R. T. ƏLİyev, M.Ə. Abbasov



Yüklə 65.28 Kb.
Pdf просмотр
səhifə8/27
tarix04.05.2017
ölçüsü65.28 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

 
 
2.5. Duzluluq stresinin arpa bitkisi yarpaqlarında  
          xlorofilin miqdarında əmələ gətirdiyi dəyişmələr 
 
Bitkilərin  duzluluq  stresinə  davamlılığının  diaqnostik 
üsullarından  biri  də  stres  təsirindən  yarapqlarda  xlorofilin 
miqdarında baş verən dəyişmələrinin öyrənilməsidir.   
Duz  stresi  şəraitində  bitki  yarpaqlarında  xlorofilin  miq-
darında baş verən dəyişmələr bir çox müəlliflər tərəfindən öy-
rənilmiş  və  müəyyən  edilmişdir  ki,  stres  təsirindən  yarpaq-
larda  xlorofilin  miqdarı  öncə  bir  qədər  artır,  daha  sonra  isə 

 100 
əsaslı  sürətdə  azalır.  Bu  azalma  həssas  bitki  nümunələrində 
daha kəskin şəkildə özünü göstərir. Xlorofil a/b-nin nisbəti isə 
nümunələrin  davamlılıq  dərəcəsindən  aslı  olaraq  fərqli  ola 
bilir [40, 384].  
Biz,  tədqiq  etdiyimiz  arpa  genotiplərinin  yarpaqlarında, 
duzluluq  stresi  təsirindən  xlorofil  (a+b)-nin  miqdarında  baş 
verən dəyişmələri öyrənmiş  və bu fizioloji  göstərici  ilə bitki-
lərin  davamlılıq  dərəcələri  arasındakı  əlaqəni  aşkar  etməyə 
çalışmışıq.  
Quraqlıq  və  duzluluq  streslərinin  təsirindən  xlorofilin 
miqdarında  baş  verən  dəyişmələrin  öyrənilməsi  Bitkiçilik 
İnstitutunun  təklif  etdiyi  metodika  əsasında  həyata  keçiril-
mişdir  [64,  89].  Bunun  üçün  tarla  şəraitində  becərilmiş  arpa 
bitkisinin  tam  böyümüş  yarpaqlarından  sünbülləmə  fazasının 
başlanğıcında 30-40 dairə kəsilərək distilə suyuna və osmotik 
məhlullara (20 atm saxaroza  və 14 atm NaCl)  yerləşdirilmiş-
dir.  24  saatdan  sonra  həmin  dairələr  yuyulub  qurudulmuş  və 
üzərinə  96%-li  etil  spirti  əlavə  edildikdən  sonra  5-6  gün  ər-
zində qaranlıq  yerdə  saxlanılmışdır (dairələr tam  ağarana qə-
dər).  Bununla  da  xlorofilin  hamısı  spirtə  keçmiş  olur.  Xloro-
filin  miqdarını  təyin  etməzdən  öncə  ekstrakt  kolbaya  keçi-
rilmiş və spirtlə tam ölçüyə çatdırılmışdır. 
Xlorofilin miqdarı (mq) SF-də təyin edilmiş və aşağıdakı 
formula ilə hesablanmışdır.  
 
S
a
 = 13.70 E
665
 – 5.76 E
649
  
S

= 25.80 E
649 
– 7.60 E
665
 
S
a+b
 = 6.10 E
665
+ 20.04 E
649 
E-xlorofil, a və b - ekstraktın optik sıxlığı 
 
100  mq  yaş  çəkiyə  görə  piqmentin  qatılığını  yoxlamaq 
üçün ekstraktın həcmi S-yə vurulur. Başlanğıc yaş çəkiyə görə 

 
101 
quru çəkinin miqdarını bilməklə  xlorofilin  miqdarını 100 mq 
quru çəkiyə görə hesablamaq olar.  
 
Xlorofilin depressiya dərəcəsi 
Z = 100-Y x100  
Z- depressiya dərəcəsi 
Y-təcrübə variantı 
X- nəzarət variantı 
 
Osmotik məhlullarda saxlanılan dairələrdən alınmış xlo-
rofilin miqdarı, suda saxlanılan dairələrdən çıxarılmış xloro-
filin miqdarına bölünmüş, əldə edilən nisbət nə qədər böyük 
olarsa,  həmən  nümunənin  quraqlıq  və  duzluluq  streslərinə 
davamlılıq  dərəcəsinin  də  bir  o  qədər  yüksək  olduğu  qəbul 
edilmişdir. 
Alınan nəticələr cədvəl 2.6 - da verilmişdir. Cədvəl və şə-
kildən  göründüyü  kimi  öyrənilən  arpa  nümunələri,  yarpaq-
larında  xlorofilin  miqdarının  dəyişmə  dərəcəsinə  görə  bir-bi-
rindən, toxumların cücərmə qabiliyyətində olduğu qədər kəskin 
fərqlənmirlər.  Öyrənilən  arpa  nümunələri  içərisində,  duzluluq 
stresi  təsirindən  yarpaqlarda  xlorofil  sintezinin  depressiya  də-
rəcəsi ən çox Arpa 57/9 nümunəsində müşahidə edilmişdir. Bu 
sortun  yarpaqlarında  xlorofilin  miqdarı  nəzarətə  nisbətən  39% 
azalmışdır. İki cərgəli arpa sortnümunələrindən 6 №-li Seçmə, 
Nutans 28/92 və Arpa 43-də duzluluq stresi yarpaqlarda xloro-
filin  miqdarına  nəzərə  çarpacaq  dərəcədə  təsir  etmiş,  bu 
nümunələrdə  xlorofilin  miqdarı  22-26%  azalmışdır.  Çox  cər-
gəli  arpalarda  duzluluq  stresinin  təsirindən  yarpaqlarda  xloro-
filin  depressiyası  ən  çox  iki  nümunədə  Arpa  40  və  76  №-li 
Seçmədə müşahidə olunmuşdur. Bu arpa genotiplərinin yarpaq-
larında duzluluq stresinin təsirindən xlorofil (a+b)-nin miqdarı 
nəzarətə görə 19,5 və 18,6% azalmışdır. 

 102 
Bir  çox  nümunələrdə  isə  duzluluq  stresinin  təsirindən 
xlorofilin  miqdarında  önəmli  dəyişmələr  müşahidə  edil-
məmişdir.  Bu  sortnümunələrə,  iki  cərgəlilər  arasından  Arpa 
47, Nutans 303, Nutans 86-35/18-i, çoxcərgəli arpalardan  isə 
84 №-li Seçmə, Naxçıvan dəni  və  Arpa 29-u  aid  etmək olar. 
Bu  nümunələrin  yarpaqlarında  xlorofil  (a+b)-nin  nəzarətə 
görə  dəyişmə  faizi  97,1  ilə  99,1%  arasında  olmuşdur.  Lakin, 
elə nümunələr də  vardır  ki, onlarda duzluluq  stresi təsirindən 
xlorofilin  miqdarının  hətta  bir  qədər  artdığı  müşahidə  edil-
mişdir.  Bu  nümunələrə  iki  cərgəli  arpalardan  Nutans  80/32-
21,  Arpa  77,  Nutans  80-34/14  və  Hüseyn  1  sortlarını,  çox-
cərgəli  arpalardan  isə  Arpa  78,  55  №-li  Yerli,  Arpa  32  və 
Arpa  44-ü  misal  göstərmək  olar.  Bu  arpa  sortnümunələrinin 
yarpaqlarında  duzluluq  şəraitində  xlorofilin  miqdarı  nəzarətə 
görə 2,6-20% artmışdır. Göründüyü  kimi duzluluq stresi təsi-
rindən  arpa  bitkisi  yarpaqlarında  xlorofilin  miqdarında  o 
qədər də, böyük dəyişmələr baş verməmişdir. Lakin bu göstə-
riciyə görə də öyrənilən arpa genotipləri bir-birindən müəyyən 
qədər fərqlənmişlər. 
Duzluluq stresi təsirindən toxumların cücərmə qabiliyyəti 
ilə  yarpaqlarda  xlorofilin  depressiya  dərəcəsi  arasındakı 
əlaqəyə  baxıldıqda,  əksər  nümunələrdə  bu  göstəricilərin  bir-
birinə uyğun  gəldiyi  görünür. Məsələn,  iki cərgəli arpalardan 
Nutans 67/91 və Nutans 303-də toxumların NaCl məhlulunda 
cücərmə qabiliyyəti yetərincə yüksək olmuş və 91, 93% təşkil 
etmişdir,  yarpaqlarda  xlorofil  (a+b)-nin  miqdarında  da  ciddi 
dəyişmə  baş  verməmiş  və  bu  göstərici  nəzarətə  görə  96  və 
98%-ə bərabər olmuşdur. 
Çox  cərgəli  arpalardan  Arpa  31  və  Arpa  44-  də  toxum-
ların  NaCl  məhlulunda  cücərmə  qabiliyyəti  92  və  94%,  stres 
təsirindən sonra yarpaqlarda xlorofilin miqdarı isə demək olar 

 
103 
ki, dəyişməmiş, 100  və 103%-ə bərabər olmuşdur. Öyrənilən 
arpa  sortnümunələrinin  böyük  əksəriyyətində  oxşar  qanuna-
uyğunluqlar  müşahidə  edilmişdir.  Lakin  bəzi  nümunələrdə 
toxumların cücərmə qabiliyyəti ilə yarpaqlarda xlorofilin miq-
darının  dəyişməsi  arasında  müəyyən  uyğunsuzluq  müşahidə 
edilmişdir.  Məsələn,  ikicərgəli  arpalardan  Nutans  57/9  sortu 
toxumlarının  NaCl  məhlulunda  cücərmə  qabiliyyəti  62%  ol-
duğu  halda,  duz  stresi  təsirindən  yarpaqlarda  xlorofil  sin-
tezinin depressiya dərəcəsi cəmi 39% olmuşdur. Cəlilabad 19 
sortunda  isə  toxumların  cücərmə  qabiliyyəti  50%,  xlorofilin 
depressiya  dərəcəsi  isə  cəmi  4%-ə  bərabər  olmuşdur.  Oxşar 
nəticələr,  iki  cərgəli  arpa  nümunələrindən  Nutans  124/32, 
Arpa  59,  Hüseyn  1,  Arpa  47,  çox  cərgəlilərdən  isə  Arpa  81, 
Arpa 78  və 55 №-li Seçmədə də müşahidə  edilmişdir. Bizim 
fikrimizcə  toxumların  soruculuq  qabiliyyəti  nisbətən  aşağı 
olan  bu  kimi  nümunələr  öz  vegetasiyaları  dövründə  genetik 
potensiallarından  daha  yaxşı  istifadə  etməklə  güclü  kök 
sistemi yarada bilirlər ki, bu da yarpaqlarda xlorofilin depres-
siyasının qarşısını ala bilir. 
Beləliklə,  tədqiq  edilmiş  34  arpa  sortnümunələri  içəri-
sindən, həm toxumların cücərmə qabiliyyətinə, həm də xloro-
filin  stres  depressiya  dərəcəsinə  görə  fərqlənmiş,  iki  cərgəli 
arpa nümunələrdən Nutans 80/32-21, Arpa -77, Nutans 34/14 
və Nutans 118/21-in, çox cərgəli arpalardan isə Arpa 44, Arpa 
29,  Arpa  31,  Arpa  32  və  Arpa  78-in  duzluluq  stresinə  ən 
davamlı  genotiplər  olduğu  aşkar  edilmiş,  onların  orta  və  zəif 
duzlu torpaqlarda becərilməsi  və duzluluğa davamlılıq  istiqa-
mətində  aparılan  seleksiya  proseslərində  istifadə  edilməsi 
tövsiyə olunur.  
 

 104 
Cədvəl 2.6. 
 
Duzluluq stresinin təsirindən arpa sortnümunələrinin  
yarpaqlarında xlorofilin miqdarlında baş verən dəyişmələr  
(vahid yarpaq sahəsində, mkq-la) 
                          
 
Sı-
ra 
 №-
si 
 
Kata-
loq 
№-si 
Nümunənin 
adları 
Xlorofil (a+b)-nin miqdarı 
 
Nəzarət 
 
Duzluluq 
 
Nəzarətə 
görə  
%-lə 
İki cərgəli 

2308 
Hüseyn 1 
7,1±0,7 
7,59±0,3 
106,9 

2448 
Arpa 47 
5,96±0,14 
5,89±0,13 
90,4 

2311 
Nutans 67/91 
5,32±0,16 
5,21±0,3 
96,2 

2323 
Nutans 303 
7,42±0,29 
7,27±0,7 
97,9 

2482 
Arpa-77 
5,21±0,56 
5,84±0,16 
112,1 

2270 
Nutans 118/21 
5,92±0,64 
6,21±0,16 
104 

2443 
Arpa-43 
8,28±0,4 
6,47±0,5 
78,1 

2262 
Cəlilabad-19 
6,35±0,13 
6,0±0,4 
96 

2315 
Nutans 86-
35/18 
7,87±1,24 
7,8±0,13 
99,1 
10 
2286 
Nutans 80-
32/21 
5,14±0,31 
6,15±0,18 
120 
11 
2288 
Nutans 28/92 
5,42±0,4 
4,2±0,5 
77 
12 
2301 
Nutans 57/9 
6,0±0,29 
3,68±0,9 
61,3 
13 
2325 
Nutans 124/32 
6,67±0,24 
6,09±0,49 
91,3 
14 
2461 
Arpa-59 
7,47±0,41 
6,04±1,66 
80,8 
15 
2296 
6№-li seçmə 
9,36±0,3 
6,9±0,25 
74,1 
16 
2302 
Nutans 80-
34/14 
5,75±0,2 
6,2±0,2 
108 
17 
2321 
84 № Seçmə 
8,01±0,2 
7,9±0,46 
98,6 
18 
2271 
Pallidum 69/91 
7,25±0,19 
6,19±0,23 
85,4 
19 
2480 
Arpa-75 
6,41±0,81 
5,6±0,6 
93 
20 
2483 
Arpa-78 
7,25±0,41 
7,72±0,68 
106,4 
 

 
105 
Cədvəl 2.6-nın davamı 
 
 
 
Sıra 
 №-
si 
 
 
Kata-
loq 
№-si 
 
 
Nümunənin 
adları 
Xlorofil (a+b)-nin miqdarı 
 
Nəzarət 
 
Duzluluq 
 
Nəza-
rətə 
görə  
%-lə 
Çox cərgəli 
21 
2406 
Arpa-32 
7,43±0,03  7,63±0,31 
102,6 
22 
2277 
№ 78 Cəbrayıl 
5,71±0,22 
4,79±0,1 
83,7 
23 
2322 
№ 76 Seçmə 
6,53±0,46  5,32±0,48 
81,4 
24 
2298 
Pallidum 79/1-

7,07±0,3 
6,04±0,3 
85,4 
25 
2368 
Arpa-31 
7,44±0,5 
6,84±0,4 
91,9 
26 
2366 
Arpa-29 
7,0±0,3 
6,9±0,4 
98,5 
27 
2439 
Arpa-39 
7,8±0,37 
6,79±0,45 
87 
28 
2367 
Arpa-30 
5,62±0,2 
4,89±0,34 
85,7 
29 
2305 
№ 55 Yerli 
5,95±0,5 
6,3±0,3 
105 
30 
2445 
Arpa-44 
7,5±0,2 
7,7±0,4 
102,6 
31 
2486 
Arpa-81 
7,33±0,3 
6,08±0,1 
82,9 
32 
2540 
Arpa-84 
6,21±0,38 
5,2±0,16 
83,7 
33 
2329 
Naxçıvan dəni 
5,96±0,42  5,79±0,47 
97,1 
34 
2440 
Arpa-40 
5,96±0,5 
4,8±0,4 
80,5 
 
 
2.6. Quraqlıq və duzluluq streslərinin buğda bitkisi  
 yarpaqlarında xlorofilin miqdarına təsiri 
 
Bitki  yarpaqlarının  yaşıl  rəngi,  onların  hüceyrələrindəki 
yaşıl xloroplastların olması ilə əlaqədardır. Xloroplastların öl-
çüsü, miqdarı, bitkinin növündən və onun əkilmə şəraitindən, 
həmçinin,  hüceyrənin  yaşından  asılı  olaraq  dəyişir.  Belə  ki, 
yosunlarda hər hüceyrədə bir xloroplast olduğu halda, bir çox 
ali bitkilərin hüceyrəsində xoroplastların sayı 200-ə qədərdir. 

 106 
Xloroplastların  əsas  fotosintetik  piqmenti  xlorofillərdir.  Xlo-
rofillərin  10-a  yaxın  nümayəndəsi  məlumdur.  Bakteriyalar  və 
yosunlardan  başlamış,  ali  bitkilərə  qədər  fotosintez  prosesi  gedən 
orqanizmlərin  hamısında  universal  piqment  kimi  xlorofil  “a” 
(C
55
H
72
O
5
N
4
Mg) vardır. Xlorofil  “a”  göy-yaşıl  yosunlarda  və qır-
mızı yosunların bəzi qruplarında yeganə yaşıl piqmentdir. Ali bitki-
lərdə  xlorofil  “a”  ilə  yanaşı  xlorofil  “b” (C
55
H
70
O
6
N
4
Mg) də olur. 
Bu piqment qonur və diatom yosunlarda xlorofil c, qırmızı yosun-
larda isə xlorofil “d” ilə əvəz olunmuşdur [17]. 
Stres  amillər  xlorofilin  miqdarına  təsir  edir  ki,  bu  da  foto-
sintezin  intensivliyində  özünü  büruzə  verir.  Quraqlıq  və  duzluluq 
stresi  təsirindən  yarpaqlarda  xlorofilin  miqdarında  meydana  gələn 
dəyişmələr bizim tədqiqatda da öz əksini tapmışdır. Qeyri əlverişli 
mühit  amillərindən  olan  duzluluq  və  quraqlıq  stresi  bitkilərin 
fizioloji  statusuna təsirindən əlavə fotosintezin normal  gedişinə də 
nəzərə  çarpacaq  dərəcədə  təsir  göstərir.  Q.V.Udovenkonun  işlə-
rində qeyd olunur  ki, doymuş  xlorid mühitində  yaşıl piqmentlərin 
miqdarı  azalır.  Duzluluq  və  quraqlıq  stresindən  xlorofilin  miq-
darının  azalması  bəzi  işlərdə  xloroplastların  destruksiyası  nəticə-
sində  onların  həcminin  kiçilməsi  ilə  əlaqələndirilir  [89].  Güman 
edilir  ki, bu vəziyyət fotosintez  intensivliyinin zəifləməsinə  gətirib 
çıxarır.  Həmçinin,  qeyd  olunur  ki,  duzluluğa  davamsız  bitkilərdə 
xloroplastların  daha  çox  dağılması  və  fotosintez  intensivliyinin 
zəifləməsi  müşahidə  olunur.  Məlum  olub  ki,  buğda  bitkilərinin 
plastid  sistemində  baş  verən  dəyişmələr  duz  stresinin  artması  ilə 
güclənir [64].    
 
2.6.1. Stres amillərin təsirindən müxtəlif buğda növlərinin 
yarpaqlarında xlorofilin miqdarındakı dəyişmələr 
 
Quraqlıq  və  duzluluq  stresi  zamanı  bitkilərin  yarpaqlarında 
ağızcıqlar tam və ya qismən bağlanır ki, bu da fotosintezin normal 

 
107 
getməsinə  mane  olur.  Bu  prosesi  öyrənmək  məqsədilə,  biz  qu-
raqlıq və duzluluq stresinin təsirindən xlorofil “a”, xlorofil “b” və 
xlorofil  (a+b)-nin  miqdarında  baş  verən  dəyişmələri  tədqiq 
etmişik. 
Stres amillərin təsirindən diploid və tetraploid buğda növ və 
növ müxtəlifliklərində xlorofil (a+b)-nin miqdarında əmələ gələn 
dəyişkənliklər cədvəl 2.7-də göstərilmişdir. 
T.boeoticum növündə quraqlığın təsirindən xlorofil (a+b)-nin 
miqdarı 22.0%, duzluluğun təsirindən isə 11.0% azalmışdır. Növ, 
xlorofilin  miqdarında baş  verən dəyişikliklərə  görə hər  iki  stresə 
qarşı həssas növ hesab edilir. T.monococcum növündə quraqlığın 
təsirindən  xlorofil  (a+b)-nin  miqdarı  1.0%  azalmış,  duzluluğun 
təsirindən  isə  xlorofil  (a+b)-nin  miqdarında  7.0%  artım  baş  ver-
mişdir. Bu növ quraqlığa və duzluluğa davamlı hesab edilir. T.di-
coccoides  növündə  quraqlığın  təsirindən  xlorofil  (a+b)-nin  miq-
darı 5.0% artmış, duzluluğun təsiri ilə isə heç bir dəyişmə müşa-
hidə  edilməmişdir.  Növ,  hər  iki  stresə  qarşı  tolerantdır.  T.dicoc-
cum v. farrum –da quraqlığın təsirindən xlorofil (a+b)-nin miqdarı 
8.3% azalmış, duzluluğun təsiri ilə isə dəyişmə baş verməmişdir. 
Növmüxtəlifliyi  quraqlığa qarşı orta tolerant, duza qarşı  isə  tole-
rant  hesab  olunmuşdur.  T.dicoccum  v.  rufum  növmüxtəlifliyində 
quraqlığın  təsirindən  xlorofil  (a+b)-nin  miqdarı  10.0%,  duzlu-
luğun təsirindən isə 4.0% artım əmələ gəlmişdir. Bu nümunə hər 
iki  stresə  qarşı davamlı  kimi qiymətləndirilmişdir. T.dicoccum  v. 
atratum-da quraqlığın təsirindən xlorofil (a+b)-nin miqdarı dəyiş-
məmiş,  duzluluğun  təsirindən  isə  5.2%  azalma  müşahidə  olun-
muşdur. Növ müxtəlifliyi quraqlığa qarşı davamlı, duzluluğa qarşı 
orta  davamlı  hesab  edilir.  T.turgidum  v.  Dreishianum-da  quraq-
lığın təsirindən  xlorofil  (a+b)-nin miqdarı 13.0%, duzluluğun tə-
sirindən isə 12.0% azalma müşahidə edilmişdir. Növ müxtəlifliyi 
həssas kimi qiymətləndirilir. T.turqidum v. alboyadurum- quraqlı-

 108 
ğın təsirindən xlorofil (a+b)-nin miqdarı 3.0 % artmış, duzluluğun 
təsirindən  isə  6.2%  azalmışdır.  Növmüxtəlifliyi  quraqlığa  qarşı 
davamlı, duzluluğa qarşı orta davamlı hesab edilir. T.turgidum v. 
salomonis-  növmüxtəlifliyində  quraqlığın  təsirindən  xlorofil 
(a+b)-nin miqdarında 9.0%, duzluluğun təsirindən isə 1.0% artım 
əmələ  gəlmişdir.  Bu  nümunə  hər  iki  stresə  qarşı  davamlı  kimi 
qiymətləndirilmişdir.  T.turgidum  v.  lusitanicum  –  növmüxtəlifli-
yində quraqlığın təsirindən xlorofil (a+b)-nin miqdarı 5.0%, duz-
luluğun  təsirindən  isə 7.3% azalma  əmələ gəlmişdir. Bu nümunə 
hər iki stresə qarşı orta davamlı kimi qiymətləndirilmişdir. T.polo-
nicum-  quraqlığın  təsirindən  xlorofil  (a+b)-nin  miqdarı  34.0%, 
duzluluğun  təsirindən  isə  33.8%  azalma  əmələ  gəlmişdir.  Bu 
nümunə  hər  iki  stresə  qarşı  həssas  kimi  qiymətləndirilmişdir. 
T.persicum növündə quraqlığın təsirindən xlorofil (a+b)-nin miq-
darı 24.0%, duzluluğun təsirindən isə 8.1% azalma əmələ gəlmiş-
dir.  Bu  nümunə  quraqlığa  qarşı  həssas,  duzluluğa  qarşı  orta  da-
vamlı hesab edilmişdir. 
 
Cədvəl 2.7 
 
Quraqlıq və duzluluq streslərinin müxtəlif buğda  
növlərinin yarpaqlarında xlorofil (a+b)-nin miqdarında  
əmələ gətirdiyi dəyişmələr    
 
 
№ 
 
Nümunələrin  
adları 
Xlorofil a+b 
 
N
əzar
ət
ə 


  
%
-l
ə 
Xl a+b 
 
N
əzar
ət
ə 


 
 %
-l
ə 
Nəza-
rət 
Qu-
raqlıq 
Duzlu 
luq 

T.boeoticum Boiss. 
6.5 
5.08 
78.0 
5.80 
89 

T.monococcum L. 
5.68 
5.66 
99.0 
6.08 
107 
 

 
109 
Cədvəl 2.7-nin davamı 
 

T.dicoccoides (Koern.) 
Schweinf. 
v. arabicum 
6.38 
6.75 
105 
6.41 
100 

T.dicoccum Schuebl. v. 
farrum
4.86 
4.46 
91.7 
4.85 
100 

T.dicoccum Schuebl. v. 
rufum 
4.81 
5.31 
110 
5.05 
104 

T.dicoccum Schuebl. v. 
atratum 
3.5 
3.51 
100 
3.32 
94.8 

T.turgidum L.  
v. dreishianum  
6.01 
5.23 
87.0 
5.30 
88.0 

T.turgidum L. v. 
alboyadurum 
5.57 
5.75 
103 
5.23 
93.8 

T.turgidum L. v. 
Salomonis 
6.00 
6.55 
109 
6.10 
101 
10 
T.turgidum L. v. 
lusitanicum 
5.50 
5.25 
95.0 
5.10 
92.7 
11 
T.polonicum L. 
8.02 
5.29 
66.0 
5.31 
66.2 
12 
T.persicum Vav. 
7.07 
5.41 
76.0 
6.50 
91.9 
 
Nəticələri  yekunlaşdırmaq  üçün  quraqlığın  və  duzun  təsi-
rindən  xlorofil  (a+b)-nin  miqdarında  baş  verən  dəyişmələrə 
görə  nümunələr  dendroqramda  qruplaşdırılmışdır  (şəkil  2.3). 
Diaqramı ikinci xəttindən kəssək nümunələr 3 qrupda siniflə-
şəcəkdir. 1-ci qrupda T.dicoccum v. rufum, T.monococcum, T.tur-
gidum v. salomonis, T.dicoccum v. atratum, T.dicoccoides, T.tur-
gidum  v.  alboyadurum  birləşmişdir  və  bu  nümunələrdə  stresin 
təsirindən xlorofilin miqdarı artmışdır, 2-ci qrupda T.dicoccum v. 
farrum,  T.turgidum  v.  lusitanicum,  T.turgidum  v.  dreishianum 
birləşmişdir və bu nümunələrdə xlorofil (a+b)-nin miqdarında 
azalma az, 3-cü qrupda  isə T.boeoticum, T.persicum və T.po-
lonicum  qruplaşmışdır  və  bunlarda  nisbətən  azalma  çox  get-
mişdir. Metodikaya uyğun olaraq xlorofilin miqdarında baş vermiş 

 110 
dəyişikliklərə görə 1-ci qrup davamlı, 2-ci qrup orta davamlı, 3-cü 
qrup isə quraqlığa həssas nümunələr kimi qiymətləndirilmişdir. 
 
 
 
 
Şəkil 2.3. Quraqlığın təsirindən xlorofilin miqdarında baş 
verən dəyişkənliklərə görə diploid və tetraploid buğda 
nümunələrinin qruplaşdırılması. 
 
 
2.6.2. Quraqlığın təsirindən bərk buğda (T.durum Desf.)   
       sortlarının yarpaqlarında xlorofilin miqdarının  
dəyişməsi 
 
Cədvəl  2.8-dən  göründüyü  kimi,  quraqlığın  təsirindən 
Qırmızı  buğda,  Vezio,  Elan,  Kalvin,  Febo,  Mürəkkəb  hibrid, 
Bərəkətli  95,  Arandəni,  Bəxt,  Qarabağ,  Şirvan  3,  Yerli  549, 
Romeo,  Yaqut  sortlarında  xlorofil  (a+b)-nin  miqdarı  hətta  bir 
qədər  artmışdır  ki, bu nümunələri  yüksək  davamlı  sortlar  hesab 
etmək  olar.  Aysberq  odesskaya,  Odesskaya  49.81,  Cəfəri,  Jem-
çuk Odesskaya, Ray 91, Giorgio 302, Ağ buğda, Leukomelan, 

 
111 
Xarkovskaya 46, Mirvari, Şirvan, Bərəkət, Kəhrəba və Orzini 
sortlarında quraqlığın təsirindən xlorofil (a+b)-nin miqdarı ya 
dəyişməmiş ya da 1.0-10.0% arasında dəyişmişdir. Quraqlığın 
təsirindən  xlorofil (a+b)-nin  miqdarında baş  vermiş dəyişmə-
lərə görə bu nümunələr də davamlı kimi qiymətləndirilir. Xo-
ranka,  Zaparoji  803,  Zedan  3d  56,  Xoranka  46,  Persion  və 
Nəsimi  sortlarında  isə  quraqlığın  təsirindən  xlorofilin  miqda-
rında  kəskin  azalma  baş  vermişdir.  Bu  nümunələr  xlorofilin 
miqdarında  baş  vermiş  dəyişmələrə  görə  quraqlığa  həssas 
sortlar kimi qiymətləndirilir.   


Поделитесь с Вашими друзьями:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə