QƏRİb məMMƏdov, mahmud xəLİlov


Bioloji ritmlərin pozulması



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə22/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   18   19   20   21   22   23   24   25   ...   64

Bioloji ritmlərin pozulması hər şeydən əvvəl gündüz işığının müddətini uzadan və ümumi həyat ritmini 

dəyişən süni işıqlandırma saylıır. Çox vaxt ritmlər asinxron olub xəstəliklərin  əmələ  gəlməsinə  səbəb olur. 

Həyat tempinin artması, informasiyanın çoxluğu, arasıkəsilməz streslər yuxunun pozulmasının tez-tez baş 

verməsinə  səbəb oldu. Yuxunun pozulmasında  ən çox yuxusuzluğa rast gəlinir. Belə pozğunluq çətin yuxuya 

getmə, tez-tez oyanma və ya yuxunun qısa müddət olmasıdır. Bunun əksinə xarakterli əziyyət narkolepsiyaya 

məruz qalan xəstələrdə müşaidə olunur. Narkolepsiya qarşısıalınmaz yuxu tutmaları ilə təzahür edən xəstəlikdir. 

İnfeksion xəstəliklərdən (malyariya, epidemik ensefalit və b.) sonra kəllə-beyin travmalarında, habelə beyin 

şişlərində təsadüf edilir. Tutmalar hər cür şəraitdə (küçədə, söhbət zamanı, yemək yedikdə, gəzdikdə, xüsusilə 

sakit  şəraitdə) gözlənilmədən baş verir. 1-30 dəq. davam edir, xəstə özü, yaxud yüngül təsirdən ayılır. Gediş 

əsasən xronikidir. Yuxunun digər pozuntusundan gecə apnoesini göstərmək olar. Bu nəfəsalmanın müvəqqəti 

dayanması olub, dilin kök hissəsinin və boğazın əzələlərinin zəifləməsi nəticəsində ayılma və səciyyəvi xorultu 

ilə müşayiət olunur. Bu xəstəliyin səbəblərindən biri çox vaxt köklük hesab olunur.  

Bütün canlı varlıqlar kimi insan da Günəşdən asılıdır. Günəş şüası görmə analizatoru vasitəsilə insanı məkanda 

istiqamətləndirir, mərkəzi sinir sisteminin vəziyyətinə təsir göstərir. İşıq orqanizmdə fotokimyəvi proseslərə, həyatın 

sutkalıq ritminə, maddələr mübadiləsinə və s. təsir göstərir.  

Ultrabənövşəyi şüalar dəriyə təsir göstərərək, yerli və ümumi reaksiyaya səbəb olur: dəri qızarır, endokrin 

vəzilərin fəaliyyəti güclənir, orqanizmin reaktivliyi dəyişir. Günəş  işığının təsiri ilə orqanizmdə «D» vitamini 

yaranır.  

Günəş radiasiyasının çoxluğu və azlığı sağlamlığa mənfi təsir göstərir.  İşıq çatışmazlığının uzun müddət 

davam etməsi bir sıra xəstəliklərin baş verməsinə səbəb olur, vərəm və ürək-damar xəstəliklərinin müalicəsini 

çətinləşdirir. Günəş radiasiyasının izafiliyi zamanı immunitet zəifləyir, bədxassəli şişlərin yaranması təhlükəsi 

artır.  


İstilik, rütubətlik  və  işığın  əmələ  gətirdiyi müxtəlif birləşmələr hava kütlələrinin axınına, atmosfer 

təzyiqinə, elektrik hadisələrinə, yəni iqlim yaradaraq, hava amilləri vasitəsilə canlı orqanizmə  təsir göstərir 

(Məmmədov, Suravegina, 2000).  

İnsan üçün ən əlverişli şərait 40-60% rütubətlik, havanın 18-20

0

 temperaturudur. Təmiz hava kifayət qədər 



 

143


oksigenə malik olduğundan insanda şən əhvali-ruhiyyə, fəal iş qabiliyyəti yaradır.  

Hava insana həm hərtərəfli, həm də ayrı-ayrı komponentləri vasitəsilə  təsir göstərir. Barometrik təzyiqin 

tərəddüdü qanın oksigenlə doymasını aşağı salır və sinir çıxıntılarını mexaniki şəkildə qıcıqlandırır.  

Külək dəri reseptorlarını  qıcıqlandırmaqla sinir sistemini həyəcanlandırır, xəstə adamlarda qanaxma 

çətinliklə dayanır.  

Müəyyən edilmişdir ki, havanın kəskin dəyişməsi havadakı ionların və müəyyən yükə malik olan 

molekulların nisbətini dəyişir. Mənfi ionlar sağlamlığa müsbət, müsbət ionlar isə neqativ təsir göstərir. Mənfi 

ionlarla zəngin olan mühitdə, məsələn sürətli su axını olan yerin yaxınlığında tənəffüs etdikdə havanın 

rahatlayıcı, sakitləşdirici təsiri hiss olunur.  

Elektrik cihazları ilə dolu olan müsbət ionlarla zəngin mühitdə isə nəfəs aldıqda adam özünü pis hiss edir, 

baş gicəllənməsi, yuxululuq, beyində tormozlanma hiss olunur.  

Əhalinin allergiyaya tutulması insanın immunitet sisteminin zəifləməsi (orqanizmin davamlığının aşağı 

düşməsi) və təsirinə hələ adaptasiya olunmamış süni çirkləndiricilərin təsiri ilə əlaqədardır. Bunun nəticəsində 

insanda bronxial-astma, dərman allergiyası, örə  xəstəliyi, revmatizm, qurdeşənəyi (dəri vərəmi) və b. inkişaf 

edir.  


Allergiya – orqanizmin allergen adlanan hər hansı bir maddəyə qarşı  həddən artıq həssaslığı  və ya 

reaksiyası ilə müəyyən edilir.Orqanizmə görə allergenlər  xarici (ekzoallergenlər) və daxili (autoallergenlər) 

olur. Ekzoallergenlər infeksion (xəstəliktörədən və  xəstəlik törətməyən mikroblar, viruslar və s.) və qeyri 

infeksion (mənzil tozu, heyvanların tükü, yunu, bitkinin tozcuğu, dərman preparatları, digər kimyəvi maddələr – 

benzin, xloramin və b. həmçinin qida məhsulları – ət, tərəvəz, meyvə, giləmeyvə, süd və b.) olur.  

Parça qırıqları, yanıq zamanı, şüanın təsiri, donuşluq və digər təsirlər autallergen ola bilər. Son zamanlar 

ətraf mühitin çirklənməsi ilə əlaqədar  allergiya genişlənib.  

Onkoloji xəstəliklərin artımı. Onkoloji xəstəliklər  şişlərin  əmələ  gəlməsi ilə baş verir. Şişlər 

yenitörəmələr olub, toxumaların izafi patoloji inkişaf edərək artmasıdır. Onlar xoş xassəli olub ətrafdakı 

toxumalara sıxlaşdırıcı təsir göstərir və bəd xassəli olub (xərçəng kimi) cücərərək ətrafdakı toxumalara keçir və 

onları dağıdır. Damarları dağıdaraq onlar qana keçir və bütün orqanizmə yayılır, bu metastaz adlanır.  

Onkoloji xəstəliklər insan orqanizminə konserogen maddələrin,  şişəmələgətirən viruslar və ya güclü 

şüalanmanın (ultrabənövşəyi, rentgen, qamma-şüalanma) təsiri nəticəsində baş verir. Konserogenlər kimyəvi 

birləşmələr olub orqanizmdə ona təsir göstərərkən xoş  və  bəd xassəli yenitörəmələr  əmələ  gətirmək 

qabiliyyətinə malikdir. Təsir xarakterinə görə onlar üç qrupa bölünür: 1) yerli təsir edən; 2) orqanotrop, yəni 

ayrı-ayrı orqanı zədələyən; 3) çoxlu təsir, şişləri müxtəlif orqanlarda əmələ gətirir. Konserogen maddələrə bir 

sıra tsiklik karbohidrogenlər, azotlu rəngləyicilər və s. aiddir. Onlar sənaye tullantıları ilə çirklənmiş havada, 

tütün tüstüsündə, daş kömür qatranı  və qurumunun tərkibində olur. Bir çox konserogen maddələr orqanizmə 

mutagen təsir göstərir. İqtisadi cəhətdən inkiaşf etmiş ölkələrdə xərçəng xəstəliyindən ölüm halları ürək-damar 

xəstəliklərindən sonra ikinci yerdə durur.  

İzafi çəkili (kök) adamların sayının artması çox yeməklə, qidanın rasionu və ritmi və  aşağı fiziki 

aktivliklə  əlaqədardır. Bununla yanaşı, populyasiyada əksinə olaraq astenik tiplər (arıq, zəif) də artır, belə 

tendensiyaya az rast gəlinir. Hər iki hal bir sıra patogen nəticələrə səbəb olur.  

Vaxtından qabaq doğulmuş (fiziki yetişməmiş) uşaqların artması genetik aparatda baş verən 

pozuntularla və dəyişən mühitə adaptasiya ilə əlaqədardır. Fizioloji yetişməzlik, güclü transformasiyaya məruz 

qalan mühitlə kəskin disbalansın nəticəsindədir. Bunlar digər nəticələrə də, o cümlədən akselerasiya və insanda 

boyun artmasında digər dəyişkənliyə də səbəb ola bilər.  



Akselerasiya – bədənin ölçülərinin artması və daha erkən yaşlarında cinsi yetişkənliyin olması deməkdir. 

Bunun əsas səbəbi həyat şəraitinin yaxşılaşması, ilk növbədə yaxşı qidalanmaqdır.  

Akselerasiya uşaqların psixi və fiziki inkişafının tezləşməsində təzahür olunur. Bizim dövrümüzdə yaşlı bir 

adam 100 il əvvəlkinə nisbətən 10 sm hündürdür. Cinsi yetişmə tempində  də tezləşmə müşahidə olunur. 

Akselerasiya sosial şəraitin və qidalanma xarakterinin dəyişməsi,  əhalinin miqrasiyası, irqlərin və millətlərin 

qarışma imkanlarının artması ilə bağlıdır. Aşağıdakı fiziki faktorların təsiri də ehtimal olunur: günəş aktivliyinin 

dəyişməsi; radiasiya fonunun yüksəlməsi; radio və televiziya şəbəkəsinin artması ilə  əlaqədar atmosferin 

elektromaqnit tərəddüdü ilə doyması.  



İnfeksiya (yoluxucu) xəstəliklər – Malyariya, hepatit, BUÇ və bir sıra digər xəstəliklərə tutulan adamların 

sayı böyük rəqəmlərlə hesablanır. Bir çox tibb mütəxəssisləri bu xəstəliklərə qarşı mübarizədə «qalib» gəlmək 

deyil, yalnız müvəqqəti uğurlar qazanır. İnfeksiya xəstəliklərinə qarşı mübarizənin tarixi olduqca qısadır, ətraf 

mühitdə baş verə biləcək dəyişikliklər (xüsusən  şəhər mühitində) xəstəliklərə qarşı  əldə edilən uğurları heçə 



 

144


çıxara bilər. Elə buna görə də infeksiya səbəblərinin «qayıtması» viruslar arasında qeydə alınır. Bir çox viruslar 

təbii əsasdan «qoparaq» yeni mərhələyə keçir və insan məskunlaşdığı mühitdə yaşamaq qabiliyyətinə malik olur 

– qrip, xərçəngin virus formaları və digər xəstəliklərin törədicisinə çevrilir. BUÇ də belə formada ola bilər.  

Abioloji meyl dedikdə insanın aşağıdakı  həyat tərzi xüsusiyyətləri başa düşülür: hipodinamiya, siqaret 

çəkmə, alkoqolizm, narkomaniya və b. bir çox xəstəliklərin (köklük, xərçəng, ürək xəstəlikləri və s.) baş 

verməsinə səbəb olur.  

Beləliklə, insanın sağlamlığı  və xoşbəxtliyi bir sıra problemlərin (ekoloji, tibb, iqtisadi, sosial və b.), hər 

şeydən öncə isə, dünyada və ayrı-ayrı regionlarda əhalinin sıxlığı, şəhər və kənd yerlərində yaşayış mühitinin 

pisləşməsi problemlərinin həllindən asılıdır.    

 

10.5. Genetik faktorlar və onların insan sağlamlığına təsiri 

Ətraf mühitin rolu nə qədər çox olsa da, insanın sağlamlığı üçün irsiyyətin insan sağlamlığında əhəmiyyəti 

təyinedicidir. Başqa risk faktorlarından insan qaçına bilər, irsiyyət isə onun taleyi, qədir-qiymətidir.  

Genotip insanın morfofunksional quruluşunu, bu və ya digər əsəb və psixi proseslərin üstünlüyünü, bu və 

ya başqa xəstəliklərə meyilli olmasını və s.-ni determinasiya edir. İnsanın irsiyyətində həm də «həyatilik» olub, 

özündə  fərdlərin nəsilvermə  və uzunömürlülük qabiliyyətini  əks etdirir. Məhz bu xassəyə görə necə deyərlər 

«uzunömürlülük paradoksu» aydınlaşdırılır, belə ki, hətta üzvlərində  və toxumalarında bir çox patomorfoloji 

pozuntuların olmasına baxmayaraq, bəzi adamlar uzun ömür sürür və yüksək iş qabiliyyətinə malik olur.  

İnsanın quruluşu  ən çox onun üstünlük təşkil etdiyi tələbatı, yaşayış  tərzi, qabiliyyəti, arzusu, alkoqol və 

digər zərərli vərdişlərə meyilliyi və s. ilə determinasiya olunmuşdur.  

Valideyn (ata-ana, baba) tərəfindən uşağa irsi keçən genotip bir çox nəsilləri həyatı boyu formalaşdırır. 

Onlara çoxlu saylı mühit faktorları (fiziki, kimyəvi, bioloji, sosial və b.) təsir göstərir. Təsir obyektinə görə 

onları üç qrupa bölmək olar:  

1. Bir sıra sonrakı nəsillərə təsir. Bu halda ətraf mühitin vəziyyəti, coğrafi faktorlar, milli, dini, etnik və 

ailə adətləri, ənənələr və s. böyük əhəmyyət daşıyır.  



2. Gələcək nəsillərin (valideynlərin) xromosomlarına təsir. Gələcək nəsillərin həyat tərzi başlıca 

əhəmyyət daşıyır, belə ki, məhz həyat tərzi cinsi toxumaların xromosomlarına və rüşeymə (embriona) yaxşı və 

mənfi təsir bağışlayır.  

3. Daxili bətn inkişaf dövründə rüşeymin (embrion) xromosomlarına təsir. Gen aparatı xüsusən erkən 

embrion inkişafı  mərhələsində tez təsirə  məruz qalır, bu vaxt genetik proqram orqanizmin əsas fəaliyyət 

sisteminin təməli qoyulma şəklində həyata keçirilir.  

Neqativ faktorların sayının və intensivliyi təsirinin artması irsi xəstəliklərin çoxalmasına səbəb olur. İrsi 

pozuntular çox vaxt gələcək valideynlərin, hamilə qadının həyat tərzindən asılı olur. Qadın hamiləlik dövründə 

çox vaxt bir sıra neqativ təsirlərə  məruz qalır, bu isə dölün normal inkişafını pozur. Bura aşağıdakılar aiddir: 

hərəkət aktivliyinin kifayət qədər olmaması, həddindən artıq yemək, sosial, peşəkarlıq və məişət xarakterli psixi 

yüklənmə, zərərli vərdişlər və s.  

Genetik faktorlardan asılı olan bütün xəstəlikləri, şərti olaraq üç qrupa bölmək olar.  

1. Birbaşa təsirli irsi xəstəliklər (o cümlədən anadangəlmə), bu zaman uşaq pozuntu əlamətləri ilə 

(hemofiliya, daltonizm, fenilketonuriya, daun xəstəliyi və b.) doğulur.  



2. Xarici faktorların təsiri vasitəsilə olan irsi xəstəliklər: maddələr mübadiləsinin pozulmasının bəzi 

növləri (məs., şəkər diabetinin bəzi növləri), psixi pozuntular və s. 



3.  İrsi  meyilliklərlə bağlı  xəstəliklər: ateroskleroz, hepertoniya xəstəliyi, ürəyin işemiya xəstəliyi

bronxial astma və b.  

İrsi patologiyanın strukturunda 2-ci və 3-cü qrupa aid olan xəstəliklər, yəni həyat tərzi, gələcək 

valideynlərin sağlamlığı və anaların hamiləlik dövrü ilə bağlı olan xəstəliklər üstünlük təşkil edir.  

Beləliklə, insanların sağlamlığının təmin olunmasında irsi faktorların böyük rolu şübhə doğurmur. Bununla 

belə, ağıllı-şüurlu həyat tərzi onların insan sağlamlığına neqativ təsir riskini azalda bilər.  



 

 

10.6. Ətraf mühitin vəziyyəti və onun insanın sağlamlığına təsiri  

Ümumdünya Səhiyyə  Təşkilatına görə  insan sağlamlığı – yalnız xəstəlik və fiziki çatışmazlığın olması 

deyil, o insanın tam fiziki, mənəvi və sosial rifahı ilə təyin olunur.  

Tibbi-bioloji tədqiqatlarda sağlamlığın qiymətləndirilməsində fiziki inkişaf göstəricilərdən istifadə edilir. 

Orqanizmin funksiyası  əqli (zehni)  və  fiziki iş qabiliyyəti göstəriciləri ilə, adaptasiya ehtiyatları isə 


 

145


biokimyəvihermonal  immunitet statusları göstəriciləri ilə qiymətləndirilir. Xəstəlik göstəricisi xəstəliklərin 

yayılmasını  əks etdirir. Bu, il ərzində  xəstəliklərin sayını 1000-ə vuraraq əhalinin orta sayına nisbəti ilə 

müəyyən olunur.  

Məlum olduğu kimi, «ətraf təbii mühit» anlayışı  təbii və antropogen faktorların məcmusunu təşkil edir. 

Təbii faktorlar – ərazinin iqlim, geoloji və bioloji xüsusiyyətlərinin insana təsirini səciyyələndirir.  

V.P.Protosova (2000) görə  məişət-mənzil  şəraiti, geyim, qidalanma, su ilə  təmin olunma, xidmət sferi 

strukturunun inkişaf dərəcəsi, istirahətlə təmin olunma və ondan istifadə etmək vasitəsilə insana təsir göstərir.   

Sosial-iqtisadi sistem (tərz) insana sosial-hüquq vəziyyəti, maddi təmin olunma, mədəniyyət və  təhsilin 

səviyyəsi vasitəsilə təsir göstərir.  

Antropogen faktorlar və insanın təsərrüfat fəaliyyəti çox vaxt insanın özünə, onun həyat  şəraitinə  və 

sağlamlığına neqativ təsir göstərir.  

BMT-nin 1972-ci ildə Stokholmdakı konfransında qəbul etdiyi deklarasiyasında deyilir ki, insan eyni 

zamanda öz mühitinin məhsulu və yaradıcısı olub, ona həyatı üçün fiziki əsas, ruhən  əqli, mənəvi, ictimai 

inkişafına imkanlar yaradır. Beləliklə, bəşəriyyətin rifahı-firavanlığı  və insanların  əsas hüququnu həyata 

keçirmək (o cümlədən yaşamaq hüququ) üçün iki aspekt təbii mühit və insanın özü yaratdığı mühit mühüm 

əhəmiyyət kəsb edir.   

İnsan həyata qədəm qoyduğu vaxtdan daima həyat uğrunda, təbiətin  əlverişsiz  şəraiti ilə, təbii fəlakətli 

faktorlara qarşı mübarizə aparmaq ehtiyacı ilə qarşılaşmışlar.  

Əmək alətlərinin hazırlanması  mədəniyyətinə yiyələnməklə, qida ərzaq istehsal etməklə, yurd salmaqla 

insan özünü mühitin əlverişsiz faktorlarından xeyli dərəcədə təcrid edə bildi. Bu zaman insanın tələbatı getdikcə 

artaraq istehsalın genişləndirilməsi və intensivləşdirilməsi tələb olunurdu. İnsan özünün əzələ enerjisindən 

getdikcə az istifadə etməklə təbii materiallardan və enerji mənbələrindən daha çox istifadə etməyə başlayır. Belə 

vəziyyət, bir tərəfdən insanı xeyli dərəcədə bir çox risk faktorlarından uzaqlaşdırsa da, digər tərəfdən yenilərini 

törədir.  

Ətraf mühit fiziki, kimyəvi, iqlim, bioloji və digər parametrləri ilə bioloji növlərin təkamülü baxımından 

nisbətən mühafizəkardır. Onun dəyişmə sürəti insan yaranana qədər canlı orqanizmlərin yeni mühitə  (şəraitə) 

uyğunlaşmasına macal tapırdı. İnsan peyda olduqdan sonra isə vəziyyət dəyişirdi. İnsan təbiətə uyğunlaşmaqdan 

daha çox özü onu dəyişdirməyə başladı. Bununla belə, bu cür dəyişdirilmənin sürəti ilbəil artmaqda davam edir. 

İnsan fəaliyyətinin ona müsbət effektləri olsa da, mənfi nəticələri daha çox aydın görünməyə başlayır. Bu 

neqativ nəticələr  təbii resursların tükənməsi, təbii komponentlərin çirklənməsi (su, hava, torpaq, biotanın), 

ozon təbəqəsinin dağılması, iqlimin qlobal istiləşməsi və s. kimi təzahür olunur.  

Təbiəti dəyişdirmək istiqamətində insan fəaliyyəti onun üçün nisbətən yeni həyat  şəraitinin yaranmasına 

səbəb oldu: yeni «ikinci təbiət» - insan tərəfindən süni yaradılan və onun köməyi ilə saxlanılan süni su 

hövzələri,  əkin sahələri, meşə  əkinləri və s. və insan tərəfindən yaradılan təbii həyatla analoqu olmayan süni 

dünya – şəhərlər, binalar, asfalt, beton, sintetika və s. meydana gəldi.  

Bunun nəticəsində insanı əhatə edən təbii və süni mühit o qədər tez dəyişməyə başladı ki, insan orqanizmi 

bu dəyişilmələrin çoxuna adaptasiya olunmağa belə macal tapa bilmir. Bu isə  xəstələnmənin strukturunda 

dəyişmənin yaranmasına və kütləvi şəkildə yeni xəstəlikləin əmələ gəlməsinə səbəb oldu.  

Bu vəziyyətdən çıxmaq üçün insan və təbiət arasında birgə təkamül yaratmaq, yəni insan fəaliyyətinin ətraf 

mühiti dəyişdirmə sürəti və miqyasını elə nizamlamaq lazımdır ki, insan (və digər orqanizmlər) məskunlaşdığı 

yerin dəyişməsinə uyğunlaşmağa macal tapsın.  

XX  əsrin 70-ci illərində Ümumittifaq Səhiyyə  Təşkilatının (ÜST) məlumatına görə müxtəlif ölkələrdə 

qarışıq kontinentlərdə insanın vəziyyəti 50-60%-i iqtisadi təminolunma və  həyat tərzindən, 18-20%-i ətraf 

mühitin vəziyyətindən, 20-30%-i isə tibbi xidmətin səviyyəsindən asılıdır.  

L.Q.Melnik və N.S.Vladimirova (1991) xəstəliklərə görə  iş yerinin itirilməsi üzrə mövcud statistik 

materialların təhlili  əsasında bu nəticəyə  gəlirlər ki, əhalinin sağlamlığının pisləşməsinin 43-45%-nə havanın 

çirklənməsi səbəbkardır.  

A.N.Sısin adına RAMN Elmi-Tədqiqat insan və  ətraf mühitin gigiyenası  İnstitutunun məlumatına görə, 

Rusiyada  şəhər  əhalisinin yalnız 15%-i atmosferin yol verilən səviyyədə çirkləndiyi  ərazidə yaşayır. Digər 

faktorlarla yanaşı, bu hal orqanizmin oksigenlə təmin olunma defisitliyinə gətirib çıxarır (ən çox uşaqlarda), bu 

isə orqanizmin bütün sisteminin, xüsusilə immunitet sisteminin fəaliyyətinə  təsir göstərən kəskin və xroniki 

xəstəliklərin səviyyəsini təyin edir.  



 

 

 

146


 

 

 

 

 

 

 

Şəkil 10.1. Yaşayış mühitinin dəyişməsi və insanın sağlamlıq vəziyyəti  

 

 

Sənaye mərkəzlərinin  əhalisinin ümumi xəstəliklərinin 20-30%-i atmosferin çirklənməsi ilə bağlıdır. 



Əsas sənaye müəssisələrinin ətraf mühitə əlverişsiz təsiri əhalinin sağlamlıq vəziyyətini əks etdirir. 

 

 



Cədvəl 10.2 

 

Sənaye müəssisələri tərəfindən ətraf mühitin çirklənməsi və insanın sağlamlığının pozulması 

(İ.P.Gerasimova görə, 1979) 

 

Çirkləndiricilər  

İnsanın sağlamlığının pozulması  

 

1 2 



İstilik elektrik stansiyaları 

Tərkibində 

sərbəst 

silisium-oksidi və 

praktiki olaraq bütün 

metalları, o cümlədəən 



arsen, vanadium, 

civə, qurğuşun olan 

toz, kül 

Ağciyərlərin havanın təmizlənmə qabiliyyəti və həcmi 

azalır, göz və yuxarı  nəfəs yollarının selikli qişasını 

zədələyir. Orqanizmdə silisium-dioksidin toplanması, 

silikoz. Ağciyər və bağırsaq xərçəngindən ölüm 

hallarının çoxalması.  

Dərinin qıcıqlanması  və  zədələnməsi. Zəhərlənmə. 

Mədə-bağırsaq yolunda, ağciyərlərdə  və  dəridə arsen 

duzlarının adsorbsiyası. Yuxarı nəfəs yollarının selikli 

qişasının qıcıqlanması. Tonzillit, farinqit, rinit 

xəstəliklərinin çoxalması. Hemoqlobinin azalması. 

Dəri örtüyünün qıcıqlanması. Saclarda arsenin 

miqdarının artması   

Qurum tərkibində 

Ağ ciyər xərçəngi xəstəliklərini artırır 

Атмосфер 

щавасынын 

чирклянмя-

си (кимйя-

ви, биоло-

жи) 


Ичмяли 

суйун вя 

рекреасийа 

тяйинатлы 

суйун чирк-

лянмяси 


(кимйяви, 

Селитеб 


яразидя 

торпаьын 

чирклянмя-

си (кимйя-

ви, биоло-

жи, радио-

Ионлашма 

шцаланма-

сы  

Инсан саьламлыьынын вя-



зиййятиня тящлцкя вя йа онун 

писляшмяси  



 

147


1 2 

qətran maddələri, o 

cümlədən benza-pirin 

olur  


Kükürd anhidridi, 

kükürd oksidi 

Orqanizmdə ümumi zəhərlənmə baş verir: qanın 

tərkibi dəyişir, nəfəs orqanlarının zədələnməsinə səbəb 

olur, infeksiyaya meyillik artır, maddələr mübadiləsi 

pozulur, uşaqlarda arterial təzyiq yüksəlir, paranqit, 

bronxit, bronxopnevmaniya, rinit, rinofarangit, 

emfizema, astma, allergiya reaksiyası, yuxarı  nəfəs 

yollarının və qan dövranı sisteminin kəskin 

xəstələnməsi. 

Qısamüddətli çirklənmə zamanı – gözün selikli 

qişasının qıcıqlanması, yaşaxma, nəfəsalmanın 

çətinləşməsi, baş  ağrıları, ürəkbulanma, qusma. 

Ümumi xəstələnmənin və ölüm hadisəsinin artması. 

Yorğunluq,  əzələ gücünün zəifləməsi, huşsuzluğun 

artması, ürəyin fəaliyyət qabiliyyətinin azalması      

Azot oksidləri 

Ağciyər və  nəfəs yollarının kəskin qıcıqlanması, 

onlarda iltihab proseslərinin, metemoqlobinin əmələ 

gəlməsi, qan təzyiqinin aşağı düşməsi   



Atom elektrik stansiyaları 

Stronsium-89 və 90. 

Sezium-134, yod-129, 

kobalt-60, marqans-54 

və 56, tretium, maqne-

zium, natrium-24, 

xrom, mis-64, sili-

sium-31, fosfor-32, 

barium, skandium, ar-

sen-76. Termal 

çirklənmə (suda )  

Genetik cəhətdən qeyri-spesifik bədxassəli yeni 

törəmələrin yaranma xəstəliklərinin artması. Xroniki 

təsir zamanı – əsəb fəaliyyətinin, cinsi vəzilərin 

funksiyasının, mədə-bağırsaq yollarının, nəfəs 

orqanlarının, ürək-damar sistemi fəaliyyətinin 

pozulması   

Qara metallurgiya kombinatları 

Karbon oksidi, kükürd 

anhidridi, toz, azot 

oksidləri, hidrogen-

sulfid, ammonyak 

Uşaqlarda yuxarı 

nəfəs yollarının kataraktı, 

ağciyərlərin iltihabı, bronxit, konyunktivit, larinqit, 

tonziblit, rinit, fiziki inkişafın və sağlamlığın ümumi 

vəziyyətinin pisləşməsi, xəstəliyin artması  

Karbohidrogenlər, o 

cümlədən benz (a) pi-

ren  

Ağciyər xərçəngi xəstəliyinin və ondan ölüm hallarının 



artması  

Piridin, benzol, 

naftalen, fenol 

Qan sisteminə  və  mərkəzi  əsəb sisteminə güclü 

qıcıqlandırıcı və ümumi zəhərləndirici təsirin təzahürü, 

yuxarı  nəfəs yollarının, gözün selikli qişasının, dəri 

örtüyünün qıcıqlanması   

Marqans aerozolu 

Əsəb sisteminin pozulması, pnevmaniya xəstəliyinin 

artması. Beyin qabığında, subtalamik sahədə  və palli-

dar sistemdə morfoloji dəyişikliklər. Pnevmaniya, 

respirator xəstəlikləri  

 

Xrom oksidi aerozolu 



Ağciyər xərçəngi xəstəliyi və ondan ölüm halları, nəfəs 

yollarının xroniki iltihabı, traxeit, xroniki bronxit 

xəstəliyinin çoxalması. Qan sisteminə  təsiri. Ürək-

damar sisteminin fəaliyyətinin pozulması   



 

148


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin