Redaksiya heyəTİ: Baş redaktor: K. M. Tahirov



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə20/43
tarix05.03.2017
ölçüsü43,82 Kb.
#10117
1   ...   16   17   18   19   20   21   22   23   ...   43

İ n t e r n e t d ə
www. az.wikipedia.org
www.milliqahraman.az
www. adam.az
28
Milli Qəhrəman

148
Mühəndis işi.Texnika
95 
illiyi
HÜSEYN RƏSULBƏYOV 
1917-1984
İYUN
Hüseyn  Cümşüd  oğlu  Rəsulbəyov 
1917-ci il iyun ayının 26-da Dərbənd 
şəhərində anadan olmuşdur. 
O, 1936-cı ildə Leninqrad Elektro-
texniki Rabitə İnstitutuna daxil olmuş-
dur.  1938-ci  ildə  həmin  institutdan 
Moskvanın F.E.Derjinski adına Hərbi 
Artelleriya  Akademiyasının 3-cü kur-
suna  köçürülmüşdür  və  1941-ci  ildə 
oranı bitirmişdir. 
H.Rəsulbəyov  1938-ci  ildən  so-
vet  ordusunda  xidmət  etmişdir.  O, 
Böyük  Vətən  Müharibəsində  Hava 
Hücumundan  Müdafiə  dairəsi  qo-
şunları  tərkibində  briqada,  diviziya 
birləşmələri  qərargahında  müxtəlif 
mühəndis  vəzifələrində  çalışmış, 
Odessa,  Kerç,  Sevastopol  və  Şimali 
Qafqazın  (Krasnodar,  Novorossiysk, 
Tuapse) müdafiəsində iştirak etmişdir. 
Müharibədən  sonra  Qırmızı  Bayraq 
ordenli Bakı HHM dairəsi qoşunların-
da  məsul  hərbi  vəzifələrdə  xidmətdə 
olmuşdur. 
H.Rəsulbəyov 1960-1965-ci illərdə 
Bakı  HHM  dairəsi  hərbi  hissələrində 
komandan  müavini,  1966-1975-
ci  illərdə  hərbi  hissə  komandanı 
işləmişdir. 
  Hüseyn  Rəsulbəyov  1968-ci  ildə 
artilleriya general-leytenantı rütbəsini 
almışdır.  1978-ci  ildə  SSRİ-nin  fəxri 
radisti, 1966-cı ildə Azərbaycan SSR 
Əməkdar mühəndisi adına layiq görul-
müşdür.
O,  zenit  artilleriyası  sahəsində 
bir  sıra  səmərələşdirici  təkliflərin  və 
əsərlərin müəllifidir. Ehtiyata çıxandan 
sonra  1975-ci  ildə  Azərbaycan  SSR 
Rabitə naziri vəzifəsində işləmişdir. 
Hüseyn  Rəsulbəyov  Lenin  ordeni, 
2-ci  dərəcəli  Vətən  müharibəsi,  Qır-
mızı  Əmək  Bayrağı,  Ulduz  ordenləri 
və medallarla təltif edilmişdir.
Artilleriya 
general-leytenantı, 
Azərbaycanın  Əməkdar  mühəndisi 
Hüseyn  Cümşüd  oğlu  Rəsulbəyov 
1984-cü ildə Bakı şəhərində vəfat et-
mişdir.
2000-ci  ildə  onun  xatirəsini 
əbədiləşdirmək  məqsədi  ilə  Heydər 
Əliyevin sərəncamı ilə Hüseyn Cüm-
şüd oğlu Rəsulbəyovun yaşadığı bina-
ya xatirə lövhəsi vurulmuşdur.
Ə d ə b i y y a t
Hüseynov, Ö. Yaddaşlarda 
qaldı... [Mətn]: [General, 
rabitə təşkilatçısı Hüseyn 
Rəsulbəyov haqqında] 
/Ö.Hüseynov //Xalq qəzeti. 
-1997.-21 fevral.- S.5.
Rəsulbəyov məktəbi 
[Mətn]: [General Hüseyn 
Rəsulbəyov haqqında 
xatirələr].- Bakı: İsmayıl 
NPM, 1997.- 40 s. 
İ n t e r n e t d ə
www.az.wikipedia.org
26
Mühəndis

149
Teatr.Kino.Estrada.Sirk
80 
illiyi
HACIBABA BAĞIROV 
1932-2006
İYUN
Hacıbaba Ağarza oğlu Bağırov 1932-
ci  il  iyun  ayının  12-də  Bakı  şəhərində 
fəhlə  ailəsində  anadan  olmuşdur.  1947-
ci  ildə  orta  məktəbi  bitirəndən  sonra, 
kiçik  yaşlarından  teatr  sənətinə  olan  bö-
yük həvəsi onu Azərbaycan Dövlət Aka-
demik  Dram  Teatrı  nəzdindəki  aktyor 
studiyasına  gətirib  çıxarmışdır.  Orada 
sənət korifeylərindən dərs alan Hacıbaba 
Bağırov  1950-ci  ildə  Lənkəran  Dövlət 
Dram  Teatrında  ilk  müstəqil  yaradıcılıq 
fəaliyyətinə başlamışdır.
H.Bağırov  1953-cü  ildə  Azərbaycan 
Dəmiryol Məktəbini bitirmiş, bir müddət 
Biləcəri  deposunda  maşinist  köməkçisi 
işləmişdir. 1959-1960-cı illərdən isə Da-
xili  İşlər  Nazirliyinin  Klubuna  rəhbərlik 
etmişdir.
O, 1960-cı ildə C.Cabbarlı adına Gəncə 
Dövlət  Dram  Teatrının  aktyor  truppası-
na qəbul olmuşdur. Bu kollektivdə Fuad 
(Almas), Şahsuvar (Komsomol poeması), 
Rəşid (Anacan) kimi müxtəlif səpkili rol-
lar  oynayan  Hacıbaba  1962-ci  ildə  Mu-
siqili  Komediya  Teatrına  dəvət  almışdır. 
Burada fəaliyyət göstərdiyi 26 il ərzində 
yaratdığı  50-dən  çox  rolun  onun  gülüş 
ustası kimi püxtələşməyində və populyar 
olmağında böyük təsiri olmuşdur. 
Hacıbaba  Bağırovun  iştirak  etdiyi  - 
Üzeyir Hacıbəyovun “Arşın mal alan”ında 
Soltan  bəy,  “O  olmasın,  bu  olsun”da 
Məşədi  İbad,  Z.Hacıbəyovun  “50  yaşın-
da  cavan”ında  Orduxan,  S.Ələsgərovun 
“Həmişəxanım”ında  Cəbi  Cüməzadə, 
“Hardasan,  ay  subaylıq”da  Novruzəli, 
Ə.Abbasovun “Həyətim mənim – həyatım 
mənim”də 
Qulam, 
E.Sabitoğlunun 
“Hicran”ında Mitoş, “Nəğməli Könül”də 
Fərzəli,  V.Adıgözəlovun  “Nənəmin  şah-
lıq  quşu”nda  Cəsarət,  S.Hacıbəyovun 
“Qızılgül”ündə  Nadir, A.Məşədibəyovun 
“Toy  kimindir?”ində  Uzun,  E.Sabitoğlu, 
T.Vəliyevanın  “Bankir Adaxlı”,  “Sizinlə 
gülə-gülə”,  “Bildirçinin  bəyliyi”,  “92 
dəqiqə  gülüş”  trilogiyasında  Sonqulu, 
“Məhəbbət  oyunu”nda  Nuruş,  “On  min 
dollarlıq  keyf”də  Fərzəli  kimi  rolları  ta-
maşaçıların dərin rəğbətini qazanmışdır.
H.Bağırovun  teatrla  yanaşı  kino 
sahəsində də fəaliyyəti uğurlu olmuşdur. 
“Ulduz”da  Möhsün,  “Mehman”da  Arif, 
“Onun  bəlalı  sevgisi”ndə  Qaraxalov, 
“Alma-almaya  bənzər”də  Məmmədəli, 
“Şirbalanın məhəbbəti”ndə Şirbala rolları 
kino həvəskarları tərəfindən maraqla qar-
şılanmışdır.
Hacıbaba  Bağırov  1989-cu  ildə 
“Tənqid-Təbliğ”  Teatrını yaratmış, bura-
da 1996-cı ilədək teatrın direktoru və bədii 
rəhbəri vəzifələrində çalışmışdır. 1996-cı 
ildən  isə  Ş.Qurbanov  adına  Azərbaycan 
Dövlət  Musiqili  Komediya  Teatrının  di-
rektoru, bədii rəhbəri olmuşdur. O, 2001-ci 
ildə E.Sabitoğlu ilə T.Vəliyevanın yazdığı 
“Bankir  adaxlı”  tamaşasına  görə  “Qızıl 
Dərviş” mükafatına layiq görülmüşdür.
Onun  teatr  və  kino  sahəsindəki 
uğurlu  fəaliyyəti  dövlət  tərəfindən 
qiymətləndirilmiş  –  1974-cü  ildə  Res-
publikanın  Əməkdar  artisti,  1982-ci  ildə 
Azərbaycanın  Xalq  artisti  fəxri  adlarına 
layiq görülmüşdür.
Hacıbaba Ağarza oğlu Bağırov 6 okt-
yabr 2006-ci il tarixində Bakıda vəfat et-
mişdir.
Ə d ə b i y y a t
Ağaoğlu, T. Zəmanəsinin 
gülüş ustası [Mətn] 
/T.Ağaoğlu //Azərbaycan .- 
2008.- 13 iyun.- S. 6 . 
Fərəcova, Z. Sev məni 
dəlilər kimi… [Mətn]: 
[Arzu Bağırova həyat 
yoldaşı Hacıbaba Bağırov 
haqqında] //El.- 2009.- № 
74.- S.16-25. 
Komik obrazların mahir 
ifaçısı [Mətn]: Hacıbaba 
Bağırov //Mədəniyyət .- 
2010.- 11 iyun.- S. 14. 
İ n t e r n e t d ə
www.az.wikipedia.org
12
Aktyor

150
Musiqi.Opera.Balet 
75 
illiyi
ZEMFİRA SƏFƏROVA 
1937
İYUN
Zemfira Yusif qızı Səfərova 1937-
ci il  iyun ayının 10-da Bakıda ziyalı 
ailəsində anadan olmuşdur.
Z.Səfərova 1960-cı ildə Azərbaycan 
Dövlət Konservatoriyasının Nəzəriyyə 
fakültəsini bitirmişdir. 
Görkəmli  müsiqişünas  alim  Zem-
fira Səfərova 1962-ci ildə AMEA-nin 
Memarlıq  və  İncəsənət  İnstitutunun 
aspiranturasına  daxil  olmuş,  kiçik 
elmi  işçi  vəzifəsindən  şöbə  müdiri 
vəzifəsinədək  yüksəlmiş  və  1980-cı 
ildən bu günədək “Azərbaycan musi-
qisinin tarixi və nəzəriyyəsi” şöbəsinə 
rəhbərlik edir.
20-dən çox kitab, 150-dən artıq elmi 
əsərin müəllifi olan Z.Səfərovanın ya-
radıcılığı  ən  qədim  yazılı  abidəmiz 
olan  “Dədə  Qorqud”un  musiqi  dün-
yasına,  orta  əsrlərin  musiqi  elminə, 
Azərbaycan  bəstəkarlıq  məktəbinin 
klassikləri  Üzeyir  Hacıbəyli  və  Qara 
Qarayevə,  müasir  yaradıcılıq  prosesi 
və ifaçılıq sənətinə həsr edilmişdir. 
Z.Səfərova  qədim  və  orta  əsr 
Azərbaycan musiqi tarixini tədqiq et-
miş,  Səfiəddin  Urməvi,  Əbdülqadir 
əl-Marağainin,  eləcə  də  XIX  əsrin 
görkəmli  musiqişünası  Mir  Möhsüm 
Nəvvabın və b. yaradıcılığını dərindən 
tədqiq etmiş və “Azərbaycanın musiqi 
elmi (XIII-XX əsrlər)” adlı fundamen-
tal monoqrafiyasını yazmışdır. 
 O, bir sıra beynəlxalq elmi simpozi-
um və konqreslərdə müasir musiqişü-
naslığın mühüm və aktual problemləri 
mövzusunda çıxış etmişdir.
Uzun  illər  Bəstəkarlar  İttifaqının 
üzvü  olan  Z.Səfərova  hal-hazırda  İt-
tifaqın  “Musiqişünaslıq  və  tənqid” 
bölməsinin rəhbəri, “Musiqi dünyası” 
jurnallarının redaksiya heyətinin, elmi 
şuranın üzvüdür.
Z.Səfərova  1989-cu  ildə  Əməkdar 
incəsənət  xadimi,  1996-cı  ildə 
sənətşünaslıq doktoru, 1998-ci ildə isə 
professor adı almışdır. Zemfira xanım 
həmçinin “Humay ilahəsi – 96” müka-
fatı laureatıdır. 
Professor  Zemfira  Yusif  qızı 
Səfərova hal-hazırda Azərbaycan Res-
publikasının Prezidenti yanında Ali At-
testasiya Komissiyasının sənətşünaslıq 
və memarlıq üzrə ekspert komissiyası-
nın sədridir.
Ə d ə b i y y a t
Əfəndiyev, R. Musiqi 
elmimizin fədası [Mətn] 
/R.Əfəndiyev.- Bakı: Elm, 
2010.- 54 s.
 Müstəqillik dövründə 
Azərbaycan musiqisinə bir 
baxış [Mətn] // Qobustan.- 
2009.- №2.- S.12-14.
 Nəbiyev, B. Musiqi tarixi-
mizin yorulmaz tədqiqatçısı 
[Mətn] /B.Nəbiyev.- Bakı: 
Elm, 2010.- 47 s.
 Şərq və Qərbin möhtəşəm 
vəhdəti [Mətn] // Musiqi 
dünyası.-2009.-№3-4.-S.22-
24.
 Tahirzadə, Ü. Zemfira 
Yusif qızı Səfərova [Mətn]: 
biblioqrafik göstərici 
/Ü.Tahirzadə.- Bakı: Elm, 
2010. - 61 s.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
10
Musiqişünas

151
Musiqi.Opera.Balet 
65 
illiyi
FİDAN QASIMOVA 
1947
İYUN
Fidan Əkrəm qızı Qasımova 1947-
ci il iyun ayının 17-də Bakı şəhərində 
ziyalı ailəsində anadan olmuşdur. 
Hələ  uşaq  yaşlarından  musiqi 
sənətinə,  müğənniliyə  böyük  həvəs 
göstərən  Fidan  Qasımova  ilk  musi-
qi  təhsilini  Bakı  şəhərindəki  Bülbül 
adına  Musiqi  məktəbində  almışdır. 
O,  1966-ci  ildə  Üzeyir  Hacıbəyov 
adına  Azərbaycan  Dövlət  Konserva-
toriyasının  əvvəlcə  simli  alətlər,  son-
ra isə dünya şöhrətli maestro Niyazi-
nin  məsləhəti  ilə  vokal  sinifinə  daxil 
olur.  Burada  o  professional  musiqi 
nəzəriyyəçilərindən  kamil  təhsil  alır, 
simli  alətlər  üzrə  professor  Sərvər 
Qəniyevin,  vokal  üzrə  isə  dosent 
İ.A.Lvoviçin sinifində oxuyur.
Fidan Qasımova 1971-ci ildə skrip-
ka simli alətləri, 1972-ci ildə isə vokal 
sənəti üzrə ali təhsilini başa vurmuşdur. 
O,  1972-1973-cü  illərdə  P.Çaykovski 
adına Moskva Dövlət Konservatoriya-
sının  aspiranturasında  təhsil  almış  və 
1974-cü ildə oranı bitirmişdir.
F.Qasımova  tələbəlik  illərində  vo-
kal müsabiqələrində fəal iştirak etmiş, 
Vokalçıların  Zaqafqaziya  festivalında 
birinci  yer,  1973-cü  ildə  Cenevrədə 
keçirilən  II  Beynəlxalq  müsabiqədə 
gümüş medala layiq görülmüş, 1975-
ci  ildə  Niderlandda  Hertogenbosda 
yenə  də  Beynəlxalq  müsabiqədə  dip-
lomla mükafatlandırılmışdır.
Fidan  xanım  Beynəlxalq  müsa-
biqələr  laureatı  adına  layiq  görülmüş 
ilk azərbaycanlı qadın müğənnidir.
1974-cü  ildən  başlayaraq  Fidan 
Qasımova  Azərbaycan  Dövlət  Opera 
və Balet Teatrının aparıcı solisti kimi 
milli və dünya opera sənətinin repertu-
arlarına daxil olan əsərlərdəki partiya-
ların mahir ifaçısı kimi şöhrət qazan-
mışdır.
Fidan  Qasımovanın  ən  böyük 
uğurlarından  biri  1986-cı  ildə  Mosk-
vada  Böyük  Teatrın  səhnəsində 
P.Çaykovskinin  “Yevgeni  Onegin” 
operasında  Tatyana  rolunda  çıxış 
etməsidir.
F.Qasımova 
1974-cü 
ildən   
Azərbaycan  Dövlət  Konservatoriya-
sında dərs deyir. 1990-cı ildən konser-
vatoriyanın, 1992-ci ildən isə İstanbul 
Dövlət Universiteti Konservatoriyası-
nın professorudur. 
Dünyanın  bir  cox  səhnələrində 
(ABŞ, Çexiya, Almaniya, Danimarka, 
Portuqaliya, Belçika, Rumıniya, Hol-
landiya, Türkiyə  və  s.)  konsert  proq-
ramları ilə çıxış etmişdir. 
Fidan Qasımova 1982-ci ildə Res-
publikanın  Xalq  artisti,  1988-ci  ildə 
SSRİ  Xalq  artisti  fəxri  adlarına  la-
yiq  görülmüşdür.  1984-cü  ildə  isə 
Azərbaycan  Respublikasının  Dövlət 
Mükafatını  almışdır.  Fidan  xanım 
1997-ci  ildə Azəbaycan  Respublikası 
Prezidenti  Heydər  Əliyevin  Fərmanı 
ilə “Şöhrət” ordeni , 2010-cu ildə isə 
Prezident İlham Əliyevin Fərmanı ilə 
“Şərəf nişanı” ordeni ilə təltif edilmiş-
dir.
Ə d ə b i y y a t
Cabbari, R. Fidan və 
Xuraman Qasımovaların 
konsert fəaliyyətləri [Mətn] 
/R.Cabbari //Mədəni-
maarif.-2011.-№ 2.-S.48-50.
Əliyeva, F. Azərbaycandan 
böyük məhəbbətlə [Mətn] 
/F.Əliyeva //Azərbaycan-
İrs.-2002. №13.- S.26-41.
 Сюрприз от Фидан и 
Хураман Гасымовых 
[Текст] //Каспий.-2011.-11 
марта.-С.8.
Музыка возвыщающая, 
облагораживающая 
[Текст] //Бакинский 
рабочий.-2011.-10 марта 
.-С.8.
Микаладзе, Г. 
Музыкальный подарок 
Фидан Касимовой 
[Текст] /Г.Микаладзе 
// Азербайджанские 
известия.- 2009.- 25 
июня.- С. 4.
Оперные дивы [Текст] 
//Бакинский рабочий.- 
2009.- 9 июля.- С. 4.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
17
Opera müğənnisi

152
Musiqi.Opera.Balet 
95 
illiyi
CÖVDƏT HACIYEV 
1917-2002
İYUN
Əhməd Cövdət İsmayıl oğlu Hacı-
yev 1917-ci il iyun ayının 18-də  Şəki 
şəhərində anadan olmuşdur. 
O, 1935-1938-ci illərdə Azərbaycan 
Dövlət  Konservatoriyasında  L.M.Ru-
dolfun bəstəkarlıq sinifində, 1938-1941 
illərdə  Moskva  Konservatoriyasında 
A.N.Aleksandrovun sinfində oxumuş-
dur. 1947-ci ildə isə D.D.Şostakoviçin 
sinfində təhsilini başa vurmuşdur.
Onun ilk böyük əsəri “Simfoniya”nı 
1936-cı  ildə  yazmışdır.  O,  tələbəlik 
illərində  “Sosialist  Azərbaycanı” 
(1936-cı ildə), A.S.Puşkinin ölümünün 
100 illiyinə həsr etdiyi “Sibirə məktub” 
(1937-ci  ildə)  simfonik  poemaları-
nı,  üç  hissəli  “Azərbaycan  süitası”nı, 
simli kvartet və s. bəstələmişdir.
1947-ci ildən o, Azərbaycan Dövlət 
Konservatoriyasında  dərs  demiş, 
1957-1969-cu  illərdə  oranın  rektoru, 
1963-cü ildən isə professor işləmişdir.
Cövdət Hacıyev 8 saylı simfoniya-
sını hörmət və ehtiram əlaməti olaraq 
ümummilli  liderimiz  Heydər  Əliyevə 
həsr etmişdir.
 O, 1985-ci ildən Bəstəkarlar İttifa-
qı İdarə Heyətinin katibi olmuşdur. 
Onun  Azərbaycan  milli  simfo-
nik  musiqisinin  inkişafında  əvəzsiz 
xidmətləri olmuşdur.
Azərbaycan bəstəkarlarından Nazim 
Əliverdibəyov,  Nəriman  Məmmədov, 
Fəridə  Quliyeva, Aqşin  Əlizadə,  Ra-
miz Mirişli, Oleq Felzer və başqaları 
onun yetişdirmələridir. 
Cövdət Hacıyev 1945-ci ildə Qara 
Qarayevlə  birlikdə  Böyük  Vətən 
müharibəsinə  həsr  olunmuş  “Vətən” 
operasını  bəstələmiş,  bu  əsərə  görə 
1946-cı  ildə  SSRİ  Dövlət  Mükafa-
tına,  1952-cı  ildə  simfonik  musiqi 
sahəsindəki  xüsusi  xidmətlərinə  görə 
ikinci  dəfə  SSRİ  Dövlət  Mükafatı 
laureatı,  1960-cı  ildə  Azərbaycanın 
Xalq  artisti  adına,  Oktyabr  İnqila-
bı,  Qırmızı  Əmək  Bayrağı  və  “Şərəf 
nişanı”ordenləri  ilə,  eləcə  də  medal-
larla,  1998-ci  ildə  isə  Azərbaycan 
Respublikasının  Prezidenti  Heydər 
Əliyevin Fərmanı ilə “Şöhrət” ordeni 
ilə təltif edilmişdir. 
Əhməd  Cövdət  İsmayıl  oğlu  Ha-
cıyev  2002-ci  il  yanvar  ayında  Bakı 
şəhərində vəfat etmişdir.
Ə d ə b i y y a t
Onu zaman seçib [Mətn]: 
[poema] /C.Hacıyev, 
F.Ləman; red. və tərc. ed. 
S.Əhmədli.- Bakı: Qanun, 
2008.- 62 s. 
Hacıyev, İ. Onlar bir-
birlərini dəlicəsinə 
sevirdilər [Mətn]: 
[Əməkdar incəsənət xadimi 
İsmayıl Hacıyev ilə rəqqasə 
Əminə Dilbazi və bəstəkar 
Cövdət Hacıyev haqqında] 
müsahibə /İ.Hacıyev //
Ekspress.- 2009.- 21-23 
noyabr.- S. 18.
Məmmədova, H. Q.Qarayev 
və C.Hacıyevin “Vətən” 
operasının dramaturji 
inkişafında xorların rolu 
[Mətn]: musiqişünaslıq 
/H.Məmmədova //Musiqi 
dünyası .- № 3-4.- 2010.- 
S.45-50.
Tağızadə, A. Cövdət Hacı-
yev [Mətn]: monoqrafiya 
/A.Tağızadə.- Bakı: Şur, 
1992.- 17 s.
18
Bəstəkar

153
Musiqi.Opera.Balet 
115 
illiyi
MURTUZA MƏMMƏDOV 
1897-1961
İYUN
  Bülbül  (Murtuza)  Məşədi  Rza  oğlu 
Məmmədov 1897-ci il iyun ayının 22-də 
Şuşa  şəhərində  dabbaq  ailəsində  anadan 
olmuşdur.
Bülbülün  teatr  səhnəsində  ilk  çıxı-
şı  M.C.Əmirovun  1916-cı  ildə  Gəncədə 
tamaşaya  qoyulmuş  “Seyfəlmülk”  ope-
rası  ilə  bağlıdır.  Bülbül  1920-ci  ildən 
Birləşmiş Dövlət Teatrının Opera truppa-
sının  (1924-cü  ildən  Azərbaycan  Opera 
və  Balet  teatrı)  solisti  olmuş,  ilk  illərdə 
Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli 
və Kərəm”, Z.Hacıbəyovun “Aşıq Qərib” 
operalarında  İbn  Səlam,  Kərəm,  Qərib 
rollarını oynamışdır.
Bülbül  1927-ci  ildə  Bakı  Konserva-
toriyasını bitirmiş, həmin ildə vokal tex-
nikasını  daha  da  təkmilləşdirmək  üçün 
dövlət  tərəfindən  Milana  göndərilmişdir 
(İtaliyada  birinci  dəfə  1924-cü  ildə  ol-
muşdur). 1931-ci ilədək burada Delliponti 
və P.Qranidən dərs almışdır. 1931-ci ildən 
Azərbaycan  Dövlət  Konservatoriyasında 
dərs  demişdir.  Geniş  diapazonlu,  gözəl, 
məlahətli, axıcı səsi olan müğənni böyük 
aktyorluq istedadına malik idi.
O, yaratdığı obrazların xarakterini, da-
xili aləmini tamaşaçılara realist boyalarla 
çatdıra bilmişdir. Əsas partiyaları: Koroğ-
lu - “Koroğlu”, Əsgər - “Arşın mal alan”, 
Qərib  -  “Şahsənəm”,  Əliyar  -  “Nərgiz”, 
Nizami - “Nizami”, Fərhad - “Xosrov və 
Şirin”,  Aslan  -  “Vətən”  və  s.  olmuşdur. 
Koroğlu partiyası Bülbülün opera yaradı-
cılığının əlçatmaz zirvəsidir, o, romantik 
ruhlu  xalq  qəhrəmanının  daxili  aləmini 
hərtərəfli aça bilmişdir. Bülbülün ifasında 
Koroğlu partiyası müasir Azərbaycan mu-
siqi  teatrı  tarixində  mühüm  bir  mərhələ 
təşkil edir.
Bülbül  Azərbaycan  xalq  mahnılarını, 
təsnifləri böyük sənətkarlıqla ifa etmişdir. 
(“Süsən-sünbül”, “Yaxan düymələ”, “Qara 
gözlər”,  “Çal  oyna”,  “Segah  təsnifləri” 
və  s.).  Böyük  Vətən  müharibəsinin  ağır 
günlərində  Bülbül  xalqın  ümumi  işinə 
fədakarlıqla  kömək  etmişdir.  O,  sovet 
ordusu  hissələri  ilə  İranda,  Qafqaz  və 
Bryansk  cəbhələrində  olmuş,  eyni  za-
manda  ölkənin  hərbi  xəstəxanalarında 
öz  konsertləri  ilə  yaralı  döyüşçüləri 
mübarizəyə, fədakarlığa ruhlandırmışdır.
Bülbülün yaradıcılığı Azərbaycan vo-
kal sənətinin inkişafında mühüm rol oyna-
mışdır. Geniş səs imkanlarına malik olan 
Bülbülün  ifaçılığında  milli  vokal  üslubu 
ilə  İtalyan  vokal  məktəbi  ənənələri  üzvi 
şəkildə birləşmişdir. 
Bülbülün redaktəsi ilə “50 Azərbaycan 
el mahnısı” (1938) və “Azərbaycan xalq 
mahnıları”  (1956,  1958)  topluları  çap 
edilmişdir.  Bülbül  dünyanın  bir  çox 
ölkələrində  qastrolda  olmuşdur.  Hal-
hazırda  Azərbaycan  Dövlət  Konserva-
toriyası  nəzdindəki  orta  ixtisas  musiqi 
məktəbi  Bülbülün  adını  daşıyır.  Bakı 
prospektlərindən birinə Bülbülün adı ve-
rilmişdir.
Bülbül dövlətin ən yüksək mükafatları 
və adlarıyla təltif olunmuşdu: Ona SSRİ 
Xalq artisti adı və Lenin ordeni verilmiş-
dir. O, Stalin mükafatı laureatı adına layiq 
görülmüş, Ali  Sovetin  deputatı  seçilmiş, 
professor adı almışdır.
Bülbül 1961-ci il sentyabr ayının 26-
da  əbədiyyətə  qovuşmuşdur.Fəxri  Xiya-
banda dəfn edilmişdir.
Ə d ə b i y y a t
Quliyeva, G. Bülbül 
[Mətn]: fotokitab /
mətnin müəl. və tərt. ed. 
G.Quliyeva; xüs. red. 
G.Məmmədova.- Bakı : 
İşıq,1983.- 36 s.
Şuşinski, F. Bülbül [Mətn] 
/F.Şuşinski; Azərbaycan 
xalq musiqiçiləri.- Bakı, 
1985.-S.406-426.
Vəlizadə, M. Bülbülün 
Azərbaycan muğamları 
və Avropa musiqisinin 
sintezində rolu [Mətn] 
/M.Vəlizadə //Mədəni-
maarif işi. - 2005.- №12.- 
S.4-6.
Рза, Р. О Бюль-Бюле 
[Текст] //Рза, Р. Поет, 
поэзия и творчество.- 
Москва, 1978.- С.191-200. 
İ n t e r n e t d ə
www.musiqi-dünya.az
www.azeri-art.net
22
Opera müğənnisi

154
İYUL
B. 
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş.
B. 
B.E. 
Ç.A.







8 

10 
11 
12 
13 
14 
15 
16 
17 
18 
19 
20 
21 
22 
23 
24 
25 
26 
27 
28 
29
30
31 
®
Azərbaycan Pоlisi Günü (02.07.1998)
• 
Bakı-Sabunçu-Suraxanı xəttində SSRİ-də ilk 
• 
dəfə olaraq elektrik qatarının hərəkət etməsinin 
(06.07.1926) 85 illiyi
Azərbaycanın milli valyutasının-manatın 
• 
dövriyyəyə buraxılması barədə Prezident fərman 
imzalamışdır (15.07.1992)
Milli Mətbuat və Jurnalistika Günü (22.07.1875)
• 
Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin