QƏRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə32/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   28   29   30   31   32   33   34   35   ...   64

Bərk yanacaq. Bərk yanacaq yandırıldıqda atmosferə yanmayan yanacağın hissəcikləri olan uçucu kül, sul-

fid və kükürd anhidridi, azot oksidləri, bir qədər flüor birləşmələrinin, həmçinin tam yanmayan yanacağın 

qazşəkilli məhsulları daxil olur. Uçucu külün tərkibində  bəzi halda toksik olmayan qarışıqla bərabər, həm də 

zərərli qarışıq da olur. Belə ki, Donessk antrasitinin külündə az miqdarda arsen olur.    



Daş kömür. Planetimizdə ən geniş yayılmış qazıntı yanacağıdır. Mütəxəssislər belə hesab edirlər ki, onun 

ehtiyatı 500 ilə çatar. Həm də daş kömür bütün dünya üzrə daha bərabər paylanıb və neftdən də qənaətlidir.  

Daş kömürdən sintetik maye yanacaq almaq olar. Lakin belə  məhsulun maya dəyəri yüksək başa gəlir. 

Proses yüksək təzyiq altında keçir. Bu məhsulun ən üstün cəhəti onun oktan ədədinin yüksək olmasıdır. Bu onu 

göstərir ki, o, ekoloji baxımdan daha təmizdir.  

Torf. Energetikada istifadə edildikdə ətraf mühitdə bir sıra mənfi nəticələr baş verir: su sisteminin rejimi 

pozulur, torf çıxarılan yerdə landşaft və torpaq örtüyü dəyişir, yerli təmiz su mənbələrinin keyfiyyəti pisləşir, 

hava hövzəsi çirklənir, heyvanat aləminin yaşayış şəraiti pisləşir. Torfun daşınması və saxlanması ilə əlaqədar 

xeyli ekoloji çətinlik yaranır.  



Maye yanacaq. Maye yanacaq (mazut) yandırıldıqda tüstü qazları ilə atmosfer havasına sulfid və kükürd 

anhidridi, azot oksidləri, vanadium birləşmələri, natrium duzları, həmçinin qazın təmizlənən vaxtı ayrılan 

maddələr daxil olur. Bununla belə, maye yanacaq işlədildikdə geniş  əraziləri tutan və daim atmosferi 

çirkləndirən kül layları (qalaqları) problemi yaranmır. Maye yanacaq növlərinin məhsullarında uçucu kül olmur.  



Təbii qaz. Təbii qazın yandırılması zamanı atmosferin əsas çirkləndirici azot oksidləri hesab olunur. Lakin İES-

də  təbii qazın yandırılmasından azot oksidi tullantıları daş kömürün yandırılmasından orta hesabla 20% azdır. 

Deməli, təbii qazdan istifadə olunması ekoloji baxımdan əlverişlidir.  

Beləliklə, İES-də yanacaq daş kömür, neft və neft məhsulları, təbii qaz, bəzən oduncaq və torfdan istifadə 

olunur. yanan materialların əsas komponentləri karbon, hidrogen və oksigen sayılır, az miqdarda kükürd və azo-

ta rast gəlinir, metal və onların birləşmələrinin izləri də iştirak edir (ən çox oksid və sulfidlər).  

Qazşəkilli tullantılarla yanaşı,  İES-lər böyük kütlədə  bərk tullantılar istehsal edir, onlara kömür 

zənginləşdiricilərinin qalıqları, kül və şlaklar daxildir. Daş kömür zənginləşdirici fabriklərin tullantıları 55-60% 

SiO

2

, 22-26% Al



2

O

3



, 5-12% Fe

2

O



3

, 0,5-1% CaO, 4-4,5% K

2

O və Na


2

O və 5%-əqədər C-dan ibarətdir. Onlar 

tullantı laylara atılır – tozlanır, tüstüləyir və ətraf ərazilərin atmosferinin vəziyyətini pisləşdirir.  

Hazırda texnogen sivilizasiya güclü reduksiya qazlarının axınını yaratmışdır, bu, ilk növbədə enerji almaq 

üçün qazıntı yanacaqlarının yandırılması nəticəsində baş vermişdir. 1970-ci ildən 1990-cı il daxil olmaqla 20 il 

dünyada 450 mld barrel neft, 90 mld. ton daş kömür və 11 trln m



3

 qaz yandırılmışdır (cədvəl 15.1). 

Cədvəl 15.1  

 

Gücü ildə 1000 MVt olan elektrik stansiyalarının atmosferə 

buraxdığı tullantılar (tonla) 

 

Yanacaq  

Tullantılar  

karbohid-

rogenlər 

CO NO

2

 SO



Hissəciklər  

Daş kömür 

400 

2000 


27000 

110000 


3000 

Neft  


470 

700 


25000 

37000 


1200 

Təbii qaz 

34 



20000 



20,4 

500 


 

 

Tullantıların  əsas hissəsi karbon qazı olub 1 mln ton, karbona çevirdikdə isə 1 Mt təşkil edir. İES-lər 



tərəfindən çirkab suları ilə ildə 66 ton üzvi maddələr, 82 ton sulfat turşusu, 26 ton xloridlər, 41 ton fosfatlar və 

təxminən 500 ton asılı maddələr kənar edilir. İES-lərin külünün tərkibində çox vaxt yüksək konsentrasiyalı ağır 



 

202


metallar və radioaktiv maddələr olur.  

Daş kömürlə işləyən İES-lər üçün il ərzində 3,6 mln ton kömür, 150 m

3

 su və təxminən 30 milyard m



3

 hava 


tələb olunur.  

İES-lərin bir neçə il aktiv işləməsi nəzərə alınarsa, onların təsirini vulkanın təsirilə müqayisə etmək olar. 

Lakin əgər vulkan adətən məhsulların böyük miqdarda birdəfəyə atırsa, İES-lər bu işi daim yerinə yetirir. On 

min illər  ərzində vulkan fəaliyyəti insanın təsərrüfat fəaliyyəti nəticəsində  əsasən qazıntı yanacağının 

yandırılması və parnik qazlarının atılması ilə əlaqədar 100-200 ildə atmosferi bu qədər nəzərə çarpacaq dərəcədə 

dəyişə bilməmişdir.  

Energetik qurğuların faydalı  iş  əmsalı  hələlik böyük olmayıb 30-40% təşkil edir, yanacağın çox hissəsi 

boşboşuna (səmərəsiz) yandırılır.  Əldə edilən enerji bu və ya digər üsulla istifadə edilir və  nəhayət istilik 

enerjisinə çevrilir, yəni biosferə kimyəvi çirklənmə ilə yanaşı, həm də istilik çirklənməsi daxil olur.  

Enerji obyektlərinin qaz, maye və sülb halında çirkləndiriciləri və tullantıları iki axında yayılır: onların bir 

hissəsi qlobal, digəri isə regional və lokal dəyişkənliyə səbəb olur. Bu hal təsərrüfatların digər sahələrində də 

baş verir, bununla belə, energetika və qazıntı yanacağının yandırılması  əsas qlobal çirkləndirici mənbə hesab 

olunur. Onlar atmosferə daxil olur və onların toplanması hesabına atmosferin qaz tərkibinin, o cümlədən parnik 

(istilik) qazlarının konsentrasiyası  dəyişir. Atmosferdə  əvvəllər praktiki olaraq rast gəlinməyən qazlar – 

xlorflüor karbohidrogenləri (freonlar) peyda olur.  

Bunlar  qlobal  çirkləndiricilər kimi yüksək istilik 

effektinə malik olur, həmçinin strotosferin ozon pərdəsinin dağılmasında iştirak edir.  

Beləliklə, qeyd etmək lazımdır ki, müasir mərhələdə İES-lər bütün zərərli sənaye tullantılarının miqdarının 

20%-ni atmosferə atır. Onlar yerləşdiyi rayonun ətraf mühitinə və bütövlüklə biosferə əhəmiyyətli dərəcədə təsir 

göstərir.  

Tərkibində vanadium, nikkel, flüor, fenollar və neft məhsulları olan İES-lərin çirkab suları və ərazidən axan 

leysan yağışları suları su hövzələrinə axıdıldıqda orada suyun keyfiyyətinə  və su orqanizmlərinə neqativ təsir 

göstərir. Su hövzələrində temperaturun artması  və onların təbii hidrotermik rejiminin pozulması  nəticəsində 

suyun «çiçəkləməsi» prosesləri intensivləşir, qazların suda həll olması qabiliyyəti azalır, suyun fiziki xassələri 

dəyişir, suda gedən bütün kimyəvi və bioloji proseslər sürətlənir və s. Su hövzəsinin isinən zonasında suyun 

şəffaflığı azalır, pH yüksəlir, asan oksidləşən maddələrin parçalanma sürəti artır. Belə su hövzəsində 

fotosintezin sürəti nəzərə çarpacaq dərəcədə aşağı düşür.  

 

b) Atom elektrik stansiyaları (AES) 

Nüvə energetikası hazırda daha perspektivli hesab edilir. Nüvə yanacağının ehtiyatının nisbətən yüksək 

olması, həm də ətraf mühitə «mərhəmətli» təsirilə əlaqələndirilir. AES-in tikintisinin digər üstünlüyü onun nüvə 

yatağına bağlamamaq imkanının olmasıdır. Belə ki, onun həcmi az olduğundan daşınması üçün böyük xərc tələb 

etmir. Onu qeyd etmək kifayətdir ki, 0,5 kq nüvə yanacağından  əldə olunan enerjinin miqdarı 1000 ton daş 

kömürdən alınan yanacağa bərabərdir.  

Bütün ölkələrdə çoxillik təcrübələr göstərir ki, AES-lərin istismarı gözə çarpan dərəcədə ətraf mühitə təsir 

göstərmir.  

15.2 saylı cədvəldə il ərzində yanacaq sərfi və ətraf mühitin çirklənməsi üzrə gücü 1000 MVt olan AES və 

İES-lərin müqayisəli məlumatları verilir.  



 

Cədvəl 15.2  

Yanacaq sərfi və ətraf mühitin çirklənməsi 

 

Mühitə təsir göstərən 

faktorlar 

İES AES 

Tullantılar:  

 

Karbon qazı  



10 mln ton 

Kükürd anhidridi və digər 



birləşmələr  

400 min ton 

Kül  


100 min ton 

Radioaktiv maddələr  



2 ton 


 

 

Cədvəldəki göstəricilərə görə, atom energetikasının üzvi yanacağa  əsaslanan energetikaya nisbətən 



 

203


üstünlükləri böyükdür.  

AES-lərin normal işində ətraf mühitə radioaktiv elementlər çox az miqdarda atılır. Orta hesabla onlar eyni 

gücdə İES-lərə nisbətən 2-4 dəfə azdır.  

Cədvəl 15.3 

 

İstifadə olunan yanacaqdan asılı olaraq elektrik stansiyalarının 

ətraf mühitə təsiri 

 

Yanacaq Zərərli tullantılar 

Ətraf mühitə 

təsir 

İqtisadi 

ziyan (şərti 

vahid) 

Daş kömür, 

mazut 

Kükürd iki oksid, 



karbon qazı, benzo-

pirin  


Turşulu yağışlar, 

parnik effekti 

 



Təbii qaz 



Azot 2 oksid, karbon 

qazı 


Çirklənmə, yanmış 

məhsulların, 

istehsalın və 

yanacağın nəqlinin 

təsirindən 

ekosistemin deqra-

dasiyası   

1,5 


Nüvə yanacağı Radioaktivlər  

Təyin olunmuş 

normaya və  təbii 

fona nisbətən 

radioaktivlik 

aşağıdır 

1,0 

 

 



1986-cı ilin mayına qədər dünyada işləyən 400 atom elektrobloku 17%-dən artıq elektrik enerjisi verərək, 

radioaktivlik fonunu 0,02%-dən çox artırmamışdır. Çernobıl faciəsinə qədər keçmiş SSRİ ərazisində AES-lər də 

digər istehsal sahələrinə nisbətən olduqca az istehsalat travması baş vermişdir. Faciəyə qədər 30 il ərzində radia-

siya səbəbindən olmayan qəzalar nəticəsində  cəmi 17 adam həlak olmuşdur. 1986-cı ildən sonra AES-lərin 

başlıca ekoloji təhlükəsi qəza ilə  əlaqələndirilir. Hərçənd müasir AES-lərdə  qəza ehtimalı çox azdır, lakin o, 

istisna deyildir. Bu planda Çernobıl AES-in 4-cü blokunda baş verən faciə ən böyük qəza sayılır.  

Çernobıl AES-dəki qəza nəticəsində 2 min kilometr radiusunda ərazi radioaktiv çirklənməyə məruz qalaraq 

20-dən artıq ölkəni əhatə etmişdir. Keçmiş SSRİ ərazisində 17 mln əhali yaşayan 11 vilayət əziyyət çəkmişdir. 

Çirklənməyə məruz qalan ərazi 8 mln ha və ya 800000 km

2

-dən artıqdır. Qəza nəticəsində 31 adam ölmüş, 200 



nəfərdən çox insan şüa xəstəliyinə gətirib çıxaran radiasiya dozası almışlar. Qəzadan dərhal sonra 115 min adam 

daha təhlükəli zonadan (30 km-lik) köçürülmüşdür. Ölənlərin və köçürülənlərin sayı sonralar artmış, küləklə 

radioaktiv maddələrin aparılması, yanğınlar, nəqliyyat və s. vasitəsilə çirklənmə zonası genişlənmişdir. Qəzanın 

nəticələri hələ neçə-neçə nəsillərin həyatında təsirini göstərəcəkdir.  

Çernobıl qəzasından sonra bir sıra ölkələrdə cəmiyyətin tələbi ilə AES-lərin tikilməsi proqramı müvəqqəti 

olaraq dayandırıldı, lakin 34 ölkədə atom energetikası inkişafını davam etdirdi. Artıq 1990-cı ildə 10 yeni AES 

elektrik  şəbəkəsinə qoşuldu. AES-lərin tikintisi hazırda da davam etdirilir. 1999-cu ilin sonunun məlumatına 

əsasən dünyada istismarda olan AES-lərin 436 bloku mövcuddur. Dünyada işləyən elektroblokların ümumi 

elektrik gücü 335QVt-ə (1Q Vt=1000 Mvt=10

9

 Vt) qədərdir. Fəaliyyətdə olan AES-lər dünya enerji istehsalının 



17%-ni təşkil edir. Yalnız Qərbi Avropadakı AES-lər orta hesabla bütün elektrik enerjisinin 50%-ni istehsal 

edir.  


Əgər hazırda fəaliyyətdə olan bütün AES-lər  İES-lərlə  əvəz olunarsa, dünya iqtisadiyyatına, bütün 

planetimizə və ayrılıqda hər bir insana düzəlməsi mümkün olmayan ziyan yetirilərdi. Belə nəticə ona əsaslanır 

ki, AES-lərdən  əldə olunan enerji eyni zamanda Yerin atmosferə  hər il İES-lərdə üzvi yanacağın 

yandırılmasından alınan 2300 mln ton karbon qazının, 80 mln ton kükürd-2-oksidin və 35 mln ton azot oksidi-

nin buraxılmasının qarşısını alır. Bundan başqa, üzvi maddələr (daş kömür, neft) yandırılarkən atmosferə 

tərkibində  əsasən yarımparçalanma dövrü 1600 ilə  qədər davam edən radium izotopları olan çoxlu miqdarda 



 

204


radioaktiv maddələr atılır.   

AES-lərin tikintisi iri şəhərlərdən 30-35 km aralı  məsafədə aparılır.  Ərazi havası  dəyişən (təmizlənən), 

daşqın suları basmayan yerdə seçilməlidir. AES-lərin  ətrafında  əhalinin yaşaması qadağan edilən səhiyyə-

qoruyucu zona ayrılır.  

Qlobal yanacaq-energetik problemlərin tədqiqatlarına əsaslanaraq əksəriyyət nüfuzlu Beynəlxalq təşkilatlar 

dünya atom energetikasının inkişaf perspektivlərini qiymətləndirərkən 2010-2020-ci illərdən sonra dünyada 

AES-lərin tikintisinin genişləndirilməsinə  tələbatın yenidən artmasını ehtimal edir. Real variantlara görə XXI 

əsrin ortalarında təxminən 50 ölkədə atom energetikasına malik olmaq fikri proqnozlaşdırılır. Bu zaman dünya-

da AES-lərin 2020-ci ildə elektrik gücü ikiqat artaraq 570 QVt-a, 2050-ci ildə isə 1100 QVt-a qədər 

yüksələcəkdir.    



 

15.2.2. Bərpa olunan enerji mənbələrinin ekoloji xarakteristikası 

Energetikanın inkişafı hələlik başlıca olaraq bərpa olunmayan enerji mənbələrinə, yəni karbontərkibli və ya 

uran yanacaqlarına əsaslanır. Bu mənbələrin ekoloji çatışmazlığı qeyri ənənəvi (alternativ) bərpa olunan ekoloji 

təmiz enerji mənbələrindən daha geniş istifadənin tədqiqini tələb edir. 

1992-ci ildə Rio-de-Janeyroda dayanıqlı inkişafın strategiyasının ekoloji aspektinin müddəalarından biri 

«üzvi yanacağın yandırılmasına əsaslanan energetikadan tədricən enerjinin bərpa olunan mənbələrindən istifadə 

edən alternativ energetikaya keçmək» sayılır.  


 

205


 

 

 



Şəkil 15.7. Alternativ enerji mənbələrinin təsnifatı 

  

Bu baxımdan, ən perspektivli energetika günəş və külək enerjisi, kiçik çayların, qabarma və dalğaların ener-

jisi, geotermal və biokütlənin enerjisi sayılır. Elm və texnologiyanın inkişafı ilə əlaqədar qeyri ənənəvi bərpa 

olunan enerji mənbələrinin siyahısı durmadan artır. Artıq 1991-ci ildə  bərpa olunan mənbələrdən əldə olunan 

enerji, ümumi istifadə edilən enerji istehsalına nisbətən faizlə Norveçdə - 99%, Avstriyada – 70%, İsveçdə – 

62%, Portuqaliyada – 55%, İsveçdə – 41%, İspaniyada – 25% təşkil etmişdir (Xotunsev, 2002).  



 

a) Su elektrik stansiyaları (SES) 

SES-lər  ənənəvi olaraq nisbətən ucuz başa gələn və ekoloji təmiz enerji mənbəyi sayılırdı. Bu xülyanın 

təsiri altında dünyada olduqca çoxlu miqdarda SES-lər yaradıldı. Şübhəsiz, SES-lərin müsbət cəhətləri az deyil. 

Belə ki, çayların nizamlanması sudan suvarmada, zavodlarda, elektrik stansiyalarında və s. istifadə etməyə im-

kan yaratdı, bir çox rayonlarda yaz daşqınlarının qarşısı alındı. Bununla yanaşı, SES-lərin tikilməsi məqsədilə su 

anbarlarının yaradılmasının bir sıra neqativ ekoloji təzadları meydana gəlir. Bununla əlaqədar olaraq dünyada 

enerji istehsalının perspektivində ümumi enerji istehsalından SES_lərin payına yalnız 5%-dən çox olmaması 

nəzərdə tutulur.  

SES-lərdən alınan enerjinin payının aşağı düşməsinin ən mühüm səbəblərindən biri onların tikintisinin və 

istismarının bütün mərhələlərində ərtaf mühitə güclü təsir göstərməsi sayılır.  

Bir sıra tədqiqatçıların məlumatına görə SES-lərin  ətraf mühitə  təsiri kənd təsərrüfatına yararlı münbit 

torpaqların, meşələrin və bir sıra qiymətli obyektlərin su anbarları altında qalmasıdır.  

Su anbarı yaxınlığında olan torpaq sahələri qrunt sularının səviyyəsinin qalxması ilə  əlaqədar olaraq su 

altında qalır. Bu, adətən bataqlaşmış  və  şorlaşmış sahələrdən ibarətdir. Torpaqların dağıdılması  və onlara xas 

olan ekosistemlərin pozulması, həm də sahil xəttinin formalaşması zamanı su ilə dağılması (abraziya) zamanı 

baş verir. Abraziya prosesləri adətən on illərlə davam edərək böyük torpaq-qrunt kütləsinin dağılmasına, 



 

206


qarışmasına, suyun bulanmasına, su anbarının lilləşməsinə səbəb olur. Su anbarlarında su kəskin qızaraq istilik 

çirklənməsinin nəticəsində oksigenin itməsi və digər proseslər intensivləşir.  İstilik çirklənməsi biogen 

maddələrin toplanması ilə  bərabər su hövzəsinin yosunlar, o cümlədən zəhərli göy-yaşıl yosunlar basmasına 

şərait yaradır. Suyun keyfiyyətinin pisləşməsi orada canlıların çoxunun məhv olmasına səbəb olur, balıq 

sürülərinin xəstələnməsi, xüsusən helmintlərlə  zədələnməsi artır. Balıqların miqrasiya yolları pozulur, yem 

sahələri, kürüləmə yerləri dağılır. Məs., Volqa çayı üzərində SES kaskadı tikildikdən sonra Xəzər dənizindən 

nərə balığının kürüləmək yeri əhəmiyyətini itirmişdir.  

Nəticədə, tranzit çay sistemlərinin su anbarları ilə kəsilməsi (bağlanması) tranzit akkumulyativ sistemə çe-

vrilir. Burada biogen maddələrdən başqa uzun dövr ərzində  ağır metallar, radioaktiv elementlər və bir çox 

zəhərli kimyəvi maddələr toplanır.  

Akkumulyasiya məhsulları, su anbarı  ləğv edildikdən sonra onun zəbt etdiyi ərazidən istifadə imkanında 

problemlər yaradır.  

Dağlıq rayonlarında adətən sahəsi kiçik olduğundan su hövzələrinin yaradılması xeyli az məsarif tələb edir. 

Lakin seysmik baxımdan təhlükəli dağ rayonlarında su anbarları  zəlzələyə  səbəb ola bilər. Burada sürüşmə 

hadisəsi və bəndin dağılması nəticəsində fəlakətin baş verməsi ehtimalı artır. Belə ki, 1960-cı ildə Hindistanda 

(Hucarat ştatı) bəndin yarılması 15 min adamın həyatına son qoydu.         

XX  əsrdə, xüsusilə 1950-ci ildən başlayaraq bəndlərin tikilməsi işi artmışdır. Hazırda dünyada milyona 

qədər insan tərəfindən yaradılmış müxtəlif ölçülü (təbii göllərlə müqayisə ediləcək böyüklükdən ən kiçik gölə 

(nohura) kimi) su anbarları mövcuddur. Onların ümumi həcmi 6000 km

3

-i keçir, faydalı  həcmi isə 3000 km



3

 

təşkil edir. Həcmi 1 mln km



3

-i keçən iri su anbarlarının sayı 30000-ə qədərdir. Onlardan ən böyükləri Anqara 

çayında Bratski (169 km

3

), Zambezidə – Karib (160 km



3

), Nildə – Nasir (157 km

3

), Voltada – Volta (148 km



3

su anbarlarıdır. Su anbarları səthinin ümumi sahəsi 600000 kv.km təşkil edir.  



Su anbarlarının səthindən 240 km

3

-a qədər su buxarlanır. Afrika kontinenti üçün belə su sərfinin miqdarı 



suvarma suyundan sonra ikinci yeri tutur və sənayedə istifadə olunan suyun mütləq ölçülərindən 5 dəfə çoxdur.  

Bəndlər, onunla əlaqədar qurğularla (su anbarları, irriqasiya sistemləri, hidroelektrik stansiyaları, şlüzlər və 

s.) birlikdə inkişaf etməkdə olan ölkələrin strategiyasının mühüm hissəsini təşkil edir. Tropik şəraitdə mülayim 

iqlimli ölkələrlə müqayisədə çay axımının nizamlanması əlavə problemlər yaradır. Belə ki, su anbarlarının reji-

mi və onların  ətraf mühitə  təsiri  yüksək dərəcədə  təbii  şəraitdən asılıdır. Tropik regionda hər yeni su anbarı 

yaradıldıqda xəstəlik və ölüm hadisələrinin səviyyəsi kəskin yüksəlir: su mübadiləsinin yavaş (zəif) olması, su 

biokütləsinin çoxalması ilə əlaqədar su anbarlarının suyunun keyfiyyəti çay sularına nisbətən adətən pis olur. Bu 

isə xəstəliklərin artmasına səbəb olur. Malyariya, şistosomatoz kimi xəstəliklərin yayıcıları əvvəlkinə nisbətən 

su anbarlarının suyunda yaşamaq üçün əlverişli şərait tapır, bu isə xəstəliklərin kəskin artmasına səbəb olur.  

Son illər rütubətli ekvatorial meşə zonasında da su anbarları tikilir. Bu isə yuxarıda göstərilənlərdən başqa 

əlavə yeni ekoloji problemlər yaradır. Bu zonada ilk su anbarı və 8 mln kvt. gücündə SES Braziliyada Tukurui 

hesab olunur. Burada daim yüksək dərəcədə istiliyin olması şəraitində su bitki örtüyü olduqca yaxşı inkişaf et-

diyi üçün su anbarında suyun səthi praktiki olaraq görünmür. Ölü su biokütləsinin sonrakı çürüməsi həll olmuş 

oksigeni sudan tam udaraq, nəhayət qalan biokütlənin anaerob çürüməsinə və olduqca zəhərli hidrogen sulfidin 

ayrılmasına gətirib çıxarır. Burada ölümlə  nəticələnən ensofalit xəstəliyinin bir növü də daha çox müşahidə 

olunmağa başladı. Belə vəziyyət Surinamda da mövcuddur, burada o qədər də böyük olmayan Brokopondo su 

anbarında hidrogen-sulfidin iyi o dərəcədə kəskindir ki, SES-də operatorlar işlədiyi zaman əleyhqazdan istifadə 

edirlər.  

Bəndlərin və su anbarlarının tikilməsinin bir çox mənfi nəticələri onların gələcəkdə inkişaf etdirilməməsinə 

əsas verir. Lakin yaddan çıxarılmamalıdır ki, su anbarları  bərpa olunan su ehtiyatlarının həcminin artırılması 

üçün mühüm vasitədir.  

RAN-ın xarici üzvü (ABŞ) Q.Yayt Misirdə Nil çayı üzərindəki Asuan bəndinin tikilməsinin ekolodi 

nəticələrinin dərin təhlilinə eynimənalı qiymət vermir. Yay (iyun-sentyabr) yağışları nəticəsində hər il daşqınlar 

baş verərək həmişə Misirin inkişafında və sivilizasiyasında səmərəli (faydalı) rol oynayır. Belə ki, daşqınların 

münbit lilli suyu ilə tarlalar suvarılırdı. Hazırda isə münbit lil bənd tərəfindən tutulub saxlanılır, odur ki, 

torpağın münbitliyi mineral gübrələr verməklə bərpa olunur. Digər tərəfdən isə Nil çayının suyu su anbarında 

toplanaraq, mümkün su ehtiyanın həcmini nizamlayır, sonra isə ondan suvarmada və elektrik enerjisi almaqla 

istifadə olunur. 1970-ci illərin sonlarında Asuan su anbarı bir neçə  dəfə olduqca yüksək və çox təhlükəli 

daşqınların suyunu özündə saxladı.  Əksinə, 1980-ci illərdə yeddi il dalbadal Nilin daşqınlarının həcmi orta 

həcmdən də  aşağı olmuşdur. Bu zaman az yağıntılı illərdə su qıtlığı zamanı Misirdə tarlaların suvarılmasında 

Asuan su anbarının suyundan istifadə edilmişdir. Beləliklə, su anbarı dəhşətli təhlükənin qarşısını almışdır. Ölkə 


 

207


aclıqdan, iqtisadi çətinliklərdən və siyasi qeyri sabitlikdən xilas edilmişdir.  

Böyük hidrotexniki sistemlərin, o cümlədən su anbarlarının yaradılması 1970-ci illərdən sonra özünün 

gərgin vəziyyətinə çatdı. Hazırda onun azalmağa doğru meyli artmışdır. Bununla yanaşı, Çində Yanszısyan çayı 

üzərində dünyada ən böyük SES və Türkiyədə Yefrat və Tiqr çayında 22 bənd və 19 SES olan və 1,7 mln ha 

ərazidə suvarma sistemi nəzərdə tutulan kompleksin yaradılması layihəsi həyata keçirilir.  

Dünyada su anbarlarının azaldılmasının müxtəlif səbəbləri vardır. Bir çox ölkələrdə bənd tikiləsi yerlərdən 

artıq istifadə olunmuş, qalan yerlər isə iqtisadi və siyasi baxımdan sərfəli hesab edilmir. ABŞ-da son 25 ildə su 

anbarı tikilməmişdir. 1995-ci ildə ABŞ-da su anbarlarının tikilməsini dayandırmaq haqqında qərar qəbul 

olunmuşdur.  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin