R. T. ƏLİyev, M.Ə. Abbasov


 Quraqlıq stresinin qarğıdalı bitkisi yarpaqlarında



Yüklə 65.28 Kb.
Pdf просмотр
səhifə10/27
tarix04.05.2017
ölçüsü65.28 Kb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

2.10. Quraqlıq stresinin qarğıdalı bitkisi yarpaqlarında  
həll olan karbohidratların miqdarına təsiri 
 
Bir  çox  tədqiqatların  nəticələri  göstərmişdir  ki,  həll  olunan 
karbohidratlar  quraqlığa  davamlılığı  müəyyən  etmək  üçün  prolin 
miqdarı  ilə  müqayisədə  daha  yaxşı  markerlərdir  [97,  161,  276]. 
Bizim təcrübələrimizin nəticələri göstərdi ki, hüceyrə şirəsində həll 
olunan  karbohidratların  miqdarı  da  quraqlıq  təsirinə  məruz  qal-
mışdır. Belə ki, quraqlıq stresi şəraitində qarğıdalı bitkisinin yarpaq-
larında  həll  olunan  karbohidratların  miqdarında  artım  müşahidə 
edilmiş, dəndolma dövründə su stresi təsirindən həll olunan karbo-
hidratların  miqdarı  46.51%  artmışdır.  Bundan  öncə  də,  bir  çox 
tədqiqatçılar tərəfindən qeyd edilmişdir  ki, qarğıdalıda həll olunan 
karbohidratların  miqdarı,  quraqlıq  şəraitində  osmotik  təzyiqi  tən-
zimləmək üçün artır [97, 226]. İki şəraitdə reaksiyaların müqayisəsi 
göstərir  ki,  hibridlər  iki  fərqli  mühitdə,  karbohidrat  miqdarı  baxı-
mından fərqli reaksiyalar  göstərmişlər. Stres  şəraitində, ən  yüksək 
karbohidrat  miqdarı  quraqlığa  orta  davamlı  hibridə  olduğu  halda, 
suvarılan şəraitdə ən yüksək karbohidrat miqdarı quraqlığa davamlı 
hibriddə müşahidə edilmişdir (Cədvəl 2.12).  
Tədqiq  etdiyimiz  quraqlığa  davamlı,  orta  davamlı  və  həssas 
hibridlərin  yarpaqlarında  həll  olunan  karbohidratların  miqdarı  bir-
birindən fərqli olmuşdur. Bu araşdırmada, suvarılan şəraitdə, quraq-
lığa davamlı hibriddə (38 nömrəli hibrid) həll olunan  karbohidrat-
ların miqdarı daha çox (400.50) olmuşdur. Həll olunan karbohidrat-
ların ən az miqdarı (368.00 milliq/q) quraqlığa həssas hibriddə (37 
nömrəli hibrid) müşahidə edilmişdir. Quraqlığa orta davamlı hibrid 
(7  nömrəli  hibrid)  392.50  milliq/q  karbohidrat  toplamaqla  orta 
mövqedə  qalmışdır.  Ancaq,  quraqlıq  şəraitində,  orta  davamlı  hib-
riddə (37 nömrəli hibrid) daha çox həll olunan karbohidratlar top-
lanmışdır (605.00). Həll olunan  karbohidratların  ən az toplanması 

 124 
(514.50  milliq/q)  quraqlığa  davamlı  hibriddə  (38  nömrəli  hibrid) 
baş vermişdir. Quraqlığa həssas 37 nömrəli hibrid, 581.50 milliq/q 
olmaqla orta mövqedə qalmışdır (Cədvəl 2.12). 
                            
Cədvəl 2.12 
Quraqlıq sresi təsirindən qarğıdalı yarpaqlarında həll olunan 
karbohidratların miqdarında baş verən dəyişmələr (milliq/q) 
 
 
Quraqlığa davamlılıq 
dərəcəsi
 
Suvarılan 
şərait 
 
Quraqlıq 
şəraiti 
 
Suvarılan 
şəraitə görə 
 
%-lə
 
Davamlı hibrid
 
400.50
 
514.50
 
28.46
 
Orta davamlı hibrid
 
392.50
 
605.00
 
54.14
 
Həssas hibrid
 
368.00
 
581.50
 
58.02
 
Orta
 
387.00
 
567.00
 
46.51
 
 
 
Tədqiqatın nəticələri göstərmişdir ki, su  stresi şəraitində həll 
olunan  karbohidratların  miqdarının  artması  ilə  bərabər  dən  məh-
suldarlığı azalmışdır [27]

Belə  güman edilir  ki,  su  stresi şərai-
tində  nişastanın  parçalanması  səbəbindən  karbohidratların 
miqdarında artım baş verir ki, bu da onların ehtiyat formasının 
(nişastanın) azalmasına və nəticədə dən məhsuldarlığının aşa-
ğı  düşməsinə  səbəb  olur.  Qeyd  etmək  lazımdır  ki,  quraqlığa 
orta  davamlı  və  həssas  hibridlərdə,  su  stresi  şəraitində  çoxlu 
miqdarda  həll  olunan  karbohidrat  toplandığı  halda,  dən  məh-
suldarlığı  aşağı  səviyyədə  olmuşdur.  Məlumdur  ki,  stromada 
əmələ  gələn  nişasta,  parçalanma  prosesi  nəticəsində  həll  olu-
nan karbohidratlara çevrilir və bu da, öz növbəsində enerjinin sərf 
edilməsinə,  assimilyatların  azalmasına  və  nəticədə  dən  məhsu-
lunun da azalmasına səbəb olur [314].  
 

 
125 
III  F Ə S İ L 
 
BİTKİLƏRİN STRES AMİLLƏRƏ  
DAVAMLILIĞININ TARLA ŞƏRAİTİNDƏ 
ÖYRƏNİLMƏSİ 
 
Bitkilərin  stres  amillərə  davamlılığının  təyininə  aid  me-
todlarını dolayısı  və birbaşa olmaqla  iki böyük qrupa bölmək 
olar.  Dolayısı  metodlar  bitkilərin  stres  amillərə  reaksiyasının 
ölçülməsinə,  bir  çox  fizioloji  və  biokimyəvi  proseslərin  təyi-
ninə  əsaslanır.  Bu  metodların  üstünlüyü  ondadır  ki,  qısa  za-
man  ərzində,  dəqiq  cihazların  yardımı  ilə  bitkilərin  bu  və  ya 
digər abiotik stres amillərə qarşı davamlılığını dəyərləndirmək 
olur.    
Birbaşa metodun əsasını isə biometrik göstəricilər – məh-
sul,  məhsuldarlıq,  morfofizioloji  əlamətlərdəki  dəyişkənlik-
lərin təyini təşkil edir. Tarla şəraitində aparılan bu işlərin uzun 
zaman  və  çox  zəhmət  tələb  etməsinə  baxmayaraq,  bu  üsulla 
alınan nəticələrin daha dəqiq və etibarlı olduğu qəbul edilir [89]. 
Odur  ki, biz  tədqiq etdiyimiz bitki  nümunələrinin quraqlıq 
və duzluluq streslərinə davamlılığını, laboratoriya üsulları ilə ya-
naşı,  həm  də  tarla  şəraitində  öyrənmiş  və  alınan  nəticələrin 
müqayisəli analizini verməyə çalışmışıq. 
Tədqiq  edilən  arpa  və  buğda  sortnümunələrinin  tarla  şə-
raitində  quraqlığa  davamlılğını  təyin  etmək  üçün  toxumlar 
həm  AMEA  Genetik  Ehtiyatlar  İnstitutunun  ərazisində  su-
varma  şəraitində, həm də  Azərbaycan Elmi Tədqiqat Əkinçi-
lik  İnstitutunun  Cəlilabad  təcrübə  dayaq  məntəqəsində  quraq 
ərazidə,  dəmyə  şəraitində  səpilmişdir.  Səpin  hər  iki  ərazidə 
beynəlxalq  deskriptorun  tələblərinə  uyğun  şəkildə  aparıl-
mışdır. Bitkilərin  vegetasiya müddəti, bitkinin boyu, məhsul-

 126 
dar  gövdələrin  sayı,  sünbülün  uzunluğu,  sunbüldə  olan  sün-
bülcüklərin sayı, sünbülün çəkisi, sünbüldə olan dənin kütləsi, 
sünbüldə dənin sayı və 1000 dənin kütləsi hər iki şəraitdə mü-
qayisəli  analiz  edilmişdir.  Biomorfoloji  əlamətlərin  orta  qiy-
mətləri  eyni  genotipə  aid  10  bitki  üzərində  ölçülməklə  təyin 
edilmişdir [2, 334]. 
Ayrı-ayrı  arpa genotiplərinin quraqlıq  stresinə davamlılı-
ğını təyin  etmək üçün Rosielle  və Hambelen tərəfindən  təklif 
edilmiş stresə tolerantlıq indeksindən istifadə olunmuşdur:  
 
Tol =Y
p
-Y

 
Hansı sortlarda tolerantlıq indeksi az olarsa, o sortun qu-
raqlığa  davamlılığı  yüksək  olacaqdır.  Bu  metoddan  sortların 
quraqlığa  davamlılığına  görə  seçilməsində  geniş  istifadə 
edilir. 
Tarla  şəraitində  müxtəlif  arpa  və  buğda  genotiplərinin 
duzluluğa davamlılığını təyin etmək üçün toxumlar həm Azər-
baycan  MEA  Genetik  Ehtiyatlar  İnstitutunun  ərazisində  su-
varma  əkinçiliyi  şəraitində,  həm  də  Azərbaycan  MEA  Aqro-
kimya  və  Torpaqşunaslıq  İnstitutunun  Ucar  təcrübə  dayaq 
məntəqəsində  orta  şoran  ərazisində  səpilmişdir.  Səpin  hər  iki 
ərazidə beynəlxalq deskriptorun tələblərinə uyğun şəkildə apa-
rılmışdır. Bitkilərin vegetasiya müddəti, bitkinin boyu, məhsul-
dar gövdələrin sayı, sünbülün uzunluğu, sunbüldə olan sünbül-
cüklərin  sayı,  sünbülün  çəkisi,  sünbüldə  olan  dənin  kütləsi, 
sünbüldə olan dənin sayı və 1000 dənin kütləsi hər iki şəraitdə 
müqayisəli analiz edilmişdir.  
Quraqlıqda olduğu kimi duza davamlılığı müəyyən edər-
kən  də  tolerantlıq  indeksi  biomorfoloji  əlamətlərin  orta  qiy-
mətləri  10  bitki  üzərində  aparılmış  ölçülərlə  təyin  edilmiş  və 

 
127 
Rosielle  və  Hambelen  tərəfindən  verilmiş  formula  ilə 
tapılmışdır [334]. 
 
 
3.1. İki cərgəli və çox cərgəli arpa sortnümunələrinin  
normal şəraitdə məhsuldarlıq elementlərinə görə analizi 
 
Öyrənilən  arpa  nümunələrinin  quraqlıq  və  duzluluq  stres-
lərinə davamlılığını öyrənmək üçün üç ekoloji şəraitdə tarla təc-
rübələri  qoyulmuşdur.  Normal  şərait  kimi  Genetik  Ehtiyatlar 
İnstitutunun Təcrübə Təsərrüfat Şöbəsinin ərazisindən istifadə 
edilmişdir.  Bu  ərazidə  əkilmiş  bitkilər  vaxtında  suvarılmış, 
fenoloji müşahidələr aparılmış, məhsul metodikaya uyğun şə-
kildə  toplanmış  və  onların  üzərində  8  məhsuldarlıq  element-
lərinə görə struktur analizi aparılmışdır.    
Quraqlıq  bölgə  kimi  Azərbaycan  Elmi  Tədqiqat  Əkin-
çilik  İnstitutunun  Cəlilabad  Təcrübə  Təsərrüfat  Stansiyasının 
ərazisi  seçilmişdir.  Bu  bölgənin  iqlimi  əsasən  quraq  və  yarı 
quraq hesab olunur. Arpa nümunələri normal şəraitdə olduğu 
kimi  səpilmiş  və  üzərində  fenoloji  müşahidələr  aparılmışdır. 
Məhsul da, eyni qayda  ilə toplanmış  və bitkilərin boyu, məh-
suldar gövdələrin sayı, sünbülün uzunluğu,  sünbülün ağırlığı, 
sünbülcüklərin sayı, bir sünbüldə olan dənin kütləsi, dənin sa-
yı  və  1000  dənin  kütləsinə  görə  struktur  analizləri  aparıl-
mışdır. Alınan nəticələr analiz edilmiş və əhəmiyyətli dəyişik-
lik baş vermiş əlamətlər seçilmişdir. Suvarılan və quraq ərazi-
lərdən toplanmış məhsulun müqayisəli struktur analizləri apa-
rılmiş, tolerantlıq indeksi tapılmış və nümunələr quraqlığa da-
vamlılığına  görə  qruplaşdırılmışdır.  Alınan  nəticələr  göstər-
mişdir  ki,  suvarılan  şəraitdə  becərilmiş  arpa  sortnümunələri 
bitkilərin boyuna görə bir-birlərindən əsaslı sürətdə fərqlənirlər. 
71
 

 128 
İki  cərgəli  arpa  sortnümunələri  içərisində  Nutans  303, 
Nutans  57/9,  6  №-li  Seçmə,  Arpa  47  və  Arpa  43  ən  yüksək 
boylu bitkilər olmuş, onların hündürlüyü 106-117 sm arasında 
dəyişmişdir. Nutans 118/21 və Cəlilabad 19 isə ən qısa boylu 
nümunələr kimi seçilmiş, boyları müvafiq olaraq 81 və 87 sm 
uzunluğunda  olmuşdur.  Öyrənilən  iki  cərgəli  arpaların  digər  nü-
munələrinin hündürlüyü 88 sm-lə 100 sm arasında dəyişmişdir. 
İki  cərgəli  arpalarla  müqayisədə  çox  cərgəli  arpa  nümu-
nələri  daha  uzun  boylu  olmuşlar.  Bu  nümunələr  içərisində 
Arpa  84  sortunun  boyu  ən  yüksək  hündürlüyə-138  sm-ə 
bərabər olmuşdur. 84 №-li Seçmə, Naxçıvan dəni  və 76 №-li 
Seçmə  sortları  da  yüksək  boylu  arpalara  aid  edilə  bilərlər. 
Onların hündürlüyü 128 sm olmuşdur. Çox cərgəli arpalardan 
yalnız Pallidum 69-91 və Arpa 75 nisbətən qısa boylu nümu-
nələr kimi seçilmiş, onların hündürlüyü müvafiq olaraq 83 və 
91 sm-ə bərabər olmuşdur. Digər nümunələrin hündürlüyü 98-
127 sm arasında dəyişmişdir. 
Məhsuldar  gövdələrin  sayına  görə  iki  cərgəli  və  çox 
cərgəli  arpa  nümunələrində  ciddi  fərqlilik  müşahidə  edilmə-
mişdir. İki cərgəli  arpalardan Nutans 80/34-14-də, çox cərgə-
lilərdən  isə  Arpa  31  və  Arpa  84  sortlarında  bu  göstərici  ən 
yüksək olmuş, 7,1 ilə 8,4 arasında dəyişmişdir. Ən aşağı gös-
tərici  isə  Nutans  80/32-21,  84  №-li  Seçmə,  Arpa  75-də  mü-
şahidə edilmişdir.  
Sünbülün uzunluğuna  görə də, öyrənilən  arpa  sortnümu-
nələri  bir-  birindən  kəskin  fərqlənməmişlər.  Əksər  nümunə-
lərdə sünbülün uzunluğu 9-12 sm arasında dəyişmişdir. Lakin 
iki  cərgəli  arpalardan  Arpa  43-də  sünbülün  uzunluğu  9  sm, 
çox cərgəli arpalardan isə Arpa 40 və Arpa 32 sortlarında sün-
bülün  uzuluğu  7,5-7,7  sm  olmuş,  yəni  bu  nümunələr  ən  qısa 
sünbüllü  sortlar  kimi  özlərini  göstərmişlər.  Arpa  80/32-21, 

 
129 
Arpa 31, Pallidum 69-91, Arpa 75, 84 №-li Seçmə sortları isə 
ən uzun sünbüllü bitkilər  kimi qeyd edilmiş, bu nümunələrdə 
sünbülün uzunluğu 12 sm-dən çox olmuşdur. 
Bir  sünbülün  ağırlığına  görə öyrənilən  iki  cərgəli  və  çox 
cərgəli  arpa  sort  nümunələri  bir-  birindən,  həm  də  öz  arala-
rında əhəmiyyətli dərəcədə fərqlənmişlər. İki cərgəli arpalarda 
bir sünbülün çəkisi 1,34-2,86g arasında dəyişilmişsə, çox cər-
gəlilərdə bu göstərici 2,58-6,38g arasında olmuş, yəni bir sün-
bülün ağırlığına  görə çox cərgəli  arpa sortnümunələri  iki cər-
gəlilərdən  iki  dəfəyə  qədər  üstün  olmuşdur.  İki  cərgəli  arpa-
lardan ən ağır sünbüllü nümunələrə Arpa 47 (2,86g), Arpa 77 
(2,4g), Nutans 118/21 (2,26g), Arpa 43 (2,32g) aid edilə bilər. 
Çox  cərgəli  arpalarda  isə  Arpa  44,  Naxçıvan  dəni,  Arpa  31, 
№-79/1-2, Arpa 29, 84 №-li Seçmə və Arpa 39 sortları ən ağır 
sünbüllü  sortlar  olub,  onlarda  sünbülün  çəkisi  5  g-dan  artıq 
olmuşdur. 
Sünbüldə  olan  sünbülçüklərin  sayına  görə  maraqlı  nəti-
cələr  əldə  edilmişdir.  Belə  ki,  qısa  sünbüllü  iki  cərgəli  arpa-
larda  sünbüldə  olan  sünbülcüklərin  sayı,  uzun  sünbüllü  çox 
cərgəli  arpalardan nəinki  geri qalmış, hətta bir qədər artıq ol-
muşdur.  Yəni  bu  nümunələrdə  sünbül  uzun  olmasa  da,  on-
larda  sünbülcüklər  bir-birinə  daha  yaxın  olmaqla  sıx  şəkildə 
yerləşmişlər.  Məsələn,  uzun  sünbüllü  Pallidum  69-91  sortun-
da  (12,6  sm)  sünbülcüklərin  sayı  31,4  olduğu  halda,  ən  qısa 
sünbüllü  Arpa  77-də  (7,5  sm)  bu  göstərici  33,2-yə  bərabər 
olmuşdur.  Oxşar  nəticələr  digər  sortlar  arasında  da  görünür. 
Yəni  sünbülün  uzunluğu  ilə  sünbülcüklərin  sayı  arasında  ək-
sər hallarda bir başa korelyasiya müşahidə edilməmişdir. 
Məlumdur  ki,  bir  sünbüldə  olan  dənin  kütləsi  ümumi 
məhsuldarlıq  baxımından  ən  əsas  göstəricilərdən  biri  hesab 
olunur.  Bu  göstərici  çox  cərgəli  arpalarda  iki  cərgəlilərə 

 130 
nisbətən  iki  dəfəyə  qədər  artıq  olmuşdur.  Yəni  sünbülün  çə-
kisi  ilə  sünbüldə  olan  dənin  kütləsi  arasında  birbaşa  korelya-
siya  müşahidə  edilmişdir.  Əksər  hallarda  ən  ağır  sünbüllü 
sortların  bir  sünbülündə  olan  dənin  kütləsi  də  ən  yüksək  ol-
muşdur. Məsələn, Arpa 44-də sünbülün ağırlığı ən çox 6,38g, 
sünbüldə olan dənin kütləsi də, ən yüksək-3,62g və ya Naxçı-
van  dəni  sortunda  sünbülün  ağırlığı  5,58g,  sünbüldə  olan 
dənin kütləsi də yüksək -3,42q olmuşdur. Yaxud sünbülün çə-
kisinə  görə  ən  aşağı  göstəriciyə  malik  olan  Nutans  303  sor-
tunda,  bir  sünbüldə  olan  dənin  kütləsi  də  ən  az  olmuşdur 
(0,87g).  Oxşar  misalları  çox  cərgəli  arpalardan  da  göstərmək 
olar.  Sünbülün  çəkisi  ən  aşağı-  2,58g  olan  Arpa  40  sortunun 
bir sünbülündən əldə edilən dənin kütləsi də ən az- 1,9g-a bə-
rabər  olmuşdur.  Bu  kimi  qanunauyğunluqlar  öyrənilən  sort-
ların  əksəriyyətində  müşahidə  edilir.  Lakin  az  da  olsa  bəzi 
kənarlaşmalar  da  mövcuddur.  Məsələn,  Arpa  77-də  sünbülün 
çəkisi  kifayət qədər  yüksək olsa da (2,4g), dənin  kütləsi  az – 
cəmi  1,18g  olmuş  və  ya  kifayyət  qədər  çox  dən  kütləsinə 
malik 78 №-li Cəbrayıl və Arpa 78 sortlarında sünbülün ağır-
lığı o qədər də yüksək olmamışdır. 
Sünbüldə olan dənin sayının çoxluğuna  görə də çox cər-
gəli  arpa  sortnümunələri  fərqlənmişlər.  Bu  nümunələrdə  bir 
sünbüldə  olan  dənin  sayı  33,2  (Arpa  40)  ilə  77,4  (Arpa  30) 
arasında  dəyişildiyi  halda,  iki  cərgəli  arpa  nümunələrində  bu 
rəqəmlər  iki  dəfəyə  qədər  az  –  17,6  (Cəlilabad  19)  və  32,2 
(Arpa 47) olmuşdur. 
Öyrənilən arpa nümunələri 1000 dənin  kütləsinə  görə də 
bir-birlərindən  əsaslı  sürətdə  fərqlənmişlər.  İki  cərgəli  arpa 
nümunələri  içərisində 1000 dənin  kütləsinə  görə  ən çox fərq-
lənən  Arpa  43  (68g),  Nutans  28/92  (61g),  Nutans  80/34-14 
(61g),  6  №-li  Seçmə  (57g),  Arpa  47  (56g)  sortları  olmuşsa, 

 
131 
çox cərgəli  arpalardan bu  göstəriciyə  görə  Arpa 40 (70g), 84 
№-li  Seçmə  (66g),  Naxçıvan  dəni  (65,4g),  Pallidum  69-91 
(63,1g),  Arpa  29  (61g),  Arpa  32,  Arpa  39  və  Arpa  44  (57g) 
sortları fərqlənmişlər. 1000 dənin kütləsinə görə ən aşağı gös-
tərici  isə  iki  cərgəli  arpalardan  Nutans  124/32  və  Hüseyn  1 
sortlarında (43g)  çox cərgəli  arpalardan  isə  Arpa 75, 55 №-li 
Seçmə də (34g) müşahidə edilmişdir. 
 
 
 
3.2. Arpa sortnümunələrinin suvarılan və dəmyə   
           şəraitlərində məhsuldarlıq elementlərinə görə  
müqayisəli analizi 
 
Cəlilabad  rayonunun  dəmyə  şəraitində  əkilmiş  ikicərgəli 
arpa  sortnümunələrinin  məhsuldarlıq  elementlərinin  nəticələ-
rindən məlum olmuşdur ki, quraqlıq stresi bütün nümunələrin 
boyuna  eyni  cür  təsir  göstərməmişdir.  Quraqlıq  stresi  su-
varılan şəraitlə müqayisədə bitkilərin boyuna o qədər də ciddi 
təsir etməmişdir. Quraqlıq daha çox məhsuldar gövdələrin sa-
yının  dəyişilməsinə  səbəb  olmuşdur.  Hüseyn  1  sortu  istisna 
olmaqla,  öyrənilən  digər  nümunələrin  hamısında  məhsuldar 
gövdələrin  sayı  azalmışdır. Bu azalma Nutans 118/21 və Nu-
tans  80/34-14-də  daha  kəskin  xarakterdə  olmuş  və  suvarılan 
varianta  nisbətən,  müvafiq  olaraq  40  və  36%  az  olmuşdur. 
Quraqlıq, digər arpa sortnümunələrində də məhsuldar  gövdə-
lərin sayının ciddi azalmasına səbəb olmuşdur. Alınan nəticə-
lər onu söyləməyə əsas verir ki, quraqlıq stresi zamanı ümumi 
məhsuldarlığın  aşağı  düşməsi  əsasən  məhsuldar  gövdələrin 
sayının azalması ilə əlaqədardır.  
Quraqlıq  stresi  təsirindən  öyrənilən  arpa  sortnümunə-
lərinin əksəriyyətində sünbülün çəkisi və sünbüldə olan dənin 
kütləsi  az  və  ya  çox  dərəcədə  azalmışdır  ki,  bu  da  ümumi 

 132 
məhsuldarlığın  aşağı  düşməsinə  səbəb  olan  əsas  amillərdən 
biridir. Lakin Nutans 303 və Cəlilabad 19 sortnümunələrində, 
quraqlıq  şəraitində  sünbülün  ağırlığı  və  sünbüldə  olan  dənin 
kütləsi nəinki azalmış, hətta bir qədər də artmışdır. Bu maraqlı 
nəticələr, həmin sortlara marağı artırır və onların üzərində da-
ha geniş tədqiqatların aparılmasına ehtiyac olduğunu göstərir. 
Quraqlığın  təsirindən  1000  dənin  kütləsində  baş  verən 
dəyişmələr  ziddiyətli  xarakterdə  olmuş  və  xüsusi  qanunauy-
ğunluq  müşahidə  edilməmişdir.  Quraqlıq,  bəzi  nümunələrdə 
1000 dənin kütləsinə mənfi, bəzilərində isə müsbət yöndə təsir 
etmiş,  bir  çox  nümunələrdə  isə  bu  göstəriciyə  ciddi  təsir 
etməmişdir. 
Cəlilabad  rayonunun  dəmyə  şəraitində  səpilmiş  çoxcər-
gəli  arpa  sortnümunələrinin  məhsuldarlıq  elementlərinə  qu-
raqlıq stresinin təsiri, iki cərgəli arpalarda olduğu kimi, bu ar-
pa  nümunələrində  də  bitkilərin  boyunun  qısalmasına  bir-
mənalı şəkildə təsir göstərməmişdir. Bir çox nümunələrdə hət-
ta bitkilərin boyu bir qədər yüksək olmuşdur. Lakin bütün nü-
munələrdə məhsuldar gövdələrin sayı ciddi şəkildə azalmışdır. 
Əksər nümunələrdə bu azalma 30-40% arasında olmuşdur ki, 
bu da ümumi  məhsuldarlığın azalmasında  çox önəmli rol oy-
naya bilər. 
Sünbülcüklərin  sayı,  sünbülün  çəkisi  və  sünbüldə  olan 
dənin kütləsinə alınan nəticələr, iki cərgəli arpalarda əldə edil-
miş qanunauyğunluqların demək olar ki, eynidir. Yəni quraq-
lıq stresi əksər nümunələrdə bu göstəricilərə mənfi təsir etmiş 
bunun  da,  ümumi  məhsulunun  azalmasında  önəmli  rolu  ol-
muşdur. Lakin tədqiq edilən bu göstəricilərə görə də öyrənilən 
arpa  nümunələri  bir-birindən  fərqlənmişlər.  Əksər  nümunə-
lərdə  stresin  təsirindən  sünbülcüklərin  sayı,  sünbülün  ağırlığı 
və  sünbüldə olan dənin  kütləsi azalmışdır. Ən çox  azalma  isə 

 
133 
quraqlığa  həssas  və  orta  davamlı  nümunələr  olan  Arpa  84, 
Naxçıvan dəni, Arpa 31 və Arpa 39 sortlarında müşahidə edil-
mişdir. Bir çox nümunələrdə isə bu göstəricilərdə ciddi dəyiş-
mələr baş verməmiş, hətta bəzi nümunələrdə az da olsa artım 
qeyd edilmişdir (№79/1-2, Arpa 29, 55№-li Seçmə). 
Iki  cərgəli  arpalardan  fərqli  olaraq  çox  cərgəli  arpalarda 
quraqlıq  stresi  əksər  nümunələrdə  1000  dənin  kütləsinə  də 
mənfi təsir göstərmişdir. Bu göstərici bəzi sortlarda daha kəs-
kin  xarakterdə  olmuş  (Arpa  81,  Arpa  84),  Arpa  40  sortunda 
isə 1000
j
dənin
v
kütləsi
h
iki
h
dəfəyə
j
qədər
g
azalmışdır. 
 
 
3.3. Duzluluq stresinin iki cərgəli və çox cərgəli arpa  
     sort nümunələrinin məhsuldarlıq elementlərinə təsiri 
 
Duzluluq  stresinin  arpa  sortnümunələrinin  məhsuldarlıq 
elementlərinə  təsirini  öyrənmək  məqsədi  ilə  AMEA  Aqro-
kimya və Torpaqşünaslıq İnstitutunun Ucar dayaq məntəqəsi-
nin  orta  şoran  torpaqlarında  tarla  təcrübələri  qoyulmuşdur. 
Vegetasiyanın ilk dövrlərindən bitkilər normal suvarılma şəra-
itində  becərilmiş  və  birbaşa  torpaq  duzluluğunun  bitkilərin 
məhsuldarlığına  və  əsas  məhsuldarlıq  elementlərinə  təsiri  tədqiq 
edilmişdir. Alınan nəticələr təhlil  edilmiş  və arpa nümunələrinin 
duzluluğa davamlılıq dərəcələri müəyyən edilmişdir.  
Alınan nəticələri adi şəraitdə becərilmiş bitkilərdən alın-
mış rəqəmlərlə müqayisə etdikdə aydın olmuşdur ki, duzluluq 
stresi  öyrənilən  bütün  iki  cərgəli  arpa  sortnümunələrində  bit-
kilərin  boyunun  qısalmasına  səbəb  olmuşdur.  Bu  qısalma 
Arpa 47, Nutans 57/9 və Nutans 124/32-də kəskin xarakterdə 
olduğu halda, Nutans 118/21, Arpa 43, Nutans 86/35-18 və Nu-
tans 80/34-14-də nəzərə çarpmayacaq dərəcədə az olmuşdur. 
  

 134 
Oxşar  qanunauyğunluq,  məhsuldar  gövdələrin  sayının 
azalmasında  da  özünü  göstərmişdir.  Belə  ki,  duzluluq  şəraiti 
əksər  sortlarda  məhsuldar  gövdələrin  sayının  azalmasına  sə-
bəb olmuşdur. Bu göstəriciyə  görə ən  yaxşı nəticə Hüseyn 1, 
Nutans  118/21,  Nutans  80/32-21-də  qeyd  edilmişdir  ki,  bu 
nümunələrdə  duzluluq  stresi  təsirindən  məhsuldar  gövdələrin 
sayı  demək  olar  ki,  dəyişilməmişdir.  Məhsuldar  gövdələrin 
sayı iki və daha çox dəfə azalan nümunələrə isə Nutans 80/34-
14, 6№-li Seçmə, Arpa 43-ü misal göstərmək olar. Digər sort-
nümunələrdə də duzluluq məhsuldar gövdələrin sayının az və 
ya çox dərəcədə azalmasına səbəb olmuşdur.  
Çoxcərgəli  arpa  sortnümunələri  ilə  aparılmış  təcrübə-
lərdən  də  oxşar  nəticələr  əldə  edilmişdir.  Alınan  nəticələrin 
müqayisəli təhlili göstərir ki, duzluluq stresi bu arpa nümunə-
lərində  də  bitkinin  boyunun  azalmasına  səbəb  olmuşdur.  Bu 
azalma  Arpa  29  və  Naxçıvan  dəni  sortlarında  daha  kəskin 
xarakterdə, digər sortnümunələrdə isə nisbətən zəif olmuşdur. 
Lakin məhsuldar gövdələrin sayının azalması iki cərgəli arpa-
lara  nisbətən  çox  cərgəli  arpalarda  daha  çox  müşahidə  edil-
miş, öyrənilən çox cərgəli arpaların demək olar ki, yarıdan ço-
xunda məhsuldar gövdələrin sayı iki dəfəyə qədər azalmışdır. 
Duzluluq  stresi  arpa  sortnümunələrində  sünbülün  uzunlu-
ğuna və sünbülün kütləsinə də ciddi təsir göstərmişdir. Əksər nü-
munələrdə bu göstəricilər kəskin azaldığı halda, bəzi nümunələrdə 
bu azalma ciddi xarakterdə olmamışdır. Sünbülün uzunluğuna gö-
rə Nutans 118/21, sünbülün çəkisinə  görə  isə Nutans 67-91, Nu-
tans 303,  Arpa  43  və Nutans 80/32-21  sortları fərqlənmişlər. Bu 
nümunələrdə  duzluluq  stresi  sünbülün  uzunluğuna  və  çəkisinə 
demək olar ki, təsir etməmişdir.Duzluluq stresi Arpa 47, Cəlilabad 
19 və Nutans 80/32-21  sortnümunələrində sünbülün uzunluğuna, 
Arpa  47,  Arpa  77  və  Nutans  28/92  sortnümunələrində  isə 

 
135 
sünbülün çəkisinə önəmli təsir edərək, bu  göstəriciləri  iki dəfəyə 
qədər azaltmışdır. 
Duzluluq  stresi  sünbüldə  olan  dənin  kütləsinin  də  ciddi 
azalmasına  səbəb  olmuşdur.  Bu  azalma  ən  çox  Nutans  57/9-da 
(57%),  ən  az  isə  Nutans  86/35-18-də  (15,4%)  müşahidə  edil-
mişdir.  Digər  sortnümunələrdə  də  duzluluq  stresi  təsirindən 
sünbüldə  olan  dənin  kütləsinin  müxtəlif  dərəcədə  azalması  baş 
vermişdir. 
Çoxcərgəli arpalarda bu nəticələr daha kəskin şəkildə özünü 
göstərir.  Belə  ki,  sünbülün  uzunluğu  və  xüsusilə  də  sünbüldə 
olan  dənin  sayı  bu  arpa  nümunələrində  suvarılan  şəraitlə  mü-
qayisədə  iki dəfəyə qədər  azalır. Bu  azalmalar  ən çox  Arpa  30, 
Arpa 31 və Arpa 44 sortlarında baş vermişdir. 
Cədvəldəki rəqəmlərin təhlili göstərir ki, duzluluq  stresi iki 
cərgəli arpalarda sünbüldə olan dənin sayına, digər göstəricilərə 
nisbətən  az  təsir  etmişdir.  Arpa  77,  Arpa  43  və  Nutans  28/92 
sortnümunələrində duzlu şəraitdə sünbüldə olan dənin sayı hətta 
bir  qədər  artmışdır.  Lakin  bu  nümunələrdə  1000  dənin  kütləsi 
kəskin azalmışdır. 
Arpa  77-də  1000  dənin  kütləsi,  suvarılan  şəraitdə  61q  ol-
duğu halda, duzlu torpaqlarda bu göstərici 43q, müvafiq olaraq, 
Arpa  43-də  51,7  və  44q,  Nutans  28/92-də  isə  61  və  41,7q 
olmuşdur.  
İki  cərgəli  arpalardan  fərqli  olaraq  çox  cərgəli  arpalarda 
sünbüldə  olan  dənin  sayı  və  çəkisi  arasında  xüsusi  bir  qanuna-
uyğunluq  müşahidə  edilməmişdir.  Bir  çox  nümunələrdə  (76  № 
Seçmə, Arpa 31, Arpa 44) hər iki göstərici azaldığı halda, 84 № 
Seçmə,  Arpa  78,  Naxçıvan  dəni  sortlarında  sünbüldəki  dənin 
çəkisi  azalmış,  dənin  sayında  isə  hətta  bir  qədər  artım  baş  ver-
mişdir. Lakin iki cərgəli arpalarda olduğu kimi, bu numunələrdə 
də 1000 dənin kütləsində ciddi azalmalar müşahidə edilmişdir. 

 136 
Bu nəticələr onu göstərir ki, duzluluq şəraitinin təsirindən 
toxumların  tam  dolması  əngəllənir,  cılız  və  xırda  toxumlar 
əmələ gəlir ki, bu da ümumi məhsuldarlığın azalmasına səbəb 
olan əsas amillərdən biri kimi qəbul edilə bilər. 
 


Поделитесь с Вашими друзьями:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə