Redaksiya heyəTİ: Baş redaktor: K. M. Tahirov



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə11/43
tarix05.03.2017
ölçüsü43,82 Kb.
#10117
1   ...   7   8   9   10   11   12   13   14   ...   43

İ n t e r n e t d ə
www.az.wikipedia.org 
www.azeriart.net
13
Aktyor

81
Teatr.Kino.Estrada.Sirk
100  
illiyi
ƏNVƏR BEHBUDOV 
1912-1992
MART
Ənvər Məcid oğlu Behbudov 1912-
ci il mart ayının 20-də Şuşa şəhərində 
anadan olmuşdur. Hələ uşaqkən anası-
nın yaratdığı dram dərnəyi onda kiçik 
yaşlarından  teatra  maraq  yaratmış-
dı. Teatra  vurğunluğu  onu  Moskvaya 
gətirmişdi.  17  yaşlı  gənc  çətinliklərə 
baxmayaraq burada Dövlət Teatr Sənəti 
İnstitutunun  rejissorluq  fakültəsinə 
daxil olmuşdur. 1942-ci ildə Ümumit-
tifaq Dövlət Teatr Sənəti İnstitutunun 
rejissorluq fakültəsini bitirmişdir.
O, 1944-1946-cı illərdə Ulyanovsk, 
1946-1948-ci  illərdə  Xabarovsk, 
1948-1954-cü  illərdə  Novosibirsk 
teatrlarında  rejissor  və  bədii  rəһbər 
olmuşdur.  1954-1959-cu  illərdə  Ka-
zanda,  Kaçalov  adına  Böyük  Dram 
Teatrında  və  1959-1964-cü  illərdə 
Rostovda  M.Qorki  adına  Dram Teat-
rında baş rejissor işləmişdir. Bu illərdə 
N.Poqodinin  “Tüfəngli  adam”,  M. 
Şoloxovun “Oyanmış torpaq”, N. Qo-
qolun  “Ölü  canlar”,  E.  Radzinskinin 
“Məһəbbət  һaqqında  104  səһifə”  və 
s.  tamaşaların  quruluşunu  vermişdir. 
Görkəmli rejissor 1965-ci ildə RSFSR 
Xalq  artisti  fəxri  adına  layiq  görül-
müşdür.
Ənvər  Behbudov  1966-cı  ildən 
Azərbaycan  Opera  və  Balet  Teatrın-
da  baş  rejissor  işləmiş,  dahi  bəstəkar 
Üzeyir Hacıbəylinin “Koroğlu” opera-
sını tamaşaya qoymuşdur. 
Ə.Behbudov 
1969-cu 
ildən 
Azərbaycan  Rus  Dram  Teatrının  baş 
rejissoru olmuşdur. O, burada M. Şat-
rovun  “Altı  iyul”,  M.  Dvoretskinin 
“Kənar  adam”,  R.  İbrahimbəyovun 
“Öz  yolunla”,  N.Xəzrinin  “Sən  yan-
masan”,  A.  Vampilovun  “Ötən  yay 
Çulimskdə”, A.Gelmanın  “Bir  iflasın 
protokolu”  və  s.  əsərləri  tamaşaya 
qoymuşdur. 
Yaradıcılığına  qiymət  verilmədi-
yində rejissor Ənvər Behbudov ikinci 
dəfə Rusiyaya gedir. Lakin çox keçmir 
ki,  o  yenidən  Bakıya,  qardaşı  Rəşid 
Behbudovun  yaratdığı  mədəniyyət 
ocağına - Mahnı Teatrına qayıdır. Bu 
teatrda olduqca maraqlı tamaşalar ha-
zırlayan baş rejissor burada özünü çox 
xoşbəxt sanır. Lakin bu çox uzun sür-
mür.  Rəşid  Behbudovun  vəfatından 
sonra Ənvər müəllim birdəfəlik Mosk-
vaya köçür.
Tanınmış  rejissor  1965-ci  ildə 
Azərbaycanın Xalq artisti adına layiq 
görülmüş,  Qırmızı  Əmək  Bayrağı  və 
“Şərəf nişanı” ordenləri, һəmçinin, bir 
sıra medallarla təltif edilmişdir.
Ə. Behbudov 1992-ci il martın 28-
də 80 yaşında Moskvada vəfat etmiş-
dir.
Ə d ə b i y y a t
Ənvər Behbudov//Azər-
baycan Sovet Ensiklope-
diyası [Mətn]: 10 cilddə.- 
Bakı.- 1978.- II cild.- S. 129.
 Ənvər Behbudov [Mətn].- 
Bakı: İşıq , 1974.- 8 s.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
20
Rejissor

82
Teatr. Kino.Estrada.Sirk
95 
illiyi
YUSİF VƏLİYEV 
1917-1980
MART
Yusif Abdulla oğlu Vəliyev 1917-ci il 
mart ayının 22-də Dərbənddə doğulmuş-
dur. O, qeyri-adi səhnə danışığına malik, 
dramatik-psixoloji rolların misilsiz ifaçı-
sı, zəngin yaradıcılığı ilə Gənc Tamaşaçı-
lar Teatrında aktyor məktəbi yaratmış bir 
sənətkardır.
Y. Vəliyev 1933-1936-cı illərdə Bakı 
Teatr  Texnikumunda  təhsil  almışdır. 
Tələbəlik  illərində  Milli  Dram Teatrının 
tamaşalarında  kütləvi  səhnələrə,  sözsüz 
rollara  çıxmaqla,  eyni  zamanda  Yəhudi 
Dövlət  Dram  Teatrında  işləyən  aktyor 
yəhudi dilində də bir neçə rol ifa etmiş-
dir. 
Texnikumu  bitirəndə  yenicə  açılan 
Mirzə  Ələkbər  Sabir  adına  Nuxa  (indi-
ki Şəki) Dövlət Dram Teatrına işləməyə 
göndərilən  aktyor  teatr  bağlananadək, 
yəni  1949-cu  ilədək  orada  işləyib,  teat-
rın ən öncül sənətkarlarından biri olmuş-
dur. Aktyor Nəcəf bəy Vəzirovun “Hacı 
Qəmbər” əsərində Əşrəf bəy, Mirzə Fətəli 
Axundzadənin “Hacı Qara” əsərində Hacı 
Qara,  “Molla  İbrahimxəlil  kimyagər”də 
İbrahimxəlil,  Sabit  Rəhmanın  “Toy” 
komediyasında  Surxay,  “Xoşbəxtlər” 
komediyasında  Sadıq,  Cəfər  Cabbarlı-
nın  “Almaz”  əsərində  Şərif,  “1905-ci 
ildə”  general-qubernator,  “Aydın”  da 
Aydın,  “Oqtay  Eloğlu”da  Oqtay,  “Od 
gəlini”ndə Elxan, “Sevil” də Balaş, “Sol-
ğun  çiçəklər”də  Bəhram,  Səməd Vurğu-
nun  “Vaqif”  əsərində Vaqif,  Mirzə  İbra-
himovun “Həyat” əsərində Süleyman və 
b.  tamaşalarda  xaraktercə  fərqli  rollar 
yaratmışdır. 
Yusif  Vəliyev  1949-cu  ilin  yazında 
Şəkidən  Bakıya  gələrək  Rus  Dram  Te-
atrında  aktyorluq  edib.  Yusif  Vəliyevin 
əsas yaradıcılığı 1949-cu ilin axırlarından 
ömrünün  sonunadək  Gənc  Tamaşaçılar 
Teatrı ilə bağlı olmuşdur. Aktyor onlarca 
bir-birindən fərqli, yaddaqalan rollar ya-
ratmışdır.
Y.Vəliyev Gənc Tamaşaçılar Teatrının 
rus bölməsində hazırlanan Mixail Şatro-
vun “İnqilab naminə” pyesinin tamaşasın-
da Lenin rolunu ifa etmişdir. Onun ifası 
sənətkarlıq baxımından rus həmkarlarının 
oyunlarından daha canlı və real alınmış-
dır. 
 Aktyor “Azərbaycanfilm”in kinoların-
da epizodik rollar oynasa da, çox maraq-
lı, yaddaqalan xarakterlər yaratmışdır. O, 
“Zirvə” (Bələdçi), “Sən nə üçün yaşayır-
san?” (Balıqçı), “Nəsimi” (Teymurləng), 
“Qatır Məmməd” (Halvaçı), “Tütək səsi” 
(Qurban), “Arxadan vurulan zərbə” (Qurd 
Cəbrayıl), “Uşaqlığın son gecəsi” (İş ic-
raçısı), və s. kinofilmlərində çəkilib. “Nə 
yaxşı  ki,  Səməd  Vurğun  var...”  sənədli 
filmində  Qacar  rolunda  “Vaqif”dən  bir 
parça ifa etmişdir. 
  Uzunillik  səhnə  yaradıcılığında  əldə 
etdiyi sənət nailiyyətlərinə, gənclərə örnək 
olan zəngin irs yaratdığına görə Yusif Ab-
dulla  oğlu Vəliyev  24  may  1960-cı  ildə 
Azərbaycan  Respublikasının  Əməkdar 
artisti, 9 fevral 1979-cu ildə Xalq artisti 
fəxri adları ilə təltif olunmuşdur. 
 1980-ci il martın 18-də vəfat edən bö-
yük sənətkar Bakıdakı yeni “Qurd qapısı” 
qəbiristanlığında dəfn olunmuşdur.
Ə d ə b i y y a t
Burcəliyeva, Ş. Onun 
möcüzəli sənət dünyası 
[Mətn] /Ş.Burcəliyeva // 
Mədəniyyət.- 2011.-30 
mart.- S.11.
İki böyük sənətkarın ad 
günüdür [Mətn] // Mərkəz.- 
2011.- 19 mart.- S.11.
 Məhərrəmova, T. Lenin 
rolunu o qədər məharətlə 
ifa edib ki…. [Mətn] 
/T.Məhərrəmova //Kaspi.- 
2010.-18 mart.- S. 15.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
22
Aktyor

83
Fəlsəfə.İqtisadiyyat.Hüquq
80 
illiyi
ZÜMRÜD QULUZADƏ 
1932
MART
Zümrüd  Əliqulu  qızı  Quluzadə 
1932-ci  il  mart  ayının  17-də  ziyalı 
ailəsində  anadan  olmuşdur.  1949-cu 
ildə orta məktəbi fərqlənmə ilə bitirmiş, 
S.M.Kirov  adına  Azərbaycan  Dövlət 
Universitetinin  Tarix  fakültəsinin 
fəlsəfə şöbəsinə daxil olmuşdur. 1954-
cü ildə universiteti fərqlənmə ilə bitir-
mişdir. 
 Z.Quluzadə 1954-cü ildən 1957-ci 
ilə  kimi  V.İ.Lenin  adına  Azərbaycan 
Pedaqoji  İnstitutunun  Fəlsəfə  kafed-
rasının  aspirantı  olmuşdur.  1957-ci 
ildə  aspiranturanı  bitirdikdən  sonra 
Azərbaycan Milli Elmlər Akademiya-
sının  Fəlsəfə,  Sosiologiya  və  Hüquq 
İnstitutunda  işə  düzəlmişdir.  Hazırda 
həmin İnstitutun Fəlsəfə və İctimai fi-
kir tarixi şöbəsinin müdiri vəzifəsində 
çalışır.
1970-ci  ildə  Zümrüd  xanım  “An-
toqonist  cəmiyyətdə  üstqurumun 
rolu”  namizədlik  dissertasiyasını 
müdafiə  etmişdir.  Onun  doktorluq 
işi isə Azərbaycan məkanında ən bö-
yük  fəlsəfi  cərəyanlardan  birinə  – 
“Hürufilik  və  onun  Azərbaycandakı 
nümayəndələri”nə həsr olunmuşdur. 
Sonralar  onun  bu  qəbildən  olan 
tədqiqatları  sırasına  “Насими  - 
философ  и  поет  Востока”  (1973), 
“Мировоззрение  Касими  Анвара” 
(1976),  “Теоретические  проблемы 
истории  культуры  Востока  и 
низамиведение” (1987), “Из истории 
азербайджанской 
философии 
VII-XVI  вв.”  (1992),  “Проблемы 
физуливедения”  (2006)  kimi  əsərlər 
daxil edildi.
Bundan  başqa,  Azərbaycan  mə-
kanında  Qərb-Şərq  problemi  fəlsəfi 
aspektdə  ilk  dəfə  Zümrüd  Quluzadə 
tərəfindən “Закономерности развития 
восточной философии XIII-XVI вв.” 
və “Проблема Запад-Восток” (1984) 
monoqrafiyasında tədqiq olunmuşdur.
Zümrüd  Quluzadə  1966-cı  ildə 
çap  olunan  “Очерки  по  истории 
азербайджанской  философии”  kita-
bının redaksiya şurasının üzvü, 2002-
2007-ci illərdə çoxcildli “Azərbaycan 
fəlsəfə tarixi” kitabının birinci və ikin-
ci cildinin məsul redaktoru olmuşdur. 
Zümrüd 
Quluzadənin 
elmi 
fəaliyyətində  1996-cı  ildə  onun 
təşəbbüsü və baş redaktorluğu ilə nəşr 
olunan  “Şərq  fəlsəfəsi  problemləri” 
adlı  beynəlxalq  elmi-nəzəri  jurna-
lın  xüsusi  yeri  var.  Azərbaycan,  rus, 
ərəb, fars, türk, ingilis, alman və fran-
sız  dillərində  geniş  xülasələrlə  dərc 
edilən  jurnal Azərbaycan  mədəniyyət 
tarixində  fəlsəfəyə  dair  ilk  jurnaldır. 
Jurnalın əhatə etdiyi problemlərə, adı-
na görə müasir dünya mədəniyyətində 
analoqu yoxdur.
Zümrüd xanım 2001-ci ildə “Elmi 
professional  qadınların  məşvərət 
şurası”na üzv seçilmiş və “2000-ci ilin 
qadını”  fəxri  diplomu  ilə  təltif  edil-
mişdir.
Ə d ə b i y y a t
“Xristianlıq: Tarix və 
fəlsəfə” adlı yeni kitab işıq 
üzü gör¬dü [Mətn]: [Aydın 
Əlizadənin eyni adlı kitabı 
haqqında] /Z.Quluzadə //
Elm.- 2007.- 2 oktyabr.- S.2.
Azərbaycan dövlətçilik kon-
sepsiyası və Qafqaz Alba-
niyası tarixi “Kitabi-Dədə 
Qorqud” eposu işığında 
[Mətn] /Z.Quluzadə //Elm.- 
2009.- 26 noyabr.- S.5.
Quluzadə, Z. Gender 
Azərbaycanda [Mətn] 
/Z.Quluzadə; BMT-nin 
Əhali Fondu (UNFPA).- 
Bakı, 2006.- 328 s.
Quluzadə, Z. Heydər Hü-
seynovun ömür konsepsiyası 
[Mətn] /Z.Quluzadə //Elm.- 
2009.- 15 iyul.- S.4-5.
Quluzadə, Z. Respublika-
da fəlsəfənin vəziyyəti və 
inkişaf persrektivləri [Mətn] 
/Z.Quluzadə //Elm.- 2007.- 
29 dekabr.- S.14.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
17
Filosof

84
APREL
B.
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 









10 
11 
12 
13 
14 
15 
16 
17 
18 
19 
20 
21 
22 
23 
24 
25 
26 
27 
28 
29
30
31 
®
Ümumdünya Gülüş Günü (01.04.1564)
• 
Kəlbəcər rayonunun işğalı günü (02.04. 1993)
• 
Ümumdünya Sağlamlıq Günü (07.04.1950)
• 
Ümumdünya Aviasiya və Kosmonavtika Günü 
• 
(12.04.1962)
Beynəlxalq Mədəniyyət Günü (15.04.1935)
• 
Ümumdünya Hemofiliya Günü (17.04.1964)
• 
Tarixi Abidələrin Mühafizəsi Günü (18.04.1983)
• 
Ümumdünya Yer Günü (22.04.1970)
• 
Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü 
• 
(23.04.1996)
1834-cü ildə M.F.Axundzadə Tbilisiyə getmiş, Qafqaz canişininin 
baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin 
olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü 
ildə ona hərbi rütbə - polkovnik rütbəsi verilmişdir. 
1 aprel 
Gün çıxır 07:50  
Gün batır 20:06
30 aprel 
Gün çıxır 07:56  
Gün batır 20:36
21 mart- 20 aprel
Qoç bürcünün 
Nişanəsi 
oddur. Marsın 
himayəsindədir. 
Günəşin Qoç 
bürcündən 
keçdiyi dövrdə 
doğulanlar 
qüvvətli və çevik 
olurlar.
200 il
1812-1878
M.F.Axundzadə

85
Milli ədəbiyyat
Əməkdar mədəniyyət işçisi, şair Cəfərov Ayaz Rza oğlunun (Ayaz Vəfalı) 
(01.04.1937) аnаdаn оlmаsının 75 illiyi
Tənqidçi, ədəbiyyatşünas Əliyev Xeyrulla Salman oğlunun (02.04.1932) 
аnаdаn оlmаsının 80 illiyi
Filologiya elmləri doktoru, professor Quliyeva Lalə Hüseyn qızının 
(05.04.1942) оlmаsının 70 illiyi
Ədəbiyyatşünas, folklorşünas, dramaturq, filologiya elmləri doktoru
professor Təhmasib Məmmədhüseyn Abbasqulu oğlunun (12.04.1907-
05.10.1982) аnаdаn оlmаsının 105 illiyi
Əməkdar jurnalist Mirzəyev Osman Mirzə Hüseyn oğlunun (13.04.1937-
20.11.1991) аnаdаn оlmаsının 75 illiyi
Nasir, tərcüməçi Qasımov Əli Camal oğlunun (Əli Səbri) (15.04.1892-
19.02.1983) аnаdаn оlmаsının 120 illiyi
Şair, publisist Əkbərov Əkbər Qurban oğlunun (Əkbər Məftun) (15.04.1912-
14.09.1990) аnаdаn оlmаsının 100 illiyi
Şərqşünas, filologiya elmləri doktoru Eyvazova Roza Hüseyn qızının 
(16.04.1937) аnаdаn оlmаsının 75 illiyi
Хаlq şаiri, Əməkdar incəsənət xadimi Hüseynov Məmməd Rаhim Abbas 
oğlunun (Məmməd Rahim) (20.04.1907-06.05.1977) аnаdаn оlmаsının 105 
illiyi.
Xarici ədəbiyyat 
İsland yazıçısı, Nobel mükafatı laureatı Qudyonsson Haldour Gilyanın 
(Laksness) (23.04.1902-) аnаdаn оlmаsının 110 illiyi
Tarixdə bu gün 
Ümumdünya Gülüş Günü (01.04.1564)
Kəlbəcər rayonunun işğalı günü (02.04. 1993)
Beynəlxalq Uşaq Kitabı Günü (02.04.1953)
Ümumdünya Sağlamlıq Günü (07.04.1950)
Ümumdünya Aviasiya və Kosmonavtika Günü (12.04.1962)
Аzərbаycаn Kitаbхаnа işçilərinin I Qurultаyının (12.04.1962) keçirilməsinin 
45 illiyi
Beynəlxalq Mədəniyyət Günü (15.04.1935)
Ümumdünya Hemofiliya Günü (17.04.1964)
2012
APREL

86
Tarixi Abidələrin Mühafizəsi Günü (18.04.1983)
Ümumdünya Yer Günü (22.04.1970)
Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü (23.04.1996)
Аzərbаycаn Yаzıçılаr İttifаqının yаrаdılmаsının (23.04.1932) 80 illiyi
Azərbaycan Avropa Mədəniyyət Konvensiyasına qoşulub (25.04.1997)
Beynəlxalq Əqli Mülkiyyət Günü (26.04.2000)
Ümumdünya Əməyin Mühafizəsi Günü (28.04.1996)
Beynəlxalq Rəqs Günü (29.04.1982)
Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin şah əsəri olan “Koroğlu” 
operasının ilk tamaşasının keçirilməsinin (30.04.1937) 75 illiyi
Milli Qəhrəmanlar 
Azərbaycanın Milli Qəhrəmanı Eyvazov Qorxmaz Abış oğlunun 
(01.04.1967-10.02.1994) аnаdаn оlmаsının 45 illiyi
Azərbaycanın Əməkdar jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı 
Mustafayev Alı Mustafa oğlunun (14.04.1952-19.11.1991) аnаdаn оlmаsının 
60 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Teymurov Rizvan Rəhman oğlunun 
(16.04.1967-09.12.1991) аnаdаn оlmаsının 45 illiyi
Azərbaycanın Milli Qəhrəmanı İbrahimov Rasim Səxavət oğlunun 
(18.04.1962-26.06.1992) аnаdаn оlmаsının 50 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Cəbrayılov Mikayıl Əhmədiyyə oğlunun 
(27.04.1952-06.06.1992) аnаdаn оlmаsının 60 illiyi
Coğrafiya. Geologiya
Geoloq, geologiya-minerologiya elmləri doktoru, professor Əlixanov Ənvər 
Nəzər oğlunun (17.04.1917) аnаdаn оlmаsının 95 illiyi
Riyaziyyat. Fizika.Astranomiya
Əməkdar elm xadimi, riyaziyyatçı Cavadov Maqsud Əlisimran oğlunun 
(13.04.1902-25.05.1972) аnаdаn оlmаsının 110 illiyi
Kimya. Biologiya.Tibb 
Kimyaçı Qarayev Siyavuş Fərhad oğlunun (30.04.1942) аnаdаn оlmаsının 
70 illiyi
Musiqi. Opera. Balet 
SSRİ Хаlq аrtisti, müğənni Məmmədоvа Şövkət Həsən qızının аnаdаn 
оlmаsının (18.04.1897-08.06.1981) 115 illiyi
Хаlq аrtisti, bəstəkаr Bədəlbəyli Əfrаsiyаb Bədəlbəy oğlunun (19.04.1907-
06.01.1976) аnаdаn оlmаsının 105 illiyi
Əməkdar incəsənət xadimi, musiqişünas İsmayılov Məmmədsaleh Cəmil 
oğlunun (22.04.1912-10.05.1994) аnаdаn оlmаsının 100 illiyi
Xalq artisti, tarzən Quliyev Ramiz Əyyub oğlunun (30.04.1947) аnаdаn 

87
оlmаsının 65 illiyi
Teatr. Kino.Estrada.Sirk 
Əməkdar artist, aktyor Dadaşov Məmmədağa Ağakərim oğlunun 
(12.04.1912-03.12.1996) аnаdаn оlmаsının 100 illiyi
Xalq artisti, aktrisa Qədri Fatma Qədir qızının (14.04.1907-29.02.1968) 
anadan olmasının 105 illiyi
Хаlq аrtisti, aktyor Оsmаnlı İsmаyıl Osman oğlunun (24.04.1902-
22.06.1978) аnаdаn оlmаsının 110 illiyi
Хаlq аrtisti, аktrisа Sаdıqоvа Məhluqə Ələsgər qızının (28.04.1917-
15.08.2003) аnаdаn оlmаsının 95 illiyi
Rəssamlıq. Heykəltəraşlıq.Arxitektura 
Хаlq rəssаmı, SSRİ Dövlət Mükаfаtı lаurеаtı Ахundоv İsmаyıl Hüseyn 
oğlunun (15.04.1907-13.09.1969) аnаdаn оlmаsının 105 illiyi
İtаlyаn bоyаkаrı Lеаnаrdо dа Vinçinin (15.04.1452) аnаdаn оlmаsının 560 
illiyi
Mədəniyyət. Maarif. Təhsil 
Publisist, maarifçi Nemanzadə Ömər Faiqin (24.04.1872-1941) аnаdаn 
оlmаsının 140 illiyi
RSFSR, Azərbaycan, Dağıstan MSSR Əməkdar elm xadimi Əmirxanov 
Həbibulla İbrahim oğlunun (28.04.1907-1986) аnаdаn оlmаsının 105 illiyi

88
Milli ədəbiyyat
75 
illiyi
AYAZ VƏFALI
1937
APREL
Ayaz Rza oğlu Cəfərov (Ayaz Vəfalı)  
1937-ci il aprel ayının 1-də Azərbaycanın 
Astraxan-bazar  (indiki  Cəlilabad)  rayo-
nunun Sabirabad kəndində anadan olmuş-
dur.  O,  burada  orta  məktəbi  bitirdikdən 
sonra 1954-1959-cu illərdə ADU-nun Fi-
lologiya fakültəsində təhsil almışdır. 
  Əmək  fəaliyyətinə  1960-cı  ildə 
“Ədəbiyyat və incəsənət” qəzeti redaksi-
yasında başlamışdır. Sonra texniki katib, 
ədəbi  işçi,  Tənqid  və  ədəbiyyatşünaslıq 
şöbəsinin  müdiri,  baş  redaktorun  müa-
vini olmuşdur. 1996-cı ildən “Ədəbiyyat 
qəzeti”nin baş redaktorudur. 1967-ci ildən 
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Ayaz Vəfalı “Füzuli və folklor” möv-
zusunda  elmi  araşdırmalar  aparmışdır. 
Azərbaycan EA Nizami adına Ədəbiyyat 
İnstitutunun  qiyabi  aspiranturasını  bitir-
mişdir.  1972-ci  ildə  “Füzuli  və  folklor” 
mövzusunda  namizədlik  dissertasiyasını 
müdafiə etmişdir.
Bədii  yaradıcılığa  “Lenin  tərbiyəsi 
uğrunda”  çoxtirajlı  universitet  qəzetində 
çıxan  ilk  şeirləri  ilə  başlamışdır.  O, 
mütəmadi olaraq dövri mətbuatda şeirləri, 
tərcümələri  və  ədəbi-tənqidi  məqalələri 
ilə çıxış edir. 
Ayaz Vəfalı müxtəlif illərdə “İllər və 
nəsillər”, “Ürək və od”, “Turacın mahnı-
sı”,  “Özü  oda  yana-yana”  şeirlər  kitabı-
nın, “Füzuli öyrədir”, “Sənətkar və xalq”, 
“Füzuli  xəlqiliyi”  kimi  elmi  kitabların 
müəllifidir. O, həmçinin Nəvainin “Leyli 
və  Məcnun”  poemasını,  T.Şevçenkonun 
“Kor qadın” poemasını, dünya xalqlarının 
atalar sözü və məsəllərindən ibarət “Ata-
lar sözü – ağıl gözü” kitabını Azərbaycan 
dilinə tərcümə etmişdir.
  Ayaz  Vəfalı  yeni  çapdan  çıxmış 
“Yarım  əsrlik  yol”  kitabında  1960-cı 
ildən  “Ədəbiyyat  və  incəsənət”  qəzeti 
səhifələrində  çap  olunmuş  əsərləri  top-
lanmışdır.
A.Vəfalı 1984-cü ildə “Azərbaycanın 
Əməkdar  mədəniyyət  işçisi”  fəxri  adına 
layiq görülmüşdür. 
 Ayaz müəllim 1994-cü ildə bir qrup 
görkəmli  Azərbaycan  ziyalılarının  dəs-
təyi  ilə  yaradılmış  “Məhəmməd  Fü-
zuli”  Beynəlxalq  Ədəbi  Əlaqələr  Fon-
dunun  sədridir.  O,  həmçinin  1991-ci 
ildən Azərbaycan Yazıçılar  Birliyi  İdarə 
Heyətinin  və  1997-ci  ildən  isə Yazıçılar 
Birliyi Məclisinin üzvü seçilmişdir.
Ə d ə b i y y a t
 Bir əsrin dörddə üçü 
[Mətn] /Ayaz Vəfalı //
Ədəbiyyat qəzeti.- 2009.- 9 
yanvar.
Füzuli xəlqiliyi [Mətn] /
Ayaz Vəfalı.- Bakı: Gənclik, 
1994.
 İntiqam almaq gərək 
[Mətn] /Ayaz Vəfalı //
Ədəbiyyat qəzeti.- 2010.- 2 
sentyabr. 
Özü oda yana-yana [Mətn] 
/Ayaz Vəfalı.- Bakı: Yazıçı, 
1988.- 160 s.
Yarım əsrlik yol [Mətn] /
Ayaz Vəfalı.- Bakı: Kitab 
evi, 2010.- 554 s.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
1
Publisist

89
Milli ədəbiyyat
75 
illiyi
OSMAN MİRZƏYEV  
1937-1991
APREL
Osman  Mirzəhüseyn  oğlu  Mirzəyev 
1937-ci  il  aprel  ayının  13-də  Bakının 
Keşlə qəsəbəsində anadan olmuşdur. Orta 
təhsilini 190 saylı məktəbdə alan Osman 
Mirzəyev,  1956-cı  ildə  S.M.Kirov  adına 
Azərbaycan Dövlət Universitetinin Filo-
logoya fakültəsinin Jurnalistika şöbəsinə 
daxil olmuşdur. 
Universiteti  bitirdikdən  sonra  o, 
“Молодежь  Азербайджана”  qəzetində 
7 il müddətində əmək fəaliyyətini davam 
etdirir.  Bu  müddətdə  sıravi  tərcüməçi 
kimi işə başlayan Osman Mirzəyev sonra-
lar bu qəzetin məsul katibi vəzifəsinədək 
yüksəlmişdir.
1968-1990-cı  illərdə  “Вышка”  qəze-
tində çalışan Osman Mirzəyev qəzetin ən 
mühüm şöbələrindən olan Partiya həyatı 
və təbliğat şöbəsinin müdiri vəzifəsindən 
məsul katib vəzifəsinədək böyük yaradı-
cılıq  yolu  keçmişdir.  Daha  sonra,  1978-
ci ildə isə o, redaktor müavini vəzifəsinə 
təyin olunur. 
O.Mirzəyevin  peşəkar  jurnalist  ba-
carığı  təkcə  mətbuatda  deyil,  həm  də 
televiziyada  özünü  büruzə  verirdi.  O, 
Azərbaycan  televiziya  məkanında  ilk 
bədii-publisistik,  ictimai-siyasi  “Dalğa” 
verilişinin yaradıcılarından idi. 
O.Mirzəyev  Azərbaycanın  ictimai-
siyasi  həyatında  jurnalist,  pedaqoq  və 
publisist kimi fəal iştirak etməklə yanaşı, 
həm də 1991-ci ilin parlament seçkilərində 
iştirak etmişdi. 
1990-cı  ilin  sentyabrında  Osman 
Mirzəyev Azərbaycan  Respublikası  Pre-
zident Aparatının şöbə müdiri vəzifəsinə 
təyin olunur. 
Osman Mirzəyev Azərbaycan xalqının 
tarixinə  görkəmli  jurnalist,  publisist  və 
yazıçı kimi daxil olmuşdur. 
Yazıçı Mirzəyevin yazdığı kitablar da 
böyük  uğur  qazanmışdır.  “Qartal  uçuş-
da”, “Damla və göl”, “Bir dəfə yaşayırıq” 
oçerklər topluları, həmçinin “Adlarımız” 
kitabı onun qələminin məhsulu olaraq, bu 
gün  də  oxucuların  stolüstü  kitablarıdır. 
Xüsusilə “Adlarımız” kitabı müəllifin ən 
sevimli  əsəri  olmaqla,  xalq  arasında  öz 
populyarlığını hələ də itirməmişdir.
O.Mirzəyevin  “Вышка”  qəzetində 
dərc  olunan  “Мир  твоему  дому,  брат-
карабахец” və “Мадонна из Садарака” 
məqalələri  cəmiyyətdə  böyük  əks-səda 
doğurdu  və  ölkə  rəhbərliyinin  təşvişinə 
səbəb  oldu.  Bu  məqalələrdə  müəllif 
Dağlıq  Qarabağı  Azərbaycandan  ayı-
rıb, Ermənistana birləşdirməkdə vasitəçi 
olan Moskvanın siyasətini kəskin tənqid 
atəşinə tutmuşdur.
Osman 
Mirzəyev 
Azərbaycan 
Jurnalistlər İttifaqının “Qızıl Qələm” mü-
kafatı  ilə  təltif  edilmiş,  1988-ci  ildə  isə 
mətbuat  sahəsində  göstərdiyi  xidmətlərə 
görə Azərbaycan  SSR-in  “Əməkdar  jur-
nalisti” fəxri adına layiq görülmüşdür.
Əməkdar  jurnalist  Osman  Mirzəyev 
1991-ci  ildə  Xocavənd  rayonu  yaxın-
lığında,  bir  sıra  digər  dövlət  xadimləri 
ilə  birgə  içində  olduğu  “Mİ-8”  vertol-
yotunun  ermənilər  tərəfindən  vurulması 
nəticəsində şəhid olmuşdur.
Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin