Redaksiya heyəTİ: Baş redaktor: K. M. Tahirov



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə12/43
tarix05.03.2017
ölçüsü43,82 Kb.
#10117
1   ...   8   9   10   11   12   13   14   15   ...   43

Ə d ə b i y y a t
 Adlarımız: A-Ş [Mətn] /
Osman Mirzəyev.- Bakı: 
Qanun, 2007.- 266 s.
Qurbanlı, R. Son mənzili 
qəlb olanlar [Mətn] 
/R.Qurbanlı // Gün.- 2006.-
1-7 aprel.-S.24.
O dünyasını dəyişdi, biz də 
yaşayış yerimizi [Mətn] // 
Yeni Azərbaycan.-2003.- 20 
noyabr.-S.6.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
13
Jurnalist

90
Milli ədəbiyyat
100 
illiyi
ƏKBƏR MƏFTUN 
1912-1990
APREL
Əkbər Qurban oğlu Əkbərov  (Əkbər 
Məftun)  1912-ci  il  aprel  ayının  15-də 
Naxçıvanın  Ordubad  şəhərində  anadan 
olmuşdur. O, 1921-1926-cı illərdə Naxçı-
van şəhərində beş sinifli ibtidai məktəbdə 
təhsil  almış,  sonra  1926-1930-cu  illərdə 
pedaqoji  texnikumu  bitirmişdir.  Əkbər 
Məftun  1930-1934-cü  illərdə  Nehrəm, 
Dırnıs,  Əndəmic  kəndlərində  müəllim 
işləmişdir.
1934-1938-ci  illərdə  o,  Azərbaycan 
Pedaqoji  İnstitutunun  Dil  və  ədəbiyyat 
fakültəsində  təhsil  almışdır.  Bu  illərdə 
Ə.Məftun  eyni  zamanda  “Pioner”  jur-
nalı  redaksiyasında  Bədii  şöbə  mü-
diri,  “Azərbaycan  pioneri”  qəzeti  və 
“Müəllimə kömək” jurnalı redaksiyasın-
da  ədəbi  işçi,  1935-1941-ci  illərdə  Ba-
kının 3 (6) nömrəli məktəbində müəllim 
işləmişdir.
O,  İkinci  Dünya  müharibəsinin  ilk 
günlərindən sovet ordusu tərkibində Kerç 
uğrunda  döyüşlərdə  iştirak  etmiş,  ağır 
yaralanmış,  1941-1942-ci  illərdə  Hərbi 
xəstəxanada  müalicədən  sonra  tərxis 
olunmuşdur. 
Əkbər  Məftun  sonralar  Ordubad 
şəhər  yeddiillik  məktəbində  müdir,  orta 
məktəbdə  müəllim,  eyni  zamanda  “Or-
dubad  işçisi”  (indiki  “Yeni  Ordubad”) 
qəzeti  redaksiyasında  məsul  katib,  re-
daktor,  radio  verilişləri  qovşağında  dik-
tor,  məsul  katib,  1943-1954-cü  illərdə 
M.S.Ordubadi  adına  şəhər  Dövlət  Dram 
Teatrında  müvəqqəti  müdir  kimi  çalış-
mışdır.
1954-1959-cu  illərdə  o,  S.Vurğun 
adına  Ordubad  orta  məktəbində  mü-
dir  işləmişdir.  Sonra  ailəliklə  Bakıya 
köçmüşlər.  Burada  Azərbaycan  Dövlət 
Universitetinin  nəşriyyatında  baş  redak-
tor,  “Maarif”  nəşriyyatında  baş  redaktor 
işləmişdir. 
Əkbər Məftun 1968-ci ildə “M.S.Ordu-
badinin  poeziyası”  mövzusunda  nami-
zədlik  dissertasiyası  müdafiə  etmişdir. 
1969-1985-ci  illərdə Azərbaycan  Dövlət 
Universitetinin  (indiki  BDU)  filologiya 
fakültəsində dosent işləmiş, 1985-ci ildə 
təqaüdə çıxmış və Ordubada köçmüşdür. 
O,  ədəbi  fəaliyyətə  “Təyyarəçi”  adlı 
ilk  şeiri  ilə  başlamışdır.  Bu  şeir  1935-ci 
ildə “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş-
dur. 1937-ci ildə ilk “Kiçik heykəltəraş” 
şeirlər  kitabı  çapdan  cıxmışdır.  Məftun 
1943-cü  ildən  Yazıçılar  Birliyinin  üzvü 
seçilmişdir.  Bundan  sonra  “Mənim  ba-
harım” (1972), “Şəfa bulağı” (1980) şeir 
topluları  çap  olunmuşdur.  1987-ci  ildə 
“M.S.Ordubadi” adlı monoqrafiyası nəşr 
olunmuşdur.
Əkbər  Məftun  dövri  mətbuatda  da 
müntəzəm  çıxış  etmişdir.  “Vətən  qızı” 
(1940),  “Sevənlər”  (1943),  “Nəsimi” 
(1946),  “Saray”,  “Şahin”  və  s.  pyesləri 
qələmə almışdır. 
Xidmətlərinə  görə  “Şərəf  nişanı”  , 
“SSRİ Silahlı qüvvələrinin 70 illiyi” or-
deni  və  doqquz  medalla  təltif  olunmuş-
dur. 1981-ci ildə müharibə və əmək vete-
ranı adına layiq görülmüşdür.
Şair, nasir, publisist, Yazıçılar Birliyi-
nin üzvü, Naxçıvanın Əməkdar müəllimi 
Əkbərov  Əkbər  Qurban  oğlu  1990-cı  il 
sentyabrın 14-də Bakıda vəfat etmiş, Or-
dubadda dəfn olunmuşdur.
İ n t e r n e t d ə
www.google.az
www.kataloq.net
15
Yazıçı

91
Milli ədəbiyyat
MƏMMƏD RAHİM 
1907-1977
APREL
Məmməd Abbas oğlu Hüseynov (Ra-
him) 1907-ci il aprel ayının 20-də Bakıda 
anadan olmuşdur. İbtidai təhsilə Bakıdakı 
5-ci rus-tatar məktəbində başlayan Rahim, 
sonra təhsilini 23 saylı məktəbdə davam 
etmişdir.
M.Rahim  1928-ci  ildə  Azərbaycan 
Pedaqoji 
İnstitutunun 
Şərqşünaslıq 
fakültəsinə daxil olmuş, 1932-ci ildə ins-
titutu  müvəffəqiyyətlə  bitirdikdən  sonra 
bir  neçə  il  Bakının  orta  məktəblərində 
müəllimlik etmişdir.
Rahim  şeir    yazmağa  hələ  orta  
məktəbdə  oxuduğu  vaxtdan  başlamışdır. 
Şairin  ilk  şeirləri  1926-cı  ildə  mətbuat 
səhifələrində çap olunmuşdur. Onun “Gör-
düm”  adlı ilk şeiri 1926-cı ildə “Gənc işçi” 
qəzetində, sonra isə “Gənc qızıl qələmlər” 
adlı məcmuədə işıq üzü görmüşdür. 1930-
cu ildə isə “Arzular” adlı ilk şeirlər kitabı 
nəşr edilmişdir. 
30-cu illərdə M.Rahim “İkinci kitab”, 
“Partizanın  tüfəngi”  (1937),  “Nübar” 
(1937),  “İldırımın  kitabı”  (1937)  adlı 
əsərlərini çap etdirmişdir.
Şairin 40-cı illərdə yazdığı əsərləri bu 
illərdə çap olunmuş kitablarında: “Vətən 
sevgisi”  (1942),  “Şəhərin  nəgməsi” 
(1943),  “Ölməz  qəhrəman”  (1946), 
“Xəzər  sahillərində”  (1948),  “Leninqrad 
göylərində” (1949) toplanmışdır.
M.Rahim 50-ci illərdə “İşıq”, “İki qar-
daş”, “Ögey ana” və s. poemalarını yaz-
mış, “Sevgi” (1954), “Balaca bağbanlar” 
(1955), “Məhəbbətin baharı” (1957) kitab-
larını  çap  etdirmişdir.  1955-57-ci  illərdə 
iki  cildlik  “Seçilmiş  əsərləri”  Azərnəşr 
tərəfindən nəşr olunmuşdur.
  60-70-ci  illəri  M.  Rahimin  yaradıcı-
lığında  daha  məhsuldar  dövr  adlandır-
maq olar. Həmin illərdə bir neçə poema, 
yüzlərlə  şeir  yazmış,  10-dan  çox  kitabı-
nı:  “Şeirlər  və  poemalar”,  “Arzular  gül 
açanda”,  “Tonqal  başında”,  “Dayağım”, 
“Məhəbbət dastanı” və s. çap etdirmişdir. 
Görkəmli şairin bir çox əsərləri başqa 
xalqların dilinə tərcümə olunmuşdur.
1940-cı  ildə  Azərbaycanın  Əməkdar 
incəsənət xadimi adına, 1948-ci ildə “Le-
ninqrad göylərində” poemasına görə Sta-
lin  mükafatına,  1950-ci  ildə  isə  “Lenin” 
ordeninə layiq görülmüşdür. 
“Leninqrad  göylərində”  poeması 
şairə  ümumittifaq  şöhrəti  qazandırmış-
dır.  1948-ci  ildə  çap  olunmuş  poema 
Azərbaycan  ədəbiyyatında  xüsusi  yer 
tutan  əsərlərdəndir.  Poemada  olduqca 
mənalı bir motiv də vardır, o da Vətən yo-
lunda həlak olanların ölməzliyidir. 
Onun  “Moskva”,  “Satqınlara  ca-
vab”  şeirləri  bilabasitə  sülh  uğrunda 
mübarizəyə,  müharibə  qızışdıranların  və 
irtica  qüvvələrinin  ifşasına  həsr  edilmiş-
dir.
Satira  və  yumor  M.Rahim  yaradıcı-
lığında aparıcı xətt olmasa da, hər halda 
özünəməxsus yer tutur.
1957-ci ildə anadan olmasının 50 illiyi 
münasibətilə sair “Qırmızı Əmək Bayrağı” 
ordeni ilə təltif olunmuşdur. 1964-cü ildə 
Azərbaycanın Xalq şairi fəxri adına layiq 
görülən  M.Rahim  böyük  xidmətlərinə 
görə, anadan olmasının 60-cı ildönümündə 
(1967) ikinci dəfə “Lenin” ordeni, 70-ci il 
dönümündə (1977) isə “Oktyabr İnqilabı” 
ordeni ilə təltif edilmişdir.
M.Rahim  1977-ci  il  may  ayının  6-da 
vəfat etmişdir.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri [Mətn] : 
3 cilddə /Məmməd Rahim.- 
Bakı, 1988.- C.I .-263 s.; 
C.II .-259 s.; C.III .- 261 s. 
Məmməd Rahim – 100 
[Mətn]: metodik tövsiyələr 
/tərt. ed. S.Mehrəliyeva; 
M.F.Axundov adına kitabxa-
na.- Bakı, 2006.-22 s. 
Zeynallı A. Xalq şairi 
Məmməd Rahim [Mətn]: 
anadan olmasının 75 illiyi 
münasibətilə /A.Zeynallı, 
S.Salmanov .- Bakı, 1984.- 
60 s.
20
Şair
105 
illiyi

92
Tarixdə bu gün
AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ 
1932
APREL
Azərbaycan  Yazıçılar  Birliyi  1932-ci 
il  aprel ayının 23-də Azərbaycan Yazıçı-
lar İttifaqı adı ilə yaradıldı.
O  vaxta  qədər Azərbaycan  yazıçıları 
ayrı-ayrı  ədəbi  birliklərin  və  məclislərin 
tərkibində fəaliyyət göstərirdilər. 1923-cü 
ildə Azərbaycan  yazıçılarının  bir  qrupu-
nun  təşəbbüsü  ilə  “İldırım”,  “Türk  ədib 
və şairlər ittifaqı dərnəyi” təsis olunmuş-
dur.  “Qızıl qələmlər” ədəbi cəmiyyəti də 
təxminən  bu  dövrlərdə  formalaşmış,  öz 
ətrafına gənc ədəbi qüvvələri toplamışdı. 
1925-ci  il  dekabrın  25-də  bu  cəmiyyət 
əsaslı  və  ədəbi  təşkilat  kimi  Bakıda  ya-
radıldı,  ədəbi  dərnəkləri  öz  ətrafında 
birləşdirdi.  “Qızıl  qələmlər”  cəmiyyəti 
tez-tez  müşavirələr,  ədəbi  gecələr, 
görüşlər,  məruzələr  təşkil  edir,  tədbirlər 
həyata keçirirdi. “Maarif və mədəniyyət” 
jurnalında  (indiki  “Azərbaycan”  jur-
nalında),  “Kommunist”  və  “Gənc  işçi” 
qəzetlərində müntəzəm verilən ədəbi ma-
teriallar, “Qızıl qələmlər”, “Oktyabr alov-
ları” almanaxları və ayrı-ayrı məcmuələr 
ədəbiyyatın təbliğinə, kütləvi surətdə ya-
yılmasına  xidmət  edirdi.  1927-ci  il  iyul 
ayının  əvvəllərində  Azərbaycan  yazıçı-
larının  birinci  ümumi  yığıncağında  bü-
tün ədəbi qüvvələri bir təşkilat ətrafında 
birləşdirmək  qərara  alındı.  Beləliklə, 
Azərbaycan  Yazıçılar  Cəmiyyətinin 
müvəqqəti  idarə  heyəti  yarandı.  Bakı-
da  Ümumazərbaycan  yazıçılarının  bi-
rinci  (13.01.1928)  və  ikinci  qurultayı 
(20.X.1929) çağırıldı.
ÜİK(b)P MK-nın ədəbi-bədii təşkilat-
ların  yenidən  qurulması  haqqında  1932-
ci  il  23  aprel  tarixli  Qərarından  sonra 
Azərbaycan  Yazıçılar  Cəmiyyətinin 
yenidən  qurulması  haqqında  təşkilati 
tədbirlər  görüldü  və Azərbaycan Yazıçı-
lar İttifaqı yaradıldı. Təşkilatın ilk rəhbəri 
Məmmədkazım Ələkbərli olmuşdur.
1934-cü  il  iyunun  13-də  Bakıda 
Azərbaycan Yazıçılarının I Qurultayı ke-
çirildi. Bu qurultayda Azərbaycan Yazıçı-
lar İttifaqının Naxçıvan, Gəncə və bir cox 
digər bölmələri yaradıldı.
1934-cu il yanvarın 1-dən Azərbaycan 
Yazıçılar  İttifaqının  ilk  orqanı  olan 
“Ədəbiyyat  və  incəsənət”  qəzeti  nəşrə 
başladı.
Azərbaycan Yazıçılar İttifaqının sovet 
dövründə  8  qurultayı  keçirilmişdir.  So-
nuncu  qurultay  1988-ci  ildə  çağırılmış-
dır.
1991-ci  ildə  Azərbaycan  dövlət 
müstəqilliyini  bərpa  etdikdən  sonra 
Azərbaycan Yazıçılar İttifaqı Azərbaycan 
Yazıçılar Birliyi adı ilə fəaliyyətini davam 
etdirir. Müstəqillik dövründə Azərbaycan 
yazıçıları  1991-ci  ildə  növbəti  IX  qu-
rultaynı,  1997-ci  ildə  isə  X  qurultayını, 
2004-cü ilin may ayında isə XI qurulta-
yını keçirdi. Son qurultayda Xalq yazıçısı 
Anar yenidən Azərbaycan Yazıçılar Birli-
yinin sədri seçilmişdir. 
Azərbaycan  Respublikası  Prezidenti 
tərəfindən Azərbaycan Yazıçılar Birliyinə 
və onun üzvlərinə daim qayğı göstərilir. 
Onlar  dövlətin  fəxri  adları  ilə,  orden  və 
medallarla təltif olunurlar. Gənc yazarlar 
Prezidentin fərdi təqaüdü ilə mükafatlan-
dırılmışlar.
Azərbaycan Yazıçılar Birliyinin rəsmi 
saytı yaradılmışdır.
Ə d ə b i y y a t
Bayramova, S. AYB-
ni yazarların məbədi 
hesab edirəm [Mətn] 
/S.Bayramova // Mərkəz.- 
2011.- 2 mart.- S. 8.
Çiftçi, İ. Sözün 75 yaşlı 
çinarı - Azərbaycan Yazıçı-
lar Birliyi [Mətn] /İ.Çiftçi 
//525-ci qəzet.- 2010.- 6 
fevral . - S.14.
 Elçin. Yazıçılar Birliyi, 
ədəbiyyatımız və özümüz 
[Mətn] /Elçin //525-ci qəzet 
.- 2010.- 18 fevral. - S.4.
XX əsr Azərbaycan Yazıçı-
ları [Mətn] : Ensiklopedik 
məlumat kitabı /tərt. ed. 
T.Əhmədov.-Bakı: Nurlan, 
2004.- 983 s.
Qurultaydan-qurultaya 
[Mətn] /tərt. ed. A.Əbilov.- 
Bakı: Yurd, 2004.- 181 s.
İ n t e r n e t d ə
www. az.wikipedia.org
www.google.az
23
80 
 illiyi

93
Tarixdə bu gün 
 BEYNƏLXALQ ƏQLİ MÜLKİYYƏT GÜNÜ
APREL
Beynəlxalq  Əqli  Mülkiyyət  Günü 
2000-ci  ilin  sentyabr  ayında  Ümum-
dünya  Əqli  Mülkiyyət  Təşkilatı 
(ÜƏMT) Baş Assambleyasının qərarı 
ilə təsis edilmişdir. Bu əlamətdar gü-
nün qeyd edilməsi üçün 26 aprel tari-
xinin seçilməsi isə təsadüfi deyil. Belə 
ki,  ÜƏMT-in  təsis  edilməsi  haqqın-
da  Konvensiya  1970-ci  ilin  məhz  bu 
tarixində qüvvəyə minmişdir. 
Qeyd edək ki, bu gün hər il fərqli 
deviz altında keçirilir. 
Əqli  mülkiyyət  elm,  texnika  və 
mədəniyyətin  inkişafının  mühüm 
amilidir. Əqli mülkiyyətin mühafizəsi 
sahəsindəki  dövlət  siyasəti  həm  də 
ölkənin elmi-texniki potensialının sax-
lanması, qorunması üçün zəruridir. 
Azərbaycan  1995-ci  ildə  ÜƏMT-
nın təsis etdiyi Konvensiyaya, Avrasi-
ya Patent Konvensiyasına, daha sonra-
lar isə bir sıra saziş və müqavilələrinə 
qoşulub,  Avropa  Patent  Təşkilatı  ilə 
əməkdaşlıq əlaqələri yaradıb. Ölkənin 
texniki  və  iqtisadi  siyasətinin  həyata 
keçirilməsində özünəməxsus rol oyna-
yan, intellektual kapitaldan istifadənin 
genişləndirilməsi  və  texnoloji  inkişa-
fın stimullaşdırılması, kontrafakt mal-
ların  dövriyyəsinə  qarşı  mübarizənin 
genişləndirilməsi və s. kimi sahələrdə 
işlərin yerinə yetirilməsinə yardım edən 
patent sistemi sahəsində dövlət siyasəti 
bu gün də davam etdirilir. Patent sis-
temi  vasitəsilə  sənaye  mülkiyyəti 
obyektlərinə  dair  iddia  sənədlərinin 
qəbulu  və  ekspertizası  həyata  keçi-
rilir,  dövlət  reyestri  aparılır,  müvafiq 
mühafizə  sənədləri  verilir,  bu  sahədə 
hüquqların qorunmasına və beynəlxalq 
sistemlərə inteqrasiyaya təminat yara-
dılır, qanunvericiliyə uyğun digər işlər 
yerinə yetirilir. Azərbaycanda Ümum-
dünya  Əqli  Mülkiyyət  Günü  2001-ci 
ildən  etibarən  geniş  qeyd  edilir,  bu 
münasibətlə silsilə tədbirlər təşkil edi-
lir. 
Ə d ə b i y y a t
Beynəlxalq xüsusi hüquqda 
əqli mülkiyyət [Mətn] // 
Beynəlxalq xüsusi hüquq. - 
Bakı.- 2007.-S.321-381.
İ n t e r n e t d ə
www.anspress.com
www.rabita.az
www.copag.gov.az
26

94
Milli Qəhrəmanlar
45  
illiyi
QORXMAZ EYVAZOV 
1967-1994
APREL
Qorxmaz Abış oğlu Eyvazov 1967-
ci il aprel ayının 1-də Laçın rayonunun 
Güləbird  kəndində  anadan  olmuşdur. 
O, 1984-cü ildə orta məktəbi bitirərək, 
127  saylı  texniki-peşə  məktəbinə  da-
xil  olmuşdur.  1985-ci  ildə  ordu  sı-
ralarına  çağırılmış  və  Ukraynada 
hərbi  xidmətdə  olarkən  6  aylıq  ser-
jantlıq  kursunu  bitirmişdir.  Xidmət 
müddətində  fəxri  fərmanlarla  yanaşı, 
birinci dərəcəli idmançı vəsiqəsi almış 
və döş nişanı ilə də təltif edilmişdir.
Qorxmaz  1987-ci  ildə  əsgəri 
xidmətini  başa  vurub  vətənə  dönmüş 
və  1988-ci  ildə  Laçında  yaradılmış 
partizan dəstəsinə qoşulmuşdur. 1992-
ci ilin mart ayında Laçın rayon Polis 
şöbəsində işə qəbul edilmişdir. Sıravi 
polis  işçisi  Q.Eyvazovun  döyüş  yolu 
öz doğma yurdundan Qazdərəsi, Sua-
rası,  Mazutlu  kəndlərinə  kimi  uzanır. 
Qızartı  dağı  uğrunda  gedən  döyüşlər 
zamanı onun xüsusi fəallığı nəticəsində 
düşmənin bir tankı ələ keçirilir. 4 av-
qust  1992-ci  ildə  erməni  quldurları 
Qızartı  dağını  yenidən  ələ  keçirmək 
üçün hücuma keçirlər. Cəsur döyüşçü 
bu vuruşda qolundan güllə yarası alır. 
O, sağalan kimi, qısa müddətdən son-
ra yenidən döyüşə atılır, Füzuli rayo-
nu ərazisində gedən döyüşlərdə böyük 
şücaət göstərir. Horadiz əməliyyatı za-
manı göstərdiyi igidliyə görə onu rota 
komandiri təyin edirlər.
10 fevral 1994-cü ildə Cəbrayıl ra-
yonunun  Cocuq  Mərcanlı  kəndində 
Qorxmazın  son  döyüşü  oldu.  O, 
düşmənin xeyli canlı qüvvəsini məhv 
etmiş və özü də bu döyüşdə həlak ol-
muşdur. Ailəli idi. İki övladı var.
Azərbaycan  Respublikası  Prezi-
dentinin  15  yanvar  1995-ci  il  tarixli 
262  saylı  Fərmanı  ilə  Qorxmaz Abış 
oğlu  Eyvazova  ölümündən  sonra 
“Azərbaycanın  Milli  Qəhrəmanı”  adı 
verilmişdir.  Sumqayıt  şəhərindəki 
Şəhidlər  Xiyabanında  dəfn  edilmiş-
dir.  Laçın  rayonunun  Güləbird  kənd 
xəstəxanası qəhrəmanın adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının bir qrup hərbi qulluqçusuna və polis işçilərinə 
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Eyvazov Qorxmaz Abış 
oğlu – Daxili İşlər Nazirliyi, starşina – Azərbaycan Respublikasının suverenliyi və 
ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçıların-
dan müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi 
şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunun şərəflə yerinə 
yetirilməsindəki misilsiz xidmətlərinə görə] : Azərbaycan Respublikası Prezidenti-
nin Fərmanı, 15 yanvar 1995-ci il [Mətn] //Azərbaycan.- 1995.- 17 yanvar.- 
S. 1.- (ölümündən sonra). 
Eyvazov Qorxmaz Abış oğlu [Mətn] : biblioqrafiya //Azərbaycanın Milli 
Qəhrəmanları /tərt. H.Həmidova; M.F.Axundov adına Azərbaycan Milli Kitabxa-
nası.- Bakı, 2008.- S. 48.
Əsgərov, V. Eyvazov Qorxmaz Abış oğlu [Mətn] //V.Əsgərov Azərbaycanın Milli 
Qəhrəmanları.- Bakı, 2005.- S. 43.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
1
Milli Qəhrəman

95
Milli Qəhrəmanlar
60 
illiyi
ALI MUSTAFAYEV  
1952-1991
APREL
Alı Mustafa oğlu Mustafayev 1952 
-ci il aprel ayının 14-də Qazax rayo-
nunun  Qazaxbəyli  kəndində  fəhlə 
ailəsində  doğulmuşdur.  1959-cu  ildə 
Qazaxbəyli kənd səkkizillik məktəbinə 
getmiş, 1969-cu ildə Daş Salahlı kənd 
orta məktəbini bitirmişdir. 
  1971-1973-cü  illərdə  ordu  sıra-
larında  xidmətdə  olmuşdur.  1976-cı 
ildə BDU-nin Jurnalistika fakültəsinə 
daxil olmuş, 1981-ci ildə təhsilini bi-
tirib,  Azərbaycan  Dövlət  Teleradio 
Şirkətinin  “Xəbərlər”  proqramında 
jurnalist  kimi  fəaliyyətə  başlamışdır. 
Jurnalist  kimi  Qarabağ  savaşlarında 
iştirak etmişdir.
Ədəbi-bədii  yaradıcılığa  tələbəlik 
illərindən  başlamışdır.  Onun  lirik 
şeirləri  və  publisist  yazıları  dövri 
mətbuatda müntəzəm çap edilmişdir. 
Erməni  faşist  quldurlarının  Azər-
baycana  hücumu  dövründə  Dağlıq 
Qarabağdan  –  qaynar  nöqtələrdən, 
eləcə də yüksək dövlət səviyyəli rəsmi 
görüşlərdən  hazırladığı  müsahibə  və 
reportajlarla rəğbət qazanmışdır. 1989-
1990-cı  illərdə  Moskva  şəhərində 
Azərbaycan  Respublikası Ali  Məclisi 
tərəfindən  parlament  müxbiri  olmuş-
dur . 
1991-ci il noyabr ayının 19-da Dağ-
lıq Qarabağın Qarakənd kəndi yaxın-
lığında  sülh  məramlı  nümayəndələri 
aparan  vertolyotun  düşmən  mərmisi 
tərəfindən vurulması nəticəsində şəhid 
olmuşdur.
 Bakıda Şəhidlər Xiyabanında dəfn 
edilmişdir.
1991-ci ildə fəaliyyətinə görə “İlin 
ən  yaxşı  jurnalisti”  mükafatına  layiq 
görülmüşdür. 
Ölümündən sonra ona Azərbaycan 
Respublikası  Prezidentinin  6  noyabr 
1992-ci  il  tarixli  294  saylı  Fərmanı 
ilə  “Azərbaycanın  Milli  Qəhrəmanı” 
fəxri  adı  verilmişdir.  Nərimanov  ra-
yonundakı  202  saylı  orta  məktəb Alı 
Mustafayevin adını daşıyır. 
Ə d ə b i y y a t
Mustafayev, A. Dəli 
bir ağlamaq keçir 
könlümdən [Mətn]: şeirlər 
/A.Mustafayev.- Bakı: Nicat, 
1992.- 152 s.
Əsgərov, V. Mustafayev 
Alı Mustafa oğlu [Mətn] //
Əsgərov V. Azərbaycanın 
Milli Qəhrəmanları.- Bakı, 
2005.- S.161.
İbrahimova, A. Vətən üçün 
ölüm həyatın davamıdır 
[Mətn] /A.İbrahimova //
Hərbi and.- 2007.- 14 
aprel.- S.7.
 Nazim, N. Mustafayev Alı 
Mustafa oğlu [Mətn] //
Nazim N. İstiqlal ulduz-
ları: Azərbaycanın milli 
qəhrəmanları.- Bakı, 1995.- 
S.127-129.
İ n t e r n e t d ə
 www.az.wikipedia.org
www.google.az
14
Milli Qəhrəman

96
Milli Qəhrəmanlar
45  
illiyi
RİZVAN TEYMUROV 
1967-1991
APREL
Rizvan  Rəhman  oğlu  Teymurov  
1967-ci  il  aprel  ayının  16-da  Şuşa 
rayonunun  Quşçular  kəndində  ziya-
lı  ailədə  anadan  olmuşdur.  1984-cü 
ildə  doğma  kəndlərində  orta  məktəbi 
bitirərək,  1985-ci  ildə  ordu  sıralarına 
çağırılmışdır. Əsgəri xidmətini Omsk 
şəhərində başa vurduqdan sonra vətənə 
qayıdır. 1987-ci ildə Rusiyanın Arxan-
gelsk  vilayətinə  gedir.  1990-cı  ildə 
yenidən vətənə qayıdır və Şuşa rayon 
DİŞ-nin Xüsusi Təyinatlı Polis Dəstəsi 
yarananda  dəstənin  üzvlərindən  biri 
də  R.  Teymurov  olur.  Bu  dəstə  Qa-
radağlı,  Sırxavənd,  Umudlu,  Meşəli, 
Cəmilli  kəndlərində  erməni  yaraqlı-
larına qarşı mübarizədə iştirak etmiş-
dir.  1991-ci  il  9  dekabrda  Xankəndi 
və  Kərkicahan  ətrafında  gedən  qanlı 
döyüşdə qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbycan  Respublikası  Preziden-
tinin  8  oktyabr  1992-ci  il  tarixli  264 
saylı  Fərmanı  ilə  Teymurov  Rizvan 
Rəhman  oğluna  ölümündən  sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 
adı verilmişdir.
Şuşa  şəhərinin  Quşçular  kəndində 
dəfn olunmuşdur. Bakının Nizami ra-
yonundakı küçələrdən biri onun adını 
daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına 
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Teymurov Rizvan 
Rəhman oğlu – starşina – Azərbaycan Respublikasının suverenliyi və ərazi 
bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində 
göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin 
Fərmanı, 8 oktyabr 1992-ci il / [Mətn]/Azərbaycan.- 1992.- 9 oktyabr.- S.1.- 
(ölümündən sonra).
Əsgərov, V. Teymurov Rizvan Rəhman oğlu [Mətn] / V. Əsgərov //Azərbaycanın 
Milli Qəhrəmanları.- Bakı, 2005.- S. 212.
 Nazim, N. Teymurov Rizvan Rəhman oğlu: (1967-1991) [Mətn] /N. Nazim //İstiq-
lal ulduzları.- Bakı, 1995.- S. 166-168.
Seyidzadə, M. Teymurov Rizvan Rəhman oğlu [Mətn] / M. Seyidzadə // Milli 
qəhrəmanlar zirvəsi. - Bakı, 2010. - S. 216.
Zeynalov, R. Teymurov Rizvan Rəhman oğlu: (1967-1991) [Mətn] //Zeynalov, R. 
Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 1996.- S. 87.
Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin