QƏRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə29/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   25   26   27   28   29   30   31   32   ...   64

Dieldrin də aldrin, heptaxlor, xlordan və toksafen kimi politsiklik qeyri-aromatik birləşmələrə aiddir. On-

lardan bəziləri, məsələn, xlordan DDT-dən toksik sayılır. Dieldrin insektisid hesab olunur. O, DDT-dən də ef-

fektli və daha davamlıdır. Həşəratlarda DDT-yə qarşı davamlılıq yarandıqda, dieldrindən istifadə olunurdu. 

1955-ci ildə ÜST malyariya yayan milçəklərə qarşı dieldrindən istifadə edərək xəstəliyin tam qarşısını ala bildi. 

Lakin dieldrini təsirindən digər həşəratlar, kiçik kərtənkələlər və pişiklər də  məhv olurdu. Bu isə siçovulların 

çoxalmasına imkan yaradaraq taun xəstəliyinin  əmələ  gəlməsi təhlükəsi yarandı. Hazırda dieldrindən istifadə 

olunması bütün dövlətlərdə qadağan edilmişdir. Lakin olduqca davamlı olduğu üçün o, əhalinin və 

ekosistemlərin sağlamlığına neqativ təsir göstərə bilər.  



Aldrin yüksək davamlılığı və toplanması ilə fərqlənir. Onu süddə, toxumalarda və insanların qanında aşkar 

etmək olar. O, məməlilər, quşlar, balıqlar, xərçəngkimilər və molyusklar üçün tokisiki hesab olunur. 1972-ci 

ildən onun SSRİ-də istifadəsi qadağan edilmişdir.  

Heptaxlor – torpaqda yaşayan həşəratlarla mübarizədə istifadə edilirdi. Onunla həm də qarğıdalı və şəkər 

çuğundurunun toxumları dərmanlanırdı. Digər xlor-üzvi birləşmələri kimi heptaxlor da məməlilər və digər canlı 

orqanizmlər üçün toksikidir. Onun metaboliti, yəni parçalanma məhsulu ilkin maddədən daha toksik sayılır. 

1986-cı ildə heptaxlorun istifadəsi qadağan olunub.    



Toksafen (polixlorpinen, polixlorkamfen) – insektisid olub şəkər çuğunduru, noxudun ziyanvericiləri ilə və 

kolarada böcəyinə qarşı istifadə olunmuşdur. O, 1960-1970-ci illərdə ABŞ-da, xüsusilə  cənub  ştatlarında 

pambığın və soya bitkisinin səpinlərində geniş istifadə edilmişdir. Digər uçucu pestisidlər kimi toksafen havada 

yayılma qabiliyyətinə malikdir. Ona görə  də onu hətta  əvvəllər istifadə edilmədiyi yerlərin havasında və 

torpağında da aşkar etmək olar. İnsanın orqanizminə toksofen əsasən balıqla daxil olur. Balıqla qidalanan adam-

lar gün ərzində 1 kq kütləsinə 2,8-5,6 nq toksafen qəbul edə bilər. Son vaxtlar toksafen İsveç, Finlandiya, Nider-

land qadınlarının südündə (68 mq/kq yağda) aşkar olunmuşdur. SSRİ-də toksafendən istifadə qadağan 

olunmuşdur, ildə onun 2000 tonundan istifadə edilirdi. 1986-cı ildən etibarən bütün dünyada toksafendən 

istifadə olunması qadağandır.  

Xlordan – Qarışqa və termitləri məhv etmək üçün istifadə olunmuşdur. Davamlı olduğundan və 

bioakkumulyativliyinə görə istifadəsi qadağan olunmuşdur. O, müxtəlif ölkələrdə havada və torpaqda aşkar edi-

lir.  

Heksaxlorbenzol (HXB) – insektisid və funqısiddir, davamlı çirkləndirici sayılır. Rusiyada ondan digər 

preparatların qarışığı ilə buğda, çovdar, qarabaşaq, soya və digər taxıl bitkilərinin xəstəliklərinə qarşı onların 

toxumlarının dərmanlanmasında istifadə olunmuşdur. Qida zənciri ilə hərəkət etdikcə onun konsentrasiyası sonun-

cu həlqələrdə kəskin artır. HXB ilə bilavasitə təmasda olduqda selikli qişada və dəridə qıcıqlanma baş verir.  



Sağlamlığa təsiri. Xlor-üzvi pestisidlər anadangəlmə inkişaf qüsurlarının  əmələ  gəlmə riski faktorlarıdır. 

Bu, ekoloji-epidemioloji tədqiqatların pestisidlərdən intensiv istifadə olunan rayonlarda «hadisə-nəzarət» meto-

du ilə müəyyən olunmuşdur. Belə risk faktorlarının qiyməti ananın pestisidlərlə peşə  təmasında – (OP 1,7), 

pestisidlərdən ev təsərrüfatında istifadə edildikdə (OP

>1,5), pestisiddən istifadə olunan sahənin 0,4 km-də aşkar 

edilmişdir.  

Xlor-üzvi pestisidlərdən geniş istifadə olunduqda uşaqların sağlamlığında ciddi nəticələrə  səbəb olur. 

Qadınların reproduktiv sağlamlığına təsiri Ataniyazova (1996) tərəfindən Aral regionunda müəyyən edilmişdir. 



 

184


Qazaxıstanda pambıq tarlalarında xlor-üzvi pestisidlərdən (2, 3, 7, 8 -TXDD) istifadə edilməsi də qadınlarda 

reproduktiv pozuntulara səbəb olmuşdur (K.Hooperetal, 1999). 

Xlor-üzvi birləşmələrdən uzun müddət istifadə olunması  nəticəsində Rusiyanın cənub regionlarında  ətraf 

mühit və qida məhsulları xeyli çirklənmişdir. Burada anaların südündə xlor-üzvi pestisidlərin konsentrasiyası 

0,001 və 0,067 mq/l arasında tərəddüd edir.  

 

12.2.5. Politsiklik aromatik karbohidrogenlər (PAK) 

Benz(a)piren PAK-ın tipik nümayəndəsi sayılır. Kanserogen xassəsinə görə bu maddə 2A qrupuna aiddir. 

Əhalinin ümumi qrupu üçün benz(a)pirenin insanın orqanizminə daxil olan orta sutkalıq miqdarı aşağıdakı ki-

midir: hava ilə 0,009-0,043 mkq, su ilə – 0,0011 mkq, qida məhsulları ilə – 0,16-1,60 mkq, bir qutu siqaret 

çəkdikdə – 2-5 mkq. Benz(a)pirenin konserogen effekti mürəkkəb tərkibli digər kimyəvi məhsullarla (his, 

qətran, yağlar) qiymətləndirilir.  

Daş kömür qətranı və bir neçə mineral yağların peşə təsiri insanlarda müxtəlif xərçəng xəstəliklərini (dəri, 

ağciyər, sidik kisəsi, bağırsaqda xərçəng xəstəliyi daxil olmaqla) məhdudlaşdırır. Bu məhsulların konserogen 

təsiri banz(a)pirenin iştirakı ilə təzahür edilir.  

Benz(a)pirenin mənbəyi energetik qurğular, nəqliyyat hesab olunur; o, praktiki olaraq bütün yanacaq 

materiallarının yanması nəticəsində əmələ gəlir. Sənaye müəssisələri arasında benz(a)pirenin atılması üzrə bi-

rinci yeri alüminium zavodları  və texniki karbonun istehsalı müəssisəsi tutur. Təxmini hesablamalara görə il 

ərzində dünyada ətraf mühitə atılan benz(a)pirenin miqdarı 5000 ton təşkil edir, o cümlədən ABŞ-ın payına 

1300 ton düşür. Avropa ölkələrində nəqliyyatın payına atılan ümumi benz(a)pirenin 9%-i düşür.  

Rusiyanın  əksəriyyət sənaye mərkəzlərində havada benz(a)pirenin konsentrasiyası orta sutkalıq YVK (1 

nq/m


-

3) 2-3 dəfə, ayrı-ayrı aylarda (bir qayda olaraq qışda isitmə dövründə) 5-15 dəfə keçir. Bu maddənin 

böyük miqdarı Krasnoyarsk, Bratsk və Novokuznetsk alüminium əritmə zavodlarından daxil olur. Rusiyada orta 

hesabla 25 şəhərdə benz(a)pirenin atmosfer havasında miqdarı 3 nq/m

-3

 səviyyəni keçir. ABŞ-ın ətraf mühitin 



mühafizəsi Agentliyinin verdiyi qiymətə görə 7 nq/m

3

 konsentrasiyalı benz(a)pirenin təsirilə 1 mln. əhali hesabı 



ilə  əlavə 9 ağciyər xəstəliyi baş verir. ABŞ-ın müxtəlif  ştatlarında havada benz(a)pirenin illik normativi 0,3-

1,1nq/m


3

 təşkil edir.  

Rusiyada yüksək konsentrasiyalı benz(a)pirenin təsirinə 14 mln.-a qədər insan məruz qalır, o cümlədən 3 

nq/m


-3

 konsentrasiyalı uzun müddətli təsirə  məruz qalanların 10 mln.-da ağciyər xəstəliyinin baş verməsi 

ehtimalının tezliyi yüksəkdir.  

Dünyanın müxtəlif ölkələrində aparılan ekoloji-epidemioloji tədqiqatlar bir sıra sənaye şəhərlərində ağciyər 

xərçəngi xəstəliyindən ölənlərin sayı artır.  İri poladəridən istehsalı yerləşən Rusiyanın Krivoy-Roq şəhərində 

atmosfer havasında benz(a)pirenin konsentrasiyası  3 nq/m

-3

-dən artıq olduğundan ağciyərin xərçəngi 



xəstəliyindən ölənlərin sayı xeyli yüksəkdir. Havada benz(a)pirenin konsentrasiyası yüksək olan sənaye 

şəhərlərində həm kişilərdə, həm də qadınlarda tənəffüs yollarında bədxassəli şişlərin olması ilə əlaqədar ölümün 

sayının yüksək olması  aşkar edilmişdir. Bura alüminium və poladəridən zavodlar (Sverdlov vilayəti) və 

neftayırma sənayesi (Ufa, Sterlitamak və  İşim), nikel istehsalı (Yuxarı Ufaley, Rey, Norilsk və b.) zavodları 

daxildir. Maqnitoqorskda hava hövzəsində benz(a)pirenin orta konsentrasiyası YVK-nı 9,4-12,1 dəfə (9,4-

12,1nq/m


3

)artıqdır. V.S.Koşkinanın (1998) məlumatına görə bu şəhərdə ağciyər xərçəngi xəstəliyinin göstəricisi 

kişilərdə 1,5 dəfə yüksəkdir.  

 

12/./3. /Uçucu üzvi birləşmələr (UÜB). UÜB-rə benzol, toluol və ksilol aiddir. Benzol ətraf mühitə çirkab 

suları ilə  və  əsas üzvi sintez istehsalı, neft-kimya və kimya-farmasevtik istehsalından, plastmass, partlayıcı 

maddələr, ionmübadilə  qətranı, lak, boyalar və süni dəri istehsalı müəssisələrindən daxil olur. O, nəqliyyatın 

buraxdığı qazların tərkibində də olur. Benzol su hövzələrindən havaya tez buxarlanır, o, torpaqdan bitkiyə trans-

formasiya edə bilir.  

Atmosfer havasında benzolun miqdarı 3-160 mkq/m

-3

 arasında dəyişir. Havada daha yüksək konsentrasiya 



iri şəhərlərdə neftayırma zavodlarının yanında aşkar edilir.  

 

Rusiyada atmosferdə benzolun yüksək konsentrasiyasına 2 mln., o cümlədən 50-70 mkq/m



-3

 konsentrasiya 

səviyyəsinə 0,5 mln., 25-30 mkq/m

-3

 səviyyəsinə isə 1,3 mln. adam məruz qalır. ABŞ-da benzolun 32 mkq/m



-3

 

konsentrasiyasına 0,08 mln., 13-32 konsentrasiya səviyyəsinə isə 0,2 mln. adam məruz qalır.  



Konserogen təsirilə yanaşı, benzol həmçinin mutagen, honadotoksik. embriotoksik, teratogen və allergik 

təsirə malikdir. Xroniki benzol intoksikasiya müşahidə olunan işçilərdə  ən çox qanın və qanəmələgətirən 

orqanların, nisbətən az dərəcədə isə sinir sisteminin zədələnməsi baş verir. Sinir simptomatikası çox vaxt hema-


 

185


toloji dəyişkənliyin ağırlaşmasına (leykopeniya, trombositopeniya) səbəb olur Benzolun uzun müddətli yüksək 

konsentrasiyada təsiri (0,6-40,0 mq/m

-3

) xromosom aberrasiyasının böyməsinə səbəb olur.  



Bir sıra epidemioloji tədqiqatlarla benzolun işçilərə təsirilə müxtəlif tip leykozların əmələ gəlməsi arasında 

səbəb əlaqəsi aşkar edilmişdir. Çində 233 istehsalatda benzolla təmasda olan 28460 fəhlədən 30-da leykoz (23-ü 

kəskin, 7-i xroniki), lakin maşınqayırma sahəsində (83 istehsalat) benzolla peşəlik təmasında olmayan fəhlələrdə 

isə (28257 nəfər) leykositlə xəstələnən cəmi 4 hadisə qeydə alınmışdır. Birinci qrupda il ərzində 100000 adam 

hesabı ilə leykositdən ölənlərin sayı 14, ikincidə isə 2 nəfər olmuşdur.  

Benzol içməli suya su təchizatı  mənbəyinin çirkab suları ilə çirklənməsi nəticəsində, həmçinin suyu 

təmizləmək üçün işlədilən kömür süzgəclərdən daxil ola bilər.  İçməli suda benzolun YVK-sı (zərərliyin 

səhiyyə-toksikoloji göstəricisi) 0,01 mq/l müəyyən olunmuşdur.  

Səth sularında  toluolun konsentrasiyası, bir qayda olaraq 10 mkq/l-dən artıq olmur. Toluol ümumi toksik 

təsirli  zəhər olub kəskin və xroniki zəhərlənməyə  səbəb olur. Bəzi müəlliflərlə görə toluolla az dozada uzun 

müddət təmasda olduqda qana təsir göstərə bilər. Onun qıcıqlandırıcı effekti benzoldan da güclüdür. Toluolun 

zədələnməyən dəri ilə orqanizmə daxil olması təhlükə yaradır, belə ki, o, endokrin pozuntulara səbəb olur və iş 

qabiliyyətini aşağı salır. Lipidlərdə  və yağlarda yüksək dərəcədə  həll olduğundan  əksər hallarda mərkəzi sinir 

sistemində toplanır.  

Su mənbələrinin suyunda toluolun YVK 0,5 mq/l təşkil edir.  

İçməli suya ksilollar əksər hallarda neftayırma müəssisələrinin çirkab suları ilə çirklənmiş su 

mənbələrindən daxil olur. Səthi sularda ksilolun miqdarı 2-8 mkq/l, su kəmərlərində 3-8 mkq/l-ə çatır. Onlar 

qrunt sularında uzun müddət qala bilir. Ksilollar qıcıqlandırıcı  və embriotrop təsirə malikdir, reproduksiya 

proseslərini pozur və dəridən keçdikdə təhlükə yaradır. 


 

186


XIII FƏSİL 

 

ATMOSFERDƏ RADİOAKTİVLİK VƏ 

ƏHALİNİN SAĞLAMLIĞI 

 

13.1. Yerin təbii radiasiya fonu torpaq, su və havadakı radionuklidlərin səpələnən  şüalarının cəmindən 

ibarət olub, yaşları planetimizin yaşına uyğun gəlir. Belə radionuklidlərə kalium – 40 (

40

K), uran – 238 (



238

U), 


torium – 232 (

232


Th) və radon – 219-282 (

219-282


Rn) və radiumun – 226 (

226


Ra) parçalanma məhsulları aiddir.  

Radiasiya fonunun formalaşmasında ikinci yeri kosmik şüalanma, üçüncü yeri isə azmüddət yaşayan 

radionuklidlər tutur, onlar atmosferin yuxarı qatlarında stratosferin qazları ilə Kainatın müxtəlif sahələrindən 

yüksək enerji nüvə hissəciklərinin qarşılıqlı təsiri sayəsində əmələ gəlir.  

Əksər radionuklid fonunun ilkin geoloji mənbəyi litosferin yuxarı qatları (qranitlər, şistlər, qumdaşılar və 

s.) olub daima torpağın, suyun, havanın saprofit mikroflorasının təsiri altında  əmələ  gəlir, temperaturun 

dəiyşməsi şüaların torpağa, bitkiyə və heyvanat aləminə miqrasiya etməsinə zəmin yaradır.  

Məlum olduğu kimi, bitki və heyvanların radioaktivliyini təyin edən aparıcı radionuklid fonu K-40 hesab 

olunur, o, gümüşü-ağ metal olub oksigen və su ilə tez reaksiyaya girir. İzotopların təbii qarışıqlarında (

39

K, 



40

K, 


41

K) radioaktiv kaliumun miqdarı miqrasiya həlqəsindən asılı olmayaraq daimi olub, 0,0118 kütlə. % təşkil edir.  

Yer qabığında, torpaqda ikinci geniş yayılan və radionuklid miqrasiyasının sonrakı həlqələrində əsas fon U-

239 sayılır (az miqdarda U-235 və U-234 qarışığı ilə), kalsiuma oxşar ağ-gümüşü metaldır, hava, su buxarı, 

turşularla (qələvi ilə yox) reaksiyaya girir. Kalsium kimi mühitdə mineralların,  ən çox uranit və kariotitlərin 

tərkibində olur.  

İnsan orqanizminə uranın sutkalıq daxil olması orta hesabla 1-dən 10 mkq qədər olub, 300 mkq-a qədər 

çatır. Yerin normal radiasiyalı ərazilərində insanın yumşaq toxumalarında uranın miqdarı olduqca az olur.  

Fon şüa yüklənməsinin formalaşmasında U-238-in parçalanma məhsulu olan radium urandan kimyəvi ak-

tivliyi və ona müvafiq olaraq mühitdə miqrasiya həlqələrində böyük mütəhərrikliyi ilə fərqlənir.  



Radium (R) – parlaq gümüşü metaldır, hava (oksigen) və su ilə tez reaksiyaya girir. Həll olunan xloridlər, 

bromidlər, sulfidlər, yodidlər, həmçinin həll olmayan birləşmələr (karbonatlar, oksalatlar) əmələ gətirir. Radi-

umun bütün izotopları radioaktivdir. Ən geniş yayılanı çoxyaşayan yarımparçalanma dövrü 1620 il olan izotop-

dur.  


Radioaktiv torium (

237


T, 

228


T, 

232


T) – əvvəlkilər kimi 

α - şüalandırıcı olub gümüşü metaldır, oksigen və su 

buxarı ilə aktiv, turşularla isə pis qarşılıqlı təsirdə olur. Dağ süxurlarında (torianit, torit) geniş yayılmışdır, kristal-

lik şəbəkələrin təbii parçalanması nəticəsində torpaqda da yayılmışdır.  



Radon (

222

Rn)  və  toran (

220

Tu) – rəngsiz, dadsız və iysiz qazlardır; radium və toriumun təbii radioaktiv 

parçalanan qısaömürlü həlqələridir. Bu qazlar güclü 

α - şüalandırıcılardır (5MeV), selikli gənzik (burun-udlaq), 

nəfəs yolu, bronxlar, alveolların epitelilərində şüa yükü formalaşdırır.  



Kosmik şüalanma – Atmosferin strukturunda milyon illərlə təşəkkül tapmış, şəkli dəyişmiş ilkin qalaktik 

(93%) və yüksək enerjili günəş axınları hissəciklərindən ibarətdir. Qalaktik mənşəli hissəciklərin enerjisi 

əksərən protonlardan ibarətdir, orta hesabla 100 MeV olub, 10

14

 MeV-a yüksəlir, günəşinki isə 20 MeV təşkil 



edir.  

Kosmik  şüalar Kainatdan Yer atmosferinə düşən böyük enerjili zərrəciklər (ilkin şüalanma) və onların 

atmosferdəki atom nüvələri ilə toqquşması nəticəsində yaranan elementar zərrəciklər (ikinci şüalanma) selindən 

ibarətdir.  

Kosmosdan Yerə düşən kompleks (qarışıq) tərkibli ionlaşmış  şüalanma (şüalar) yer səthi zonasında bərk 

(əsasən mezonlar) və yumşaq (elektronlar, pozitronlar, elektromaqnit dalğaları) şüalanmadan ibarət olur. Kos-

mik radiasiya (şüalar) ətraf (kimyəvi) mühitin faktoru kimi orqanizmlər üçün mühüm əhəmiyyət kəsb edir.  

Ümumiyyətlə, təbii radioaktivlik atmosferə xasdır. O, təbiətdə həmişə mövcuddur və insan fəaliyyətindən 

asılı deyil. Canlı orqanizmlər belə radioaktivliyə uyğunlaşıb və heç bir zərərli nəticəyə səbəb olmur.      

 

13.2. Antropogen radiasiya fonu 

Təbii radiasiya fonunun tərkibinə antropogen müdaxilə aşağıdakılar sayılır:  

 

Radionuklidlərin süni (qlobal) konsentrasiyası və təbii radionuklidlərin paylanması; 



 

Mühitin nüvə-energetik mənşəli ekoloji yeni radioaktiv metabolitlərlə çirklənməsi; 



 

Elm, tibb və sənayedə süni radionuklidlərin və digər ionlaşdırıcı şüalanma mənbələrinin istehsalı 



 

187


və istifadəsi. 

Yanacağın çıxarılması  və yandırılması, filizlərin işlənməsi, tikinti materiallarının istehsalı  və istifadə 

edilməsi zamanı fon radionuklidlərin konsentrasiyası mühitin radioaktivliyinin fon geopopulyasiya 

paylanmasını kəskin dəyişir. İstilik elektrik stansiyaları tərəfindən belə çirklənmə kaliumla (

40

K), uranla (



238

U), 


toriumla (

232


Th) daha geniş sahəli olur – çoxküllü daş kömürün yandırılması atmosferə toplanmış halda 

radionuklidlərin atılması ilə müşayiət olunur.  

Maye (karbohidrogenli) yanacaqların daxili yanacaqlı mühərriklərdə yandırılması şəhərlərin havasının aerozol tərkibini 

14C və 40K-la xeyli zənginləşdirir.  

Fosfor gübrələrindən istifadə olunması da ekosistemin bütün həlqələrində əlavə şüalanma yükü yaradır. Bu-

rada ən çox radiasiya təcavüzü nitrofos, ammonium-fosfat, fosforit ununda müşahidə olunub 50 Bk/kq

-1

 (Bk – 


bekkarel=1parçalanma/s) keçir, dozanın formalaşmasında maksimum bioloji effektli radionuklidlərin 

α - 


şüalandırıcı maksimum iştirak edir.  

Qlobal dəyişən radiasiya təsirlərdən başqa,  əlavə ekosistem şüalanma yükü, praktiki olaraq bütün iri 

şəhərlərdə yerləşən metallurgiya müəssisələri tərəfindən daxil edilir.  

Xüsusi antropogen ekoloji yeni şüalandırıcılara nüvə-energetik mənşəli radionuklidlər aiddir. Nüvə 

silahlarının sınaqdan keçirilməsi  şimal yarımkürəsində radionuklidlərin nisbətən bərabər paylanmasına səbəb 

olmuşdur. 1945-ci ildən 1991-ci ilə  qədər planetimizdə nüvə partlayışlarının ümumi sayı 205, o cümlədən 

atmosferdə 508 olmuşdur. Belə partlayışların ən çoxu ABŞ-da aparılmış uyğun olaraq 1085 və 205, ikinci yeri 

Rusiya tutaraq (SSRİ) – 715 və 215 təşkil etmişdir. Fransa 182 partlayış (45-i atmosferdə) həyata keçirmişdir. 

Böyük Britaniya və Çin – uyğun olaraq 42 və 31 (atmosferdə 21 və 22) partlayış yerinə yetirmişdir.  

İkinci yeri energetik təyinatlı nüvə reaktorları (AES) (dünyanın elektrik enerjisinin 30%-ni istehsal edir) və 

Şimali Amerika, Asiya və Avropa ölkələrində nisbətən bərabər paylanmış tədqiqat reaktorları tutur.  

Nüvə-energetik mənşəli daha güclü radioaktiv çirklənmiş mühitin tərkibinə daxil olan mənbənin 

müxtəlifliyindən asılı olmayaraq, əsas uzunömürlü radionuklidlər sezium (

137


Cs), stronsium (

90

Sr), az miqdarda 



plutonium (

239


Pu və 

240


Pu) hesab olunur. Bu radionuklidlərin parçalanma sürəti, onların mühitdə toplanma 

sürətindən olduqca aşağı olduğundan, müasir mühafizə sistemi və mühitə atılan radionuklidlərin norması 

şəraitində ekosistemlərdə şüalandırıcıların toplanmasına səbəb olur.  

Sr – 90 və Cs – 137, m Kü/km

2

 (Bk/m


-2

)-in şimal yarımkürəsində yağıntılar nəticəsində torpaqda toplanma 

səviyyəsi aşağıdakı kimidir:  

 

İl  1958 



 1963 

  1968 


  1973 

  9


0

Sr … 6,67 (250) 

29,5 (1100)     37,2 (1400) 

 

35,2 (1200) 



 

137


Cs … 10,8 (396)  47,2 (1750) 

 

       56,3 (2100)  



56,3 (2100) 

 

1 Kü (küri) = 3,7·10



10

 Bk (bekkarel) 

 

Sezium (



137

Cs) – parlaq qızılı yumşaq metaldır, oksigen və su ilə gurultulu qarşılıqlı təsir yaradaraq partlayış 

əmələ gətirir, kimyəvi xassələrinə görə kaliuma yaxındır. Sabit şəkildə Cs – 133 izotopunun mühitdə miqdarı olduqca 

azdır (yer qabığında, insanın və heyvanın sümük toxumasında 10

6

%, dəniz suyunda - 3·10



-8

%). Nüvə energetikası 

təşəkkül tapmamışdan əvvəl sezium izotopu tamamilə olmamışdır. Təbii bioloji funksiya daşımır.  

137


Ss daha çox ekoloji-radiasiya əhəmiyyəti kəsb edir. 2000-ci ildə il ərzində dünyanın AES-lərinin atdığı 

seziumun cəmi 22,2·10

19

 Bk (6,0·10



9

Kü) təşkil edir. Çernobıl AES-nin qəzası zamanı bu izotop – 22,9·10

2

Kü 


olmuşdur. Nüvə reaktorlarında uran, plutoniumun bölünməsi, nüvə partlayışı zamanı əmələ gəlir. Tibbdə, metal-

lurgiyada, kənd təsərrüfatında 

α - şüalandırıcı kimi istifadə olunur. Hazırda az miqdarda xarici mühitin bütün 

obyektlərində rast gəlinir.  



Stronsium (

90

Sr) – gümüşü kalsiumabənzər metaldır, oksid qişası ilə örtülü olur, reaksiyaya pis girir. Mürəkkəb 

Ca – Fe – Al – Sr kompleksləri formalaşdıqda ekosistemin metabolizminə qoşulur. Stabil izotopun torpaqda, sümük 

toxumalarında və mühitdə 3,7·10

-2

%-ə, dəniz suyunda, əzələ toxumalarında isə 7,6·10



-4

%-ə çatır. Bioloji funksiyası 

aşkar olunmayıb, zəhərli deyil, kalsiumu əvəz edə bilər. Mühitdə radioaktiv izotopu yoxdur.  

Plutonium (

239(240)

Pu) – gümüşü ağ metaldır, bərk həll olunmayan oksidlər əmələ gətirir. Enerjinin yığcam 

(kompakt) mənbəyi və nüvə yanacağı kimi, nüvə silahlarının istehsalında istifadə edilir. Plutonium mühitdə olan 

nüvə  mənşəli radionuklidlərin 1%-nə  qədərini təşkil edir. Plutoniumun 10%-ə  qədəri suda həll olan formaya 

keçə bilir və sonrakı bioloji zəncirlərdə miqrasiya edir.  



Yod (

131(129)

j) – Qara parıltılı  rəngli qeyri metaldır. Asan sublimasiya olunur (buxara çevrilir). Son 

məlumatlara əsasən 

129

j litosferdə uranın öz-özünə bölünməsi ilə əmələ gəlir. Onun hesablama konsentrasiyası 1 



q stabil 

127


j-a 10

-14


 q təşkil edir. Torpaqda onun miqdarı (stabil yoda görə) 0,14·10

-4

%, okeanda



 

isə 0,049·10

-4

 


 

188


təşkil edir.  

Bioloji aktivdir, qalxanvari vəzin hormonlarının sintezi üçün vacib mikroelement sayılır. Əsas antropogen 

izotop 

131


j sayılır. O, nüvə partlayışı, AES-lərin istismarı (qəzası), reaktorların qəzası zamanı  əmələ  gəlir. 

Miqrasiyanın ekoloji zəncirinə aktiv qoşulur. Beləliklə, planetimizin təbii mühitinə, o cümlədən insan 

orqanizminə radiasiya yükünə, həm bir sıra təbii faktorlar, həm də insan populyasiyasının fəaliyyəti nəticəsində 

həyat mühitinin antropogen dəyişməsi səbəb ola bilər.  



 

Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin