musiqisinin  ritm 
və  intonasiyasından,  orkestrovkada  hind 
musiqi  alətlərinin  səslənməsini  xatırla-
dan tembr çalarlarından istifadə edilmiş-
dir.  Bundan  başqa  “Zaqatala  süitası”, 
“Konsert  valsı”  əsərlərinin,  “Vətən  haq-
qında  mahnı”,  “Arzu”,  “Dağlar  qızı”, 
“Ləzgi həngi” dram tamaşalarını yazmış, 
“Kəklik”,  “Qaragilə”,  “Xumar  oldum”, 
“Küçələrə su səpmişəm” və s. xalq mah-
nılarını sinif orkestri üçün işləmiş, 1935-
ci ildə”Rast “ və “Şur” muğamlarını nota 
köçürmüşdür. 
Azərbaycan  bəstəkarlarının  bir  çox 
əsərlərinin  ilk  ifaçısı  olmuşdur.  Opera 
və  Balet  Teatrında  tamaşaya  hazırladığı 
“Nərgiz” (Müslüm Maqomayev), “Vətən” 
(Qara Qarayev və Cövdət Hacıyev), “Se-
vil” (Fikrət Əmirov), və s. əsərlər xüsusi 
maraqla qarşılanmışdır. 
Maestro  musiqi  sahəsindəki  xidmət 
lərinə  görə  bir  sıra  fəxri  adlar  almış  və 
medallarla  təltif  olunmuşdur.  Belə  ki, 
1946-cı  ildə  SSRİ  Dirijorlarının  Ümum 
ittifaq  baxışının  laureatı,  1951-ci  ildə 
SSRİ  Dövlət  Mükafatı  laureatı,  1952-ci 
ildə Üzeyir Hacıbəyov adına Azərbaycan 
SSR  Dövlət  Mükafatı  laureatı,  1982-ci 
ildə Sosialist Əməyi Qəhrəmanı, 1974-cü 
ildə  Beynəlxalq  Nehru  mükafatına  layiq 
görülmüşdür. 
Niyazi  Azərbaycan  SSR  Ali  Soveti-
nin deputatı olmuş, 2 dəfə Lenin ordeni, 
Oktyabr inqilabı, Qırmızı Əmək bayrağı, 
“Şərəf  nişanı”  ordenləri,  xarici  ölkələrin 
orden və medalları ilə təltif edilmişdir.
1984-cü  ilavqust  ayının  2-də  Bakı 
şəhərində vəfat etmişdir. 
Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin