Qəza-xilasetmə işləri dedikdə


Ş əkil.4 Azərbaycan ərazisində inzibati rayonlarda daşqına məruz qalan yaşayış məntəqələri



Yüklə 0,58 Mb.
səhifə8/11
tarix22.12.2022
ölçüsü0,58 Mb.
#77275
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   11
Ş əkil.4 Azərbaycan ərazisində inzibati rayonlarda daşqına məruz qalan yaşayış məntəqələri




\


Şəkil.5 Daşqına məruz qalan yerli əhəmiyyətli avtomobil yollarının inzibatı rayonlar üzrə paylanması

Daşqınlardan orta dərəcədə ziyan çəkən rayonun əhalisi 82,5 min nəfər olub, 9 inzibatı rayonun 47 yaşayış məntəqəsinin ərazilərini əhatə edir. O cümlədən Zərdabda əhəlisi 2,6 min nəfər olan 3 yaşayış məntəqəsi, Kürdəmirdə əhalisi 7,0 min nəfər olan 5, İmişlidə əhalisi 9,4 min nəfər olan 4, Neftçalada əhalisi 7,4 min nəfər olan 3, Salyanda əhalisi 17,9 min nəfər olan 10, Sabirabadda əhalisi 6,5 min 52 nəfər olan 6, Yevlaxda əhalisi 4,7 min nəfər olan 4 yaşayış məntəqəsi xarakterizə edilən rayonlarda yerləşir.


Azərbaycanın düzənlik, xüsusilə dəniz sahili ərazilərində daşqın yaradan amillərdən biri də 1977-ci ildən indiyə qədər Xəzər dənizinin səviyyəsinin qalxması, güclü küləkdən dalğaların vaxtaşırı olaraq sahili basması nəticəsində baş verir. Bu proses nəticəsində dəniz suları Xəzər sahili 6 çimərlik zonasına doğru 200-300 m irəliləyərək təqribən 8-10 min ha-ya yaxm kurort-rekreasiya və müxtəlif təsərrüfatlara məxsus olan torpaq sahələrini yararsız hala salmışdır.
Əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması məqsədi ilə təbii xarakterli fövqəladə hadisələrdən biri, tez-tez təkrarlanan və böyük əraziləri əhatə edən sel, daşqın və subasma hadisələrinin səbəblərinin aşkar edilməsi üçün Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikasının çay hövzələrində çay ətrafı ərazilər, bəndlər və çay məcraları haqqında materiallar təhlil edilmiş, mövcud vəziyyət qiymətləndirilmişdir.
Məlum olduğu kimi, sel, daşqın, subasma hadisələri Azərbaycan iqtisadiyyatına zərər yetirən təbii fəlakətlərdəndir. Azərbaycan əhalisinin təqribən 1,0 mln nəfəri sel təhlükəli rayonlarda yaşayır, 18 inzibati rayon ərazisində yerləşən 200-dən artıq yaşayış məntəqəsi, 300 km uzunluğa malik dəmir yolları, 1000 km-dən çox respublika əhəmiyyətli şosse yolları, 100-lərlə körpü və qurğular, çoxlu sayda sənaye və kənd təsərrüfatı obyektləri mütəmadi olaraq sel təhlükəsinə məruz qalır, dağılır, yararsız hala düşür. Subasmalar əsasən Kür və Araz çaylarının aşağı axarında gursululuq dövründə baş verir, Zərdab, Kürdəmir, Sabirabad, Salyan, Neftçala rayon mərkəzlərinə, Əli Bayramlı şəhərinə və 150-ə qədər yaşayış məntəqəsinə təhlükə yaradır.
Təhlil nəticəsində müəyyən edilmişdir ki, 2006-cı ilin gursululuq dövründə (aprel-iyul və sentyabr-oktyabr aylarında) respublika ərazisində 21 sel, daşqın hadisəsi qeydə alınmışdır. Aprelin 28-29-da Araz çayında suyun səviyyəsinin kəskin artması nəticəsində Şərur rayonunun Təzəkənd kəndində 35 evin həyətyanı sahələrini su basmışdır. Mayın 23-də Şəki rayonu ərazisinə yağan leysan yağışlar nəticəsində Küngütçaydan qısa müddətli sel keçmiş, 2 nəfər həlak olmuşdur. Həmin gün şimal bölgəsindən keçən Qudyalçay, Vəlvələçay, Qusarçay, Qaraçay və Caqacuqçay çaylarından sel keçmiş, nəticədə bəzi həyətyanı sahələri su basmışdır. İyulun 4-də və 5-də Balakən-Şəki bölgəsinin Mazımçay, Balakənçay, Kürmükçay, Talaçay, Qaraçay, Katexçay çaylarında qısa müddətli daşqınlar baş vermiş, nəticədə yaşayış məntəqələrinin su təchizatı pozulmuşdur. İyul ayının 29-da yağan leysan yağışları nəticəsində Balakən-Şəki bölgəsinin Mazımçay, Balakənçay, Kürmükçay, Qaraçay, Katexçay, Talaçay, Kişçay, Şinçay, Əyriçay, Daşağılçay çaylarında daşqınlar baş vermiş və sel keçmişdir. Kişçay, Şinçay və Daşağılçay çaylarından keçən sel nəticəsində ətraf kəndlərə xeyli ziyan dəymiş, əkin sahələrini, yeraltı telefon xətlərini, yolları və kəndarası körpüləri su aparmış, Şəki şəhərinin içməli su təchizatı pozulmuş və bir neçə evi su basmışdır. Sentyabrın 27-də yağan leysan yağış nəticəsində Lerik rayonu ərazisində Şərətükçaydan sel keçmişdir. Suyun səviyyəsi 95 sm artmış, 2 nəfər həlak olmuşdur. Bu cür fövqəladə hallara səbəb olan daşqın və sellər, Kür çayının aşağı axarında isə subasma hadisələri 2007-ci ilin gursululuq dövründə də təkrarlanmışdır.
2007-ci ildə Azərbaycanın müxtəlif regionlarında 22-yə qədər sel keçmiş, daşqınlar baş vermişdir. Ən güclü sel hadisəsi may ayının 27-də Şahbuz rayonunun dağlıq ərazisində lokal leysan yağışı (beş dəqiqədə 35 mm) nəticəsində Naxçıvançayda müşahidə edilmiş, iki nəfər həlak olmuşdur. Aprel ayında Balakən rayonunun ərazisindən axan dağ çaylarında baş verən sel zamanı yollar yuyulmuş, Meşəşambul və Şambul kəndlərində 8 yaşayış evinə təhlükə yaranmışdır. Mayın birinci ongünlüyündə Araz çayında səviyyənin kəskin artması ilə əlaqədar Araz su anbarı tam dolmuş, Qıvraq və Araz su anbarından aşağı məntəqələrdə subasma halları baş vermişdir. İyunun 3-də Quba rayonu ərazisində yağan intensiv yağışlar nəticəsində Harmidorçaydan qısa müddətli sel keçmiş, daşqın baş vermiş və nəticədə xeyli mal-qara tələf olmuş, çayın üstündəki körpü dağılmışdır. İyunun 20-də yağan leysan yağışı nəticəsində Tovuz rayonu ərazisindən axan Əsrikçay və Zəyəmçaydan sel keçmiş, daşqınlar baş vermiş və nəticədə çayların yuxarı və orta hövzələrində yollara və körpülərə ziyan dəymiş, Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində Cəhirçaydan keçən sel nəticəsində 2 nəqliyyat vasitəsini və yeni salınmış körpünü sel aparmışdır. Noyabr ayının əvvəllərində Ağsuçaydan keçən sel ətraf kəndlərə və əkin sahələrinə xeyli ziyan vurmuşdur. Kür çayında baş vermiş daşqınlar nəticəsində təsərrüfatlara və ətraf kəndlərdə yaşayan əhaliyə xeyli miqdarda maddi ziyan dəymiş, Kürdəmir şəhərində, Kürdəmir rayonunun Xırdapay, Qurd Bayram, Şüşün kəndlərində və Karrar qəsəbəsində 12 yaşayış evi qəzalı vəziyyətə düşmüşdür.
Mövcud materialların təhlili göstərir ki, son illərdə meşələrin intensiv qırılması, alp və subalp çəmənlərinin həddən ziyadə çox otarılması da eroziya sahələrinin genişlənməsinə, eroziya hesabına sel əmələ gəlmə sahələrində sel materiallarının artmasına səbəb olmuşdur. Eroziya sahələrində yamacların bərkidilməsi üçün heç bir tədbir həyata keçirilmir, müdafiə qurğuları yaradılmır, belə müdafiə qurğularından bir neçəsinin görünüşü aşağıda verilir (bax şəkil 1 və 2).
Gursululuq dövründə Kürətrafı rayonların ərazisində daşqın və subasmaların yaranmasının əsas səbəblərindən biri təbii amillər (qısa müddət ərzində leysan yağışları, intensiv yağışlar və s.) olsa da, digəri insan amilləridir. Belə ki, Kür çayı boyu yerləşən Salyan şəhərində, Qarabağlı, Beşdəli, Çuxanlı, Babacanlı, Cəngan, Kürqaraqaşlı, Parçaxələc və Qardaşbəyli kəndlərində yaşayış məntəqələrinin sakinləri sahil qoruyucu bəndləri zədələyərək içməli su, suvarma işləri üçün və fekal (çirkab) suların çaya axıdılması məqsədi ilə birbaşa boru xətləri çəkmişlər ki, bu da suyun səviyyəsinin qalxdığı zaman zədələnmiş hissələrdən sızmaların baş verməsi nəticəsində ərazilərin su ilə doymasına və Kür çayının bəndi yararaq kəndləri və həyətyanı sahələrin su basmasına səbəb olur.
Baş vermiş subasmaların səbəblərindən biri də mövcud Şəmkir, Yenikənd, Mingəçevir və Araz su anbarlarından gündəlik su buraxılışının saniyədə 200-300 m3/ nəzərdə tutulmasına baxmayaraq, 2006-cı ilin may ayında, təhlükə ərəfəsində Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmadan və ya operativ xəbərdar etmə həyata keçirilmədən normadan bir neçə dəfə artıq (uyğun olaraq 1,97 və 3,3 dəfə) su buraxılması halları olmuşdur, bunun obyektiv səbəbləri olsa da, mövcud su anbarlarından buraxılan su sərfi əlaqəli şəkildə tənzimlənməmişdir. 2008-ci ildə qış ayları olmasına baxmayaraq, yanvar ayının 31-dən fevral ayının 20-dək Mingəçevir su anbarından buraxılan (çıxar) suyun həcmi daxil olan (axım) suyun həcminə nisbətən 1,47-1,62 dəfə artırılmış, bunun nəticəsində Neftçala rayonunun Bankə qəsəbəsində 50-yə qədər fərdi yaşayış evi subasmaya məruz qalmışdır.
Respublika ərazisində baş verən daşqınların əsas səbəblərindən biri çayların məcralarının təmizlənməməsi, sel hövzəsi yatağının yuxarı zonasında, selin əmələ gələn mənbəyi hissəsində müdafiə qurğusunun tikilməməsi, sel yatağının meylliyini azaldan, orta və aşağı zonalarda sel materiallarının miqdarının azalmasına xidmət edən qurğuların, eninə dambaların tikilməməsi, bənd vasitəsi ilə süni su hövzələrinin yaradılmaması, orta-tranzit hissədə sel ötürücü kanalların, sel tutucu, sel sındıran, mailliyin azaldılmasına xidmət edən qurğuların inşa edilməməsidir. Selli çayların heç birində eninə bəndlər, müxtəlif formalı dambalar, selötürücü kanallar tikilməmişdir və bunun nəticəsində sel və daşqınların qarşısının alınması mümkün olmamışdır. Həmin yerlərdə inşa edilməsi vacib olan dambaların bir neçə növünün şəkilləri aşağıda verilir .
Subasma hadisələrinin dolayı səbəblərindən biri də qrunt sularının səviyyəsinin qalxmasının qarşısının alınmasına xidmət edən şaquli və üfiqi drenlərin, qrunt sularının sahələrdən xaric edilməsi üçün nəzərdə tutulmuş kollektorların və suötürücülərin vaxtlı-vaxtında təmizlənməməsi, təmir edilməməsi və yenilərinin inşa edilməməsidir.
Baxmayaraq ki, Azərbaycan Respublikası ərazisində sel və daşqına qarşı sahilqoruyucu mühafizə bəndlərinin ümümi uzunluğu 1680,49 km təşkil edir, onun 1591,3 km-i torpaq bənddir, bu bəndlər Kür və Araz çaylarında bəndlərin istismarı idarəsinin balansındadır və bu çaylarda daşqın əleyhinə yaradılmışdır, qalan 89,19 km bəndin 56,78 km-i daşbeton, 32,41 km-i isə hazır beton plitələrdən qurulmuş bəndlərdir və digər selli çaylarda sel və daşqınlardan müdafiəyə xidmət edir. Bu bəndlər ayrı-ayrı rayonların Suvarma Sistemləri İdarələrinin balansındadır və bunlar çayın axımı istiqamətində inşa edilmişdir. Sel və daşqınlarla mübarizədə sahilqoruyucu bəndlərin uzunluğu kifayət qədər deyildir. Onların bəzilərinin hündürlüyünün az olması səbəbindən onlar sel materialları ilə örtülür, dağılır və yararsız hala düşür. Selli çayların yuxarı zonasında sel axımı yatağını tənzim edən qurğular, orta zonasında mümkün yerlərdə sel ötürücü kanallar, dambalar, bəndlər inşa edilməli, mövcud sahilqoruyucu mühafizə bəndləri təmir edilməli, yeniləri inşa olunmalı, sel keçməsindən və daşqınların baş verməsindən sonra çay məcraları təxirəsalınmadan sel materiallarından təmizlənməli və çayın su buraxıcılıq qabiliyyəti artırılmalı, gursululuq dövründə, subasma təhlükəsi ərəfəsində Kür çayının aşağı axarlarında suyun səviyyəsinin tənzimlənməsi məqsədilə Mingəçevir və Araz su anbarlarından gündəlik buraxılan suyun miqdarı barədə Fövqəladə Hallar Nazirliyinə operativ məlumat verilməlidir.
Kür və Araz çaylarının sahilboyu ərazilərdə yerləşən yaşayış məntəqələrində baş verə biləcək subasmanın qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədi ilə mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən mövcud elektrik nasoslarının, texnika və avadanlıqların hazır vəziyyətdə saxlanılması təmin edilməli, drenaj, kollektor şəbəkələri və su ötürücülər bərpa olunmalı, lazım gəldiyi hallarda yeniləri inşa edilməlidir. Onların işlək vəziyyətdə olmaması, qrunt sularının səviyyəsinin qalxması nəticəsində subasmaya, eyni zamanda torpaqların şoranlaşmasına səbəb olur.
Daşqınların qarşısının alınması məqsədilə Kür çayında və onun Xəzər dənizinə tökülən deltasında lildən təmizlənmə tədbirləri müntəzəm həyata keçirilməlidir.

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin