QƏRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə37/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   33   34   35   36   37   38   39   40   ...   64

 

 

16.6.1. Buzların (buzlaqların) əriməsi 

Buzların  əriməsi qlobal istiləşmənin nəticələrinin  ən çox nəzərə çarpan təzahürüdür. Bəzən bu, qeyri adi 

hadisələrlə üzləşir. Belə ki, 1991-ci ilin sonunda cənub-qərbi Alpa səyahət edən turistlər Avstriya-İtaliya sərhədi 

rayonunda buzun altında zədələnməyə  məruz qalmış kişi cəsədi aşkar etmişlər. Ehtimal ki, bu insanı 5000 il 

əvvəl bu ərazidə qar tufanı yaxalamış, onun bədəni tez bir vaxtda qar və buzla örtülmüş, ona görə  də bizim 

dövrümüzə  qədər qalmışdır. 1999-cu ildə Kanadanın qərb hissəsində  əriyən Yukone buzlağında bir insan 

cəsədinə rast gəlinmişdir (Laster P. Braun. Ekoekonomika, M., 2003, səh. 61). 

Şimal Buzlu Okeanında hazırda buzlar sürətlə əriyir. Hələ 1960-cı ildə buzun qalınlığı 2 metrə çatırdı, indi 

isə 1 metrə yaxındır. Son dörd onilliklərdə buz lövhəsinin qalınlığı 42% qısalmış, onun sahəsi 6% azalmışdır. 

Bunun nəticəsində  Şimal Buzlu Okeanında buzun kütləsi bütövlükdə  təxminən yarıya qədər azalmışdır. 

Buzların belə əriməsi gələcəkdə də gözlənilir. Norveç alimlərinin apardığı tədqiqatlara əsasən güman etmək olar 

ki, 50 ildən sonra Şimal Buzlu Okeanının səthi yay dövründə buzdan azad olacaqdır.  

2000-ci ildə dörd Amerika alimi «Sayenz» jurnalında nəşr etdikləri məqalədə göstərir ki, Qrenlandiyada 

geniş buz lövhəsi (sipəri) əriməyə başlayır. Qrenlandiyada qütb dairəsinin arxasında yerləşən böyük ərazi şimal 

yüksəkliklərdə buz artmaqda davam edir, lakin ondan aşağıda yerləşən buzlağın daha böyük hissəsi, xüsusilə 

cənub və şərq sahlillərində itir.  

Antarktida yarımadası (və ya Qreyama torpağı – Antarktidanın ərazisində olub, şimala, cənubi Amerikaya 

doğru 1200 km uzanır) da buzlarını itirir. Şimal Buzlu Okeanını örtən  şimal qütbündən fərqli olaraq cənub 

qütbü materikdə yerləşərək sahəsi ABŞ-ın sahəsinə yaxındır. Antarktikanın buz lövhəsinin qalınlığı 2,3 km olub 

nisbətən sabitdir (möhkəmdir). Lakin şelf buzlaqları, sərbəst olaraq yanındakı  dənizə düşərək, hazırda sürətlə 

yoxa çıxır.            

1999-cu ildə Britaniya və Amerika alimlərindən bir qrupu Antraktida yarımadasının hər tərəfindən  şelf 

buzlaqlarının geri çəkilməsi haqqında məlumat vermişlər. 1950-ci ildən 1997-ci ilə kimi buzlaqların sahəsi                

7000 kv.km azalmışdır. Şelfdən ayrılıb qopan Amerikanın Delaver Ştatı ölçüsündə olan aysberqlər bu rayonda 

gəmiçilik üçün böyük təhlükə yaradır. Tədqiqatçılar buzların  əriməsi səbəbini yerli temperaturun 1940-cı ilə 

nisbətən 2,5

0

 yüksəlməsində görürlər.   



Buzların əriməsi haqda bu misallar azdır. «Worldwatch» İnstitutundan Layza Mastni bu mövzu üzrə yerinə 

yetirdiyi 30 tədqiqat işini təhlil edərək, məlumat verir ki, dağlarda buzlaqlar hər yerdə getdikcə artan sürətlə 

əriyir (cədvəl 16.1). Dünyanın iri dağ sistemlərinin əksəriyyətində qarın və buzların kütləsi getdikcə azalır. Bun-

lardan Qayalı dağları, And, Alp və Himalayı göstərmək olar.  



Cədvəl 16.1  

Yerdə buzların əriməsi üzrə bəzi misallar 

 

Adı Yerləşdiyi məkan 



İtkinin ölçüsü 

 

1 2 



Şimal Buzlu Okeanı 

buzu 

Şimal Buzlu Okeanı 



1978-ci ilə nisbətən sahəsi 6% 

azalmış, həm də daha qalın 

daimi buzun sahəsi 14% 


 

235


1 2 

azalmışdır. 30 il ərzində buz 

40% nazilmişdir 

Qrenlandiyanın buz 

lövhəsi (layı) 

Qrenlandiya 

1993-cü ildən etibarən cənub 

və  şərq sahillərində buzun 

qalınlığı ildə 1 m-dən çox 

nazilir 


«Qleyşer» Milli parkı ABŞ-ın Qayalı dağları 

1850-ci ildə buzlaqların sayı 

150 idi, indi isə 50-dən azdır. 

Qalan buzlaqlar isə 30 ilə ki-

mi yox ola bilər 

Larsen şelf buzlağı Antarktida 

yarımadası 

1998-ci ildə ümumi kütləsi 

300 kv. km olan aysberq 

qopmuşdur. 1998-1999-cu 

illər  ərzində 1714 kv.km, 

1999-2000-ci ildə isə 300 kv. 

km buz itirilmişdir 

Dokriani-Bamak 

buzlağı 

Himalay, Hindistan 

1998-ci ildə 20 m, əvvəlki 5 

ildə isə 16,5 m geri 

çəkilmişdir 

Tyan-Şan dağları 

Mərkəzi Asiya 

Son 40 ildə buzlaqların 22%-i 

azalmışdır 

Qafqaz dağları Rusiya 

XX  əsrdə buzlaqların həcmi 

50% azalmışdır 

Alp dağları 

Qərbi Avropa 

1850-ci ilə nisbətən buzlaqlar 

50%-dən çox azalmışdır. 

Yaxın 10 illiklərdə onların 

indiki kütləsinin kiçik hissəsi 

qalacaq 

Kilimancaro Tanzaniya 

Buzlağın təpə hissəsi 1989-cu 

ildən 2000-ci ilə  qədər 33% 

azalmışdır. 2015-ci ildə 

buzlaq tamamilə yoxa çıxa 

bilər 

Kvelkqaya And, 



Peru 

İlk vaxtlar ildə 3 m, 90-cı 

illərdə isə ildə 30 m sürətlə 

geri çəkilmişdir. Odur ki, 

buzlaq 2020-ci ilə tamamilə 

itəcəkdir 

 

 

MənbəLiza Mastnu (updated), «Melting of Earth



s İse Cover Reaches New High» Worldwaten Brief 

(Waşhington. DC Worldwatch İnstitute 6 March, 2000).  

Montana  ştatında yerləşən ABŞ-ın «Qleyşer» Milli parkında 1850-ci ildə 150 buzlaq olmuşdur, indi isə 

onların sayı 50-dən də azdır. ABŞ-ın Milli geoloji xidmətinin proqnozuna görə orada qalan buzlaqlar da yaxın 

30 ildə yoxa çıxacaqdır.   

Tədqiqatçıların  əldə etdiyi nəticəyə görə, dağ rayonlarında temperaturun orta hesabla 1-2

0

C qalxması orada 



yağıntıların miqdarına mənfi təsir göstərə bilər: yağışların miqdarı artar, qarınkı isə azalacaqdır. Bu isə yağışlar dövründə 

daşqınların baş verməsinə, qar və ya buzun kültəsinin azalmasına, quraqlıq dövründə çayları qidalandıran əriyən qarın az 

olmasına səbəb olacaqdır.  

Dağlarda qar içməli su «rezervuarı» olub yayda istifadə etmək üçün təbiətin yaratdığı ehtiyatdır. Onlar 

qədim zamanlardan mövcud olub yerli əhalini su ilə təmin edir. İndi isə yaxın illərdə bu ehtiyat gözlənilmədən 

azalmağa başladı və tezliklə onun bir hissəsi yox ola bilər, bu isə tarlaların suvarılması və şəhərlərin su ilə təmin 

olunması üçün suyun kəskin azalmasına səbəb olacaqdır.  


 

236


Dünyada Antarktida və Qrenlandiya buzlaqlarından sonra böyüklüyünə görə üçüncü olan Himalaydakı 

massiv şəklində qar-buz örtüyü əritməkdə davam edir, bu isə Asiyanın böyük hissəsinin su ilə təmin olunmasına 

təsir göstərir. Çünki bu regionun ən iri çayları olan İnd, Qanq, Mekonq, Lantzı və Xuanxe mənbələrini Hima-

laydan götürür. Himalayda buzlaqların yox olması bir sıra Asiya ölkələrinin – Pakistan, Hindistan, Banqladeş, 

Tayland, Vyetnam və Çin daxil olmaqla hidroloji vəziyyətinə mənfi təsir göstərir. Yayda quraq dövründə qar 

ərintisinin azalması çayların qidalanmasını  məhdudlaşdırır və onsuz da sudan əziyyət çəkən bu regionun su 

qıtlığını bir qədər də ağırlaşdıracaq.  

 

16.6.2. Dünya okeanı vilayətində dəyişikliklər 

Dəniz səviyyəsi qlobal istiləşmənin həssas indikatorudur, belə ki, temperatarun yüksəlməsi və quruda yerləşən 

buzlaqların əriməsi ona neqativ təsir göstərir. Bu proseslərin dənizin səviyyəsinə təsiri təxminən eynidir.  

XX  əsrdə  dənizin (okeanın) səviyyəsi 10-20 sm qalxmışdır. Bu son 2000 ildəkinə nisbətən 50% çoxdur. 

Yer səthində temperatur artmaqda davam edərsə, bu prosesin sonrakı sürətlənməsi gözlənilir.  

Dənizin səviyyəsinin qalxmasına ilk növbədə temperaturun yüksəlməsi təsir göstərir.  

Okeanın səviyyəsinin dəyişməsi öncə hidrometeoroloji faktorlardan asılıdır, belə ki, onlar atmosfer 

yağıntılarına və buxarlanmaya birbaşa təsir göstərir. Bu proses, həmçinin, buzlaqların  əriməsi zamanı  əmələ 

gələn  əlavə su axınından və kontinental ərazidən axan sulardan asılıdır. Hidrometeoroloji faktorlardan başqa 

Dünya okeanının səviyyəsinə okeanın yatağının forma və həcmini təyin edən tektonik faktorlar və ekzofaktorlar, 

qismən geomorfoloji proseslər (çayların mənsəblərində, estuarilərdə, limanlarda və körfəzlərdə  gətirmələrin 

toplanması və sahillərin eroziyası) təsir göstərir. Son yüz ilin müşahidələrinə əsasən okeanın səviyyəsi 25 sm 

qalxmışdır. Hidrometeoroloji rol aparıcı olmaqla bu göstərilən üç faktorun nəticəsidir. İqlimin dəyişməsi üzrə 

Dövlətlərarası Komissiyanın (İntergovernmental Panel on Climate Change - İPCC) 2001-ci ildəki məlumatına 

əsasən, XXI əsr ərzində dənizin səviyyəsi 1 m qalxacaqdır.   

Dənizin (okeanın) səviyyəsinin qalxması bir sıra neqativ nəticələrə  gətirib çıxaracaqdır. Onlardan ən çox 

bəlli olanı daşqınlar sayılır, belə ki, okean kontinentin hesabına genişlənir. Digər nəticə – duzlu suyun sahili 

basmasıdır. Dənizin səviyyəsi qalxdıqda duzlu su sahilyanı şirinsulu horizontlara keçir. Bu haldan İsrail, Pakis-

tan, Hindistan və Çin ziyan çəkə bilər. Üçüncü neqativ hal sahil eroziyasıdır, dalğalar quruya doğru basılarkən, 

onlar sahilin torpaqlarını yuyur.  

Merilend ştatı Universitetinin ətraf mühiti öyrənmək üzrə Mərkəzindən Donald Beşin verdiyi qiymətə görə, 

dənizin səviyyəsi 1 mm qalxarsa, sahil xətti quruya doğru orta hesabla 1,5 m geri çəkilir. Deməli, dənizin 

səviyyəsi 1 m qalxdıqda sahil xətti 1500 m geri çəkiləcəkdir.       

Qeyd etmək lazımdır ki, sahilyanı zonada bəşəriyyətin yarıdan çoxu yaşayır. Odur ki, iqlimin dəyişməsilə 

baş verən təzadlar, nəticələr bu zonada insanlar üçün faciəli problemlərlə qarşılaşa bilər. Dəniz və okeanların 

səviyyəsinin sonrakı qalxması suyun hündür olmayan əraziləri basmasına, orada olan qurğuların, yaşayış 

məntəqələrinin dağılması və bir sıra başqa təzadlı nəticələr baş verəcəkdir. Bu zaman ən çox aşağı səviyyədə 

yerləşən adaları və alçaq sahillərdə yerləşən iri şəhərləri su basacaq, burada yaşayan əhalinin miqrasiyasına və 

onunla əlaqədar ciddi iqtisadi və siyasi nəticələrə gətirib çıxaracaqdır.  

Okeanın səviyyəsi bir neçə metr qalxarsa, Nyu-York, London, Sankt-Peterburq, Amsterdam, Şanxay, Tokio 

və sıx əhali yaşayan sahilyanı ərazi su altında qalacaqdır. Hazırda burada Yer kürəsi əhalisinin 30…….50%-ə 

qədəri yaşayır (Xotunsev, 2003, səh. 160).  

Dənizin səviyyəsi 1 m qalxdıqda Şanxayın ərazisinin üçdə bir hissəsi su altında qalacaqdır. Çində 70 mln.-

dan artıq əhali su basılmasından zərər çəkəcəkdir. Asiya çaylarının deltasındakı çəltik tarlalarına daha böyük 

ziyan dəyəcəkdir. Ümumdünya bankının apardığı  təhlilə  əsasən  ən böyük zərbə Banqladeşə  dəyəcəkdir (şəkil 

16.10). Banqladeş  dəniz səviyyəsindən 7 m hündürlükdə yerləşir. Burada dənizin səviyyəsi 1 m qalxarsa 

ərazinin 17,5%-ni su basaraq, 70 milyon əhalinin yaşadıqdarı  ərazi su altında qalacaqdır. Su basmasından 

Banqladeş əhalisi çəltik məhsulunun yarısından məhrum olacaqdır. Bu isə 140 mln. əhalinin əsas qida məhsulu 

hesab olunur. Hazırkı qiymətə görə bu itki ölkəyə 3,2 mlrd. dollara başa gələcəkdir. Asiya çaylarının vadilərində 

sıx yaşayan əhali onsuz da sıx əhalisi olan daxili rayonlara keçməyə məcbur olacaqdır. Dənizin qalxması mi-

lyonlarla «iqlim» qaçqınlarının Banqladeş, Çin, Hindistan, İndoneziya, Filippin və Vyetnamda 

məskunlaşmasına səbəb olacaqdır. 

  

 



 

237


 

Şəkil 16.10. Dəniz səviyyəsinin 1 m qalxması  

Banqladeşdə çəltik istehsalını yarıya qədər azaldır 

Marşal yarımadalarının üçdə ikisi və Kiribati su altında qalacaqdır. ABŞ-da 36000 kv. km quru sahəsi su ilə 

basılacaqdır. Bu zaman Atlantik okeanının orta hissəsində  və Meksika körfəzi yanında yerləşən  ştatlar daha 

böyük itkilər verəcəkdir. Nyu-Yorkda cənubi Manxettenini və Vaşinqtonda Kapitoli ekslanadasının böyük 

hissəsini 50 ildən sonra su basacaqdır. Suyun səviyyəsi 1 m qalxarsa, Yaponiyada ölkənin 2340 kv. km-i su 

altında qalacaqdır. Bu zaman 40 mln. yapon əhalisi ziyan çəkəcək, onların bir hissəsi öz evlərini atıb köçməyə 

məcbur olacaqdır.  

Dənizin səviyyəsi yarım metr qalxarsa, ABŞ-da əhali 20-dən 150 milyard dollara qədər ziyan çəkəcəkdir. 

Sahilyanı rayonlarda olan atom elektrik stansiyaları kimi daşınmaz  əmlaklar tədricən sığorta oluna bilməyən 

obyektlərə çevriləcəkdir.  

Planetimizdə buzların 90%-i Antarktika buz laylarının payına düşür və qeyd edildiyi kimi,öz böyük ölçüsü 

sayəsində nisbətən sabitdir. Qalan 10%-i Qrenlandiya və dağ buzlaqları olub iqlimin dəyişməsinə qarşı daha 

zəifdir (davamsızdır). Qrenlandiyada buzun qalınlığı bəzi yerdə 2 km-ə çatır. «Sayenz» jurnalındakı məqalədə 

NASA-nın alimlərinin hesablamalarına görə  əgər Qrenlandiya buz örtüyü tam əriyərsə, Dünya okeanının 

səviyyəsi sarsıdıcı hündürlükdə – 7 m qalxacaqdır.  

Sivilizasiyanın bütün tarixi boyu dənizin səviyyəsi zəmanəmizdə olduğu kimi, ölçülməsi mümkün olacaq 

sürətlə qalxmamışdır. Bu vəziyyət davam edərsə, səviyyənin belə qalxma dinamikası davam edəcəkdir. Bu isə 

bəşəriyyətin indiyə qədər rastlaşdığı hadisəyə qarşı gələcək nəsil qarşısında ciddi məsuliyyət daşımaq məsələsini 

qoyur.  

 

16.6.3. Dağıdıcı tufanlar və qasırğalar 

Temperatur artımı ilə tufanların gücü birbaşa bir-birilə bağlıdır. Okean səthinin temperaturu, xüsusilə tropik 

və subtropiklərdə artdıqda istilik şüalanması atmosferə daxil olaraq dağıdıcı  fırtınaların baş verməsinə  səbəb 

olur. Daha yüksək temperaturda su səthindən daha çox rütubət buxarlanır. Yuxarı qalxan su yenidən Yerə 

qayıtmalıdır, lakin onun harada tökülməsi məlum deyil.  

Qasırğa və ya tayfun qurşaqları ölkələrində hava kataklizmləri, xüsusilə  təşviş doğurur. Çin, Yaponiya, 

Filippin, Hindistan, Banqladeş, həmçinin ABŞ-ın Atlantik okeanı sahilləri, Mərkəzi Amerika və Qəribi hövzəsi 



 

238


ölkələri fırtına intensivliyinin atrmasından əzab-əziyyət çəkirlər.  

«Muich Re» son 50 ildə bütün yer kürəsində təbii kataklizmlərin (əsasən fırtına, tufan, daşqın və zəlzələ) 

dəqiq uçotunu aparır. Bu kompaniya hadisəni «böyük təbii fəlakət» adlandırır və  zərər çəkən region bu 

hadisənin öhdəsindən sərbəst gələ bilmir, odur ki, kömək üçün dünya birliyinə müraciət etmək 

məcburiyyətindədir. 1960-cı illərdə irimiqyaslı belə fəlakətlərdən iqtisadi itki  69 mlrd. dollar təşkil etdiyi halda, 

1990-cı illərdə bu rəqəm 936 mlrd. dollara çatmışdır, bu isə təxminən səkkiz dəfə çox deməkdir.  

Son illər bir sıra qeyri-adi dağıdıcı gücə malik olan tropik fırtınalar baş vermişdir. Onların arasında 

«Endryu» qasırğası 1992-ci ildə Floridada tuğyan etmişdir. Fırtınanın olacağı qabaqcadan xəbərdarlıq 

edildiyindən o vaxt cəmi 65 adam həlak olmuşdur. Lakin «Endryu» qasırğası 60000 evi və digər tikintiləri 

dağıtmış, təxminən 30 mlrd. dollar ziyan vermişdir.   

Altı ildən sonra (1996-cı il) küləyin gücü saatda 200 mil sürətilə olan «Corc» qasırğası yüksək təzyiq 

sisteminin köməyilə  şimal istiqamətində getməyin qarşısını almaqla Mərkəzi Amerikanın sahillərində 

dayandırıldı. Qasırğa Salvador və Nikaraqauada 4000 adamın həyatına son qoyaraq, 10 mlrd. dollar ziyan 

vurdu. Bunun nəticəsində bu ölkələrin iqtisadiyyatı bir neçə on illər geriyə düşdü. 1999-cu il dekabrın 

ortalarında baş verən fırtına Venesuelada nəhəng daşqına və sürüşmələrə səbəb olaraq,  20000 insanın həyatına 

son qoydu, iqtisadi ziyanın dəyəri 15 mlrd. dollar müəyyən edildi.     

1999-cu  ilin  sentyabrında «Barf» 

tayfunu Yaponiyanın sıx əhalisi olan Kyusyu adasında üz verdi, bunun nəticəsində 26 adam həlak oldu, ölkəyə 

5 mlrd. dollar ziyan dəydi. Çin, Yaponiya və Fillipin, xüsusilə bu baxımdan təhlükəli regionda yerləşmişdir. 

Sakit okeanın tropika rayonlarında yetişən və güc toplayan fırtına və qasırğaların bütün gücü bu regionlara 

düşür.  

Şimal yarımkürəsində  qış  fırtınaları da olduqca dağıdıcı gücə malik olur. Stiven Lambert «Yournal of 

Geophysical Research» yurnalında dərc etdiyi məqalədə XX əsrdə bu yarımkürədə güclü qış fırtınalarının baş 

vermə tezliyini təhlil etmişdir. 1920-ci ildən 1970-ci ilə  qədər olan dövrdə 40-a qədər fırtına baş vermişdir. 

Sonralar temperaturun artması ilə fırtınaların tezliyi də artmışdır. 1985-ci ildən başlayaraq şimal yarımkürəsində 

fırtınaların baş vermə tezliyi iki dəfə artaraq ildə 80-ə yaxın olmuşdur. Son onilliklərdə Qərbi Avropada çoxlu 

saylı qeyri adi, misli görünməmiş, dağıdıcı gücə malik olan fırtınalar üz vermişdir. 1987-ci ildə Böyük Britaniya 

və Fransaya qış fırtınası basqın edərək 17 insanı özü ilə aparmış, 3,7 mlrd. dollar maddi ziyan vermişdir. 1999-

cu ilin qışında Qərbi Avropaya «Anatol», «Martin» və «Lotar» adlı üç qeyri adi güclü fırtına üz vermişdir. On-

lar 150 adamın həyatına son qoymuş və 10,3 mlrd. dollar maddi ziyan vermişdir. «Lotar» fırtınası 26 dekabrda 

(1999) baş verərək Fransa, Almaniya və İsveçrəyə 7,5 mlrd. dollar maddi ziyan vurmuşdur.  

Əhalinin sıxlığı, böyük yaşayış binalarının sayı çoxaldıqca fırtınalardan, qasırğalardan dəyən ziyanın da 

miqdarı artır. Deməli, həm qasırğaların sayı, həm də onların vurduğu ziyanlar getdikcə artır. Fırtınalar nə qədər 

güclü olarsa, onların vurduğu zərər də çox olar.  

Bu gün XXI əsrdə hadisələrin nə dərəcədə genişlənməsini dəqiq heç kim bilmir. Lakin biz təsərrüfatçılığı 

əvvəlki üsullarla davam etdirsək, CO

2

-nin səviyyəsi də getdikcə yüksələcək və  fəlakətlərin bugünkü dağıdıcı 



gücü yaxın keçmişdəki gücündən çox olduğu kimi, gələcəkdə də bugünkünü xeyli ötüb keçəcəkdir.   

 

 

16.6.4. İqlimin istiləşməsinin kənd təsərrüfatına və  

bitki örtüyünə təsiri 

İqlimin dəiyşməsi aqroekosistemlərə ciddi təsir göstərəcəkdir. Bu kənd təsərrüfatının yeni şəraitə 

uyğunlaşdırılması üzrə təcili tədbirlərin görülməsini tələb edir.  

İqlim şəraitinin aqrosistemlərə təsiri olduqca mürəkkəb və müxtəlif olacaqdır. Nisbətən soyuq və rütubətli 

iqlimə malik olan əkinçilik istiliklə limitlənən rayonlarda (Kanada, Rusiya) aqroiqlim şəraitinin kənd təsərrüfatı 

və meyvə bitkilərinin yetişdirilməsi üçün yumşalması baş verəcək, vegetasiya dövrünün uzanması  və kifayət 

qədər rütubətlə  təmin olunmuş  şəraitdə aktiv temperatur cəminin artması ilə  əlaqədar məhsuldarlıq da xeyli 

yüksək və sabit olacaqdır. Aqroiqlim şəraitinin belə dəyişməsi əkinçiliyin intensiv texnologiyasını şimala doğru 

xeyli irəli çəkməyə, kənd təsərrüfatı bitkilərinin daha istisevər və məhsuldar çeşidləri ilə əvəz edilməsinə imkan 

yaradacaqdır.  

Yuxarıda göstərilən müsbət dəyişilmələrlə yanaşı, Rusiyanın qeyri-sabit rütubət rejimli mərkəzi və cənub 

rayonlarında istiləşmə nəticəsində iqlim şəraitində mənfi dəyişilmələr də baş verəcəkdir. Yağıntıların miqdarının 

azalması, səpinlərin rütubətlə az təmin olunmasına, quraqlıqların, quru küləklərin tez-tez təkrar baş verməsinə, 

daxili su hövzələrinin və qrunt sularının səviyyəsinin  aşağı düşməsinə səbəb olacaq, şirin suyun ümumi balansı 

pisləşəcəkdir. Bütün bunlar kənd təsərrüfatı istehsalının məhsuldarlığına və bununla yanaşı, iqtisadiyyatın digər 


 

239


sahələrinə mənfi təsir göstərəcəkdir.  

Suvarma üçün suya olan tələbat, su resurslarının digər istehlakçıları (sənaye və kommunal təsərrüfatı) 

arasında güclü rəqabət yaranacaqdır. Yüksək temperatur torpağın üzvi maddələrinin təbii parçalanmasına şərait 

yaradacaqdır. Bitkilərin zərərvericiləri və xəstəliklərinin çoxalması ehtimalı artacaqdır.  

Qeyd edək ki, karbon qazının ilkin fiksasiyası mexanizminin biokimyəvi müxtəlifliyinə uyğun olaraq foto-

sintezin xarakterinə görə bitkilər 3 qrupa bölünür (C

3

, C


4

 və CAM). CAM qrupuna aid olan yeganə bitki – ana-

nas CO

2

-nin artmasına nəzərə çarpacaq reaksiya göstərmir. Yerüstü bitkilərin 95%-i C



3

 qrupuna aid edilir, bura 

kənd təsərrüfatı bitkilərinin  əksəriyyəti daxildir. CO

2

-nin konsentrasiyasının  ətraf mühitdə ikiqat artması 



əksəriyyət  ərzaq və lifli bitkilərin böyüməsi və  məhsuldarlığına müsbət təsir göstərir. C

3

 qrupu bitkilərinin 



məhsuldarlığının yüksəlməsi 10-50%, C

4

 qrupu bitkilərininki (qarğıdalı, sorqo, şəkər qamışı, darı) isə 0-10% 



təşkil edir. Yüksək en dairəsində  təbii meşələrin hamısı  və qismən boreal meşələr gələcəkdə temperaturun 

dəyişməsinə daha həssasdır.  İsti  şərait yəqin ki, boreal meşələrin azalmasına və onların sərhədlərinin  şimala 

doğru uzanmasına səbəb olacaqdır.  

Tropik və subtropik zonaların meşələri ehtimal ki, temperaturun dəyişməsindən yağıntıların dəyişməsinə 

daha çox həssaslıq göstərəcəkdir. Havanın yüksək temperaturu torpağın üzvi maddələrinin təbii parçalanmasını 

gücləndirməklə, torpağın münbitliyi aşağı düşəcək, ziyanvericilər və xəstəliklərin baş vermə ehtimalı artacaqdır.  

İnsanların sağlamlığı, energetika, nəqliyyat, sənaye və digər aspektlərin problemlərinə aid böyük 

dəyişikliklərin baş verməsi gözlənilir.  



 

16.6.5. Ehtimal olunan iqlim dəyişməsinin ssenarisi 

İqlimin qlobal dəyişməsi problemi olduqca mürəkkəb və  bəşəriyyət birliyi üçün əhəmiyyətli olduğundan 

onun tədqiqi ilə bir sıra ölkələrdə böyük elmi kollektivlər, beynəlxalq təşkilatlar və xüsusi təşkil olunmuş qrup-

lar məşğul olur. Belə ki, 1988-ci ildə Ümumdünya Meteoroloji Təşkilatı (ÜMT) və BMT-nin ətraf mühit üzrə 

Proqramı (YUNEP) tərəfindən iqlimin dəyişməsi üzrə Beynəlxalq ekspert qrupu (İD BEQ) təsis edildi, işçi qru-

punun birinə Rusiya Elmlər Akademiyasının akademiki Y.A.İzrael başçılıq edir. Qrupun tərkibinə bir çox 

ölkələrin aparıcı alimləri (o cümlədən Rusiyadan professor O.D.Sirotenko və b.) daxil edildi.  

Dünya alimləri tərəfindən antropogen faktorlar – insanın artan təsərrüfat fəaliyyəti, həmçinin müxtəlif 

miqyaslı hərbi münaqişələrin təsiri ilə yerin iqliminin dəyişməsi ehtimalı üzrə onlarla müxtəlif ssenarilər işlənib 

hazırlandı. Yuxarıda qeyd olunduğu kimi, geoloji epoxalarda Yerin iqlimi təbii səbəblərin təsirindən dəfələrlə 

dəyişmişdir. Keçmiş epoxaların paleoiqlimini öyrənərkən Rusiya alimləri göstərdi ki, gələcəkdə yerdə müşahidə 

olunacaq iqlim şəraitinin formalaşması bəzi keçmiş epoxaların iqliminə uyğun olacağı ehtimal edilir. Bu hipote-

zin əsasını ayrı-ayrı geoloji epoxalarda atmosferin qaz vəziyyətinin qiymətləndirilməsi və yaxın 100 ildə CO

2



metan və digər qazların konsentrasiyasının gözlənilən dəyişməsi durur. Belə yanaşma  paleoiqlim ssenarisi 

adlandırılır.   

İqlim nəzəriyyəsinin bir çox digər ssenariləri iqlim modelləri üzrə hazırlanmış hesablamalara əsaslanır, bu-

rada atmosferə atılacaq CO

2

, metan, inert qazlar, freonlar və s.-nin müəyyən vaxtlarda miqdarı  nəzərə alınır. 



Misal üçün 2030-cu ilə iqlim şəraitinin (havanın temperaturu, yağıntıların miqdarı) üç ssenari üzrə gözlənilən 

dəyişmə fraqmentini göstərək. Onlardan ikisi – ABŞ (GFDL) və Kanada (CCC) – arid, Rusiyanın ssenarisi – 



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin