Qəza-xilasetmə işləri dedikdə



Yüklə 0,58 Mb.
səhifə5/11
tarix22.12.2022
ölçüsü0,58 Mb.
#77275
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   11
SUBASMA


Subasma – qurunun böyük bir hissəsinin müvəqqəti olaraq su altında qalmasıdır. Subasma uzun müddətli leysan yağışları, qar və buzların intensiv əriməsi, hidrotexniki qurğuların dağılması, dəniz sahillərində baş verən və dəniz sularını qovub sahilə, çayın mənsəbinə gətirən güclü küləklər, çaylarda müxtəlif maneələrin yaranması, sunamilər, çay vadilərində baş verən uçqunlar vəə sürüşmələr, böyük həcmdə torpaq sularının qəflətən yer səthinə çıxması və s. səbəblər nəticəsində yaranır. Bəzi hallarda subasmalar nəticəsində sel axınları, uçqunlar və sürüşmələr baş verir. Subasma tədricən, yaxud qəflətən baş verə və 2-3 həftəyə qədər davam edə bilər.
Subasmalar bir çox əlamətlərə görə təsnif olunurlar. Yaranma səbəbinə görə subasma aşağıdakı kimi təsnif olunur:

  1. Təbii xarakterli subasmalar (dağlarda qar və buzların əriməsi, uzunmüddətli leysan yağışları, çaylarda tıxacların yaranması, dənizlərdə su səviyyəsinin qalxması, dəniz sularının küləklə çayın mənsəbinə qovulması, sunami və s. təbii hadisələr nəticəsində yaranır).

  2. Antropogen amillərin təsiri nəticəsində yaranan subasmalar ( insan fəaliyyəti nəticəsində bəndlərin və digər hidrotexniki qurğuların dağılması)

Subasmalar davamiyyət müddətlərinə görə qısamüddətli ( bir neçə saat) və uzunmüddətli (1- 2 həftə ) olurlar.Çaylarda baş verən daşqınlar nəticəsində yaranan subasmalar suyun qalxma hündürlüyünə, su altında qalmış ərazinin sahəsinə, vurulmuş zərərlərin miqdarına görə xarakterizə olunurlar və 4 kateqoriyaya bölünürlər:

  1. Kiçik subasmalar- düzənlik çaylarında müşahidə olunur.Kiçik subasmalara qabaqcadan hazır olduqda , onların təsiri demək olar ki, ziyansız olur.

  2. Orta səviyyəli - subasma böyük bir ərazini əhatə edir,insanların həyatı üçün təhlükə yaranır, köçürməyə ehtiyac vardır.

  3. Böyük səviyyəli - ətrafdakı kənd təsərrüfatı sahələrinin 50 % çoxunu su basır, əhalinin kütləvi köçürülməsi tələb olunur.

  4. Fəlakətli – çox böyük bir ərazini su basır, xeyli insan və material itkisinə səbəb olur.

Subasmaya məruz qalmış ərazini 4 katostrofik subasma zonasına bölürlər:
Fəlakət səviyyəli subasmanın birinci zonası birbaşa hidrotexniki qurğuya bitişikdir və 6-12 km məsafəyə yayılır, buraxma dalğasının hündürlüyü bir neçə metrə çatır (bənd qarşısnda suyun dərinliyindən asılı olaraq), bu zonada yarılma dalğasının axın sürəti 30 km/saat olan çox güclü su axını ilə xarakterizə olunur.Yarılma dalğasının gəlib keçməsi vaxtı 30 dəqiqədir.
İkinci zona –sürətli axın zonasıdır və sürəti 15-20 km/saat təşkil edir. Hidrotex-niki qurğulardan 15-25 km aralıda yerləşir. Yarılma dalğasının gəlib-keçməsi vaxtı 50-60 dəqiqədir.
Üçüncü zona – sürəti 10-15 km/saat olan orta axın zonasıdır, bənddən 30-50 km aralıda yerləşir, yarılma dalğasının gəlib-keçməsi vaxtı 2-3 saatdır.
Dördüncü zona – zəif axım zonasıdır, sürəti 6-10 km/saata çatır, ərazinin relyefindən asılı olaraq hidrotexniki qurğudan 36-70 km aralıda yerləşə bilər.






Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin