Fakultə İxtisas



Yüklə 86,61 Kb.
səhifə1/2
tarix20.10.2023
ölçüsü86,61 Kb.
#157850
  1   2
referat 1000



AZƏRBAYCAN UNİVERSİTETİ



E S S E

Fakultə _________________________________________
İxtisas _________________________________________
Mövzu _________________________________________
Tələbə _________________________________________
Kafedra _________________________________________
Müəllim _________________________________________
BAKI 2010
Əmək bazarında tələb və təklif
Planlı iqtisadiyyat sistemində “ əmək bazarı ” anlayışı mövcud deyildi. Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq bazarlar, o cümlədən tələb və təklif münasibətlərinin fəaliyyət göstərdiyi əmək ehtiyatları bazarı meydana çıxdı və əmək ehtiyatlarının bölüşdürülməsi vacib problemlərdən birinə çevrildi. Əmək bazarında insan resursları artıq dövlətin və ya onun strukturlarının qərarı ilə işə düzəlmirlər, tələb və təklif münasibətlərinə daxil olurlar və təbii ki, burada əmək ehtiyatları arasında rəqabət yaranır.
Azərbaycanda əmək bazarında kəskin şəkildə işsizlik problemi yoxdur. Amma əmək bazarının keyfiyyət problemləri var, əmək ehtiyatları iqtisadiyyatımızın tələblərinə cavab vermir və bu problemlər həll edilməlidir. Bir ixtisas üzrə kifayət qədər kadrlar olur ki, onlara ehtiyac yoxdur, amma başqa bir sahədə kadrlar çatışmır. Buna görə də Azərbaycana xaricdən əmək ehtiyatlarının axını davam edir. Kifayət qədər düşünülməmiş kadr siyasəti əmək məhsuldarlığının azalmasına və gəlir itkisinə səbəb ola bilər. Məhz buna görə də hazırda müəssisələrin kadr ehtiyatlarının ixtisas səviyyəsi və peşəkarlıq getdikcə daha böyük əhəmiyyət kəsb edir.
Əmək bazarının məzmunu və quruluşu

Əmək bazarı digər bazarlar sistemində aparıcıl möqeyə malikdir. əmək bazarı olmadan ne mikro (firmadaxili) və nə də makroiqtisadi, makromiqyaslı problemləri həll etmək olar. Nəinki birbaşa əmək bazarı ilə bağlı olan məsələlər, habelə inflyasiya, alıcılıq qabiliyyəti, gəlirlər, yığım və s. kimi makro və mikro problemlər istər-istəməz əmək bazarı baxımından araşdırılır və həll edilir.


Əmək bazarında iş qüvvəsi bu bazarın obyektini təşkil edir. əmək bazarının subyektləri isə işə qəbul edənlər, işsizlər sərbəst işə düzələn işçilərdən ibarətdir.
Əmək bazarında məhsul yox,əmək qabiliyyəti alınır, satılır. Bəlkə də satılmır,kontrakt qaydasında müəyyən müddətə istehsal amili kimi sahibkarın sərəncamına verilir. Bununla belə ,işçi qüvvəsindən istifadə hüququ muzdlu əməyin işə cəlb edilməsi səciyyəsi alır. əmək bazarının məkan,peşə və sosial baxımından aşağıdakı formaları vardır və orada özünəməxsus muzdlu əmək sövdələşməsi həyata keçirilir:

  1. Mllli əmək bazarı

  2. beynəlxal əmək bazarı

  3. şəhər əmək bazarı

  4. kənd əmək bazarı

  5. lokal əmək bazarı

  6. yerli,bölgə əmək bazarı

  7. sosial qruplar üzrə əmək bazarı

  8. sahə mənsubiyyətli peşələr üzrə əmək bazarı

  9. fəhlə kadrları bazarı

  10. mütəxəssis kadrları bazarı

  11. qadın əmək bazarı

  12. gənclər əmək bazarı

  13. uşaq əmək bazarı

  14. mütəşəkkil və qeyri mütəşəkkil əmək bazarı

  15. pensiyaçıların faktiki əmək bazarı

Əmək bazarı sadəcə olaraq yer,məkan deyil. “Bazar” anlayışı əmtəə mübadiləsi sferasıdır, əmtəə mübadiləsi prosesidir. Əmək bazarı isə azad razılaşma əsasında işçi qüvvəsinin alqı-satqısı ilə bağlı sövdələşmə yeridi, məkanıdır. Burada başlıca mexanizm işçi qüvvəsinə tələb və işçi qüvvəsinin təklifi, habelə iş qüvvəsinin dəyəri olan əmək haqqıdır.
Əmək bazarını yalnız iş qüvvəsinin alqı-satqısı,qazanc əldə etmə motvinin əsası kimi qiymətləndirmək bir o qədər dəqiq olmaz. Əmək bazarında işçi həm də öz əmək qabiliyyətinin reallaşdırmaq imkanı əldə edir. Bundan başqa, əmək bazarında adi əmtəələr kimi deyil,müxtəlif dəyərlər formasının mübadiləsi baş verir. Çünki bu sövdələşmədə, müqavilədə, kontraktda nə iş verənin iş yeri satılır, nə də işçinin özü,burada yalnız dəyərlərin yeri dəyişir, amma mülkiyyətçiləri yeri dəyişmir, iş qüvvəsini satan əmək haqqı, iş verən isə işçi qüvvəsindən istifadə hüququnu əldə edir.

Yüklə 86,61 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin