QƏRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə36/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   32   33   34   35   36   37   38   39   ...   64

Perm-karbon buzlaşması epoxasında Yer kürəsinin digər rayonlarında iqlim şəraiti kifayət qədər isti 

olmuşdur.  

Perm dövründə nəzərə çarpan termik zonallıq olmuşdur, bununla belə, kontinentlərdə quru iqlim vilayətləri 

genişlənmişdir.  



Mezozoyun iqlimi (zamanımızdan 235-66 mln. il əvvəl) kifayət qədər yekrəng olmuşdur. Yer kürəsinin 

böyük hissəsində iqlim şəraiti müasir tropik iqlimə yaxın olmuşdur, buna baxmayaraq, yüksək enliklərdə iqlim 

xeyli mülayim və ya isti olmuş, temperatur dəyişkənliyi mövsümlər üzrə az olmuşdur. Mezozoyda rütubətlənmə 

şəraiti kontinentlərdə, ehtimal ki, müasir epoxa ilə müqayisədə daha yekrəng olmuş, həm də rütubət çatışmazlığı 

və izafi rütubətlik zonaları mövcud olmuşdur.  

Təbaşir dövrünün sonunda isti iqlim zonası azalmış, quru iqlim şəraiti vilayəti isə genişlənmişdir. Kay-

nozoy erasına keçid dövründə iqlimdə  nəzərə çarpacaq dəyişiklik baş verməmişdir.  Üçüncü dövrün ikinci 

yarısında (oliqosenin ortalarında) soyuqlaşma prosesinin inkişafı başlanmışdır, bu proses mülayim, xüsusən 

yüksək enliklərdə daha çox nəzərə çarpmışdır. Bu vaxtdan etibarən yüksək enliklərdə tədricən yeni iqlim zonası 

genişlənir, burada meteoroloji rejim mülayim zonadakı müasir iqlim şəraitini xatırladır. Bu zonada havanın 

temperaturu qışda sıfırdan aşağı enir, bu isə mövsümi qar örtüyünün əmələ gəlməsinə imkan yaradır. Eyni za-

manda okeandan uzaq rayonlarda iqlimin kontinentallığı artır.  

Soyuqlaşma prosesi müntəzəm olmayıb, ayrı-ayrı epoxalarda istiləşmə baş vermişdir, lakin bu termik 

zonallığın ümumi güclənmə meylini dəyişməmiş, yuxarı enliklərdə temperaturun aşağı düşməsinə  səbəb 

olmuşdur. Bu proses pliosendə güclənmiş, bu zaman ehtimal ki, oliqosendə Antarktidada kontinental 

buzlaşmanın genişlənməsi baş vermişdir və indi də mövcuddur.  

Pliosendə iqlimin müasir dövrdəkinə nisbətən isti olmasına baxmayaraq, o, mezozoya və üçüncü dövrün bi-

rinci yarısına nisbətən müasir iqlim şəraitinə daha oxşar olmuşdur.  



Pleystosenin iqlim şəraiti. Pleyctosenin iqlimi özündən  əvvəlki mezozoy və üçüncü dövrün iqlimindən 

kəskin fərqlənir. Pleyctosen 1,6-2,0 mln. il əvvəl başlanmışdır, bu zaman üçüncü dövrün sonunda baş verən 

soyuqlaşma mülayim və yüksək enliklərdə güclənmiş, bu isə böyük kontinental buzlaşmanın inkişafına səbəb 

olmuşdur. Belə buzlaşmaların sayı və tarixi təxmini məlumdur.  

XIX  əsrdə Alpda aparılan tədqiqatlar dörd əsas Avropa buzlaşmalarını (Qyuns, Mindel, Riss və Vüyrm) 

ayırmağa imkan verdi. Sonralar aydın olmuşdur ki, bu buzlaşmaların hər biri bir neçə mərhələyə ayrılır, onların 

arasında buzlaqlar geri çəkilmişdir.  

Ehtimal ki, buzlaşmanın inkişafı  və geri çəkilməsi pleystosenin ümumi müddətinin az hissəsini təşkil 

etmişdir, nisbətən isti buzlaqlararası epoxalar daha uzun müddətli olmuş və bu zaman kontinentlərdə buzlaqlar 


 

225


yoxa çıxaraq yalnız dağ rayonlarında və yüksək en dairələrində qalmışdır. Müəyyən edilmişdir ki, Avropa, 

Asiya və  Şimali Amerikada buz örtüklərinin hücumu və geri çəkilməsi qismən sinxron (eyni zamanda) 

olmuşdur. 

Buzlaşma epoxasında kontinentlərdə buz örtüyü yerini dəyişərək daha rütubətli dəniz iqlimi olan rayonlara 

çatmışdır. Şimali Asiyanın nisbətən quru iqlimində buzlaşma çox az sahə tutmuşdur.  

Daha güclü buzlaşma zamanı kontinental buz örtüyü şimal yarım kürəsində orta hesabla 57

0

 ş.e.d.-nə, ayrı-



ayrı rayonlarda hətta 40

0

 ş.e.d.-nə çatmışdır. Kontinental buz örtüyünün qalınlığı buzlağın çox hissəsində 100 



metr, bəzi vilayətlərdə isə bir kilometrə çatmışdır.  

Şübhəsiz, kontinental buzlaşmanın inkişafı zamanı  dəniz qütb buzlarının sərhədi də daha aşağı en 

dairələrinə enmişdir. Bu, planetimizdə dami buz örtüyünün sahəsini xeyli artırmışdır. Buzlaqların hər dəfə 

hücumu zamanı buzlaqla əhatə olunmayan dağ rayonlarında qar xətti yüz metrə, bəzən bir kilometrə qədər aşağı 

enmişdir.  

Bununla yanaşı, buzlaşma epoxalarında daima donuş torpaqların sahəsi də xeyli çoxalmışdır. Buzlaşmanın 

inkişafı zamanı daim donuşluq daha aşağı en dairələrinə keçmiş, bu məsafə bəzən min kilometrə çatmışdır.  

Buzlaşma epoxalarının xarakterik xüsusiyyətləri böyük kontinental buzlaqların inkişafı, Dünya okeanının 

indikinə nisbətən 100-150 m aşağı düşməsi olmuşdur. İsti buzlaqlararası epoxalarda okeanın səviyyəsi bir neçə 

on metrlərlə qalxmışdır.  

Buzlaşma epoxalarının iqlimi Yer kürəsinin bütün rayonlarında havanın temperaturunun xeyli aşağı 

düşməsi ilə  səciyyələnmişdir, temperaturun belə  aşağı düşməsi indikinə nisbətən orta hesabla bir neçə  dərəcə 

fərqli olmuş və en dairəsi artdıqca yüksəlmişdir. İsti buzlaqlararası epoxalarda havanın temperaturu indikindən 

isti olmuşdur.  



Holosenin iqlim şəraiti. Holosen iqlimin dəyişməsi tarixində nisbətən qısa bir epizod (hadisə) dördüncü 

buzlaşmanın sonunda baş vermişdir. Bu vaxt ərzində iqlim şəraitində bir neçə  nəzərə çarpacaq tərəddüdlər 

olmuşdur.  

Son  vürum buzlaşması bizim dövrümüzdən 20 min il əvvəl baş vermiş, bir neçə min il ərzində bu 

buzlaşma xeyli dərəcədə dağılmışdır. Ardıcıl (sonrakı) gələn epoxa şimal yarımkürəsinin mülayim və yüksək en 

dairələrində nisbətən soyuq və rütubətli iqlimi ilə  səciyyələnmişdir. Bizim dövrümüzdən təxminən 12 min il 

əvvəl xeyli istiləşmə baş vermiş (Allered epoxası) və o, tezliklə soyuqlaşma ilə əvəz olunmuşdur.  

Sonralar yenidən istiləşmə bərpa olunmuş və Avropa və Şimali Amerikada son iri buzlaşma, zamanımızdan 

5-7 min il əvvəl yoxa çıxmışdır. Bu epoxada buzlaşmadan sonrakı istiləşmə maksimuma çatır. Güman edilir ki, 

bizim dövrdən 6 və 7 min illər arasında şimal yarımkürəsində havanın temperaturu indikindən təxminən 1-3

artıq olmuşdur.  



Bu zaman ehtimal ki, atmosfer dövranında müəyyən dəyişikliklər olmuşdur. Qütb buzlarının şimala doğru 

yerləşməsi ilə bərabər, buzlaşma eyni zamanda subtropik qurşağın daha yüksək en dairələrinə keçmişdir, bu isə 

Avropa, Asiya və  Şimali Amerikanın bir sıra vilayətlərində quraqlıq zonanın genişlənməsinə  gətirib çıxardı. 

Eyni zamanda aşağı en dairələrinin müasir səhralarında yağıntıların miqdarı artdı. Həmin epoxada Saxaranın 

iqlimi nisbətən rütubətli olmuş, bu isə burada zəngin flora və faunanın mövcudluğuna şərait yaratmışdır. Sonra-

lar soyuqlaşmaya doğru meyl üstünlük təşkil etmiş, bu hal, bizim eramızdan əvvəl birinci minillikdə xüsusilə 

nəzərə çarpacaq dərəcədə olmuşdur.  

Termik rejimin dəyişilməsi ilə yanaşı olaraq yağıntıların rejimi də  dəyişərək müasir vəziyyətindəkinə 

yaxınlaşmışdır.  

Eramızın birinci minilliyinin sonu və ikinci minilliyin əvvəlində xeyli istiləşmə baş verir, bu vaxt qütb 

buzları yüksək en dairələrinə doğru geri çəkilməyə başladı.  

XIII  əsrdən başlayaraq XVII əsrin başlanğıcında maksimuma çatan soyuqlaşma dağ buzlaqlarının 

genişlənməsi ilə müşayiət olunur, bununla əlaqədar, bu dövr bəzən kiçik buzlaq epoxası adlandırılır. Sonralar 

növbəti istiləşmə və buzlaqların geri çəkilməsi başlandı.  

XVIII və XIX əsrlərin iqlim şəraiti müasir dövrünkündən nisbətən az fərqlənir. 

 

16.4. İnsanın təsərrüfat fəaliyyətinin iqlimin dəiyşməsinə təsiri  

Minilliklər ərzində insanların təsərrüfat fəaliyyəti təbii iqlim şəraitinə uyğunlaşmışdır. Yer kürəsində insan-


 

226


lar nisbətən azlıq təşkil etdiyi və onların energetika və texnika ilə  təchizatı  aşağı olduğu bir zamanda insanın 

bütün təsərrüfat fəaliyyətinin  ətraf təbiətə  təsiri olduqca zəif olmuşdur. Lakin Yer üzərində  əhalinin sürətlə 

çoxalması onun təbii resurslardan istifadənin həcminin durmadan artmasını tələb edirdi. XX əsrdə elmi-texniki 

tərəqqinin inkişafı, güclü texnologiyanın yaradılması  və  sənaye istehsalının çox sürətlə artması torpağın, su 

obyektlərinin və havanın çirklənməsi qlobal miqyas aldı. V.İ.Vernadski yazırdı ki, bəşəriyyət bütövlükdə böyük 

geoloji qüvvə olacaqdır. İnsanın dərrakəsi ilə yaradılan texnikanın təsiri təbiətin dağıdıcı qüvvəsi ilə ölçüyə gələ 

bilən qüvvəyə çevrildi. Bütün bunlar təbiətə məxsus olan öz-özünü nizamlama və tarazlığın pozulmasına səbəb 

olur (şəkil 16.1).  

 

 

 



Şəkil 16.1. Yer səthində havanın temperaturunun  

əsrlik gedişinin anomaliyası 

 

 

227


 

 

Şəkil 16.2. Yer əhalisinin artımı və onun biosferə təsiri 

Antropogen təsirlərin məcmusu insanın aşağıdakı müxtəlif fəaliyyət formalarından irəli gəlir:  

 

Milyon hektarlarla sahənin kənd təsərrüfatı bitkiləri altında  şumlanması  və  təbii otlaqların 



yaxşılaşdırılması ilə  əlaqədar Yer səthi albedosunun dəyişməsi, rütubətliliyin sürətlə itrilməsi, toz 

hissəciklərinin atmosferə qalxması; 

 

«Planetin ağciyəri» sayılan meşələrin, xüsusən tropik meşələrin geniş  ərazilərdə  məhv edilməsi, 



albedonu dəyişir, yerin «çılpaqlaşdırılmış» səthindən buxarlanmanı gücləndirir, ərazinin su rejimini pisləşdirir; 

 



Vahid otlaq sahəsində hədsiz sayda mal-qaranın otarılması bozqırları və savannaları səhraya çevirir; bu 

zaman ekosistemlərin bioloji növlərinin müxtəlifliyi kəskin azalır, torpağın su-fiziki xassələri pisləşir, su və 

külək eroziyası inkişaf edir, albedo yüksəlir; 

 



Qazıntı üzvi yanacağın (daş, kömür, neft, qaz) həcminin artması, onların məhsulları atmosferin 

çirklənməsini gücləndirir; 

 

Atmosferə atılan sənaye və avtonəqliyyat tullantılarının xeyli artması atmosferin tərkibini dəyişdirir



onun tərkibində aktiv radiasiyalı qazlar və aerozollar çoxalaraq, parnik (istilik) effekti yaradır, su obyektlərini 

çirkləndirir, bitki, heyvan orqanizmlərinin vəziyyətinə və insanların sağlamlığına məhvedici təsir göstərir.  

 

16.5. Parnik (istilik) effekti. temperaturun yüksəlməsi 

Parnik (istilik) effekti nədir? Parnik effekti atmosferin Günəş radiasiyasını buraxıb, lakin yer şüalanmasını 

saxlayaraq, bununla da, Yerin istilik toplanmasına kömək etmək xassəsidir. Yer atmosferi qısadalğalı günəş 

radiasiyasını nisbətən yaxşı buraxır və o, albedosu olduğundan yer səthi tərəfindən tamamilə udulur. Yer səthi 

günəş radiasiyasının udulması hesabına yerin, əsasən uzundalğalı istilik şüalanmasının mənbəyi olur; bu 

dalğalar üçün atmosferin şəffaflığı azdır və onlar atmosferdə  əsasən su buxarı  tərəfindən udulur. Yer 

şüalanmasının yalnız 10 …. 20%-i atmosferə keçərək kosmos fəzasına daxil olur. Beləliklə, atmosferin parnik 

və ya istilik effekti, günəş şüaları tərəfindən istixananın qızması zamanı onun şüşəsinin təsirinə oxşardır.  

Əgər yerin istilik qazları olan atmosferi olmasaydı, onun səthinin orta temperaturu 33

0

C aşağı olardı. 



Hazırda yer səthinin orta temperaturu +15

0

C təşkil edir, deməli, parnik effekti olmasa idi, o, (-18



0

) olardı. Odur 

ki, parnik effekti Yerdə həyatın mövcudluğu üçün mexanizmlərdən biri sayılır.  

Parnik effekti yaratmaqda su buxarı böyük rol oynayır. Bu baxımdan, atmosferdə yüksək konsentrasiyalı 

qazların da rolu böyükdür. Əsas istilik effekti yaradan qazlar aşağıdakılardır:  karbon 2-oksid (CO

2

),  metan 



(CH

4

),  azot oksidləri, xüsusilə  NO



2

,  freonlar  və  troposfer ozonu. Sonuncu yüz illərdə bu qazların miqdarı 

artmışdır. Atmosferə əlavə olaraq qlobal ekosistemin təbii  komponenti olmayan digər qazlar da daxil olur. On-

lardan ən əsasları insan tərəfindən sintez edilən xlor-flüor üzvi birləşmələri – freonlar da bu kateqoriyaya aid-

dir.  


 

228


Son 200 ildə, xüsusilə 1950-ci ildən sonra hazırda da davam edən insan fəaliyyəti parnik effekti qazlarının 

konsentrasiyasının artmasına səbəb olur. Bu qaz qarışıqları və aerozollar qısadalğalı günəş şüalarını keçirərək, 

istixananın örtüyü kimi, uzundalğalı  şüalanmanın qarşısını alır, bunun nəticəsində  tədricən iqlimin istiləşməsi 

baş verir.  

Karbon-2-oksid və ya karbon qazının hazırda parnik effektində payı 60-64% təşkil edir. Bu qaz atmosferə 

karbontərkibli yanacaq növlərinin (daş kömür, neft, qaz) sənayedə və avtomobil mühərriklərində (hazırda yerdə 

bir milyarddan artıq avtomobildən istifadə edilir) istilik elektrik stansiyalarında yandırılması nəticəsində daxil 

olur.  


Sənaye inqilabının başlandığı zaman 1760-cı ildə qazıntı yanacağının yandırılması  nəticəsində karbon 

tullantıları olduqca az idi. Lakin 1950-ci ildə o, ildə 6 mlrd. ton olaraq, atmosferdə CO

2

-nin kəskin artmasına 



səbəb oldu. 2000-ci ildə karbon tullantıları 6,3 mld. tona çatdı (şəkil 16.3).  

Müxtəlif yanacaq növlərindən müxtəlif miqdarda karbon tullantıları atılır. Məsələn, vahid enerji istehsal 

etmək üçün daş kömürün yandırılması zamanı neftə nisbətən çox karbon atılır, neftin yandırılmasında isə təbii 

qaza nisbətən çox karbon atılır. Hazırda benzinlə  işləyən 250 mindən artıq avtomobil, daş kömürlə  işləyən 

minlərlə elektrik stansiyaları iqlimin dəyişməsini idarə edir. 

  

 



 

Şəkil 16.3. 1900-2000-ci illərdə bütün dünyada qazıntı yanacağının yandırılması zamanı karbonun 

tullantıları 

Bununla yanaşı, son illərdə hər il planetimizdə 9 mln hektardan artıq meşə örtüyü məhv edilir. Qeyd edək 

ki, meşə eyni sahədən tarlaya nisbətən 20 dəfə artıq karbon qazı udub saxlayır.  

Hazırda atmosferdə 2,6·10

3

 milyard ton CO



2

 vardır və hər il atmosferə 20 mld. ton CO

2

 (6 mlrd ton karbon) 



atılır. Digər məlumata əsasən, 1988-ci ildə karbontərkibli qazıntı yanacağının yandırılmasından atmosferə 5,5 

mlrd. ton, meşələrin yox edilməsi və yandırılması nəticəsində isə 2,5 mlrd. ton karbon atılmışdır (şəkil 16.4). 

Quruda 2 mlrd. ton CO

2

-nin karbonu fotosintez prosesində yaşıl bitkilər tərəfindən mənimsənilir, 2 mlrd. ton 



okeanda mənimsənilir, yerdə qalan 2 mlrd. ton mənimsənilmir və atmosferdə CO

2

-nin konsentrasiyası artır. 



Əgər intensiv insan fəaliyyətinin başlanğıcına qədər hava bərpa olunan resurs idisə, hazırda o belə deyil.         

Son bir neçə min ildə buzlaşma dövründə atmosferdə CO

2

-nin təbii miqdarı havanın 1 mln. hissəciyində 



180-200 hissəcik, isti iqlim epoxalarında isə 280-300 hissəcik təşkil etmişdir (şəkil 16.5). Son 200 ildə CO

2

-nin 



miqdarı havanın 1 mln. hissəciyində 275-300 hissəcik, 1958-ci ildən 2001-ci il daxil olmaqla CO

2

-nin 



konsentrasiyası 315-dən 368-ə qədər qalxmışdır. 

 


 

229


 

 

Şəkil 16.4. 1950-1985-ci illərdə karbon qazının tullantıları 



 

230


 

 

Şəkil 16.5. Son 160 min ildə parnik qazları və qlobal temperaturun  

konsentrasiyasının dəyişməsi 

 

Yerin geoloji tarixində atmosferdə karbon qazının miqdarının dəyişməsi belə yüksək həcmə çatmamışdır. 



ABŞ-nin Milli Elmlər Akademiyasının hesablamalarına görə 2100-cü ilə atmosferdə CO

2

-nin konsentrasiyası 



ikiqat artacaqdır; digər modellərə əsasən həmin ilə CO

2

-nin miqdarı 3 dəfə artacaqdır. Ehtimal ki, CO



2

-nin iki-

qat artması XXI əsrin ortalarında baş verəcəkdir.  

Metan (CH

4

), bataqlıq qazı parnik effektində böyük rol oynayıb, bu baxımdan onun payı 19% təşkil edir. 



Son on illərdə atmosferdə onun artması müşahidə edilir.  

Metan atmosferə qaz, neft və daş kömürün çıxarılması və bioqazın istehsalı zamanı su ilə basılmış çəltik 

tarlalarında üzvi maddələrin çürüməsindən, bataqlıqların qurudulması  və meliorasiyası zamanı  və maldarlığın 

artması ilə əlaqədardır. Hazırda yer üzərində bir milyard ədəddən çox iribuynuzlu mal-qara mövcuddur. Mal-

qara daha çox saxlanılan yeni Zenlandiyada atmosferə daha çox metan qazı atılır. Metanın atmosferdə artma 

sürəti 1,2-1,5% təşkil edir.  

Metanın SO

2

-dən olduqca az olmasına baxmayaraq, infraqırmızı şüaların udulmasında yüksək effektli udu-



cu sayılır. Lakin onun konsentrasiyasının illik artımı SO

2

-yə nisbətən 2 dəfə çoxdur. Əhalinin sayının artması ilə 



 

231


atmosferdə metanın çoxalması müşahidə olunur. Belə ki, əhali artdıqca çəltik tarlalarının sahəsi genişlənir, iri-

buynuzlu mal-qaranın sayı çoxalır. Hazırda metanın miqdarı  sənaye erasına nisbətən 60% çoxdur. XXI əsrin 

ortalarına atmosferdə metanın ikiqat artması gözlənilir.  

Kənd təsərrüfatında azot gübrələrindən istifadənin və İES-lərdə üzvi yanacaqlardan kütləvi istifadə edilməsi 

nəticəsində  azot oksidlərinin miqdarı artmaqda davam edir. Onlar ümumi istilik effektinin 6%-ni təşkil edir. 

Hər il NO

2

-nin konsentrasiyası 0,3% artır.  



Freonlar  tərkibində xlor, flüor və brom olan maddələrdir. Bunlar yüksək effektli potensiala malik olub 

atmosferdə uzun müddət qalır. XXI əsrin ortalarında metan, azot oksidləri və freonların birlikdə  təsiri 

atmosferdəki CO

2

-nin konsentrasiyasının ikiqat artması effektinə bərabər ola bilər.  



YUNEP-in Beynəlxalq konfransının məlumatına əsasən son yüz ildə planetin temperaturu CO

2

-nin artması 



ilə  əlaqədar 0,6

0

C yüksəlmişdir (şəkil 16.7), 2100-cü ilə temperaturun 1,5-5,8



0

C artması gözlənilir. Qütb en 

dairələrində temperaturun yüksəlməsi 10

0

C-yə çata bilər.  



Atmosferdə CO

2

-nin artması onun 1959-cu ildən başlayaraq müntəzəm olaraq ölçülməsi tarixindən 



başlayır. Həmin ildən etibarən, müşahidə olunan 14 isti yaylar 1980-ci ildən sonrakı dövrə düşür. Son üç on 

illiklərdə yer səthinin orta illik temperaturu 1969-1971-ci illərdən 1998-2000-ci ilə qədər 13,99

0

C-dən 14,43



0

C-

yə, yəni 0,44



0

C qalxmışdır.  

16.8 saylı şəkildən görünür ki, 1980-ci ildən sonra Yerin temperaturu sürətlə yüksəlmişdir. Həm də tempe-

raturun artması meyli XXI əsrdə daha çox nəzərə çarpır. Əgər CO

2

-nin konsentrasiyası bu əsrin sonuna qədər 



ikiqat artarsa, temperatur yuxarıda göstərildiyi kimi, 1,5-5,8

0

-yə qədər artacaqdır. Temperaturun yüksəlməsi ek-



stremal iqlim hadisələrinə, şiddətli isti havaların olmasına, bununla əlaqədar  buzlaqların  əriməsinə, okean və 

dənizlərin səviyyəsinin qalxmasına və dağıcıdı tufanların, qasırğaların baş verməsinə səbəb olacaqdır.  

Ehtimal olunan temperatur artımı Yer səthində qeyri bərabər paylanacaqdır. Quruda yüksək en dairələrində 

dəniz səthinə və ekvator vilayətinə nisbətən temperaturun artımı daha çox müşahidə olunacaqdır. Temperaturun 

sıçrayışla dəyişməsi  şimal en dairələrində gözlənilir. Buna 1995-ci ilin iyun və iyul aylarında Çikaqoda olan 

istilik misal ola bilər, burada iyulda 5 gün dalbadal havanın temperaturu 38-40

0

C-yə çatmışdır. Çikaqo müasir 



sənaye şəhəri olub, havanın kondisionerləşmə sistemi ilə yaxşı inkişaf etməsinə baxmayaraq, baş verən yüksək 

istilik 500 insanın həyatına son qoydu. Həmin regionda şiddətli istilik yayda qarğıdalının məhsuldarlığını 15% 

aşağı saldı, bu isə təsərrüfata 3 mlrd. dollar ziyan deməkdir.  

 

16.6. İqlimin qlobal dəiyşməsinin təbii və sosial-iqtisadi nəticələri  

İqlimin dəyişməsi həm təbii, həm də sosial-iqtisadi proseslərə böyük təsir göstərir. İqlimin dəiyşməsi üzrə 

dövlətlərarası komitə XXI əsrdə temperaturun qlobal yüksəlməsi nəticəsində  əhalinin həyat tərzinin, 

iqtisadiyyatın və energetikanın dəyişdirilməsi üzrə altı alternativ ssenarini təhlil etmişdir.  

Bu tədqiqatlar zamanı  təbii və sosial-iqtisadi sistemin həssaslığı, uyğunlaşması  və  zəifləməsi (dağılması) 

əlaqələndirilmə məsələlərinə əsas diqqət ayırmışdır. Həssaslıq – sistemin iqlim şəraitinin dəyişməsinə reaksiya 

etmək (cavab vermək) qabiliyyətidir.  Uyğunlaşma – başlanacaq iqlim dəiyşməsinə  iş rejimini dəyişməkdə 

sistemə verilmiş imkanlardan, sistemdə gedən proseslərin sürəti, istiqaməti və bu zaman baş verəcək 

strukturlaşma imkanlarından asılıdır. Zəifləmə, dağılma sistemə dəyən ziyanın dərəcəsini müəyyənləşdirir.  

 


 

232


 

Şəkil 16.6. Parnik qazlarının qlobal konsentrasiyası  

 

İqlim göstəricilərinin – ortaillik temperaturun və rütubətliliyin qlobal dəyişməsi nəticəsində qurunun 



landşaftında müvafiq dəyişikliklər baş verəcək, denudasiya və aşınma prosesləri artacaq və ya azalacaq, Dünya 

okeanının landşaftı  şəklini dəyişəcək,  şelflər genişlənəcək, yaxud daralacaq, kənd təsərrüfatında çox mühüm 

dəyişikliklər olacaqdır.  

 

 



Şəkil 16.7. 1951-1980-ci illərin orta temperaturu ilə müqayisədə 

temperaturun dəyişməsi, 

0

C 

 

233


 

 

Şəkil 16.8. 1760-2000-ci illərdə atmosferdə karbon qazının konsentrasiyası  

Quru landşaftların dəyişməsi. Orta enliklərdə temperaturun yaxın 100 illikdə 1-3,5

0

 qalxması ekvivalent 



surətdə qütblərə tərəf eninə 150-550 km, hündürlüyə görə isə 150-550 m izotermin qarışmasına səbəb olacaqdır. 

Buna uyğun surətdə isə bitki örtüyünün dəyişməsi baş verəcəkdir.  

 

Şəkil 16.9. 1866-2000-ci illərdə yer səthində orta temperatur  

 

Flora və fauna inkişaf edib uyğunlaşdığı iqlimdən yeni bir iqlim rejiminə  qədəm qoyacaqdır.  İqlimin 

dəyişmə sürətindən asılı olaraq bəzi növlər yeni şəraitə uyğunlaşaraq qalacaq, bəzi növlər isə sıradan çıxa bilər. 

Bunun nəticəsində növlərin yeni kombinasiyaları formalaşmağa başlayacaq və yeni ekosistemlər yaranacaqdır. 

Mülayim qurşağın meşələrində karbon qazının çoxalması ilə əlaqədar bəzi ağac cinsləri də sıradan çıxacaqdır.  

Ekosistemin sahəcə yeni iqlim şəraitinə uyğunlaşması prosesi insan fəaliyyətinin maneçiliyi tərəfindən daha 

da mürəkkəbləşəcəkdir.  

Ən çox dəyişiklik arktik və subarktik qurşaqlarda baş verəcəkdir: kriosferin komponentləri – dəniz 

buzlaqları, dağ  və düzən buzlaqları, daimi və mövsümi donuşluqların sahəsi və  dərinliyi, mövsümi qar 

örtüyünün sahəsi və müddəti dəyişəcəkdir.  



 

234


Landşaftlar dəyişkənliyə (transformasiyaya) uğrayaraq qütbə doğru hərəkət edəcəkdir. Landşaftların bəzi 

elementləri (tundra və meşə-tundra) iqlimin istiləşməsi zamanı birdəfəlik itə bilərlər.  

Səhralar temperaturun yüksəlməsilə əlaqədar daha da aridləşməyə doğru gedəcəkdir.  

Dəniz sahili sistemlər müxtəlif olduğu üçün temperaturun yüksəlməsinə  və okeanın səviyyəsinin 

qalxmasına müxtəlif cür reaksiya göstərəcəkdir.  

Qeyd etmək lazımdır ki, sahilyanı zonada bəşəriyyətin yarıdan çoxu yaşayır. Odur ki, iqlimin dəyişilməsi 

ilə baş verən təzadlar, nəticələr bu zonada insanlar üçün faciəli problemlərlə qarşılaşa bilər. Dəniz və okeanların 

səviyyəsinin sonrakı qalxması hündür olmayan ərazidə suyun basmasına, orada olan qurğuların, yaşayış 

məntəqələrinin dağılması və bir sıra başqa təzadlı nəticələr baş verəcəkdir. Bu zaman ən çox aşağı səviyyədə 

yerləşən adaları və alçaq sahillərdə yerləşən iri şəhərləri su basacaq, burada yaşayan əhalinin miqrasiyasına və 

onunla əlaqədar ciddi iqtisadi və siyasi nəticələrə gətirib çıxaracaqdır.  

Hazırda 46 mln. adam dəniz fırtınalarının basması qorxusu altındadır. Okeanın səviyyəsi 1 m qalxarsa, bu 

miqdar 118 mln-a çata bilər.  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin