Qəza-xilasetmə işləri dedikdə


DAŞQIN ZAMANI DAVRANIŞ QAYDALARI



Yüklə 0,58 Mb.
səhifə3/11
tarix22.12.2022
ölçüsü0,58 Mb.
#77275
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   11
DAŞQIN ZAMANI DAVRANIŞ QAYDALARI
Sel – dağlardan gələn, özü ilə çoxlu qum, gil, çınqıl, daş, ağac parçaları gətirən qarışıq su axınıdır.
Daşqın – dənizdə, göldə, çayda suyun səviyyəsinin kəskin surətdə qalxması nəticəsində ətrafı su basması deməkdir.
Sel və daşqına necə hazır olmalı:

  • Əgər yaşadığınız ərazi tez-tez sel və daşqına məruz qalırsa:

  • Yaxınlıqda olan su basmayan yüksəkliklərin yerini və oraya gedən ən qısa yolları əvvəlcədən öyrənin;

  • İçində müəyyən qədər ərzaq və su, tibb çantası, vacib sənədlər, pul, fənər və isti paltar olan ehtiyat çantasını həmişə əl altında saxlayın.

Sel və daşqın zamanı nə etməli:

  • Təhlükə yarandıqda və təxliyyə haqqında göstəriş verildikdə əvvəlcədən müəyyənləşdirilmiş təhlükəsiz əraziyə gedin;

  • Hazırladığınız ehtiyat çantasını götürməyi unutmayın;

  • Evdən çıxarkən qaz, su və elektrik enerjisini ümumi şəbəkədən söndürün, qapı və pəncərələri möhkəm bağlayın.

  • Vaxt imkan verirsə, vacib saydığınız əşyaları evin yuxarı mərtəbəsinə və ya çardağa qaldırın, həyətdə suyun apara biləcəyi zəruri əşyaları yerindəcə bərkidin və ya təhlükəsiz yerə yığın;

  • Ev heyvanlarını sərbəst buraxın;

  • Korlana biləcək əşyaları zirzəmidən çıxarıb təhlükəsiz yerə yığın;

  • Evi tərk edə bilmədikdə, yardım gələnədək, yaxud suyun səviyyəsi enənədək yuxarı mərtəbədə və ya çardaqda qalın;

  • Gündüz taxta parçasına bağlanmış aydın görünən parça, gecə isə işıq və ya səs vasitələri ilə yardım üçün siqnal verin;

  • Xilasedicilərin göstərişlərini sözsüz yerinə yetirin;

  • Su basmış ərazini müstəqil olaraq yalnız təcili yardım ehtiyacı, suyun səviyyəsinin sürətlə qalxması, xilasedicilərin gəlməsinə ümid olmadıqda tərk edə bilərsiniz;

  • Suda rahat hərəkət etmək üçün ağır və dar geyimləri çıxarın;

  • Yardım gələnədək suyun üzərində qalmağa imkan verəcək batmayan əşyadan yapışın (avtomobil şini, taxta əşya və s.);

  • Suyun axını istiqamətində üzün, qüvvənizə qənaət edin.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin