Qəza-xilasetmə işləri dedikdə


Şəkil.1Fəlakət səviyyəli subasma zonaları



Yüklə 0,58 Mb.
səhifə6/11
tarix22.12.2022
ölçüsü0,58 Mb.
#77275
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   11
Şəkil.1Fəlakət səviyyəli subasma zonaları

Subasmada əhalinin mühafizəsi üçün ən etibarlı üsul köçürülmə üsuludur.Daşqınlar nəticəsində yaranan subasmalar maddi zərərlərə və insan təlafatına görə təbii fəlakətlər arasında 40 % dünyada birinci yeri tuturlar.


Subasma dalğasının zədələyici təsiri yuyucu dalğanın təsiri ilə demək olar ki,eynidir. Yuyucu dalğalardan fərqli olaraq , subasmalar daha uzun müddət təsir edirlər. və bununla da yuyucu dalğanın ilkin dağıdıcı təsirini gücləndirirlər.
Şəkil.2 Böyük subasmalarda ( Vs= 3-4 m\san) zədələnmiş obyektlərin payı

Obyekt

Saatlar

1

2

3

4

24

48

Zirzəmilərdə subasma

10

15

40

60

85

90

Yol hərəkətinin pozulması

15

30

60

75

95

100

Körpülərin dağılması







3

6

30

45

Taxta evlərin yuyulub aparılması




7

70

90

100

100

Kərpic binaların dağılması







10

40

50

60

Elektrik enerjisinin kəsilməsi

75

90

90

100

100

100

Telefon rabitəsinin kəsilməsi

75

85

100

100

100

100



Respublikamızda subasmalar. Azərbaycan ərazisində subasmalar ən çox daşqınlar nəticəsində baş verir. Daşqınlar ,əsasən , Kür – Araz çaylarının aşağı axarlarında baş verir və bu ərazidə yerləşən Salyan, Neftçala ,Saatlı ,Sabirabad və digər rayonların 150 qədər yaşayış məntəqələrinə daim ziyan vurur.
SELLƏR


Sel – dağ çaylarında suyun səviyyəsinin tez bir zamanda artması ilə xarakterizə olunan , böyük dağıdıcı qüvvəyə və yüksək sürət malik olan , tərkibi, qum, gil, çınqıl və daha iri daşlardan ibarət olan qıssa müddətli axındır.
Sel ocaqları , yaxud sel əmələ gətirici mənbələr - selləri bərk materiallarla təmin edən maili dağ səthlərindən , çılpaq qaya hissələrindən , erroziyaya uğramış yarğanlardan , uçqun və sürüşmə sahələrindən ibarətdir.
Sellərin yaranmasında antropogen amillər də xüsusi yer tutur. Məsələn, meşə və otlaqların sistemsiz , düşünülməmiş istifadəsi, təbii və antropogen erroziyanın güclənməsi sellərin yaranmasına səbəb olur.
Sellərin təsnifatı.Sellər yaranma səbəblərinə , tərkiblərinə , güclərinə və s. əlamətlərinə görə təsnif olunurlar.
Yaranma səbəblərinə görə sellər 7 növə ayrılır.

  • Yağış növlü - leysan və ya uzunmüddətli yağışlar nəticəsində yaranır.

  • Qar növlü - qar örtüyünün intensiv əriməsi nəticəsində yaranır, əsasən dağlarda baş verir.

  • Buz növlü - buzların intensiv əriməsi nəticəsində yaranır, əsasən dağlarda baş verir.

  • Vulkan növlü - vulkan püskürməsi nəticəsində yaranır

  • Seysmogen növlü - 8 və daha çox ballıq seysmik aktiv rayonlarda əmələ gəlir.

  • Limnogen növlü - təbii dağ göllərinin dağılması nəticəsində yaranır.

  • Antropogen – dağlarda , otlaq və qırılmış meşə sahələrində qeyri – rasional işlərin aparılması və s. insan fəaliyyəti nəticəsində yaranır.

Tərkibinə görə sel axınları palçıqlı və palçıqlı – daşlı sellərə bölünürlər.Sellərin apardığı ayrı –ayrı daşların diametri bəzən 3-4 metrə çatır.
Güclərinə görə sellər, güclü ( 100 000 m3 dən çox sel kütləsi aparır), orta güclü (10 000 m3 -100 000 m3 ) və zəif güclü (10 000 m3 –dən az ) olurlar.sel prosesinin intensiv inkişafı ilə xarakterizə olunan, selin insanların həyatı və iqtisadiyyat obyektləri üçün təhlükə kəsb etdiyi ərazi sel təhlükəli ərazi adlanır.
Adətən, qeyri-ixtisas mütəxəssisləri tərəfindən bəzən sel daşqından və çox sulu dövrdə gur su axınlarından fərqləndirilmir. Əslində isə, selin sürəti 10-15 m/san, hündürlüyü 50-100 sm, bəzən də 1,5 m, davamlılığı isə 10 dəqiqədən bir və bir neçə saata qədər ola bilir. Ona görə də sel qeyd olunmuş göstəricilərə görə daşqından və gur sululuqdan fərqlənir. Sel, əsasən, dağ çaylarında baş verib, dağıdıcı qüvvəyə malik gətirmələrlə zəngin olan qısamüddətli coşqun axm olub intensiv leysan yağışlarının, buzlaqların və qar örtüyünün sürətlə əriməsi, yamaclardan məcraya doğru çoxlu miqdarda qırıntı materiallarının gətirilməsi və s. nəticəsində əmələ gəlir. Sel daşqından fərqli olaraq, dağlıq ərazilərə xas olub, dalğa şəklində hərəkət edən güclü axındır. Respublikada Böyük Qafqazın şimal-şərq və cənub yamacları, Kiçik Qafqazın və Talış dağlarının çayları sel hadisələrinin vaxtaşırı olaraq baş verdiyi və təkrarlandığı ərazilərdir. Bu baxımdan Şəki-Zaqatala, Naxçıvan və Lənkəran-Astara iqtisadi rayonları ərazilərindən axan əksər çaylarda baş verən sel hadisəsi əhali məskunlaşmasına və müxtəlif təsərrüfat sahələrinə hər il ziyan vurur və bəzən də insan təlafatı ilə nəticələnir. Azərbaycan ərazisində sel hadisəsini yaradan amillər müxtəlif olsa da, onların içərisində relyefin rolu daha böyükdür. Bu baxımdan relyefin morfometrik göstəriciləri nisbi yüksəkliyi, şaquli parçalanması və meyilliyi sellərin yaranmasında müstəsna rol oynayır.
Azərbaycanda sel yaradan əsas amillərdən biri də iqlimdir və burada onun 2 əsas amili daha fəal iştirak edir:
a) fiziki aşınmaya şərait yaradan yüksək gərginlikli günəş radiasiyası;
b) hava və torpaq temperaturunun sutkalıq amplitudunun böyük kəmiyyəti.
Respublika ərazisində sel yaradan amillərdən biri də onun hidroloji şəraitidir.Hidroloji şəraitə çayların sululuğu, dib və asılı gətirmələri, səth axımı, çaylann qida mənbələri, yağıntılarla təmin olunması və s. daxildir. Azərbaycanın sel təhlükəli çayları yaz aylarında illik su həcminin 35-50, yayda isə 15-40%-ni axıdır. Bu da qar suları ilə qidalanmanın nəticəsidir. Çay hövzələrinin quruluşu da seləmələgətirmədə fəal rol oynayır.Respublikamızınn ərazisini aşağıdakı sel təhlükəli rayonlara ayırmaq mümkündür:

  1. Böyük Qafqaz dağlarının cənub və şimal – şərq yamacları;

  2. Kiçik Qafqaz dağlarının şimal – şərq yamacları;

  3. Naxçıvan MR

  4. Talış dağları


şəkil.3 daşqın baş vermiş ərazi
Respublikamızda tərtib edilmiş kadastra əsasən ölkə üzrə 154 çay sel təhlükəlidir. Bunlardan 61 təhlükəli sel çayları qrupuna aiddir. Bu çaylarda son 100 ildə 200 dən çox dağıdıcı sel qeydə alınmışdır.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin