Redaksiya heyəTİ: Baş redaktor: K. M. Tahirov



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə19/43
tarix05.03.2017
ölçüsü43,82 Kb.
#10117
1   ...   15   16   17   18   19   20   21   22   ...   43

 1992
İYUN
Birləşmiş  Millətlər  Təşkilatının  Elm, 
Təhsil və Mədəniyyət üzrə təşkilatı olan 
YUNESKO 1945-ci il noyabr ayının 16-
da yaranıb. Təşkilatın nizamnaməsi 1945-
ci ildə London konfransında qəbul edilib, 
1946-cı il noyabrın 4-də qüvvəyə minib. 
Hal-hazırda 191 ölkə bu təşkilatın üzvüdür. 
İrqindən, cinsindən, dilindən və dinindən 
asılı olmayaraq təhsil, elm və mədəniyyət 
sahələri  üzrə  xalqların  əməkdaşlığını 
genişləndirmək  yolu  ilə  sülhün  və 
təhlükəsizliyin möhkəmlənməsinə kömək 
etmək  YUNESKO-nun  əsas  məqsədidir. 
1972-ci  ildə  YUNESKO  ümumdünya 
mədəni  və  təbii  irsin  qorunması  haqqın-
da  konvensiya  qəbul  edib.  Azərbaycan 
1992-ci il iyunun 3-də YUNESKO-ya üzv 
qəbul  edilib,  1996-cı  ildə  isə  YUNES-
KO  ilə Azərbaycan  arasında  əməkdaşlıq 
sahəsində  memorandum  imzalanıb. 
Həmin  vaxtdan  etibarən  Azərbaycanla 
YUNESKO  arasında  əlaqələr  inkişaf 
etməyə başlayıb.
Bu  illər  ərzində  Azərbaycan  bu 
təşkilatın  bir  sıra  konvensiyalarına  qo-
şulub. YUNESKO-nun  himayədarlığı  ilə 
Azərbaycanda elm, təhsil, və mədəniyyət 
sahəsində bir sıra layihələr həyata keçiri-
lib. Bakı şəhərinin tarixi mərkəzi olan İçəri 
şəhər  memarlıq  kompleksi  2000-ci  ilin 
dekabr ayında Ümumdünya İrs siyahısına 
salınıb. Lakin təşkilatın İçərişəhərlə bağ-
lı  tövsiyələri  tam  yerinə  yetirilmədiyinə 
görə o, 2004-cü ilin iyulunda YUNESKO-
nun  təhlükədə  olan  abidələr  siyahısına 
daxil  edilib.  2000-ci  ildə  Azərbaycanda 
Beynəlxalq  Sülh  Mədəniyyəti  ili  geniş 
qeyd edilib, “Manifest – 2000” adı altın-
da  seminarlar,  sərgilər,  konsertlər  təşkil 
edilib.  Azərbaycan  muğamları  qurumu-
nun  “Şah  əsərləri”,  Qobustan  abidələri 
“Ümumdünya  mədəni  irs”  siyahılarına 
daxil edilib. Azərbaycanda YUNESKO ilə 
birlikdə  təhsilin,  mədəniyyətin  ayrı-ayrı 
sahələrini əhatə edən beynəlxalq miqyaslı 
tədbirlər təşkil olunub.
  YUNESKO-nun  İcra  Şurasının  177-
ci  sessiyasında  təşkilat  tərəfindən  2008-
2009-cu  illər  üçün  əlamətdar  tarixlərin 
qeyd  edilməsi  məsələsinə  baxılıb.  Şura 
Azərbaycanın elm və ədəbiyyat tarixində 
özünəməxsus yer tutmuş Mir Cəlal Paşaye-
vin, məşhur rəssam Səttar Bəhlulzadənin 
100  illik  yubileylərinin  və  Şərq  dünya-
sının  ilk  operası  hesab  edilən  “Leyli  və 
Məcnun”un  səhnəyə  qoyulmasının  100 
illiyinin  YUNESKO  çərçivəsində  qeyd 
olunması barədə qərar qəbul edilib.
2004-cü   il avqustun 13-də Azərbay-
canın  şifahi  xalq  ədəbiyyatının  və  musi-
qi  irsinin  qorunub  saxlanması  və  inkişaf 
etdirilməsi  sahəsində  yorulmaz  səylərinə 
görə Milli Məclisin üzvü, Heydər Əliyev 
Fondunun  prezidenti  Mehriban  xanım 
Əliyeva  YUNESKO-nun  Xoşməramlı 
Səfiri adına layiq görülüb. Məhz bundan 
sonra  bu  təşkilatla  Azərbaycan  arasında 
əlaqələr  daha  da  sürətlə  inkişaf  etməyə 
başlayıb.
28 iyul 2010-cu ildə YUNESKO-nun 
baş  direktoru  İrina  Bokova Azərbaycana 
rəsmi səfər edib. O, Bakıda Azərbaycanın 
YUNESKO  üzrə  Milli  Komissiyasının 
təşkilatçılığı  ilə  dəyirmi  masada  işti-
rak  edib.  Xoşməramlı  səfir  “Azərbaycan 
mədəniyyətlərarası dialoq və yaxınlaşma-
da unikal yerə malikdir” kimi əhəmiyyətli 
bəyanat vermişdir.
Ə d ə b i y y a t
Azərbaycan və YUNESKO 
[Mətn].- Bakı: Əbilov, 
Zeynalov və oğulları, 2002.- 
47 s.
İ n t e r n e t d ə
www.healt.gov.az
www.mfa.gov.az
www.unesco.org
3

142
Tarixdə bu gün 
SƏHİYYƏ İŞÇİLƏRİ GÜNÜ
 
2001
İYUN
 17 iyun ölkəmizdə Səhiyyə Nazirliyinin yarandığı 
tarixdir və bu günün səhiyyə işçilərinin peşə bayramı 
kimi qeyd olunması da elə bu amillə bağlıdır.
İnsan üçün çox qiymətli olan, lakin çox vaxt qay-
ğısına  qalmadığı  ən  böyük  sərvət  sağlamlıqdır.  İn-
san  sağlamlığını  qoruyan  qədim  peşə  sahibləri  isə 
həkimlərdir. Hələ lap qədim zamanlardan insanın sağ-
lamlıq problemləri elmli adamları çox maraqlandırırdı.  
Qədim Misir kahinləri həm də tibb elminə bələd idilər. 
Onlar fironların və əyanların meyitlərini mumiyalamaq 
üçün onların bədənini yarır və insan orqanizminin qu-
ruluşu ilə tanış olurdular. Arxeoloji qazıntılar zamanı 
tapılmış cərrahiyyə alətləri də bunu sübut edir. Qədim 
şumerlər, hindlilər, çinlilər və başqa xalqlara da tibbi 
biliklər məlum idi. Şərq müdriki, böyük türk alimi İbn 
Sinanın tibb kitabları uzun illər boyu Avropa alimlərinin 
stolüstü kitabı olmuşdur.
Ümumilikdə  isə  “Loğmanlar  ölkəsi”  adlandırılan 
Azərbaycanda  səhiyyənin  tarixi  çox  qədimdir.  Belə 
ki,  yerli  təbiətin  dərman  bitkiləri  ilə  zəngin  olma-
sı  ölkədə  təbabətin  inkişafına  əlverişli  şərait  yaradıb. 
Xidmətinin bünövrəsi təbii müalicəvi üsullarla qoyu-
lan  səhiyyəmiz  getdikcə  təkmilləşərək  bugünkü  inki-
şaf  səviyyəsinə  çatıb.  Beləliklə  də, Azərbaycanda  ilk 
iri  müalicə  müəssisəsi  yaranıb  ki,  bu  da  XIX  əsrin 
sonlarına təsadüf edir.  1870-ci ildə Bakı şəhərinin ilk 
xəstəxanası - Mixaylov adına xəstəxana açılıb və cəmi 
25 çarpayıdan ibarət olub. Burada çalışan ilk həkimlər 
isə Larionov və Medvani soyadlı tibbi işçiləri idi. XIX 
əsrin  sonu  -  XX  əsrin  əvvəllərində  neft  şirkətlərinin 
rəhbərləri  fəhlələrin  sağlamlığına  nəzarət  üçün  öz 
vəsaitləri  hesabına  xəstəxanalar  tikdiriblər.  Balaxa-
nı, Sabunçu, Ramanadakı xəstəxanalar məhz neftçilər 
üçün nəzərdə tutulmuşdu.
Azərbaycanda  tibbin  inkişafı  daha  çox  XX  əsrlə 
bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan 
sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən 
biri  də  sağlamlığı  mühafizə  ilə  bağlı  idi.  Bununla 
əlaqədar olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il 
tarixli  Sərəncamı  ilə  Səhiyyə  Nazirliyi  təşkil  olundu. 
İlk  Səhiyyə  naziri  Xudadat  bəy  Rəfibəyli  oldu.  Yeni 
təşkil olunmuş nazirliyin qarşısında o vaxtlar geniş ya-
yılmış vəba, taun, qızılca, vərəm, malyariya kimi keçi-
ci xəstəliklərin qarşısını almaq, xəstəxanalar və feldşer 
məntəqələri  açmaq,  ixtisaslı  həkimlər  və  tibb  bacıla-
rı  hazırlamaq  kimi  vəzifələr  dururdu.  Bu  məqsədlə 
Azərbaycan hökumətinin xarici ölkələrə oxumaq üçün 
göndərdiyi 100 nəfər istedadlı gənc arasında həkimlik 
ixtisasına yiyələnənlər də var idi.
Sovet dövründə də Azərbaycanda səhiyyə dövlətin 
nəzarətində olan və daimi inkişaf  edən bir sahə olub. 
Belə  ki,  bu  illərdə  tibb  işçilərinin  sayı  xeyli  artıb, 
müxtəlif rayon və kəndlərdə tibbi xidmətin səviyyəsi 
yüksəlib. Azərbaycanlı tibb işçiləri isə biliklərini artır-
maq üçün adətən Rusiyaya - Moskvaya göndəriliblər. 
Bildirək  ki,  bu  ənənə  indi  də  davam  etdirilir  və 
səhiyyənin  müxtəlif  sferalarında  çalışan  azərbaycanlı 
kadrlar  təkmilləşdirilmələri  üçün  Rusiya  da  daxil  ol-
maqla  dünyanın  bir  çox  ölkəsinə  göndərilirlər.  Bun-
dan  əlavə,  Azərbaycan  tibbi  ümumdünya  səhiyyəsi 
ilə əlaqələr qurur, ölkəmizdə vaxtilə çətin hesab olu-
nan  cərrahiyyə  əməliyyatları  gerçəkləşdirilir.  Əhaliyə 
göstərilən  tibbi  xidmətdə  aparılan  dəyişikliklərin 
ən  yaddaqalanı  isə  2008-ci  il  fevralın  1-dən  dövlət 
tibb  müssisələrində  pulsuz  tibbi  xidmətin  tətbiqini 
göstərmək olar.
XX-XXI  əsrin  hüdudlarında  insanın  sağlamlığı 
daha çox diqqət mərkəzindədir. Ümumdünya Səhiyyə 
Təşkilatının (ÜST) Nizamnaməsində sağlamlıq insanın 
ən əsas hüquqlarından hesab edilir.
İndi Azərbaycanda  öz  sənətinin  sirlərinə  dərindən 
bələd  olan,  insanların  sağlamlığı  keşiyində  duran 
minlərlə səhiyyə işçisi vardır. Azərbaycan Respublika-
sı Prezidenti Heydər Əliyevin 4 iyun 2001-ci il tarix-
li Sərəncamına əsasən 17 iyun Səhiyyə İşçiləri Günü 
kimi qeyd olunur.
17

143
Tarixdə bu gün 
NARKОMANİYAYA VƏ NARKОBİZNЕSƏ 
QARŞI BЕYNƏLXALQ MÜBARİZƏ GÜNÜ 
İYUN
Bu gün bəşəriyyəti düşündürən və ra-
hatsız edən ən ağrılı problemlərdən biri də 
cəmiyyətin ciddi bəlasına, xalqın, millətin 
təhlükə mənbəyinə çevrilən narkomaniya 
və geniş anlamda narkotizmdir.
Narkomanlığın  tarixi  çox  qədimdir. 
Hələ  eramızdan  əvvəl  narkotik  tərkibli 
vasitələr  haqqında  məlumatlara  yunan, 
roma, ərəb alim və həkimlərinin əsərlərində 
rast gəlinir. Ümumiyyətlə, tiryəkli prepa-
ratlar Orta əsrlərdə təbabətdə geniş yayıl-
mış,  tiryəkdən  hazırlanan  dərmanlardan 
ruhi  xəstələri  sakitləşdirmək,  əzabları 
azaltmaq, spazma və sarsıntıları götürmək, 
pozulmuş əsəb-sinir sistemini bərpa etmək 
kimi müalicə işlərində istifadə olunub.
Son  illər  respublikamızda  narkotik 
vasitələrə  və  bihuşedici  maddələrə  qarşı 
mübarizə xeyli güclənmiş, bu sahəyə ca-
vabdeh  olan  dövlət  orqanları  ilə  yanaşı, 
ictimai  təşkilatlar  da  fəallığı  xeyli  artır-
mışlar.  Rəsmi  statistikaya  görə  son  beş 
ildə Azərbaycanda narkomanların sayı 10 
dəfə  artıb.  Son  məlumatlara  əsasən  res-
publikada  narkomanların  rəsmi  sayı  22 
min nəfərdən artıqdır. Azərbaycanda daha 
geniş  istifadə  olunan  narkotiklər  tiryək, 
heroin,  çətənə,  həşiş,  ekstazi,  kokain  və 
LSD-dir.
Azərbaycan Respublikası mühüm tran-
zit  məntəqəsidir,  xüsusən  Əfqanıstandan 
Rusiya  və  Avropaya  heroin  nəqlində 
Azərbaycan  Respublikasında  narkotik 
maddələrin  daxili  istehlakı  artmaqda  da-
vam edir. Ölkəmizdə tələbələr narkoman-
ların üçdə birindən çoxunu 30-35% təşkil 
edir.  Heroin  istifadəçilərinin  əksəriyyəti 
64,6%  iri  şəhərlərdə  Bakı,  Sumqayıt, 
Gəncə və Lənkəranda cəmlənib.
Narkomanlıq  cəmiyyətin  özəyi  olan 
ailəni dağıdır, qeyri stabil şəraitin yaranma-
sına səbəb olur. Narkomaniya təhlükəsinə 
qarşı mübarizəni gücləndirmək məqsədilə 
Azərbaycan  Respublikasının  Preziden-
ti  26  avqust  1996-cı  ildə  “Narkomaniya 
və narkotika dövriyyəsinə qarşı tədbirlər 
haqqında”  Fərman  vermişdir.  1999-cu 
ildə  Azərbaycan  Respublikasının  Milli 
Məclisi tərəfindən “Narkotik vasitələr psi-
xotron  maddələrin  qanunsuz  dövriyyəsi 
haqqında” qanun qəbul etmişdir.
Bu fərman əsasında ölkəmizdə 2000-ci 
ilədək narkomanlığın yayılmasına, narko-
tik vasitələrin və psixotrop maddələrin qa-
nunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 
Ümummilli Proqram hazırlanmış, Narko-
manlığa və Narkotik Vasitələrin Qanunsuz 
Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət 
Komissiyası  yaradılmış,  18  iyun  1999-
cu ildə isə Milli Məclis tərəfindən “Nar-
kotik  vasitələrin,  psixotrop  maddələrin 
qanunsuz  dövriyyəsinə  qarşı  mübarizə 
haqqında” Azərbaycan  Respublikası  Qa-
nunu  qəbul  olunmuşdur.  Bu  Qanunun 
başlıca  əhəmiyyəti  ondan  ibarətdir  ki, 
Azərbaycanda narkotik tərkibli bitkilərin 
kultivasiyası, narkotik vasitələrin və psi-
xotrop maddələrin istehsalı, dərman pre-
paratlarının  və  xammalın  hazırlanması 
qanunla qadağan edilmişdir.
Narkomanlıq cinayətkarlığı, zorakılığı 
və  korrupsiyanı  yaradır,  QİÇS-in  sürətlə 
artmasına təkan verir, sosial-iqtisadi inki-
şafı səngidir, ailə və icmaları dağıdır, so-
sial partlayışlara sürükləyir.
Ə d ə b i y y a t
Cəfərov, R. Azərbaycan və 
hüquqi islahatlar [Mətn]: 
məqalələr və çıxışlar toplusu 
/Ramiz Cəfərov .- Bakı , 
2005.- 208 s. 
 Narkomaniya IV/QİÇS 
[Mətn] /Sağlam İnkişaf və 
Maarifləndirmə İctimai 
Birliyi; Azərb. Resp. Gənclər 
və İdman Nazirliyi; tərt. ed. 
İ.Əsədli; layihənin rəhbəri: 
A. Xəlilov.- Bakı : Müəllim , 
2009.- 39 s. 
İ n t e r n e t d ə
www.narkomaniya.narod.ru
www.az.wikipedia.org
26

144
Milli Qəhrəmanlar
45 
illiyi
MÖVSÜM MƏMMƏDOV 
1967
İYUN
Mövsüm  Şahin  oğlu  Məmmədov 
1967-ci il iyun ayının 6-da Xocalı ra-
yonunun  Kosalar  kəndində  dünyaya 
göz açmışdır. 
Canhəsən  kənd  ibtidai  məktəbini 
bitirdikdən  sonra  orta  təhsilini  1984-
cü ildə doğma kəndində başa vurmuş-
dur. 
1985-ci ildə ordu sıralarına çağırıl-
mışdır. 1987-ci ildə ordudan tərxis olu-
naraq Vətənə  dönmüşdür.  O,  1988-ci 
ildə Şuşa elektrik Şəbəkəsi Birliyində 
ilk əmək fəaliyyətinə başlayır.
M.  Məmmədov  1990-cı  ildən 
həyatını Daxili İşlər orqanlarına bağ-
layır.  1992-93-cü  illərdə  ağır  döyüş 
əməliyyatlarında fəal iştirak edir. 1994-
cü  ildə  Şuşa  Rayon  Polis  şöbəsinin 
Post-Patrul Xidməti bölüyünə koman-
dir təyin edilmişdir.
1995-ci  ildə  PPX-nin  komandiri 
vəzifəsinə irəli çəkilir. 
Azərbaycan  Respublikası  Prezi-
dentinin 25 fevral 1997-ci il tarixli 553 
saylı  Fərmanı  ilə  Məmmədov  Möv-
süm Şahin oğluna “Azərbaycanın Mil-
li Qəhrəmanı” fəxri adı verilmişdir.
1998-ci  ildə  DİN-nin  Polis Akde-
miyasını bitirmişdir. 
Şuşa Rayon Polis Şöbəsinin xidmət 
üzrə  rəis  müavini  vəzifəsində  çalış-
mışdır.
Ə d ə b i y y a t
Mövsüm Şahin oğlu 
Məmmədova “Azərbaycanın 
Milli Qəhrəmanı” adı 
verilməsi haqqında : 
Azərbaycan Respublikası 
Prezidentinin Fərmanı, 25 
fevral 1997-ci il [Mətn]//
Azərbaycan.- 1995.- 26 
fevral.- S.1.
Əsgərov, V. Məmmədov 
Mövsüm Şahin oğlu [Mətn] 
//Əsgərov, V. Azərbaycanın 
Milli Qəhrəmanları.- Bakı 
,2005.- S.243.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
6
Milli Qəhrəman

145
Milli Qəhrəmanlar
60 
illiyi
İSRAFİL ŞAHVERDİYEV 
1952-1994
İYUN
İsrafil  Şahverdi  oğlu  Şahverdiyev 
1952-ci il iyun ayının 11-də Laçın ra-
yonunun  Unannovu  kəndində  anadan 
olmuşdur.  1959-cu  ildə  Unannovu 
kənd orta məktəbinə getmiş, 1969-cu 
ildə həmin məktəbi bitirmişdir. 1971-
1974-cü  illərdə  ordu  sıralarında  ol-
muşdur. 1975-ci ildə Laçın rayon Da-
xili  İşlər  şöbəsində  milis  nəfəri  kimi 
əmək fəaliyyətinə başlamışdır. 
Yağı  düşmən  torpaqlarımıza  bas-
qın  edən  vaxtdan,  bir  polis  işçisi 
kimi  əhalinin  təhlükəsizliyinin  təmin 
edilməsində  və  quldurların  tutulub 
zərərsizləşdirilməsində  yaxından  işti-
rak  etmiş,  fədakarlıqlar  göstərmişdir. 
Onun  şücaəti  nəticəsində  Qaladərəsi 
kəndini  keçməyə  cəhd  edən  iki 
erməni  cəsusu  yaxalanmışdır.  Salatın 
Əsgərovanın həyatına qəsd edən qul-
durların  ələ  keçirilməsində  də  onun 
böyük əməyi olmuşdur. 
1991-ci  ilin  yazında  Qaladərəsi 
kəndini erməni quldurlarından təmiz-
ləmək  məqsədilə  plan  hazırlanır. 
Gecədən  səhərə  kimi  davam  edən 
ağır  döyüşdə  erməni  yaraqlıları  güc-
lü  müqavimətlə  rastlaşdılar  və  geri 
çəkilməyə məcbur oldular.
İsrafil  Şahverdiyev  öz  rotası  ilə 
1992-ci il sentyabrın 19-dan noyabrın 
17-nə  qədər  Hocaz  qayası  və  Hocaz 
kəndi  uğrunda  gedən  döyüşlərdə  iş-
tirak etmişdir. O, dəfələrlə kəşfiyyata 
getmiş,  düşmənin  yerinin  təyin  olun-
masında  qəhrəmanlıq  göstərmişdir.  6 
yanvar  1994-cü  il...  Onun  rotası  Fü-
zuli  rayonunun  kəndlərini  erməni  iş-
ğalından azad etmək üçün döyüşə ge-
dir. Rota Horadiz qəsəbəsini, eləcə də 
digər 4 kəndi azad edir.
İgid  komandirin  son  döyüşü  13 
yanvar  1994-cü  ildə  olur.  Rota  bir 
neçə  istiqamətdən  hucuma  keçərək, 
düşmənin  əsas  qüvvəsini  sarsıdır. 
Düşmənin müqaviməti qırılmaqda idi. 
Cəsur  komandir  yaralı  döyüşçülərinə 
kömək etmək üçün pulemyotun arxa-
sına keçir. Bu an qarşı tərəfdən atılan 
mərmi onun həyatına son qoyur.
 Ailəli idi. Üç övladı yadigar qalıb.
Azərbaycan  Respublikası  Prezi-
dentinin  15  yanvar  1995-ci  il  tarixli 
262 saylı Fərmanı ilə Şahverdiyev İs-
rafil Şahverdi oğluna ölümündən son-
ra  “Azərbaycanın  Milli  Qəhrəmanı” 
fəxri adı verilmişdir.
  Bakı  şəhərinin  Şəhidlər  Xiyaba-
nında dəfn edilib.
  Laçın  rayon  orta  məktəblərindən 
biri qəhrəmanın adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının bir qrup hərbi qulluqçusuna və polis işçilərinə 
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında : [Leytenant Şahverdi-
yev İsrafil Şahverdi oğlu – Azərbaycan Respublikasının suverenliyi və ərazi bü-
tövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalından müdafiə 
edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və 
şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunun şərəflə yerinə yetirılməsindəki 
misilsiz xidmətlərinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 
15 yanvar 1995-ci il  [Mətn]// Azərbaycan.-1995.-17 yanvar.-S.-1. (ölümündən 
sonra).
Əsgərov, V. Şahverdiyev İsafil Şahverdi oğlu [Mətn] //Əsgərov, V. Azərbaycanın 
Milli Qəhrəmanları.- Bakı, 2005.- S. 207. 
 Şahverdiyev İsrafil Şahverdi oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioq-
rafiya /tərt. ed. H.Həmidova; M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası.- 
Bakı, 2008.- S.193.
11
Milli Qəhrəman

146
Milli Qəhrəmanlar
50 
illiyi
MALİK ƏSƏDOV 
1962-1992
İYUN
 Malik Hamil oğlu Əsədov 1962-ci 
il  iyun  ayının  27-də  Yevlax  rayonu-
nun  Havarlı  kəndində  doğulmuşdur. 
1979-cu  ildə  orta  məktəbi  bitirmiş, 
sonra ordu sıralarına çağırılmışdı. Qa-
zaxıstanda  hərbi  xidmətini  başa  vur-
duqdan  sonra  Mingəçevir  şəhər  45 
saylı  Müstəqil  Hərbiləşdirilmiş  Yan-
ğından  Mühafizə  Hissəsində  əmək 
fəaliyyətinə başlamışdır.
Qarabağ  hadisələri  başlayanda 
o,  əsgər  paltarı  geyinərək  Xocalıda, 
Əsgəranda,  Ağdamda,  Şuşada  gedən 
ağır döyüşlərdə iştirak edir. Çox keç-
mir ki, onu bölmə müdiri təyin edirlər. 
Göstərdiyi  əla  xidmətlərə  görə  bir 
neçə dəfə DİN-nin Fəxri Fərmanlarına 
və mükafatlarına layiq görülür.
1992-ci il yanvar ayının 12-də onu 
Mingəçevirdən  20  nəfərlə  birlikdə 
Şuşa  şəhərinə  göndərdilər.  Onlar  bu-
rada  mühafizə  məqsədilə  postlarda 
dururdular.  Sonra  isə  onları  Daşal-
tı  kəndinin  yaxınlığındakı  Nəbilər 
kəndinə  göndərdilər.  Yanvarın  18-də 
ermənilər kəndə hər tərəfdən hücuma 
keçmişdilər. Yaraqlıların sayı yüzə ya-
xın idi. Onlar isə cəmi 6 nəfər idilər. 
Polislər geri çəkilməyə məcbur oldu-
lar.  Malik  Əsədov  bir  neçə  yara  al-
mışdı. Amma o, yenə də cəsarətlə dö-
yüşürdü.  Şuşa  polisinin  əməkdaşları 
özlərini  onlara  yetirdilər.  Lakin  artıq 
gec idi. Malik gözlərini əbədi yummuş-
du,  erməni  faşistləri  onu  qəddarlıqla 
qətlə  yetirmişdilər.  Ancaq  Malik  də 
son məqamında belə borclu qalmamış-
dı, ətrafda onlarla düşmən cəsədi yerə 
sərilmişdi.
Ailəli idi. Üç övladı var.
Azərbaycan Respublikası Preziden-
tinin 8 oktyabr 1992-ci tarixli 264 saylı 
Fərmanı ilə Əsədov Malik Hamil oğ-
luna ölümündən sonra “Azərbaycanın 
Milli  Qəhrəmanı”  fəxri  adı  verilmiş-
dir.
Havarlı kəndində dəfn edilmişdir.
Təhsil  aldığı  Havarlı  kənd  orta 
məktəbi  onun  adını  daşıyır.  Həmin 
məktəbdə  və  Mingəçevir  şəhərində  – 
işlədiyi  idarənin  önündə  qəhrəmanın 
büstü qoyulmuşdur.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına 
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında : [Əsədov Malik Hamil 
oğlu – daxili xidmət serjantı – Azərbaycan Respublikasının suverenliyi və ərazi 
bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində 
göstərdiyi şəxsi igidlik və şücaətə görə] : Azərbaycan Respublikası Prezidentinin 
Fərmanı, 8 oktyabr 1992-ci il [Mətn]//Azərbaycan.- 1992.- 9 oktyabr.- S. 1.- 
(ölümündən sonra).
Əsədov Malik Hamil oğlu [Mətn]: biblioqrafiya //Azərbaycanın Milli 
Qəhrəmanları /tərt. ed. H.Hərifət; M.F.Axundov adına kitabxana.- Bakı, 2008.- S. 
68-69.
 Əsədov Malik Hamil oğlu [Mətn] /V.Əsgərov //Azərbaycanın Milli 
Qəhrəmanları.- Bakı, 2005.- S. 67.
İ n t e r n e t d ə
 www.az.wikipedia.org
27
Milli Qəhrəman

147
Milli Qəhrəmanlar
60 
illiyi
ƏNVƏR FƏRƏCOV  
1952-1991
İYUN
Ənvər Səyyad oğlu Fərəcov 1952-
ci  il  iyun  ayının  28-də  Goranboy  ra-
yonunun  Sarov  kəndində  doğulmuş, 
1968-ci ildə Sarov kənd orta məktəbini 
bitirmişdir.  Sonra  Azərbaycan  Kənd 
Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 
1990-cı ildə Özbəkistan Milis Akade-
miyasını  bitirərək  Azərbaycan  DİN-
nin sərəncamına göndərilir.
18 avqust 1991-ci il. Ənvər Fərəcov 
yoldaşlarını  mühasirədən  çıxart-
maq üçün qeyri-bərabər döyüşə girir. 
Ermənilərin mühasirəsini yararaq po-
lis  əməkdaşlarını  itkisiz  azad  edirlər. 
Bu  əməliyyata  görə  bölmə  rəisi  DİN 
tərəfindən  mükafatlandırılır.  11  sent-
yabr 1991-ci ildə yağı düşmən böyük 
qüvvə ilə Goranboy rayonunun Erkəç, 
Mənəşli,  Buzluq  kəndlərinə  hücu-
ma  keçmişdi.  Bu,  Ənvər  Fərəcovun 
son  döyüşü  idi.  O,  bu  döyüşdə 
qəhrəmancasına həlak oldu.
Ailəli idi. Bir oğlu, bir qızı yadigar 
qalıb.
Azərbaycan  Respublikası  Prezi-
dentinin  8  oktyabr  1992-ci  il  tarixli 
214 saylı Fərmanı ilə Fərəcov Ənvər 
Səyyad  oğluna  ölümündən  sonra 
“Azərbaycanın  Milli  Qəhrəmanı  “  
fəxri adına layiq görülmüşdür.
Goranboy rayonunda dəfn edilmiş-
dir və büstü qoyulmuşdur.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına 
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında : [Fərəcov Ənvər 
Səyyad oğlu – Goranboy polis şöbəsinin Todan PB-nin rəisi – Azərbaycan 
Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin 
təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 8 oktyabr 1992-ci il [Mətn]//
Azərbaycan.- 1992.- 9 oktyabr.- S.1.- (ölümündən sonra).
Əsgərov, V. Fərəcov Ənvər Səyyad oğlu [Mətn] /V.Əsgərov //Azərbaycanın Milli 
Qəhrəmanları.- Bakı, 2005.- S. 71.
Nazim, N. Fərəcov Ənvər Səyyad oğlu: (1952-1991) [Mətn] /N.Nazim //İstiqlal 
ulduzları.- Bakı, 1995.- S. 52-53.
Seyidzadə, M. Fərəcov Ənvər Səyyad oğlu [Mətn] /M.Seyidzadə //Milli 
qəhrəmanlar zirvəsi.- Bakı, 2010. - S. 77.
Zeynalov, R. Fərəcov Ənvər Səyyad oğlu [Mətn] /R.Zeynalov //Azərbaycanın Milli 
Qəhrəmanları.- Bakı, 1996.- S. 76.
Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin