Redaksiya heyəTİ: Baş redaktor: K. M. Tahirov



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə10/43
tarix05.03.2017
ölçüsü43,82 Kb.
#10117
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

Bunları unutmaq olmaz!
1813-1828-ci illərə qədər Azərbaycan dövlətinin sahəsi təхminən 410 min kv.km. оlmuşdur.
1813-1828-ci illərdə işğal еdilmiş Azərbaycan əraziləri: İran əsarəti altındakı Cənubi Azərbaycan 
əraziləri: -sahəsi təхminən 280 min kv.km. оlmuşdur.
Rusiya əsarəti altındakı Şimali Azərbaycan-sahəsi təхminən 130 min kv.km. оlmuşdur.
1918-ci  ildə  Rusiyanın  təzyiqi  ilə  еrmənilərə  vеrilmiş  İrəvan  хanlığı-sahəsi  9  min  kv.km. 
оlmuşdur.
Rusiya əsarəti altındakı Dərbənd хanlığı –sahəsi 7 min kv.km. оlmuşdur.
1918-1920-ci illərdə Azərbaycan Dеmоkratik Rеspublikasının qurulduğu ərazinin sahəsi-təхminən 
114 min kv.km. оlmuşdur.
Еrmənistan  Sоvеt  Sоsialist  Rеspublikasının  qismən  nəzarətinə  vеrilən  Zəngəzur,  Göyçə,  Şərur, 
Dərələyəz,  Dilican  və  Gürcüstan  SSRİ-nin  qismən  nəzarətinə  vеrilən  Bоrçalı-birlikdə sahəsi  27,4 
min kv.km. оlmuşdur.
1920-1991-ci  illərdə  SSRİ  əsarəti  altında  qalmış  Azərbaycan  SSR-nin  ərazisi  86,6  min  kv.km. 
оlmuşdur.
 Ermənistanda yaşamış azərbaycanlıların kütləvi şəkildə sonuncu deportasiya əməliyyatı 1988-ci 
ilin aprelində başlayıb. Ermənistanda yaşayan azərbaycanlılar öncə hissə-hissə, noyabrın sonu, de-
kabrın birinci ongünlüyündə isə kütləvi şəkildə deportasiyaya məruz qalıblar. Əməliyyat nəticəsində 
Ermənistan  Respublikasında  8  min  kvadrat  kilometrlik  ərazidə  (172  yaşayış  məntəqəsi)  kompakt 
şəkildə yaşayan 200 mindən çox azərbaycanlı illərlə yaşadığı torpaqlardan didərgin düşüb. 

75
Mühənd işi. Texnika
75 
illiyi
VALENTİNA TEREŞKOVA 
1937
MART
Valentina  Vladimirovna  Tereşko-
va 1937-ci il mart ayının 6-da Yaros-
lavl  vilayətinin  Tutayev  rayonunun 
Maslennikovo  kəndində  kolxozçu 
ailəsində  anadan  olmuşdur.  1960-cı 
ildə Yaroslavl Yüngül  Sənaye  Texni-
kumunu,  1969-cu  ildə  N.Y.Jukovski 
adına  Hərbi-Hava  Mühəndisləri Aka-
demiyasını bitirmişdir. 
1955-1960-cı  illərdə  Yaroslavlın 
“Krasnı Perekop” texniki parça kom-
binatında  işləmişdir. Yaroslavl  aerok-
lubunda  paraşüt  idmanı  ilə  məşğul 
olmuş,  1962-ci  ildən  kosmonavtlar 
dəstəsində çalışmışdır.
1963-cü  il  iyunun  16-19-da  “Vos-
tok-6”  gəmisində  kosmosda  uçuşda 
olmuş, 70 saat 41 dəqiqə müddətində 
yer ətrafına 48 dövrə vurmuşdur.
Tereşkova 1963-cü ildə Sovet İtti-
faqı Qəhrəmanı adına layiq görülmüş-
dür.
Valentina  Tereşkova  1963-cü  ildə 
Lenin  ordeni  ilə,  1971-ci  ildə  Okt-
yabr İnqilabı Ordeni, 1987-ci ildə İc-
timai  fəallığına  görə  Qırmızı  Əmək 
Bayrağı  ordeni,  Xalqlar  Dostluğu  or-
deni,  2003-cü  ildə  Beynəlxalq  elmi, 
mədəni  və  ictimai  əlaqələrin  inki-
şafı  və  möhkəmləndirilməsi  sahə-
sindəki  xidmətlərinə  görə  Şərəf 
ordeni,  2007-ci  ildə  Milli  Kosmo-
navtikanın inkişafını öz xidmətləri ilə 
zənginləşdirdiyinə  görə  “Vətən  qar-
şısında xidmətlərinə görə” II dərəcəli 
orden,    uzun  illər  məhsuldar  ictimai 
və  dövlətçilik  fəaliyyətinə  görə,  kos-
mik  uçuşun  həyata  keçirilməsinin 
45  illiyi  münasibətilə  idarə  olunan 
kosmonavtikanın  inkişafını  şəxsi 
təcrübəsi 
ilə 
zənginləşdirdiyinə 
görə, 
kosmonavtikanın 
inkişa-
fında,  beynəlxalq  elmi,  mədəni 
əlaqələrin 
möhkəmləndirilməsində 
xidmətlərinə  və  uzunmüddətli  vic-
danlı  əməyinə  görə,    Rusiya  Federa-
siyası  Hökumətinin  Fəxri  Fərmanı 
(16 iyun 2008, 12 iyun 2003, 3 mart 
1997) –2009-cu ildə 2008-ci il huma-
nitar  fəaliyyət  sahəsində  əldə  etdiyi 
nailiyyətlərə görə Rusiya Federasiyası 
Dövlət mükafatı ilə təltif edilib.
Doğma Maslennikova kəndinin bir 
neçə  kilometrliyində  xatirəsinə  həsr 
olunmuş  “Kosmos”  muzeyi  fəaliyyət 
göstərir.
Valentina Tereşkova Rusiya, Qaza-
xıstan, Belorusiya, Fransa, Böyük Bri-
taniya, İtaliya, Bolqarıstan və s. kimi 
ölkələrin  fəxri  vətəndaşı  adına  layiq 
görülmüş əfsanəvi bir qadındır.
Ə d ə b i y y a t
Paşayeva, Q. Tarixin 
gizlətdiyi sirlər [Mətn]: Yerə 
göydən baxan ilk qadın: 
Valentina Tereşkova // Paşa-
yeva, Q. Tarixə adını yazan 
qadınlar: 3-cilddə.- Bakı, 
2011. - .C.II .- S.317-336: 
İ n t e r n e t d ə
www.ru.wikipedia.org
6
Kosmonavt

76
Kimya.Biologiya.Tibb 
90 
illiyi
ZƏHRA SALAYEVA 
1922-2005
MART
Zəhra Məmməd qızı Salayeva  1922-
ci  il  mart  ayının  15-də  Bakı  şəhərində 
anadan olmuşdur. 
Tibb  elminə  böyük  həvəs  göstərən 
Zəhra  xanım  1939-cu  ildə Azərbaycan 
Tibb  İnstitutunun  müalicə-profilaktika 
fakültəsinə  daxil  olur  və  1943-cü  ildə 
oranı  fərqlənmə  diplomu  ilə  bitirir. 
Həmin ildən institutun Sinir xəstəlikləri 
kafedrasında  ordinator  vəzifəsinə  təyin 
edilir və bir qədər sonra kafedranın as-
sistenti vəzifəsinə qədər yüksəlir.
1953-cü ildə Zəhra xanım Azərbaycan 
Tibb  İnstitutunda  “Azərbaycanda  ney-
romalyariya” mövzusunda dissertasiya-
nı müvəffəqiyyətlə müdafiə edərək tibb 
elmləri namizədi alimlik dərəcəsi alır. 
1967-ci  ildə  Zəhra  xanım  sinir 
xəstəlikləri üzrə professor, N.Nərimanov 
adına  Azərbaycan  Dövlət  Tibb  İnsti-
tutunun  Sinir  xəstəlikləri  kafedrasının 
müdiri vəzifəsinə seçilir və bu vəzifədə 
1989-cu ilə qədər fəaliyyət göstərir.
Professor  Zəhra  xanım  Salayeva 
160-a  qədər  elmi  əsərin,  3  monoqrafi-
yanın,  Azərbaycanda  nevropatologiya 
və  neyrogenetika  üzrə    4  dərsliyin  və 
bir neçə metodik tövsiyənin müəllifidir. 
Zəhra  xanım  Azərbaycanda  neyroin-
feksiyanın  öyrənilməsi  sahəsində  Sinir 
xəstəlikləri  kafedrasının  ənənələrini 
davam  etdirərək  baş  beynin  iltihabı 
xəstəliklərinin  daha  tez-tez  rast  gə-
linən  formalarını  özündə  əks  etdirən 
“Ensefalitlər”  adlı  iş  və  “Xoreya  haq-
qında  nə  bilmək  lazımdır?”  adlı  kitab-
ça  nəşr  etdirmişdir.  Baş  beynin  damar 
patologiyasının təbabətində mühüm bir 
problem  olduğunu  nəzərə  alan  Zəhra 
xanım  bu  sahədə  də  bir  sıra  işlər  gör-
müşdür ki, onlardan biri də “Beyin da-
marlarının xəstəlikləri və profilaktikası” 
adlı əsəridir.
Professor Salayeva dəfələrlə ümumit-
tifaq nevropatoloqlar və psixiatrlar elmi 
cəmiyyətinin  rəyasət  heyətinin  üzvü 
seçilmişdir. O, “Böyük Tibbi Sovet En-
siklopediyasının” redaktorlarından biri, 
“Nevropatologiya  və  psixiatriya”  jur-
nalının,  “Azərbaycan  Tibb  Jurnalının“, 
“Azərbaycan  Sovet  Ensiklopediyası-
nın” redaksiya heyətlərinin, Azərbaycan 
Elmlər  Akademiyasının  terminoloji 
şöbəsinin  üzvü,  Respublikanın  Tibbi 
Genetika Cəmiyyətinin sədri olmuşdur. 
Zəhra xanım Qafqaz regionunda ilk dəfə 
təşkil  olunan  İnsultla  Milli  Mübarizə 
Assosiasiyanın yaradıcısıdır.
Zəhra xanım Salayeva Azərbaycanda 
və  müxtəlif  xarici  ölkələrdə  keçirilən 
Beynəlxalq  konqreslərin,  qurultayların 
iştirakçısı olmuş, əmək fəaliyyətinə görə 
“Fədakar əməyə görə” medalı, “Səhiyyə 
əlaçısı”  nişanı  və Azərbaycan  Səhiyyə 
Nazirliyinin  Fəxri  fərmanları  ilə  təltif 
olunmuşdur. 1981-ci ildə professor Sa-
layeva  Azərbaycan  Respublikasının 
Əməkdar elm xadimi adına layiq görül-
müşdür. 
Azərbaycanın  görkəmli  nevropato-
loqu,  tibb  elmləri  doktoru,  professor 
Zəhra Məmməd qızı Salayeva 2005-ci il 
noyabr ayının 28-də vəfat etmişdir.
Ə d ə b i y y a t
 Ensefalitlər [Mətn]: [kitab-
çada beyin iltihabının bəzi 
formaları, onların gedişi, 
müalicə və profilaktikası 
məsələləri işıqlandırılmış-
dır] /Z.Salayeva.- Bakı: 
Azərnəşr, 1982.- 192 s.
Nevrologiyadan prak-
tiki məşğələlər [Mətn]: 
[Tibb İnstitutu və orta 
tibb məktəbləri üçün dərs 
vəsaiti] /Z.Salayeva.- Bakı, 
1980.- 84 s.
Sinir xəstəlikləri [Mətn]: 
[Tibb İnstitutu tələbələri 
üçün dərs vəsaiti] 
/Z.Salayeva.- Bakı: Maarif, 
1983.- 282 s.
Nevroloji semiologiya 
[Mətn]: [məlumat kitabı] 
/Z.Salayeva, G.Hacıyev.- 
Bakı: Azərnəşr, 1982.-192 s.
İ n t e r n e t d ə
www.medekspert.az
www.insult-az.com 
15
Həkim

77
Kimya.Biologiya.Tibb 
60  
illiyi
PAŞA QƏLBİNUR 
1952
MART
Paşa  İsmayıl  oğlu  Musayev  (Paşa 
Qəlbinur)  1952-ci  il  mart  ayıınn  30-da 
Şəmkir  rayonunun  Çinarlı  qəsəbəsində 
qulluqçu ailəsində anadan olmuşdur. 1968-
ci ildə Müşfiq adına kənd orta məktəbini 
qızıl  medalla  bitirmişdir.  1968-ci  ildə 
N.Nərimanov  adına  Azərbaycan  Dövlət 
Tibb  İnstitutunun  Müalicə-profilaktika 
fakültəsinə  daxil  olmuşdur.  1975-ci  ildə 
təhsilini başa vurduqdan sonra 1975-1977-
ci illərdə Gəncə şəhər Göz Xəstəxanasında 
və  1  saylı  uşaq  poliklinikasında  həkim-
okulist işləmişdir. O, 1977-1978-ci illərdə 
N.Nərimanov adına Tibb İnstitutunun göz 
xəstəlikləri kafedrasında baş laborant ol-
muşdur.
1978-1981-ci illərdə İ.M.Seçenov adı-
na  1-ci  Moskva  Tibb  İnstitutunun  Göz 
xəstəlikləri  kafedrasının  nəzdində  əyani 
aspiranturada təhsil almışdır. 1981-1988-
ci illərdə N.Nərimanov adına Tibb İnstitu-
tunun göz xəstəlikləri kafedrasında assis-
tent, həm də ictimai peşələr fakültəsində 
dekan  müavini  işləmişdir.  1988-ci  ildən 
həmin  kafedranın  professoru,  1991-ci 
ildən kafedra müdiridir. 
Ədəbi  fəaliyyətə  1978-ci  ildə  “Ul-
duz” jurnalının 4-cü sayında çap etdirdi-
yi “Xal”, “Ay gecəyə hicran sıxır”, “Mən 
ilhamı gözlərimlə görmüşəm” şeirləri ilə 
başlamışdır.  “Gözlər”  adlı  ilk  şeirini  13 
yaşında ikən yazmışdır. Dövri mətbuatda 
vaxtaşırı çıxış edir. “Gənclik” respublika 
ədəbi birliyinin üzvüdür.
 Paşa Qəlbinur tibb elminə dair yüzdən 
çox elmi əsərin, on elmi kəşfin müəllifidir. 
On  mindən  çox  cərrahiyyə  əməliyyatı 
aparmış  P.Qəlbinur  Brüsseldə  (Belçika) 
51-ci  Ümumdünya  İxtiralar  salonunda 
“Brüssel  Evrika  2002”  sərgisində  “Of-
talmologiyada  yeni  dərman  prepara-
tı  Aktirol”un  kəşfı  Böyük  qızıl  medala 
və  Belçika  Maliyyə  Nazirliyinin  xüsusi 
prizinə  layiq  görülmüşdür.  2002-ci  ildə 
onun  rəhbərliyi  altında  bacısı  Sevinc  və 
tələbəsi  Olqa  Stroyeva  ilə  birlikdə  yeni 
dərman preparatını hazırlamışdır. 
 P.Qəlbinur 1989-cu ildən Azərbaycan 
Alimlər  İttifaqı  İdarə  Heyətinin  1997-
ci  ildən  Amerika  və  Dünya  Türk 
Cümhuriyyətləri  Oftalmoloji  Birliyi-
nin  idarə  heyətinin  üzvüdür.  1996-cı 
ildən  Azərbaycan  üzrə  Nobel  İnforma-
siya  Mərkəzinin  nəzdində  Fiziologiya 
bölməsinin ekspertidir. 2001-ci ildə Dün-
ya Türk Cümhuriyyətləri Oftalmoloji Bir-
liyi  Bilimsəl  qurumunun  həmsədri  seçil-
mişdir.
1999-cu  ildə  Yusif  Məmmədəliyev 
adına  mükafata,  2000-ci  ildə  “İman” 
izzət  və  iltifat  diplomuna  layiq  görül-
müşdür. ABŞ-ın Biblioqrafiya İnstitutun-
da  keçirilən  “2000  alim  və  intellektual” 
seçimində “İlin adamı” mükafatına layiq 
görülmüşdür.  1996-cı  ildən  “Araz”  ali 
ədəbi mükafatın laureatıdır.
 Aybəniz Əliyevanın 1996-cı ildə yaz-
dığı  “Paşa  Qəlbinur”,  A.Məmmədovun 
1999-cu ildə yazdığı “Qəlbinur poeziyası 
XXI əsrin astanasında” kitabları ona həsr 
edilmişdir. “ Paşa Qəlbinur-50” biblioqra-
fik məlumat kitabı hazırlanıb nəşr edilmiş-
dir. Dəfələrlə xarici ölkələrdə konfrans və 
elmi  simpoziumlarda  olmuşdur.  2008-ci 
ildən  Dünya  Azərbaycanlıları  Konqresi-
nin həmsədridir.
 
Ə d ə b i y y a t
Ağlıma gələnlər başıma 
gəldi [Mətn] /P.Qəlbinur. - 
Bakı: Ozan, 2003.- 656 s.
Hacıyev, T. Qələmlə bıçağın 
ünsiyyəti [Mətn] /T.Hacıyev 
//Ədəbiyyat qəzeti.-2010.-26 
noyabr.- S. 5-6.
Qəlbinur Paşa – 50 
[Mətn]: metodik vəsait 
/M.F.Axundov adına Milli 
Kitabxana.- Bakı, 2002.
Paşa Qəlbinur [Mətn]: 
biblioqrafik göstərici /tərt. 
Elica Atalı.- Bakı: “Mars 
Print”, 2005.- 401s.
Səmədli, V. Dağların 
toyuna gedən şair [Mətn] 
/V.Səmədli //Təzadlar.- 
2010.-30 sentyabr.- S.15.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
30
Həkim

78
Musiqi.Opera.Balet 
65 
 illiyi
ŞƏFİQƏ EYVAZOVA 
1947
MART
Şəfiqə Alxas  qızı  Eyvazova  1947-
ci il mart ayının 9-da Bakıda anadan 
olmuşdur.
 O, 1971- ci ildə Azərbaycan Dövlət 
Konservatoriyasını bitirmişdir. 
Şəfiqə  xanım  1963-1976-cı  illərdə 
Azərbaycan  Teleradio  Verilişləri  Şir-
kətinin Xalq Çalğı Alətləri Orkestri və 
Ə.Dadaşovun rəhbərlik etdiyi ansamb-
lın solisti olmuşdur. 
Şəfiqə  xanım  1965-ci  ildən  solo 
konsertlərlə  çıxış  etmişdir.  Onun  re-
pertuarına  “Rast”,  “Cahargah”,  “Ra-
hab”,  “Şur”,  “Şüştər”  və  s.  muğam-
lar,  Azərbaycan  və  xarici  ölkə 
bəstəkarlarının əsərləri daxildir. 
Şəfiqə  Eyvazova  SSRİ  xalqlarının 
folklor  musiqisi  festivalında  (1978-
Bişkek;  1979-Moskva),  musiqişü-
nasların  Beynəlxalq  simpoziumunda 
(1987-Səmərqənd), eləcə də YUNES-
KO  xətti  ilə ABŞ-da  keçirilən  “Şərq 
xalqlarının musiqi folkloru” festivalın-
da (1988, A.Qasımov və R.Quliyevlə 
birgə) iştirak etmişdir. 
O,  1967-ci  ildən  A.Zeynallı  adı-
na  Azərbaycan  Dövlət  Musiqi 
Məktəbində  müəllim  kimi  çalışır. 
Ş.Eyvazova  həmçinin  1974-cü  ildən 
Bakı Musiqi Akademiyasında dərs de-
yir. Azərbaycan Milli Konservatoriya-
sının professorudur. 
O,  bir  çox  xarici  ölkələrdə  (ABŞ, 
İsveçrə, Almaniya, Fransa, Polşa, Bel-
çika, İtaliya, Əfqanıstan və s.)       qas-
trolda olmuşdur. Ş.Eyvazova 2003-cü 
ildən Türkiyənin “Tekfen-Kara Dəniz” 
simfonik  orkestrinin  solistidir.  Onun 
ifasında  “Şur”,  “Şüştər”,  “Rahab” 
və  bir  çox  muğamların  lent  yazıları 
Azərbaycan  Radiosu  və Televiziyası-
nın Qızıl Fondunda saxlanılır. 
2000-ci ildə “Azərbaycan Xalq ar-
tisti” adına layiq görülmüşdür. 
Ə d ə b i y y a t
Eyvazova Ş. Kamana 5-ci 
sim lazımdırmı? [Mətn]: 
[Xalq artisti Şəfiqə Eyva-
zova ilə söhbət] /Şəfiqə 
Eyvazova; söhbəti apardı 
Q.Ulduzə //Ekspress.- 
2009.- 24 may.- S.31. 
Eyvazova Şəfiqə Alxas qızı 
[Mətn] //Azərbaycan Qadını 
Ensiklopediyası.- Bakı, 
2002.- S.92.
Özü də kaman kimi [Mətn]: 
[görkəmli kaman ustası 
Ş.Eyvazova haqqın¬da] //
Dəyişikliklərə cəsarəti çatan 
xanımlar.- Bakı, 2008.- 
S.97-98.
Şəfiqə Eyvazova: ustad 
sənətkarlarımız [Mətn] //
Mədəni-maarif.- 2007.- 
№8.- S.45. 
İ n t e r n e t d ə
www.adam.az
www.mugam.musigi-dunya.
az
9
Kamança ifaçısı

79
Musiqi.Opera.Balet 
85 
illiyi
MSTİSLAV ROSTROPOVİÇ 
1927-2007
MART
Mstislav  Leapoldoviç  Rostropoviç 
1927-ci  il  mart  ayının  27-də  Bakıda 
musiqiçi  ailəsində  anadan  olmuşdur. 
O, 4 yaşında violonçel və pianoda ifa 
etməyi öyrənib, 8 yaşında isə ilk dəfə 
tamaşaçılar qarşısında çıxış etmişdir. 
M.  Rostropoviçin  9  yaşı  olan-
da  onun  ailəsi  Bakıdan  Moskvaya 
köçmüşdür.  1943-cü  ildə  o  Moskva 
Dövlət  Konservatoriyasına  daxil  ol-
muşdur.  Müharibədən  sonrakı  illərdə 
M.Rostropoviç  ən  məşhur  sovet 
musiqiçilərindən biri olmuşdur. 
1969-cu ildə Mstislav Leapoldoviç 
yazıçı Aleksandr Soljenitsını müdafiə 
etdiyinə  görə  hakimiyyətin  təqibinə 
məruz  qalmış  –  70-ci  illərin  sonun-
da həyat yoldaşı Qalina Vişnevski ilə 
birlikdə  SSRİ-dən  sürgün  edilib  və 
sovet  vətəndaşlığından  məhrum  edil-
mişdir. 
 M.Rostropoviç 1962-ci ildə dirijor 
kimi debütünü etmişdir. Kamera musi-
qiçisi və pianist kimi bir sıra ansamb-
llarda  çıxış  etmişdir.  1977-ci  ildən 
Vaşinqton Milli Simfonik Orkestrinin 
rəhbəri və baş dirijoru olmuş və 17 il 
bu  orkestrə  rəhbərlik  etmiş,  müxtəlif 
konsert  proqramları  ilə  dünyanın  bir 
çox ölkəsində çıxış etmişdir.
 O, məşhur dirijor və violonçel ifa-
çısı  olmaqla  yanaşı,  ictimai  xadim, 
insanların  hüquq  və  mənəvi  azadlıq-
larının  müdafiəçisi  kimi  tanınmışdır. 
M.Rostropoviç xeyriyyəçilik tədbirləri 
ilə  də  məşhurlaşmışdır.  O,  uşaqlara 
tibbi  yardım  göstərən  “Vişnevskaya-
Rostropoviç Xeyriyyəçilik Fondu”nun 
prezidenti olmuşdur. 
Maestro  dünyaya  göz  açdığı 
Azərbaycanın musiqi həyatında da fəal 
iştirak etmişdir. Musiqiçi hər il Bakıya 
gəlir və tələbələr üçün master-klaslar 
verirdi,  xəstə  uşaqların,  musiqiçilərin 
və  qaçqınların  dəstəyi  üçün  xeyriyyə 
aksiyaları keçirirdi. Azərbaycana qarşı 
xidmətlərinə görə Rostropoviç ölkənin 
bir  neçə  ali  mükafatları  ilə  təltif  edi-
lib.  Mstislav  Rostropoviç  1998-ci  il 
13 iyunda “Şöhrət” ordeni, 2002-ci il 
mart ayında “İstiqlal” ordeni, 2007-ci 
il 28 martında isə “Heydər Əliyev” or-
deni ilə təltif edilmişdir. 
 SSRİ Xalq artisti Rostropoviç bir 
çox  ölkələrin  mükafatlarına  da  layiq 
görülmüşdür.  M.Rostropoviç  dünya-
nın  50-dən  artıq  universitetinin  fəxri 
doktoru,  dövlət  və  beynəlxalq  müka-
fatları  laureatı  adına  layiq  görülmüş-
dür.  Həmyerlimiz  22  dəfə  Qremmi 
mükafatına layiq görülüb. O, həmçinin 
Yaponiya,  Böyük  Britaniya,  Fransa, 
Amerika  Birləşmiş  Ştatları  da  daxil 
olmaqla 44 dövlətin ordenini almışdır.
Dünya  şöhrətli  musiqiçi,  məşhur 
violonçel ustası Mstislav Rostropoviç 
27 aprel 2007-ci il aprel ayının 27-də 
Moskvada vəfat etmişdir.
Ə d ə b i y y a t
Allahverdiyeva, A. 
Rostropoviçlər kimdir? 
[Mətn] /A.Allahverdiyeva 
//Respublika.- 2001.- 2 
noyabr.
 Kərimova, K. Bir-birinə 
layiq ata və oğul [Mətn] 
/K.Kərimova // Xalq qəzeti.- 
2001.- 28 fevral.
 Mstislav Rostropoviç 
[Mətn]: Bir ürəyin iki par-
çası: 75 illiyi münasibətilə 
//Azərbaycan.- 2002.- 23 
mart.- S.3.
Şərif, A. Mstislav Rostropo-
viçin 80 illiyinə ithaf olunur 
[Mətn] /A.Şərif //525-ci 
qəzet.- 2007.-7 aprel. -S.20.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
27
Dirijor

80
Teatr.Kino.Estrada.Sirk
85 
illiyi
NODAR ŞAŞIQOĞLU 
1927
MART
Nodar Şaşıqoğlu İzzətoviç 1927-ci 
il mart ayının 13-də Batumi şəhərində 
anadan olub. Milliyyətcə acardır.
Orta  təhsilini  Tbilisidə  almışdı. 
Tale  ona  aktyorluq  istedadı  bəxş  et-
mişdi. Bəlkə də bu istedad ona dayı-
sı, Azərbaycan teatrının ulduzlarından 
biri, aktyor Ülvi Rəcəbdən keçmişdi.
Nodar Şaşıqoğlu 1950-ci ildə Mosk-
va Teatr Məktəbini bitirmiş, Leninqrad 
Akademik Dram Teatrında işləmişdir. 
O  illərdə  Nodar  bir  çox  tamaşalarda, 
o  cümlədən,  “Nikbin  faciə”  tamaşa-
sında  Aleksey  (V.Vişnevski),  “Sevil-
ya  ulduzu”nda  Sanço  Ortis  (Lope  de 
Veqa),  “Mariya  Tüdor”da  Cilberti 
(V.Hüqo) rollarında oynamışdır.
N.Şaşıqoğlunun  kino  yaradıcılığı 
Azərbaycanın  adı  ilə  bağlıdır.  O,  ilk 
olaraq öz doğma Acariyasında yox, bu 
gün özünün doğma vətəni adlandırdı-
ğı Azərbaycanda teatr və kino aktyoru 
kimi tanınmışdır.
Nodar  müəllimin  yaradıcılıq  bi-
oqrafiyası  həm  də  Rusiya  ilə  bağlı 
olmuşdur. O, Sankt-Peterburq, Mosk-
va  teatrlarında  çalışmışdır.  Amma 
“Azərbaycanfilm”  kinostudiyasının 
dəvəti  ilə  mütəmadi  olaraq  filmlərə 
çəkilmişdir.
O,  1955-ci  ildə  Tofiq  Tağızadə 
“Uzaq  sahillərdə”  filmini  çəkərkən 
Sovet  İttifaqı  Qəhrəmanı  Mehdi 
Hüseynzadə  roluna  aktyor  Nodar 
Şaşıqoğlunu  dəvət  edir.  Nodar  Şaşı-
qoğlunu ilk dəfə kino üçün kəşf edən 
rejissor  Tofiq  Tağızadə  sonralar  bu 
seçimində yanılmadığına əmin olmuş-
du. Mehdi bizim kinomuzun çox uğur-
lu  qəhrəmanlarındandır.  Onun  filmdə 
ifası isə Nodar Şaşıqoğluna əsl şöhrət 
qazandırdı. 
1961-ci  ildə    ekranlara  çıxan 
“Səhər”  filmində  ona  Əzizbəyovun 
rolu  həvalə  edilmişdi.  O,  bu  rolu  da 
özünəməxsus şəkildə ifa etmişdi.
“Leyli  və  Məcnun”  filminə  onu 
rejissor  Lətif  Səfərov  dəvət  etmişdi. 
Məcnun  rolunu  yaratmaq  aktyordan 
güclü istedad, səriştə tələb edirdi. No-
dar Qeysin (Məcnun) rolunu oynama-
ğa ilkin olaraq ehtiyat etsə də, sonradan 
rolun  bütün  çalarlarını  mənimsədi  və 
Məcnunu  məharətlə  yaratdı.  Məcnun 
onun ifasında əsl aşiq, öz qəlbini, ru-
hunu Leyliyə vermiş divanədir. 
N. Şaşıqoğlunun yaradıcılığı dövlət 
tərəfindən  yüksək  qiymətləndirilib. 
Dəfələrlə  müxtəlif  təltiflər,  mükafat-
lar alıb. O, 1983-cü ildə Azərbaycanın 
Xalq  artisti  fəxri  adına  layiq  görül-
müşdür. 
Azərbaycanın  Xalq  artisti  Nodar 
Şaşıqoğlu  2007-ci  ildə  Azərbaycan 
Prezidenti  İlham  Əliyevin  sərəncamı 
ilə  Azərbaycan  Respublikasının  ən 
yüksək mükafatı - “Şöhrət” ordeni ilə 
təltif olunmuşdur.
Ə d ə b i y y a t
Kinomuzun canlı əfsanəsi 
Nodar Şaşıqoğlu [Mətn]: 
“Vaxtilə Azərbaycanda 
çəkilməyimə qadağa qo-
yulmuşdu” /müsah. apardı 
Samir //Həftə içi.- 2009.- 11-
13 aprel.- S.7. 
Aytək. Nodar Şaşıqoğlunun 
doğum gününə [Mətn]: 
[Azərbaycan Dövlət Rus 
Dram Teatrının aktyoru 
Nodar Şaşıqoğlu haqqında] 
/Aytək //Mədəniyyət.- 2009.- 
1 aprel.- S.10.
Дадашева, А. Юбилей 
популярного актера 
[Текст]: [80-летие 
народного артиста 
России и Азербайджана 
Нодара Шашыгоглу] 
/А.Дадашева //Бакинский 
рабочий.- 2007.- 29 
марта.- С.4.
Распоряжение 
Президента 
Азербайджанской 
Республики о награждении 
орденом “Слава” 
Н.Шашыгоглы [Текст] 
//Бакинский рабочий.- 
2007.- 13 марта.- С.1.
Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin