R. T. ƏLİyev, M.Ə. Abbasov



Yüklə 65.28 Kb.
Pdf просмотр
səhifə7/27
tarix04.05.2017
ölçüsü65.28 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   27

 
 
2.3.2. Təsərrüfat əhəmiyyətli bərk buğda (T.durum Desf.) 
sortlarının stresə davamlılığının toxumların  
cücərmə qabiliyyətinə görə dəyərləndirilməsi 
 
Bərk  buğdanın  (T.durum  Desf.)  41  sort  nümunəsinə  aid 
toxumlar 10 atm. təzyiqli  saxaroza  və 0.2 M NaCl məhlullunda 7 
gün ərzində cücərdilib və cücərtilər 3, 5 və 7-ci günlər sayılaraq nə-
zarətə görə faizlə hesablanmışdır. Alınan nəticələrə görə nümunələr 
davamlı,  orta  davamlı  və  həssas  sortlar  kimi  qiymətləndirilmişdir 
(Cədvəl 2.4). Alınan nəticələr göstərmişdir ki, toxumların saxaroza 
məhlulunda cücərmə qabiliyyətinə görə Qırmızı buğda, Leukurum 
79,  Aysberq  odesskaya,  Odesskaya  49.81,  Vezio,  Elan,  Cəfəri, 
Xoranka, Kalvin, Febo, Timiryazevskiy karlik, Jemçuk Odesskaya, 
Muğan, Mürəkkəb hibrid, Ray 91, Giorgio 302, Bərəkətli 95 sortları 
quraqlığa daha davamlıdır. Nəzarətə görə bu sortların cücərmə qa-

 
87 
biliyyəti  80.0-100%  arasında  dəyişmişdir.  Cücərmə  qabiliyyətinə 
görə  Ağ  buğda,  Jaxino,  Leukomelan,  Xarkovskaya  46,  Arandəni, 
Bəxt, Mirvari, Şirvan, Qarabağ, Bərəkət, Karol, Şərq, Zaparoji 803 
və  Kəhrəba  sortları  quraqlığa  orta  davamlı  olmuşlar.  Onların 
nəzarətə görə cücərmə faizi 61-74% arasında dəyişmişdir. Şirvan 3, 
Orzini, Yerli 549, Romeo, Yaqut, Moldoviya hibridi, Zedan 3d 56, 
Xoranka  46,  Persion  və  Nəsimi  sortlarında  isə  cücərmə  faizi 
nisbətən  aşağı,  10.0-47.0%  arasında  olduğundan,  bu  sortlar  saxa-
roza  məhlulunda  cücərmə  qabiliyyətinə  görə  həssas  sortlar  kimi 
qeydə  alınmışlar.  0.2  M  NaCl  məhlulunda  cücərmə  qabiliyyətinə 
görə  isə  Aysberq  Odesskaya,  Vezio,  Cəfəri,  Kalvin,  Şirvan,  Elan, 
Mürəkkəb hibrid, Ağ buğda, Timiryazevskiy karlik, Jaxino, Orzini, 
Odesskaya  49.81,  Bərəkət,  Febo,  Giorgio  302,  Qırmızı  buğda, 
Muğan, Xarkovskaya 46, Mirvari, Şərq və Kəhrəba sortları davamlı 
(cücərmə qabiliyyəti = 90-100%), Zaparoji 803, Jemçuk odesskaya, 
Qarabağ, Karol, Bərəkətli 95, Bəxt, Şirvan 3, Leukurum 79, Yaqut, 
Yerli  549,  Moldoviya  hibridi,  Zedan  3d  56,  Xoranka,  Romeo 
sortları  isə  orta  davamlı  olub,  onların  cücərmə  fazi  70.0-89.0  % 
arasında  dəyişmişdir.  Yerdə  qalan  6  sort  -  Leukomelan,  Ray  91, 
Xoranka  46,  Nəsimi,  Arandəni    Persion  isə  fizioloji  analizlərin 
nəticələrinə görə həssas sortlar hesab olunur. Belə ki, qeyd olunan 
sortların  NaCl  məhlulunda  cücərmə  fazi  34.0-65.5%  arasında  də-
yişmişdir. 
Nümunələrin  müvafiq  olaraq,  saxaroza  və  NaCl  məhlulunda 
cücərmə  faizləri  əsasında  klasterlər  tərtib  edilmiş  və  genotiplər 
fizioloji  göstəricilərinə  görə  qruplaşdırılmışlar  (Şəkil  2.1  və  2.2). 
Şəkil 1.1-dən  göründüyü kimi öyrənilən bərk buğda nümunələri 3 
əsas  sinifdə qruplaşmışlar. Alt qrupda Şirvan 3, Orzini, Yerli 549, 
Romeo,  Yaqut,  Moldaviya  hibridi,  Zedan  3d  56,  Xoranka  46, 
Persion  və  Nəsimi  sortları  birləşmişlər.  Bu  nümunələrin  saxaroza 
məhlulunda nəzarətə  görə cücərmə faizi 10.0-47.0 % arasında ol-

 88 
muşdur.  Cücərmə  faizini  nəzərə  alaraq  bu  qrup  quraqlığa  həssas 
qrup hesab edilir. Ortada yerləşən qrupda Qırmızı buğda, Leukurum 
79,  Aysberq  odesskaya,  Odesskaya  49.81,  Vezio,  Elan,  Cəfəri, 
Xoranka, Kalvin, Febo, Timiryazevskiy karlikJemçuk Odesskaya, 
Mürəkkəb hibrid və Muğan birləşmişdir. Bu nümunələrin isə saxa-
roza  məhlulunda  nəzarətə  görə  cücərmə  qabiliyyəti  87.0-100.0  % 
arasında olmuşdur. 3-cü qrupda isə Ray 91, Giorgio 302, Bərəkətli 
95,  Ağ  buğda,  Jaxino,  Leukomelan,  Xarkovskaya  46,  Arandəni, 
Bəxt, Mirvari, Şirvan, Qarabağ, Bərəkət,  Karol, Şərq və Zaparoji 
803 nümunələri birləşmişdir. Onların isə saxaroza məhlulunda nə-
zarətə  görə  cücərmə  qabiliyyəti  60.0-84.0%  arasında  olmuşdur. 
Odur  ki,  bu  nümunələr  cücərmə  qabiliyyətinə  görə  orta  davamlı 
nümunələr kimi qiymətləndirilmişdir. 
 
 
Cədvəl 2.4. 
 
Bərk buğda (T.durum Desf.) sortlarının 10 atm. təzyiqli  
saxaroza və 0.2 M NaCl məhlulunda cücərmə qabiliyyəti 
 
№ 
Nümunənin adı 
 
Toxumların cücərmə qabiliyyəti %-lə 
Nəza 
rət 
Saxa-
roza 
Nəz. 
görə  
%-lə 
NaCl 
Nəz. 
görə  
%-lə 

Qırmızı buğda 
50 
50 
100 
45.5 
91 

Leukurum 79 
100 
99 
99 
83 
83 

Aysberq 
Odesskaya 
50 
49.5 
99 
50 
100 

Odesskaya 49.81 
100 
98.5 
98.5 
95 
95 

Vezio 
50 
49 
98 
49.5 
99 

Elan 
50 
48.5 
97 
49 
98 

Cəfəri 
100 
96.6 
96.6 
99 
99 

Xoranka 
100 
95 
95 
71 
71 

Kalvin 
100 
94.5 
94.5 
99 
99 
 

 
89 
Cədvəl 2.4-ün davamı 
 
10 
Febo 
100 
94 
94 
93.5 
93.5 
11 
Timiryazevskiy 
karlik 
100 
91.5 
91.5 
97 
97 
12 
Jemçuk 
Odesskaya 
100 
95.5 
95.5 
88.5 
88.5 
13 
Muğan  
50 
44 
88 
45.5 
91 
14 
Mürəkkəb hibrid 
100 
87 
87 
97 
97 
15 
Ray 91 
100 
84 
84 
64 
64 
16 
Giorgio 302 
100 
80 
80 
93.5 
93.5 
17 
Bərəkətli 95 
100 
80.5 
80.5 
86 
86 
18 
Ağ buğda 
100 
74 
74 
97 
97 
19 
Jaxino 
100 
74 
74 
96 
96 
20 
Leukomelan 
100 
74 
74 
65.5 
65.5 
21 
Xarkovskaya 46 
100 
73 
73 
91 
91.5 
22 
Arandəni 
100 
71 
71 
45 
45 
23 
Bəxt 
97 
68.5 
70.6 
85.5 
85.5 
24 
Mirvari 
100 
67 
67 
91.5 
91.5 
25 
Şirvan 
100 
66 
66 
99 
99 
26 
Qarabağ 
100 
64 
64 
88 
88 
27 
Bərəkət 
100 
62.5 
62.5 
94 
94 
28 
Karol 
100 
61 
61 
86.5 
86.5 
29 
Şərq 
100 
60.5 
60.5 
90 
90 
30 
Zaparoji 803 
100 
60 
60 
89 
89 
31 
Kəhrəba 
100 
61 
61 
90 
90 
32 
Şirvan 3 
100 
47 
47 
85 
85 
33 
Orzini 
100 
40 
40 
96 
96 
34 
Yerli 549 
100 
39.6 
39.6 
81 
81 
35 
Romeo 
100 
37 
37 
70 
70 
36 
Yaqut 
100 
36 
36 
83 
83 
37 
Moldoviya hibridi 
100 
31.6 
31.6 
77.3 
77.3 
38 
Zedan 3d 56 
96 
28 
29.1 
74 
77 
39 
Xoranka 46 
90 
21.6 
24 
53.6 
59 
40 
Persion 
50 
10 
20 
17 
34 
41 
Nəsimi 
100 
17.3 
17.3 
50.8 
50.8 

 90 
 
 
Şəkil  2.1.  Müxtəlif  mənşəli  bərk  buğda  (T.durum  Desf.) 
sortlarının  10  atm.  təzyiqli  saxaroza  məhlulunda 
cücərmə qabiliyyətinə görə qruplaşması  

 
91 
 
 
Şəkil  2.2.  Müxtəlif  mənşəli  bərk  buğda  (T.durum  Desf.) 
sortlarının  0.2  M  NaCl  məhlulunda  cücərmə  qa-
biliyyətinə görə qruplaşması 
 
 

 92 
Şəkil  2.2-dən  göründüyü  kimi,  öyrənilən  nümunələr  3  əsas 
sinifdə birləşmişlər. Alt qrupda Arandəni, Persion  Nəsimi sort-
ları birləşmişlər. Bu nümunələrin  nəzarətə  görə cücərmə qabiliy-
yəti 60.0%-dən aşağı olmuş, odur ki, onlar duzluluğa həssas sort-
lar kimi qiymətləndirilmişlər. Orta qrupda Xoranka, Ray 91, Leu-
komelan,  Romeo,  Moldoviya  hibridi,  Zedan  3d  56,  Xoranka  46 
sortları  qruplaşmışdır. Bunların NaCl  məhlulunda cücərmə  qabi-
liyyəti  59.0-71.0  %  arasında  olmuş  və  beləliklə,  yuxarıda  qeyd 
edildiyi kimi, bu sortlar orta davamlı hesab olunurlar.  
3-cü  qrupda  Qırmızı  buğda,  Leukurum  79,  Aysberq 
Odesskaya,  Odesskaya  49.81,  Vezio,  Elan,  Cəfəri,  Kalvin, 
Febo, Timiryazevskiy karlik, Jemçuk Odesskaya, Muğan, Mü-
rəkkəb  hibrid,  Giorgio  302,  Bərəkətli  95,  Ağ  buğda,  Jaxino, 
Xarkovskaya  46,  Bəxt,  Mirvari,  Şirvan,  Qarabağ,  Bərəkət, 
Karol,  Şərq,  Zaparoji  803,  Şirvan  3,  Orzini,  Yerli  549  və 
Yaqut sortları birləşib ki, onların da cücərmə qabiliyyəti 77.0-
100.0%  arasında  olmuşdur.  Bu  nümunələr  isə  duzluluğa  da-
vamlı sortlar hesab edilmişlər. 
 
 
2.4. Quraqlıq stresinin arpa bitkisi yarpaqlarında  
          xlorofilin sintezinin depressiya dərəcəsinə təsiri 
 
Bitki  yarpaqlarında fotosintetik piqmentlərin miqdarı fo-
tosintetik  aparatın  fəaliyyətində  və  onun  məhsuldarlığında 
əsas rol oynayan amildir və fotosintetik məhsuldarlıqla xloro-
fil  piqmentlərinin  miqdarı  arasında  mürəkkəb  əlaqə  mövcud-
dur. Quraqlıq stresi  isə  xlorofilin miqdarının dəyişməsi, onun 
strukturunun  pozulması  və  işıq  udma  qabiliyyətinin  azalma-
sına  səbəb  olur  [28].  Tropik  bitkilərlə  aparılan  tədqiqatların 
nəticəsində  xlorofilin  toplanma  dinamikası  ilə  yarpaqlarda 

 
93 
suyun miqdarı arasında müsbət korrelyasiyanın olduğu müşa-
hidə edilmişdir. Müəyyən edilmişdir ki, yarpaqların böyüməsi 
ilə  xlorofilin  və  suyun  miqdarı  artır.  Yarapaqların  qocalması 
zamanı  isə su  və  xlorofilin miqdarı azalır [72]. Petinova  görə 
quraqlıq  zamanı  xloroplastlarda  suyun  miqdarının  sabitliyi 
bitkilərin qurumağa qarşı müqavimətini göstərir [89].  
Xlorofilin miqdarı və bitki toxumalarının su saxlama qa-
biliyyəti arasındakı asılılıq, su və protoplazmanın yüksək poli-
merli  komponentləri  arasında  dialektik  birliyi  göstərir.  Digər 
tərəfdən, funksional mübadilə (fotosintez) su saxlama qabiliy-
yətinin  göstəriciləri  ilə sıx əlaqəlidir. Ona görə də canlı toxu-
maların,  hüceyrələrin  su  saxlama  qüvvəsinin  və  onların  key-
fiyyət xarakteristikalarının dəyişilməsi mübadilənin əsas tərəf-
ləri – funksional və plastik mübadilə arasındakı qarşılıqlı  əla-
qəni əks etdirir [72].  
Quraqlığın  daha  ğüclü  təsiri  zamanı  yaşıl  plastidlərin 
dağılması  baş  verir  ki,  bu,  təbii  olaraq  xlorofilin  miqdarının 
azalmasına səbəb olur. Zəif quruma və ya bitkilərin quraqlığa 
adaptasiyası  zamanı  xlorofilin  miqdarının  artması  isə  uyğun-
laşmasının  nəticəsi  ola  bilər.  N.N.Qortikova  və  D.J.Sapoj-
nikov  müəyyən  etmişlər  ki,  buğda  yarpaqlarında  ğüclü  qu-
ruma  nəticəsində  xlorofillogendən  xlorofilin  əmələ  gəlməsi 
zəifləyir. 
A.S.Veçer  və  A.İ.Tarçevskaya  görə  də  torpaq  quraqlı-
ğının  təsiri  nəticəsində  yarpaqlarda  xlorofil  “a”  və  xlorofil 
“b”-nin miqdarı azalır. Lakin bir sıra müəlliflər yaşıl piqment-
lərin miqdarının torpaq rütubətliliyinin müəyyən həddə qədər 
azalması zamanı artdığını müəyyən etmişlər [79]. 
Zelepuxinə  görə  xlorofilin  miqdarı  yarpaqlarda  möhkəm 
birləşmiş  suyun  miqdarı  ilə  müsbət  korrelyasiya  olunur.  Mü-
əllifə  görə  ekstremal  faktorların  təsiri  nəticəsində  yarpaq 

 94 
toxumalarında  xlorofilin  miqdarının  artmasına  “tormozlan-
manın müdafiə fazası” kimi baxmaq lazımdır ki, bu müddətdə 
hüceyrə  strukturunun,  o  cümlədən,  xlorofilıin  intensiuv  bər-
pası baş verir [72]. 
Alma və armud bitkiləri ilə aparılmış təcrübələrdə müəy-
yən olunmuşdur ki, piqment  sistemində dəyişikliklər  lipopro-
teidlərlə labil birləşmiş xlorofilin, ilk növbədə xlorofil “a”-nın 
miqdartının azalmasına  səbəb olur, əksinə xlorofil  “b”  və  ka-
rotinoidlərin miqdarı quruma zamanı daha yüksək stabilliyi ilə 
fərqlənir. Bu bir daha göstərir ki, quraqlığın təsirinə məruz qa-
lan bitkilərdə  adaptasiya  əlamətləri əmələ  gəlir  ki, onlar bitki 
toxumalarının  qurumaya  qarşı  davamlılığını  şərtləndirir.  Bu 
davamlılıq bilavasitə plastid aparatı ilə əlaqədardır [79]. 
30%  rütubətlilik  fonunda  təcrübələrdə  müəyyən  olun-
muşdur ki, quraqlığa davamlı bitkilərdə zəif davamlı bitkilərlə 
müqayisədə daha çox birləşmiş xlorofil vardır. Müəlliflərə gö-
rə ümumi xlorofilin miqdarının artması və möhkəm birləşmiş 
formanın bitki yarpaqlarındakı xüsusiyyətləri bitkilərin su qıt-
lığına  qarşı  uyğunlaşdırıcı  reaksiyalarıdır.  Təcrübələrdən  alı-
nan nəticələrə görə həssas sortlarla müqayisədə bəzi bitkilərin 
quraqlığa  davamlılığı  piqment  sisteminin  az  dəyişilməsi  ilə 
xarakterizə olunur. Piqment sistemində dəyişikliklər, əsassən, 
labil  əlaqəli  xlorofil  “a”-nın  hesabına  baş  verir,  xlorofil  “b” 
daha davamlıdır, az dəyişir və bu, xlorofil “a” ilə müqayisədə 
xlorofil “b”-də su molekullarının rabitə enerjisinin daha möh-
kəm olması ilə əlaqədardır [79]. 
Bitkilərin quraqlıq  stresinə davamlılığın diaqnostik üsul-
lardan  biri  də,  stres  təsirindən  yarpaqlarda  xlorofil  (a+b)-nin 
miqdarında  baş  verən  dəyişmələrin  öyrənilməsinə  əsaslanır. 
Tədqiq  etdiyimiz  iki cərgəli  və çox cərgəli arpa sortnümunə-
lərinin yarpaqlarında, quraqlıq stresi təsirindən xlorofil (a+b)-

 
95 
nin  miqdarında  baş  verən  dəyişmələri  əks  etdirən  nəticələr 
cədvəl  2.5-də  verilmişdir.  Cədvəldən  göründüyü  kimi,  qu-
raqlıq  stresi  təsirindən  arpa  sortnümunələrinin  yarpaqlarında 
müəyyən dəyişmələr baş vermişdir. İki cərgəli arpalardan Nu-
tans  80-34/14  sortnümunənin  vahid  yarpaq  sahəsində  xloro-
filin  miqdarı  5,42  mkq  olmuşdursa,  stres  təsirindən  sonra  bu 
göstərici 3,55 mkq-a qədər azalmışdır. Oxşar nəticələr Nutans 
32/21  və  6  №-li  Seçmə  nümunələrində  də  müşahidə  edil-
mişdir. Çox cərgəli arpa sortnümunələrindən isə stresə ən çox 
məruz qalan 55№-li Yerli  və  Arpa 40  sortnümunələri olmuş-
dur.  Bu  arpa  nümunələrinin  yarpaqlarında  quraqlıq  stresi 
təsirindən  xlorofil  (a+b)-nin  miqdarı  nəzarətə  görə  29%  və 
27%  azalmışdır.  Lakin  elə  arpa  nümunələri  də  vardır  ki, 
onların  yarpaqlarında  stres  şəraitində  xlorofil  (a+b)-nin  miq-
darı  nəinki  azalmamış,  hətta  bir  qədər  artmışdır.  Bunlara,  iki 
cərgəli  arpalardan  Hüseyn  1,  Arpa  47,  Cəlilabad  19,  Nutans 
67/91  və Arpa 77-ni misal  göstərmək olar. Bu arpa nümunə-
lərinin  yarpaqlarında quraqlıq  stresi  şəraitində  xlorofil (a+b)-
nin miqdarı 2-12% artmışdır. Oxşar nəticələr çox cərgəli arpa 
nümunələrində  də  müşahidə  edilmişdir.  84  №-li  Seçmə,  Pal-
lidum 69/91, Arpa-75 və Arpa 78 sortnümunələrinin yarpaqla-
rında  quraqlıq  stresi  təsirindən  xlorofilin  miqdarı  3-18% 
artmışdır. 
Bəzi  arpa  nümunələrinin  yarpaqlarında  stres  təsirindən 
xlorofilin  miqdarında nəzərə çarpacaq dəyişmələr baş  vermə-
mişdir.  Bunlara  misal  olaraq,  iki  cərgəli  arpalardan  Nutans 
303 və Nutans 124/32-ni,  çox cərgəli arpalardan  isə  Arpa 44 
və Arpa 32-ni  göstərmək olar. Quraqlıq  stresi təsirindən  yar-
paqlarda xlorofil (a+b)-nin miqdarında baş verən dəyişmələrə 
görə  arpa  sortnümunələri  bir-birindən  müəyyən  qədər  fərq-
lənsə  də,  bu  fərqlilik,  toxumların  cücərmə  qabiliyyətində 
 

 96 
olduğu  qədər  kəskin  deyildir.  Bu  da,  xlorofilin  bitki  həyatın-
dakı  böyük  rolu  ilə  əlaqədar  ola  bilər.  Əgər  xlorofilin  sinte-
zində böyük depressiya və sürətli parçalanma prosesi baş ver-
miş olsaydı, o zaman bitki öz həyatını davam etdirə bilməzdi. 
Bu hal  stres amillərin  çox  güclü olduğu zamanlarda baş  verə 
bilir və nəticədə bitkilər məhv olurlar. 
 
Cədvəl 2.5. 
 
Quraqlıq stresinin təsirindən arpa sortnümunələrinin 
yarpaqlarında xlorofilin miqdarlında baş verən dəyişmələr  
(vahid yarpaq sahəsində, mkq-la)   
                          
 
Sı-
ra 
№-
si 
 
Ka-
taloq 
№-si 
 
Nümunənin 
adları 
Xlorofil (a+b)-nin miqdarı 
 
Nəzarət 
 
Quraqlıq 
 
Nəza-
rətə 
görə  
%-lə 
İki cərgəli 

2308 
Hüseyn 1 
6,35±0,13 
7,15±0,23 
112,5 

2448 
Arpa 47 
6,67±0,24 
7,44±0,34 
111 

2311 
Nutans 67/91 
5,75±0,2 
5,9±0,3 
102,6 

2323 
Nutans 303 
7,47±0,41 
7,5±0,7 
100,4 

2482 
Arpa-77 
5,21±0,56 
5,32±0,48 
102,1 

2270 
Nutans 118/21 
5,92±0,64 
5,41±0,19 
91,3 

2443 
Arpa-43 
8,28±0,4 
7,85±0,5 
94,8 

2262 
Cəlilabad-19 
7,1±0,7 
7,7±0,2 
108,4 

2315 
Nutans 86-
35/18 
7,87±1,24 
7,44±0,48 
94,5 
10 
2286 
Nutans 80-
32/21 
5,32±0,16 
4,08±0,3 
76,6 

 
97 
Cədvəl 2.5-in davamı 
 
11 
2288 
Nutans 28/92 
5,14±0,31 
4,52±0,84 
87,9 
12 
2301 
Nutans 57/9 
6,0±0,29 
5,27±0,4 
87,8 
13 
2325 
Nutans 124/32 
5,96±0,14 
5,75±0,11 
96,4 
14 
2461 
Arpa-59 
7,42±0,29 
5,9±0,31 
79,5 
15 
2296 
6№-li seçmə 
9,36±0,3 
7,3±0,2 
78,4 
16 
2302 
Nutans 80-
34/14 
5,42±0,4 
3,55±0,4 
65,4 
Çox cərgəli 
17 
2321 
84 № Seçmə 
6,41±0,81 
7,58±1,11 
118,2 
18 
2271 
Pallidum 
69/91 
7,25±0,41 
8,16±0,26 
112,5 
19 
2480 
Arpa-75 
5,62±0,2 
6,0±0,3 
106 
20 
2483 
Arpa-78 
5,71±0,22 
5,89±0,54 
103,1 
21 
2406 
Arpa-32 
7,43±0,03 
7,24±0,37 
97,4 
22 
2277 
№ 78 
Cəbrayıl 
7,25±0,19 
6,63±0,23 
91,4 
23 
2322 
 № 76 Seçmə 
6,53±0,46 
6,17±0,38 
94,4 
24 
2298 
Pallidum 
79/1-2 
7,07±0,3 
6,5±0,5 
91,9 
25 
2368 
Arpa-31 
7,44±0,5 
6,68±0,5 
89,7 
26 
2366 
Arpa-29 
7,0±0,3 
5,85±0,7 
83,5 
27 
2439 
Arpa-39 
7,8±0,37 
6,8±0,15 
87,1 
28 
2367 
Arpa-30 
8,01±0,2 
7,53±0,48 
94,0 
29 
2305 
№ 55 Yerli 
5,95±0,5 
4,25±0,3 
71,4 
30 
2445 
Arpa-44 
7,5±0,2 
7,4±0,7 
98,6 
31 
2486 
Arpa-81 
7,33±0,3 
6,3±0,5 
86,3 
32 
2540 
Arpa-84 
6,21±0,38 
5,47±0,04 
88,0 
33 
2329 
Naxçıvan 
dəni 
5,96±0,42 
5,38±0,55 
90,2 
34 
2440 
Arpa-40 
5,96±0,5 
4,36±0,3 
73,1 

 98 
Alınan nəticələrin müqaisəli analizi göstərir ki, öyrənilən 
arpa  sortnümunələri,  həm  toxumların  cücərmə  qabiliyyətinə, 
həm  də  yarpaqlarda  xlorofilin  miqdarında  baş  verən  dəyiş-
mələrə  görə,  əksər  hallarda  bir-birini  tamamlayırlar.  Yəni 
cücərmə  qabiliyyəti  yüksək  olan  arpa  nümunələrinin  yarpaq-
larında  xlorofil  sintezində  ciddi  depressiya  müşahidə  edilmə-
mişdir. Misal olaraq,  iki cərgəli arpalardan Hüseyn 1  sortunu 
göstərmək olar. Bu sortun toxumlarının cücərmə qabiliyyətinə 
görə, ümumi quraqlığa davamlılıq  indeksi 227% olmuşdursa, 
yarpaqlarda  xlorofil  (a+b)-nin  miqdarı  nəzarətə  görə  112  % 
təşkil  etmişdir.  Çox  cərgəli  arpalardan  Pallidum  69/91-də  to-
xumların  cücərmə  qabiliyyəti  160%  yarpaqlarda  xlorofilin  miq-
darı isə 112% -ə bərabər olmuşdur. 
Cücərmə  qabiliyyəti  aşağı  olan  nümunələrin  yarpaqla-
rında  isə  stres  təsirindən  xlorofilin  miqdarında  da  kəskin 
azalmalar müşahidə edilmişdir. Məsələn, Nutans 80-34/14 ar-
pa  nümunəsi  toxumlarının  cücərmə  qabiliyyəti  cəmi  8%  ol-
muşsa,  xlorofilin  miqdarının  göstəricisi  də  ən  aşağı,  yəni 
64%-ə  bərabər  olmuşdur.  Çox  cərgəli  arpalardan  Arpa  40  və 
55  №-li  Seçmədə  bu  göstəricilər  müvafiq  olaraq  14  və  24-ə 
qarşı 73, 71-ə bərabər olmuşdur. 
Öyrənilən  həm  iki  cərgəli  və  həm  də  çox  cərgəli  arpa 
nümunələrinin  böyük  əksəriyyətində  bu  göstəricilər,  yəni  to-
xumların  cücərmə  qabiliyyəti  və  yarpaqlarda  xlorofilin  miq-
darında  baş  verən  dəyişmələr  korelyasiya  təşkil  edir.  Lakin, 
bir neçə nümunədə bu iki göstərici arasında az da olsa fərqlər 
müşahidə  edilmişdir.  Məsələn,  Nutans  124/32-də  toxumların 
cücərmə qabiliyyəti cəmi 42% olduğu halda, yarpaqlarda xlo-
rofilin  miqdarı  demək  olar  ki,  dəyişməmiş  və  96%-ə  bərabər 
olmuşdur.  Belə  vəziyyət  çox  cərgəli  arpalardan  Arpa  30  və 
Arpa  44-də  müşahidə  edilmişdir.Bu  nümunələrin  toxum-

 
99 
larının  saxaroza  məhlulunda  cücərmə  qabiliyyəti  cəmi  32  və 
20% təşkil etdiyi halda, stres təsirindən sonra yarpaqlarda xlo-
rofilin  miqdarı  əsaslı  surətdə  dəyişməmiş,  nəzarət  variantına 
nisbətən, müvafiq olaraq 94 və 98%-ə bərabər olmuşdur. Gü-
man etmək olar ki, toxumlarının soruculuq qabiliyyəti o qədər 
də  yüksək  olmayan  bu  kimi  nümunələr,  vegetasiyaları  döv-
ründə  öz  genetik  potensiallarından  daha  səmərəli  istifadə  et-
məklə  güclü  kök  sistemi  yarada  bilmişlər  ki,  bu  da  quraqlıq 
zamanı yarpaqlarda xlorofil sintezində depressiyanın qarşısını 
ala bilmışdır. 
Beləliklə, toxumların cücərmə qabiliyyəti və həm də yar-
paqlarda  xlorofilin  miqdarında  baş  verən  dəyişmələrə  görə 
fərqlənmiş  iki  cərgəli  arpa  nümunələrindən  Hüseyn  1,  Arpa  47 
və Nutans 67/91, çox cərgəli arpa nümunələrindən isə 84 №-li 
Seçmə,  Pallidum  69/91  və  Arpa  75-in  quraqlıq  stresinə  ən 
davanmlı  genotiplər olduğu aşkar edilmişdir  və onların quraq 
və yarı quraq ərazilərdə becərilməsi tövsiyyə edilir. Quraqlığa 
davamlılığı ilə seçilən bu arpa nümunələrindən seleksiya pro-
seslərində  donor  kimi  və  ya  biotexnoloji  tədqiqatlarda  təbii 
gen mənbəyi kimi də istifadə oluna bilərlər. 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə