Redaksiya heyəTİ: Baş redaktor: K. M. Tahirov


Milli Qəhrəman 170



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə23/43
tarix05.03.2017
ölçüsü43,82 Kb.
#10117
1   ...   19   20   21   22   23   24   25   26   ...   43

16
Milli Qəhrəman

170
Milli Qəhrəmanlar 
60 
illiyi
ASİF MƏHƏRRƏMOV 
1952-1994
İYUL
Asif    Yusif  oğlu  Məhərrəmov 
1952-ci  il  iyul  ayının  26-da  Ağdam 
şəhərində  doğulmuşdur.  1969-cu  ildə 
Ağdam  şəhər  1  saylı  orta  məktəbini 
bitirmişdir. 
Ermənilərin  1988-ci  ildə  başlayan 
təcavüzünə  qarşı  Ağdam  rayonunun 
Abdal-Gülablı,  Xıdırlı,  Əmirallar, 
Şırxavənd,  Bağbanlar,  Əhmədavar 
kəndlərində dayaq dəstələri yaradılır-
dı. Hərəkat böyüdükcə Asif Qarabağın 
digər rayonları ilə də sıx əlaqə saxla-
yırdı.  1990-cı  ildə  o, Ağdam  könüllü 
özünümüdafiə dəstəsini yaradır və tor-
paqlarımızın  qorunmasında  yaxından 
iştirak edir. 1991-ci il noyabrın 15-də 
isə dövlət tərəfindən ilk könüllü tabor 
yaradılır.
1991-ci il dekabrın 31-də Xramort 
kəndinin  azad  edilməsində  rəşadət 
göstərir.  Xocalı  faciəsi  zamanı  uşaq 
və qadınların xilas olunmasında canını 
əsirgəmir.
A.Məhərrəmov  1992-ci  ilin  mart 
ayının 7-də 859 saylı hərbi minaaxta-
ranlar hissəsinin komandiri təyin edi-
lir.
10  mart  1992-ci  ildə  məhz  onun 
köməyi nəticəsində Aranzəmin, Pirca-
mal, Dəhraz kəndləri düşməndən azad 
edilir. 1992-ci il martın 20-də öz dəstəsi 
ilə kömək etmək üçün Füzuli rayonu-
na gedir və erməni quldurlarını böyük 
itkilərə məruz qoyur. 24 iyun 1992-ci 
ildə Naxçıvanik yolunda ağır yaralanır. 
Bir müddət müalicə olunur və yenidən 
cəbhəyə  qayıdır.  1993-cü  il  fevralın 
22-də Şelli uğrunda gedən döyüşlərdə 
iştirak  edir.  1993-cü  il  oktyabrın  27-
də  Asifin  səhhəti  ağırlaşır.  O,  hərbi 
hissəni təhvil verib müalicəsini davam 
etdirmək məcburiyyətində qalır. 1994-
cü  ildə  bu  məqsədlə  Yaltaya  gedən 
polkovnik-leytenant  A.  Məhərrəmov 
həmin il iyulun 1-də vəfat edir.
Ailəli idi. Bir qızı yadigar qalıb.
Azərbaycan  Respublikası  Prezi-
dentinin  7  dekabr  1992-ci  il  tarixli 
350  saylı  Fərmanı  ilə  Məhərrəmov 
Asif Yusif oğluna “Azərbaycanın Mil-
li  Qəhrəmanı”    fəxri  adı  verilmişdir. 
“General Məhəmməd Əsədov” müka-
fatına layiq görülmüşdür.
Bakı  şəhəri  2-ci  Şəhidlər  Xiyaba-
nında dəfn edilmişdir. Bakı şəhərində 
adına küçə var. 
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına 
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Məhərrəmov Asif 
Yusif oğlu – taqım komandiri – Azərbaycan Respublikasının suverenliyi və ərazi 
bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində 
göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin 
Fərmanı, 7 dekabr 1992-ci il [Mətn] //Azərbaycan Respublikası Ali Sovetinin 
Məlumatı.- 1992.- № 24.- S.50.- (Ölümündən sonra).
Çəmənzəminli M. Fred Asif: Azərbaycanın Milli Qəhrəmanı podpolkovnik Asif 
Məhərrəmova həsr olunmuş sənədli povest.- Bakı: Gənclik, 1996.- 170 s.
Abbasoğlu B. Od sönər, ad yox... //Abbasoğlu B. Ölərkən dünyaya gələn oğullar.- 
Bakı, 2004.- S. 54-72.
 Məhərrəmov Asif Yusif oğlu //Əsgərov V.Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 
2005.- S. 133-134.
Zeynalov R. Məhərrəmov Asif Yusif oğlu (Fred Asif) //Zeynalov R. Azərbaycanın 
Milli Qəhrəmanları.- B., 1996.-S. 48.
26
Milli Qəhrəman

171
Riyaziyyat.Fizika.Astranomiya 
80 
illiyi
MƏHƏMMƏDƏMİN 
ŞAHTAXTİNSKİ 
1932-2011
İYUL
Məhəmmədəmin  Həbibulla  oğlu 
Şahtaxtinski 1932-ci il iyul ayının 10-
da  Bakı  şəhərində  anadan  olmuşdur. 
O,  akademik,  kimya  elmləri  doktoru 
H.B.Şahtaxtinskinin oğludur. 
M.Şahtaxtinski 1956-cı ildə Mosk-
va  Energetika  İnstitutunun  Radiotex-
nika  fakültəsini  bitirmişdir.  O,  1961-
1967-ci  illərdə Azərbaycan  Milli  EA 
Fizika  İnstitutunda  elmi  və  baş  elmi 
işçi,  1968-1987-ci  illərdə  laborato-
riya  müdiri  işləmişdir.  1987-ci  ildən 
institutun  Bərk  cisimlər  elektronikası 
şöbəsinin rəhbəridir. Elmi tədqiqatları 
bərk cisimlər fizikasına aiddir.
1970-ci ildə M.Şahtaxtinski fizika-
riyaziyyat  elmləri  doktoru,  1971-ci 
ildə isə proffessor adı almışdır. 
M.Şahtaxtinskinin  rəhbərliyi  ilə 
yüksək  keyfiyyətli,  iqtisadi  cəhətdən 
sərfəli  poladlar  yaradılmış,  böyük 
sürətlə işləyən etibarlı və sərfəli, sağ-
lamlıq üçün zərərsiz çapetmə metodi-
kası işlənib hazırlanmışdır.
O, 1972-ci ildə Fransada keçirilən 
Kristalların 
yetişdirilməsi 
üzrə 
Beynəlxalq konfransda məruzə ilə çı-
xış etmişdir. Bu məruzə elm aləmində 
çox  yüksək  səviyyədə  qəbul  edilmiş-
dir.
 1989-cu ildə professor Azərbaycan 
Milli  Elmlər  Akademiyasının  akade-
miki seçilmişdir. 
M.  Şahtaxtinski  1991-ci    ildə 
Azərbaycan  Respublikasının  “Əmək-
dar  elm  xadimi”  adına  layiq  görül-
müş, Azərbaycan Fizika Cəmiyyətinin 
prezidenti  və  Avropa-Asiya  Fizika 
Cəmiyyətinin  vitse-prezidenti  seçil-
mişdir.
Akademik,  Əməkdar  elm  xa-
dimi  M.Şahtaxtinski  2004-cü  ildə 
Azərbaycan  Respublikası  Preziden-
tinin  fərmanı  ilə  “Şöhrət”  ordeni  ilə 
təltif edilmişdir.
Şahtaxtinski Məhəmmədəmin Həbi 
bulla oğlu 2011-ci il aprel ayının 23-
də Bakı şəhərində vəfat etmişdir.
Ə d ə b i y y a t
Şahtaxtinski Məhəmməd 
Həbibulla oğlu [Mətn]: en-
siklopedik məlumat //ASE: 
10 cilddə.- Bakı , 1987.- 
C.X .- S.480.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
10
Akademik

172
Rəssamlıq.Heykəltəraşlıq.Arxitektura 
85 
illiyi
TOKAY MƏMMƏDOV 
1927
İYUL
Tokay Həbib oğlu Məmmədov 1927-ci 
il iyul ayının 18-də Bakıda anadan olmuş-
dur. 1942-ci ildə yeddinci sinfi bitirdikdən 
sonra Tokay Məmmədov Bakı Rəssamlıq 
Məktəbinə  imtahan  verir.  O  zaman 
Bakı  Rəssamlıq  Məktəbinin  nəzdində 
heykəltəraşlıq  şöbəsi  yenicə  təşkil  edil-
mişdi.  P.Sabsay,  F.Əbdürrəhmanov, 
C.Qaryağdı  həmin  heykəltəraşlıq  şö-
bəsində  fəaliyyət  göstərirdilər.  Tokay 
bilavasitə  ilk  milli  heykəltəraşımız 
F.Əbdürrəhmanovdan dərs almağa başla-
yır. Leninqrad Rəssamlıq Akademiyasını 
bitirmiş F.Əbdürrəhmanov öz şagirdlərini 
dünya klassik incəsənətinin ən mütərəqqi 
ənənələri ilə tanış edirdi.
1945-ci  ildə  Tokay  Məmmədov 
Əzim  Əzimzadə  adına  Bakı  Rəssamlıq 
Məktəbinin üçüncü kursunu bitirərək Le-
ninqrad şəhərinə gedir və İ.E.Repin adına 
Rəssamlıq Akademiyasının Heykəltəraşlıq 
fakültəsinə  qəbul  olur.  Ali  təhsil  aldığı 
dövrdə,  yəni  1947-ci  ildə  Azərbaycanın 
xalçaçı  rəssamı  Lətif  Kərimovun  portret 
büstünü  hazırlayır.  Bu  portretin  yaradıl-
ması təsadüfi deyildi. Lətif Kərimovu uşaq 
vaxtlarından tanıyan heykəltəraş müstəqil 
şəkildə ilk dəfə görkəmli alimin portretini 
canlandırır. 
1960-cı  ildə  o,  Üzeyir  Hacıbəyovun 
Bakı  Musiqi  Akademiyasının  önündə 
ucaldılmış heykəlini yaratmışdır.
Tokay  Məmmədov  ali  təhsilini 
bitirdikdən sonra Leninqradda heykəltəraş 
kimi işə başlayır və Leninqrad Rəssamlar 
İttifaqının  üzvü  seçilir.  Heykəltəraş  Ba-
kıya  qayıtdıqdan  sonra  Əzim  Əzimzadə 
adına  Rəssamlıq  Məktəbində  pedaqo-
yi  fəaliyyətə  başlayaraq  burada  yetişən 
gənc  rəssamlara  həm  rəsm,  həm  də 
heykəltəraşlıqdan  dərs  deyərək  onlara 
sənətin sirlərini öyrədir.
Heykəltəraşın  yaratdığı  “Nizami 
Gəncəvi”  portreti  1955-ci  ildə  Varşava-
da  Gənclərin  Beynəlxaq  Ümumdünya 
sərgisində uğurla nümayiş etdirilib. Əsər 
şairin adını daşıyan Ədəbiyyat Muzeyində 
qorunub saxlanılaraq nümayiş olunur.
Heykəltəraş  monumental  sahədə 
həmçinin  Azərbaycan  şairi  “İmaməddin 
Nəsimi” və “XI qızıl ordu” abidələrini ya-
radıb.
Tokay  Məmmədov  yaradıcılığının  ilk 
günlərindən  başlayaraq  heykəltəraşlığın 
qabartma  sahəsində  bir  çox  insanın 
surətlərini canlandırıb. Bu qabartmalardan 
ən dəyərlisi Sovet İttifaqı Qəhrəmanı Meh-
di Hüseynzadənin portretidir. Mərmərdən 
yaradılan  bu  qabartmada  qəhrəman  bir 
əlində qumbara tutmuş vəziyyətdə təsvir 
edilib.  Bu  əsər  heykəltəraşın  gənclik 
illərində  yaratdığı  və  ona  uğur  qazan-
dırdığı  əsərlər  sırasında  durur.  Əsər  bir 
çox  beynəlxaq  sərgidə  uğurla  nümayiş 
etdirilərək yüksək qiymətə layiq görülüb.
Tokay  Məmmədov  1978-ci  ildə 
SSRİ  Dövlət  Mükafatı,  1982-ci  ildə 
Azərbaycan Dövlət Mükafatına layiq gö-
rülüb. O, həmçinin “Şərəf nişanı”, “Xalq-
lar  dostluğu”,  2002-ci  ildə  isə    ümum-
milli  lider  Heydər  Əliyevin  fərmanı  ilə 
“Şöhrət”  ordenləri  ilə  təltif  olunub.  85 
yaşlı  heykəltəraş  Azərbaycan  Dövlət 
Rəssamlıq Akademiyasında  yetişən  gənc 
heykəltəraşlara  sənətin  sirlərini  onlara 
öyrədir.
Ə d ə b i y y a t
T.N.Məmmədovun 
“Şöhrət” ordeni ilə təltif 
edilməsi haqqında [Mətn]: 
Azərbaycan Respublikası 
Prezidentinin Fərmanı //
Azərbaycan.- 2002.- 8 
avqust.- S.1.
Abdullayeva, F. Adi daş 
sənət əsərinə çevriləndə 
[Mətn] /F.Abdullayeva //
Mədəniyyət.- 2011.- 18 
fevral.- S.11. 
 Sadıqov, S. Daşlarda 
canlanan həyatın yaradıcısı 
[Mətn] /S.Sadıqov //Kaspi.- 
2008.- 6 iyun.- S. 12.
Şeyxov, Y. Qranitdə donan 
musiqi [Mətn]:Tokay 
Məmmədov - 80 /Y.Şeyxov 
//Mədəniyyət.-2007.- 13 
iyul.- S.3.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az 
18
Heykəltəraş

173
Kitabxana işi. Kitabxanaşünaslıq
150 
illiyi
NİKOLAY ALEKSANDROVİÇ 
RUBAKİN 
1862-1946
İYUL
Nikolay  Aleksandroviç  Rubakinin 
1862-ci il iyul ayının 13-də Oraniyen-
baum  (indiki  Lomonosov  şəhərində) 
tacir ailəsində anadan olmuşdur. Atası 
Oraniyenbaum  şəhərinin  başçısı  ol-
muşdur.
O,  on  iki  yaşında  olarkən  məcara 
pomanı və pyes yazmış, on üç yaşın-
da  “Стрела”  əlyazma  jurnalını  çap 
etdirmiş,  on  altı  yaşında  isə  “Uşaq 
mütaliəsi” adlı ilk məqaləsi nəşr olun-
muş və bu məqalədən qonorar da al-
mışdı.
N.A.Rubakin  Peterburq  Universi-
tetinin 3 fakültəsini – tarix-filologiya, 
təbiətşünaslıq  və  hüquq  fakültələrini 
bitirmişdir. Lakin buna baxmayaraq öz 
həyatını kitabxana işinə həsr etmişdir. 
Nikolay  Aleksandroviçin  XIX  əsrdə 
Rusiya  kitabxana-nəşriyyat  işinin  in-
kişafında  cox  böyük  əməyi  olmuş-
dur. Belə ki, A.Rubakin O.A.Popova, 
U.D.Sitina  nəşriyyat  firmasının  və 
“Издатель” Birliyinin rəhbəri olmuş-
dur.  O,  həmçinin  Rusiya  Savadlan-
ma  Komitəsinin  katibi  kimi  də  uzun 
müddət fəaliyyət göstərmişdir.
N.A.Rubakin  1905-1907-ci  illərdə 
Rusiya  inqilabında  yaxından  iştirak 
etmişdir. Siyasi baxışlarına görə təqib 
olunmuş  və  bu  səbəbdən  də  1907-ci 
ildə  İsveçrəyə  köçmüş  və  ömrünün 
sonunadək burada yaşamışdır. Həmin 
illərdə Rubakin Rusiyada çapdan çıx-
mış  kitabları  toplayaraq  İsveçrədə 
“Nadir Rus Kitabxanası” təşkil etmiş-
dir.
O,  kitab    təbliği  problemlərini 
işləmiş,  bibliopsixologiya  nəzəriy-
yəsini yaratmışdır.
Maarif  sahəsindəki  xidmətlərinə 
görə  Sovet  hökuməti  A.N.Rubakinə 
1930-cu  ildən  fərdi  pensiya  təyin  et-
mişdir.
Rus kitabşünası, biblioqraf, yazıçı, 
Beynəlxalq Bibliopsixologiya İnstitu-
tunun yaradıcılarından biri olan Niko-
lay Aleksandroviç Rubakin 1946-cı il 
noyabr ayının 23-də Lozanna şəhərində 
vəfat  etmiş,  Moskva  şəhərində  dəfn 
olunmuşdur.
Vəsiyyətinə  görə  İsveçrədə  təşkil 
etdiyi “Nadir Rus Kitabxanası” Rusi-
ya Milli Kitabxanasının fonduna veril-
mişdir.
Ə d ə b i y y a t
Bayramov, Ə. Psi-
xologiya [Mətn]: 
dərslik /Ə.S.Bayramov, 
Ə.Ə.Əlizadə.- Bakı, 2009.- 
620 s.
Əjdərov, E. Nikolay Ruba-
kinin yaradıcılığında bibli-
opsixologiya nəzəriyyəsi və 
kitabxanaşünaslıq [Mətn] 
/ E.L.Əjdərov //Kitabxa-
naşünaslıq və informasiya 
.-2010.- № 3.-S.91-98.
Hacıyev, Z. Fəlsəfə [Mətn]: 
dərslik /Z.Hacıyev.- Bakı: 
Adiloğlu, 2001.- 639 s.
Xələfov, A. İnformasiya 
cəmiyyətinin formalaş-
masında kitabxanaların 
vəzifələri [Mətn] // Xələfov, 
A.A. Kitabxanaşünaslıq və 
biblioqrafiya.- Bakı, 2005.- 
№2.- 152 s.
Рубакин, Н. 
Библиологическая 
психология [Текст] 
/Н.А.Рубакин.- Москва: 
Академический Проект 
Трикста, 2006.- 800 с.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
13
Biblioqraf

174
AVQUST
Ç. 
C.A. 
C. 
Ş. 
B.
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç.
C.A. 
C. 









10 
11 
12 
13 
14 
15 
16 
17 
18 
19 
20 
21 
22 
23 
24 
25 
26 
27 
28 
29
30
31 
®
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü 
• 
(01.08.2001)
Azərbaycan Kinosu Günü (02.08.1898)
• 
Hərbi Dоnanma Günü (05.08.1992)
• 
Bеynəlxalq Gənclər Günü (12.08.1999)
• 
Azərbaycan Respublikası Silahlı Qüvvələrinə 
• 
Yardım Fondu yaradılıb (17.08.1942) 
Azərbaycan Sərhəd Qoşunlarının Yaranması 
• 
Günü (18.08.1994)
Cəbrayıl rayonunun işğalı günü (23.08. 1993) 
• 
Füzuli rayonunun işğalı günü (23.08. 1993) 
• 
M.F.Axundzadə adına Respublika Dövlət mükafatları
1965-ci ildə ədəbiyyat və incəsənət sahəsində ən görkəmli əsərlər 
yaradılmasına həvəs oyatmaq məqsədilə M.F.Axundzadə adına 3 Res-
publika Dövlət mükafatının təsis edilməsi haqqında qərar qəbul edil-
muşdir.  Mükafatların  hər  birinin  məbləği  2500  manat  idi.  Bu  qərar 
Azərbaycanda Sovet hakimiyyəti qələbəsinin 45-ci ildönümündə qəbul 
edilmişdir.  M.F.Axundzadə  adına  mükafata  layiq  görülən  şəxlərə 
“M.F.Axundov adına mükafat laureatı” adı, döş nişanı və diplom veri-
lirdi. Mükafatın ilk laureatları Mirzə İbrahimov “Kəndçi qızı” pyesinə, 
Azərbaycan qrafiki, Respublikanın Xalq rəssamı Maral Rəhmanzadə 
“Azərbaycan”  və  “Vətənim”  adlı  rəngli  linoqravyuralar  silsiləsinə, 
M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrı səhnəsində tama-
şaya qoyulmuş “Antoni və Kleopatra” tamaşasının quruluşçu rejisso-
ru Tofiq Kazımov, rəssamı Tahir Salahov, bəstəkarı SSRİ Xalq artis-
ti Qara Qarayev, aktyorlar SSRİ Xalq artisti Hökümə Qurbanova və 
Azərbaycanın Xalq artisti Əli Zeynalov olmuşlar. 
1 avqust
Gün çıxır 06:49 
Gün batır 20:56
31 avqust 
Gün çıxır 06.31 
Gün batır 20:15
22 iyul-
23 avqust
Şirin Nişanəsi 
oddur. Ulduzlar 
padşahı olan 
Günəşin 
himayəsindədir. 
Günəşin şir 
bürcündən keçdiyi 
dövrdə doğulanlar 
hökmlü və daxili 
aləmləri zəngin 
olur. 
200 il
1812-1878
M.F.Axundzadə

175
Milli ədəbiyyat
Tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Hacıyev Aqil 
Cəfər Xəndan oğlunun (10.09.1947) аnаdаn оlmаsının 65 illiyi
Şairə Natəvan Xurşidbanu Mehdiquluxan qızının (15.08.1832-02.10.1897) 
аnаdаn оlmаsının 180 illiyi
Аzərbаycаnın Хаlq şаiri, Əməkdаr mədəniyyət işçisi Dilbаzi Mirvаrid Paşa 
qızının (19.08.1912-12.07.2001) аnаdаn оlmаsının 100 illiyi
Ədəbiyyatşünas, tənqidçi, nasir, filologiya elmləri doktoru Ağayev İslam 
Məmməd oğlunun (20.08.1932) аnаdаn оlmаsının 80 illiyi
Şair, publisist Nəsibov Davud Məcid oğlunun (Davud Nəsib) (25.08.1942-
26.03.2003) аnаdаn оlmаsının 70 illiyi
Filologiya elmləri doktoru, professor, ədəbiyyаtşünаs Pаşаyеv Qəzənfər 
Məmməd oğlunun (27.08.1937) аnаdаn оlmаsının 75 illiyi
Tarixdə bu gün
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü (01.08.2001)
Azərbaycan Kinosu Günü (02.08.1898)
Hərbi Dоnanma Günü (05.08.1992)
Bеynəlxalq Gənclər Günü (12.08.1999)
Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu yaradılıb 
(17.08.1942) 
Azərbaycan milli manatının dövriyyəyə buraxıldığı gün (15.08.1992)
Azərbaycan Sərhəd Qoşunlarının Yaranması Günü (18.08.1994)
Beynəlxalq Humanitar Yardım Günü (19.08.2003)
Ramazan bayramı günü (20.08.2012)
Xüsusi Dövlət Mühafizə Xidməti Əməkdaşlarının Peşə Bayramı Günü 
(23.08.2008)
Cəbrayıl rayonunun işğalı günü (23.08. 1993) 
Füzuli rayonunun işğalı günü (23.08. 1993) 
Azərbaycan Demokratik Firqəsi müstəqil fəaliyyətə başlamışdır 
(24.08.1917)
Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib 
(24.08.2002)
Beynəlxalq Azərbaycan Muğamı Günü (26.08.2010)
Türkiyə Cümhuriyyətinin Zəfər Bayramı Günü (30.08.1922)
Qubadlı rayonunun işğalı günü (31.08.1993) 
Milli Qəhrəmanlar
Azərbaycanın Milli Qəhrəmanı Əliyev Ehtiram İsrayıl oğlunun (01.08.1972-
2012
AVQUST

176
23.08.1993) аnаdаn оlmаsının 40 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Əliyev Rövşən Nəriman oğlunun 
(30.08.1972-13.05.1992) аnаdаn оlmаsının 40 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Nəcəfov Yunis İsa oğlunun (31.08.1967-
24.08.1992) аnаdаn оlmаsının 45 illiyi
Siyasət. Hərbi iş
Cənubi Аzərbаycаn dеmоkrаtik hərаkаtının rəhbəri Səttаrхаn Hаcı Həsən 
оğlunun (15.08.1867-09.11.1914) аnаdаn оlmаsının 145 illiyi
Mühəndis işi. Texnika
Əməkdar mühəndis, dövlət xadimi Seyidov Həsən Nemət oğlunun 
(16.08.1932) аnаdаn оlmаsının 80 illiyi
Kimya. Biologiya.Tibb
Azərbaycanın Əməkdar həkimi və Əməkdar elm xadimi Mirsəlimov 
Mirmehdi Mirmövsüm oğlunun (11.08.1897-05.03.1957) аnаdаn оlmаsının 
115 illiyi
Tarix. Din 
Tarixçi jurnalist və publisist Nəzərli Şəmistan Əmiraslan oğlunun 
(12.08.1942) anadan olmasının 70 illiyi
Tarixçi, tarix elmləri doktoru, professor Quliyev Əlövsət Nəcəfqulu oğlunun 
(23.08.1922-06.11.1969) аnаdаn оlmаsının 90 illiyi
 Akademik, şərqşünas-alim Məmmədəliyev Vasim Məmmədəli oğlunun 
(27.08.1942) аnаdаn оlmаsının 70 illiyi
Teatr. Kino.Estrada.Sirk
 Əməkdar incəsənət xadimi, Azərbaycanın xalq artisti, Teatr Xadimləri 
İttifaqının İdarə Heyətinin sədri, teatr rejissoru Nemətov Azərpaşa Zəfər 
oğlunun (13.08.1947) аnаdаn оlmаsının 65 illiyi
Musiqi. Opera. Balet
Azərbaycanın Xalq artisti, xanəndə Quliyeva Qəndab Nəbi qızının 
(10.08.1947) аnаdаn оlmаsının 65 illiyi
Xalq artisti, xanəndə Qasımov Alim Həmzə oğlunun (14.08.1957) аnаdаn 
оlmаsının 55 illiyi
SSRİ Хаlq аrtisti, Mаqоmаyеv Müslüm Məhəmməd oğlunun (17.08.1942-
25.10.2008) аnаdаn оlmаsının 70 illiyi
SSRİ Хаlq аrtisti, SSRİ Dövlət Mükаfаtı lаurеаtı, dirijоr Hаcıbəyоv-
Tаğızаdə Niyazi Zülfüqar oğlunun (Niyаzi) (20.08.1912-1984) аnаdаn 
оlmаsının 100 illiyi

177
Milli ədəbiyyat 
65 
illiyi
AQİL HACIYEV 
1947
AVQUST
Aqil Cəfər Xəndan oğlu Hacıyev 
1947-ci il avqust  ayının 10-da  Azər-
baycanın  Şuşa  şəhərində Azərbaycan 
ədəbiyyatşünası,  tənqidçisi,  şair  və 
tərcüməçi, filologiya elmləri doktoru, 
professor  Cəfər  Xəndanın  ailəsində 
anadan olmuşdur. 
Bakıda  6  saylı  orta  məktəbi 
bitirdikdən  sonra  ADU-nun  (indiki 
BDU-nun)  Filologiya  fakültəsində 
təhsilini  davam  etdirmişdir.  (1965-
1970).  Sonra  M.V.Lomonosov  adına 
Moskva  Dövlət  Universitetinin  Rus 
ədəbiyyatı tarixi kafedrasına məqsədli 
aspiranturaya göndərilmiş və 1973-cü 
ildə “A.S.Puşkinin “Ərzuruma səyahət 
əsəri” və “XIX əsrin 20-30-cu illərinin 
rus oçerki” namizədlik dissertasiyası-
nı müdafiə etmişdir. 
1973-cü ilin dekabrında Azərbaycan 
Dövlət Universitetinin Rus ədəbiyyatı 
kafedrasında  işə  götürülür.  Burada 
müəllim  (1974-1976),  baş  müəllim 
(1976-1981),  dosent  (1981-1983) 
vəzifələrində çalışır. Hələ 35 yaşı ta-
mam  olmayan  Aqil  Hacıyev  1982-ci 
ildə Tbilisi Dövlət Universitetində fi-
lologiya elmləri doktoru elmi dərəcəsi 
almaq  üçün  “XIX  əsrin  I  yarısı  rus 
ədəbiyyatında  şərq  motivləri,  rus-
Qafqaz  ədəbi  əlaqələri”  mövzusun-
da  doktorluq  dissertasiyası  müdafiə 
edir.  1983-cü  ildə  Rus  ədəbiyyatı  ta-
rixi  kafedrasının  professoru,  1984-cü 
ildə  həmin  kafedranın  müdiri  seçilir. 
1982-1984-cü illərdə o, təbiət elmləri 
fakültələri üçün Rus dili kafedrasının 
müdiri, 1990-1992-ci illərdə isə filolo-
giya fakültəsinin dekanı olub.
Aqil Hacıyev 1987-ci ildən Yazıçı-
lar  İttifaqının  üzvü  seçilmişdir.  Türk 
folkloruna dair silsilə araşdırmalarına 
görə 1993-cü ilin sentyabrında Ankara-
dakı Türkiyə folklor qurumunun fəxri, 
rus-Qafqaz  qarşılıqlı  münasibətləri 
problemlərinin  tədqiqinə  görə  2003-
cü ildə Tbilisidəki Beynəlxalq sosial-
iqtisadi Elmlər Akademiyasının həqiqi, 
rus ədəbiyyatı tarixi problemlərinə həsr 
olunmuş  əsərlərinə  görə  isə  2003-cü 
ildə Sankt-Peterburq Elm və İncəsənət 
Akademiyasının müxbir üzvü seçilib. 
Müxtəlif  illərdə  Azərbaycan  At-
testasiya  Komissiyasının  eksperti  və 
humanitar-ictimai  elmlər  şöbəsinin 
müdiri,  Tələbə  Qəbulu  üzrə  Dövlət 
Komissiyasının ekspert şurasının sədri 
və  rus  ədəbiyyatı  müəllimləri  semi-
narının  rəhbəri,  Azərbaycan  dili  və 
ədəbiyyatı ixtisası üzrə müdafiə şura-
sının sədri, rus dili və ədəbiyyatı ixti-
sası üzrə müdafiə şurasının sədr müa-
vini olub. 
Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin