QƏRİb məMMƏdov, mahmud xəLİlov


Biosubstratlarda yol verilən miqdarı



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə27/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   23   24   25   26   27   28   29   30   ...   64

Biosubstratlarda yol verilən miqdarı. Kadmiumun əhalinin sağlamlıq vəziyyətinə  təsirini təyin etmək 

üçün biomonitorinqdən geniş istifadə olunur. Əsas diaqnostik mühit sidik sayılır, ondan kadmiumun orqanizmə 

ifrazatı gedir. Sidikdə kadmiumun yolverilən səviyyə miqdarı 1970-ci ildə ilk dəfə Yaponiyanın Səhiyyə 

Nazirliyi tərəfindən müəyyən edilmişdir (9 mkq/l). Sonralar ABŞ-ın əmək gigiyenası Assosiasiyası daha aşağı 

göstərici – 5 mkq/q kreatinin (7 mkq/l sidikdə) və qanda – 5 mkq/l təklif etmişdir.  

Kadmiumun sağlamlığa təsiri. Orqanizmdə kadmiumun saxlanmasına insanın yaşı təsir göstərir. Uşaq və 

yeniyetmələrdə onun sorulma dərəcəsi böyüklərdə olduğundan 5 dəfə yüksəkdir. Kadmium ağciyər və  mədə-

bağırsaq traktından absorbsiya olunaraq bir neçə dəqiqədən sonra qanda müəyyən edilir, lakin onun səviyyəsi 

ilk sutkalar ərzində tez azalır. O, kanserogen (2A qrupu), qonadotrop, embriotrop, mutagen və nefrotoksiki 

təsirə malikdir. Hətta aşağı  səviyyə çirklənmədə kadmiumun əhali üçün əlverişsiz təsirinin real təhlükə 

yaratması bu metalın yüksək bioloji kumulyasiyası (toplanması) ilə  əlaqədardır.  İşçi zonasında yüksək 

konsentrasiyalı kadmiumla qısa kontaktda olduqda yüngül fibroza, ağciyər və qaraciyərin funksiyasının davamlı 

pozulmasına səbəb olur.  

Orqanizmə inhalyasiya (nəfəsalma) yolu ilə daxil olan kadmiumun           50%-ə qədəri ağciyərlərdə çökür. 

Kadmiumun ağciyərlərdə udulma dərəcəsi birləşmələrin həll olma dərəcəsindən, onun dispersliyindən və 

tənəffüs orqanlarının funksional vəziyyətindən asılıdır. Mədə-bağırsaq yolunda (traktında) kadmium orta hesab-

la 5% absorbsiya olunur, odur ki, qida ilə orqanizmin toxumalarına az miqdarda kadmium daxil olur.  

Kadmiumun hədəf orqanları qaraciyər, böyrəklər, ilik, sperma, boruvari sümüklər və qismən dalaq hesab 

olunur. Kadmium əsasən qaraciyərdə toplanır, onun orqanizmdə olan ümumi miqdarının 30%-ni təşkil edir.  

Kadmiumla xroniki zəhərlənmənin  ən ağır forması  İtay-İtay xəstəliyi sayılır. Bu xəstəlik ilk dəfə Yapo-

niyada aşkar olunmuşdur. Uzun illərdən bəri əhali mədəndən kadmium düşən çayın suyu ilə suvarılan tarlada 

becərilən düyü ilə qidalanırdı. Burada becərilən düyünün tərkibində kadmiumun miqdarı 1 mkq/q-a çataraq, 

orqanizmdə 300 mkq-ı keçir. Vitaminin və kalsiumun çatışmazlığı, həmçinin hamiləlik dövründə zəifləməsi ilə 

əlaqədar yaşı 45-i keçmiş qadınlarda bu xəstəliyin əmələ gəlməsinə patogenetik faktor səbəb olmuşdur. İtay-itay 

xəstəliyi skeletin deformasiyası ilə boyun qısalması, beldə  və ayaq əzələlərində  ağrılar, xəstələrdə «ördək 

yerişi» ilə xarakterizə olunur.  

Kadmiumun kanserogen effekti bu metalın istehsalı ilə məşğul olan fəhlələrdə xərçəng xəstəliyinin əmələ 

gəlməsində təzahür olunur.  

 

 

12.1.4. Arsen (As) 

Bu metal şərti olaraq esensial mikroelementi sayılır. Təbii halda onun bioloji transformasiyasının nəticəsi 

metilləşmiş birləşmələri halında mövcuddur. Arsen ətraf mühitə atıntılar, çirkab suları və metallurgiya istehsalı 

tullantıları (xüsusilə mis və  qızıl  ərintilərindən), dəri və azot gübrələri zavodlarından, həmçinin arsentərkibli 

kömürün yandırılmasından, insektofunqisidlərin istehsalı və istifadəsi zamanı atılır. Müəyyən şəraitlərdə o, dib 

çöküntülərindən maye fazaya miqrasiya edərək, səthi su mənbələrini çirkləndirir.  

Rusiyada arsenin ortasutkalıq YVK havada 0,3 mkq/m

3

, su mənbələri sularında 10 mkq (səhiyyə-



toksikoloji göstərici), qumlu və qumluca torpaqda 2 mq/kq, turş torpaqda 5 mq/kq, neytral torpaqda 10 mq/kq 

təşkil edir. Qida məhsulları üçün ortasutkalıq YVK mq/kq hesabı ilə aşağıdakı kimidir: taxıl, qrupa, un – 0,2-03; 

tərəvəz və meyvələr – 02; ət və balıq – 0,1; şirinsu balığı – 1,0; dəniz balığı -5,0; uşaq qida məhsulları – 0,05-

0,5. ÜST-in tövsiyəsinə görə içməli suda arsenin miqdarı 50 mkq/l; arsenin qeyri-üzvi birləşmələrinin yol 

verilən dozası 2 mkq/kq kütlə göstərilir.  

Arsenin  ətraf mühitdə miqdarı. Atmosfer havasında arsenin miqdarı  kənd rayonlarında 0,001-0,01 

mkq/m


-3

,  şəhərlərdə 0,003-0,01 mkq/m

-3

-ə çatır. Yüksək konsentrasiyalı arsen tərkibli kömürün yandırılması 



zamanı atmosferdə onun miqdarı xeyli yüksəkdir. Rusiya şəhərlərinin hava hövzəsinə hər il 1,0-1,5 min ton ar-

sen daxil olur. Burada əsas tullantı mənbələri Krasnouralski, Kirovqrad, Revde, Karabaşdakı misəridən zavodlar 

və Novosibirsk, Çelyabinsk, Yuxarı Uraldakı metallurgiya zavodlarıdır.  

Əksər  su hövzələrinin suyunda arsenin konsentrasiyası YVK-nin səviyyəsindən çox olmur, lakin bəzi 

regionların yeraltı sularında o, xeyli artıq ola bilər. Bu, suların arsen ilə zəngin təbii xam mədənlərdən keçməsi 

ilə əlaqədardır. Məsələn, Dağıstanın bəzi rayonlarının ərazisində yeraltı artezian quyularındakı içməli suda arse-

nin miqdarı 500 mkq/l-ə çatır, yəni YVK-dan 50 dəfə artıqdır. ABŞ-ın bəzi rayonları, Alyaska, Çili, Argentina, 


 

174


Hindistan, Rumıniya, Macarıstan, Tayvan adası və b. ərazilərdə yeraltı sularda arsenin təbii miqdarı xeyli çox-

dur. İçməli suda arsenin konsentrasiyasının yüksək olması su hövzələrinin sənaye çirkab suları ilə çirklənməsi 

nəticəsində  və ya arsentərkibli reagent qarışıqlı (məs. ammonium-sulfat) pestisidlərdən istifadə edilməsilə  də 

bağlıdır. Arsen üç və beşvalentli halda, həmçinin üzvi formada ola bilər. Üçvalentli birləşmələri adətən 

beşvalentlilərdən daha toksik olur.  

Rusiyanın sənaye rayonlarının torpağında arsenin orta konsentrasiyası 1.1-dən 37 mq/kq arasında tərəddüd 

edir, lakin onun ən yüksək miqdarı Karabaşda və Plastada (Çelyabinsk vilayəti) misəridən zavodun 

yaxınlığındakı torpaqda aşkar edilmişdir.  



Arsenin sağlamlığa təsiri. Arsen birləşmələrinin toksikliyi, onun orqanizmdən ayrılması sürəti və orqan və 

toxumalarda toplanma dərəcəsindən asılıdır.  İşçilərdə xroniki arsen intoksasiyası  aşağıdakı simptomların 

kombinasiyası ilə  səciyyələnir:  əsəb, mədə-bağırsaq, kardiovaskulyar və respirator pozuntuları, hemolit 

kənarlaşma, dəri zədələnməsi, qaraciyər və böyrəklərin funksional pozulması.  

Arsen birinci, ən təhlükəli kanserogen maddələr qrupuna aiddir. Arsenin 10-100 mkq/m

-3

 dərəcəsində xroniki 



təsiri  (1 ildən artıq) ağciyərdə xərçəng xəstəliyinin baş vermə tezliyini artırır. Bu hala metallurgiya zavodları və 

arsentərkibli pestisidlər istehsal edən müəssisələrin işçilərində daha çox rast gəlinir. Siqaretçəkmə arsenin kanse-

rogen effektini dərinləşdirir.  

Su ilə daxil olan konsentrasiyalı arsenin mövcudluğu  şəraitində  əhalinin ümumi qrupunun sağlamlıq 

vəziyyətinin dəyişməsi bir sıra ölkələrin tədqiqatçıları  tərəfindən qeyd edilmişdir. Məsələn, dəridə  xərçəng 

xəstəliyinin baş verməsi bununla izah edilir. Belə ki, Tayvan adasında dəridə xərçəng xəstəliyinin yayılması ilə 

quyu suyunda arsenin miqdarında müəyyən asılılıq aşkar edilmişdir. Məhz, bu adanın sakinlərində «qara ayaq» 

və ya «qara daban» xəstəliyi peyda olmuşdur. Bu, 400-600 mkq/l səviyyəsində olan sudan istifadə olunması ilə 

bağlıdır. Qanq körfəzində (Hindistan) dərin olmayan artezian quyularından çıxan tərkibində yüksək 

konsentrasiyalı arsen olan içməli sudan istifadə edən  əhalidə qaraciyər və dalağın böyüməsi, dərinin 

hiperpiqmentasiyası aşkar edilmişdir, bu arsenlə zəhərlənmə üçün səciyyəvidir.  

Müəyyən edilmişdir ki, bu xəstəliyin yayılması insanın yaşı artdıqca çoxalır və uzun müddət arsenlə 

çirklənmiş sudan istifadə olunması ilə müəyyənləşdirilir. «Qara ayaq» xəstəliyi içməli suda arsenin miqdarı 600 

mq/l olan Şimali Çilidə qeydə alınmışdır. Əhali bu sudan 15 ildir ki, istifadə edirdi. Hazırda dünyanın müxtəlif 

ölkələrində (Hindistan, Banqladeş, Çili, Argentina, Rumıniya) orqanizmə içməli su ilə daxil olan müxtəlif doza-

larda arsenin əhalinin sağlamlığına təsirinin qiymətləndirilməsi üzrə ekoloji-epidemioloji tədqiqatlar yerinə yeti-

rilir. Belə ki, Banqladeşdə  tərkibində 10000 mkq/l olan içməli sudan istifadə olunması ilə  əlaqədar daxili 

səbəblərdən törəyən abortların, ölü doğulmuş  uşaqların və qadınlar arasında vaxtından qabaq doğumla bağlı 

ölkələrin sayı artmışdır.  

Sidikdə  və saçlarda arsenin konsentrasiyasının öyrənilməsi diaqnostik əhəmiyyətə malikdir. Orqanizmə 

daxil olan arsen saçın strukturuna daxil olur, onun yüksək dərəcədə toplanmasını saçlarda olan keratinin 

miqdarının çox olması təsdiq edir. Çex tədqiqatçıları tərəfindən (V.Bencho, 1977), tərkibində yüksək miqdarda 

arsen olan yerli kömürlə uşaqlarda eşitmənin pozulması aşkar edilmişdir. Saçlarda arsenin yol verilən miqdarı 1 

mkq/q olması tövsiyə olunmuşdur. Rusiyada uşaqların saçlarında arsenin miqdarı 01-03 mkq/q-ı keçmir. 

Tərkibində arsenin miqdarı yüksək (220 mkq/l) olan sudan istifadə etdikdə onun saçlarda konsentrasiyasının çox 

olması (Alyaska, Ferbensk şəhəri) aşkar olunmuşdur. Beləliklə, saçlarda və suda arsenin miqdarı ilə sıx korre-

lyasiya mövcuddur. Saçlarda arsenin toplanması içməli suyun tərkibində arsenin miqdarı 10 mkq/l (yəni YVK 

səviyyəsində) olduqda başlayır. Tərkibində 500 mkq/l arsen olan (50 YVK) içməli sudan istifadə edən adamlar-

da dərinin spesifik zədələnməsi (arsenli melanoz və keratoz) baş verir.  

Arsenin təsirinin effektinin təyin edilməsində bu elementin sidikdə analizindən də istifadə olunur. İstehsalat 

şəraitində arsenin təsirinə  məruz qalmayan şəxslərin sidiyində onun miqdarı 10-50 mkq/l arasında olmalıdır. 

ABŞ əmək gigiyenstlər Assosiasiyası tərəfindən sidikdə arsenin miqdarının normativ səviyyəsi 70 mkq/l tövsiyə 

olunur; arsenin miqdarı iş həftəsinin sonunda ölçülür.                      



12.1.5. Nikel (lat. niccolum, Ni)  

Nikel atmosfer havasına metallurgiya zavodlarının, mədənçıxarma müəssisələrinin, daş kömür və mazutla 

işləyən energetik qurğuları tullantıları ilə daxil olur. Rusiyada nikel zavodundan (Monçeqorsk, Norilsk, Orsk, 

Yuxarı Ufaley, Nikel, Zapolyarnıy) hava hövzəsinə  hər il 3,5-4,0 min ton nikel daxil olur. Norilskdə 1,0-2,5 

mkq/m

-3

 konsentrasiyalı nikelə 200 min, Ural və Kola yarımadasının metallurgiya zavodları yerləşən beş 



şəhərində isə 0,4 mln-a qədər adam məruz qalır.  

Torpaqda nikelin ən yüksək miqdarı (orta – 350 mq/kq, maksimum 1000 mq/kq-a qədər) əridici istehsalı 

yerləşən Rey şəhərində qeydə alınmışdır. Monçeqorskda (Kola yarımadası) nikel metallurgiya zavodunun 



 

175


ərazisindəki torpaqda nikelin orta konsentrasiyası 170 mq/kq, maksimal isə 5200 mq/kq təşkil edir. Bu göstərici 

Kamensk-Uralsk, Zlatous, Alapayevsk, Polevsk şəhərləri ərazisində nikelin konsentrasiyası yüksəkdir.  



Normalaşdırmanın mövcud nəzarət metodlarına uyğun olaraq, atmosfer havasında nikel metalının miqdarı 

təyin edilir. Onun YVK-sı 1 mkq/m

-3

  təşkil edir. Nikel kanserogen maddə (I qrup) sayılır. ÜST-nin Avropa 



Bürosunun tövsiyəsinə uyğun olaraq nikelin ömürlük kanserogen riski 3,8

⋅10


-4

-ə  bərabərdir. Nikelin və onun 

birləşmələrinin suda YVK-ı 100 mkq/l; torpaqda təxmini yol verilən konsentrasiyası (TYK) torpağın tipindən 

asılı olaraq 20-60 mq/kq arasında dəyişir.  



Nikelin insan sağlamlığına təsiri. Orqanizmdə nikel zəruri elementlərdən biridir. Bitkilərdə miqdarı (yaş 

halda çəkisinə görə hesablandıqda) 5

⋅10

-5

%, heyvandarlıqda 1,0



⋅10

-6

%-dir. Heyvanların qaraciyəri, dərisi və en-



dokrin vəzilərində olur. Müəyyən edilmişdir ki, o, arginaza fermentlərini aktivləşdirir və oksidləşdirmə 

proseslərinə müsbət təsir göstərir. Lakin normadan artıq olduqda insanda müxtəlfi xəstəliklərə səbəb olur.  

Nikelə xroniki intoksikasiya burun-udlaq və  ağciyər peşə  xəstəliklərinin baş verməsinə  səbəb olur

bədxassəli yeni törəmələrin əmələ gəlməsinə risk yaranır, dərinin allergiya zədələnməsi (dermatit və ekzema) 

müşahidə edilir. İşçilərin ağciyər xərçəngindən ölüm riskinin artması havada nikelin konsentrasiyası 500-1000 

mkq/m


-3

 olduqda başlayır. Rusiyada – Norilskidə nikel istehsalı ilə  məşğul olan işçilərdə  ağciyər xərçəngi 

xəstəliklərinin və onunla əlaqədar ölüm hallarının olması  hələ 30 il əvvəl (1970-ci illər) müəyyən edilmişdir. 

Həm də nikel istehsalı  işçilərində  ağciyərin xərçəngi xəstəlikləri tez-tez baş verməklə, eyni zamanda cavan 

yaşlarından başlayır. Hazırda Şimali Qafqaz  gigiyena və cəmiyyətin sağlamlığı Elmi Mərkəzinin əməkdaşları, 

işçilərin və dünyada ən iri metallurgiya kombinatı «Severonikel» yerləşən Kola yarımadası  əhalisinin 

sağlamlığına nikelin təsirinin müəyyənləşdirilməsi üzrə dəqiq tədqiqatlar aparır.  

1996-cı ildə yerinə yetirilən tədqiqatların nəticəsi göstərir ki, Nikel qəsəbəsində (əhalisi 17 min nəfər) və 

Zapolyarnı şəhərində (əhalisi 19 min nəfər) kükürd 2 oksidinin atmosferdə konsentrasiyası YVK-dan 12-20 dəfə 

çoxdur. SO

2

-nin və nikelin həllolunmayan birləşmələrinin miqdarı küləksiz havada daha yüksək olur; belə ki, 



kükürd dioksidinin konsentrasiyası 1500 mkq/m

3

-ə çata bilər, bu isə YVK-dan 30 dəfə artıqdır. Kombinatı əhatə 



edən ərazi mis, nikel və kobaltla intensiv çirklənmişdir. A.V.Yevseyenin (1996) məlumatına görə ərazidə nike-

lin torpaqda miqdarı 1500-4000 mq/kq təşkil edir, TYK isə müxtəlif torpaq tipləri üçün 20-80 mq/kq-dır; mis – 

3000-4000 mq/kq (TYK – 33-132 mq/kq); kobalt– 200 mq/kq təşkil edir. Metallar göbələk və giləmeyvələrdə (-

mərcangilə, cır mərsin, sarı böyürtkən) toplanır, onlar isə yerli əhali tərəfindən yığılıb istifadə edilir.  

Kola yarımadası əhalisində sidikdə nikelin miqdar səviyyəsi ora yaxın yerləşən Norveçin əhalisindəkindən 

yüksəkdir. Rusiya – Norveç layihəsinin (T.Smith-Siversten et al., 1998) nəticələrinə görə nikelin ən yüksək 

konsentrasiyası Nikel qəsəbəsi əhalisinin sidiyində aşkar edilmişdir (3,4 mkq/l), bu, atmosfer havasının nikellə 

çirklənməsinin lokal effektini təsdiq edir, sonrakı yerləri Umba (2,7), Zapolyarnı (2,0) və Apatıtı (1,9) tutur.   

 

   


12.2. Davamlı üzvi çirkləndiricilər (düç) və onların  

insanın sağlamlığına təsiri  

Davamlı üzvi çirkləndiricilər (persistent organic pollutants) xlor üzvi birləşmələr sinfinə daxildir. Onun 

əsas xüsusiyyəti  ətraf mühitdə on və yüz illərlə  dəyişilmədən qalması qabiliyyətidir. Onların bəziləri canlı 

orqanizmlərin toxumalarında toplanır, həm də onların konsentrasiyası qida zənciri ilə hərəkət etdikcə artır. Son 

zamanlar xlor üzvi çirkləndiricilərin öyrənilməsinə diqqətin artması, onun hətta sənaye istehsalı  və insan 

fəaliyyətinin təsiri olmayan ərazilərdə (məsələn Arktikada) aşkar olunmasıdır. Dünyada ən təhlükəli DÜÇ-in 

siyahısına aşağıdakı 12 birləşmə daxildir: arzu olunmayan əlavə üzvi məhsullar – polixlordibenzodioksinlər 

(PXDD) və polixlordibenzofuranlar (PXDF), sənaye məhsulları polixlorbifenillər (PXB) və heksaxlorbenzol 

(HXB), həmçinin 8 pestisidlər (DDT, aldrin, dieldrin, endrin, xlordan, mikers, toksafen və heptaxlor).  

2002-ci ildə dünyanın bir çox ölkələri DÜÇ üzrə Stokholm konvensiyasını  təsdiq etdilər. Konvensiyanın 

tərəfləri müəyyən məqsədlə DÜÇ-nin istehsalı və istifadəsi nəticəsində əmələ gələn tullantıların azaldılması və 

ya ləğv edilməsi, bu istiqamətdə  tədqiqatların aparılması, bu məsələlər ilə  cəmiyyəti məlumatlandırmaq və 

xəbərdarlıq etmək üzrə əsas fəaliyyətlərin (işlərin) yerinə yetirilməsi haqqında sazişə gəldilər.  

DÜÇ-lərin  əksəriyyəti kanserogen maddələrdir (cədvəl 12.5). Onlardan ən toksikləri dioksin 2, 3, 7, 8, 

TXDD (tetraxlordibenzo-n dioksin) MAİR I qrup maddələrə aid edilib, onun bədxassəli yeni törəmələr əmələ 

gətirməsi tam təsdiqini tapmışdır. Ekoloji-epidemioloji tədqiqatlar göstərir ki, DÜÇ politrop təsirə malikdir, 

aqrar rayonlarda o, pestisidlərin təsiri ilə, sənaye mərkəzlərində və tikinti yerlərində isə – dioksinlər və PXB-in 

tullantıları ilə əlaqədardır.  



Cədvəl 12.5 

 

176


Dioksinlər və PXB problemlərinin xronologiyası 

 

İllər Hadisə 

 

1 2 

1936 

Dausiddən istifadə etməklə oduncağın konservasiyası ilə 



məşğul olan fəhlələr arasında (ABŞ-ın Missisipi ştatı) kütləvi 

xəstəliklərin əmələ gəlməsi  

1949 

Qərbi Vircininin (ABŞ) Monsanto firmasının zavodunda 288 



fəhlənin dioksinlərlə zədələnməsi  

1957 


ABŞ-ın cənubunda yemin pentaxlorfenolla çirklənməsi 

nəticəsində milyondan artıq cücənin məhv olması  

1968 

Yaponiyanın YU-ŞO kəndində 1786 adamın «yağ» 



xəstəliyinə tutulması (düyünün PXB ilə çirklənməsi ilə 

əlaqədar) 

1974 Vyetnam 

qadınlarının südündə TXDD-nin aşkar olunması  

1976 

Sevezoda (İtaliyada) «Hoffman - LaRoche» firmasının trix-



lorfenol istehsalı zavodunda faciə  

1979 


Tayvan adasında Yu-Çenq vilayətində düyünün PXB ilə 

çirklənməsi ilə əlaqədar 2600 adamın zədələnməsi  

2001 

Stokholmda BMT-nin DÜÇ üzrə konfransı; «Rusiyada 



dioksinlər» monoqrafiyasının nəşri  

 

Cədvəl 12.6 

DÜÇ-üçn insanın sağlamlığına və ekosistemin vəziyyətinə təsiri 

Maddə 

Təsir 

 

1 2 

DDT 

Yaşıl yosunların sintezinin boğulması; 



Heyvanların reproduktiv funksiyasının pozulması; 

İnsan üçün kanserogen ehtimalı (MAİR-2V- qrupu); 

Süd vəzilərində  xərçəngin inkişafında mümkün ola bilən 

faktor. Yüksək dozada sinir sisteminə  təsiri (konvulsin, 

tremor, əzələ zəifliyi).    

Endrin, dieldrin, 

eldrin 

Heyvanlarda immun sisteminin pozulması; 



Sinir sisteminin pozulması, yüksək səviyyədə qaraciyərin 

funksiyasına təsir göstərir; 

Reproduktiv funksiya və davranışa təsir (dieldrin).  

 

Xlordan 



İnsan üçün kanserogen ehtimalı (2V MAİR); yüksək 

konsentrasiyada süd vəzilərində  şişin  əmələ  gəlməsinə 

səbəb olur. 

Heptaxlor 

Sinir sisteminin və qaraciyərin funksiyasının pozulması  

QXB (HXB) 

İnsan üçün kanserogen ehtimalı (MAİR – 2V - qrupu). 

İstehsalatda görünən  şəraitdə  ağ qan hüceyrələrinin 

funksiyasının dəiyşməsi; 

Yüksək dozada görünən  şəraitdə qaraciyərdə metabolik 

xəstəliyi aşkar edilir; 

Qalxanvari vəzinin böyüməsi.  

Mirkers 

İnsan üçün kanserogen ehtimalı (2V MAİR qrupu);  

İmmun sisteminin boğulması  

Toksafen 

Məməlilərdə reproduktiv funksiyanın pozulması; 

İnsan üçün kanserogen ehtimalı (2V MAİR) 



 

177


1 2 

PXDD və PXDF 

TXDD – insan üçün kanserogen ehtimalı (1 MAİR qrupu); 

Süd vəziləri, ağciyər, mədə, qaraciyər və öd yollarında 

xərçəng riski faktoru, nevroloji effektlər (görmə 

qabiliyyətinin pozulması, nevropatiya və b.); reproduktiv 

sağlamlığa təsiri, endokrin və immun sisteminə, endometri-

oza; az çəkili uşaqların doğulması, hormonal statusun 

pozulması, tibbi-genetik pozuntular (xromoson 

aberrasiyaların (kənarlaşma) sayının yüksəlməsi)  

 

PXB 


Heyvanlarda (su samuru, qartal, çay qaranquşu, suiti və b.) 

reproduktiv funksiyanın pozulması; 

İnsan üçün kanserogen (2A MAİR qrupu) ehtimalı, 

reproduktiv sağlamlığın pozulması, uşaqların  əsəb-psixi 

inkişafına təsiri; 

 

12.2.1. Dioksinlər 

Atmosfer havasına dioksinlər/furanlar yanma prosesləri, metalların işlənməsi zamanı, məsələn, 

aqlomerasiya və əridilmə, qurutma, piroliz, krekinq və digər texnoloji proseslərin gedişində daxil olur.  

Dioksinlərin atmosfer havasına daxil olmasına aşağıdakı dörd şəraitin birləşməsi (uyğunluğu) səbəb olur: 

yüksək dərəcəli (200

0

C-dən artıq) proseslər və (və ya) tam yanmaması, üzvi karbonun, xlorun və dioksin/füran 



tərkibli məhsulların mövcudluğu.  

Dioksinlər suya əsasən xlordan istifadə olunan sellüloz-kağız və kimya sənayesinin, dioksinlərlə çirklənmiş 

qoruyucu hopduruculardan istifadə olunan müəssisələrin, xlorfenol herbisidlərdən toxuculuqda, dəri, oduncaq 

və digər məhsulların örtükləri və  rənglənməsində, yaxud hopdurulmasında istifadə edən müəssisələrin 

tullantılarından daxil olur.  

Torpağın dioksinlərlə/furanlarla çirklənməsi bəzi pestisidlərdən və kanalizasiya lilindən istifadə edilməsi 

nəticəsində baş verir. Bir sıra istehsalatın, o cümlədən tibbi tullantılar, lil, kimya istehsalının tullantıları, 

pestisidlərin tullantıları, işlənmiş transformator yağları  və bir çox başqalarının tullantılarının tərkibində 

dioksinlər olur. Bu maddələrin təbii mənbələri meşə  və bozqır (step) yanğınları  və vulkan fəaliyyəti hesab 

olunur. Dioksin və furanların əsas mənbələri 12.7 saylı cədvəldə verilir.  

 

Cədvəl 12.7 

Dioksin və furanların əsas mənbələri 

 

Sahə 

Mənbə və emissiyalar 

(beyəlxalq vahidlərlə TE), nq/kq 

 

1 2 

Bərk tullantıların 

yandırılması  

Məişət zibillərinin – 38,2 və tibbi tullantıların- 589 

yandırılması  

Mineral yanacağın 

yandırılması  

Daş kömürün kommunal təsərrüfatda – 0,079 və İES-də 

– 0,6 yandırılması  

Kimya sənayesi  

Xlorüzvi sintezin bəzi prosesləri – 0,95 

Sellülov-kağız 

sənayesi 

Sellülozun ağardılmasında liqninlərin xlorlanması 

Əlvan metallurgiya  

Misin istehsalı – 0,3 

Qırıntıların əridilməsi: 

mis qırıntıları – 21,1 

qurğuşun qırıntıları – 0,05-8,3  

Qara metallurgiya 

Əritmə istehsalı,  şlam tullantıları – 0,55-4,10 (1 kq 

aqlomerata)   

Xlor və brom üzvi  Dizel yanacağı yandırdıqda dioksinlərin emissiyası 



 

178


1 2 

maddələr qatılan 

yanacaqla işləyən 

avtonəqliyyat   

maksimum olur (175 pq/km gedişdə) 

Tikinti materialları  

Sement, əhəng, kərpic, şüşə, asfalt istehsalı   

Digər istehsallar  

Asfalt-beton zavodları, ağac emalı 

sənayesi, 

kondensator və onların hazırlanması istehsalı  

 

Dioksinlərin toksikliyi və sağlamlığa təsiri.  «Dioksinlər» termini işlətdikdə kimyəvi birləşmələr qrupu 

başa düşülür, bura – polixlorla dibenzo-n-dioksidlər (PXDD) və dibenzofuranlar (PXDF) daxildir. Hətta çox 

kiçik konsentrasiyalarda kəskin toksikliyini, ətraf mühitin bütün obyektlərdə  və qida məhsullarında rast 

gəlinməsi, xarici təbii faktorların (oksidləşmə, hidroliz, qələvi turuşuların təsiri və s.) təsirinə qarşı davamlılığı 

nəzərə alınaraq  dioksinlər supertoksikantlara aid edilir. Bu, onları qida zənciri ilə yüksək toplanmasına və 

miqrasiyasına səbəb olur. Orqanizmə daxil olarkən dioksinlər biotada öz konsentrasiyasını suya nisbətən 10

4

-10



8

 

dəfədən artıq böyüdür. Onlar maddələr mübadiləsini pozaraq toxuma tənəffüsünü, kalsiumun və xolestrinin 



mübadiləsini, qaraciyərdə metabolizmi pozur.  

Dioksinlər sənayedə, təbii mühitdə  və orqanizmdə bir qayda olaraq mürəkkəb qarışıq halında olur, ayrı-

ayrılıqda komponentlər hərəsi öz təsir xüsusiyyətinə malikdir. Dioksinlərin/furanların izomerlərinin əksəriyyəti 

fiziki-kimyəvi xassələrinə görə  fərqlənir. Bu izomerlər  ətraf mühitdə onlara müxtəlif qarışıqlar və müxtəlif 

konsentrasiyalı halında rast gəlinir, bu isə onların təhlükəlik dərəcəsini qiymətləndirməyi çətinləşdirir. Bu 

baxımdan, dioksin və furanların toksiklik dərəcəsini qiymətləndirmək üçün ekvivalent toksikliyin beynəlxalq 



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin